Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Azər Qasımlı barədə həbs qətimkan tədbirini dəyişməyib

by Gozetci 16:00, 13 Dekabr 2024
written by Gozetci

Azər Qasımlı

 

Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Onun sözlərinə görə, məhkəmə siyasi şərhçinin həbs edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil qeyd edib ki, Azər Qasımlı ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“Ümumiyyətlə həbs qətimkan tədbiri müstəsna hallarda tətbiq olunur. O halda tətbiq olunur ki, bunun hüquqi əsası olsun. Burada hüquqi əsasdan söhbət gedə bilməz”, o bildirib.

Öz növbəsində Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı deyib ki, bu şikayətdən əslində heç bir gözləntisi yox idi:

“Bu, sadəcə prosedurdur. Ssenari necə cızılıbsa, sifarişlər elə də həyata keçirilir. Azər Qasımlının həbsi ilə bağlı sifariş çoxdan verilmişdi və həyata keçirildi. Azər Qasımlı həqiqətləri dediyinə görə cəmiyyətdən təcrid olundu”, Samirə Qasımlı qeyd edib.

Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma, Rəsmi Bakı ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmir.

Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

Dekabrın 8-də Azər Qasımlı 9 yaşlı uşağını idman məşqindən götürən zaman saxlanılıb.

Bundan öncə, noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.

Qasımlı saxlanılan zaman rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə xeyli suallar verildiyini deyib.

16:00, 13 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərardad elan edib

by Gozetci 12:49, 13 Dekabr 2024
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 12-də Azərbaycanla bağlı iki qərardad elan edib. Şəxsi həyata hörmət hüququnun pozuntusunun mübahisələndirildiyi hər iki işdə tərəflər dostca razılaşıblar. Hökumət ərizəçilərə təzminat ödəyəcək.

“Elçin Sadıqov və Zibeydə Sadıqova Azərbaycana qarşı” məhkəmə işi insan hüquqlarının müdafiəsi, o cümlədən Avropa Məhkəməsi qarşısında Azərbaycan vətəndaşlarının işini müdafiə etməklə tanınan vəkillərin evlərində, ofislərində və avtomobillərində hüquq mühafizə orqanlarının əməkdaşlarının axtarış aparması və götürmə həyata keçirməsi ilə bağlı idi.

Ərizəçilər bu proseslərin onların şəxsi həyata hörmət hüququna müdaxilələrlə müşayiət olunduğunu iddia edirdilər.

AİHM bu gün tərəflərin kommunikasiya zamanı dostca razılaşma əldə etdiklərini açıqlayıb. Razılaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 5 min avro maddi, mənəvi və xərclər əvəzi ödəmək öhdəliyi götürüb.

Strasburq məhkəməsi bu gün açıqladığı digər bir qərardadında “Ayven Şamuradov Azərbaycana qarşı” işində də tərəflərin dostca razılaşma əldə etdiklərini açıqlayıb.

Bu məhkəmə işində ərizəçinin təcridxanada saxlanıldığı müddətdə ailəsi və xarici dünya ilə görüş və telefon danışıqları hüququna prokurorluq orqanları tərəfindən qoyulan məhdudiyyətlərlə bağlı şikayət etmişdi. Şamuradov AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququnun pozulduğunu iddia edirdi.

İşin kommunikasiyası zamanı əldə edilən razılaşmaya əsasən, hökumət vəkil Cavad Cavadovun təmsil etdiyi ərizəçiyə 5 min avro təzminat ödəyəcək.

Amerikanın Səsi

12:49, 13 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda siyasi məhbusların sayının 331 nəfərə çatdığı bildirilir

by Gozetci 18:06, 12 Dekabr 2024
written by Gozetci

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaq siyasi məhbusların yeni siyahısını dərc edib. Siyahıya görə, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfər çatıb. Belə ki, sentyabrın 23-də 319 nəfərin adı siyashıya daxil edilib. İndiyədək onlardan 5 nəfəri həbsdən azadlığa buraxılıb, daha 17 nəfər həbs edilib.

Yeni həbs edilənlərin əksəriyyəti “Meydan TV” internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dindarlardır.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaqın məlumatında deyilir ki, siyahıya 12 dekabr tarixinədək haqqında etibarlı məlumat toplamaq mümkün olan siyasi səbəblərə görə həbs edilmiş və məhkum edilmiş bütün şəxslər daxil edilib.

“Siyasi məhbusların siyahısı mütəmadi olaraq yeni həbslər və məhkumluqlarla yenilənəcək. Rejim repressiyaları davam etdirir”, məlumatda qeyd edilir.

Yeni siyahı 11 qrupdan ibarətdir və 331 nəfəri əhatə edir: “Jurnalistlər və blogerlər – 25 nəfər, hüquq müdafiəçiləri – 4 nəfər, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 30 nəfər, milli azlıqların fəalları – 3 nəfər, müharibə əleyhinə fəallar – 2 nəfər, Söyüdlü kəndində iş üzrə – 2 nəfər, Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər – 5 nəfər, dindarlar – 233 nəfər, Tərtər işi üzrə məhkumlar – 4 nəfər, Gəncə işi üzrə məhkumlar – 12 nəfər, ömürlük həbs cəzası çəkənlər – 11 nəfərdir”.

Siyahı keçmiş siyasi məhbus hesab edilən şəxslər, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.

Müəlliflər bildirir ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci lin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edilib.

Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin Avropa Parlamenti, ABŞ Dövlət Departamenti haqsız yerə həbsdə olanların azad edilməsi ilə bağlı Azərbaycan hakimiyyətinə müraciətlər edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken isə dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağıran bəyanatla çıxış edib.

Amerikanın Səsi

18:06, 12 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İlhamiz Quliyev üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

by Gozetci 17:00, 12 Dekabr 2024
written by Gozetci

İlhamiz Quliyev

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyev barəsində hökm oxunub. Məhkəmə Azərbaycan CM-in 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittihamı daha yüngül maddəyə – 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəyə tövsif edib və fəalı üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Hökmün oxunmasından əvvəl Quliyev son sözlə çıxış edib. O, ittihamları təkzib edib, həbsinin “sifariş” olduğunu bildirib. Quliyev ədalətli hökm gözləmədiyini deyib.

Vəkillər də Quliyevə qarşı etibarlı dəlillərin olmadığını bildirərək, onun həbsini Abzas Media-ya müsahibəsində polis orqanlarında narkotiklə bağlı işlərin əksərən saxtalaşdırıldığını bildirməsinə görə qisas kimi qiymətləndiriblər.

Müdafiə tərəfi Quliyevə bəraət verilməsini, həmçinin cinayət işini açan və ittihamı saxtalaşdıran müstəntiq barəsində təhqiqat başlanmasını xahiş edib.

* Xatırladaq ki, Quliyev 4 dekabr 2023-cü il tarixində saxlanılıb, dekabrın 6-da isə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.

Lakin Quliyevin həbsinin əsl səbəbi Abzas Media nəşrinə müsahibəsində polisin qanunsuz hərəkətlərindən və cinayət işlərinin saxtalaşdırılmasından  danışması olub. Hüquq müdafiəçiləri Quliyevi siyasi məhbus kimi tanıyıblar.

Turan 

17:00, 12 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Meydan TV-nin jurnalistini azad etməyib

by Gozetci 16:40, 12 Dekabr 2024
written by Gozetci

Aysel Ümidova

 

Cümə axşamı Bakı Apellyasiya Məhkəməsində Meydan TV-nin jurnalisti Aysel Ümidovanın şikayətinə baxılıb.

Vəkil Aqil Layıcın verdiyi məlumata görə, müdafiə tərəfi məhkəmədən həbs qərarını ləğv etməyi və ya başqa qətimkan tədbiri ilə dəyişdirməyi xahiş edib.

Jurnalist qaçaqmalçılıq ittihamını təkzib edir, qaçaqmalçılıqla heç bir əlaqəsi olmadığını bildirir.

Ümidova jurnalist fəaliyyətinə görə təqib olunduğunu deyib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Vəkilin sözlərinə görə, Ümidovanın səhhətində problemlər var. O, panik-atakdan əziyyət çəkir. Polis bölməsində iki dəfə ona təcili yardım çağırılıb. Dekabrın 11-də İstintaq Təcridxanasında da vəziyyəti pisləşib.

* Meydan TV-nin 5 əməkdaşı və digər media qurumlarının daha iki nümayəndəsi oktyabrın 6-da “əvvəlcədən əlbir olan bir qrup tərəfindən xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb.

Dekabrın 8-də məhkəmə onların hamısının 4 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Turan

16:40, 12 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nicat İbrahimə qarşı ittiham ağırlaşdırılıb

by Gozetci 14:22, 12 Dekabr 2024
written by Gozetci

Nicat İbrahim

 

İctimai fəal Nicat İbrahimə qarşı ittiham ağırlaşdırılıb, bu barədə Turan-a vəkil Zibeydə İbrahimova bildirib. Onun sözlərinə görə, bu gün İbrahim zərərçəkmiş kimi tanınan şəxslə üzləşdirilib.

“Nicat İbrahim deyib ki, bu şəxsi tanımır və onu bıçaqlamayıb. Əksinə, o, İbrahimə hücum edib”, deyə Sadıqova bildirib.

O qeyd edib ki, İbrahim bu işdə məhz özünün zərərçəkmiş olduğunu hesab edir.

Üzləşmədən sonra İbrahimə qarşı 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddə ilə ittiham daha ağır maddə olan 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəyə tövsif edilib.

Bundan başqa, İbrahimə qarşı CM-in 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə də ittiham irəli sürülüb. Bu maddələrlə onu 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Vəkilin sözlərinə görə, İbrahim bütün ittihamları rədd edir.

Eyni zamanda, əsassız cinayət təqibinə etiraz əlaməti olaraq iki dəfə özünə xəsarət yetirən İbrahimin səhhətində ciddi problemlər qalmaqdadır.

Hələ sağalmayan yaraları ilə yanaşı, arterial təzyiqi yüksəkdir.

* 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Nicat İbrahim noyabrın 20-də əsassız cinayət təqibinə etiraz əlaməti olaraq özünə çoxsaylı xəsarətlər yetirib. Bu barədə Turan-a onun həyat yoldaşı Pərvin İbrahim bildirib.

Nicat İbrahim sentyabrın 9-da qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlanılıb.

Sentyabrın 6-da Bakı hava limanında sərhədçilər DİN-in qadağasına istinad edərək, onu ölkədən buraxmayıb. Həyat yoldaşı və yetkinlik yaşına çatmamış iki övladı isə təyyarəyə buraxılıb.

Bundan sonra o, qanunsuz qadağanı ləğv etmək tələbi ilə DİN-ə müraciət edib və DİN-in binası qarşısında özünü yandırmaqla hədələyib. Sentyabrın 9-da saxlanılıb və ona qarşı ittihamlar irəli sürülüb. Oktyabrın 5-də aclıq aksiyasına başlayıb və iki həftə ərzində aclığı davam etdirib.

** İbrahim 2021-ci ildə karantin rejimini pozma ittihamı ilə həbs edilib və 15 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həbsə onun Prezident Administrasiyası qarşısında təkbaşına piket keçirməsi səbəb olub.

14:22, 12 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Antoni Blinken: Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı təqiblər artır

by Gozetci 10:04, 12 Dekabr 2024
written by Gozetci

Antoni Blinken

 

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinken dekabrın 11-də yaydığı bəyanatda bildirir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır.

Dövlət katibi Blinken Rüfət Səfərov və Sevinc Vaqifqızının insan hüquqlarını müdafiə etdiklərinə görə bu həftə Vaşinqtonda mükafatlarla təltif olunduqlarını bildirib.

Rüfət Səfərovun “Müdafiə Xətti” təşkilatının həm-təsisçisi olduğunu xatırladan Blinken onun Azərbaycanda qalan azsaylı hüquq müdafiəçilərindən biri olduğunu və işinə görə hədəfə alındığını qeyd edib.

“Azərbaycan hakimiyyəti cənab Səfərovu dekabrın 3-də, onun Dövlət Katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatını almaq üçün ABŞ-a getməsinə bir neçə gün qalmış həbs edib,” bəyanatda deyilir.

Blinken həmçinin 2024-ci ildə Dövlət katibinin Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını alan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının da həbs edildiyini xatırladıb. “Onun gördüyü iş hakimiyyətin qəzəbinə səbəb olub və o, 2023-cü ilin noyabr ayından istintaq təcridxanasında saxlanılır,” Blinken deyib.

Dövlət Katibi Azərbaycan hökumətinin həqsız yerə həbs olunanları azad etməyə çağırıb. “Biz Azərbaycan hökumətini insan haqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına qoşularkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq,” Blinken deyib.

Dövlət katibi Rüfət Səfərova mükafat təqdim edib

Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində bir neçə ölkədən tanınmış insan hüqları müdafiəçilərinə Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatları təqdim olunub.

Qaliblərdən biri Azərbaycan insan hüquqları müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov olub. Bir həftə öncə bu tədbirə səfər məqsədilə viza almaq üçün Bakıdakı ABŞ səfirliyində görüşdən çıxdıqdan qısa müddət sonra saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Rüfət Səfərovun səhnədə mükafatçılar üçün ayrılmış yerdə oturacağının boş olması diqqət mərkəzində olub.

Antoni Blinken həmin oturacağa işarə edərək, deyib:

“Fikir verdiyiniz kimi, bu səhnədə oturacaqların biri boşdur. Bu, Rüfət Səfərova məxsusdur – bir neçə dəqiqə öncə haqqında danışdığım azərbaycanlı insan hüquqları müdafiəçisi. Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir. Saxlanılmasından sonra Rüfətin adından paylaşılan sosial media postunda o, bunları yazıb: “Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir.”

Dövlət katibi nitqini tamamlayandan sonra Boliviya, Kolumbiya, Esvatini, Qana, Küveyt, Myanma və Qırğızıstandan olan insan hüquqları müdafiəçilərinə mükafatlarını təqdim edib və onlarla xatirə şəkli çəkdirib.

Alqışlarla müşaiyət edilən foto mərasiminin sonunda Antoni Blinken Rüfət Səfərova ayrılmış boş oturacağa yaxınlaşıb və onun mükafatı ilə bərabər xatirə şəkli çəkdirib.

Sevinc Vaqifqızı ABŞ Dövlət Katibi tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə çempion elan edilib

Bundan bir gün öncə, dekabrın 9-da ABŞ Dövlət Departamentində Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş mükafatlandırma mərasimi olub.

Departamentin məlumatına görə, Birləşmiş Ştatlar korrupsiyaya qarşı mübarizədə əlamətdar addımlar atmış şəxsləri tanımaq və ABŞ-ın bu qəhrəman tərəfdaşlarla həmrəyliyini nümayiş etdirmək üçün 2021-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını təqdim edib.

Builki mükafatçılar arasında Azərbaycandan Sevinc Vaqifqızı olub.

Dövlət katibi həbsdə olması səbəbilə mərasimdə iştirak edə bilməyən Sevinc Vaqifqızı ilə bağlı qısa məlumat verib. “Azərbaycanlı jurnalist Sevinc Vaqifqızı hakimiyyətin sui-istifadələrini ifşa etməyə on ildən çox vaxtını həsr edib. O, həm də bugün burada aramızda olmayan yeganə mükafatçıdır. 2023-cü ilin noyabrında Sevinc Azərbaycanın müstəqil mediasına qarşı təzyiqlər fonunda xaricdən vətəninə uçub. Gələn kimi həbs oluna biləcəyini bilə-bilə geri qayıtdı. Və belə də oldu. İndi, bir ildən çox vaxt keçsə də, o, həbsdə qalmağa davam edir,” Dövlət katibi deyib.

Sevinc Vaqifqızı və Rüfət Səfərovun həbsi

Sevinc Vaqifqızı “Abzas Media” saytının baş redaktoru olub. O, ötən ilin noyabrında həbs olunub.

Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.

Sentyabrın 9-da “Abzas Media işi” üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilib.

Rüfət Səfərov isə bu ilin dekabrın 3-də həbs edilib. Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Amerikanın Səsi 

10:04, 12 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə keçmiş deputat Nazim Bəydəmirlini həbsdə saxlayıb

by Gozetci 20:58, 11 Dekabr 2024
written by Gozetci

Nazim Bəydəmirli

 

Bakı Apellyasiya Məhkəməsi dekabrın 11-də Milli Məclisin keçmiş deputatı, iş adamı Nazim Bəydəmirli barəsində hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Vəkil Aqil Layıcın məlumatına görə, məhkəmə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlayıb.

Apellyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib.

Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fərid Namazovun sədrliyi ilə Milli Məclisin keçmiş deputatı, iş adamı Nazim Bəydəmirlini 8 il həbsə məhkum edib.

Vəkili Ağıl Layıc Bəydəmirlinin günahının məhkəmədə sübuta yetirilmədiyini bildirib. Onun sözlərinə görə, məhkəmə prosesində müdafiə tərəfinin bir vəsatəti belə təmin olunmayıb, bir dənə də olsun maddi sübut təqdim edilməyib.

Vəkil Bəydəmirliyə qarşı işi “qanuni terror” adlandırıb.

Bəydəmirlinin özü cinayət işini qızıl mədəninin ətraf mühitin çirklənməsinə qarşı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazı ilə bağlı etdiyi çıxışlarla əlaqələndirib.

2023-cü ilin iyulun 5-də Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 2013-cü il sentyabrın 1-də Bəydəmirliyə qarşı daha bir ittiham, – Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, bu ittiham Baydəmirlinin 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya kimdənsə pul tələb etməsi ilə bağlıdır.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Amerikanın Səsi 

20:58, 11 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə ictimai fəalı 2 il 9 ay həbsə məhkum edib

by Gozetci 19:52, 11 Dekabr 2024
written by Gozetci

Rza Səfərsoy

 

Dekabrın 11-də Bakının Xəzər Rayon Məhkəməsi hakim Hüseyn Hüseynlinin sədrliyi ilə ictimai fəal Rza Səfərsoyu 2 il 9 ay həbsə məhkum edib.

Dövlət ittihamçısı Səfərsoya 3 il həbs istəyib.

Rza Səfərsoy bildirib ki, hakimiyyətin sifarişi ilə saxta ittihamla həbs edilib və siyasi sifarişli işlərdə heç zaman bəraət verilmir.

Rza Səfərsoy Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə ittham olunur.

“Bu maddənin sanksiyasında ən ağır cəza 1 ildən 3 ilə qədər həbsdir. Üstəlik azadlığın məhdudlaşdırılması və sair cəzalar da nəzərdə tutulur. Məhkəmənin ən ağır cəzanı seçməyi bir daha hakimiyyətin siyasi sifarişini yerinə yetirdiyini açıqca göstərir”, o qeyd edib.

Vəkil Nazim Musayev məhkəmədən bəraət istəyib.

“Məhkəmə istintaqı zamanı ittiham sübut olunmadı. Səfərsoyun əleyhinə bir dənə belə inandırıcı dəlil yoxdur”, o qeyd edib.

Vəkil hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

Rza Səfərsoy 23 noyabr 2023-cü ildə həbs edilib. Polis əməkdaşları onun evindən qanunusuz silah tapıldığını iddia edib.

Səfərsoy qanunsuz silah saxlamaq ittihamını qəbul etmir. O, Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq polisin hərəkətlərinin qanunvericiliyə uyğun olduğunu bildirir. Nazirliyin Mətbuat xidməti hesab edir ki, saxlanılan şəxslərin polisin hərəkətləri ilə bağlı dedikləri özünü müdafiə xarakteri daşıyır.

Səfərsoy Birinci Qarabağ müharibəsinin veteranıdır. 2018-ci ildə o, Gəncə şəhərində kütləvi həbsləri tənqid etdikdən sonra artıq qanunsuz silah dövriyyəsi ittihamı ilə həbs olunub. Həmin vaxt 2 il müddətinə azadlıqdan məhrum edilib. 7 ay sonra Apellyasiya Məhkəməsi cəza müddətini azaldaraq onu azad edib.

Bu dəfə o, sosial şəbəkələrdə “Abzas Media” internet nəşrinin rəhbərlərinin həbsini kəskin tənqid etdikdən və vətəndaşları etirazlara çağırdıqdan sonra həbs olunub.

Amerikanın Səsi 

19:52, 11 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Rüfət Səfərovu azadlığa buraxmayıb

by Gozetci 14:26, 11 Dekabr 2024
written by Gozetci

Rüfət Səfərov

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun həbsindən verilən şikayətə baxılıb.

Vəkil Bəhruz Bayramovun Turan-a verdiyi məlumata görə, müdafiə tərəfi fəalın cinayət təqibi üçün əsas olmadığına görə həbsin ləğvini istəyib. Bu mümkün olmasa, vəkillər həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyiblər.
Vəkil qeyd edib ki, Səfərov dekabrın 3-də saat 17.06-da onunla telefonla danışarkən saxlanılıb. Söhbət zərərçəkmiş şəxsin Səfərova hücum etməsi səbəbindən kəsilib.
Vəkil bildirib ki, Rüfət Səfərov dərhal saxlanılıb, polislər onu dərhal araşdırmadan yan keçərək istintaq orqanına aparıblar və iki saat ərzində Səfərov barəsində cinayət işi açılıb. Bütün bunlar Səfərovun həbsinin planlı olduğunu təsdiqləyir.
Digər vəkil Röşanə Rəhimova isə bildirib ki, Səfərov ittihamları rədd edir, onu siyasi motivli hesab edir və cinayət işini ictimai fəaliyyəti ilə əlaqələndirir.
Səfərov qiyabi olaraq ABŞ Dövlət Departamentinin mükafatı ilə təltif edilməsi barədə vəkillərdən məlumat alıb.
Ancaq Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
14:26, 11 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia