Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hafiz Həsənov da QHT-lərlə bağlı cinayət işində təqsirləndirilir: ev dustaqlığı qərarı verilib

by Gozetci 21:15, 20 Mart 2025
written by Gozetci

Hafiz Həsənov

 

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb. Martın 17-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hafiz Həsənov martın 14-də daha 3 təşkilat rəhbəri ilə birlikdə saxlansa da, həmin gün axşam saatlarında buraxılmışdı. O, sonradan təqsirləndirilən şəxs qismində yenidən istintaqa cəlb edilib. Hafiz Həsənov rəhbərlik etdiyi “LD Konsaltinq” MMC vasitəsilə donor təşkilatlardan layihə üçün aldığı maliyyəni qrant müqaviləsi yox, xidmət müqaviləsi kimi rəsmiləşdirməkdə suçlandırılır.

Martın 14-də eyni cinayət işi üzrə Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da həbs olunub. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların hər biri haqqında 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Martın 19-da həbs qərarından apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi həbsi qüvvədə saxlayıb.

AzadlıqRadiosu

21:15, 20 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘Toplum TV işi’ üzrə məhkəmə başlayır

by Gozetci 20:49, 20 Mart 2025
written by Gozetci

“Toplum TV işi” üzrə məhkəmə başlayır.

Bu barədə AzadlıqRadiosuna vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun bildirməsinə görə, cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub, iş hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin olunub.

“ToplumTV işi” ilə bağlı həbslər ötən ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbar idi.

Bu ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli jurnalist Fərid İsmayılov da həbs edilib. Fevralda isə həmin işlə bağlı jurnalist Şahnaz Bəylərqızı da həbs edilsə də, o elə həmin ayın sonunda ev dustaqlığına buraxılıb.

“ToplumTV işi” üzrə həbs olunanlar əvvəlcə cinayət məcəlləsinin (CM) 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Daha sonra onlara qarşı 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,… ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Onların heç biri ittihamı qəbul etmir.

AzadlıqRadiosu

20:49, 20 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəşir Süleymanlı: “Heç bir ittihamı qəbul etmirəm, həbsim hüquqi fəaliyyətimlə əlaqədardır”

by Gozetci 21:29, 19 Mart 2025
written by Gozetci

Bəşir Süleymanlı

 

Jurnalistlərin həbsindən sonra Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinə qarşı təqiblər daha da genişlənib

Martın 18-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Bu barədə onun yaxınları məlumat verib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Bəşir Süleymanlının həbsindən verilmiş şikayət təmin edilməyib. Hüquq müdafiəçisi çıxış edərək ittihamları rədd edib.

“Heç bir ittihamı qəbul etmirəm, həbsim hüquqi fəaliyyətimlə əlaqədardır”, – o, məhkəmədəki çıxışında bildirib.

Xatırladaq ki, Bəşir Süleymanlı martın 14-də saxlanılıb. Onunla birlikdə “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılıb. Onların mənzillərində axtarış aparılıb. Sonradan Xalid Ağəliyev və Hafiz Həsənov sərbəst buraxılıb.

21:29, 19 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

by Gozetci 20:23, 18 Mart 2025
written by Gozetci

Ələsgər Məmmədli

 

Martın 18-də  “Toplum TV”nin həbsdə olan təsisçisi və media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı növbəti vəsatətə baxılıb

Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin vəsatəti təmin edilməyib. Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

Qardaşı deyib ki, Ələsgər Məmmədli məhkəmə iclasında geniş çıxış edib. Ələsgər Məmmədli bilirib ki, istintaqın materiallarına görə, onun həbsinə əsas yaradan heç bir fakt və sübuta rast gəlməyib.

O, hüququ pozan hakim kimi Sülhanə Hacıyevadan Məhkəmə Hüquq Şurasına 35 səhifəlik şikayət yazdığını xatırladıb. Ələsgər Məmmədli xüsusilə vurğulayıb ki, onun azadlığa buraxılmasını şərtləndirən amillər var. Səhhətində ciddi problemlər yarandığını bildirən Məmmədli deyib ki, o, təcili cərrahi əməliyyatı olunmalıdır.

“Eyni zamanda mən ictimai statusu olan, ölkədə tanınmış hüquqşünas kimi törətmədiyim əmələ görə niyə bir ildən çoxdur həbsxanada olmalıyam?”, – deyə Ələsgər Məmmədli hakimdən soruşub.

Vəkili isə onun Novruz bayramı ərəfəsində azadlığa buraxılmasının cəmiyyətdə rəğbətlə qarşılana biləcəyini vurğulayıb. Buna baxmayaraq, hakim Sülhanə Hacıyeva onun həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.

2024-cü il martın 6-da Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.  Bu əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb.

Saxlanılanların əksəriyyəti sonradan buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, onlar polis nəzarətinə buraxılıblar.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində də həbs qətimkan tədbiri seçilib.

AbzasMedia

20:23, 18 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Rüfət Səfərovun həbs müddəti uzadılıb

by Gozetci 17:52, 18 Mart 2025
written by Gozetci

Rüfət Səfərov

 

Bu gün, martın 18-də hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanından verilən təqdimata baxılıb.

Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, Rüfət Səfərovun həbs müddəti mayın 3-dək uzadılıb.

AzadlıqRadiosu

17:52, 18 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəşir Süleymanlı və Məmməd Məmmədzadə barəsində həbsqətimkan tədbiri seçilib

by Gozetci 22:23, 14 Mart 2025
written by Gozetci

Bəşir Süleymanlı və Məmməd Məmmədzadə

 

Martın 14-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə”Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Məmmədzadə barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

Bəşir Süleymanlı və Məmməd Məmmədzadəyə qarşı isə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu gqn saxlanılan “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev axşam saatlarında sərbəst buraxılıb.

 

22:23, 14 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti daha 3 ay artırıldı

by Gozetci 21:17, 14 Mart 2025
written by Gozetci
Martın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunanların həbs müddətinin artırılması məsələsinə baxılıb.
Məhkəmə “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı , Fatimə Mövlamlı, Aysel Umudova, Ramin Deko və Şəmşad Ağanın həbs müddətinin daha 3 ay uzadılması barədə qərar verib.
Məhkəmə “Meydan TV işi” üzrə saxlanılan vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov barəsində də qərar verib. Onun barəsində də olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.
“Meydan TV işi” üzrə saxlanılan jurnalist Nurlan Qəhrəmanlının (Libre) məhkəmə prosesi isə vəkilin qatıla bilməməsi səbəbindən təxirə salınıb.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Meydan TV
21:17, 14 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vətəndaş cəmiyyəti fəallarının saxlanıldığı bildirilir

by Gozetci 18:23, 14 Mart 2025
written by Gozetci
Saxlanılanlar arasında “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun, “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Məmmədzadənin və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyevin olduğu bildirilir.
Hazırda saxlanılanıar barədə dəqiqləşdirmələr aparılır.
Hələ ki, iddialar rəsmi qurumlar tərəfindən təsdilənməyib.
18:23, 14 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Fazil Qasımov 9 il azadlıqdan məhrum edildi

by Gozetci 21:54, 13 Mart 2025
written by Gozetci

Fazil Qasımov

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımov 9 il azadlıqdan məhrum edilib.
Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu iclasda ona hökm oxunub.
Hökmə əsasən, Fazil Qasımov 9 il, onunla birlikdə mühakimə olunan Anar Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl dövlət ittihamçısı iqtisadçı alimə 10 il, Anar Əliyevə isə istintaqla əməkdaşlığını əsas gətirərək 5 il cəza istəmişdi.
Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.
Qasımov iqtisaçı alim Qubad İbadoğlunun həbsindən 10 gün sonra eyni cinayət işi üzrə təqsirləndirilib. İbadoğlu azadlığa buraxılandan bir müddət sonra onun haqqında cinayət işi dayandırılsa da, Qasımovun eyni iş üzrə mühakiməsi davam edib.
Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiylə təqsirli bilinib. Cinayət işində iddia olunur ki, o, 2023-cü ilin iyununda İstanbulda digər iqtisadçı Qubad İbadoğlu ilə görüşüb və ona saxta yüz dollarlıq əskinaslar verib, İbadoğlu isə saxta pulları Bakıda Anar Əliyev adlı şəxsə verib.
Qasımovla birlikdə mühakimə olunan Əliyevə qarşı saxta pul hazırlamadan əlavə qanunsuz silah saxlama ittihamı da irəli sürülüb.
Fazil Qasımov məhkəmədəki ifadəsində bildirib ki, istintaqda zorakılıq nəticəsində və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur edilib.
O, ifadəsindən imtina edib və həbsinin siyasi səbəblərdən olduğunu bildirib.
AbzasMedia
21:54, 13 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli mediada haqqında gedən ittihamlara cavab verib

by Gozetci 19:14, 12 Mart 2025
written by Gozetci

Anar Məmmədli

Bu gün, martın 12-də vəkil Fariz Namazlı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli ilə görüşüb.
Görüş zamanı Anar Məmmədli 18 fevral 2025-ci ildə report.az saytında yayımlanan “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?” başlıqlı məqalədə onun barəsində yer alan iddialarla bağlı mövqeyini ifadə edib. O, məqalədəki məlumatları cəfəngiyyat və təxəyyülün məhsulu adlandıraraq, yazıda irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bildirib.
Anar Məmmədli qeyd edib ki, 2013-cü ildən bəri USAID-lə heç bir əməkdaşlığı olmayıb və bu mövzuda yayılan iddialar həqiqətə uyğun deyil. O, 2016-2023-cü illərdə müxtəlif regional layihələrdə məsləhətçi, təlimçi və analitik kimi fəaliyyət göstərdiyini vurğulayaraq, öz peşəkar fəaliyyəti çərçivəsində yalnız insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafına töhfə verdiyini bildirib.
Məmmədli hesab edir ki, bu kimi məqalələr istintaqın planlı şəkildə dövriyyəyə buraxdığı, reallıqla əlaqəsi olmayan ittihamların bir hissəsidir və məqsəd ictimai rəyə təsir edərək onun fəaliyyətini qeyri-qanuni göstərməkdir. O, bu cür kampaniyaların hüquq müdafiəçilərinin işinə kölgə salmaq məqsədi daşıdığını və əsas insan hüquq və azadlıqlarına zidd olduğunu bildirib.
19:14, 12 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia