Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Altı məntəqədə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib

by Gozetci 18:08, 03 Fevral 2025
written by Gozetci

Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bu barədə qərar fevralın 3-də keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında qəbul olunub.

Məlumata görə, bugünkü iclasda qeyd edilib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib.

Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. Bununla da həmin bələdiyyəsi üzrə seçkilərin nəticələrə etibarsız hesab olunur.

Sözügedən bələdiyyəsinin tərkibinə Sabirabad rayonun Ağcüyür və Bəcirəvan kəndləri daxildir.

Eyni zamanda 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə isə bir seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bundan əlavə iclasda qeyd olunub ki, bələdiyyə seçkilərindən sonra MSK-ya 20 müraciət, dairə seçki komissiyalarına 10 müraciət daxil olub.

Müraciətlər 81 saylı İmişli, 69 saylı Biləsuvar, 119 saylı Ağdam kənd, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi, 82 saylı İmişli-Saatlı, 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə daxil olub.

119 və 95 saylı seçki dairələri üzrə müraciətlər təsdiqini tapmadığından təmin edilməyib.

69 və 82 saylı seçki dairələri üzrə müraciətlər isə araşdırılması üçün dairə seçki komissiyalarına göndərilib.

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Səsvermə ölkə üzrə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində aparılıb.

Seçkilərdə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü uğrunda 16 min 96 namizəd mübarizə aparıb.

Amerikanın Səsinin müxbiri Bakı şəhərində bir sıra seçki məntəqələrində seçkilərin gedişini izləyib. Seçki qutularında çoxsaylı bülletlenlər olsa da, səsəvermənin kütləviliyini müşahidə etməyib.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova Amerikanın Səsinə seçkilərin şəffaf və demokatik keçirildiyini bildirib.

Bununla yanaşı, bələdiyyə üzvlüyünə namizəd, fəal Cəmilə Əlişova bildirib ki, bələdiyyə seçkilərində qanun pozuntularını müşahidə edib.

İlkin nəticələrə görə, Azərbaycanda yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində seçicilərin 31,45 faizi səs verib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Amerikanın Səsi 

18:08, 03 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Vəkil: “Həbsdə olan Anar Məmmədliyə təcridxanada tibbi yardım göstərilmir”

by Gozetci 13:20, 03 Fevral 2025
written by Gozetci

Anar Məmmədli

 

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir.

Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.

Onun sözlərinə görə, son vaxtlar Məmmədlidə güclü başgicəllənmələr başlayıb. Səhhətindəki ciddi geriləməyə baxmayaraq, onu  lazımi səviyyədə müalicə etmirlər.

Penitensiar Xidmətin nümayəndələrindən  şərh almaq mümkün olmayıb.

* Anar Məmmədli aprelin 29-da saxlanılıb, aprelin 30-da isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham olunub

Bir sıra beynəlxalq təşkilatlar, eləcə də ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Məmmədlini və həbs olunmuş digər şəxsləri dərhal azad etməyə çağırıb. Noyabrın 20-də məhkəmə Məmmədlinin həbs müddətini daha 3 ay uzadıb.

Anar Məmmədli seçki hüquqları ilə məşğul olan  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeyri-hökumət təşkilatının rəhbəridir. O, Azərbaycanda seçkilərə dair tənqidi hesabatların müəllifidir ki, bu da hakimiyyəti son olduqca qıcıqlandırır.

13:20, 03 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tbilisi məhkəməsi azərbaycanlı jurnalistin həbs müddətini daha üç ay uzadıb

by Gozetci 19:04, 01 Fevral 2025
written by Gozetci

Əfqan Sadıqov

 

Yanvarın 31-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini daha 3 ay uzadıb.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, Əfqan özü və vəkili məhkəmənin keçiriləcəyini son anda Sosial Ədalət Mərkəzindən öyrəniblər.

Müdafiə tərəfinin Əfqanın ev dustaqlığına və ya gürcü jurnalistlər qrupunun zaminliyi müqabilində buraxılması haqqında vəsatətləri təmin edilməyib.

Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan hakimiyyətinə iş üzrə yekun qərar qəbul edilənə qədər Sadıqovu Azərbaycana ekstradisiya etməmək göstərişi verib.

Sadıqova deyib ki, həyat yoldaşı Qdlani həbsxana kompleksinin İstintaq Təcridxanasının xəstəxanasında 133 gündür aclıq edir.

“Əfqana son bir həftədir dərman və vitaminli maye verirlər ki, qanda şəkər təhlükəli səviyyəyə düşməsin və o, komaya düşməsin. Əvvəllər bu mayedən bir porsiya verirdilərsə, indi üç porsiya verirlər. Əfqan 54 kiloya qədər arıqlayıb, baxmayaraq ki, aclıqdan əvvəl 95 kiloqram idi. O, bu gün məhkəmədə bildirib ki, həbs müddətinin uzadılmasına etiraz əlaməti olaraq bu mayeni də qəbul etməkdən imtina edəcək”, Sevinc Sadıqova bildirib.

2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verib və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Jurnalistin hüquqlarını müdafiə edən Gürcüstanın Sosial Ədalət Mərkəzi bildirib ki, bu ölkənin Baş Prokurorluğu vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edərək Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasının məqbul olmasını xahiş edib.

Əfqan Sadıqov və müdafiəçiləri təqdim olunmuş vəsatətlə razılaşmır və məhkəmə qarşısında onun Azərbaycana ekstradisiyasının siyasi və özbaşına təqib məqsədi daşıdığını, bu da onun jurnalist fəaliyyəti, hakimiyyətin bu illər ərzində törətdiyi korrupsiya fəaliyyətini tənqid etməsi ilə bağlı olduğunu iddia ediblər.

Müdafiə tərəfi Sadıqovun Azərbaycana ekstradisiya ediləcəyi təqdirdə təqiblərə, işgəncələrə və qeyri-insani rəftara məruz qalacağını sübut edən faktları məhkəməyə təqdim edib. Müdafiə tərəfi bildirib ki, o, əvvəlki illərdə dəfələrlə siyasi təqiblərin qurbanı olub və bu, beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

2012-ci ildə yaradılan Sosial Ədalət Mərkəzi insan hüquqları və sosial ədalətlə bağlı fəaliyyət göstərən təşkilatdır.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

Ötən il iyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

2024-cü il avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

2024-cü il avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq ekstradisiya həbsi qərarı verib.

Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

2024-cü il avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

19:04, 01 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi ötən il Azərbaycanla bağlı 39 qərar çıxarıb

by Gozetci 18:50, 01 Fevral 2025
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2024-cü ildə Azərbaycandan göndərilmiş 76 ərizəyə mahiyyəti üzrə baxaraq 39 qərar çıxarıb və onların 38-də ən az bir pozuntu müəyyən edib.

Məhkəmənin yanvarın 31-də yaydığı 2024-cü il üzrə illik hesabatına əsasən, ötən il Azərbaycanla bağlı çıxarılmış qərarlarda ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu aşkarlanıb.

Mülkiyyət hüququ, işgəncə və pis rəftara məruz qalmamaq hüququ, ifadə azadlığı, həmçinin toplaşmaq və birləşmək azadlığı Azərbaycanda digər ən çox pozulan hüquqlar sırasındadır.

Avropa Məhkəməsi 2024-cü ildə ümumilikdə mahiyyəti üzrə 1102 qərar qəbul edib. Azərbaycan barəsində çıxarılan qərarların sayına (39) görə Avropa Şurasına üzv ölkələr arasında altıncı sırada yer alıb.

Məhkəmə Rusiyaya qarşı 302, Ukraynaya qarşı 158, Türkiyəyə qarşı 73, Rumıniya və İtaliyaya qarşı 58, Macarıstana qarşı isə 51 qərar çıxarıb. Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Ermənistan barəsində isə müvafiq olaraq 18 və 16 qərar elan edilib.

Avropa Məhkəməsinə göndərilən şikayətlərin ümumi sayında ciddi azalma müşahidə olunur. 2022-ci ildə məhkəməyə 45 mindən çox şikayət daxil olmuşdusa, ötən il bu rəqəm 29 min civarında olub.

Hüquqşünas Xalid Ağaliyev bunu xüsusən də Rusiyanın məhkəmənin yurisdiksiyasından çıxması ilə əlaqələndirir.

Digər tərəfdən Azərbaycandan göndərilən şikayətlərin sayında ardıcıl ikinci ildir artım qeydə alınıb. Ötən il Azərbaycandan göndərilmiş 600 ərizə qəbul edilib. 2023-cü ildə bu rəqəm 438, 2022-ci ildə isə 389 olmuşdu.

Hazırda Azərbaycandan göndərilmiş 1968 ərizə baxılmasını gözləyir və ölkə bu baxımdan Avropa Şurasına üzv ölkələr sırasında 8-ci yerdədir.

2024-cü ilin statistikasına əsasən, AİHM qarşısında baxılmasını gözləyən ümumilikdə 60 mindən bir qədər çox ərizə var. Bu, son beş ildə ən aşağı rəqəmdir.

Türkiyə 21 mindən çox ərizə ilə bu kateqoriyaya liderlik edir. İlk üçlüyü 8 mindən çox ərizə ilə Rusiya və 7 mindən çox ərizə ilə Ukrayna tamamlayır.

Amerikanın Səsi

18:50, 01 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Vəkil Qubad İbadoğlu işindəki saxta pulların başqa cinayət işində də istifadə edildiyini ehtimal edir

by Gozetci 15:18, 01 Fevral 2025
written by Gozetci

Fazil Qasımov

 

“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.

İclas zamanı Qasımov vəkili Fuad Ağayevlə məsləhətləşmək üçün 10 dəqiqəlik fasilə tələb edib. Lakin Ağayevin sözlərinə görə, bu müddətdə mülki geyimli bir əməkdaş ona qarşı aqressiv davranıb və Qasımov tərəfindən verilmiş sənədin geri qaytarılmasını tələb edib. Vəkil bu mülki şəxsin davranışına etiraz etsə də, hakim buna qiymət verməyib.

Ağayev həmçinin işin Türkiyə tərəfindən terror təşkilatı elan edilən qrup ilə əlaqələndirilməsinin əsassız olduğunu bildirib. O, bir il yarım əvvəl yayılan və Azərbaycanda din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı dörd nəfərin həbs edildiyini iddia edən media məlumatına diqqət çəkib. Ağayevin sözlərinə görə, bu xəbər səhvən Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən dərc edilib və sonrakı araşdırmalar həmin qəzetdə belə bir məlumatın olmadığını üzə çıxarıb.

Vəkil əlavə edib ki, əvvəllər Azərbaycanda Fətullah Gülən ilə əlaqələndirilən əsas şəxslər – Döyrüş Cəfərov, Gümrah Abdurəhmanov, Ruslan Əliyev və Anar Əliyev fərqli ittihamlarla həbs olunub. O, hüquq-mühafizə orqanlarının əvvəlcə bu şəxslərin üzərində radikal dini materiallar, maliyyə sənədləri və saxta pullar tapıldığını iddia etdiyini, lakin rəsmi ittihamnamədə Fətullah Gülən ilə bağlı heç bir ifadənin olmadığını vurğulayıb.

Ağayev bildirib ki, əvvəlki işlərdə təqdim edilən saxta pullar indi Qasımov və Əliyevə qarşı əsas sübut kimi istifadə olunur.

“Saxta pulların Türkiyədən gətirildiyi iddiası həqiqətə uyğun deyil. Bu banknotlar Azərbaycanda istehsal edilib,” vəkil məhkəmədə deyib.

Müdafiə tərəfi bir neçə vəsatət irəli sürüb, o cümlədən Daxili İşlər Nazirliyinə müraciət edərək əvvəlki işlərdəki saxta pulların hazırkı işdəki pullarla eyni olub-olmadığının müəyyən edilməsini tələb edib. Həmçinin, saxta pulların mənbəyinin araşdırılması və əsas şahid olan Elşən Əliyevin telefon danışıqlarının qeydlərinin əldə olunması ilə bağlı vəsatət verilib. Məhkəmə bütün vəsatətləri rədd edib.

Ağayev daha sonra müdafiə vəsatətlərinin ardıcıl olaraq rədd edilməsinə etiraz edərək, məhkəmənin Qasımovun ədalətli müdafiə hüququnu pozduğunu bildirib. O, prokurorluğu mühüm sübutları, o cümlədən Qasımov və İbadoğlu arasında maliyyə əməliyyatlarını sübut edəcək videomaterialları məhkəməyə təqdim etməməkdə günahlandırıb.

“Prokurorluq iddia edir ki, Fazil Gubad İbadoğludan pul alıb, lakin bunun heç bir videosübutu yoxdur. Bunun əvəzinə, eyni seriyalı saxta pullar bir neçə işdə ortaya çıxır. Bu məlumatı kim verib? Əgər etibarlı mənbədirsə, niyə bu mənbə açıqlanmır? Bəlkə, heç bir mənbə yoxdur?”, Ağayev sual edib.

O, hakim Kərimovanın prosesdən uzaqlaşdırılması üçün vəsatət qaldırsa da, prokurorluq bu tələbi əsassız sayıb. Qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını elan ediblər.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib və 2024-cü il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

2024-cü il mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o, həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımov və Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Fazil Qasımov 2024-cü ilin iyunundan həbsdə aclıq aksiyası keçirir, yalnız maye qəbul edir.

Yaxınlarının bildirdiyinə görə, vaxtaşırı bal ilə maye qarışığı qəbul elədiyinə görə orqanizm 6 aydan çox davam edən aclığa tab gətirə bilib.

Amerikanın Səsi 

15:18, 01 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublu: Bu qədər fakt kifayətdir ki, bu cinayət işinə xitam verilsin

by Gozetci 13:28, 01 Fevral 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib.

Bugünkü məhkəmə prosesi iş materiallarının tədqiqi ilə davam edib. Tofiq Yaqublunun qızı Amerikanın Səsinə bildirib ki, atası həbs olunan günü evdə aparılan axtarışla bağlı uyğunsuzluqlar var.

O bildirib ki, məhkəmə istintaqı zamanı bu uyğunsuzluqlar sənədlərin tədqiqi mərhələsində aşkara çıxıb.

Nigar Həzi bildirib ki, vəkil Nemət Kərimli hal şahidlərinin dindirilməsiylə bağlı vəsatət verib. Lakin hakim yenə vəsatəti təmin etməyib.

Digər vəsatət isə məhkəmə prosesində Tofiq Taqublu ona qarşı açılmış cinayət işinə xitam verilməsi ilə bağlı olub.

“Mən bu qədər müddətdir ki, şərləndiyimə dair məhkəməyə nə qədər sübut, fakt, dəlil təqdim etmişəm, ancaq məhkəmə hələ də mənim cinayət törətdiyimə dair bircə sübut belə ortaya qoya bilməyib. Bu qədər fakt kifayətdir ki, bu cinayət işinə xitam verilsin. Mənim vəsatətimdən sonra siz hakimlər müşavirəyə gedib bu saxta cinayət işinə xitam vermək haqda qərar verməlisiniz”, Tofiq Yaqublu məhkəmə prosesində vəsatətini müdafiə edərkən bildirib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Növbəti proses fevralın 14-nə təyin olunub.

Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

13:28, 01 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Cəlal Cavadov 30 sutka müddətinə həbs edilib

by Gozetci 10:16, 01 Fevral 2025
written by Gozetci

Cəlal Cavadov

Yaxınları bildirib ki, yanvarın 31-də Nəsimi rayon Məhkəməsi ictimai fəal Cəlal Cavadov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka həbs qərarı çıxarıb.
Onların sözlərinə görə, Cəlal Cavadovun narkotikə heç bir aidiyyəti yoxdur.
Məlumatı, hələlik, Daxili İşlər Nazirliyi və məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Dostları hesab edir ki, Cavadov noyabrın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı saxlanıb. Onun seçkilərdə müşahidəçi olduğu bildirilir.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Bəzi müstəqil namizədlərin tərəfdarları və müxalif qüvvələr seçkidə ciddi saxtalaşdırma hallarına yol verildiyini bildirirlər. Amma Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bütün dairələrdə seçkilər normal keçib:
“Seçkilərin nəticələrinə təsir edəcək heç bir hal baş verməyib”.
AzadlıqRadiosu
10:16, 01 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi “Meydan” TV-nin jurnalistini həbsdə saxlayıb

by Gozetci 18:15, 30 Yanvar 2025
written by Gozetci

Aytac Tapdıq

 

Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib.

Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.

“Aytac Tapdıq prosesdə iştirak edib və deyib ki, 10 ildən çoxdur “Meydan” TV-də işləyir və onun həbsi jurnalist fəaliyyətilə bağlıdır.

Müdafiə tərəfi bu mövqeyi dəstəkləyir və Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğunu hesab edir, – vəkil deyib.

Onun sözlərinə görə, hətta jurnalistə qarşı cinayət təqibi üçün obyektiv əsaslar olsaydı belə, onun həbsi məqsədəuyğun deyildi.

Vəkil deyib ki, jurnalistin həbsi Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndiriləcək.

* 6 dekabr 2024-cü ildə “Meydan” TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və jurnalist-frilanser Ramin Deko (Cəbrayılzadə), eləcə də media eksperti Ülvi Tahirov valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.

Dekabrın 8-də məhkəmə onları həbs edib.

Jurnalistlər cinayət işini öz peşə fəaliyyətlərilə əlaqələndiriblər. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.

18:15, 30 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Polad Aslanov 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təzyiqə məruz qaldığını bildirib

by Gozetci 17:09, 29 Yanvar 2025
written by Gozetci

Polad Aslanov

 

15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən xeberman.com saytının rəhbəri Polad Aslanov bu cəzaçəkmə müəssisəsində məhbusların hüquqlarının pozulması faktlarını ictimailəşdirdikdən sonra rəhbərlik tərəfindən təhdid olunduğunu bildirib. Bu barədə Turan-a onun həyat yoldaşı Gülmirə Aslanova bildirib.

“Bu gün Polad zəng etdi və dedi ki, cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədov məhbusların hüquqlarının pozulduğu haqqında mətbuata məlumat verdiyinə görə onu təhdid edib. O, Polad bir daha belə etsə, onu yaxınları ilə telefon söhbətlərindən və görüşlərdən məhrum edəcəyi, karserə salacağı ilə hədələyib”, deyə həyat yoldaşı bildirib.

O, həmçinin cəzaçəkmə müəssisəsindəki məhbuslara Poladla ünsiyyət saxlamamaları üçün təzyiq göstərildiyini deyib. “Polad Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək qaydasını izah etdiyinə görə bir məhbusu karserə salıblar.

Bir müddət əvvəl Polad Aslanov evə cəzaçəkmə müəssisəsinin rəis müavininin kabinetindən zəng etməyə məcbur edildiyini və söhbətinə nəzarət olduğunu bildirmişdi. Eyni zamanda o, 15 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin pis olduğunu, məhbusların hüquqlarının pozulduğunu demişdi. Eyni cəzaçəkmə müəssisəsində saxlanılan bloger Rəşad Ramazanov da bu haqda məlumat vermişdi.

Penitensiar Xidmətdən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

* Polad Aslanov 12 iyun 2019-cu il tarixində İranın xeyrinə casusluq ittihamı ilə – CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aslanov bütün ittihamları rədd edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb. AİHM onun həbsinin qanunsuz olduğunu təsdiq edib və təzminat təyin edib.

Turan 

17:09, 29 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Müşahidəçi fiziki zorakılıq təhdidlərinə məruz qaldığını bildirib

by Gozetci 16:01, 29 Yanvar 2025
written by Gozetci

Əhməd Məmmədli

 

İctimai fəal Əhməd Məmmədli çərşənbə günü Azərbaycanda bələdiyyə seçkilərində səsvermənin monitorinqi zamanı, fiziki zorakılıq təhdidləri də daxil olmaqla, təzyiqə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, Bakının 35 saylı məktəbində yerləşən Nəsimi-Səbail seçki dairəsinin 32 saylı seçki məntəqəsində təzyiq göstərilib.

Fəalın sözlərinə görə, o, yeni saxtalaşdırma texnologiyasını qeydə alıb.

“Əvvəllər müxtəlif məntəqələrdə dəfələrlə səs verənlər (karusel) seçki məntəqələrinə dəstə-dəstə daxil olurdularsa, indi tək-tək daxil olurlar. Seçki məntəqələrinin yaxınlığında “koordinatorlar” onları qarşılayır. Onlar bu şəxslərə necə davranmalı olduqları – tək-tək daxil olmaları və bir-biri ilə ünsiyyətdə olmamaları barədə təlimat verirlər”, deyə Məmmədli bildirib.

O, bu “koordinatorların” işinin və digər pozuntuların videogörüntülərini çəkib. Bundan sonra hakimiyyəti təmsil edən komissiya üzvləri və müşahidəçilər ona təzyiq göstərməyə başlayıblar.

Onlardan idmançı bədən quruluşu olan biri açıq şəkildə təhdid edib.

“O deyib ki, mən hansısa “kriminal avtoritetin” bacısını videoya çəkmişəm və o, məni öldürməklə hədələyir. Mən məntəqəni tərk etməkdən imtina etdim, videomüraciət yayaraq, bu haqda danışdım. Başıma nə isə gəlsə, buna görə seçki prosesinə müdaxilə edən hakim Yeni Azərbaycan Partiyasından olan komissiya üzvləri, müşahidəçilər məsuliyyət daşıyır”, deyə Məmmədli bildirib.

Onun sözlərinə görə, videomüraciətdən sonra ona qarşı təzyiq dayanıb.

Turan 

16:01, 29 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia