Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Famil Xəlilova 3 il şərti cəza verilib

by Gozetci 09:33, 07 Fevral 2025
written by Gozetci

Famil Xəlilov

 

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal, I qrup əlil Famil Xəlilova hökm oxunub.

Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti olmaqla, 3 il şərti cəza verilib.

İstintaq zamanı fəala qarşı Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə də ittiham verilib. Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə hökmündə həmin ittihamı CM-nin 234.1-1-ci maddəsinə tövsif edib.

7 ay həbsdə saxlandıqdan sonra dekabrda ev dustaqlığına buraxılan fəal özünü heç təqsirli bilmir. O, son sözündə də narkotik ittihamının əsassız olduğunu bildirib və məhkəmədən bəraət istəyib.

Müdafiə tərəfi hökmdən narazı qaldığını və qərarla bağlı apellyasiya şikayəti verəcəklərini bildirib.

2024-cü ilin mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edirdi. Fəalın qolları əsdiyi üçün ayaq üstə müvazinətini saxlaya bilmir.

Famil Xəlilov ötən il noyabrın 28-də məhkəmədə bildirib ki, COP29 günlərində onu növbəti məhkəmə prosesində ev dustaqlığına buraxacaqlarına əmin ediblər.

Bundan sonra 88 gün həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Famil Xəlilov aclığı dayandırıb, səbirsizliklə noyabrın 28-də keçiriləcək məhkəmə iclasını gözləyib. Lakin məhkəmə vəkillərin onun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

2023-cü ilin dekabrın 3-də isə Famil Xəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilib. Famil Xəlilov məhkəmə zalından sərbəst buraxılıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

09:33, 07 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə AXCP sədrinin şikayətini təmin etməyib

by Gozetci 21:35, 06 Fevral 2025
written by Gozetci

Əli Kərimli

 

Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Nəsimi Rayon Məhkəməsinin onu Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilərək 1500 manat cərimə etməsi barədə hökmündən verdiyi şikayəti təmin etməyib.

Əli Kərimli bildirib ki, məhkəmə prosesi siyasi olub.

“Bu hökmün hüquqi əsası yoxdur. Siyasi proses olduğuna görə məhkəmənin qərarı qüvvədə saxlanıldı. Apellyasiya Məhkəməsinin diqqətinə çatdırdım ki, burada söhbət mənim qanunsuz olaraq 1500 manat cərimə olunmağımdan getmir. Söhbət ondan gedir ki, Azərbaycan məhkəməsi mənimlə bağlı hökmdən çox ciddi və neqativ bir presedent yaradıb”, Kərimli qeyd edib.

AXCP sədri bildirib ki, məhkəmənin qərarının ləğv olunması üçün hüququ yolların hamısından istifadə edəcək.

“Ali Məhkəməyə müraciət edəcəm. O da şikayətimi təmin etməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəm”, o qeyd edib.

Onun sözlərinə görə, bu gün məhkəmədə növbəti cinayət işləri ilə təhdid edilib. Kərimli hesab edir ki, AXCP-yə qarşı təzyiqlər dayadırılmayacaq.

“Amma Azərbaycan hakimiyyəti bilsin ki, biz dürüst və prinsipial müxalifətçiliyimizi davam etdirəcəyik. Azərbaycan xalqının sözünü deməkdə davam edəcəyik”, o qeyd edib.

2024-cü il dekabrın 2-də Bakının Nəsimi Rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Əli Kərimlini Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilərək 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.

Qarşı tətəfin vəkili məhkəmədən Kərimliyə 6 ay həbs istəyib.

Fərdi ərizəçi Aydın Əliyev Əli Kərimlini Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edib.

İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını ləğv etməsi haqqında şərhini “böhtan” adlandırıb.

Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: “Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib”.

Kərimli iddianın əsassız olduğunu, “hakimiyyətin sifarişi ilə” məhkəmə tərəfindən qəbul edildiyini bildirib.

Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verilməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb. Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Amerikanın Səsi 

21:35, 06 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Şəmşad Ağa Meydan TV-nin işi üzrə 2 ay müddətinə həbs olunub

by Gozetci 20:35, 06 Fevral 2025
written by Gozetci

Şəmşad Ağa

 

“Arqument.az” saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) ittiham edilir  və 2 ay 1 gün müddətinə həbs edilib.

Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə istintaq orqanı olan Bakı Şəhər Baş Polis İdarəsinin vəsatətini təmin edib.

“Biz istintaqın jurnalistin qaçaqmalçılığa aidiyyətini sübut edən ilkin sübutları təqdim etməsini tələb etdik. Amma məlum oldu ki, məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim olunmayıb”, deyə vəkil qeyd edib.

Məhkəmə təhqiqatı zamanı jurnalist özünü təqsirli bilməyib, ittihamı böhtan adlandırıb və heç bir cinayətkar fəaliyyətdən söhbət gedə bilməyəcəyini qeyd edib.

Vəkilin sözlərinə görə, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

20:35, 06 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib

by Gozetci 17:27, 06 Fevral 2025
written by Gozetci

Şahnaz Bəylərqızı

Fevralın 6-da Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) həbs edilib.

Verilən qərarla istintaq qurumunun (Daxili İşlər Nazirliyi) təqdimatı təmin olunub, Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Vəkil Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, hazırkı iş ToplumTV üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb:

“Şahnaz Bəylərqızına qarşı Cinayət Məcəlləsinin həmin icraatda nəzərdə tutulan 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb”.

Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Şahnaz Bəylərqızı özünü təqsirli bilmir

“Şahnaz Bəylərqızı özünü təqsirli bilmir, həbsin səbəblərinin ona aydın olmadığını bildirdi”. Bunu vəkil Bəxtiyar Hacıyev deyib.

Vəkilin sözlərinə görə, prosesdə ev dustaqlığı ilə bağlı vəsatət verilib, amma məhkəmə bu vəsatəti təmin etməyib. Məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Məhkəmə iclasından əvvəl də vəkil Xətai rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında Bəylərqızı ilə görüşüb.

“Şahnaz Bəylərqızının səhhəti yaxşı deyil. Onun diabeti və yüksək qan şəkəri, yüksək qan təzyiqi var. İstintaq tədbiri zamanı onun təzyiqi anidən 200-ə qalxıb, “təcili yardım” çağırılıb. İndi onun qan təzyiqi 140-150-dən aşağı düşmür”, – vəkil prosesdən öncə “Turan”a bildirib.

Öz növbəsində, jurnalistin həyat yoldaşı da deyib ki, o, hipertoniya, şəkərli diabetin kəskin forması, ürək-damar xəstəliyindən əziyyət çəkir: “Bundan başqa, onun başında kist var”.

Jurnalistin yetkinlik yaşına çatmamış iki övladı var.

AzadlıqRadiosu
17:27, 06 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Keçmiş diplomatın məhkəməsi başlayıb

by Gozetci 16:10, 06 Fevral 2025
written by Gozetci

Emin İbrahimov

 

Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.

Vəkil Aqil Layıc Turan-a  bildirib  ki, müdafiə tərəfi cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin edilməyib.

Bununla yanaşı hakim Emin İbrahimovun vəkillərin yanında oturması barədə vəsatəti təmin edib.

Emin İbrahimov prosesdə çıxış edib.

“O dedi ki, bu, məhkəmə deyil, ona görə də hər hansı münasibət bildirmir. Məhkəmə onunla bağlı hər hansı məsələni həll etməkdə legitim deyil”.

*Emin İbrahimov 2024-cü il iyulun 22-də sağlamlığa ciddi ziyan vurmaq və xuliqanlıq ittihamı  ilə saxlanılıb. Onu 11 ilə qədər həbs təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə onu 4 ay müddətinə həbs edib. Noyabrın 19-da həbs 2 ay müddətinə uzadılıb.

Emin İbrahimov əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi, 2016-2020-ci illərdə Uruqvayda müvəqqəti işlər vəkili olub. Sonradan hökumətin siyasətilə razılaşmadığını bildirərək diplomatik xidmətdən istefa verib və bundan sonra sosial şəbəkələrdə hakimiyyəti tənqid edib.

Turan 

16:10, 06 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb

by Gozetci 18:22, 05 Fevral 2025
written by Gozetci

Şahnaz Bəylərqızı

 

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı saxlanıb. Yaxınlarının bildirməsinə görə, onun Bakı şəhərindəki mənzilində də axtarış aparılıb.

Yaxınlarının məlumatına görə, fevralın 5-də polisdə olarkən jurnalist Şahnaz Bəylərqızının qan təzyiqi qalxıb, təcili tibbi yardım çağrılıb

Jurnalist Şahnaz Bəylərqızının “ToplumTV işi” ilə bağlı saxlandığı bildirilir. Onun istintaq zərurəti ilə əlaqədar saxlandığı deyilir.

Bu məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən yerli saytlara təsdiqləyiblər.

“ToplumTV işi” ilə bağlı həbslər ötən ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbar idi.

Bu ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli Fərid İsmayılov da həbs edilib.

“ToplumTV işi” üzrə həbs olunanlar əvvəlcə 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Daha sonra onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,… ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.

Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.

AzadlıqRadiosu 

18:22, 05 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Şəmşad Ağa saxlanıb

by Gozetci 09:40, 05 Fevral 2025
written by Gozetci

Şəmşad Ağa

 

Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) saxlanıb.

Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb: “Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər”.

Vəkil Şəhla Hümbətova bildirib ki, Ş.Ağa “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Hələlik, onun saxlanması xəbərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

“MeydanTV işi” üzrə ötən il dekabrın 6-da altı jurnalist – Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.

AzadlıqRadiosu

09:40, 05 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Meydan TV-nin reportyorunu həbsdə saxlayıb

by Gozetci 14:29, 04 Fevral 2025
written by Gozetci

Ramin Cəbrayılzadənin (Deko)

 

Fevralın 4-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin reportyoru Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib.

Vəkil Nemət Kərimlinin Turan-a verdiyi məlumata görə, vəsatət reportyor barəsində istintaq hərəkətlərinin aparılmamasına əsaslanıb.

“Həbs qətimkan tədbiri heç bir dəlil olmadan seçilib. Hazırda heç bir istintaq hərəkəti aparılmır. Bu halda onu həbsdə saxlamaq üçün heç bir əsas yoxdur”, deyə vəkil bildirib.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

* 6 dekabr 2024-cü il tarixində Meydan TV-nin əməkdaşları – Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümidova, Natiq Cavadlı və sərbəst jurnalist Ramin Deko (Cəbrayılzadə), həmçinin media eksperti Ülvi Tahirov valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.

Dekabrın 8-də məhkəmə onları həbs edib. Jurnalistlər cinayət işini peşə fəaliyyətləri ilə əlaqələndiriblər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.

14:29, 04 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyası siyasi məhbsuların sağlamlıq durumundan narahat olduğunu bildirir

by Gozetci 21:35, 03 Fevral 2025
written by Gozetci

“Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır”.

Bu barədə Müsavat Partiyasının Divanının (İdarə Heyəti) fevralın 3-də keçirlən iclasında bəyan edilib.

“Müsavat Partiyası siyasi motivlərlə həbs olunmuş şəxslərdən bəzilərinin, o cümlədən ictimai fəallar Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətində problemlər yaranması ilə bağlı məlumatlardan narahatdır”, Müsavat Partiyasının məlumatında deyilir.

Yerli hüquq müdafiə təşkilatlarının son hesabatına görə, ölkədə 331 nəfər siyasi məhbus var. Hüquq müdafiə təşkilatları bildirir ki, siyasi məhbusların bir çoxu xəstəliklərdən əziyyət çəkir, onlara keyfiyyətli tibbi yardım göstrərilmir. Bununla yanaşı sosial mediada siyasi məhbus kimi tanınan şəxslərə qarşı son zamanlar təzyiqlərin artdığı barədə məlumatlar yayılır.

Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, məhbuslara qarşı təzyiqlərlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı münasibətlər qanunvericilik normalaraına və daxili nizamnamə qaydalarına uyğun qurulur, hər hansı ayrıseşkiliyə yol verilmir”, cavabda qeyd edilir.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhusların olmadığını və insanların iradəsinə görə təqibə məruz qalmadğını bəyan edir.

Bununla yanaşı, Azərbaycan insan hüquqları və siyasi məzmunlu təqiblərlə bağlı beynəlxalq təşkilatlar tərəfindən ən çox tənqidə məruz qalan ölkələrdən biridir. Avropa İttifaqı, Avropa Parlamenti, ABŞ Dövlət Departamneti Azəıbaycanda haqsız həbsə məruz qalanların azadlığa buraxılmasını tələb edən bəyanatlarla çıxış edib.

Amerikanın Səsi 

21:35, 03 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil məhkəmənin həbsdə olan jurnalist Hafiz Babalının iddiasına baxılmasını yubatdığını bildirir

by Gozetci 20:02, 03 Fevral 2025
written by Gozetci

Hafiz Babalı

 

Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının Qafqazinfo.az internet nəşrinə qarşı iddiasının baxılması yubadılır. Jurnalist “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.

Xatırladaq ki, iddia 28 dekabr 2023-cü ildə Qafqazinfo.az saytında dərc edilmiş “Hafiz Babalının işi üzrə yeni detallar” adlı yazı ilə əlaqədar qaldırılıb.

İddiada bildirilir ki, yazıda jurnalistin şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən “böhtan və təhqiredici” məlumatlar yer alıb.

Məqalədə bildirilib ki, “Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb”.

Babalı bu fikirləri qəbul etmir, bildirir ki, araşdırmalar onun jurnalist fəaliyyətinin bir hissəsi olub. Bundan əlavə, heç kim və heç zaman araşdırmaları və dərc olunan məqalələrilə bağlı irad irəli sürməyib, bu materiallardakı məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib.

Babalı “Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin cəlb edilməsi” barədə fikirləri də qəbul etmir.

Jurnalist məhkəmədən xahiş edib ki, nəşrin böhtan xarakterli iddiaları təkzib etməsi, ondan üzr istəməsi, 9900 manat məbləğində kompensasiya ödəməsi və redaksiyanın 119 manat məbləğində məhkəmə xərclərini ödəməsi barədə qərar qəbul etsin.

Babalı iddianı hələ ötən ilin yazında qaldırıb. Məhkəmə iclasları dəfələrlə təxirə salınıb. Oktyabrın əvvəlində məhkəmə mətni məhkəmə-linqvistik ekspertizaya göndərməyə qərar verib.

Babalının vəkili Rəsul Cəfərov deyib ki, mülki prosessual qanunvericiliyə əsasən ekspertiza aparılmalıdır və onun nəticələri bir ay ərzində məhkəməyə təqdim edilməlidir. Və ya göstərilən müddətdə ekspertizadan imtina edilməlidir.

“Babalı ilə bağlı vəziyyətdə bunların heç biri yoxdur. Müstəsna hallarda ekspertiza ekspertlərin işləməsi üçün daha çox vaxt verilməsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldıra bilər. Ancaq indiki halda bu da yoxdur”, o qeyd edib.

Ötən həftə Cəfərov məhkəməyə müraciət edib ki, ya ekspertiza rəyinin alınmasını təmin etsin ya da məhkəmə icraatını yeniləsin və işə ekspertiza olmadan baxılması davam etdirilsin, amma buna da reaksiya yoxdur.

Babalı məhkəmənin fəaliyyətsizliyindən Məhkəmə-Hüquq Şurasına şikayət etmək niyyətindədir.

Hafiz Babalı 2023-cü ilin dekabrında “xarici valyuta qaçaqmalçılığında” və digər iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyır.

Amerikanın Səsi 

20:02, 03 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia