Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalistlər Aysel Umudova və Aytac Tapdıq ev dustaqlığına buraxılmayıb

by Gozetci 09:30, 07 Mart 2025
written by Gozetci

Aysel Umudova v’ Aytac Tapdıq (Əhmədova)

 

Martın 5-i Xətai Rayon Məhkəməsində “Meydan TV”-in həbsdə olan jurnalisti Aysel Umudovanın ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Bu barədə Umudovanın vəkili Rövşanə Rəhimli Amerikanın Səsinə deyib. O bildirib ki, jurnalist məhkəmədə çıxışında vəsatətin təmin olunacağına inanmadığını deyib. Vəkil qeyd edib ki, qərardan appelyasiya verməyə hazırlaşır.

Martın 6-i isə Xətai Rayon Məhkəməsində “Meydan TV”-in həbsdə olan digər jurnalisti Aytac Tapdığın ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Vəkili Cavad Cavadov məhkəmədən sonra mətbuata açıqlamasında bildirib ki, müdafiə tərəfinin bütün dəlillərinə baxmayaraq, məhkəmə vəsatəti təmin etməyib.

“Qarşıdan Beynəlxalq Qadınlar Günü gəldiyinə görə ümid edirdik ki, bəlkə məhkəmə vəsatəti təmin edər. Bütün hallarda biz appelyasiya şikayəti verəcəyik”, – deyə o qeyd edib.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Fevral ayında isə jurnalistlər Şəmşad Ağa və Nurlan Qəhrəmanlı da eyni maddələrlə “Meydan TV” işi çərçivəsində həbs olunublar.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. “Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib. Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.

09:30, 07 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan Avropada həbsdə olan jurnalist sayına görə ikincidir

by Gozetci 21:03, 05 Mart 2025
written by Gozetci

Arxiv forto: Bakıda yeni media qanununa etiraz aksiyası (2021).

 

Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u Azərbaycanın, 29-u Rusiyanın (28-i Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində), 27-si Türkiyənin və biri Gürcüstanın payına düşür. Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması martın 5-də illik hesabatını açıqlayıb.

“Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” Qanun mətbuat azadlığını boğmağa davam edir və təcili olaraq yenidən nəzərdən keçirilməlidir. Qanunun digər maddələrinə görə, mətbuata “əxlaqsız leksik məzmun” və ya “şəxsin şərəf və ləyaqətini alçaldan” məlumatları dərc etmək və yaymaq qadağan edilir. Bu qanunvericilik jurnalistlərin ictimai nəzarətçi rolunu zəiflədir və media müstəqilliyini daha da sarsıdır”,- “Avropa media azadlığı hesabatı”nda deyilir.

Rəsmilər ölkədə media qanunu ilə bağlı tənqidləri, eləcə də mətbuat azadlığının pozulması fikirlərini qəbul etmirlər, təməl hüquqların qorunduğunu deyirlər. Hazırda həbsdə olan jurnalistlər, əsasən, qaçaqmalçılıqda ittiham olunsalar da, özləri ittihamları peşə fəaliyyətləri ilə bağlayırlar.

Medianın azadlığını məhdudlaşdıran digər amillər

Hesabata görə, medianın azadlığına təsir edən digər bir amil ötən il Avropa Şurasına üzv ölkələrdə və ABŞ-də keçirilən bir çox seçkilərdə illiberal və populist partiyaların qələbəsidir.

Avropa Şurası bildirib ki, jurnalistlərin təhlükəsizliyi və mənbə gizliliyi üçün digər ciddi təhdid casus proqramlarıdır. Jurnalistlərin izlənməsi geniş yayılıb və bunun aşkarlanması çətinləşib. Ötən il üç ölkədə bu hal qeydə alınıb.

Qeyd olunub ki, mühacirətdəki jurnalistləri susmağa məcbur etmək üçün hüquqi tədbirlərlə hədəf alınması ilə bağlı hallar sənədləşdirilib:

“Bəzi hökumətlər beynəlxalq hüquqi alətləri, məsələn, İnterpolun “qırmızı xəbərdarlıq”larını sui-istifadə edərək mühacirətə gedən jurnalistləri hədəf alır, bu isə qlobal miqyasda mətbuat azadlığını zəiflədir”.

Gürcüstan diqqət mərkəzində olan ölkələr sırasında

Hesabatda bildirilir ki, 2024-cü ildə diqqət mərkəzində olan ölkələr Gürcüstan, İtaliya və Slovakiyadır. 2024-cü ildə Avropa Şurasının bütün üzv dövlətləri arasında mətbuat azadlığı ilə bağlı xəbərdarlıqların ən yüksək artımı qeydə alınan ölkə Gürcüstandır. Ötən il ölkədə keçirilən seçkilərdə və daha sonra etiraz aksiyalarında onlarla jurnalist zorakılığa məruz qalıb.

“Bir vaxtlar mühacirətdə olan jurnalistlər üçün təhlükəsiz yer hesab edilən Gürcüstan getdikcə daha təhlükəli vəziyyətə düşüb”, – hesabatda deyilir və jurnalist Əfqan Sadıqovun 2024-cü ilin noyabrında həbsi və Azərbaycana ekstradisiyası barədə qərar çıxarılması qeyd olunub.

“Azel TV” saytının təsisçisi və baş redaktoru Ə.Sadıqov Azərbaycanda pul tələb etməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. O daha əvvəl də Azərbaycanda məhkumluq yaşayıb, xuliqanlıq niyyəti ilə sağlamlığa ziyan vurmada təqsirli bilinib. Amma özü işi qurama sayıb.

AzadlıqRadiosu

21:03, 05 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlının həbsini pisləyib

by Gozetci 09:26, 05 Mart 2025
written by Gozetci

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) azərbaycanlı jurnalistlər Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlının həbslərini pisləyib, Azərbaycan hakimiyyətini onları və həbsdə olan digər jurnalistləri azad etməyə çağırıb.

Təşkilat martın 4-də yaydığı bəyanatında qeyd edib ki, son həbslər hakimiyyətin əsl məqsədinin ölkə daxilində müstəqil medianın işini tamamilə boğmaq olduğunu aydın şəkildə göstərir.

“Azərbaycanda mediaya misli görünməmiş təzyiqlər fonunda son həbslər həmişəkindən daha aydın göstərir ki, hakimiyyətin əsl məqsədi ölkə daxilində müstəqil medianın işini tamamilə boğmaqdır”, CPJ-nin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Gülnoza Said deyib.

Libre təxəllüsü ilə tanın Nurlan Qəhrəmanlı fevralın 20-də “Meydan TV işi” çərçivəsində saxlanılıb. Növbəti gün Bakı şəhəri Xətai Rayon Məhkəməsi qaçaqmalçılıqda ittiham olunan jurnalist barəsində 1.5 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Fevralın 28-də saxlanılan jurnalist Fatimə Mövlamlı barəsində də martın 1-də Xətai Rayon Məhkəməsində eyni ittihamla 1 ay 9 günlük həbs qətimkan tədbiri çıxarılıb.

Qəhrəmanlı və Mövlamlı “Meydan TV işi” üzrə həbs edilən müvafiq olaraq doqquzuncu və onuncu jurnalistlərdir.

“Azərbaycan hakimiyyəti Nurlan Qəhrəmanlını və Fatimə Mövlamlını, eləcə də hazırda açıq-aşkar qisas xarakterli ittihamlarla həbsdə olan iyirmiyə yaxın digər jurnalisti dərhal azad etməlidir”, Gülnoza Said əlavə edib.

2023-cü ilin sonlarından başlayan jurnalist həbsləri fonunda ötən ilin dekabrında “Meydan TV” jurnalistlərinə qarşı cinayət işi açılıb.

Dekabrın 6-da xəbər saytının Bakıdakı heyəti, o cümlədən baş redaktor Aynur Elgünəş (Qənbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko və media əməkdaşı Ülvi Tahirov saxlanılıb. Onlar barəsində “qaçaqmalçılıq” ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni və onların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Eyni iş üzrə və eyni ittihamla bu ilin fevral ayında isə “Arqument.az” xəbər saytının rəhbəri Şəmşad Ağa həbs edilib.

Hüquq müdafiə təşkilatlarının “misligörünməmiş repressiya” kimi xarakterizə etdiyi təzyiqlər çərçivəsində 2023-cü ilin sonralarından bəri 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 350-dən çox siyasi məhbusun olduğunu qeyd edirlər.

Amerikanın Səsi 

09:26, 05 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Samir Aşurov həbsxanada ürək ağrılarından şikayətlənir

by Gozetci 22:29, 04 Mart 2025
written by Gozetci

Samir Aşurov

 

Azərbaycanda həbsdə olan siyasi fəal Samir Aşurovun səhhəti ilə bağlı şikayətləri olduğu bildirilir. Bu barədə martın 4-də onun həyat yoldaşı Nura Aşurova Facebook səhifəsində yazıb.

Aşurovanın dediyinə görə, fəal ürək ağrılarının artmasından və müalicə ilə təmin olunmamasından şikayətçidir.

“Samir Almaniyada 2021-ci ilin yanvar ayında infarkt keçirib və ürəyindən əməliyyat olunub. Onun həm də şəkəri var və nəfəs darlığından əziyyət çəkir. Samir ancaq həkim nəzarəti altında olmalıdı. Keçən il Qızıl Aypara Cəmiyyətinə müraciət etdim, həkim göndərdilər. Həkim baxan kimi Samirin təcili xəstəxanaya yerləşdirilməli olduğunu desə də, əhəmiyyət verən olmadı. Məhbusun həyatını heçə sayırlar” – deyə, o bildirib.

Aşurova əlavə edib ki, həyat yoldaşının səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxlamağa çalışsa da alınmayıb. Qızıl Aypara Cəmiyyətinə yenidən etdiyi müraciətə cavab olaraq isə bildirilib ki, onlar artıq fərdi şəkildə həbsxanalara gedə bilmirlər.

“Samir Aşurov təcili olaraq tibb məntəqəsinə yerləşdirilməlidir. Ürək sizin üçün qızdırma və ya soyuqdəymə deyil ki, deyəsiniz keçib gedəcək. İnsan həyatından söhbət gedir. Türmədə olan baytar həkimi Samiri yoxlayaraq deyib ki, sənin heç nəyin yoxdu, yaxşısan. Sonra isə deyib ki, sən ürəyindən əməliyyat olunmusan, kardeoqaramada göstərir. Keçən il də Samir şəkər olduğu üçün ayaqları yara səpmişdi, yenə də baytar həkimi baxıb deyib ki, sənin şəkərin yoxdur. Halbuki Samir Almaniyanın Rosenberg şəhərində şəkər xəstəxanasında qeydiyyatda idi”, o qeyd edib.

Samir Aşurov 2023-cü il martın 29-da Almaniyadan deportasiya olunub, 20 gün sonra Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Həmin il iyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələrilə təqsirli bilərək 6,5 il azadlıqdan məhrum edib. 2024-cü il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər bir neçə min nəfərin readmissiyası artıq baş tutub.

2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub.

Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edib.

Amerikanın Səsi 

22:29, 04 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media” jurnalistləri növbəti dəfə məhkəmədə iştirakdan imtina ediblər

by Gozetci 21:58, 04 Mart 2025
written by Gozetci

“Abzas Media”nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova martın 4-ə təyin olunan məhkəmə prosesində iştirakdan imtina ediblər. Məhkəmə baş tutmayıb.

“Abzas Media”nın direktoru Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, təqsirləndirilənlər məhkəməyə eyni vaxtda və eyni nəqliyyat vasitəsilə gətirilmələrini tələb edirlər. Onların bu istəyi isə yerinə yetirilmir.

“Hərəsini fərqli vaxtda – birini səhər, birini günorta gətirirlər. Onlar həmkardırlar, bir-birinə xəsarət yetirəsi deyillər. Ona görə də məhkəməyə fərqli vaxtlarda gətirilmələrinin və ayrı-ayrı saxlanılmalarının əsası yoxdur. Bununla bağlı Penitensiar Xidmətə müraciət etsəm də, hələ də cavab almamışam”, o deyib.

Jurnalistlər həmçinin saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında məruz qaldıqları fiziki və psixoloji zorakılıq hallarının hələ də araşdırılmasını tələb edirlər. Sadıqova bildirib ki, bununla da bağlı hər hansı araşdırma aparılması haqda heç bir bildiriş verilməyib. “Abzas”çılar bundan əvvəlki iki məhkəmə prosesində də məhz üzləşdikləri zorakılıq hallarının araşdırılmaması səbəbilə iştirak etməkdən imtina etmişdilər.

Jurnalistlərin məhkəmə prosesi başlamazdan əvvəl yaydıqları bəyanatda qeyd edilirdi ki, onlara qarşı zorakılıq göstərən təcridxana işçiləri hələ də cəzalandırılmayıblar.

“Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq” – deyə, bəyanatda bildirilib.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

2024-cü ilin mayın 30-da isə “Abzas Media”işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. 2024-cü ilin avqust ayında isə “Abzas Media” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

21:58, 04 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Həbsdə olan AXCP fəalı Niyaməddin Əhmədov yenidən karserə salınıb

by Gozetci 21:00, 04 Mart 2025
written by Gozetci

Niyaməddin Əhmədov

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəalı Niyaməddin Əhmədovun yenidən cərimə təcridxanasına (karser) salındığı bildirilir.

Bu barədə fəalın atası Arif Əhmədova martın 4-də cəzaçəkmə müəssisəsindən bildirilib.

Arif Əhmədov Amerikanın Səsinə deyib ki, oğlu artıq 1 həftədir ki, əmrə tabe olmadığına görə karserə salınıb, amma hansı əmrə tabe olmadığı izah edilməyib.

Niyaməddin Əhmədovun karserə salınması ilə bağlı narahatlıq onun zəng etmə hüququndan istifadə etməməsindən sonra yaranıb. Atasının dediyinə görə, oğlu ilə sonuncu dəfə fevralın 23-ü əlaqə saxlaya bilib.

Niyaməddin Əhmədov AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. Kərimli bu barədə Facebook səhifəsində yazdığı statusda Əhmədovun əvvəllər də karserə salınmasını və aclıq aksiyaları keçirməsini xatırladıb.

“Niyaməddin bəy 7 saylı cəzaçəkmə müəssisəsində yenidən cərimə kamerasına salınıb. Niyaməddin bəy 5 ilə yaxındır ki, həbsdədir. İndiyə qədər dəfələrlə karsa salınıb. Fiziki zorakılığa məruz qalıb, hüquqları məhdudlaşdırılıb. Dəfələrlə çarəsizlikdən aclıq aksiyaları keçirdib. Niyaməddin bəy istintaq dövründə də ən ağır işgəncələrə məfuz qalıb. Ancaq bütün bunlar rejim başçılarının ürəyini soyutmayıb. Böyük bir dövlət aparatı səfərbər olunub ki, girov götürdükləri bir gəncdən qisas alsınlar. Qisas da nəyin qisası olsa yaxşıdır? Niyaməddin bəydən prinspial, cəsarətli olmasının qisasını alırlar. Rejim 2019-cu il 19 oktyabr mitinqində məni sonadək tək buraxmamasının, sonra da ən ağır işgəncələrə rəğmən mənə qarşı saxta üzəduranlıq etməməsinin qisasını alır Niyaməddin bəydən” – deyə, o qeyd edib.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb. Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

21:00, 04 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bloger Arzu Sayadoğluna 7 il hökm oxunub

by Gozetci 11:25, 04 Mart 2025
written by Gozetci

Arzu Sayadoğlu

Bloger, Azərbaycan hökumətinin tənqidçisi Arzu Sayadoğluna martın 3-ü Gəncə Ağır Cinayətlər Məhkəməsində 7 il hökm oxunub.

Sayadoğlu Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Tovuz Mədəniyyət Mərkəzinin tabeliyindəki işçilərin zorla iməciliyə cəlb olunması haqda video çəkib və görüntüləri sosial mediada yaymamaq üçün mərkəzin direktoru Asif Qasımovdan 6 min manat istəyib. Qasımov pulu vermədikdə isə Sayadoğlu videonu ictimailəşdirib.

Bloger məhkəmədə özünü günahsız hesab etdiyini və siyasi sifarişlə həbs olunduğunu bildirib.

YouTube-da “Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olan Sayadoğlu bu kanalda ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığı barədə davamlı olaraq sərt tənqidi fikirlər söyləyib. O, həmçinin “Xalqa Xidmət Hərəkatı” yaratdığını elan edib.

Sayadoğlu sonuncu dəfə “Azad Söz” kanalında qonaq kimi çıxış edib və xalqı dinc etirazlara səsləyib. O, 2024-cü il yanvarın 16-da saxlanılıb, iki gün sonra isə haqqında həbs qətimkan tədbiri seçilib. Sayadoğlunun işi üzrə istintaqı Dövlət Təhlükəsizlik Xidməti aparıb.
Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib. Ancaq yerli hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 350-dən çox siyasi məhbusun olduğunu qeyd edirlər.

Amerikanın Səsi

11:25, 04 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Əziz Orucovun azadlıqdan məhrum edilməsini pisləyir

by Gozetci 20:57, 03 Mart 2025
written by Gozetci

Əziz Orucov

 

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Kanal 13” internet teleziyasının təsisçisi və icraçı direktoru Əziz Orucovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyib.

Jurnalist fevralın 26-da Bakı şəhəri Səbaril Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 188.2-ci maddəsi (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) üzrə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

“Onlarla jurnalistin həbs olunduğu görünməmiş təzyiqlər fonunda Azərbaycan hakimiyyətinin qeydiyyatsız torpaqlarda yaşayan minlərlə azərbaycanlı arasından Əziz Orucovu şübhəli qeyri-qanuni tikinti ittihamları ilə həbsə atması son dərəcədə sinik addımdır”, CPJ-nin proqram direktoru Karlos Martinez de la Serna deyib.

Orucovun vəkili Bəhruz Bayramov CPJ-yə bildirib ki, torpaq sahəsi jurnalistin adına rəsmi qeydiyyata alınmasa da, Bakı və onun ətrafında yarım milyona yaxın belə ev var və hakimiyyət Orucovdan başqa heç kimi bu cinayətə görə həbs etməyib.

Vəkil əlavə edib ki, Orucovun həbsinin hakimiyyətin dəfələrlə belə binaların leqallaşdırılması ilə bağlı planlarını bəyan etməsi fonunda baş verməsi məhkəmə təqibinin qisas məqsədli olduğunu göstərir.

“Hakimiyyət Orucovu dərhal azad etməli və jurnalistləri işlərinə görə həbsə atmağa son qoymalıdır”, Karlos Martinez de la Serna vurğulayıb.

Jurnalistləri Müdafiə Komitəsi “Kanal 13”-ün azərbaycandilli “Youtube” kanalında 500 minədək abunəçisinin olduğunu, mütəmadi olaraq insan hüquqları pozuntuları kimi həssas məsələləri işıqlandırdığını və müxalif fikirlərə yer verdiyini qeyd edib.

Xatırlatma

Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti ittihamı ilə saxlanılıb. Onun həbsi Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı həbslərin yeni dalğasının başlamasına təsadüf edib.

Həmin il dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

Sonradan Orucovun işinə “qaçaqmalçılıq” ittihamı əlavə edilib və “Kanal 13”-ün əməkdaşı Şamo Eminov da həbs edilib.

Ötən ilin dekabrında ibtidai istintaqın nəticəsinə əsasən, Orucovun üzərindən “qaçaqmalçılıq” ittihamı götürülüb. Jurnalist Şamo Eminov isə dekabrın 29-u ibtidai istintaqın və həbs qətimkan müddətinin bitdiyinə görə azadlığa buraxılıb.

Jurnalistləri Müdafiə Komitəsinin 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasındadır. Təşkilat qeyd edir ki, hazırda ölkədə ən azı 24 jurnalist fəaliyyətlərinə görə həbsdədir.

Azərbaycanda jurnalistlərə qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır.

Amerikanın Səsi 

20:57, 03 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Dövlət Departamenti: Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri və müxaliflərin həbsindən narahatıq

by Gozetci 09:07, 02 Mart 2025
written by Gozetci

ABŞ Dövlət Departamenti son zamanlarda Azərbaycanda baş verən həbslərlə bağlı narahatlığını ifadə edib.

“Azərbaycanlı jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və müxaliflərin həbslərinin davam etməsi dərin narahatlıq doğurur,” Vaşinqtonda qərargahlanan jurnalist Ələkbər Raufoğlu Dövlət Departamentinin sözçüsündən sitat gətirib.

Sözçü bildirib ki, ABŞ Vitse Prezidenti JD Vansın də vurğuladığı kimi, “biz ifadə azadlığını dəstəkləməliyik, senzuranı dayandırmalı və müxalifətin təqib edilməsini rədd etməliyik.”

“Və biz Azərbaycan hökumətinin bu mesajı ciddi qəbul etməsini gözləyirik,” Dövlət Departamentinin sözçüsü deyib.

Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.

Azərbaycanda jurnalistlərə qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır.

Amerikanın Səsi 

09:07, 02 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbiri seçilib

by Gozetci 16:15, 01 Mart 2025
written by Gozetci

Fatimə Mövlamlı

Bu barədə bu gün, martın 1-də Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub. Fatimə Mövlamlı barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə iddia olunub ki, jurnalistin evində axtarış aparılan zaman döşəyinin altından 13500 avro pul tapılıb.
Məhkəmə təqdimatı təmin edib.
Fatimə Mövlamlıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Meydan TV
16:15, 01 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia