Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

İctimai fəal məhkəmədə özünə xəsarət yetirib

by Gozetci 21:08, 13 Yanvar 2025
written by Gozetci

Nicat İbrahim

 

İctimai fəal Nicat İbrahim məhkəmədə özünə xəsarət yetirib. Bu olay yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

Dörd aydan çoxdur həbsdə olan ictimai fəalın işinə indi həmin məhkəmədə baxılır. Yanvarın 13-də məhkəmənin hazırlıq iclasında N.İbrahimin vəkili Zibeydə Sadıqova hökm çıxarılanadək müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil deyib ki, Nicat İbrahimin ittiham olunduğu cinayəti törətməməsi bir yana, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir qanuni əsas yoxdur. Üstəlik, ailə durumu da ağırdır. Həyat yoldaşı və uşaqları ölkədə yoxdur, yanına təcridxanaya sovqat gətirən yaşlı anası da Laçın rayonundan gəlib-gedir.

Vəkilinin vəsatətinə münasibət bildirən Nicat İbrahim vurğulayıb ki, heç bir cinayət törətmədiyi halda, 4 aydan çoxdur həbsdə saxlanılır:

“Burada mən olmamalıyam, məni şərləyənlər oturmalıdır…”, – bunu deyərək əsəbiləşən Nicat İbrahim başını məhkəmə zalında saxlandığı şüşə kabinəyə çırpıb. Nəticədə o, baş nahiyəsindən ciddi xəsarət alıb və dərhal tibbi yardım göstərilməkdən ötrü məhkəmə zalından çıxarılıb.

Onun məhkəməsi yanvarın 21-nə saxlanılıb.

Xatırlatma

Nicat İbrahim ötən ilin sentyabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb. O, Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlanır.

Nicat İbrahim özünü təqsirli bilmir, bu şəxsi heç tanımadığını deyir. O bildirir ki, dayandığı yerdə bir nəfər ona hücum edib, ardından yerə yıxılaraq qışqırıb və bıçaqlandığını deyib. İctimai fəal və vəkili həmin ərazidəki kamera görüntülərini tələb etsə də, o görüntülər gətirilməyib.

Həbsindən bir həftə öncə N.İbrahim ailəsilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb.

AzadlıqRadiosu 

21:08, 13 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edildi

by Gozetci 15:32, 13 Yanvar 2025
written by Gozetci

Bəxtiyar Hacıyev

 

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Məhkəmə həmçinin onun mənzilinin və bank hesablarındakı pulunun müsadirə edilməsi, həmçinin onun azad edildikdən sonra 1 il ərzində təlim-tərbiyə işləri ilə məşğul olmasının qadağan edilməsi haqqında qərar verib.

Hacıyev hökmü siyasi motivli adlandırıb. Ona qarşı irəli sürülmüş bütün ittihamlar hüquqi olaraq təkzib edilib. Xuliqanlıq ittihamlarına gəlincə, onlar “hakimiyyətdəki kuratorlarının” əmrini yerinə yetirən Ülviyyə Alovlunun şikayəti əsasında saxtalaşdırılıb.

Hacıyev bütün digər iqtisadi ittihamları absurd adlandırıb. Bu ittihamlar guya onun Qərb təşkilatlarından qrant alması və Azərbaycanda dövlət çevrilişi törətməyi planlaşdırması haqqında anonim elektron məktub əsasında irəli sürülüb.

Hacıyev bu ittihamları “tamamilə uydurma” adlandırıb. Fəal həbsinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq edilməsinə yönəlmiş fəal işi olduğunu hesab edir.

O, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşına qarşı ünvanlı sanksiyalar tətbiq edildikdən dərhal sonra həbs olunub.

Hacıyev ailəsinə, jurnalistlərə (xüsusilə həbs edilmiş jurnalistlərə), həmçinin beynəlxalq qurumlara – ABŞ Dövlət Departamentinə, Konqresə, Aİ-yə, AŞPA-ya, Avropa Şurasına, Avropa Parlamentinə minnətdarlığını bildirib.

Eyni zamanda, o, sonradan özü də həbs edilən Rüfət Səfərovun onun müdafiəsinə verdiyi töhfəni xüsusi olaraq qeyd edib.

“Rüfət Səfərov son ana qədər insan hüquqlarını müdafiə edirdi. O, vəzifə və imtiyazların deyil, vicdanlı işin və insan hüquqlarının müdafiəsinin əsas olduğunu göstərib”, deyə Hacıyev qeyd edib.

* Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə ittihamları irəli sürülüb.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Hacıyev özü və həmkarları prosesi Azərbaycan DİN-i və şəxsən nazir Vilayət Eyvazovu kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Turan 

15:32, 13 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalı Əlisahib Kərimova 30 sutka inzibati həbs cəzası verilib

by Gozetci 16:01, 12 Yanvar 2025
written by Gozetci

Əlisahib Kərimov

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayonu şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırlaraq  30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AXCP məlumat yayıb.

Əlisahib Kərimovun ailəsindən Turana  bildiriblər ki, yanvarın 11-də Kərimov ailəsinə zəng edərək inzibati həbsə məhkum edildiyini deyib.

“Əlisahib evə zəng etdi. Cəmi 20-30 saniyə danışmağa imkan verdilər. Dedi ki, Tik-tok şəbəkəsində fəal olduğuna görə həbs ediblər. O tikinti işlərində işləyir. Saxlanılan zaman alətləri Nizami metrosunda qalıb, dedi gedib götürək. Heç bir günahının olmadığını, son 10 gündə izləndiyiyni bildirdi. Bundan öncə də bir dəfə onu saxlamağa cəhd ediblər, lakin yayına bilib”, ailə üzvü Turana  deyib.

Öz növbəsində, polis oqranları faəlın saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

16:01, 12 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Xanım Mustafayevanın ölkədən çıxışına qadağa qoyulub

by Gozetci 14:09, 12 Yanvar 2025
written by Gozetci

Xanım Mustafayeva

 

Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan  xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.

Mustafayeva Turan-a bildirib ki, son illər xaricdə yaşayır və dekabrın 15-də ailəsi ilə birlikdə Yeni il bayramını keçirmək üçün Azərbaycana gəlib.

Yanvarın 11-də o, Türkiyəyə qayıtmaq istəsədə, Bakı-İstanbul reysinə buraxılmayıb.

Mustafayeva Bakı hava limanında pasport  nəzarətindən keçdikdən sonra geri qaytarılıb  və ona Azərbaycan Daxili İşlər Nazirliyinin ölkədən çıxışına  qadağa qoyması barədə məlumat verilib.

Lakin səbəblər açıqlanmayıb.

Mustafayeva Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək səbəbləri öyrənməyə çalışsa da, bunun nəticəsi olmayıb.

Jurnalist qadağanın səbəbini öyrənmək üçün DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb.

Hacıyev ona qadağadan məlumatsız olduğunu və araşdıracağını deyib.

Mustafayeva, hazırda hər hansı bir cərimə və kredit borcunun olmadığını deyib.

Ona görə də qadağanın hansı səbəbdən qoyulduğunu özü də bilmir.

Yada salaq ki, son bir ildə Azərbaycanda bir sıra nəşrlərin, o cümlədən Abzas Media, Toplum TV və Meydan TV-nin jurnalistlərinə qarşı cinayət işi açılıb.

Amma, Mustafayevanın sözlərinə görə, o, son il yarımda Azərbaycan mediası ilə ümumiyyətlə əməkdaşlıq etməyib.

Qeyd edək ki, son bir ildə media orqanlarına qarşı aparılan araşdırmalarla əlaqədar onlarla jurnalist və fəalın ölkədən çıxışına qadağa qoyulub.

Azərbaycan Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

14:09, 12 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Jurnalist Teymur Kərimov məhkəmə protokollarının saxtalaşdırıldığını deyir

by Gozetci 10:03, 12 Yanvar 2025
written by Gozetci

Teymur Kərimov

 

Yanvarın 11-də “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimova vəkillə konfidensial görüşə icazə verilmədiyi bildirilir. Bu barədə jurnalistin özü məlumat verib.

Kərimov dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist məhkəmənin hökmündən sonra yanvarın 10-da proses protokolları ilə tanış olarkən ona vəkillə birgə oturmağa imkan verilmədiyini deyir. Kərimov bunun qanun pozuntusu olduğunu, həmçinin məsələ ilə bağlı şikayət verəcəyini qeyd edib.

“Məhkəmə sənədlərində təhriflər var, məhkəmədə vətəndaşların verdiyi ifadələr təhrif olunub. Orada zərərçəkmiş Leyla Almaszadə məhkəmədə məndən heç bir şikayəti olmadığını dedi və bildirdi ki, “Teymur nə məndən pul istəyib, nə də pul alıb”. Məhkəmə sənədində isə qeyd olunub ki, “guya Leyla məndən şikayətçidir və qeyri-qanuni yolla çəkilmiş videoların silinməsini istəyib”- deyə, Kərimov bildirib.

Jurnalist qeyd edir ki, məhkəmədə səsyazmaların olduğu disk olsa da, lakin prosesdə o disk dinlənilmədi, protokolda isə qeyd olunub ki, guya o disklərə qulaq asıblar və hamısı öz təsdiqini tapıb:

“Protokollarda qeyd olunur ki, guya İstək Totiyeva mənə bank hesabından pul göndərib, lakin onun bank kartlarının çıxarışlarından görünür ki, o, mənə heç bir pul göndərməyib və məbləğləri nağd şəkildə kartından çıxarıb. Məhkəmə protokolları etibarsız hesab olunmalıdır”.

Teymur Kərimov məhkəmə tərəfindən prosesdə zərərçəkmiş kimi tanınan şəxslərin, təqsirləndirlən qismində tanınan İstək Totiyevanın, həmçinin şahidlər tərəfindən verilmiş ifadələrin protokollarda saxtalaşdırıldığını bildirib.

“Yazıblar ki, guya mən oktyabr ayında İstək Totiyevaya 350 manatı maaş şəklində vermişəm, əslində isə biz əməkdaşlığı sentyabrın 25-də sonlandırmışıq. İstək Totiyeva məhkəmədə qeyd etdi ki, ümumiyyətlə, 10 min manat məsələsindən onun xəbəri olmayıb, o, bu məsələni “Bandotdel”də eşidib. Lakin protokolda yazılıb ki, guya Totiyeva bunu mən zərərçəkmiş şəxslə telefonla danışarkən eşidib. Bu da ona dəlalət edir ki, məhkəmə protokolları, həmçinin qərar saxtalaşdırılıb”- deyə, jurnalist qeyd edib.

İddia ilə bağlı aidiyyəti qurumlardan mövqe almaq mümkün olmayıb.

Dekabrın 28-də hakim Azad Məcidovun sədrliyi ilə Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla 8 il müddətinə həbsə məhkum edilib, İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Kərimov ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini bildirib və ona bəraət verilməsini istəyib, lakin məhkəmə onun bu xahişini nəzərə almayıb. Onun vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini deyiblər.

İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb.

Teymur Kərimov məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Jurnalist idarədə ona işgəncə verildiyini deyib.

İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.

Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.

Amerikanın Səsi 

10:03, 12 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Fazil Qasımov: “Əllərim qandallı vəziyyətdə yerə yıxıb vəkilimin verdiyi sənədləri aldılar”

by Gozetci 16:52, 11 Yanvar 2025
written by Gozetci

Fazil Qasımov

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və onunla eyni cinayət işi üzrə ittiham olunan İstanbul Universitetinin doktorantı Fazil Qasımov işgəncəyə məruz qaldığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində yanvarın 10-da keçirilən məhkəmə prosesində Fazil Qasımov işinə baxan hakimlər kollegiyasına müraciət edərək tədbir görülməsini istəyib.
Fazil Qasımov bildirib ki, yanvarın 9-da keçirilən məhkəmə iclasında vəkili Fuad Ağayev müdafiəsini qurmaq məqsədilə ona bir sıra sənədlər təqdim etmişdi. Lakin məhkəmədən qayıdanda onu qandallı vəziyyətdə yerə yıxıb, zor tətbiq ediblər.
Vəkilinin verdiyi sənədləri də ondan alıb, geri qaytarmayıblar.
Həm fiziki, həm də psixoloji işgəncəyə məruz qaldığını deyən alimin sözlərinə görə, məhkəmə baş verənlərə biganə qalmamalıdır. Çünki onun həm işgəncəyə, pis rəftara məruz qalmamaq, həm də müdafiə hüququ pozulur.
Fazil Qasımov bildirib ki, ona faktiki özünü müdafiə etməyə imkan verilmir. Lakin Mahirə Kərimova, Anar Sadıqov və Fəxri Məmmədovdan ibarət hakimlər kollegiyası təqsirləndirilən alimin şikayətilə bağlı tədbir görməkdən imtina edib.
İddia ediblər ki, prosesdən kənarda baş verənlərin məhkəməyə aidiyyəti yoxdur.
Fazil Qasımovun vəkili Fuad Ağayev məhkəmənin bu cür yanaşmasına etiraz edib.
Vəkil bildirib ki, hakimlərin belə münasibəti təqsirləndirilən şəxsə qarşı qərəzdir, müdafiə hüququnun pozulmasıdır:
“Məhkəmə şəxsin müdafiə hüququnun pozulmasına biganə yanaşa bilməz. Bu nə münasibətdir? O sənədlər şəxsin özünü müdafiə edə bilməsi üçün çox vacibdir. Sənədləri adamın əlindən alıblar. Siz isə deyirsiniz ki, məhkəmə bu məsələlərə qarışmır”.
Etirazlara baxmayaraq, hakimlər təqsirləndirilən şəxsə qarşı zorakılıqla bağlı şikayətin araşdırılması, eləcə də onun müdafiə hüququnun təmin olunması məsələsilə bağlı tədbir görməyib.
Meydan TV
16:52, 11 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin apellyasiya şikayəti təmin edilmədi

by Gozetci 15:28, 11 Yanvar 2025
written by Gozetci

Ruslan İzzətli

 

Yanvarın 10-da Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə Ruslan İzzətlinin həyat yoldaşı , jurnalist Günel Manaflı bildirib.

Onun sözlərinə görə, məhkəm ə birinci instanisya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Günel Manaflı bildirib ki, bugünki məhkəmə prosesində Ruslan İzzətli də iştirak edib və o çıxışında həbsinin uzadılmasını ədalətsiz kimi qiymətləndirib.

Dekabrın 28-də Xətai Rayon Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılan “III Respublika Platforması”nın spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev haqqındakı həbs müddəti daha 3 ay – aprelin 6-dək uzadılıb.

Hər bir məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə edib, təmin olunmasını istəyib.

Müstəntiq bildirib ki, istintaq davam edir, bu müddətdə təqsirləndirilən şəxslərin həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər.

Vəkillər və təqsirləndirilən şəxslər təqdimata etiraz edib, lakin müdafiə tərəfinin arqumentlərinin nəticəsi olmayıb.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

15:28, 11 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİfadə azadlığıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Müxalif fəal Cəmil Hacıyev saxlanılıb (YENİLƏNİB)

by Gozetci 12:59, 11 Yanvar 2025
written by Gozetci

Cəmil Hacıyev

 

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında “Siyasi məhbuslara azadlıq!” şüarı qaldıran Milli Şuranın fəalı Cəmil Hacıyev polislər tərəfindən saxlanılıb. O, 4 saat saxlanıldıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

O Turan-a deyib ki, saxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

“Polis idarəsində əllərimi qandalladılar və mənə qarşı fiziki və mənəvi təzyiq göstərdilər. Polis idarəsinin binasının birinci mərtəbəsində məni döyməyə başladılar, hər yerimə vururdular. Sonra ikinci mərtəbəyə qaldırdılar. İkinci mərtəbədə də məni döydülər. Daha sonra polis idarəsinin rəisinin otağına apardılar. Orada mənə hədə-qorxu gəldilər və nəhayət şifahi xəbərdarlıq edərək sərbəst buraxdılar”, deyə o qeyd edib.

Fəal artıq tibbi müayinədən keçib və həkim əzələlərində əziklər olduğunu qeyd edib.

Hacıyev deyib ki, tibbi arayışı aldıqdan sonra azadlıq hüquqlarının pozulması və işgəncə tətbiq edilməsi ilə əlaqədar araşdırma aparılması üçün DİN-ə, prokurorluğa və ombudsmana müraciət edəcək.

DİN-dən şərh almaq mümkün olmayıb.

Cəmil Həsənli yanvarın 10-da saat 17.00 radələrində Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi zamanı məhkəmə binasının qarşısında “Siyasi məhbuslara azadlıq!” şüarı qaldırdığı zaman saxlanılıb.

* * *

Milli Şuranın üzvü Cəmil Hacıyev üzərində “Siyasi məhbuslara azadlıq!” yazılmış plakat qaldırarkən polislər onu saxlayıb. Bu, yanvarın 10-da saat 17:00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib. Həmin vaxt bu məhkəmədə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işinə baxılırdı.

C.Hacıyev plakatı qaldıran kimi məhkəmə binasının qarşısında olan polislər onu tutub maşına mindirib. Onun hara aparıldığı məlum deyil.

12:59, 11 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb

by Gozetci 09:42, 11 Yanvar 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi baş tutub.

Siyasətçinin məhkəmə prosesində iştirak etməyə gələn ictimai fəal Cəmil Hacıyev məhkəmənin qarşısında “Siyasi məhbuslara azadlıq!” yazılmış plakat qaldırıb. Daha sonra polis əməkdaşları onu polis maşınına mindirərək naməlum istiqamətə aparıblar. Onun yerini hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Yaqublunun qızı Nigar Həzi bildirib ki, məhkəmə prosesi gərgin keçib və artıq üç məhkəmə prosesidir iş materiallarının tədqiqi gedir.

“Tofiq Yaqublu onların yazdıqlarını cümləbəcümlə ifşa etməklə məşğuldur. Hakim saxta “WhatsApp” yazışmalarını oxuyurdu, o mətn sayəsində Tofiq Yaqublu hazırda həbsdədir. Haqlı olaraq atam ona qarşı tərtib edilmiş bu ssenarini dağıtmaqla məşğul idi, hakim isə utanmadan dedi ki, “siz burada deyilmiş hər cümlə ilə bağlı fikir söyləsəniz, gərək aylarla proses davam eləsin”. Tofiq Yaqublu bildirdi ki, “mən 1 ildən çoxdur həbsdəyəm, sizin işinizin-gücünüzün adı nədir?”.

Bugünkü prosesə sədrlik edən hakim Elnur Nuriyev siyasətçinin kürəkəni, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin məhkəmə zalından çıxarılmasına göstəriş verib:

“Hakim Elnur Nuriyev bütün iclas boyu özünü xüsusi komissar kimi aparırdı və bir neçə dəfə nəzakət qaydalarını, etik normaları pozdu. Xüsusilə Tofiq Yaqubluya qarşı etik normaları pozdu və artıq əsəblər gərildi, reaksiya vermək lazım oldu. Mən onu nəzakətə dəvət elədim, bizim aramızda mübahisə yarandı. Mən hesab edirəm ki, mənim zaldan çıxarılmağım qanunsuzdur və Azərbaycanda məhkəmə sisteminin Prezident Administrasiyasının qolunun tərkib hissəsi olduğunun göstəricisidir”.

Nigar Həzinin sözlərinə görə, hakim Yaqublunun özünü də məhkəməni onun iştirakı olmadan keçirməklə hədələyib.

Siyasətçinin növbəti məhkəməsi yanvarın 17-də davam edəcək.

Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

09:42, 11 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlunun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib

by Gozetci 19:01, 10 Yanvar 2025
written by Gozetci

Qubad İbadoğlu

 

İqtisad elmləri doktoru və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun  şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.

Belə ki, İbadoğlunun həbsdən ev dustaqlığına keçirildikdən sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ona qaytarılan şəxsiyyət vəsiqəsi artıq işləmir. Bu barədə İbadoğlu özü bildirib.

Ona məxsus şəxsiyyət vəsiqəsi  ilə Azərbaycan qanunvericiliyində nəzərdə tutulan notarial qaydada etibarnamə vermək və ya əldə etmək hüququ məhdudlaşdırılıb. Mobil notarius və ASAN xidmətdə  sistemində Qubad İbadoğlu  adı  ilə heç bir əməliyyat aparmaq mümkün deyil. Sistemə FİN məlumatlarını daxil edərkən, “daxil olmuş FİN əsasında  vəsiqə məlumatı tapılmadı” cavabı verilir.

İbadoğluya bildirib ki, ona məxsus şəxsiyyət vəsiqəsi 04.08.2031-ci ilə qədər etibarlı olsa da, hazırda o bu sənəddən istifadə edə bilmir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Turan-a bildirib ki, Qubad İbadoğlunun şəxsiyyət vəsiqəsi ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməyib.

O, əlavə edib ki, İbadoğlunun şəxsiyyət vəsiqəsinin etibarsızlığı məsələsi yoxdur.

Turan 

19:01, 10 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia