Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

“Abzas Media işi” üzrə həbs olunan jurnalistlər məhkəmədə iştirak etməkdən imtina edirlər

by Gozetci 20:39, 11 Fevral 2025
written by Gozetci

“Abzas Media”nın həbsdə olan əməkdaşları fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində təyin olunan məhkəmə prosesində iştirak etməkdən imtina etdiklərini bəyan ediblər.

Jurnalistlər saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmadığını bildirirlər. Onlar bu səbəbdən məhkəmədə iştirakdan imtina etməklə etirazlarını bildirirlər.

“Abzas Media” əməkdaşlarının yaydığı bəyanatda qeyd edilir ki, onlara zorakılıq törədən təcridxana əməkdaşları hələ də cəzalandırılmayıblar.

“Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq”, bəyanatda vurğulanır.

Jurnalistlər dəfələrlə təcridxanada baş verən çoxsaylı qanun pozuntularını, onlara qarşı törədilən fiziki və psixoloji zorakılıq hallarını ictimailəşdirdiklərini, lakin şikayətlərinin nəticəsiz qaldığını deyirlər.

Bəyanatda bildirilir ki, bu halları ictimailəşdirəndən sonra təcridxana rəhbərliyi jurnalistlərə qarşı təxribatlar təşkil edib, onların hüquqlarından istifadəsinə maneələr yaradıb.

Ötən ilin noyabrında medianın qadın korpusunda saxlanılan baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edərkən zorakılığa məruz qalıblar. Jurnalistlərin o zaman yaydığı məlumatda qeyd olunurdu ki, nəzarətçilər Sevinc Vaqifqızının qolunu nəfəsliyin qapısı arasında qoyub göyərdiblər.

“Buna etiraz edən Nərgiz Absalamovanı isə Əzizə Məmmədova təhqir edib. Vahid adlı nəzarətçi isə məhbuslara hədə-qorxu gələrək onlardan Elnarə Qasımovanın əleyhinə məcburi şahid ifadələri alıb. Qadın məhbuslardan tələb olunub ki, ifadələrində jurnalistin nəzarətçini vurduğunu gördüklərini yazsınlar. Həmçinin “Abzas Media”nın direktoru Ülvi Həsənlinin 6 ay ərzində 1 saylı Bakı İstintaq Təcridxanasında 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun birbaşa göstərişi ilə otaq yoldaşı onun üzərinə ülgüc çəkib, ölümlə təhdid edib” – deyə, məlumatda vurğulanır.

Medianın əməkdaşları bəyanatda bildirirlər ki, bu il təcridxananın qadın korpusunun Aygül Babayeva adlı əməkdaşı Sevinc Vaqifqızı və Nərgiz Absalamovaya qarşı zorakılıq edib.

“O, buna etiraz edən jurnalistlərə əmrin “yuxarıdan” verildiyini bildirib”, məlumatda bildirilir.

Jurnalistlər qeyd edir ki, təcridxanadakı qanunsuzları ictimailəşdirdiklərinə görə, dəfələrlə ailələri ilə görüşlərinə maneələr yaradılıb, telefon danışıqları kəsilib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

“Abzas Media işi” üzrə son məhkəmə iclası yanvarın 21-də keçirilib.

Saytın direktor müavini Məhəmməd Kekalovun yeni vəkilinin işlə tanış olması üçün növbəti proses fevralın 11-nə təyin edilib.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

20:39, 11 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç Helsinki Komitəsi Azərbaycanda jurnalistləri azad etməyə çağırıb

by Gozetci 10:06, 11 Fevral 2025
written by Gozetci

Norveç Helsinki Komitəsi Azərbaycanda jurnalistləri azad etməyə çağırıb.

“Ötən həftə Azərbaycanda daha iki məşhur jurnalist həbs olunub. Şahnaz Bəylərqızı son aylar həbs edilmiş səkkizinci qadın jurnalist oldu”, Norveç Helsinki Komitəsinin bəyanatında deyilir.

Bəyanatda xatırlanır ki, Bəylərqızı və onun keçmiş həmkarı Şəmşad Ağa 2024-cü ildə bağlanmış müstəqil xəbər nəşri olan Toplum TV-də işləyirdilər.

“Norveç Komitəsi əsassız olaraq saxlanılmış jurnalistləri və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməyə çağırır”, deyə təşkilatın bəyanatında bildirilir.

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.

Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Şahnaz Bəylərqızı “Toplum TV”nin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Fevralın 4-dən 5-nə keçən gecə isə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa saxlanıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib

Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb.

“Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər”, onlar bildirib.

Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, Şəmşad Ağa “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə günahlandırılır.

Vəkilin məlumatına görə, Şəmşad Ağa məhkəmədə tənqidi jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov jurnalistin saxlanması barədə məlumatı Amerikanın Səsinə təsdiq edib.

“Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunur”, mətbuat xidmətinin əməkdaşı qeyd edib.

“MeydanTV işi” üzrə ötən il dekabrın 6-da altı jurnalist – Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh verməyib.

Rəsmi Bakı fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Amerikanın Səsi 

10:06, 11 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏRYaşamaq hüququ

Həyat yoldaşı həbsdə olan jurnalistin səhhətindən narahatdır

by Gozetci 09:11, 11 Fevral 2025
written by Gozetci

Şahnaz Bəylərqızı

Fevralın 8-də jurnalist Şahnaz Bəylərqızının həyat yoldaşı onunla istintaq təcridxansında görüşüb. Görüş şüşə arxasından baş tutub.

Bu barədə jurnalistin həyat yoldaşı İsmayıl Eyyubov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Şahnaz Bəylərqızının səhhəti yaxşı deyil.

“Səhhətinə görə çox narahatam. Şəkəri və təzyiqi enib-qalxır. Tibb məntəqəsində lazimi qayğı göstərilir. Amma səhhəti yaxşı deyil. Onun səhhətinin yaxşılaşması üçün çox çalışıram”, həyat yoldaşı bildirib.

Bundan öncə, fevralın 7-də vəkil istintaq təcridxansında jurnalist Şahnaz Bəylərqızı ilə görüşüb.

Vəkilin Amerikanın Səsinin verdiyi məlumata görə, Bəylərqızı səhhətində yaranan ciddi problemlərə görə tibbi müşahidəyə götürülüb.

Onun sözlərinə görə, jurnalist tibbi müayinədən keçib və şəkərli diabetlə bağlı şəkər səviyyəsini ölçmək üçün qan nümunələri götürülüb.

Saxlanma şəraitindən şikayəti yoxdur.

Vəkil jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti veriləcəyini bildirib.

Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkil Bəxtiyar Hacıyevin Amerikanın Səsinə verdiyi məlumata görə, hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.

“Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb”.

Jurnalist ittihamları qəbul etmir.

“Məni niyə tutuduqları hələ də mənə aydın deyil”, Bəylərqızı məhkəmədə qeyd edib.

Vəkil bildirib ki, məhkəmə Şahnaz Bəylərqızı barəsində ev dustaqlığı ilə bağlı vəsatətini təmin etməyib.

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb.

Yaxınları bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsində saxlanılan Şahnaz Bəylərqızının vəziyyəti pisləşib, onun üçün təcili tibbi yardım çağırılıb.

Fevralın 5-də günorta saatlarında müstəntiqin iştirakıyla Şahnaz Bəylərqızının evində axtarış aparılıb, telefonlar, kompüter götürülüb. Jurnalistin özü isə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb, araşdırma aparılır.

Şahnaz Bəylərqızı “Toplum TV”nin “Toplumda 10-dan sonra” verilişinin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

“Toplum TV işi” üzrə nə baş verib?

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci ilin yanvarın 17-dən həbs qətimkan tədbiri), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Bu barədə həmin iş üzrə təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.

Məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi

09:11, 11 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyası siyasi motivlərlə tutulan bütün şəxslərin azad olunmasını tələb edir

by Gozetci 21:25, 10 Fevral 2025
written by Gozetci

“Müsavat Partiyası hakimiyyətdən siyasi motivlərlə tutulan bütün şəxslərin azad olunmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir”.

Bu barədə Müsavat Partiyasının Divanı (İdarə Heyəti) fevralın 10-da keçirilən iclasında bəyan edib.

Müsvat Partiyasının məlumatında deyilir ki, partiyanın Divanı Arqument.az saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Şəmşad Ağanın və “Toplum TV”nin jurnalisti Şahnaz Bəylərqızının həbsini Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirir.

“Ölkədə artıq 20-dən çox jurnalist saxta ittihamlarla həbs edilib”, məlumatda qeyd edilir.

Son günlər Azərbaycanda daha iki jurnalist həbs edilib. Hüquq- müdafiə təşkilatları ölkədə həbsdə olan jurnalistlərin sayının artıq 23 nəfərə çatdığını bildirir.

Jurnalistlərin həbsi ictimai-siyasi mühitdə, həmçinin sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub. Tənqidlərdə ölkədəki siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsinə çağırışlar yer alıb.

Rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

21:25, 10 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Freedom Now beynəlxalq insan hüquqları təşkilatı Şahnaz Bəylərqızı, Şəmşad Ağa və digər həbs olunan jurnalistləri azad etməyə çağırıb

by Gozetci 20:39, 10 Fevral 2025
written by Gozetci

Şahnaz Bəylərqızı və Şəmşad Ağa

Freedom Now beynəlxalq insan hüquqları təşkilatı Toplum TV-nin jurnalisti Şahnaz Bəylərqızını və Arqument.az saytının redaktoru Şəmşad Ağanın həbsini pisləyib.

Təşkilat bəyanatında xatırladıb ki, hazırda ölkədə 20 yaxın jurnalist haqsız yerə həbsdədir.

“Biz onları dərhal azad etməyə çağırırıq”, təşkilat qeyd edib.

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.

Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Şahnaz Bəylərqızı “Toplum TV”nin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Fevralın 4-dən 5-nə keçən gecə isə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa saxlanıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib

Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb.

“Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər”, onlar bildirib.

Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, Şəmşad Ağa “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə günahlandırılır.

Vəkilin məlumatına görə, Şəmşad Ağa məhkəmədə tənqidi jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov jurnalistin saxlanması barədə məlumatı Amerikanın Səsinə təsdiq edib.

“Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunur”, mətbuat xidmətinin əməkdaşı qeyd edib.

“MeydanTV işi” üzrə ötən il dekabrın 6-da altı jurnalist – Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh verməyib.

Rəsmi Bakı fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Amerikanın Səsi 

20:39, 10 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır

by Gozetci 19:42, 10 Fevral 2025
written by Gozetci

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.

Bu barədə Əfv komissiyanın üzvü Əliməmməd Nuriyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, komissiya daxil olan müraciətlərə baxacaq, lakin Əfv sərəncamının nə vaxt imzalanacağı bəlli deyil.

Öz növbəsində ötən həftə Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var.

Deputat Siyavuş Novruzov xatırladıb ki, Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunub.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə bildirib ki, indiyə qədər Azərbaycanda 10 dan çox amnistiya aktı, 70-dən çox əfv sərəncamının olmasına baxmayaraq, ölkədə bu gün də siyasi məhbus məsələsi ciddi problem olaraq qalır.

Hüquq müdafiəçisi deyir ki, bunlar Azərbaycanda siyasi məhbus problemini aradan qaldırılması üçün bir çıxış yolu kimi görünmür.

“Təbii ki, Azərbaycan hakimiyyəti bunun üçün öncə ortaya siyasi iradə qoymalıdır. Məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Məhkəmə hakimiyyəti müstəqil olmalıdır. Siyasi motivli həbslərə son qoyulmalıdır”, ekspert əlavə edib.

Samir Kazımlı hesab edir ki, amnistiya, əfv bəzi insanlarda ümid yaratsa da, bu özünü doğrultmur.

“Əfvlər yarımçıq olur. Amnistiya aktlarında daha çox müəyyən maddələr üzrə cinayət törətmiş şəxslər düşür. Bundan daha çox hakimiyyətin özünün təbliği üçün istifadə olunur. Yaxşı olar ki, Azərbaycan hakimiyyəti bu yolla ölkədə siyasi məhbus problemini aradan qaldırmaq istəyirsə , ortaya siyasi iradə qoymalıdır”, Kazımlı vurğulayıb.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları fəalların və jurnalistlərin həbsini siyasi motivli hesab edir, hökumətin 2023-cü ilin noyabrından başlayaraq ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq-müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Bir sıra hüquq müdafiəçiləri amnistiya aktının ölkədə yerli hüquq- müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan yüzdən çox insanı əhatə etməyəcəyinə öz etirazlarını bildirmişdilər.

Azərbaycanda sonuncu əfv sərəncamı 2024-cü il mayın 25-də imzalanıb. Prezidentin bu əfv sərəncamında siyasi məhnus kimi tanınan şəxslərin adı olmayıb.

19:42, 10 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Afiəddin Məmmədovun ölkədəki silsilə həbslərə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir

by Gozetci 12:09, 10 Fevral 2025
written by Gozetci

Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun aclıq aksiyasına başladığı bildirilir. Bu barədə İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.

Konfederasiyanın yaydığı məlumatda deyilir ki, fəal ölkədə gedən proseslərə və silsilə həbslərə qarşı etirazını bildirərək fevralın 9-dan aclıq aksiyasına başlayıb.

Bəyanatda qeyd olunur ki, Məmmədovun səhhətində bir sıra problemlər mövcuddur, buna baxmayaraq, fəal aksiyanın müddətsiz olduğunu bildirib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü ilin sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

Bu ilin yanvarında Afiəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fəal ittihamları qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Amerikanın Səsi 

12:09, 10 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi fəal Cəlal Cavadovu həbsdə saxlayıb

by Gozetci 14:56, 08 Fevral 2025
written by Gozetci

Cəlal Cavadov

Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.

Təhqiqat zamanı Cavadov yanvarın 30-da metronun “28 May” stansiyasının yaxınlığında saxlanıldığını və ən yaxın polis bölməsinə – Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparıldığını bildirib.

Fəalın sözlərinə görə, polis bölməsində onu işgəncə altında tərkibində narkotik vasitə olan mayeni içməyə məcbur ediblər.

Bir müddət sonra fəal özünü pis hiss edib və ona “təcili yardım” çağırılıb.

Həkimlər gənci Bakı Şəhər Kliniki Tibbi Mərkəzə aparıblar, toksikologiya şöbəsinə yerləşdiriblər.

Ertəsi gün, yanvarın 31-də Bakının Nəsimi Rayon Məhkəməsi Cavadovu 30 gün inzibati həbs cəzasına məhkum edib.

Apellyasiya şikayətinin araşdırılması zamanı məlum olub ki, birinci instansiya məhkəməsinin qərarında onun adından etiraflara istinad edilib. Lakin Cavadov bildirib ki, belə bir ifadə verməyib və ümumiyyətlə Nəsimi Rayon Məhkəməsində proses cəmi 3 dəqiqə davam edib. Cavadov iş materiallarında imzasının saxtalaşdırıldığını, özünün heç bir sənəd imzalamadığını deyib.

Fəal barəsindəki işin saxta və siyasi motivli olduğunu, həbsinə bələdiyyə seçkilərində Meydan TV-nin həbs edilmiş jurnalistlərinə dəstək aksiyası keçirməsinin səbəb olduğunu hesab edir.

Apellyasiya Məhkəməsi fəalı həbsdə saxlayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

* Cavadov yanvarın 30-da saxlanılıb. Ertəsi gün Bakının Nəsimi Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilərək, 30 gün müddətinə həbs edib.

Fəallar hesab edirlər ki, Cavadov yanvarın 29-da bələdiyyə seçkilərində etiraz aksiyası keçirməsi ilə əlaqədar saxlanılıb.

Seçki məntəqələrindən birində Cavadov səsvermə qutusuna üzərində Meydan TV-nin həbs edilmiş jurnalistlərinin fotoşəkilləri olan plakat atıb.

Turan

14:56, 08 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunun azadlığa buraxılması tələbi ilə ABŞ Konqresinə qətnamə təqdim edilib

by Gozetci 11:53, 08 Fevral 2025
written by Gozetci

Qubad İbadoğlu

Fevralın 6-da ABŞ Konqresinin 22 üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.

Sənədin müəllifləri “Azərbaycan hökumətinin doktor Qubad İbadoğluna münasibətini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırırlar”.

Sənəddə İbadoğlunun “heç bir dəlil olmadan çoxsaylı cinayət əməllərində” əsassız ittiham edildiyi bildirilir.

O, 2024-cü ilin aprel ayına qədər Bakı İstintaq Təcridxanasında son dərəcə bərbad şəraitdə saxlanılıb, sonra ev dustaqlığına buraxılıb və ona Bakını tərk etmək qadağan edilib.

Doktor İbadoğlunun səhhəti xeyli pisləşməkdə davam edir və ona lazımi tibbi yardım göstərilmir.

Q.İbadoğlunun hərəkəti  məhdudlaşdırılır, o, ailəsindən və akademik işindən təcrid olunur, ailəsi təqib və təhdidlərə məruz qalır, cə onun həbsdə saxlanması insan haqlarının ciddi şəkildə pozulmasıdır.

Bütün bunları nəzərə alaraq, “Konqres İbadoğluna qarşı rəftarı pisləyir, onun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır və dövlət katibini Azərbaycan hökuməti ilə bütün əlaqələrdə doktor İbadoğlunun azad edilməsini yüksək prioritet hesab etməyə çağırır”, – deyə qətnamədə qeyd olunur.

Turan

11:53, 08 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq təşkilatlar jurnalistləri dərhal azad etməyə çağırır

by Gozetci 10:08, 07 Fevral 2025
written by Gozetci

Şahnaz Bəylərqızı və Şəmşad Ağa

Mərkəzi ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) arqument.az saytının baş redaktoru Şəmşad Ağanın həbsini pisləyir, Azərbaycan hakimiyyətini onu və həbsdə olan digər jurnalistləri azad etməyə çağırır.

“Şəmşad Ağanın həbsi Azərbaycan hakimiyyətinin ölkədəki kiçik və sıxışdırılmış media icmasını susdurmağa, daha da məhdudlaşdırmağa yönəlik amansız niyyətini ortaya qoyur. Hökumət mediaya bu görünməmiş təzyiqi dərhal dayandırmalı, Ağanı və digər haqsız həbs olunmuş jurnalistləri azad etməlidir”, CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Səid deyib.

Təşkilat Azərbaycanda son 15 ayda 21 jurnalistin saxlandığını bildirir. Azərbaycan 2024-cü ildə dünyada ən çox jurnalistin həbsdə olduğu 10 ölkə sırasında yer alıb.

Öz növbəsində Sərhədsiz Reportyorlar təşkilatı arqument.az saytının baş redaktoru Şəmşad Ağanın və Toplum TV-nın aparıcısı Şahnaz Bəylərqızının həbsindən narahatdır.

“RSF bu iki jurnalistin və hazırda ölkədə həbsdə olan digər 21 jurnalistin dərhal azad edilməsini tələb edir”, RSF-nin X platformasında qeyd edilib.

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı saxlanıb. Yaxınlarının bildirdiyinə görə, onun Bakı şəhərindəki mənzilində də axtarış aparılıb.

Yaxınlarının məlumatına görə, fevralın 5-də polisdə olarkən jurnalist Ş.Bəylərqızının qan təzyiqi qalxıb, təcili tibbi yardım çağırılıb.

Jurnalist Şahnaz Bəylərqızının “ToplumTV işi” ilə bağlı saxlandığı bildirilir. Onun istintaq zərurəti ilə əlaqədar saxlandığı deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Şahnaz Bəylərqızı “Toplum TV”nin “Toplumda 10-dan sonra” verilişinin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

“ToplumTV işi” ilə bağlı həbslər ötən ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli və jurnalist Müşfiq Cabbardır.

Bu ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli Fərid İsmayılov da həbs edilib.

Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa saxlanıb.

Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb: “Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər”.

Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, Şəmşad Ağa “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Hələlik, onun saxlanması xəbərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

“MeydanTV işi” üzrə ötən il dekabrın 6-da altı jurnalist – Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh verməyib.

Rəsmi Bakı fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Amerikanın Səsi 

10:08, 07 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026