Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Kamran Məmmədli: ‘Ölkədən çıxışıma qadağa qoyulub’

by Gozetci 15:01, 02 Dekabr 2024
written by Gozetci

Kamran Məmmədli 

Heyvan haqları fəalı Kamran Məmmədli deyir ki, onun ölkədən çıxışına qadağa qoyulub.

Onun AzadlıqRadiosuna bildirməsinə görə, bu gün, dekabrın 2-də səhər saatlarında Tbilisiyə uçmalı idi: “Pasport nəzarətində olan adam pasportuma baxdı, sonra kiməsə zəng vurdu. Qısa müddətdən sonra mənə bildirdi ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Səbəb barədə bir söz deyilmədi”.

K.Məmmədli hesab edir ki, qadağa COP29-dakı aksiyasına görədir:

“İyul ayında ölkədən çıxıb qayıtmışdım, problem yaşamamışdım”.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosu 

15:01, 02 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib

by Gozetci 14:22, 02 Dekabr 2024
written by Gozetci

Əli Kərimli

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında ittiham hökmü çıxarılıb. Dekabrın 2-də Nəsimi Rayon Məhkəməsində çıxarılan bu hökmlə o, Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və 1500 manat cərimə cəzasına məhkum edilib.

Hökm AXCP-nin keçmiş üzvü, 2019-cu ildə partiyadan uzaqlaşdırılmış Aydın Əliyevin şikayəti əsasında çıxarılıb. A.Əliyev iddia edir ki, Əli Kərimli müxtəlif internet televiziyalarına müsahibələrində onu hakimiyyətlə əməkdaşlıqda suçlamaqla ona böhtan atıb.

Hökmdən öncə çıxış edən Aydın Əliyev də, onun nümayəndəsi də məhkəmədən AXCP sədrinə 6 ay həbs cəzası kəsilməsini istəyib.

Əli Kərimli çıxışında vurğulayıb ki, məhkəmə iclasından öncə polislər Nəsimi Rayon Məhkəməsinin binasının önündə cəbhəçilərə hücum edib, xeyli sayda saxlanılan və zorakılığa məruz qalanlar var. AXCP sədri bildirib ki, vəkili Vidadi Mirkamal da saxlanılaraq naməlum istiqamətə aparılanlar arasındadır.

Məhkəmənin gedişində əlaqə saxlanılıb və Vidadi Mirkamal sərbəst buraxılıaraq, prosesə qoşulub.

“Hamı bilir ki, bu, sifarişli işdir və qərar hardan gəlir. Qərarı elan edin, bitsin, insanlara əziyyət verməyə nə ehtiyac var? İndiyə qədər azı 10 nəfərə işgəncə verilib ki, mənim əleyhimə ifadə alsınlar. Bu məhkəmə prosesi də tarixdə rüsvayçı proses kimi qalaçaq. “Hökumətlə əməkdaşlıq” ifadəsi ləyaqəti alçaldan ifadə kimi qiymətləndirilir”, – Əli Kərimli bildirib.

Vəkili Fəxrəddin Mehdiyev də iddianın əsassız olduğunu vurğulayıb.

Hakim Babək Pənahov təxminən bir saatlıq müşavirədən sonra AXCP sədrinin haqqında ittiham hökmünü elan edib.

Məhkəmədən sonra Əli Kərimli AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

AzadlıqRadisou 

14:22, 02 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Famil Xəlilov həbsxanada quru aclığa başladığını bildirib

by Gozetci 20:39, 01 Dekabr 2024
written by Gozetci

Famil Xəlilov

 

Həbsdə olan ictimai fəal, I qrup əlil Famil Xəlilov noyabrın 28-də yenidən aclıq aksiyasına başlayıb. O, hazırda quru aclıq edir, su, dərman qəbulundan da imtina edib. Xəlilov “qanunsuz həbsinə” etiraz edir.

Bu barədə Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova onunla dekabrın 1-də telefon danışığından sonra Amerikanın Səsinə deyib.

“Famillə bu gün telefonla danışdım. O, quru aclığı davam etdirdiyini, hətta dərmanlarının qəbulundan imtina etdiyini dedi. Bildirdi ki, dərman qəbul etmədiyindən gecələr yata da bilmir. Mənim yalvarışlarıma baxmayaraq, o, inadından dönmədi. Familə onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vədə noyabrın 28-də məhkəmədə əməl edilməməsi çox ağır təsir edib”, o qeyd edib.

Famil Xəlilov noyabrın 28-də məhkəmədə bildirib ki, COP-29 günlərində onu növbəti məhkəmə prosesində ev dustaqlığına buraxacaqlarına əmin ediblər.

Bundan sonra 88 gün aclıq edən Famil Xəlilov aclığı dayandırıb, səbirsizliklə noyabrın 28-də keçiriləcək məhkəmə iclasını gözləyib. Lakin məhkəmə vəkillərin onun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

Ictimai fəal Xəlilov “qanunsuz həbsinə” etiraz olaraq avqustun 15-dən aclığa başlayıb və noyabrın 10-da aclığı dayandırıb.

Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb. 2023-cü ildə Azərbaycana readmissiya olunub.

Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.

Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

20:39, 01 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA Azərbaycanda repressiyaların güclənməsinə dair müzakirə keçirib

by Gozetci 09:41, 01 Dekabr 2024
written by Gozetci

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda repressiyaların güclənməsi: Demokratik azadlıqların və parlament hüquqlarının zəifləməsi” mövzusunda müzakirələr keçirib.

Noyabrın 29-da Lüksemburqda bir araya gələn AŞPA-nın Daimi Komitəsinin üzvləri Azərbaycanın bu ilin yanvar ayında Assambleyadakı səlahiyyətlərinin dondurulmasından sonra ölkədə insan hüquqlarının vəziyyətinin daha da pisləşdiyini vurğulayıblar.

“Repressiyaların güclənməsi fonunda Azərbaycanın Avropa Şurasının prinsiplərinə sadiqliyini şübhə altına almaq legitimdir. Azərbaycanın öz vətəndaşlarının hüquqlarını qorumaq və hörmət etmək öhdəliyi var”, lüksemburqlu deputat Qusti Qraas debatın açılış nitqində deyib.

Azərbaycanda insan haqlarının vəziyyətinin qeyri-müəyyən olduğunu və pisləşdiyini qeyd edən Qusti Qraas ifadə və toplaşmaq kimi əsas azadlıqlara qarşı sistemli repressiyaların həyata keçirildiyini deyib.

Müzakirə zamanı Azərbaycanda siyasi motivlərlə həbsdə olan çoxsaylı jurnalist, fəal və hüquq müdafiəçilərinin, o cümlədən akademik Qubad İbadoğlunun və 2014-cü il Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin işləri qeyd edilib.

Yanvar ayında Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən 76 Assambleya üzvünün rəsmi Bakı tərəfindən “arzuolunmaz şəxs” elan edilməsi yenidən pislənilib və bunun dialoqu əngəlləyən əsas faktorlardan biri olduğu vurğulanıb.

AŞPA deputatları Azərbaycanın nümayəndə heyəti ilə bağlı məsələyə 2025-ci ilin yanvar ayında yenidən baxılacağı, Azərbaycan hakimiyyətinin növbəti həftələrdə dialoqun və əməkdaşlığın bərpası üçün əməli addımlar atmalı olduğunu bildirib.

AŞPA-da daha əvvəl oktyabrın 1-də keçirilən müzakirələrdə Azərbaycan hökuməti insan hüquqları pozuntularına, AŞPA ilə münasibətlərin gərginləşdirilməsinə görə tənqid hədəfi olub.

Parlament Assambleyasının müzakirədə çıxış edən üzvlərinin əksəriyyəti, o cümlədən iki ən böyük siyasi qrup – Sosialistlər, Demokratlar, Yaşıllar (SOC) və Avropa Xalq Partiyası (EPP) Azərbaycan hakimiyyətini insan hüquqları və demokratiyanın vəziyyətinə, siyasi təqiblərə və AŞPA ilə münasibətlərdə atdığı addımlara görə tənqid edib.

AŞPA Azərbaycanın öhdəliklərin yerinə yetirməməsi və insan hüquqlarının vəziyyətini əsas gətirərək azərbaycanlı deputatların etimadnaməsini bu ilin yanvar ayında ratifikasiya etməyib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı deyib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

Amerikanın Səsi 

09:41, 01 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP iki fəalının həbs edildiyini, bir fəalının saxlanıldığını bildirir

by Gozetci 10:04, 30 Noyabr 2024
written by Gozetci

 

Son iki gündə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 fəalı saxlanılıb. Onlardan ikisi barəsində inzibatı qaydada həbs seçilib. Bir fəal isə hələ polis bölməsində saxlanılır.

Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Ayaz Məhərrəmli bildirib.

Onun sözlərinə görə, bu partiyanın Xətai rayon təşkilatının fəalı Malik Babayev noyabrın 27-də evindən polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılıb. Xətai Rayon Məhkəməsi Bababyevi 15 sutka inzibati həbsə məhkum edib.

Ayaz Məhərrəmli bildirib ki, noyabrın 28-də AXCP Xətai rayon təşkilatının daha bir fəalı, Natiq Abbasov Xəzər Rayon Polis İdarəsinə dəvət edilib. Abbasov polisin dəvəti ilə gedib və noyabrın 29-da Xəzər Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 25 sutka inzibati həbsə məhkum edib.

Noyabrın 29-da məhkəmənin binası qarşısında Natiq Abbasovun fotosunu çəkən zaman AXCP Xətai rayon təşkilatınınn daha bir fəalı, Emin Abbasov saxlanılıb. Polis əməkdaşları onun foto çəkdiyi telefonu əlindən alıb və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparıblar. Emin Abbasov hazırda bu polis bölməsində saxlanılır.

AXCP fəallarının saxlanılmasını sosial şəbəkələrdəki statuslara tənqidi rəylər yazmaları ilə əlaqələnirir.

“Bu, hakimiyyətin AXCP-yə qarşı uzun illərdir apardığı repressiya siyasətinin davamıdır”, Məhərrəmli qeyd edib.

Onun sözlərinə görə, hazırda 11 AXCP fəalı cinayət təqibi ilə həbsədir.

“Son illər ərzində yüzdən çox AXCP fəalı isə inzibati həbsə məhkum edilib. Hazırda AXCP sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında irəli sürülən cinayət işi üzrə Nəsimi rayon Məhkəməsində proses davam etdirilir”, AXCP sədrinin müavini qeyd edib.

Öz növbəsində, Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bununla yanaşı, Mətbuat xidməti bir qayda olaraq insanların qanunazidd əməllərinə görə saxlanıldığını bildirir. Siyasi bəyanatların isə özünü müdafiə məqsədi daşıdığını deyir.

Amerikanın Səsi 

10:04, 30 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Ələsgər Məmmədlini ev dustaqlığına buraxmayıb

by Gozetci 17:38, 28 Noyabr 2024
written by Gozetci

Ələsgər Məmmədli

 

Noyabrın 27-də Xətai Rayon Məhkəməsində müdafiə tərəfin 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılan Toplum TV nəşrinin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması haqqında vəsatəti ilə bağlı onlayn iclas keçirilib.

Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədlinin verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.

Ələsgər Məmmədli məhkəmədə səhhətinin pis olduğunu və onkoloji şişin götürülməsi üçün cərrahi əməliyyata ehtiyac olduğunu bildirib.

“Xüsusilə də qalxanabənzər vəzimdə böyüməkdə olan şişin təcili əməliyyatla götürülməsi vacibdir. Boğulma hissinə görə yuxu rejimim pozulub. Davamlı qan təzyiqim yüksəlir, kəskin baş ağrılarından əziyyət çəkirəm. Hətta təcridxanada müayinə olunarkən buradakı həkimlər də cərrahi əməliyyatın vacibliyini tövsiyə edib. Amma təcridxanada cərrahi əməliyyat oluna bilmərəm”, deyə Ələsgər Məmmədli bildirib.

O, həmçinin universitetdə oxuyan iki övladının maddi problemlərini həll etməli olduğunun nəzərə alınmasını xahiş edib.

“Onlar təhsil haqqını və digər xərclərini özləri ödəyə bilməzlər”, deyə o qeyd edib.

Məmmədli həmçinin deyib ki, 9 aydır istintaq aparılır və heç bir sual qalmayıb.

Lakin istintaq tərəfi vəsatətin təmin edilməməsini xahiş edib və hakim müstəntiqə heç bir sual vermədən şikayəti təmin etməyib. Qərardan şikayət veriləcək.

Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini 3 ay uzadıb.

Martın 6-8-də “Tolum TV” və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barəsində həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

Onun təqib olunmasının əsl səbəbi Toplum TV-nin xarici donorlarla işləməsidir.

Turan

17:38, 28 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dövlət ittihamçısı ictimai fəal İlhamiz Quliyevə 7 il həbs istəyir

by Gozetci 17:04, 28 Noyabr 2024
written by Gozetci

İlhamiz Quliyev

 

Noyabrın 28-də ictimai fəal İlhamiz Quliyevin işi üzrə növbəti iclas keçirilib.

Prosesdə Bakının Yasamal Rayon 28-ci Polis Bölməsinin cavabı dinlənilib. Əvvəlki iclasda müdafiə tərəfi məhkəmədən İlhamiz Quliyevin ötən il dekabrın 4-də aparıldığı bu polis bölməsinin müşahidə kameralarından kadrları istəməyi xahiş etmişdi. Lakin polis bölməsinin cavabında kameraların videogörüntülərinin qalmadığı bildirilib.

Bundan başqa, Yasamal polisi iddia edib ki, Quliyev polis bölməsinə gətirildikdən sonra  onun bədənində heç bir xəsarət izi olmayıb və ona fiziki təzyiq göstərilməyib. Buna cavab olaraq vəkil Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin bədənində xəsarət izlərinin mövcudluğu tibbi kartda qeydə alınıb, bu kart da polis bölməsində saxlanılır.

Məhkəmənin sorğusuna cavab olaraq polis bölməsinin müvəqqəti saxlama yerindən dekabrın 4-də İlhamiz Quliyevin ümumiyyətlə orada saxlanılmadığını bildiriblər.

Prosesdə müdafiə tərəfi Quliyevin saxlanıldıqdan sonra müsadirə edilmiş möbil telefonunun qaytarılması tələbi də daxil olmaqla, bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, İlhamiz Quliyevin təqsirinin tamamilə sübuta yetirildiyini bildirib və onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil son sözə hazırlıq üçün vaxt istəyib. Proses dekabrın 13-nə qədər təxirə salınıb.

* Xatırladaq ki, Quliyev 4 dekabr 2023-cü il tarixində saxlanılıb, ayın 6-da isə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.

Lakin Quliyevin həbsinin əsl səbəbi Abzas Media nəşrinə verdiyi müsahibədə polisin qanunsuz hərəkətlərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışmasıdır. Hüquq müdafiəçiləri Quliyevi siyasi məhbus kimi tanıyıblar.

Turan

17:04, 28 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə ictimai fəalı 3 il həbsə məhkum edib

by Gozetci 16:12, 28 Noyabr 2024
written by Gozetci

Zəka Mirağayev

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan ictimai fəal Zəka Mirağayevin işi üzrə proses başa çatıb. Məhkəmə ictimai fəalı 3 il həbsə məhkum edib.

Vəkil Elçin Sadıqov bildirib ki, fəal son sözündə bir daha ona qarşı irəli sürülən ittihamı rədd edib.

Mirağayev deyib ki, saxlanıldıqdan sonra işgəncəyə məruz qalıb və fiziki təzyiq altında öz-özünə böhtan atıb. Mirağayevin sözlərinə görə, narkotiki onun cibinə qoyublar.

Mirağayev həmçinin deyib ki, məhkəmə obyektiv istintaq aparmayıb və hətta Bakının Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin onun orada olduğu vaxta aid videokamera görüntülərini istəməyib. Bu görüntülər izlənilsəydi, polis bölməsində onun başına gələnlər aydın olardı.

Mirağayev qeyd edib ki, polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etdiyinə görə təqib olunur.

Prokuror Mirağayevin 7,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Müdafiə tərəfi isə fəala bəraət verilməsini istəyib.

Təhqiqatın nəticəsinə görə, məhkəmə ittihamı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə) maddəsindən 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edib və Mirağayevi 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

Mirağayev 11 oktyabr 2023-cü il tarixində saxlanılıb. Səbail Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs edib və o vaxtdan etibarən həbs müddəti dəfələrlə uzadılıb.

Mirağayevin yaxınları fəalın həbsini onun Daxili İşlər Nazirliyinin rəhbərliyini tənqid etdiyi açıq məktubu ilə əlaqələndirirlər.

Öz növbəsində, Daxili İşlər Nazirliyi bu iddiaları qəbul etmir. Bir qayda olaraq belə bəyanatların özünümüdafiə məqsədi daşıdığını bildirir.

Amerikanın Səsi 

16:12, 28 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Afiəddin Məmmədovun məhkəməsinin dəfələrlə təxirə salınması onun azadlıq hüququnu pozur”

by Gozetci 09:17, 27 Noyabr 2024
written by Gozetci

Afiəddin Məmmədov

 

Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə növbəti məhkəmə prosesinin keçirilməsi nəzərdə tutulsa da, məhkəmə yenidən təxirə salınıb. Onun vəkili Zibeydə Sadıqovanın sözlərinə görə artıq bir neçə prosesdir ki, şahid qismində tanınan şəxs məhkəməyə gəlmir, onlar bununla bağlı vəsatət versələr də, vəsatət təmin olunmur:

“Keçən məhkəmə prosesində şahidin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar verilmişdi. Nədənsə şahidin məhkəmədə iştirakı təmin edilmir. Biz məhkəmədə vəsatət qaldırdıq ki, əgər iştirak təmin edilmirsə, vaxtın uzadılmasına gətirib çıxarmasın deyə onun şahid ifadəsi sübut siyahısından çıxarılsın və məhkəmə müşavirə otağında o ifadəyə istinad etməsin. Lakin məhkəmə vəsatətimizi təmin etmədi, şahidin gətirilməsini təmin elədi. Bildirdilər ki, növbəti prosesdə şahid məcburi gətiriləcək”.

Zibeydə Sadıqova bildirib ki, Afiəddin Məmmədov artıq 1 ildən çoxdur ki, həbsdədir və məhkəmənin dəfələrlə təxirə salınması onun azadlıq hüququnu pozur.

“Biz dəfələrlə ev dustaqlığı ilə bağlı vəsatət qaldırmışıq ki, Afiəddin heç vaxt cinayət törətməyib, belə ittihamla ilk dəfədir həbs olunur, ailəsi ilə birgə yaşayır, ailəsi də hər dəfə məhkəmə proseslərində iştirak edir, cəmiyyət üçün də təhlükəli şəxs deyil. O, kifayət qədər tanınmış adamdır və əksinə, insanlara, cəmiyyətə xeyri dəyir. Afiəddin həmişə işçi hüquqlarının müdafiəsi ilə məşğul olub, bu şəxs barəsində həbs seçilməyə ehtiyac yox idi. Lakin məhkəmə də vəsatətimizi təmin etmir. Təsəvvür edin ki, hər dəfə prosesə hansısa şahid gəlmir və proses uzanır. Afiəddinin həbsdə qalma müddəti də uzanır, yəni, o, Bakı İstintaq Təcridxanasında saxlanılır və ayda bir dəfə məhkəmə prosesi olur, onu oradan gətirirlər, daha sonra məlum olur ki, şahid gəlməyib. Hər dəfə məhkəmə növbəti aya təxirə salınır. Axı həbsxanada onun azadlıq hüququ pozulur”, deyə, vəkil əlavə edib.

Növbəti məhkəmə prosesi dekabrın 17-ə təyin olunub.

İşçi Masasının sədri Afiəddin Məmmədov ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov isə ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb. Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

İşçi Masasının digər üzvü Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Amerikanın Səsi 

09:17, 27 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Anar Məmmədlinin şikayətini təmin etməyib

by Gozetci 17:08, 26 Noyabr 2024
written by Gozetci

Anar Məmmədli

Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsi hakim Mehriban Qarayevanın sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin həbs qətimkan tədbirinin uzadılması barədə Xətai rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin eməyib.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, məhkəmədə iştirak edən Anar Məmmədli həbs müddətinin uzadılmasını əsassız sayıb və həbsini hüquq müdafiəçi fəaliyyəti ilə əlaqələndirib.

Vəkil hüquq müdafiəçisinin səhhətində ciddi geriləmələrin olduğunu və adekvat olaraq müalicə olunmasının vacib olduğunu deyib.

Buna görə də vəkil Avropa İnsan Hüquqları Konvensiyasının 39-cu maddəsinə əsaslanaraq, məhkəməyə müraciət ediləcəyini bildirib.

Noyabrın 20-də Bakı şəhər Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiririnin müddətini daha üç ay uzadıb.

Anar Məmmədli bu il aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Azərbaycan rəsmiləri bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Amerikanın Səsi 

17:08, 26 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia