Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Keçmiş Azərbaycan diplomatının apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 16:12, 26 Noyabr 2024
written by Gozetci

Emin İbrahimov

 

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi keçmiş diplomat Emin İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılması ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib.

Vəkil deyib ki, bu qərar əsassızdır, çünki Emin brahimov heç bir cinayət törətməyib. Onun sözlərinə görə, kiməsə bıçaqla xəsarət yetirməsi haqda ittiham həqiqətə uyğun deyil. Bıçaqlandığı iddia edilən şəxs də dəfələrlə üzləşməyə çağırılıb, amma gəlməyib.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmədə iştirak edən Emin İbrahimov həbsini ölkədəki repressiyaların tərkib hissəsi saydığını bildirib.

Şərlənərək həbs olunduğunu vurğulayan keçmiş diplomat hesab edir ki, Azərbaycandakı korrupsiyanı, diktaturanı və Rusiyanın maraqlarına xidmət edən siyasəti açıq şəkildə tənqid etdiyinə görə cəzalandırılıb.

İbrahimovun özü hakimlərdən ədalətli qərar gözləntisi olmadığını deyib.

İyulun 24-də saxlanılan Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.

Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.

Azərbaycanda son illər bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.

Amerikanın Səsi 

16:12, 26 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Fazil Qasımov zorakılıq haqqında məlumat verdiyinə görə İstintaq Təcridxanasında cəzalandırılıb

by Gozetci 15:26, 26 Noyabr 2024
written by Gozetci

Fazil Qasımov

 

Həbsdə olan iqtisadçı alim Fazil Qasımov noyabrın 16-da ailəsi ilə telefon danışığının kəsilməsinə etiraz etdiyinə görə təzyiqə məruz qalıb.

“Telefon danışığı kəsilib. Fazil əlaqəni bərpa etməyi tələb edib. Bu zaman təcridxananın əməkdaşı Cəlal Əlizadə həmkarları ilə birlikdə Fazili Müalicə müəssisəsində telefon danışıqları üçün nəzərdə tutulmuş otaqdan zorla çıxarıblar, gödəkcəsini cırıblar, döşəmədə sürüyərək kameraya salıblar.

Səhər Əlizadə Qasımovu vəkillərlə görüş üçün nəzərdə tutulmuş otağa aparıb və orada əllərini və ayaqlarını bağlayaraq, saçını keçəl qırxmaq istəyib. Fazil qışqırıb, köməyə çağırıb. Məhbuslar və mühafizəçilər otağa gəlib, bu zaman onun burnu qanayıb. Fazilə yardım göstərmədən onu kameraya qaytarıblar. Fazil həkim çağırıb, lakin həkim gəlməyib və qanaxma sənədləşdirilməyib”, deyə Qasımovun qohumu noyabrın 22-də İstintaq Təcridxanaasında onunla söhbətinə istinadla bildirib.

Növbəti gün Qasımovun yazdığı vəsatətlər əlindən alınıb və güc tətbiq edilməklə, o, tibb-sanitariya hissəsindən İstintaq Təcridxanasına aparılıb.

Qohumunun sözlərinə görə, Fazil Qasımov 165 gündür yemək yemir, aclığı davam etdirir. O, yalnız maye, bəzən balla qarışdırılmış maye qəbul edir. Son bir həftədə bir qədər yoqurt yeməyə başlayıb.

Penitensiar Xidmətdən məhbusların bütün hüquqlarına ciddi şəkildə riayət olunduğu və təcridxanada saxlanılanların sağlamlıq vəziyyətinə həkim nəzarətinin olduğu bildirilir.

* Fazil Qasımov 2023-cü il avqustun 8-də İstanbulda saxlanılıb və Azərbaycana gətirilib. O, məşhur iqtisadçı və Azərbaycan hökumətinin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunub. Lakin indi Fazil Qasımov barəsində cinayət işinə İbadoğlunun cinayət işindən ayrılıqda baxılır.

O, qanunsuz həbsinə etiraz əlaməti olaraq aclıq elan edib.

Turan

15:26, 26 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlı şahid qismində dindirilib

by Gozetci 20:57, 25 Noyabr 2024
written by Gozetci

Azər Qasımlı

 

Noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.

Azər Qasımlı Amerikanın Səsinə bildirib ki, bir cinayət işi üzrə “şahid qismində” dindirilib.

Qasımlı yazılı iltizam verdiyinə görə hansı cinayət işindən söhbət getdiyini deməyib.

O, rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə də xeyli suallar verildiyini deyib.

Siyasi Menecment İnstitutunun rəhbərinin ölkədən çıxışına qadağa qoyulmasına gəlincə, ona bu barədə məlumatın daha sonra veriləcəyi bildirilib.

Azər Qasımlıya noyabrın 22-də Bakı Beynəlxalq Aerportunda bildirilib ki, ölkədən çıxışına qadağa qoyulub.

Onun Amerikanın Səsinə verdiyi məlumata görə, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi.

“Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm. Lakin hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Bu qadağa qeyri-qanunidir və yalnız şərləmə əsasında qoyula bilər”, o bildirib.

Daxili İşlər Nazirliyi Azər Qasımlının ölkədən xaricə buraxılmamasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

Amerikanın Səsi 

20:57, 25 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Fərid Mehralızadənin şikayətini təmin etməyib

by Gozetci 20:28, 25 Noyabr 2024
written by Gozetci

Fərid Mehralızadə

 

Noyabrın 25-də Xətai Rayon Məhkəməsində iqtisadçı, “Abzas Media işi” üzrə həbs edilmiş Fərid Mehralızadənin şikayətinə baxılıb. O, mənzilində axtarpış və götürülmüş əşyalarına baxış zamanı istintaq orqanının hərəkətlərindən şikayət edib.

Onun xanımı Nərgiz Muxtarova Turan-a bildirib ki, proses iddiaçının iştirakı olmadan keçirilib. Məhkəmə şikayəti təmin etməyib və qanun pozuntularının olmadığını bildirib.

“Axtarışda iştirak edən müstəntiq məhkəməyə gəlmədi və digər müstəntiq isə sualların çoxuna cavab vermədi”, –  Muxtarova deyib.

O qeyd edib ki, Mehralızadənin tələbinə baxmayaraq, axtarış zamanı ona vəkil dəvət etməyə icazə verilməyib. Fəridə axtarış barədə qərarı oxumağa imkan verilməyib.

Axtarış zamanı onun şəxsi telefonu götürülüb. Axtarışın yekunlarına dair protokolun mətni açıqlanmayıb. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək, – Muxtarova deyib.

* Mehralzadə iyunun 1-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra ona qarşı digər iqtisadi cinayətlər üzrə ittihamlar irəli sürülüb.

Sentyabrın 6-da Mehralızadənin həbsi dekabrın 19-dək uzadılıb.

O, ittihamları uydurma hesab edərək rədd edir. Hüquq müdafiəçiləri Fərid Mehralızadəni siyasi məhbus kimi tanıyıblar.

Turan 

20:28, 25 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi İqbal Əbilovu həbsdə saxlayıb

by Gozetci 19:03, 25 Noyabr 2024
written by Gozetci

İqbal Əbilov

 

Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsinin 4 ay uzadılması barədə şikayətə baxıb.

Vəkil Fəriz Namazlı jurnalistlərə bildirib ki, müdafiə tərəfi bu ərarın əsassız olduğunu bildirib.

“İstintaq orqanı İqbal Əbilovun həbsdə saxlanması üçün konkret əsaslar gətirməyib. Biz qeyd etdik ki, Əbilov saxlanıldıqdan sonra onunla bağlı istintaq hərəkətləri aparılmır. Əbilov özü deyib ki, o, alimdir, tədqiqatçıdır, özünü günahkar hesab etmir, ittiham olunduğu cinayətləri törətməyib, həbsi isə qanunsuzdur”, – vəkil deyib.

Lakin onun sözlərinə görə, Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

* İqbal Əbilov 22 iyul 2024-cü ildə dövlətə xəyanət, xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması ittihamları ilə saxlanılıb.

Əsasən bildirilir ki, bu cinayətlərin hamısı Ermənistanın xüsusi xidmət orqanlarının göstərişilə törədilib.

Əbilov ittihamları rədd edir və bildirir ki, sadəcə, elmi fəaliyyətlə məşğul olub. Dünyanın müxtəlif ölkələrindən alimlərdən ibarət böyük qrup Azərbaycan rəhbərliyinə müraciət edərək Əbilovun azad edilməsinə köməklik göstərilməsini xahiş ediblər. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 19-da məhkəmə İqbal Əbilovun həbs müddətini daha 4 ay uzadıb.

Turan

19:03, 25 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlı ölkədən çıxışına ‘stop’ qoyulduğunu deyir

by Gozetci 12:20, 22 Noyabr 2024
written by Gozetci

Azər Qasımlı

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirir.
O, AzadlıqRadiosuna deyib ki, bu gün, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi:
“Aeroportda məni sərhəd nəzarətindən buraxmadılar, bildirdilər ki, Daxili İşlər Nazirliyi çıxışıma “stop” qoyub”.
Azər Qasımlı, hələlik, bunun səbəbini bilmədiyini qeyd edib:
“İndi Bakı şəhər Baş Polis İdarəsinə gedirəm ki, görüm nə məsələdir? Aydın məsələdir ki, hansısa qondarma cinayət işi fikirləşirlər. Bu arada, onu da deyim ki, o cinayət işləri ki var, heç birində mənin adım keçmirdi. Heç birində şahid da olmamışam ki, buna görə mənə “stop” qoysunlar. Ehtimalım odur ki, cinayət işi açıb həbs etmək istəyirlər”.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
AzadlıqRadiosu
12:20, 22 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM Azadlıq qəzeti və jurnalistinin ifadə azadlığının pozulduğunu aşkarlayan qərar çıxarıb

by Gozetci 21:05, 21 Noyabr 2024
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 21-də elan etdiyi qərarında Azadlıq qəzeti və jurnalist Ramin Cəbrayılzadəyə (Deko) ifadə azadlığının pozuntusunu tanıyıb.

“Azadlıq və Cəbrayılzadə Azərbaycana qarşı” işi 2016-cı ildə çapını dayandırmalı olan qəzetin dərc etdiyi məqalələrə görə cərimələnməsi ilə bağlı olub. Qəzetlə yanaşı məqalələrin müəllifi Ramin Deko da məhkəmə tərəfindən cərimələnib.

Belə ki, 2012-ci ildə Azadlıq qəzeti Bakı şəhərindəki Binə ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova barəsində Dekonun qələmə aldığı 2 məqalə dərc etmişdi. Məqalələrdə ticarət mərkəzi rəhbərinin icarədarlardan əlavə pul tələb etməsindən bəhs edilirdi.

Həmin məqalələrdə ifadə olunan məlumatların yalan, böhtan və onun reputasiyasına xələl gətirdiyini iddia edən ticarət mərkəzi rəhbəri jurnalisti və qəzeti mülki qaydada məhkəməyə verib, təzminat tələb etmişdi. Mətbuat orqanı isə məsələnin ictimai maraq doğuran məsələ olduğunu vurğulayaraq sahibkarın reputasiyasına xələl gətirməklə bağlı ittihamları rədd edirdi.

Yasamal Rayon Məhkəməsi 22 oktyabr 2012-ci ildə Məmmədovanın şikayətini təmin edərək Azadlıq qəzetini 30 min manat, jurnalist Ramin Dekonu 2 min manat cərimələmişdi. Yuxarı məhkəmələr isə qərarı olduğu kimi qüvvədə saxlamışdı.

AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsaslanan ərizəçilər daxili məhkəmələrin qərarlarının onların ifadə azadlığı hüquqlarını pozduğunu iddia edirdilər.

Avropa Məhkəməsi qərarında mübahisələndirilən məqalələrin mövzusunun ictimai maraq doğuran məsələlərə aid olduğunu vurğulayıb və qeyd edib ki, yerli məhkəmələr məqalələrdə yer alan iddiaların jurnalistdən, yoxsa onun müsahiblərindən qaynaqlandığını nəzərə almayıb, ticarət mərkəzi rəhbərinin məqalələrin onun reputasiyasına xələl gətirdiyinə dair iddialarını olduğu kimi qəbul etməklə kifayətləniblər.

Məhkəmə qeyd edir ki, məqalədə yer alan iddialar jurnalistdən deyil, onun müsahiblərindən qaynaqlanıb. Bundan əlavə, jurnalist ticarət mərkəzinin rəhbəri əlaqə saxlamağa, iddiaların doğruluğunu yoxlamağa və onun mövqeyini öyrənməyə çalışsa da, o, bundan imtina edib.

AİHM qənaətə gəlib ki, yerli məhkəmələr ərizəçilərin hüquqlarına müdaxiləni əsaslandırmaq üçün müvafiq və kifayət qədər əsaslar təqdim etməyiblər. Beləliklə, müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olmadığı və ifadə azadlığının pozulduğu müəyyən edilib.

Qərara əsasən, Azərbaycan hökuməti Ramin Dekoya mənəvi zərər əvəzi olaraq 2 min avro, hüquqi xərclərə görə ərizəçiləri təmsil edən vəkil Rəşid Hacılıya 1500 avro ödəməlidir.

21:05, 21 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

100 universiteti təmsil edən 157 alim Qubad İbadoğlunu azadlığa buraxmağa çağırır

by Gozetci 20:13, 21 Noyabr 2024
written by Gozetci

Qubad İbadoğlun

 

Dünyanın 28 ölkəsini təmsil edən 100 Universitetdə və Elmi-Təqdiqat Mərkəzlərində çalışan 157 akademik, professor və tədqiqatçı Ədalət naminə Maqnitski Fondunun təşkilatçılığı ilə COP29-un prezidenti Muxtar Babayevə məktub ünvanlayaraq, onu professor Qubad İbadoğlunun azad edilməsini dəstəkləməyə çağırıb.

Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etdiyi bir vaxtda göndərilən məktubda doktor İbadoğlunun kritik səhhətinə və onun korrupsiya ilə mübarizəyə və qalıq yanacaq sənayesində şəffaflığın təşviqinə verdiyi töhfələrə istinad edərək, təcili tədbirlər görülməsinə çağırılır.

Alimlər doktor İbadoğlunun iqlim konfransının məqsədlərinə sadiqliyini vurğulayaraq, Azərbaycanı akademik azadlıq və insan hüquqlarına sadiqliyini nümayiş etdirməyə çağırıb. Alimlər fəalın səhhətinin pisləşməsi, o cümlədən şəkərli diabet, ciddi ürək və böyrək problemləri, həbsdə olduğu müddətdə qeyri-adekvat tibbi xidmət göstərilməsindən narahat olduqlarını bildiriblər.

Müraciəti imzalayanlar doktor İbadoğluna qarşı ittihamların şəffaf şəkildə nəzərdən keçirilməsini, tibbi xidmətə çıxışın yaxşılaşdırılmasını və onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Sənəddə vurğulanır ki, Azərbaycanın məsələyə yanaşması onun iqlim liderliyinə olan istəklərinə ziddir və COP29 zamanı onun beynəlxalq statusunu sarsıda bilər.

Məktubu imzalayanlar arasında Harvard, Yale, Oxford, Kembric, Kolumbiya, George Washington, London İqtisad Məktəbi (LSE), UCL, SOAS, Exeter, Duke, Şimali Karolina, Rutgers, Brown, Leeds, Leiden, George Mason, Cənubi Kaliforniya Universitetlərinin, King, Trinity, Amherst, Williams, Wellesley, New, Hunter, Wheaton kolleclərinin professorları da var.

Azərbaycan hökuməti hələlik müraciətə reaksiya verməyib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi konfransı (COP29) üçün Bakıda səfərdə olan Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinneraym noyabrın 17-də Qubad İbadoğlunu yaşadığı evdə ziyarət edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılması icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.

Amma hökumət hələ də iqtisad elmləri doktoru Qubad İbadoğlunu ölkədən xaricə buraxmaqda qərarlı deyil. Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Amerikanın Səsi 

20:13, 21 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fəal Nicat İbrahim təcridxanada özünə xəsarət yetirib

by Gozetci 17:35, 21 Noyabr 2024
written by Gozetci

Nicat İbrahim

Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan fəal Nicat İbrahim əsassız cinayət təqibinə etiraz olaraq noyabrın 20-də özünə çoxsaylı xəsarət yetirib.
Bu barədə Turan-a onun xanımı Pərvin İbrahim bildirib.
Onun sözlərinə görə, noyabrın 21-də həyat yoldaşı zəng edərək deyib ki, ötən gün güzgü parçası ilə özünə xəsarət yetirib. O, boğazını və qulaqlarını kəsib.
“Nicata tikiş qoyublar, amma çox qan itirib və vəziyyəti ağırdır. Nicat dedi ki, qanunsuz həbsə dözə bilmir. Saxlanıldıqdan sonra bir dəfə polis bölməsində özünü kəsib”, – o deyib.
Penitensiar Xidmət Turanın sorğusuna cavabında bildirib ki, Nicat İbrahimin tələbləri Penitensiar Xidmətə aid deyil.
“Onun özünə xəsarət yetirməsi məsləsinə gəlincə, bu barədə aidiyyatı üzrə məlumat göndərilir və araşdırılır”, Penitensiar Xidmətin cavabında deyilir.
*Sentyabrın 9-da Nicat İbrahim qəsdən sağlamlığa ağır ziyan vurmaqda ittiham olunaraq saxlanılıb.
Sentyabrın 6-da sərhədçilər Daxili İşlər Nazirliyinin qadağasını əsas gətirərək onu Bakı hava limanında ölkədən buraxmayıblar. Eyni zamanda, xanımını və 2 azyaşlı uşağını təyyarəyə buraxıblar.
Bundan sonra o, qanunsuz qadağanın ləğvi tələbilə Daxili İşlər Nazirliyinə müraciət edib və Daxili İşlər Nazirliyinin binası qarşısında özünü yandırmaqla hədələyib.
9 sentyabrda onu saxlayıblar və ittiham irəli sürüblər. Oktyabrın 5-də etiraz aclığına başlayıb və iki həftə davam etdirib.
Turan
17:35, 21 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Uncategorized

Meclis.info platformasının rəhbəri İmran Əliyev İstintaq Təcridxanasında aclıq elan edib

by Gozetci 19:31, 20 Noyabr 2024
written by Gozetci

İmran Əliyev

Meclis.info-nun rəhbəri İmran Əliyev 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq elan edib. Bu barədə o, ictimaiyyətə məktubunda bildirib.

Əliyev bildirir ki, həbsinə etiraz əlaməti olaraq noyabrın 18-dən etibarən aclıq edir.

“Bu gün artıq 7 aydır ki, qanunsuz olaraq həbsdəyəm. 7 ay keçməsinə baxmayaraq, hakimlər qoyulan saxta ittihamla bağlı heç bir sübut göstərmədən, ehtimallar üzərindən qərarlar çıxarırlar”.

Əliyev həmçinin qeyd edir ki, rəhbərlik etdiyi Meclis.info saytı – parlamentin monitorinq platforması 2020-ci ildə təşəbbüs kimi ictimai maraqlar əsasında fəaliyyətə başlamışdı. Əsas məqsədi vətəndaşlarla millət vəkilləri arasında körpü olmaq və ictimai nəzarət mexanizmi yaratmaq idi. Lakin 2022-2023-cü illərdə basqı və təzyiqlər səbəbindən əsas fəaliyyətimizi donduraraq onlayn maarifçilik və bilgiləndirməyə keçmişdik.

“Prezident ictimai nəzarət mexanizminin olmasını dəfələrlə öz çıxışlarında vurğulasa da, bizim fəaliyyətimizi təhlükəli hesab edib məni həbs etdilər”, deyə Əliyev qeyd edib.

Əliyev həbsi müddətində dəfələrlə fiziki və psixoloji təzyiqə məruz qalıb. O, həmçinin atasında xərçəng xəstəliyi aşkar olunmasının həbsdə olduğu müddət ərzində ona ən böyük zərbə olduğunu vurğulayır.

“Ümumi baş verənlərə və mənim azadlığımın təmin olunmamasına etiraz olaraq aclıq etmək qərarı verirəm! Tələbim saxta cinayət ittihamının ləğv edilməsi və azadlığımın təmin olunmasıdır”, deyə Əliyev qeyd ediir.

* İmran Əliyev aprelin 18-də Bakı hava limanında saxlanılıb. O, Abzas Media-nın işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə təhqiqata cəlb edilib. Sonradan Əliyevin işi ayrıca icraata ayrılıb.

Əliyev özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Əliyevin təqibini pisləyiblər və cinayət işini onun Azərbaycan parlamentinin və onun deputatlarının işinin monitorinqini aparan Meclis.info saytının fəaliyyəti ilə əlaqələndiriblər.

Noyabrın 19-da məhkəmə onun həbs müddətini üç ay uzadıb.

Turan 

19:31, 20 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia