Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına münasibət bildirib

by Gozetci 12:12, 04 Dekabr 2024
written by Gozetci

Vedant Patel

ABŞ Dövlət Departamenti Azərbaycanda saxlanılan hüquq müdafiəçisi Rüfət Səfərovun işini diqqətlə izləyir.

“Hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq”, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel dekabrın 3-də keçirilən ənənəvi brifinqdə Turan agentliyinin sualına cavabda bildirib.

Səfərov Azərbaycanda siyasi motivli həbslər, işgəncələr və hökumət korrupsiyası ilə bağlı sənədləri və hesabatları hazırlayan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəridir.

O, insan haqları sahəsində fəaliyyətinə görə Dövlət Departamentinin mükafatına layiq görülüb və bir neçə gündən sonra bu mükafatı almalı idi. Lakin çərşənbə axşamı o, Bakıda polis tərəfindən saxlanılıb.

Patel Azərbaycanı “haqsız yerə həbs olunanların hamısını azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa” çağırıb.

“Dünyadakı insan haqları müdafiəçilərinin öz işlərini maneəsiz və qisas qorxusundan azad şəkildə həyata keçirə bilməsi çox vacibdir”, o deyib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb, ona qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət Katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.

Amerikanın Səsi 

12:12, 04 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan qadağanı qüvvədə saxlayıb

by Gozetci 20:31, 03 Dekabr 2024
written by Gozetci

Qubad İbadoğlu

 

Dekabrın 3-də Bakının Nərimanov Rayon Məhkəməsi iqtisad elmləri doktoru, anti-korrupsiya eksperti Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı müraciəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

“Artıq üçüncü dəfədir müdafiə tərəfinin Qubad İbadoğlunun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi ilə bağlı müraciətini məhkəmə təmin etmir. İki dəfə müraciətimiz Qubad İbadoğlunun səhhətində yaranmış problemlə bağlı müalicə olunması səbəbi ilə ölkədən çıxışına icazə verilməsi idi. Bu dəfə isə müraciətimiz Avropa Parlamentinin prezidentinin İbadoğlunun 14-19 dekabr tarixlərində Saxarov mükafatının təqdimatında iştirak üçün Strasburqda dəvət etməsi ilə bağlı idi. Avropa Parlamentinin prezidentinin dəvəti hökumətin yüksək dairələrinə də göndərilib. Lakin hər dəfə məhkəmə hər hansı səbəb göstərmədən müraciətimizi təmin etmir”, vəkil Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, hazırda İbadoğluna qarşı hüquqi münasibətdə qeyri-müəyyənlik yaranıb. Onunla bağlı istintaq dayandırılıb.

“Buna baxmayaraq İbadoğlu səhhətində yaranmış ciddi problemlə bağlıı ölkədən xaricə buraxılmır. Onun dünyanın birinci onluğuna daxil olan unuversitetlər işə dəvət edir, yenə ölkədən buraxılmır. Ölkədə isə ürəyində yaranmış problemlə bağlı müalicə yoxdur. Dünyada tanınmış alim olmasına baxmayaraq işlə təmin edilmir. Cinayət işinin istintaqı dayandırılsa da polisin nəzarətindədir, hər dəfə yaşayış yerini tərk etməməsi ilə ilə bağlı polisə məlumat verir”, Zibeydə Sadıqova qeyd edib.

Avropa Parlamentinin Prezidenti Roberta Metsola professor Qubad İbadoğlunu bu il 14-19 dekabr tarixlərində Strasburqa, Saxarov mükafatının təqdimetmə mərasiminə dəvət edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.

Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

20:31, 03 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb

by Gozetci 19:00, 03 Dekabr 2024
written by Gozetci

Rüfət Səfərov

Dekabrın 3-də axşam mülki geyimli şəxslər hüquq müdafiəçisi Rüfət Səfərovu saxlayıblar. Onun atasının dediklərinə görə, Rufat evə qayıdarkən saxlanılıb.
Rüfət Səfərov öz hüquq- müdafiə fəaliyyətinə görə beynəlxalq mükafata layiq görülüb və mükafatı almaq üçün dekabrın 6-da ABŞ-a getməliydi.
Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasının səbəbləri ilə bağlı Turan-ın sorğusuna cavab verib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, “torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. Bununla bağlı araşdırma aparılır”.
19:00, 03 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Famil Xəlilov ev dustaqlığına buraxılıb

by Gozetci 16:45, 03 Dekabr 2024
written by Gozetci

Famil Xəlilov

Bu qərarı çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsi həm vəkilin, həm də dövlət ittihamçısının vəsatətləri əsasında qəbul edib.
Bu barədə Turan-a vəkil Fəriz Namazlı bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi fəalın səhhəti və Bakıda daimi yaşayış yerinin olması ilə əlaqədar həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Xəlilov azad edildikdən sonra Turan-a bildirib ki, quru aclıq səbəbindən səhhətinin pisləşməsilə əlaqədar məhkəmə onu ev dustaqlığına buraxıb.
“Özümü çox pis hiss edirəm. Dodaqlarım quruyub və danışmaq çətindir”, -Xəlilov söhbəti davam etdirə bilməyərək deyib.
* Əlləri iflic olan fəal Famil Xəlilov mayın 2-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (satış məqsədi ilə külli miqdarda narkotik maddənin hazırlanması, daşınması, saxlanması) ittiham olunaraq saxlanılıb. Fəalın barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Onun yaxınları bildirirlər ki, əsl səbəb sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazılardır.
Avqustun 15-də Famil Xəlilov azadlığa buraxılması tələbilə aclığa başlayıb. Noyabrın ortalarında azad ediləcəyi barədə vədlərlə əlaqədar aclığı dayandırıb. Noyabrın 28-də məhkəmə qətimkan tədbirini dəyişdirməkdən imtina etdikdən sonra yeni, lakin quru aclıq elan edib.
16:45, 03 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
E-bülletenVətəndaş Cəmiyyəti

Bulletin – November

by Gozetci 16:30, 03 Dekabr 2024
written by Gozetci

Azer Gasimli

 

Opposition politician banned from leaving the country

The head of the Political Management Institute in Azerbaijan, independent politician Azer Gasimli, has been banned from leaving the country. On November 22, Azer Gasimli was informed at the Baku International Airport that he was prohibited from leaving the country.[1]

He had planned to travel to Prague, the capital of the Czech Republic, on November 22, and from there to Berlin. At the passport control at Baku International Airport, he was informed that the Ministry of Internal Affairs had imposed a ban on his departure from the country.

“I believe that this ban is a political decision and is pressure against me for criticizing the government’s policies. This ban is illegal and can only be imposed based on slander,” he told the local media.

On November 25, Azer Gasimli was summoned to the Baku City Main Police Department, where he was interrogated as a witness. He was released after three and a half hours.

Azer Gasimli stated that he was questioned as a witness in a criminal case and did not disclose which case it was, as he had signed a written confidentiality agreement.

He also mentioned that he was asked many questions during the investigation regarding the activities of the Political Management Institute he leads.

The Ministry of Internal Affairs has not yet provided an explanation regarding the reasons for Azer Gasimli’s ban on leaving the country.

[1] https://turan.az/en/politics/azer-gasymly-summoned-to-capitals-police-station-787411

Follow the link to read the statement in more detail.

16:30, 03 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
E-bülletenVətəndaş Cəmiyyəti

Bülleten – Noyabr

by Gozetci 16:23, 03 Dekabr 2024
written by Gozetci

Azər Qasımlı

 

Müxalif siyasətçinin ölkədən çıxışına qadağa qoyulub

Azərbaycandakı Siyasi Menecment İnstitutunun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlının ölkədən çıxışına qadağan edilib. Belə ki, Azər Qasımlıya noyabrın 22-də Bakı Beynəlxalq Aeroportunda bildirilib ki, ölkədən çıxışına qadağa qoyulub.[1]

O, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər etməyi planlaşdırırmış. Bakı Beynəlxalq Aereportunun pasport nəzarətində ona deyiblər ki, Daxili İşlər Nazirliyi onun ölkədən çıxışıma qadağa qoyub.

“Hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Bu qadağa qeyri-qanunidir və yalnız şərləmə əsasında qoyula bilər”, o yerli mediaya bildirib.

Noyabrın 25-də Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və  orada şahid qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.

Azər Qasımlı bir cinayət işi üzrə şahid qismində dindirildiyini bildirib və yazılı iltizam verdiyinə görə hansı cinayət işindən söhbət getdiyini deməyib.

O, istintaqda rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə də xeyli suallar verildiyini deyib.

Daxili İşlər Nazirliyi Azər Qasımlının ölkədən xaricə buraxılmamasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

[1] https://turan.az/en/politics/azer-gasymly-summoned-to-capitals-police-station-787411

Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiz.

16:23, 03 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə AXCP fəallarını məhkum edib

by Gozetci 20:29, 02 Dekabr 2024
written by Gozetci

Dekabrın 2-də Bakının Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəməsi zamanı saxlanılan fəallardan ikisini inzibati həbsə məhkum edib, 4 fəalı isə cərimə edərək sərbəst buraxıb.

AXCP sədrinin müavini Ayaz Məhərrəmli Amerikanın Səsinə deyib ki, fəallar İnizabti Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (poliosin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

Belə ki, Nəsimi Rayon Məhkəməsi AXCP fəalları  Rövşən Asvarovu 15 sutka, Mikayıl İsmayılovu 30 sutka inzibati həbsə məhkum edib. Fəallar Elçin Hacıvəlli, Elçin Nuruşov, Rövşən Rəhimov və  Rövşən Səfərov hər biri 200 manat olmaqla cərimə olunub.

Sədr müavinin dediyinə götə, hazıra daha bir neçə fəal, o cümlədən Ruslan Əmirov, Fuad Abdullayev və Elməddin Muradov Nəsimni Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində  saxlanılır. Onların arasında xəsarət alanların olduğu bildirilir.

Öz növbəsində, Daxili İşlər Nazirliyi Turanın  insidentlə bağlı sorğusuna hələ cavab verməyib.

Bu gün Bakının Nəsimi Rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilərək, onun 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.

Turan

20:29, 02 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edəcək

by Gozetci 20:00, 02 Dekabr 2024
written by Gozetci

Müsavat Partiyası yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib.

Müsavat Partiyasının məlumatında deyilir ki, yanvarın 25-də partiyanın Divanı (İdarə Heyəti) seçkilərdə öz namizədləri ilə iştirak etmək, namizədlərin irəli sürülməsi səlahiyyətlərini partiyanın rayon təşkilatlarına həvalə etmək haqqında qərar qəbul edib.

İndiyədək təxminən 10 siyasi partiya, o cümlədən REAL Partiyası bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib.

Hazırda bələdiyyələrə namizədlərin irəli sürülməsi prosesi davam edir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.

Amerikanın Səsi

20:00, 02 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSərbəst toplaşma azadlığıSliderXƏBƏRLƏR

Nəsimi Rayon Məhkəməsinin qarşısında saxlanılan şəxslər polis bölməsində döyülüblər

by Gozetci 17:30, 02 Dekabr 2024
written by Gozetci

Bazar ertəsi Nəsimi Rayon Məhkəməsinin binası qarşısında saxlanılan Xalq Cəbhəsi Partiyasının 10 fəalı Bakının Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində döyülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri (kiçik xuliqanlıq və polisə tabe olmama) ilə protokol tərtib edilib.

Bu barədə Turan-a saxlanılanlardan biri – Gülnarə Rəhimova bildirib. O, sərbəst buraxılıb.

Onun sözlərinə görə, dörd fəalı amansızca döyüblər. “Ruslan Əmirovun üzü eybəcər hala salınıb, sol qabırğası qırılıb və o, çətinliklə nəfəs alırdı. Məni də döyüblər, əl barmağımda dırnağım qopdu. 10 fəal hələ də bölmədədir”, deyə o bildirib.

DİN AXCP üzvlərinə qarşı zorakılıqla bağlı şərh vermir.

Xatırladaq ki, fəallar partiya lideri Əli Kərimlinin işi üzrə keçirilən prosesdə onu dəstəkləmək üçün gəldikləri Nəsimi Rayon Məhkəməsinin binası qarşısında saxlanılıblar.

Turan

17:30, 02 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin işi üzrə prosesdə

by Gozetci 16:17, 02 Dekabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

 

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə proses davam etdirilib.

Bu gün məhkəmə iş üzrə səndələri elan edib və vəkillərin vəsatətlərini dinləyib.

Hakim qeyd edib ki, növbəti iclasda müdafiə tərəfinin vəsatətlərini müzakirə edəcək.

“Müdafiə tərəfi saxta səndələrin iş materiallarından çıxarılması, yalan ifadə vermis şahidlərin cinayət məsuliyyətinə cəlb edilməsi, əlavə sübutların tələb olunması ilə bağlı vəsatətlər verdi. Bəxtiyar Hacıyev də eyni məzmunda çıxış etdi. O bildirdi ki, iş materiallarına mənbəyi məlum olmayan sənədlər əlavə edilib. Onun əsasında Hacıyevə qarşı əlavə ittihamlar irəli sürülüb. Həmin sənədlərin haradan, necə əldə edildiyi barədə iş materiallarında hər hansı sübut yoxdur. Qanunvericliyə görə sübutların mənbəyi məlum olmalıdır və mənbəyin mötəbərliyinə görə sübutlar qiymətləndirilməlidir. Bununla bağlı iş materiallarına daxil edilmiş e-mailin necə əldə olunduğunun, Daxili İşlər Nazirliyinə necə göndərildiyinin araşdırlmasını tələb etdi. O, həmçinin dedi ki, bu email Bakı şəhər Baş Polis İdarəsində açılıb və həmin emaildən özlərinə mesaj göndəriblər. Ona görə Hacıyev Daxili İşlər Nazirliyinə daxil olmuş e-mailə baxış keçirilməsini, o e-mailin nə vaxt və kim tərəfindən göndərildiyinin araşdırılmasını tələb etdi”, deyə vəkil Elçin Sadıqov bildirib.

Növbəti məhkəmə iclası dekabrın 9-na təyin edilib.

* Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs olunub.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.

Elə həmin ilin noyabrında ona qarşı daha bir ittiham – vergidən yayınma ittihamı irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Turan 

16:17, 02 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia