Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Şahnaz Bəylərqızını azad etməyib

by Gozetci 21:05, 13 Fevral 2025
written by Gozetci

Şahnaz Bəylərqızı

Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Vəkil bildirib ki, jurnalist səhhətilə əlaqədar prosesdə iştirak etməyib.
Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırmaq niyyətindədir.
Xatırladq ki, jurnalist fevralın 6-da “Toplum” TV nəşrinin işi üzrə həbs edilib. O da bu nəşrin digər əməkdaşları kimi, xarici valyuta qaçaqmalçılığında ittiham olunur.
Bu günlərdə bir qrup hüquq müdafiəçisi dövlət başçısına müraciət edərək Şahnaz Bəylərqızının azad edilməsini xahiş edib.
21:05, 13 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır

by Gozetci 19:07, 13 Fevral 2025
written by Gozetci

Turan İnformasiya Agentliyinin logosu

 

Keçmiş Sovet İttifaqı məkanında yaradılan ilk müstəqil informasiya agentliyi olan Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır. Bu barədə Turan İnformasiya Agentliyinin kollektivi fevralın 13-də oxucularına müraciət edib.

“Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə – Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb”, müraciətdə qeyd edilir.

Agentliyin kollektivi bu gün qaçılmaz bir reallıqla üzləşdiyini bildirir: “Daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi”.

Agentliyin kollektivi bildirir ki, bu, missiyanın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir.

“İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır”, müraciətdə deyilir.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə bildirib ki, agentliyin fəaliyyətini dayandırması maliyyə durumu ilə bağlıdır.

“Uzun illər çalışırdıq ki, agentliyin fəaliyyətini davam etdirək. Azərbaycanda azad medianın imkanları kifayət qədər məhduddur. Reklam bazarının həcmi də kifayət qədər məhduddur. Medianın reklam bazarı 2022-ci ildə cəmi 10 milyon manat olub. Onun da 95 faizi televiziyaların payına düşüb. 2023-cü ildə medianın reklam bazarı ilə bağlı isə rəsmi statistika açıqlanmayıb. Bu da reklam bazarının daha da aşağı olduğunun göstəricisidir. Bizə reklam verən də yoxdur. Təkcə abunə ilə yaşamaq isə çox çətindir. Ona görə də biz maksimal dərəcədə agentliyin fəaliyyətini davam etdirdik. Amma, indiki vəziyyətdə bu bizim üçün kifayət qədər çətinlik təşkil edir. Bu səbəbdən də fikirləşdik ki, fəaliyyətimizi dayandıraq və yeni formata keçək”, o qeyd edib.

Əliyev bildirib ki, agentliyin kollektivi yeni formatda daha çox analitik istiqamətlə məşğul olmaq fikrindədir.

“Analitik fəaliyyət daha perspektivlidir. Çünki informasiya axınları kifayət qədər çoxdur. İşimiz nə qədər alınacaq-alınmayacaq onu indi demək çətindir”, o qeyd edib.

Bir sıra medialarda Turan Agentliyinin USAİD (Amerika Beynəlxalq İnkişaf Agentliyi) və digər qərb qurumları tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatlar yayılır. Mehman Əliyev bununla bağlı sualın cavabında bildirib ki, agentlik heç bir xarici fonddan, agentlikdən vəsait almayıb.

“Biz USAİD-dən bir qəpik belə vəsait almamışıq”, o qeyd edib.

Siyasi təzyiqlərlə bağlı sualın cavabında o deyib ki, siyasi təzyiqlər həmişə var.

“Belə ki, agentliyin jurnalistləri heç zaman siyasi təzyiqlərə məruz qalmayıb. Məlumatlarımızla bağlı heç zaman məhkəmə iddiaları qaldırılmayıb. Amma, maliyyə çətinlikləri siyasidir. Azərbaycanda azad medianın iqtisadi dayağının olmaması özlüyündə siyasi təzyiqdir. Çünki maliyyə çətinliklərinin səbəbi siyasi sistemlə bağlıdır”, o qeyd edib.

19:07, 13 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda “siyasi məhbuslar”ın yeni siyahısına 357 nəfərin adı daxil edilib

by Gozetci 17:27, 13 Fevral 2025
written by Gozetci

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaq fevralın 12-də “siyasi məhbus”ların yeni siyahısını yayıb. Yeni siyahıya 357 nəfərin adı daxil edilib. “Siyasi məhbus”ların sırasında 8 nəfər qadın var, onların hamısı jurnalistlərdir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc isə Azərbaycanda insanların iradəsinə görə təqib edilmədiyini bildirib.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaq sonuncu dəfə ötən ilin dekabrında “siyasi məhbus”ların siyahısını dərc edib. Həmin siyahıda 331 nəfərin adı var idi.

Qurum bildirir ki, ötən dövrdə 5 nəfər siyasi məhbus həbs müddəti başa çatdığından azad edilib. Amma 31 nəfər siyasi məhbus kimi tanınıb. Yeni siyahıya son dövrdə həbs edilən 3 nəfər jurnalistin (Fərid İsmayılov, Şəmşad Ağayev (Ağa), Şahnaz Bəylərqızı (Hüseynova), İmişlidə baş verən hadisələrlə bağlı həbs edilən 13 nəfərin, 2 nəfər müxalifət fəalının, 1 nəfər milli azlıq fəalının, 5 nəfər dindarın, 5 nəfər Tərtər hadisələri (2017-ci ildə həbs ediliblər, amma ailələri quruma indi məlumat verib) zamanı həbs edilənlərin, Gəncə hadisələri ilə (2018-ci il) bağlı həbs edilən 1 nəfərin, “Qaranquş işi” (1993-cü ildə həbs edilib, lakin ailələri indi məlumat verib) ilə bağlı həbsdə olan 1 nəfərin adı daxil edilib.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaq siyahını 12 qrup üzrə aşağıdakı kimi tərtib edib:

– jurnalistlər və blogerlər – 27 nəfər;

– hüquq müdafiəçiləri – 4 nəfər;

– müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər;

– milli azlıqların fəalları – 4 nəfər;

– müharibə əleyhdarı fəallar – 2 nəfər;

– Söyüdlü kəndi üzrə iş üzrə – 2 nəfər;

– Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər – 5 nəfər;

– İmişli işi üzrə həbs edilənlər – 13 nəfər;

– Dindarlar – 235 nəfər;

– Tərtər işi üzrə həbs edilənlər – 8 nəfər;

– Gəncə işi üzrə həbs edilənlər – 13 nəfər;

– ömürlük məhbuslar – 12 nəfər.

Yeni siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.

“Bu siyahıya 12 fevral 2025-ci il tarixinə haqqında mötəbər məlumatlar toplanmış siyasi motivlərlə həbs edilmiş və məhkum edilmiş bütün şəxslər daxildir. Siyasi məhbusların siyahısı mütəmadi olaraq yeni həbslərlə artmaqda davam edir. Rejim repressiyalarını davam etdirir”, “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaqın məlumatında qeyd edilir.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaq siyasi məhbusların siyahısnın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ilin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edildiyini bildirir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, siyasi məhbus məsələsi Azərbaycan Avropa Şurasına qəbul edildikdən sonra cərəyan edir.

“Siyasi məhbus siyahısını tərtib edən şəxlər (Leyla Yunus) də həmin məsələni özünün hüquq istismarı, böyük piramidal siyasi vasitəsinə çevirib. Bir qism şəxslərin o siyahıya daxil olmasının özü də ayrıca qanunsuz proseslərin nəticəsidir”, o qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycan qanunvericiliyi xüsusilə indi media təmsilçiləri, üçüncü sektorun nümayəndələri və sair kimi təsnifləşdirilən şəxslərin üçüncü ölkə üzərindən əldə etdiyi qrant vəsaitləinin qaçaqmal yolu ilə ölkəyə gətirilməsini cinayət məsuliyyətləri kimi tövsif edir.

“Bu məsələni mübahisləndirmək, onun ətrafında diskussiyalar aparmaq olar. Amma, real fakt bundan ibarətdir. Ona görə də həmin məsələ ətrafında siyahıların o cür tərtibi və müharibədə qalib gəlmiş Azərbaycan dövlətinin bu cür bir obrazının yaradılması üçün faydalanılması doğru deyil”, o qeyd edib.

Zahid Oruc hesab edir ki, bir qədər əvvəl onun bu cür danışması bəlkə də bir az subyektiv görünərdi.

“Amma bu məsələ Prezident Trampın ikinci dəfə hakimiyyətə gəlişindən və İlon Maskı effektiv hökumət siyasəti üzrə məsul şəxs təyin etməsindən sonra USAİD və digər qurumların, ümumiyyətlə Amerikanın fundamental idarəçilik fəlsəfəsinin, prinsiplərinin büs-bütün dəyişdirilməsi fonunda, bu mövzunun, yəni insan haqları üzrə ixtisaslaşmış qurumların da qlobal çapda necə korrupsiya cinayətlərini, şəbəkələrini təşkil etdikləri fonunda daha yaxşı anlaşılır”, o qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycan dövləti qarşısına konkret şəxsləri həbs etmək məqsədi qoymur.

“Tam əksinə, Azərbaycan dövləti gündəlik olaraq milyonlarla insanın sosial, iqtisadi, təhlükəsizlik və sair xarakterli hüquqlarının təmin olunması yolunda addımlar atır. Ona görə də Azərbaycan dövləti kimi isə həbs edib onun doğması, çevrəsi və xaricvi qüvvələrin üzərindən bu cür təsirlərə, təzyiqlərə və ittihamlara məruz qalması qətiyyən istənilməzdir”, o qeyd edib.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsin bildirib ki, Azərbaycanda insan hüquqları, vətəndaşların konstitusion hüquqlarının fundamental olaraq realizə olunması ilə bağlı ciddi problemlər mövcuddur.

“Təbii ki, hökumət bu problemlərin olduğunu ya inkar edir və yaxud, bəzən dolayısı yolu ilə təkzib etməyə çalışır. Həbslərin insanların hansısa ifadə azadlığı, birləşmək azadlığı ilə əlaqələndirmirlər. Guya hansısa bir cinayət işində təqsirləndirlən şəxs kimi cəlb olunduğunu bildirirlər. Amma bunu istintaq, məhkəmə dövründə mübahisələndirərkən əksinin şahidi oluruq. Bütün suallar daha çox siyasi proseslər üzərində qurulduğuna görə, əminliklə deyə bilərik ki, bu insanlar siyasi baxışlarına görə təqib olunur”, o qeyd edib.

 

17:27, 13 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə “Meydan TV”nin jurnalistini həbsdə saxlayıb

by Gozetci 09:21, 13 Fevral 2025
written by Gozetci

Ramin Deko

 

Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Ramin Dekonun ev dustaqlğına buraxılmasının təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

“Heç bir istintaq hərəkəti aparılmır. Həm də ittiham tərəfinin onu həbsdə saxlaması üçün heç bir sübutu yoxdur,” vəkil Amerikanın Səsinə bildirib.

Nemət Kərimli qeyd edib ki, məhkəmədə istintaq tərəf şikaytin təmin edilməməsini deyib.

Onun sözlərinə görə, ikinci instansiya məhkəməsi jurnalisti həbsdə saxlayıb.

Bununla belə vəkil qeyd edib ki, fevralın 12-də Ramin Deko da iştirak edib.

O, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Bununla belə vəkil jurnalistin saxlanma və səhhəti ilə bağlı şikayətinin olmadığını bildirib.

Ötən ay Meydan TV-nin həbs edilən jurnalistləri Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilməyib.

Jurnalistlərin vəkilləri məhkəmənin bu qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti veriblər. Məhkəmə onlar barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.

Amerikanın Səsi 

09:21, 13 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalı Şamil Cəfərov saxlanılıb

by Gozetci 09:00, 13 Fevral 2025
written by Gozetci

Şamil Cəfərov

 

Fevralın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Yevlax rayon şöbəsinin fəalı Şamil Cəfərov Yexlax Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbsə məhklum edilib.

Bu barədə AXCP məlumat yayıb.

“Şamil Cəfərov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilinib. Cəfərova verilən ittiham saxtadır. O sosial şəbəkələrdə tənqidi statusları ilə bağlı saxlanılıb”, AXCP-nin məlumatında deyilir.

Öz növbəsinə Daxili İşlər Nazirliyi bu məlumatla bağlı Amerikanın Səsini sorğusuna hələ münasibət bildirməyib.

Bir qayda olaraq Azərbaycan rəsmiləri ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, insanların qanunvericilik qarşısında bərabər olduğunu bildirir.

Amerikanın Səsi 

09:00, 13 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Keçmiş diplomat məhkəməyə ifadə verməkdən imtina edib

by Gozetci 20:44, 12 Fevral 2025
written by Gozetci

Emin İbrahimov

 

Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar İbrahimovun sədrliyi ilə keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkmə prosesi məhkəmə istintaqı ilə davam etdirilib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, Emin İbrahimov məhkəməyə ifadə verməkdən imtina edib.

“Mən saxta ittiham, səhnələşdirlmiş ittihamla bağlı nə ifadə verim. Bu ittiham iftiradır, yalandır, qabaqcadan səhnələşdirilib”, vəkil keçmiş diplomatın məhkəmədə dediklərinə istinadən qeyd edib.

Bundan sonra zərəçəkmiş məhkməyə ifadə verib.

Zərərçəkən Kamal Şükürov bildirib ki, hadisə təhqir səbəbindən baş verib.

Bu zaman təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var.

Zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadə elan olunub. Məlum olub ki, Kamal Şükürovun ifadəsi Nizami Rayon Polis İdarəsində alınıb. Lakin özü palatada ifadə verdiyini bildirib. Əlavə olaraq bildirib ki, zərərçəkən polisə zəng edib, amma ittihama görə polis əməkdaşları ona yaxınlaşıb. Məhkəməyə sədrlik edən hakim bu nüansların sənədlərin tədqiqi mərhələsində araşdırılacağı bildirilib.

Növbət məhkəmə iclası martın 12-nə təyin edilib.

2024-cü il iyulun 24-də saxlanılan Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində həbs qətimkan tədbiri seçib.

Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.

İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.

İbrahimov Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır.

Azərbaycanda son illər bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.

Amerikanın Səsi 

20:44, 12 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi “Nardaran məhbusları”nın işi ilə bağlı qərarını elan edib

by Gozetci 13:19, 12 Fevral 2025
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 11-də “Nardaran hadisələri” zamanı həbs edilən şəxslərin işi üzrə qərarında onlara qarşı hüquq pozuntusunu tanıyıb.

“Bağırov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər – “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov, Zülfüqar Mikayılov və Elman Ağayev məhkəməyəqədər həbs müddəti dövründə hüquqlarının pozulduğunu iddia edirdilər.

İşin hallarına əsasən, Taleh Bağırov və Zülfüqar Mikayılov 2015-ci il noyabrın 26-da, Elman Ağayev isə noyabrın 29-da ağır cinayət ittihamları ilə həbs edilib.

Daxili İşlər Nazirliyininin və Baş Prokurorluğunun birgə məlumatında ərizəçilər “dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə” “silahlı cinayətkar dəstə” yaratmaqda ittiham ediliblər.

Nəsimi və Nərimanov Rayon Məhkəmələri ərizəçilər barədə həbs qətimkan tədbiri seçib və daha sonra birinci instansiya məhkəmələri həbs qətimkan tədbirinin müddətlərini uzadıblar.

Avropa Məhkəməsi qeyd edir ki, yerli məhkəmələr həbs qətimkan tədbirini uzadarkən standart ifadələrdən istifadə edib və sadəcə olaraq ilkin həbs qətimkan tədbiri qərarlarında göstərilən həbs əsaslarını təkrarlayıblar.

Ərizəçilərin həbs müddətinin uzadılması üçün göstərilən səbəblərin yetərli və müvafiq olmadığını əsas gətirərək verdikləri apellyasiya şikayətləri, habelə zaminə və ya ev dustaqlığına buraxılmaları üçün verdikləri vəsatətlər də təmin edilməyib.

Həm birinci instansiya, həm də apellyasiya məhkəməsində dinləmələr zamanı ərizəçilər məhkəmə zallarında metal qəfəslərdə saxlanılıblar.

Ərizəçilər Avropa Məhkəməsi qarşısında şikayətlərində həbs müddətinin uzadılması ilə bağlı dinləmələr zamanı metal qəfəsdə saxlanılmaqla ləyaqəti alçaldan rəftara məruz qaldıqlarını, habelə məhkəməyəqədər həbsdə saxlanılma üçün yetərli və müvafiq səbəblər göstərilmədiyini iddia ediblər.

Bundan əlavə, Taleh Bağırov dövlət orqanlarının məhkumluq olmadan yaydıqları birgə məlumatın onun təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edib.

Avropa Məhkəməsi fevralın 11-də elan etdiyi qərarında ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncə, qeyr-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) və 5.3-cü (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunu tanıyıb.

Məhkəmə əvvəlki təcrübələrinə istinadən qeyd edib ki, şəxsin məhkəmə zalında metal qəfəsdə saxlanması özlüyündə insan ləyaqətinə zidd hərəkətdir və Konvensiyanın 3-cü maddəsinə zidd olaraq ləyaqəti alçaldır.

AİHM həmçinin yerli məhkəmələrin məhkəməyəqədər həbs müddətinin uzadılması üçün müvafiq və yetərli səbəblər göstərməməsi, zaminə buraxılma və ya ev dustaqlığı kimi alternativ tədbirləri tətbiq etməkdən imtina etməsini də Konvensiyanın pozuntusu kimi qiymətləndirib.

Məhkəmə Taleh Bağırovun təqsirzlik prezumpsiyası ilə bağlı şikayətini isə gec müraciət edildiyini əsas gətirərək rədd edib.

Qərara əsasən, hökumət vəkilləri Cavad Cavadov, Rüstəm Zülfüqarov və Akif Əliyevin təmsil etdiyi ərizəçilərin hər birinə mənəvi zərərə görə 3900, xərclərə görə 500 avro kompensasiya ödəməli olacaq.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməliyyatla bağlı birgə məlumatında Taleh Bağırov və digərləri “dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə” “silahlı cinayətkar dəstə” yaratmaqda ittiham ediliblər.

Əməliyyat zamanı Taleh Bağırovla yanaşı daha 14 nəfər saxlanıldığı bildirilsə də, sonradan bu işlə əlaqədar onlarla şəxs saxlanılıb.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40-dan çox şəxs isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittiham edilərək 10 ildən 20 ilədək həbs cəzalarına məhkum ediliblər.

Avropa Məmkəməsinin bu işində adı hallanan Taleh Bağırov 20 il, Zülfüqar Mikayılov 17 il, Elman Ağayev isə 13 il həbs cəzasına məhkum edilib.

Taleh Bağırov və digərləri ittihamları qəbul etməyib, güc orqanlarının təxribatları ilə üzləşdiklərini bildiriblər. Yerli insan hüquqları qrupları onları siyasi məhbus hesab edir.

Hadisələr zamanı həbs edilənlər tutularkən və ilkin dindirilmə zamanı ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Polis işgəncə ilə bağlı iddiaları təkzib edib.

Ancaq Strasburq məhkəməsi ötən ilin iyunun 13-də “Mustafayev və başqaları Azərbaycana qarşı” işi üzrə qərarında “Nardaran hadisələri” zamanı həbs edilən bir qrup şəxsə qarşı Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanımışdı.

Bundan əlavə, Avropa Məhkəməsi digər bir işdə Taleh Bağırov da daxil olmaqla, “Müsəlman Birliyi” hərəkatının üzvlərinə qarşı cinayət işlərinin ədalətsizliyi ilə bağlı iddiaları araşdırmaqda davam edir.

Amerikanın Səsi 

13:19, 12 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Şahnaz Bəylərqızını azad etməyə çağırır

by Gozetci 10:09, 12 Fevral 2025
written by Gozetci

Jurnalistləri Müdafiə Komitəsi fevralın 6-da Azərbaycan məhkəməsinin Toplum TV-nin aparıcısı Şahnaz Bəylərqızı barəsində xaricdən maliyyələşmə iddialarına görə 3,5 ay müddətinə həbs qətimkan tədbiri seçməsini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırır.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bəyanatında deyilir.

Jurnalistləri Müdafiə Komitəsi fevralın 6-da Azərbaycan məhkəməsinin xarici maliyyələşmə ittihamları ilə ToplumTV-nin aparıcısı Şahnaz Bəylərqızı haqqında həbs qərarını pisləyib və jurnalistin dərhal azad edilməsinə çağırıb.

“Veteran jurnalist Şahnaz Bəylərqızının həbsi Azərbaycan hakimiyyətinin aparıcı müstəqil səsləri susdurmaq üçün Qərb maliyyələşməsi ilə bağlı iddialardan sui-istifadə etdiyini göstərir”, təkilatın Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Gülnoza Said bildirib.

O qeyd edib ki, Şahnaz Bəylərqızı ciddi sağlamlıq problemlərindən əziyyət çəkir və onun hər gün haqsız yerə həbsdə qalması həyatını təhlükəyə atır.

“Azərbaycan hakimiyyəti onu və digər əsassız yerə həbs olunan jurnalistləri dərhal azad etməlidir”, Gülnoza Said əlavə edib.

CJP qeyd edib ki, Şahnaz Bəylərqızı hazırda Azərbaycanda peşə fəaliyyətinə görə həbsdə olan azı 23 jurnalist və media işçisindən biridir.

Bəyanatda xatırladılıb ki, CPJ-nin illik həbs siyahısına görə, Azərbaycan 2024-cü ildə dünyada jurnalistləri ən çox həbs edən 10 ölkədən biri olub.

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Daxili İşlər Nazirliyinə göndərdiyi sorğusuna cavab ala bilmədiyini vurğulayıb.

Təşkilat həmçinin Toplum TV-nin Azərbaycanda fəaliyyətinin dayandırdığını və mühacirətə getməsi qərarına həmrəylik nümayiş etdirir və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına çağırır.

Amerikanın Səsi 

10:09, 12 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

“Abzas Media işi” üzrə həbs olunan Fərid Mehralızadə məhkəməyə zorakılıqla gətirildiyini deyir

by Gozetci 09:06, 12 Fevral 2025
written by Gozetci

Fərid Mehralızadə

 

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədən öncə “Abzas Media”nın həbsdə olan əməkdaşları məhkəmə prosesində iştirak etməkdən imtina etdikləri ilə bağlı bəyanat yayıblar.

Jurnalistlər saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmadığını bildirirlər.

Bu gün keçirilən prosesə “Abzas Media işi” üzrə təqsirləndirilənlərdən Fərid Mehralızadə, Məhəmməd Kekalov və Hafiz Babalı gətirilib.

Mehralızadə məhkəməyə zorakılıqla gətirildiyini bildirib.

“Mən məhkəməyə gəlməkdən imtina etmişdim. Penitensiar Xidmətin işçiləri kamerama girib, qollarımı qandallayıb, məni məhkəməyə zorla gətirdilər”, Fərid Mehralızadə məhkəmə prosesində deyib.

Onun sözlərinə görə, onlar məhkəməyə etiraz edirlər və jurnalistlərə qarşı baş verən ayrı-seçkiliklərə son qoyulmasını tələb edirlər.

“Bizi məhkəməyə ayrı-ayrı maşınlarda gətirirlər. Buna görə də hər dəfə prosesə gecikirik. İstintaq artıq bitib. Guya biz eyni maşında, yanbayan əyləşib gəlsək nə olacaq ki? Təcridxanada hərəkət edərkən qarşıdan “Toplum TV”, yaxud “Meydan TV” işində həbs olunanlardan biri gəlirsə, bizi qırağa çəkib gizlədirlər, rastlaşmağa imkan vermirlər. Biz bu ayrı-seçkliyə son qoyulmasını tələb edirik. Əks halda məhkəməyə gəlməkdən imtina etməyə davam edəcəyik”, o deyib.

Jurnalistlərin iddialarının araşdırılması üçün məhkəmə təxirə salınıb.

Növbəti məhkəmə prosesi fevralın 18-ə təyin olunub.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

09:06, 12 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Ülviyyə Quliyevanın şikayətini icraata götürməyib

by Gozetci 21:59, 11 Fevral 2025
written by Gozetci

Ülviyyə Əli (Quliyeva)

 

Bakının Xətai Rayon Məhkəməsi jurnalist Ülviyyə Quliyevanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətini icraata götürməkdən imtina edib.

Bu barədə jurnalistin özü Facebook səhifəsində məlumat yayıb.

“Barəmdə qanunsuz və hüquqazidd şəkildə çıxarılmış ölkədən çıxış qadağası ilə bağlı Xətai Rayon Məhkəməsinə verdiyim şikayət icraata belə götürülmədi, yəni məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina etdi”, o qeyd edib.

O, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

“Bu o deməkdir ki, sərbəst hərəkət hüququmdan əlavə, mənim məhkəməyə çatımlılıq hüququm da pozulur. Qərarla razılaşmıram və apellyasiya şikayəti verəcəm. Əslində məhkəmə işi icraata götürüb şikayətimə mahiyyəti üzrə baxmalıdır və qərar qəbul etməlidir ki, mənim ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur. Mən işdə şahidəm və Miqrasiya Qanununun 9-cu maddəsinə görə şahidin ölkədən çıxışına qadağa qoyula bilməz, ancaq təqsirləndirilən şəxs barəsində belə qadağa tətbiq oluna bilər”, jurnalist Facebook səhifəsində yazıb.

Xətai Rayon Məhkəməsinin dəftərxanasından jurnalistin şikayətinin icraata götürülməməsi ilə bağlı məlumat verməyiblər.

Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Ülviyyə Quliyeva yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirildikdən sonra sərbəst buraxılıb və onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

“Ölkədən çıxışıma qadağa qoyulduğunu yalnız özüm soruşandan sonra dedilər. Bu isə müdafiə hüququmun təşkilinə mane olur, yəni vaxtında bundan xəbər tutmayanda məhkəməyə şikayət etmək (iddia) müddətini ötürə bilərəm. Bu qadağa sərbəst hərəkət etmə hüququmu da pozur. Bunu həm də jurnalist fəaliyyətimə təhdid kimi də qiymətləndirirəm”, Quliyeva deyib.

Jurnalistikada Qadınlar üçün Koalisiya jurnalist Ülviyyə Quliyevanın ölkədən çıxışına qadağa qoyulmasını pisləyib.

Amerikanın Səsi 

21:59, 11 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia