Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Möhyəddin Orucovun növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 10:01, 11 Dekabr 2024
written by Gozetci

Möhyəddin Orucov

 

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə ittiham aktı səsləndirilib, daha sonra fəalın ifadəsi dinlənilib. Orucov bildirib ki, o, işlədiyi yerdə işçilərin istismar olunması ilə bağlı işçi haqlarını müdafiə etdiyi, həmçinin bu məsələni ictimailəşdirdiyi üçün şərlənərək həbs olunub.

Fəalın vəkili Nazim Musayevin sözlərinə görə, artıq məhkəmə istintaqı başlayıb, ondan öncə isə məhkəməyə bir neçə vəsatət verilib.

“Vəsatətlər sübutların təqdim edilməsi ilə bağlı oldu. Möhyəddin ifadəsini sona qədər verə bilmədi, növbəti məhkəmədə ifadəsini davam edəcək. Məhkəmənin iş saatı başa çatırdı deyə, onun ifadəsi yarımçıq qaldı”, vəkil bildirib.

Növbəti məhkəmə prosesi dekabrın 17-ə təyin olunub.

Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı.

O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

İşçi Masasının sədri Afiəddin Məmmədov ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov isə ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb. Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Amerikanın Səsi 

10:01, 11 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli: “İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir və bu prosesi hər gün yenidən başlamaq gərəkdir”

by Gozetci 13:57, 10 Dekabr 2024
written by Gozetci

Anar Məmmədli

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli qanunsuz olaraq saxlanıldığı Bakı İstintaq Təcridxanasından Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində insan hüquqları müdafiəçilərinin, müstəqil media nümayəndələrinin və siyasi fəalların həbs edilməsinə münasibət bildirib:

“Əfsuslar olsun ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününün 75-ci ildönümü ölkəmizdə növbəti dəfə İnsan Hüquqlarının müdafisində böhranla müşayiət olunur.

Mövcud böhranın əsas göstəriciləri sırasında yüzlərlə vətəndaşımızın tənqidi fikirlərinə görə siyasi repressiyaya məruz qalması, dövlətin ifadə azadlığına barışmaz münasibəti, məhkəmə-hüquq sisteminin ədalətsizliyi, vətəndaşların ləyaqətli və firavan həyat arzusu ilə ölkədən kütləvi şəkildə köçməsi halları yer alır.

Belə acınacaqlı vəziyyətdə yeganə təsəllimiz – insan hüquqlarını təbliğ və müdafiə edənlər arasında siyasi təkamül yolu ilə ölkəmizin dəyişəcəyinə inamın sarsılmamasıdır.

Özünün haqqları ilə yanaşı başqalarının da hüquqlarını müdafiə edən vətəndaşlarımızın sayı tükənməyincə, ölkəmizdə insan hüquqları uğrunda mübarizə başa çatmayıb. Bu mübarizədə məğlubiyyət kimi görünən bu vəziyyət ötəri və müvəqqətidir. İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir və bu prosesi hər gün yenidən başlamaq gərəkdir. Bu prosesə töhvə verən hər kəsə uğurlar arzulayıram!”

13:57, 10 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Vəkil: Anar Məmmədlinin səhhətində problemlər qalır

by Gozetci 20:15, 09 Dekabr 2024
written by Gozetci

Anar Məmmədli

 

Vəkil Elçin Sadıqov hüquqlarını müdafiə elədiyi, hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin direktoru Anar Məmmədli ilə görüşüb.

Vəkilin Amerikanın Səsinə verdiyi məlumata görə, görüş ötən həftə, dekabrın 6-da 1 saylı Baki İstintaq Təcridxanasında baş tutub.

Elçin Sadıqov hüquq müdafiəçisinin səhhətində ciddi geriləmələrin olduğunu və adekvat olaraq müalicə olunmasının vacib olduğunu deyib.

Onun sözlərinə görə, hüquq müdafiəçisinin, müayinə və müalicəsi ilə bağlı etdikləri müraciətlərin heç bir nəticəsi yoxdur.

Sadıqov qeyd edib ki, hazırda Anar Məmmədli ilə bağlı istintaq hərəkətləri getmir.

Vəkilin dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib.

Bununla yanaşı, ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı da hələlik açıqlama verilməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma, bunlar hələ baş verməyib.

Öz növbəsində, Penitensiar Xidmət Anar Məmmədlinin vəkilinin dediklərinə hələ münasibət bildirməyib.

Amnesty İnternational Hüquq müdafiə təşkilatı 10-dekabr İnsan Hüquqları Müdafiəsi günü çərçivəsində Anar Məmmədlinin həbsinə toxunub.

Təşkilat facebook səhifəsində qeyd edib ki, təşkilat COP 29 zamanı hüquq müdafiəçisi Anar Məmmədlinin məhkəmə prosesi ilə tanış olmaq istəyib.

“Hakimiyyət məhkəmə zalından kənarda uzun müddət gözləməyimizə baxmayaraq, məhkəmə iclasında iştirak etməyimizə və təqsirləndirilən şəxslə görüşməyimizə icazə vermədi”, deyə qeyd edilir.

Noyabrın 20-də Bakı şəhər Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiririnin müddətini daha üç ay uzadıb.

*Anar Məmmədli bu il aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Azərbaycan rəsmiləri bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Amerikanın Səsi 

20:15, 09 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Azər Qasımlı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

by Gozetci 19:20, 09 Dekabr 2024
written by Gozetci

Azər Qasımlı

Dekabrın 9-da Yasamal Rayon Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur.
Vəkil Rövşanə Rəhimovanın sözlərinə görə, Azər Qasımlı özünü təqsirli bilmir və həbsini siyasi sifariş adlandırıb.
Xatırlatma
Azər Qasımlı dekabrın 8-də oğlunu futboldan götürməyə gedən zaman saxlanılıb.
Noyabrın 22-də Azər Qasımlı səfərə getmək istəyəndə hava limanından geri qaytarılıb. Ona bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ölkədən çıxışını qadağan edib. Üç gün sonra o, BŞBPİ-də bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.
19:20, 09 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyası repressiyaları pisləyib və siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

by Gozetci 18:29, 09 Dekabr 2024
written by Gozetci

Dekabrın 9-da Müsavat Partiyası Divanının iclasında Azərbaycanda ictimai-siyasi vəziyyət müzakirə olunub.

Partiyanın mətbuat xidməti bildirib ki, Divan üzvləri ölkədə siyasi motivli həbslərə son qoyulması ilə bağlı yerli və beynəlxalq ictimaiyyətin tələb və çağırışlarına baxmayaraq, davam edən repressiyaları pisləyiblər.

Partiya əsassız olaraq saxlanılan politoloq Azər Qasımlının və siyasi motivlərlə həbs olunmuş digər şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.

Turan 

18:29, 09 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bələdiyyə üzvlüyünə 1531 nəfərin namizədliyi irəli sürülüb

by Gozetci 17:22, 09 Dekabr 2024
written by Gozetci

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 1531 nəfərin namizədliyi irəli sürülüb.

Bu barədə dekabrın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bidlirib.

Onun sözlərinə görə, namizədlərin sayı artacaq.

MSK-nin məlumatına görə, yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Seçkilərdə bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.

Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Seçkilər 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.

Turan 

17:22, 09 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyev istintaqı qanunsuz sübutlar toplamaqda ittiham edib

by Gozetci 15:58, 09 Dekabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

 

Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.

İclasda sənədlərin araşdırılması davam edib və Hacıyev bəzi vəsatətlər qaldırıb. Əsasən o, Bank Respublikadan tələb olunan sənədlərin iş materiallarından çıxarılmasını xahiş edib.

“Bu sənədlər əməliyyat-axtarış fəaliyyəti haqqında qanun pozulmaqla cinayət işi başlanılmadan əvvəl polis tərəfindən tələb olunub. Eyni zamanda, bank kommersiya sirrini pozub. Sübutlar qeyri-qanuni yolla əldə edildiyindən, onlar iş materiallarından çıxarılmalıdır”, – Hacıyev deyib.

Həmçinin Hacıyev onun “qanunsuz əməlləri” barədə şikayətin daxil olduğu elektron poçt ünvanının araşdırılmasını və kimə aid olduğunun müəyyənləşdirilməsini xahiş edib. O hesab edir ki, bu məktubu hüquq-mühafizə orqanlarının özləri hazırlayıblar.

Hakim vəsatətləri baxılmamış saxlayıb və qeyd edib ki,  hökm çıxarılarkən deyilənlərə hüquqi qiymət veriləcək.

Hacıyev bildirib ki, hüquq müdafiəçisi Rüfət Səfərovun və “Meydan” TV jurnalistlərinin həbsindən sonra ədalətli hökmə son ümidləri puça çıxıb.

* Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları – qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb. O həmçinin qanunsuz sahibkarlıq,  pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub.

Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb – vergilərin ödənilməməsi.

Hacıyev və onun həmkarları prosesi siyasi sifariş hesab edirlər ki, bunun da səbəbi Bəxtiyar Hacıyevin Azərbaycan Daxili İşlər Nazirliyinin, xüsusən də nazir Vilayət Eyvazovun fəaliyyətini kəskin tənqid etməsidir.

Turan 

15:58, 09 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Fotojurnalist Əhməd Muxtara 20 sutka inzibati həbs cəzası verilib

by Gozetci 14:13, 09 Dekabr 2024
written by Gozetci

Əhməd Muxtar

Ötən cümə günü “Meydan” TV-nin jurnalistləri ilə eyni vaxtda saxlanılan foto-reportyor Əhməd Muxtar dekabrın 8-də 20 sutka inzibati həbs cəzasına məhkum edilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə təqsirli bilinib.
Bu barədə onun jurnalist həmkarları bildiriblər.
Muxtardan başqa “Meydan” TV-yə aidiyyatı olmayan bəzi şəxslər- zoomüdafiəçi Kamran Məmmədli, idman jurnalisti Rəşid Ergün və Elnur Cəbrayılzadə də polisə aparılıb.
Sonuncu üç nəfər jurnalistlər saxlanıldığı vaxt onların yanında olub.
Onlardan başqa bir neçə nəfər “Meydan” TV-nin əməkdaşları ilə birlikdə saxlanılıb. Onları bir sutka saxladıqdan sonra buraxıblar.
Kamran Məmmədli bildirib ki, polisdə onu döyüblər və elektroşokla işgəncə veriblər.
Turan
14:13, 09 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Meydan TV əməkdaşları barədə həbs qərarı çıxarıldı

by Gozetci 14:46, 08 Dekabr 2024
written by Gozetci
Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsində Meydan TV əməkdaşlarına qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarı ilə istintaq dövründə jurnalistlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı “qaçaqmalçılıq”da şübhəli bilinərək saxlanılıblar.
Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Digər saxlanılan şəxs, Meydan TV əməkdaşı olmayan ancaq onlarla eyni gündə saxlanılan vətəndaş cəmiyyətinin üzvü, media işçisi Ülvi Tahirov barəsində də məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.
2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
Meydan TV
14:46, 08 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Politoloq Azər Qasımlı saxlanılıb (YENİLƏNİB)

by Gozetci 12:08, 08 Dekabr 2024
written by Gozetci

Azər Qasımlı

 

Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə 48 saata şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə vəkil Aqil Layıc Turana bildirib.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil qeyd edib.

Layıcın sözlərinə görə, Azər Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirdi.

*   *   *

Siyasi Menecment  İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanıldığı bildirilir.

“Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı məm götürüm.  Səbəbini  soruşduqda, o, sadəcə  yalnız “özün bilirsən” deyə bilib və əlaqə kəsilib”, – deyə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan-a bildirib.

Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.

Noyabrın 22-də Azər Qasımlı səfərə getmək istəyəndə hava limanından geri qaytarılıb. Ona bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ölkədən çıxışını qadağan edib. Üç gün sonra o, BŞBPİ-də bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.

Azər Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında və müsahibələrində son bir ildə jurnalistlərin və fəalların həbslərinin yeni dalğasını Azərbaycanın xarici siyasətində Kremllə yaxınlaşma istiqamətində dönüşlə əlaqələndirib.

Turan 

12:08, 08 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia