Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub

by Gozetci 22:38, 25 Dekabr 2024
written by Gozetci

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin təcili eniş edərkən Aktau şəhərində qəzaya uğraması nəticəsində 38 nəfərin həyatını itirdiiyini bildirib.

“Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan zaman göyərtədə 67 nəfər, 62 sərnişin, 5 ekipaj üzvü olub. Təəssüf ki, 38 nəfər ölüb, 29 nəfər sağ qalıb”, Marat Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.

“Kazinform” agentliynin məlumatına görə, nazir bildirib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb.

“Orada Qırğızıstandan olan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, bütün soydaşlarımız dünyasını dəyişib. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb”, Karabayev qeyd edib.

Manqistau vilayətinin meri Nurdaulet Kilybayın verdiyi məlumata görə, 27 zərərçəkən xəstəxanaya yerləşdirilib. Onlardan 13-ü Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç vətəndaşın şəxsiyyəti müəyyənləşdirilir. Rayon uşaq xəstəxanasında iki azyaşlı var.

Hazırda Aktauda olan Qazaxıstanın dövlət komissiyasının rəhbəri, bu ölkənin Baş nazirinin müavini Kanat Bozumbayev Azərbaycanın hökumət nümayəndə heyəti ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.

Azərbaycandan olan hökumət nümayəndə heyətinin nümayəndələri göstərilən köməyə görə Qazaxıstan xalqına minnətdarlıqlarını bildirib.

“Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər ölüb”, Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.

O vurğulayıb ki, ölənlərin meyitlərinin tanınması üçün müvafiq ekspertizalar təyin olunacaq.

Bozumbayev zərərçəkənlərin müalicəsi üçün bütün lazımi dərman preparatlarının olduğunu, həmçinin Astanadan ən yaxşı həkimlərin olduğu təcili tibbi yardım təyyarəsinin göndərildiyini Azərbaycan nümayəndə heyətinin diqqətinə çatdırıb.

“Şəxsiyyəti müəyyən edilməmiş bir qadın var. O, xəstəxanada huşsuz vəziyyətdədir. Sağ qalan 29 nəfər arasında heç bir Qazaxıstan vətəndaşı yoxdur”, Bozumbayev qeyd edib.

Onun sözlərinə görə, insidentlə bağlı istintaq Qazaxıstan Baş Prokurorluğunun nəzarəti altında aparılır: “İnsident bizim ərazimizdə baş verib, odur ki, hadisənin istintaqı Qazaxıstan Baş Prokurorluğunun nəzarətindədir. Həmçinin Daxili İşlər Nazirliyi, aviasiya orqanları tərəfindən də istintaq aparılır. Hadisə yerində azərbaycanlı həmkarlarımız da var, onlar da istintaqın gedişində iştirak edəcəklər”.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə əks olunanlara və sağ qalmış sərnişinlərin dediyinə görə, təyyarənin quyruğunda mərmi izlərini xatırladan deşiklər var.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Aktauda keçirdiyi brifinqdə bununla bağlı deyib ki, qara qutu tapılaraq araşdırmaya təqdim edilib: “İdarələrarası istintaq qrupu yaradılıb. Mənimlə həm məhkəmə ekspertləri, həm də Aviasiya Administrasiyamızın ekspertləri gəldi. Məhz bu hava insidenti araşdırılır. Cinayət işinin tərkib hissəsi kimi bütün sübutları toplayacaqlar, lazımi ekspertiza aparacaqlar və müvafiq olaraq təyyarənin düşmə səbəbi öyrəniləcək. Qara qutu deşifrə ediləcək. Və təbii ki, biz bununla bağlı məlumat dərc edəcəyik”, o qeyd edib.

“Azərbaycan Hava Yolları” aviaşirkəti bildirib ki, istintaq prosesi başa çatana qədər Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırır.

Amerikanın Səsi 

22:38, 25 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderTibbi yardım hüququXƏBƏRLƏR

Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır

by Gozetci 21:54, 25 Dekabr 2024
written by Gozetci

Nazim Bəydəmirli

Həbsdə olan Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır.

Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bilirib ki, keçmiş deputatı Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər və bu barədə onun ailəsinə məlumat verilməyib.

“Ötən cümə günü Nazim zəng etməyib deyə, 1 saylı Bakı İstintaq Təcridxanasına zəng vurdum. Mənə hər şeyin qaydasında olduğunu dedilər. Amma bir neçə saat sonra Nazim zəng vuraraq artıq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü dedi”, o qeyd edib.

Fəridə Bəydəmirlinin sözlərinə görə, dekabrın 24-də həyat yoldaşı ilə görüşüb.

“Nazim mənə dedi ki, saxlanıldığı şərait bərbaddır. Üstəlik də hazırda 20 məhkumla bir otaqda saxlanılır. Onların hamısı müxtəlif cinayətlərə görə 20-25 il müddətinə həbs olunmuş adamlardır”.

Həyat yoldaşı Nazim Bəydəmirlinin səhhətində hələ də ciddi problemlərin olduğunu deyib.

“Keçən ildən bu günə qədər Nazimin səhhətində yaranmış xəstəlikləri müalicə etmək üçün heç bir ciddi addım atılmayıb və ürəyində yaranmış problem qalır. Nazimi bu şəraitdə saxlamaq onu ölümə tərk etməkdir. Mən Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova müraciət edirəm: Nazim bəyi başqa cəzaçəkmə müəssisəsinə köçrülməsinə göstəriş verməyinizi xahiş edirəm”, Fəridə Bəydəmirli qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna hələ casvab verməyib. Bununla yanaşı, Amerikanın Səsinin sorğusuna cavabda Penitensiar Xidmət bir qayda olaraq bildirir ki, həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.

Nazim Bəydəmirli 4 iyul 2023-cü ildə Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə) maddəsilə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

1 sentyabr 2023-cü ildə Bəydəmirliyə qarşı daha bir ittiham irəli sürülüb – Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin pozulması (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə). Vəkilin sözlərinə görə, bu ittiham ona əsaslanır ki, guya 1996-cı ildə Bəydəmirli Rusiyanın Lipetsk şəhərində kimdənsə pul tələb edib.

Bəydəmirli ittihamları rədd edərək onu uydurma adlandırıb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında isə deyilib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

Bu il sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fərid Namazovun sədrliyi ilə Nazim Bəydəmirlini 8 il həbsə məhkum edib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Amerikanın Səsi

21:54, 25 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderTəhsil hüququXƏBƏRLƏR

İctimai fəal Qiyas İbrahim universitetdən diplomunu ala bilmədiyini deyir

by Gozetci 09:22, 25 Dekabr 2024
written by Gozetci

Qiyas İbrahim

İctimai fəal Qiyas İbrahim illər öncə tələbəsi olduğu Bakı Slavyan Universitetindən (BSU) diplomunu ala bilmədiyini deyir.

O, bu barədə öz Facebook hesabında məlumat yayıb.

Fəal qeyd edib ki, BSU-nun Maliyyə Şöbəsindən ona 2013-2014 və 2014-2015-ci illər üzrə ikinci və üçüncü kurslarda ödənilməmiş 3000 (üç min) manat təhsilhaqqı borcu olduğu deyilib.

Qiyas İbrahim 2016-cı ildə ictimai fəal Bayram Məmmədovla birlikdə mərhum Prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamı ilə həbs olunublar və onların hər birinə 10 il həbs cəzası kəsilib. Fəallar 2019-cu ilin mart ayında əfv sərəncamıyla azadlığa buraxılıblar.

Həbs səbəbilə təhsili yarımçıq qalan Qiyas İbrahim 2019-cu ildə bərpa edilməsi üçün universitetə müraciət edib.

“2019-cu ildə bərpa edilmək üçün universitetə gedəndə, mənə ancaq bir illik- 2014-2015-ci il üçün borcumum qaldığını demişdilər. Bu da əssassız idi və sonradan düzəliş edilmişdi” – deyə, fəal məlumatda bildirib.

Qiyas İbrahim qeyd edib ki, indi isə 2013-2014-cü illər də əlavə olunaraq, ondan 3000 manatı ödəməyi tələb edirlər.

“Sistemdə onların ödənmiş kimi göstərdikləri təhsilhaqqları da şəxsi işim içərisində yoxdur. Orada ancaq 2016-ci ildən qalma və sonra 2019-cu ildə ödədiyim 300 manatın qəbzi qalıb. Məndən 10-11 il əvvəlin qəbzini istəyən müəssisə mənim verdiyim kağızları saxlamayıb və buna görə günahkar sayılıram. 2019-cu ildə universitetə bərpa olunmaq üçün müraciət edəndə, mənə bir illik, yəni 1500 manat borcum olduğu deyilmişdisə, dediyim kimi, o da əssasız idi. İndi deyirlər ki, 3000 manat borcun qalıb”, o qeyd edib.

O, eyni zamanda xatırladır ki, Azərbaycan universitetlərində tələbələr nəinki illik, hətta bir semestrlik borcla belə imtahanlara buraxılmırlar.

“Oxuduğum dövrdə də belə idi və neçə nəfər ödəyə bilmədiyi üçün imtahana girə bilməmişdi. Ödənişi gecikdirdiyim üçün hətta mən də bir imtahana buraxılmamışdım” – deyə, fəal vurğulayıb.

Qiyas İbrahim hesab edir ki, onun universitetə ödədiyi təhsilhaqqı kimlərsə tərəfindən mənimsənilib.

“İndi mənə sübut etməyə çalışırlar ki, iki il təhsilhaqqı ödəmədiyim halda 4-cü kursa buraxılmışam. Sonra da ancaq o ilin təhsilhaqqını ödədiyim və digərlərini ödəmədiyim halda dövlət imtahanlarına buraxılmışam. Daha doğrusu, 2016-cı ildə də buraxılmışdım, sadəcə, dövlət imtahanı yarımçıq qalmışdı. 2019-cu ildə isə məhz universiteti bitirmək üçün bərpa edildim. Əslində, mənim əvvəlki illlərdən heç bir borcum yox idi və yalnız son ilin təhsilhaqqının 300 manatı qalmışdı. Hansı ki, növbəti imtahana girmək üçün onu ödəməyə gedərkən polis tərəfindən saxlanılmışdım, daha doğrusu oğurlanmışdım”, o bildirib.

Fəalın sözlərinə görə, 2019-cu ildən bəri müəyyən səbəblərə görə universitetdən diplomunu götürməyə getməyib.

“O vaxt həll edilmiş məsələni mənim beş ildir diplomumu götürməyə getməməyimdən istifadə edərək, rəqəmləri artırıblar. 10-12 il əvvəl vaxtında ödədiyim təhsilhaqqımı niyə yenidən ödəməliyəm? İki illik borcu qalan adam necə hələ 2016-cı ildə dövlət imtahanlarına buraxılıb və diplomu da hazırdır? Hansısa işçinin yarıtmaz fəaliyyəti, yaxud da “ideoloji vəziyyəti düzəltmək üçün” təyin edilmiş o vaxtkı rektorun (Nurlana Əliyeva nəzərdə tutulur-red.) müəssisəni korrupsiya yuvasına çevirməsinin əvəzi niyə məndən çıxmalıdır? Mənim qanuni və haqlı tələbimi yerinə yetirin və diplomumu verin. Haqsız yerə məndən tələb edilən o pulu ödəməyə məcbur qalsam, bunun nəticələri olacaq”, Qiyas İbrahim məlumatda bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən, həmçinin BSU-dan mövqe almaq mümkün olmayıb.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

O, tələbələrin ödədiyi təhsilhaqqı ödənişlərinin mənimsənilməsilə bağlı qalmaqaldan 5 ay sonra vəzifəsindən azad edilib.

Keçmiş rektor 12 il (2009-2021) YAP-ın Qadınlar Şurasının sədri olub.

Amerikanın Səsi 

09:22, 25 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin vəkili onun konfidensiallıq hüququnun pozulduğunu deyir

by Gozetci 20:37, 24 Dekabr 2024
written by Gozetci

Aqil Layıc, vəkil

İnsan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin vəkili onun konfidensiallıq hüququnun pozulduğunu deyir.

Vəkil Aqil Layıc bildirib ki, dekabrın 23-də Ağır Cinayətlər Məhkəməsində fəal Bəxtiyar Hacıyev planlaşdırılan vəsatətlərlə bağlı sənədləri vəkilə vermək istəyib.

Lakin mühafizəçilər buna imkan verməyiblər. Onlar sənədləri fəalın əlindən alıblar.

“Bu, təqsirləndirilən şəxsin vəkillə ünsiyyətinin məxfiliyinin və müdafiə hüququnun birbaşa pozuntusudur”, Layıc bildirib.

Vəkilin sözlərinə görə, mühafizəçilər sənədləri nə ona, nə də Hacıyevə qaytarmayıb.

O həmçinin qeyd edib ki, mühafizəçilərin qanunsuz hərəkətləri ilə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib.

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmət bu məlumatla bağlı hələ şərh verməyib.

Amma bir müddət əvvəl Amerikanın Səsinin sorğusuna cavabda Penitensiar Xidmət bildirib ki, həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.

Bəxtiyar Hacıyevin növbəti məhkəmə prosesi dekabrın 28-nə təyin olunub.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il iyunun 16-da hüquq müdafiəçisinə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Hacıyevin özü və həmkarları onun həbsini Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbər şəxslərini kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Bəxtiyar Hacıyev yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, Amnesty İnternational, həmçinin ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinkenin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, “ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyir və rədd edir”.

Amerikanın Səsi

20:37, 24 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə istintaqı davam edir

by Gozetci 19:02, 23 Dekabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Bugünkü məhkəmə prosesinin əvvəlində Hacıyev diqqəti onun ictimai müdafiəsini təşkil edən fəal Rail Abbasovun cinayət təqibinə yönəldib.

Ötən həftə prokuror Abbasovun dələduzluq yoluyla 200 min manatı mənimsəmə ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bəxtiyar Hacıyev Abbasova qarşı cinayət işinin saxtalaşdırılmasına baxmayaraq, məhkəmədən özünün həbs edilmiş əmlakının guya Abbasovun mənimsədiyi məbləği ödəmək üçün yönəldilməsini xahiş edib.

Həmçinin Hacıyev Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 193-1-ci (qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılması) maddələri üzrə ittihamların cinayət tərkibi olmadığı üçün onun üzərindən götürülməsini məhkəmədən xahiş edib.

Hacıyev ona qarşı irəli sürülən “məhkəməyə hörmətsizlik” ittihamı ilə bağlı buildirib ki, ittiham sübut olunmadığından zərəçəkmiş kimi tanınan şəxs təqsirləndirilən şəxs kimi (hadisəyə təşəbbüs göstərdiyinə görə) cəlb olunmalıdır.

Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə ilcası dekabrın 28-nə təyin edilib.

19:02, 23 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

‘Kanal 11’in rəhbərinə 9 il həbs və jurnalist fəaliyyətinin qadağası tələbi

by Gozetci 18:26, 23 Dekabr 2024
written by Gozetci

Teymur Kərimov

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Fariz Rzayev ona bu cəzanın verilməsini təklif edib.

Prokuror iddia edir ki, bir ildən çoxdur həbsdə olan jurnalist Teymur Kərimova Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda əmlak tələb etməklə törədildikdə) maddələri ilə verilmiş ittiham məhkəmədə sübuta yetirilib.

Dövlət ittihamçısı, Teymur Kərimova əlavə cəza kimi, 2 il 6 ay da jurnalist fəaliyyəti ilə məşğul olmağın yasaqlanmasını təklif edib.

Teymur Kərimov məhkəmə önündə reportyor kimi fəaliyyət göstərmiş İstək Totiyeva ilə birlikdə mühakimə olunur. Ancaq ondan fərqli olaraq, İstək Totiyeva həbsdə deyil. Prokuror Totiyevaya münasibətdə daha humanist yanaşılmasını – suçlandığı maddədə nəzərdə tutulmuş cəzanın ən aşağı həddindən də az cəza verilməsini istəyib. Cinayət Məcəlləsinin 182.2.1 maddəsində cəza 5 ildən başlasa da, prokuror İstək Totiyevanın 3 il azadlıqdan məhrum olunmasını təklif edib.

Dekabrın 28-də vəkillər müdafiə çıxışı edəcək, ardından da Teymur Kərimov və İstək Totiyeva son sözlərini deyəcək və hökm oxunacaq.

Teymur Kərimov məhkəmə araşdırmalarından narazıdır. Ötən məhkəmə iclasında da, dekabrın 23-də prokurorun çıxışından öncə də deyib ki, bu cinayət işi onun jurnalist fəaliyyəti ilə əlaqədar saxta sübutlar əsasında hazırlanıb. O, bir neçə dəfə vəsatət qaldırıb ki, zərərçəkmiş qismində tanınan Fərrux Ələkbərov məhkəməyə çağrılıb dindirilsin, onun telefon anten məlumatları əldə edilərək araşdırma aparılsın.

İttihama əsasən, Teymur Kərimov İstək Totiyeva vasitəsilə videomaterialın silinməsi üçün F.Ələkbərovdan 10 min manat istəyib və sonda min manat alıb. Ancaq Teymur Kərimov bunu təkzib edir, şər-böhtan olduğunu bildirir.

Xatırlatma

Teymur Kərimov ötən il dekabrın 11-dən həbsdədir. O, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir. Jurnalist saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini söyləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Teymur Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.

Son 13 ay ərzində Azərbaycanda 30-dan çox jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.

Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu 

18:26, 23 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə istintaqı davam edir

by Gozetci 17:20, 23 Dekabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Bugünkü məhkəmə prosesinin əvvəlində Hacıyev diqqəti onun ictimai müdafiəsini təşkil edən fəal Rail Abbasovun cinayət təqibinə yönəldib.

Ötən həftə prokuror Abbasovun dələduzluq yoluyla 200 min manatı mənimsəmə ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bəxtiyar Hacıyev Abbasova qarşı cinayət işinin saxtalaşdırılmasına baxmayaraq, məhkəmədən özünün həbs edilmiş əmlakının guya Abbasovun mənimsədiyi məbləği ödəmək üçün yönəldilməsini xahiş edib.

Həmçinin Hacıyev Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 193-1-ci (qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılması) maddələri üzrə ittihamların cinayət tərkibi olmadığı üçün onun üzərindən götürülməsini məhkəmədən xahiş edib.

Hacıyev ona qarşı irəli sürülən “məhkəməyə hörmətsizlik” ittihamı ilə bağlı buildirib ki, ittiham sübut olunmadığından zərəçəkmiş kimi tanınan şəxs təqsirləndirilən şəxs kimi (hadisəyə təşəbbüs göstərdiyinə görə) cəlb olunmalıdır.

Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə ilcası dekabrın 28-nə təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il iyunun 16-da hüquq müdafiəçisinə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Hacıyevin özü və həmkarları onun həbsini Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbər şəxslərini kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Bəxtiyar Hacıyev yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, Amnesty İnternational, həmçinin ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinkenin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, “ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyir və rədd edir”.

17:20, 23 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

İctimai fəal İlhamiz Quliyevin həbsxanada pis rəftara məruz qaldığı bildirilir

by Gozetci 18:57, 20 Dekabr 2024
written by Gozetci

İlhamiz Quliyev

Dekabrın 20-də 3 il müddətinə azadlıqdan məhrum edilən ictimai fəal İlhamiz Quliyevin həbsxanada pis rəftara məruz qaldığı bildirilir. Bu barədə onun yaxınları məlumat veriblər:

“Umbakı qəsəbəsində yerləşən Penitensiar kompleksdə saxlanılan İlhamiz telefonla zəng edərək “burada mənə qarşı zorakılıq və təhdidlər var” deyib, daha sonra onunla telefon bağlantısı kəsilib. Haqsız yerə ömründən 3 il oğurlamaqları bəs deyil, hələ bir zorakılıq da göstərirlər”.

Yaxınlarının sözlərinə görə, məsələni ictimailəşdirəndən bir neçə saat sonra ictimai fəal onlara yenidən zəng edib və Umbakı Penitensiar kompleksindəki saxlanılma şəraiti, həmçinin pis rəftardan narazı olduğunu deyib.

“Bildirdi ki, saxlanıldıqları yerdə istilik sistemi olsa da, elə bir minimum həddədir ki, məhbuslar gödəkçə ilə yatırlar, amma yenə də soyuqdan qoruna bilmirlər. Məhbuslar bütün gün və gecə ərzində mütəmadi soyuqdan əziyyət çəkirlər. Gətirilən sovqatlar elə bir hala salınır ki, yemək mümkün olmur. İlhamiz vəkilinə zəng etmək hüququndan da məhrumdur. Soyuqda paltarsız dəqiqələrlə ayaq üstə durmağın qəbulolunmaz olduğunu deyəndə isə, mayor Ramin Əkbərov tərəfindən təhdid edilib. İlhamizin anası artıq Ədliyyə Nazirliyinə və Ombudsmana müraciət edib”, deyə, Quliyevin yaxınları bildirib.

Məsələ ilə bağlı hələlik Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Ötən il Umbakı Penitensiar kompleksinin açılışı ilə bağlı keçirilən tədbirdə kompleksin beynəlxalq standartlara uyğun inşa olunduğu, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirildiyi, cəza siyasətinin humanistləşdirildiyi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görüldüyü bildirilib.

İlhamiz Quliyev 2023-cü ilin dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.

Bu ilin dekabrın 12-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda satış məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, istehsal etmə, emal etmə, daşıma) maddəsi ilə tövsif edilib.

Daha öncə isə dövlət ittihamçısı çıxışında İlhamiz Quliyevin 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmənin qərarı ilə ictimai fəal 3 il azadlıqdan məhrum edilib.

Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Daxili İşlər Nazirliyi ittiham edilən şəxslərin belə iddialarının özünü müdafiə xarakteri daşıdığını bildirir.

Amerikanın Səsi 

18:57, 20 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamenti Azərbaycanda repressiyaları pisləyən qətnamə qəbul edib

by Gozetci 10:31, 20 Dekabr 2024
written by Gozetci

Avropa Parlamenti dekabrın 19-da Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyən, siyasi məhbusların azad edilməsini tələb edən və yüksək vəzifəli məmurlara qarşı hədəfli sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib.

“Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı repressiyaların davam etməsi və doktor Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV-nin işləri” başlıqlı qətnamə qondarma və siyasi motivli ittihamlarla təqib edilən hüquq müdafiəçiləri, jurnalistlər və fəallara qarşı bütün ittihamların qeyd-şərtsiz ləğv edilməsinə və onların azad edilməsinə çağırır.

Parlament Avropa İttifaqını (Aİ) qlobal insan haqları sanksiya rejimi çərçivəsində ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Sənəddə bu xüsusda, prezidentin köməkçisi Fuad Ələsgərov, daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin adları çəkilir.

Sənəddə dekabrın əvvəlində “MeydanTV” jurnalistləri Aynur Qənbərova, Aytac Əhmədova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Aysel Umudovanın, jurnalistlər Ramin Cəbrayılzadə və Əhməd Muxtarın, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun, siyasi lider Azər Qasımlı və hüquq müdafiəçisi Rüfət Səfərovun həbsləri və onların hamısının əsassız, siyasi motivli ittihamlarla üzləşdiyi vurğulanır.

“Meydan TV” ilə yanaşı, avropalı qanunvericilər Azərbaycan hakimiyyətindən “Abzas Media”, “Toplum TV” və “Kanal 13”-ə qarşı repressiyalara son qoyulmasını tələb edirlər.

Bundan əlavə, ətraf mühit fəalı Kamran Məmmədlinin hücuma məruz qalması və ona qarşı səyahət qadağasının tətbiq edildiyi vurğulanır.

Professor Qubad İbadoğlunun Saxarov mükafatının təqdimetmə mərasimində iştirakına və ya uzaqdan əlaqə saxlamasına icazə verilməməsindən təəssüfünü ifadə edən Avropa Parlamenti, hakimiyyət orqanlarından ona qarşı səyahət qadağasını dərhal aradan qaldırmağı, ona qarşı bütün ittihamları qeyd-şərtsiz ləğv etməyi və xaricdə təcili müalicə almasına icazə verməyi tələb edir.

Səsvermədə iştirak edən 553 deputatdan 434-ü qətnamənin lehinə, 30-u əleyhinə səs verib. 89 nəfər bitərəf qalıb.

Aİ-Azərbaycan tərəfdaşlıq sazişi, o cümlədən enerji sahəsində sövdələşmələrin əsas hüquqlara hörmət və bütün siyasi məhbusların azad edilməsi ilə şərtləndirilməsində israr edən Avropa Parlamenti, Avropa Komissiyasını yenidən Azərbaycanla enerji sahəsində 2022-ci ildə imzalanmış “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu dayandırmağa çağırıb.

Parlamentin Almaniyadan olan deputatı Matias Eke Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti hazırda olduğu kimi kobud insan haqları pozuntularına davam etdiyi müddətcə Aİ-nin strateji tərəfdaşı ola bilməz və Avropa Komissiyasından buna uyğun hərəkət etməsini istəyirlər.

“Biz sonuncu dəfə danışanda Bakıda COP29-un ərəfəsində idik və Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı ictimai diqqət və ictimai nəzarət çox idi. Beləliklə, biz ümid edirdik və gözləyirdik ki, COP29 zamanı və COP29-a hazırlıq zamanı insan hüquqlarının, siyasi məhbusların, eləcə də həbs olunan jurnalistlərin vəziyyətində yaxşılaşmalar olacaq. Amma təəssüflər olsun ki, bu baş vermədi və biz heç bir irəliləyiş müşahidə etmədik, əksinə vətəndaş azadlıqları və insan haqları baxımından təzyiqlərin davam etdiyini gördük”, Matias Eke vurğulayıb.

İyun ayında keçirilən seçkilərdən sonra yeni Avropa Parlamenti və yeni xarici siyasət proqramına malik Avropa Komissiyasının formalaşdığını deyən Matias Eke əlavə edib ki, indi bu işin üzərinə yenidən qayıtmaq və diqqəti yenidən cəmləmək çox vacibdir.

Dekabrın 18-də Strasburqda keçirilən “Azərbaycan – neftlə zəngin, insan haqları baxımından yoxsul” başlıqlı mətbuat konfransından sonra Amerikanın Səsinə danışan litvalı deputat Pyatras Auştryaviçyus vəziyyətin narahatlıq doğurduğunu bildirib.

“Azərbaycanda neftlə kifayət qədər zəngindir, lakin insan haqlarının vəziyyəti heç də ümidverici deyil. Ona görə də vəziyyəti çox narahatlıq doğuran bir vəziyyət kimi təsvir edərdim. Bu, təkcə Azərbaycan məsələsi də deyil, Cənubi Qafqazdakı vəziyyətdir. Gürcüstanda olduqca narahatedici hadisələr baş verir və ümid edirik ki, Ermənistan nəhayət Azərbaycanla sülh razılaşması üçün ortaq zəmin tapacaq. Bu, hər iki tərəf üçün, bütün region üçün lazımdır. Lakin bu qeyri-sabit və narahatedici proseslərlə bütün region Rusiyanın artan təsiri altına düşür. Və yalnız bir ölkə belə bir tendensiyanı görməkdə maraqlıdır. Bu, təəssüf ki, Azərbaycanın əsl dostu olmayan Rusiya Federasiyasıdır”, Auştryaviçyus deyib.

Azərbaycanın hakimiyyət nümayəndələri Avropa Parlamentinin qətnaməsinə hələlik münasibət bildirməyib.

Avropa Parlamenti daha əvvəl aprelin 25-də və oktyabrın 24-də Azərbaycanda siyasi təqibləri və insan hüquqları pozuntularını pisləyən qətnamələr qəbul etmişdi.

Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Amerikanın Səsi 

10:31, 20 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dövlət ittihamçısı ictimai fəala 8 il həbs istəyib

by Gozetci 20:04, 19 Dekabr 2024
written by Gozetci

Rail Abbasov

Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirlən prosesdə dövlət ittihamçısı ictimai fəal Rail Abbasova 8 il həbs istəyib.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, məhkəmə müdafiə tərəfinin vəsatətlərinin heç birini təmin etməyib.

Növbəti məhkəmə iclası dekabrın 26-da müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

İctimai fəalın məhkəməsi bu il mayın 6-da başlayıb. Rail Abbasov məhkəmədə ifadəsində özünü təqsirli bilmədiyini deyib. O qeyd edib ki, Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakına görə həbs olunub.

Bakının Nəsimi rayon Məhkəməsi ötən il sentyabrın 20-də Rail Abbasov barəsində həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırır.

Rail Abbasov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Amerikanın Səsi 

20:04, 19 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026