Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderUncategorizedXƏBƏRLƏR

“Meydan TV” jurnalistləri ilə saxlanılan fəal BŞBPİ-də işgəncəyə məruz qaldığını deyir

by Gozetci 09:00, 08 Dekabr 2024
written by Gozetci

Kamran Məmmədli

 

Dekabrın 7-də Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) sərbəst buraxılan heyvan haqları fəalı Kamran Məmmədli idarədə işgəncəyə məruz qaldığını deyir. Onun sözlərinə görə, o, “Meydan Tv” əməkdaşı Aytac Tapdıqla (Əhmədova) birgə saxlanılıb.

“Aytacla bir evdə idim, qapı döyüldü və bir nəfər dedi ki, evinə su damır, biz də inanıb açdıq. Evə polislər girdi və birinci mənim boğazıma zərbə vurdular, həmçinin Aytacın əlini sıxdılar. 9 polis əməkdaşı, 2 nəfər isə hal şahidi kimi iştirak edirdi, evin çölündə isə 20 polis əməkdaşı var idi. Evdə axtarış aparıldı və heç nə tapılmadı. Aytacın kompüterini, fotoaparatını və media fəaliyyəti üçün istifadə etdiyi texnikanı götürdülər, mənim isə telefonumu götürdülər”, deyə, fəal qeyd edib.

Kamran Məmmədli bildirib ki, axtarış 3 saat çəkib, daha sonra onlar Bakı Şəhər Baş Polis İdarəsinə aparılıblar:

“Bir müddət sonra bizi ayırdılar və Aytacı müstəntiqin otağına dindirmək üçün apardılar. Məndən telefonumun şifrəsini istədilər, mən onlara şifrəmi ancaq məhkəmə qərarı ilə verə biləcəyimi dedim. 4 nəfər məni yerə yıxaraq yumruqlamağa başladılar və mənə elektroşok tətbiq etdilər. Mən də əhəmiyyətinin olmadığını düşünüb telefonumun şifrəsini onlara verdim. BŞBPİ-də 25 saat saxlanıldım, daha sonra sərbəst buraxıldım”.

Dekabrın 2-də ölkədən çıxış qadağasının olduğunu öyrənən fəal, hansı səbəbdən saxlanıldığını bilmədiyini deyir.

“Səbəbi bilmirəm, amma “Meydan Tv” ilə hər hansı bir əməkdaşlığım olmayıb. Ölkədən çıxış qadağamın hansı səbəbdən olduğunu bilmirəm. Orada hiss etdim ki, mənimlə bağlı başqa cinayət işinə hazırlıq var. Lakin həmin gün ancaq Aytacla bağlı suallar verirdilər”, deyə, fəal əlavə edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Amerikanın Səsi 

09:00, 08 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

“Meydan TV”nin 6 jurnalisti ilə bərabər daha 6 nəfər saxlanılıb

by Gozetci 01:58, 08 Dekabr 2024
written by Gozetci

“Meydan TV” əməkdaşlarından əlavə onlarla birgə saxlanılan digər şəxslərin siyahısı yayılıb. Bu barədə dekabrın 7-də saytın redaktoru Orxan Məmməd məlumat verib. Onun sözlərinə görə, saxlanılanların bəzilərinə zorakılıq olunub və onlardan zorla ifadə almağa çalışırlar:

“Bir-ikisi xaric, digərləri vəkildən məhrumdurlar. Saxlanılanlar arasında foto jurnalist Əhməd Muxtar, media əməkdaşı Ülvi Tahirov, idman jurnalisti Rəşad Ergün, heyvan haqları fəalı Kamran Məmmədli, saxlanılanların yaxınları Elnur Cabbarzadə və Yunis Rzayev var”.

Yunis Rzayev, heyvan haqları fəalı Kamran Məmmədli və idman jurnalisti Rəşad Ergün 25 saat sonra, ardınca isə Elnur Cabbarzadə Bakı Şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıblar. Media əməkdaşı Ülvi Tahirovun isə qaçaqmalçılıqda ittiham olunduğu bildirilir. Bu barədə “Meydan Tv”nin redaktoru Orxan Məmməd Amerikanın Səsinə məlumat verib.

Amerikanın Səsi 

01:58, 08 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyası saxlanılan jurnalistlərin və siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

by Gozetci 15:41, 07 Dekabr 2024
written by Gozetci

Dekabrın 7-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Yığıncaqda partiya başqanı İsa Qəmbər ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın cari vəzifələri mövzusunda məruzə ilə çıxış edib.

29 yanvar 2025-ci il tarixə elan edilmiş bələdiyyə seçkilərində iştirak və namizədlərin irəli sürülməsi səlahiyyətinin rayon təşkilatlarına verilməsi haqqında qərar təsdiqlənib.

Məclis Müsavat Partiyasının 2025-ci il üçün fəaliyyət istiqamətlərini müəyyən edib. İclasda Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı bəyanat qəbul edilib.

Sənəddə deyilir ki, hər əlamətdar hadisə və bayram ərəfəsində ölkədə bir demokratik açılım olacağına, günahsız tutulan şəxslərin həbsdən azad olunacağı və siyasi repressiyalara son qoyulacağına ümid yaranır.

Xüsusən COP 29 iqlim konfransı ərəfəsində belə ümidlər vardı.

Lakin gözləntilərin əksinə olaraq, hakimiyyət nəinki siyasi məhbusları azad etmir, əksinə, repressiv tədbirləri getdikcə daha çox dərinləşdirir.

Hazırda Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev, jurnalistlər, dini fəallar və digərləri daxil olmaqla, 300-dən çox siyasi məhbus həbsdə saxlanılır.

Son günlərdə hüquq-müdafiəçisi Rüfət Səfərov əsassız ittihamlarla həbs edilib. Müstəqil jurnalist Ramin Cəbrayılzadə (Deko) və “Meydan” TV-nin əməkdaşları – Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Natiq Cavadlı əsassız olaraq saxlanılıblar.

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən siyasi motivlərlə həbs olunan şəxslərin dərhal azad edilməsini, ölkədə repressiyaların dayandırılmasını tələb edir.

Müsavat Partiyası Azərbaycan hakimiyyətini regionda və dünyada gedən son prosesləri nəzərə almağı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ölkədə vətəndaş həmrəyliyinə nail olunması istiqamətində təsirli addımlar atmağa çağırır.

Turan 

15:41, 07 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Sərhədsiz reportyorlar” və Freedom Now “Meydan” TV-nin jurnalistlərini azad etməyə çağırıb

by Gozetci 15:06, 07 Dekabr 2024
written by Gozetci

“Sərhədsiz reportyorlar” mətbuatı müdafiə təşkilatı “Meydan” TV-nin  əməkdaşlarının həbsini pisləyib. Təşkilatın X platformasındakı hesabında yayılan məlumatda deyilir: “Sərhədsiz reportyorlar” bu yeni həbsləri pisləyir, onları və uydurma ittihamlarla rüsvayçı şəraitdə saxlanılan digər 13 jurnalisti dərhal azad etməyə çağırır”.

Freedom Now hüquq-müdafiə təşkilatı Azərbaycanda müstəqil mətbuata  təzyiqlərin dayandırılması tələblərinə qoşulub.

“Azərbaycan müstəqil jurnalistləri sərt şəkildə təqib etməyə davam edir. Repressiyaların son aktı “Meydan” TV-nin beş jurnalistinin açıq-aşkar siyasi motivli əsaslarla saxlanılması oldu. Biz onları dərhal azad etməyə və bu təqibə son qoymağa çağırırıq”. Bu barədə təşkilatın X platformasındakı hesabında deyilir.

Turan 

15:06, 07 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Böyük Britaniya səfiri “Meydan” TV-nin jurnalistlərinin həbsi barədə

by Gozetci 12:38, 07 Dekabr 2024
written by Gozetci

Ferqüs Old

“Meydan” TV ilə əməkdaşlıq edən jurnalistlərin həbsini dərin təəssüf hissi ilə qarşıladım. Azad və müstəqil mətbuat istənilən demokratiyanın mühüm elementidir. Jurnalistlər həbs, hədə və zorakılıq qorxusu olmadan məsələləri işıqlandıra bilməlidirlər”, – şənbə günü Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old X platformasındakı hesabında yazıb.

Turan 

12:38, 07 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi “Meydan” TV-nin jurnalistlərinin saxlanılmasını pisləyib

by Gozetci 11:32, 07 Dekabr 2024
written by Gozetci

Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitə Azərbaycanda altı jurnalistin və KİV əməkdaşının, o cümlədən  “Meydan” TV-nin 5 əməkdaşının və bir jurnalist-frilanserin saxlanılmasını pisləyib.

“Günortaya yaxın müstəqil jurnalist Ramin Cəbrayılzadə (Ramin Deko kimi də tanınır) qonşu Gürcüstandan gələrkən Bakı hava limanında saxlanılıb. Orada o, Avropayönlü etirazları işıqlandırıb. Eyni zamanda, şəhərin müxtəlif yerlərində hüquq – mühafizə orqanları Almaniyada yerləşən müstəqil KİV – “Meydan” TV ilə əməkdaşlıq edən Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgüneş və Aysel Umudovanı saxlayıblar”, – Komitənin bəyanatında bildirilir.

Altı nəfərin hamısı qanunsuz valyuta qaçaqmalçılığında şübhəli bilinərək Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, Komitə “Meydan” TV-yə istinadən bildirib. Saxlanılan jurnalistlərin bəzisinin mənzilində axtarış aparılıb.

” Bakıda Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim konfransının başa çatdığı vaxtda “Meydan” TV-nin bir neçə jurnalistinin saxlanılması Azərbaycan hakimiyyətinin KİV-ə qarşı amansız təqibləri davam etdirmək niyyətinin əlaməti, həm  Birləşmiş Millətlər Təşkilatına, həm də bu yaxınlarda azərbaycanlı rəsmi şəxslərin əlini sıxmaq üçün Bakıya gələn demokratik hökumətlərə şillədir”, – Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

“Azərbaycan hakimiyyəti Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Ramin Dekonu, eləcə də son aylarda analoji ittihamlarla həbs edilmiş ondan çox digər aparıcı jurnalisti dərhal azad etməli və müstəqil mətbuata qarşı görünməmiş hücumu dayandırmalıdır”, – o əlavə edib.

Komitənin bəyanatında göstərilir ki, Daxili İşlər Nazirliyi bildirib ki,  jurnalistlər “ölkəyə qanunsuz xarici valyuta gətirməklə” əlaqədar saxlanılıblar.

“Meydan” TV rəhbərliyi “bütün ittihamları” təkzib edib və jurnalistlərin saxlanılmasını və dindirilməsini “qanunsuz” adlandırıb, Komitə qeyd edib.

Son bir ildə Azərbaycan hakimiyyəti ən azı 15 jurnalisti öz  işinə görə qisas almaq üçün ağır cinayət törətməkdə ittiham edib, onlardan 13-ü ilkin həbsdədir. Dəmir barmaqlıqlar arxasında olanların əksəriyyəti Azərbaycanın qalan son müstəqil KİV-ində çalışır və Qərb donorlarından vəsait alınması ilə bağlı valyuta qaçaqmalçılığı ittihamlarına məruz qalırlar, Komitə xatırladır.

Turan 

11:32, 07 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meydan Tv”nin əməkdaşlarına cinayət işi açılıb

by Gozetci 09:08, 07 Dekabr 2024
written by Gozetci
Müstəqil jurnalist, reportyor Ramin Deko və “Meydan Tv”nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı “qaçaqmalçılıq” cinayətində şübhəli bilinərək 6 dekabr tarixində saxlanılıblar.
Bu haqda onların vəkilləri məlumat verib. Bildirilib ki, jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə açılan cinayət işi çərçivəsində saxlanılıblar, onlara qarşı ittiham irəli sürülüb.
Jurnalist Xəyalə Ağayevanın vəkili Nazim Musayev bildirib ki, jurnalist iddiaları rədd edib və deyib ki, jurnalistika fəaliyyətinə görə həbs olunub.
Günortadan etibarən, müstəqil jurnalist Ramin Deko saxlanılıb. Jurnalistlər – Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq və Aysel Umudovadan isə xəbər almaq mümkün olmayıb. Jurnalist Aysel Umudovanın vəkili isə bildirib ki, o, şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.
Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Məlumata görə “Meydan TV işi” ilə əlaqəsi olmayan başqa şəxslər də saxlanılıb və saxlanılanların ən azı 13 nəfər olması ehtimal olunur.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması müstəqil mediaya qarşı atılan addımdır, baş verənlər qanunsuzdur.
Ötən ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalistlər “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
Meydan TV 
09:08, 07 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

COP29 zamanı aksiya keçirən fəalın saxlanıldığı bildirilir

by Gozetci 01:19, 07 Dekabr 2024
written by Gozetci

Kamran Məmmədli

 

Dekabrın 6-da COP29 zamanı küçə itlərinin öldürülməsinə etiraz edən heyvan haqları fəalı Kamran Məmmədlinin saxlanıldığı bildirilir. Bu barədə fəalın dostları məlumat yayıb.

Məlumatda deyilir ki, Məmmədlidən 6 saatdan artıqdır xəbər ala bilmirlər.

“Onunla əlaqə qura bilmirik, saxlanıldığını ehtimal edirik. COP29 zamanı aksiya keçirmişdi, çox güman ki, səbəb budur”, deyə, məlumatda qeyd olunur.

Dekabrın 2-də isə fəalın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə fəal Amerikanın Səsinə məlumat verib.

Onun sözlərinə görə, o səhər saatlarında Gürcüstana uçarkən pasport yoxlanışından keçə bilməyib.

“10 günlük Tbilisiyə səfərim var idi, hava limanında dedilər ki, Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışıma məhdudiyyət qoyulub. Heç bir səbəb demədilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elşad Hacıyevə zəng etsəm də, telefona cavab vermədi. Ehtimal edirəm ki, ölkədən çıxışıma qadağa COP29 zamanı keçirdiyim aksiya ilə bağlıdır”, Kamran Məmmədli deyib.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.

Noyabrın 15-də heyvan haqları fəalı, “Veqan kollektiv” aktivist qrupun üzvü Kamran Məmmədli COP29 tədbiri zamanı yaşıl zonada Azərbaycanda küçə itlərinin öldürülməsinə qarşı etiraz aksiyası keçirib.

Fəal əlində “Küçə itlərini öldürməyi dayandırın!” şüarlı plakat tutub.

“Azərbaycan hakimiyyəti itləri küçədə güllələyir. Azərbaycan diktaturası sahibsiz küçə itlərinə qarşı qətliam törədir” – deyə, fəal aksiya keçirərkən deyib.

Fəal tədbirin mühafizəçiləri tərəfindən zorakılıqla saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.

Heyvan haqları fəalları bundan öncə də dəfələrlə küçə itlərinin öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.

Fəallar “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinə etiraz edərək deyirlər ki, onlar küçədən toplanan itləri öldürürlər və bunun dayandırılmasını tələb edirlər.

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi iddiaları təkzib edir və böhtan adlandırır.

Hər il fərqli ölkələrin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının (Conference of the Parties-COP) 29-cu sessiyası noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakının Olimpiya stadionunda keçirilib.

COP sammiti bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir.

Bakıda keçirilən COP29 konfransında əsas hədəf iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşmə üzrə razılığın əldə olunması olub.

Sammitdə ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib.

Bir sıra beynəlxalq təşkilatlar bəyanatlarında Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə insan hüquqlarının vəziyyətinə, müstəqil jurnalistlərin həbsinə, eləcə də vətəndaş cəmiyyətinin məhvinə diqqət çəkib.

“Amnesty International” təşkilatı yaydığı sənəddə qeyd edib ki, Azərbaycana COP29-a sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib.

“Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə “hamının səsinin eşidilməsini təmin etdiyini” iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub”, hesabatda deyilir.

Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal müxtəlif ittihamlarla həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, “III Respublika Platforması”nın spikeri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, jurnalist və hüquq müdafiəçisi fəaliyyətlərinə görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq tənqidi bəyanatlarla razılaşmır və onları qərəzli hesab edir. Eyni zamanda, insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

01:19, 07 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

MeydanTV jurnalistlərinin mənzillərində axtarışlar aparılıb (YENİLƏNİB)

by Gozetci 00:28, 07 Dekabr 2024
written by Gozetci
Dekabrın 6-da axşam saatlarında MeydanTV-nin saxlanılan əməkdaşı Natiq Cavadlının Sumqayıtda yaşadığı mənzildə axtarış aparılıb.
Bu barədə jurnalistin ailəsindən Turana bildiriblər.
“Natiq özü axtarışda iştirak edirdi. Polislər öncə Natiqin şkafını axtardılar. Şkafdakı bütün kitabları tökdülər. Kitabların arasını axtardılar. Sonra yataq otağında axtarış apardılar. Natqin komputerini və bir-iki köhnədən qalan fləşkartları götürdülər. Evimizdə cəmi 90 manat pulumuz var idi. Pulu götrmədilər. Axtarış iki saat davam etdi. Hətta uşaqlarımızın komputerlərinin yaddaşını da yoxladılar”, jurnalistin ailəsindən Turana bildiriblər.
 Dekabrın 6-da axşam saatlarında MeydanTV-nin saxlanılan digər əməkdaşı Aynur Elgünəşin yaşadığı evdə də axtarış aparılıb.
Bu barədə jurnalistin qohumları bildirib.
“Evin açarları Aynurda idi. Biz evə daxil olanda orada hər şeyi dağıdılmış vəziyyətdə gördük. Çox yəqin ki, axtarışda Aynurun özü iştirak edib. Çünki evin qapısı sındırılmayıb. Amma mənzilin daxilində hər şey dağınıq vəziyyətdədir. Nə götürdükləri barədə bir söz dedyə bilmərik”, jurnalıstin qohumlarından biri Turana deyib.
MeydanTV-nin redaksiyasından saxlanılan digər jurnalistlərin də mənzillərində axtarış aparıldığını bildiriblər.
*  *  *

Meydan TV jurnalisti gecə saatlarında təcili yardım çağrılıb

Bakı şəhər Baş Polis İdarəsinə saxlanılan Meydan TV-nin əməkdaşı Aynur Elgünəşə gecə saatlarında təcili yardım çağrılıb.

*  *  *

Vəkillərə Meydan Tv-nin jurnalistləri ilə görüşə icazə verilmir

Vəkil Nazim Musayevə Meydan Tv-nin jurnalisti Xəyali Ağayevanın müdafiəsinə buraxılmayıb.

Vəkilin jurnalistlərə verdiyi məlumata görə, özünü müstəntiq Nahid Abbaslı kimi təqdim edən kapitan rütbəli zabit onu jurnalistin olduğu kabinetə qədər müşayiət edib.

Bundan əvvəl o, vəkilin orderinin fotosunu çəkib. Onlar kabinetə daxil olanda orderin fotosunu müstəntiq  kiməsə göndərib. Bundan sonra o, vəkilə deyib ki, onun erderində  guya “bugünkü tarix  deyil” və Musayevin Ağayevanı müdafiə etməsinə icazə verilməyib.

Musayev müstəntiqin hərəkətlərini “özbaşınalıq” kimi qiymətləndirib.

Ağayeva vəkilə  ondan izahat aldıqlarını və vəkil gələnə qədər onunla müəyyən istintaq hərəkətləri apardıqlarını bildirməyə macal tapıb.

Saxlanılan digər jurnalistlərə də vəkil buraxılmır.

Turan
00:28, 07 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Meydan Tv-nin saxlanılan jurnalistlərlə bağlı bəyanatı

by Gozetci 22:49, 06 Dekabr 2024
written by Gozetci

Məlum olduğu kimi 6 Dekabr Cümə günü saat 13:00 radələrində Meydan TV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqəmiz kəsilib. Axtarışlarımız nəticəsində məlum olub ki, həmin şəxslər Bakı Şəhər Baş Polis idarəsində saxlanılırlar.

Aynur Qənbərova (Elgünəş)
Aytac Əhmədova (Tapdıq)
Xəyalə Ağayeva
Natiq Cavadlı
Aysel Umudova
Ramin Cəbrayılzadə (müstəqil jurnalist)

Yuxarıda adları qeyd olunan jurnalistlərin bəzilərinin evlərində axtarış aparılıb. Onlara aid olan şəxsi avadanlıqlar və əşyalar götürülüb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda da qeyd edilib ki, jurnalist Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bundan əlavə bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb. Qeyd edək ki, Ramin Deko müstəqil jurnalist olaraq reportyor kimi fəaliyyət göstərir.

Meydan TV rəhbərliyi olaraq bildiririk ki, jurnalistlərimizin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün bu ittihamları rədd edirik.

Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub.

Saytımız 2017-ci ildən etibarən ölkə sərhədləri daxilində rəsmi olaraq qadağan edilib. Kanalın sosial media hesabları dəfələrlə kiberhücuma məruz qalıb və məlumat, materiallar silinib.

Meydan TV yarandığı gündən bu yana ölkədə baş verən hadisələri, vətəndaşların problemlərini, onların şikayət və müraciətlərini düzgün şəkildə ictimailəşdirməyə çalışır.

Məqsəd də ölkədə müstəqil və alternativ media qurumu formalaşdırmaq və insanları məlumatlandırmaqdır. Yarandığımız gündən bəri bizə edilən təzyiq və ittihamlar əsassızdır və bir daha qeyd edirik ki, biz jurnalistika fəaliyyətimizə davam edəcəyik.

22:49, 06 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia