Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
E-bülletenVətəndaş Cəmiyyəti

Bulletin – December

by Gozetci 18:18, 30 Dekabr 2024
written by Gozetci

US Secretary of State Blinken taking a picture with the award given to him next to Rufat Safarov’s empty seat

Arrest of US prize awarded Rufat Safarov

On December 3, the executive director of the “Defense Line” human rights organization, human rights defender Rufat Safarov, was detained by law enforcement officers. [1]

He is charged under Articles 221.1 (hooliganism), 178.3.2 (fraud causing significant damage), and 127.2.3 (causing minor harm to health intentionally) of the Criminal Code, and a 4-month detention measure has been chosen against him regarding these charges.

The Ministry of Internal Affairs has reported that a conflict occurred between Rufat Safarov and another person regarding land sales, and his detention is related to this.

Safarov dismissed the allegations as fabricated and nonsensical, stating that he was arrested to prevent his activities in the field of human rights, his recognition as a recipient of the “Human Rights Defender Award” by the U.S. Secretary of State, and his participation in the award ceremony.

On the occasion of International Human Rights Day on December 10, the Secretary of State’s Human Rights Defender Awards were presented to well-known human rights defenders from several countries at the U.S. Department of State.[2]

One of the winners is Rufat Safarov, an Azerbaijani human rights defender and co-founder of the “Defense Line” organization. A week ago, shortly after leaving a meeting at the U.S. embassy in Baku to obtain a visa for this event, Rufat Safarov was detained and a preventive measure of arrest was chosen against him. The fact that his seat reserved for award winners on stage was empty has drawn attention.

At the end of the photo ceremony, which was followed by applause, Antony Blinken reached into the empty seat dedicated to Rufat Safarov and took a commemorative picture with his prize.

[1] https://turan.az/en/politics/human-rights-defender-rufat-safarov-detained-787745

[2] https://turan.az/az/siyaset/blinken-rufet-seferovu-insan-huquqlari-sahesinde-ali-mukafatla-teltif-edib-ve-azerbaycani-haqsiz-yere-saxlanilanlari-azad-etmeye-cagirib

Follow the link to read the statement in more detail.

18:18, 30 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
E-bülletenVətəndaş Cəmiyyəti

Bülleten – Dekabr

by Gozetci 18:13, 30 Dekabr 2024
written by Gozetci

ABŞ Dövlət katibi Blinken Rüfət Səfərovun boş oturacağı yanında ona verilən mükafatla şəkil çəkdirərkən.

 

ABŞ tərəfindən mükafata layiq görülən Rüfət Səfərovun həbsi

Dekabrın 3-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. [1]

O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur və bu ittihamlarla onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Səfərov ittihamları uydurma və cəfəng adlandıraraq rədd edib, insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi və mükafatlandırma mərasimində iştirakının qarşısının alınması məqsədi ilə həbs edildiyini bildirib.

Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində bir neçə ölkədən tanınmış insan hüqları müdafiəçilərinə Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatları təqdim olunub.[2]

Qaliblərdən biri Azərbaycan insan hüquqları müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov olub. Bir həftə öncə bu tədbirə səfər məqsədilə viza almaq üçün Bakıdakı ABŞ səfirliyində görüşdən çıxdıqdan qısa müddət sonra saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Rüfət Səfərovun səhnədə mükafatçılar üçün ayrılmış yerdə oturacağının boş olması diqqət mərkəzində olub.

Alqışlarla müşaiyət edilən foto mərasiminin sonunda Antoni Blinken Rüfət Səfərova ayrılmış boş oturacağa yaxınlaşıb və onun mükafatı ilə bərabər xatirə şəkli çəkdirib.

[1] https://turan.az/en/politics/human-rights-defender-rufat-safarov-detained-787745

[2] https://turan.az/az/siyaset/blinken-rufet-seferovu-insan-huquqlari-sahesinde-ali-mukafatla-teltif-edib-ve-azerbaycani-haqsiz-yere-saxlanilanlari-azad-etmeye-cagirib

Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiniz

18:13, 30 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 21:30, 28 Dekabr 2024
written by Gozetci

Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər isə heç bir ittiham üzrə özlərini təqsirli bilməyiblər.

İş üzrə həbs olunan “Abzas Media”nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) çıxış edərək bildirib ki, bu qədər qaçaqmalçılıq baş veribsə, Gömrük Komitəsinin bundan niyə məlumatı olmayıb?

“Abzas Media, Toplum TV və Meydan TV işləri üzrə onlarla jurnalist qaçaqmalçılıqda ittiham edilir. Biz ölkəyə bu qədər pul gətirmişiksə, necə olub ki, Gömrük Komitəsinin sədrinin xəbəri olmayıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov hara baxırdı? Onun məhkəməyə gəlib bu suala cavab verməsini tələb edirəm!”, deyə, Vaqifqızı məhkəmədə qeyd edib.

Jurnalistlər ötən iclasda olduğu kimi, bu gün də kollegiyada olan üç hakimdən ikisinə etiraz ediblər. Onlar bildiriblər ki, hakimlər illərlə siyasi sifarişlər icra edib, təqsirsiz insanlar haqqında ittiham hökmləri çıxarıblar.

“Rasim Sadıxov, siz siyasi həbslərdə ad çıxarmış hakimlərdən birisiniz. Eyni şəkildə də yanınızda əyləşən Novruz Kərimov – MTN-in keçmiş əməkdaşı. O MTN-in ki, imicini təmizləmək üçün adını dəyişib DTX qoysalar da, xeyri olmadı. Keçmişi təmiz olmayan adamların indi bu təmiz adamları mühakimə etməsi doğru deyil. Bu işdə sizləri görmək istəmirik”, – Vaqifqızı etirazını əsaslandırarkən deyib.

Digər təqsirləndirilən jurnalistlər də etirazı müdafiə ediblər.

“AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadə vurğulayıb ki, sənəd üzərində Azərbaycanda hakimiyyətin qolları – qanunverici, icraedici və məhkəmə bir-birindən ayrıdır, müstəqildir, amma reallıqda belə deyil:

“Siz hakimlər tutduğunuz vəzifənin haqqını vermirsiniz”.

Fərid Mehralızadə işin qanunsuz və Cinayət Prosesual Məcəlləsinə zidd şəkildə aparıldığını bildirib. O qeyd edib ki, hazırda prosesual pozuntulara aydınlıq gətirmək yalançı prokurorun yox, məhkəməyə sədrlik edən hakimin işidir. Prokuroru yalançılıqda günahlandırdıqdan sonra Mehralızadə fikrini davam etdirib:

“Bəli, siz yalançı prokurorsunuz. Əgər Buratino olsaydınız, burnunuz divara qədər uzanardı”.

“AbzasMedia işi”üzrə məhkəməyə media nümayəndələrini buraxmayıblar. Bu isə təqsirləndirilən jurnalistlərin etirazına səbəb olub. Onlar deyiblər ki, əgər həmkarlarını məhkəmə zalına buraxmasalar, özləri də prosesdə iştirakdan imtina edəcəklər. Bundan sonra məhkəmə binasının çölündə qalan jurnalistlər məhkəməyə buraxılıb.

Məhkəmədə prokuror ittiham aktını elan edərkən bildirib ki, müxtəlif donor təşkilatlardan Azərbaycanda qeydiyyatdan keçirilməyən qrantlar alınıb, həmin vəsaitlər qaçaqmalçılıq yoluyla ölkəyə gətirilib. İttihamda 64 min manat vergidən yayınma, 541 min manatlıq qanunsuz sahibkarlıq və s. əməllərdən bəhs olunur.

Jurnalistlərə qarşı cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma da daxil olmaqla, 7 maddə ilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən jurnalistlərin heç biri özünü təqsirli bilməyib. Onlar deyiblər ki, prokurorun elan etdiyi ittihamın ümumiyyətlə, mahiyyəti aydın deyil.

“Biz araşdırma jurnalistikası ilə məşğul olmuşuq, hökumətin başında dayanan adamların korrupsiya əməllərini ifşa eləmişik, buna görə də buradayıq. Bunu bütün aləm bilir. Prokurorluq saxta sübutlarla, “qorotdel”in ofisimizə atdığı 40 min avro ilə başqa don geyindirməyə çalışır. Hökumət də bununla özünü rüsvay edir”, deyə, Ülvi Həsənli bildirib.

Jurnalist Elnarə Qasımova məhkəmədə deyib ki, qaçaqmalçılıq, çirkli pulların leqallaşdırılmasıyla bağlı araşdırma aparmaq istəyənlər üzünü bu ölkənin idarəçiliyində olanlara tərəf tutsunlar.

Hafiz Babalı isə vurğulayıb ki, 35 ildir korrupsiyanı ifşa edən onun kimi jurnalisti mütəşəkkil dəstə üzvü kimi təqdim eləmək hakimiyyətin özü üçün üz qarasıdır.

“Mən də həbsimi siyasi sifariş hesab edirəm. Cinayət Məcəlləsindəki heç bir maddəyə əsas verəcək pozuntuya yol verməmişəm. Amma Azərbaycanda qeyri-rəsmi bir Cinayət Məcəlləsi də var və orada söz-ifadə azadlığı cinayət sayılır. Mən o cinayəti törətmişəm”, – bunu isə Mehralızadə ittihama münasibət bildirərkən deyib.

Məhəmməd Kekalov isə bildirib ki, o da özünü təqsirli bilmir. Onun sözlərinə görə, ittihamlar onun ifadələri əsasında verilsə də, dediklərində cinayət xarakterli heç nə yoxdur.

Jurnalistlərin məhkəməsi yanvarın 21-də davam edəcək.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

21:30, 28 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

‘Kanal 11’ TV-ın rəhbəri 8 il həbsə məhkum edilib

by Gozetci 14:43, 28 Dekabr 2024
written by Gozetci

Teymur Kərimov

 

“Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimova 8 il həbs cəzası verilib. Üstəlik, əlavə cəza kimi, ona 2 il də jurnalist fəaliyyətilə məşğul olmaq qadağan edilib.

Teymur Kərimovla birlikdə mühakimə olunan reportyor İstək Totiyevaya isə şərti cəza verilib. Bu barədə dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsilə – Fərrux Ələkbərov adlı şəxsdən saytdan materialın silinməsi üçün 10 min manat pul tələb edib, sonda 1000 manat almaqda təqsirli bilinib.

Ancaq Teymur Kərimov deyir ki, yalandır, nə Fərrux Ələkbərovdan pul tələb eləyib, nə də alıb. Elə bu məsələnin araşdırılması üçün də məhkəmədə telefon anten məlumatlarının sorğu ilə alınmasını istəyirdi. Amma hakim bunu etməyib. Onun sözlərinə görə, istintaqda yol verilən çoxsaylı qanun pozuntuları məhkəmədə də davam edib:

“Azad Məcidov o hakimlərdəndir ki, onun əlindən adamlar qan ağlayır…”

Etiraz aksiyalarını, vətəndaşların hüquqlarının pozulması ilə bağlı hadisələri çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayan Teymur Kərimov son sözündə bildirib ki, saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb:

“Sonda məni dubinka ilə zorlamaqla təhdid edib ifadə aldılar”.

Teymur Kərimov son sözündə əlavə edib ki, himayəsində 4 azyaşlı uşağı var, evin yeganə gəlir gətirənidir. Hazırda ailəsi dost-tanışının maddi dəstəyi sayəsində dolanır:

“Necə olur, dövlətin 27 milyonunu yeyən Səlim Müslümovu Bakı Ağır Cinayətlər Məhkəməsi azadlıqda saxlayır, heç bir günahı olmayan adamları illərlə həbsxanada çürüdür? Budur sizin vicdanınız?”

Xatırlatma

Teymur Kərimov 2023-cü il dekabrın 11-dən həbsdədir. O, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir. Jurnalist saxlanılarkən və daha sonra etirafedici ifadə verməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.

Son 13 ay ərzində Azərbaycanda 30-dan artıq jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.

Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu

14:43, 28 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dövlət ittihamçısı Bəxtiyar Hacıyevin 11 il müddətinə həbsini istəyir

by Gozetci 12:59, 28 Dekabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

 

Dekabrın 28-də fəal Bəxtiyar Hacıyevin işi üzrə prosesdə dövlət ittihamçısı onun 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Müdafiə tərəfi bununla razı deyil və fəala bəraət verilməsində israr etmək niyyətindədir. Növbəti iclas yanvarın 6-na təyin edilib.

* Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.
Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Hacıyev özü və həmkarları prosesi Azərbaycan DİN-i və şəxsən nazir Vilayət Eyvazovu kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Turan 

12:59, 28 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Rail Abbasovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 09:12, 28 Dekabr 2024
written by Gozetci

Rail Abbasov

 

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Vəkil Elçin Sadıqov məhkəmənin çəkişmə prinsipinin pozulduğunu, müdafiə tərəfinin vəsatətlərinin təmin edilmədiyini, Abbasovun təqsirinin sübutlarının təqdim edilmədiyini bildirib.

Onun sözlərinə görə, Abbasovun zərərçəkmişdən ona üçüncü şəxsin mənzilini satmaq vədi müqabilində 200 min manat almasını sübut edən faktlar yoxdur.

Vəkil həmçinin qeyd edib ki, istintaqın pulun Abbasova şokolad qutusunda verildiyi haqqında iddiaları doğru deyil. Sadıqov qeyd edib ki, şokolad qutuları və onların içində olduğu paket qalıb. Bu, istintaqın təqdim etdiyi videoda əksini tapıb və müdafiə tərəfi həmin paketi və Abbasovun istifadə etmədiyi şokolad qutularını təqdim edə bilər.

Vəkil əlavə edib ki, Abbasova qarşı iş onun ictimai fəal Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakı ilə əlaqədar saxtalaşdırılıb.

Müdafiə tərəfi məhkəmədən Abbasova qarşı 200 min manat ölçüsündə zərəri qarşılamaq tələbini ləğv etməyi xahiş edib, çünki fəala qarşı mülki iddia belə yoxdur.

Abbasov özü çıxışa hazır olmayıb və hazırlıq üçün vaxt istəyib.

Məhkəmə prosesi yanvarın 9-da davam etdiriləcək.

Dekabrın 19-da hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirlən prosesdə dövlət ittihamçısı ictimai fəal Rail Abbasova 8 il həbs istəyib.

Ötən il sentyabrın 20-də Rail Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırır.

Rail Abbasov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Azərbaycan rəsmiləri isə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.

Amerikanın Səsi 

09:12, 28 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə saxlanılanların həbs müddəti uzadılıb

by Gozetci 21:36, 27 Dekabr 2024
written by Gozetci

Dekabrın 28-də Xətai Rayon Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılan “III Respublika Platforması”nın spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev haqqındakı həbs müddəti daha 3 ay – aprelin 6-dək uzadılıb.

Onlar barəsində seçilmiş həbs qətimkan tədbrinin vaxtı yanvarın 6-da başa çatır.

Hər bir məhkəmə iclasında da Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə edib, təmin olunmasını istəyib.

Müstəntiq bildirib ki, istintaq davam edir, bu müddətdə təqsirləndirilən şəxslərin həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər. Vəkillər də, təqsirləndirilən şəxslərin özləri də təqdimata etiraz ediblər, lakin müdafiə tərəfinin arqumentlərinin nəticəsi olmayıb.

Təqsirsiz olduğunu vurğulayan Ələsgər Məmmədli məhkəməyə təqdimatın əsassızlığını sübut etmək üçün 6 səhifəlik müdafiə nitqi yazıb gətirsə də, Sülhanə Hacıyeva onu səsləndirməyə imkan verməyib. Nəticədə əsəbiləşən Ələsgər Məmmədlinin səhhəti pisləşib, təzyiqi qalxıb.

Akif Qurbanovun məhkəməsində də qalmaqal yaşandığı bildirilir.

“Toplum TV” ilə bağlı cinayət işinin siyasi sifarişlə başlandığını deyən Akif Qurbanovun çıxışını dayandıran Sülhanə Hacıyeva deyib:

“Bura siyasət meydanı deyil, heç kim hakimiyyəti tənqid edə bilməz”.

Akif Qurbanov Sülhanə Hacıyevanın elə özünün də hakim olmadığını və siyasi sifarişlərə xidmət etdiyini vurğulayaraq, ondan heç bir qanuni qərar və ədalət gözləntisi olmadığını bildirib.

Prosesi yarımçıq tərk edən Sülhanə Hacıyeva bir neçə saniyə sonra geri qayıdaraq, təqdimatın təmin olunduğunu elan edib.

Təqsirləndirilən jurnalistlərdən Əli Zeynalovun vəkili Fariz Namazlı bildirib ki, qərardan 3 gün ərzində apellyasiya şikayəti verəcək.

Digər vəkillər də şikayət vermək fikrindədir.

“Müşfiq Cabbarovun nə həbs olunmasına zərurət vardı, nə də həbs müddətinin uzadılmasına. Amma elədilər. Əvvəlki təqdimatların eynisi idi. Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Sonuncu dəfə həbsdə saxlanma müddəti oktyabrda uzadılmışdı. O vaxtdan bu yana onun iştirakı ilə hansı istintaq hərəkəti aparılıb? Qanunda belə boşluq var. İstintaq orqanı da məhkəmə qərarı çətiri altında bundan istifadə edir, adamlar uzun müddət həbsdə saxlanılır”, deyə, Müşfiq Cabbarın vəkili Nazim Musayev bildirib.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

21:36, 27 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda karantin rejimi aprelin 1-dək uzadılıb

by Gozetci 17:59, 27 Dekabr 2024
written by Gozetci

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2025-ci il aprelin 1-dək uzadılıb.

Bu barədə Azərbaycanın Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il yanvarın 1-dək uzadılıb.

Karantin rejiminin müddətinin uzadılması koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə əlaqələndirilir.

Ümumilikdə Azərbaycanda xüsusi karantin rejimi COVID-19 pandemiyasının başlandığı zamandan, 2020-ci ilin martından tətbiq edilir.

Prezident İlham Əliyev bu il sentyabrın 23-də yeni seçilmiş VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında xüsusi karantin rejiminin uzadılması səbəbindən quru sərhədlərinin bağlanmasının təhlükəsizlik riskləri ilə bağlı olduğuna işarə edib.

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”, ölkə prezidenti qeyd edib.

Bununla yanaşı quru sərhədlərinin bağlı olması müxalifət və bir sıra müstəqil təhlilçilər tərəfindən tənqid edilir.

Siyasi şərhçi Elman Fəttah bir qədər əvvəl hökumətin quru sərhədləri milli təhlükəsizlik səbəbi ilə bağlı saxlamasını manipulyasiya hesab edib.

Dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilər.

Quru sərhədlərin açılması tələbi ilə ictimai fəallar Bakıda etiraz aksiyası da keçirib. Ancaq hökumət hələ də ölkənin quru sərhədlərinin insanların keçidi üçün açmamaqda israrlıdır.

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-da COVID-19 virusunun artıq qlobal ictimai səhiyyədə təhlükə təşkil etmədiyini elan edib.

Amerikanın Səsi 

17:59, 27 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda matəm günüdür

by Gozetci 12:05, 26 Dekabr 2024
written by Gozetci

Təyyarə qəzasında həlak olanların xatirəsini yad etmək üçün Azərbaycanda matəm günüdür.

Ölkədə dövlət bayraqları yarıyadək endirilib. Həlak olanların xatirəsinə ehtiram məqsədi ilə Bakı vaxtı ilə saat 12-də ölkə ərazisində hərəkət bir dəqiqə dayanıb.

Belə ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Rəsmi məlumatlara görə, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması zamanı göyərtəsində 67 nəfər olub.

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, təyyarədə olanlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

“Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Orada Qırğızıstandan olan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, bütün soydaşlarımız dünyasını dəyişib. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb”, Karabayev qeyd edib.

Manqistau vilayətinin meri Nurdaulet Kilybayın verdiyi məlumata görə, 27 zərərçəkən xəstəxanaya yerləşdirilib. Onlardan 13-ü Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç vətəndaşın şəxsiyyəti müəyyənləşdirilir. Rayon uşaq xəstəxanasında iki azyaşlı var.

Dekabrın 26-da Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək qəza nəticəsində həlak olanların ailələrinə, Azərbaycan xalqına başsağlığı verib.

“Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib”, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Ceyhun Bayramov qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində, həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Prezidenti Samir Rzayev bildirib ki, Aktauda qəzaya uğrayan təyyarənin ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi bu gün həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək.

Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək”, o qeyd edib.

Amerikanın Səsi 

12:05, 26 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əziz Orucovun işi üzrə məhkəmə prosesi başlayıb

by Gozetci 09:18, 26 Dekabr 2024
written by Gozetci

Əziz Orucov

 

Dekabrın 25-də Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə “Kanal13” kanalının rəhbəri Əziz Orucovun işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Fəxrəddin Mehdiyev Orucovun hərəkətlərində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verib.

Orucovun digər vəkili Bəhruz Bayramov məhkəmədən xahiş edib ki, birinci vəsatət təmin olunmadığı təqdirdə kanal rəhbəri ev dustaqlığına buraxılsın. Lakin məhkəmə hər iki vəsatəti də təmin etməyib.

Növbəti məhkəmə prosesi yanvarın 8-nə təyin olunub.

Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orucov ittihamları rədd edir, jurnalist fəaliyyəti ilə bağlı həbs edildiyini bildirir.

İbtidai istintaqın nəticəsinə əsasən həbsdə olan jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi üzrə ittiham götürülüb.

Cinayət işi Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə məhkəməyə göndərilib.

Vəkil Bəhruz Bayramov bildirib ki, qanunsuz tikinti aparmaq ittihamı da əsassızdır.

“Ümid edirəm ki, məhkəmə bu ittihamı Əziz Orucovun üzərindən götürəcək. Çünki rəsmi şəxslərin dediyinə görə, ölkədə 400 mindən çox qanunsuz tikinti var. Əziz Orucovun yaşadığı ərazidə isə üç miondən çox qanunsuz tikinti inşa edilib. Bu qədər qanunsuz tikinti olduğu halda bir jurnalisti günahlandırmaq ədalətli deyil” – deyə, vəkil qeyd edib.

Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.

09:18, 26 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia