Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Akif Qurbanov: “Məni saxlayın, digər tutulanların hamısını buraxın”

by Gozetci 20:21, 02 Aprel 2025
written by Gozetci

İş üzrə 1 il davam edən ibtidai istintaq dövründə onlarla jurnalist və vətəndaş cəmiyyəti üzvləri həbsdə saxlanılıb

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində  “Toplum TV işi” üzrə hazırlıq iclası keçirilib.

“Abzas Media”ya bu barədə “Toplum TV”dən məlumat verilib. Bildirilib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslər və müdafiəçiləri müxtəlif vəsatətlərlə çıxış ediblər.

İş üzrə təqsirləndirilən şəxs kimi cəlb olunan Ələsgər Məmmədli prosesdə səhhətində ciddi problemlərin olduğunu xatırladıb və ev dustaqlığına buraxılmaq üçün vəsatət verib.

“İstintaq dövründə məhkəmələr başqalarına təsir göstərəcəyimi iddia edərək məni ev dustaqlığına keçirmirdilər. Ancaq indi məhkəmə başlayıb və o arqument də yoxdur ki, kiməsə təsir göstərim. Təcridxanada əməliyyat olunmağımla bağlı heç bir addım atılmayıb. İndiki halda ev dustaqlığına buraxılıb səhhətimlə məşğul ola bilərəm”, –  deyə Ələsgər Məmmədli bildirib.

Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev də vəsatəti müdafiə edib. O, bildirib ki, Ələsgər Məmmədlinin xəstəliyi həyati riskli xəstəliklər kateqoriyasına daxildir və bu cür xəstəliyi olan şəxslərin həbs şəraitində saxlanılması Avropa Konvensiyasına görə işgəncə və pis rəftar hesab olunur.

İş üzrə digər həbs olunan Akif Qurbanov da ittihamları rədd edib. Qurbanov bildirib ki, istintaq dövründə təcridxanada iş üzrə tutulan şəxslərin bir-birini görməsi də problemə çevrilib. O, vəsatət qaldırıb ki, artıq onların təcridxanada görüşmələrinə mane olmasınlar, çünki onsuz da məhkəmədə görüşə bilirlər.

“Əgər deyirsinizsə ki, bu, bir bandadır və bandanın başçısı mənəm, başqalarına təsir göstərirəm? Onda məni saxlayın, hamını buraxın”, – Akif Qurbanov hakimə çağırış edib. İş üzrə həbs olunan jurnalist Əli Zeynalov isə bildirib ki, Akif Qurbanov saxlanılırsa, onunla birlikdə o da qalır.

Akif Qurbanovun vəkili Fuad Ağayev yeni qoşulduğunu əsas göstərərək, işlə tanış olmaq üçün məhkəmədən 2 həftə vaxt istəyib. Hakim işlə tanış olmaq üçün şərait yaradıb.

İş üzrə cəlb olunmuş İlkin Əmrahov, Ramil Babayevin vəkili Günay İsmayılova da məhkəmədə bir neçə vəsatətlə çıxış edib.

“Mən həm İlkini, həm Ramili müdafiə edirəm. Amma təcridxanada onların ikisi ilə eyni otaqda görüşüb müdafiə qurmağa imkan yaradılmır. Təcridxana məhkəmənin icazə vermədiyini əsas gətirərək imkan yaratmır. Ona görə təcridxanaya sənəd göndərilsin ki, şərait yaratsınlar”, – vəkil Günay İsmayılova məhkəmədə vəsatət qaldırıb.

Təqsirləndirilən Ruslan İzzətlinin vəkili Bəhruz Bayramov da vəsatət verərək İzzətlinin ev dustaqlığına buraxılmasını istəyib.

“Ruslan İzzətli böyrəyindəki bu ağır xəstəliklərlə İkinci Qarabağ Müharibəsində döyüşən adamdır, istintaqdan qaçacaq?!”.

Məhkəmə işin mahiyyəti üzrə verilən bütün vəsatətləri rədd edib. Proses aprelin 24-də davam edəcək.

2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.  Bu əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb.

Saxlanılanların əksəriyyəti sonradan buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, onlar polis nəzarətinə buraxılıblar.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində də həbs qətimkan tədbiri seçilib.

Bu il yanvarın 17-də “Toplum TV” işi üzrə təqsirləndirilən şəxslərə qarşı yeni ağırlaşdırıcı ittihamlar irəli sürülüb. Elə həmin gün jurnalist Fərid İsmayılov həbs edilib. Onun barəsində istintaq dövrü üçün 2 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.

Fevralın 5-də isə media orqanının əməkdaşı Şahnaz Bəylərqızı həbs edilib. Onun barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Lakin fevralın 26-da jurnalist Xətai rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

AbzasMedia

20:21, 02 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamenti AzadlıqRadiosuna dəstəyi müzakirə edir

by Gozetci 12:32, 02 Aprel 2025
written by Gozetci

Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Azad Avropa/Azadlıq Radiolarını (RFE/RL) qorumağın vacibliyini vurğulayıb. O xəbərdarlıq edib ki, “bunu etməsək, bütün dünyada avtokratlara hədiyyə vermiş olarıq”.

Aprelin 1-də Strasburqda Avropa Parlamentinin plenar iclasında AzadlıqRadiosu daxil demokratik mediaya çıxışın qorunub saxlanması diqqət mərkəzində olub.

Debata ABŞ prezidenti Donald Trampın martın 14-də imzaladığı fərman səbəb olub. Həmin fərmanda AzadlıqRadiosuna nəzarət edən ABŞ Qlobal Media Agentliyində (USAGM) ixtisarlar nəzərdə tutulub.

Bundan az sonra USAGM-dən Keri Leykin imzasıyla dərc olunmuş məktubda radioya Konqresin təsdiqlədiyi qrantın kəsildiyi bildirilib. Sonradan qrantın kəsilməsi dayandırılsa da, USAGM Konqresin ayırdığı pulu göndərməyib, AzadlıqRadiosu aprelin 1-dən işçilərinin bir qismini ödənişli məzuniyyətə göndərməli olub.

Aİ-nin xarici siyasət üzrə başçısı Kaya Kallasın adından danışan Kos deyib ki, “Avropa İttifaqı Rusiyadan tutmuş, Belarusa qədər müstəqil media üçün sığınacaq olmalıdır ki, onlar işlərini davam etdirə bilsinlər; siyasi və biznes elitalarından hesabat tələb etsinlər, korrupsiyanı ifşa etsinlər”.

Komissar Aİ-nin AzadlıqRadiosuna maliyyə ayırmasının mümkünlüyündən danışmayıb. Amma parlamentin bəzi üzvləri bu məsələyə toxunublar.

Qızğın müzakirə

Portuqaliyadan deputat Sebastyan Buqalyo deyib ki, “biz pulu ödəyib yükü çiynimizə çəkəcəyik”.

Litvalı deputat Virqiniyus Sinkyaviçyus vurğulayıb ki, “AzadlıqRadiosunun uzunmüddətli və sabit maliyyəyə çıxışını təmin etməliyik, bura Aİ də daxildir”.

Kommunist Çexoslovakiyasında tanınmış dissident olmuş, hazırda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansından deputat Aleksandr Vondra deyib ki, bu radio İran, Belarus və Rusiya kimi repressiv ölkələrdə informasiyanın yayılmasına kömək edib. O, Aİ-ni radionun maliyyələşdirilməsinə töhfə verməyə çağırıb.

Bir saatlıq debatda bəzən gərgin anlar yaşanıb, deputatlar çıxışlar zamanı bir-birinə qışqırıblar.

Populist qrupların bəzi üzvləri isə radioya Aİ-nin pulunu ayrılmasına qarşı çıxıblar. İfrat-sağçı “Almaniya üçün Alternativ” partiyasından Meri Kan deyib ki, AzadlıqRadiosu “özünü maliyyələşdirə bilər”, “medianı Avropa qurumları maliyyələşdirməməlidir”.

Slovakiyadan deputat Milan Uqrikin sözlərinə görə, bunun əvəzində Aİ Slovakiyada mal-qara arasında yayılmış dabaq xəstəliyi ilə mübarizə aparan fermerlərə kömək etməlidir. “Sizin müstəqil medianız müstəqil medianın tam tərsidir”, – o, sözlərinə əlavə edib.

Fransadan parlamentari Jülyen Sançez qeyd edib ki, parlament bu durumla bağlı danışanda “riyakar” davranır, “Birləşmiş Ştatlarda vəziyyətə müdaxilə edir”.

Aprelin 3-də bitəcək plenar sessiyada qətnamə qəbul olunmayacaq. Amma qətnamə daha sonra ola bilər, bəzi parlamentarilər AzadlıqRadiosuna deyiblər ki, durum monitorinq olunacaq.

AzadlıqRadiosu

12:32, 02 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Kekalov: “Müstəntiqlər əl çəksinlər deyə Mirşahinin verilişindən eşitdiyim təşkilatların adlarını çəkib qrant aldığımızı uydurdum”

by Gozetci 21:09, 01 Aprel 2025
written by Gozetci

O, məhkəməyə bildirib ki, heç vaxt qrant almayıb və ümumiyyətlə belə məsələlərin olub-olmamasından xəbərsizdir

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Budəfəki prosesdə də təqsirləndirilən şəxslər Nərgiz Absalamova, Məhəmməd Kekalov və Hafiz Babalı sərbəst ifadə veriblər.

İş üzrə həbs olunan Məhəmməd Kekalov sərbəst ifadəsində istintaq orqanının bütün ittihamlarını rədd edib. O bildirib ki, ibtidai istintaqda verdiyi ifadələrin böyük hissəsini özündən uydurub.

Bundan sonra Dövlət ittihamçısı Rauf Malışov Məhəmməd Kekalovdan ilkin ifadəsində beynəlxalq təşkilatlardan pul alması ilə bağlı dediklərinin doğru olub-olmadığını soruşub. Məhəmməd Kekalov isə bunu təkzib edib.

“İttiham aktında iddia olunur ki, layihə yazmışam və ya qrantlara müraciət etmişəm. Bu, yalandır, mənim bunların heç birindən başım çıxmır. Mən heç bir qrant almamışam və kimin də nə qədər pul almasından xəbərim yoxdur. “Abzas Media”nın maliyyəsi hardandır, bu da məni maraqlandırmırdı. Niyə də maraqlandırmalı idi? Mən tərcüməçi idim və Ülvi Həsənli ilə birlikdə görüşlərdə tərcüməçi kimi iştirak edib ödəniş alırdım.

İstintaq dövründə ifadə alınanda dəfələrlə deyirdim ki, mənim heç nədən məlumatım yoxdur. Amma müstəntiqlər məni məcbur edirdilər ki, ad çəkim, nəsə danışım. Mən də məcburiyyətdən “Mirşahinin vaxtı” verilişində eşitdiyim beynəlxalq təşkilatların adlarını əzbərlədim və istintaqda özümdən uydurdum ki, guya bu təşkilatlardan pul almışıq. İstintaqda bu dediklərimin heç biri doğru deyil, mən bu məsələlər haqda məlumatsızam. Heç vaxt heç bir yerdən pul gətirməmişəm, pul gətirəni də görməmişəm. Sadəcə müstəntiqlər məndən əl çəksinlər deyə, uydurma şəkildə ifadə verməyə məcbur qaldım”.

Daha sonra dövlət ittihamçısı Məhəmməd Kekalova iş üzrə həbs olunan digər şəxslərlə əvvəllər tanış olub-olmamalarına dair sual verib. Kekalov cavabında bildirib ki, o, əlillər üçün moda proqramları təşkil edib, iş üzrə cəlb olunan jurnalistləri yalnız orda çəkiliş apardıqları zaman tanıyıb.

“Heç birilə xarici səfərlərdə olmamışam. Fərid Mehralızadə ilə sadəcə 1 dəfə ortaq bir tədbirdə qarşılaşmışıq. Bizim işimiz də və hətta otellərimiz də ayrı olub. Fərid Mehralızadə heç vaxt “Abzas Media” ilə əməkdaşlıq etməyib”, – Kekalov ifadəsini tamamlayıb.

Növbəti mərhələdə digər təqsirləndirilən şəxslər və müdafiəçiləri suallar veriblər. Vəkil Rövşanə Rəhimli Məhəmməd Kekalovdan saxlanılan ilk 48 saatda niyə ondan imtina etdiyini soruşub. Məhəmməd Kekalov isə bu suallara cavab verməkdən imtina edib.

“Abzas Media”nın direktoru, iş üzrə təqsirləndirilən Ülvi Həsənli Məhəmməd Kekalovdan 2024-cü ilin mart-aprel aylarında saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə köçürülüb-köçürülmədiyini soruşub.

Məhəmməd Kekalov bunu təsdiqləyib və 10 gün orda saxlanıldığını bildirib. Ülvi Həsənli hakimlərin nəzərinə çatdırıb ki, müstəntiqlər bu məlumatı da inkar ediblər. Məhkəmə qərarı olmasına baxmayaraq, Məhəmməd Kekalovun saxlanılmalı olduğu 1 saylı Bakı İstintaq Təcridxanasından Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə köçürülməsilə bağlı heç bir rəsmi sənəd iş materialına əlavə edilməyib.

Bundan sonra proses digər təqsirləndirilən şəxslərin ifadələrilə davam edib. Növbəti proses aprelin 8-nə təyin edilib.

AbzasMedia

21:09, 01 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Əli Kərimlinin sürücüsü 30 sutka həbs edilib

by Gozetci 18:05, 01 Aprel 2025
written by Gozetci

Zaur Rzalı

Aprelin 1-də Nərimanov rayon Məhkəməsində AXCP üzvü Zaur Rzalı inzibati qaydada 30 sutka həbs edilib.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli sayılıb.

Partiyadan onun şərləndiyi bildirilir.

Hələlik, AXCP-nin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP-dən daha öncə verilən məlumata görə, Zaur Rzalı sədr Əli Kərimliyə könüllü sürücülük edir:

“AXCP Binəqədi rayon şöbəsinin üzvü Zaur Rzalı Nərimanov rayonu ərazisində avtoyuma məntəqələrinin birində avtomobilini yuduzduran zaman üç mülkigeyimli şəxs tərəfindən saxlanıb”.

AXCP sədri Ə.Kərimli isə bildirib ki, o, bu gün, aprelin 1-də Zaur Rzalı ilə həbsdə olan jurnalistlərin məhkəməsinə getməli idi. Əli Kərimlinin vurğulamasına görə, hakimiyyət onun ətrafındakı adamları “repressiya maşınına legitim hədəf” kimi təqdim edir.

Hələlik, bu açıqlamalara Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü (onlardan ikisi AXCP sədrinin mühafizəçiləridir) həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

18:05, 01 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

by Gozetci 18:00, 01 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun bu gün, aprelin 1-dən aclıq aksiyasına başladığı bildirilir.

Onun qızı Nigar Həzinin sözlərinə görə, atası aclıq aksiyasına başladığını saxlanıldığı təcridxananın rəhbərliyinə yazılı şəkildə çatdırıb: “Bir az əvvəl isə mən atamla danışdım. Bildirdi ki, aclıq etdiyi üçün bu gün onu təcridxananın tibb məntəqəsinə köçürəcəklər”.

Tofiq Yaqublunun vəkili Aqil Layıc isə aprelin 1-də onunla təcridxanada görüşdüyün deyib:

“Bildirdi ki, məhkəmə sistemində ədalət olmadığı bir durumda ona başqa yol buraxmadılar. Ona görə də aclıq etmək qərarı verdi”.

Bütün bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o ittihamları qurama sayır. Tofiq Yaqublu elə məhkəməsindəcə ədalətsiz hökm veriləcəyi təqdirdə aprelin 1-də aclıq aksiyasına başlayacağını bəyan etmişdi. O bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.

Xatırlatma

Bu, Tofiq Yaqublunun həbsdə ilk aclıq aksiyası açıqlaması deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Müxalifətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apellyasiya Məhkəməsinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra 17 gündür keçirdiyi aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.

Tofiq Yaqublu daha öncə də – 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

18:00, 01 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Gənc Qazilər” Birliyinin sədri Hacı Vəliyev həbs edilib

by Gozetci 17:21, 01 Aprel 2025
written by Gozetci

Hacı Vəliyev

“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 221.3-cü və 186.1-ci maddələri ilə ittiham olunur.
“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb.
Hacı Vəliyev mediada və sosial mediada şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Meydan TV
17:21, 01 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bakıda fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil etməyə hazırlaşır

by Gozetci 19:58, 31 Mart 2025
written by Gozetci

Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsünün tətil elan edəcəyi bildirilib

Bu barədə Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov “Oxu az”a məlumat verib. O deyib ki, tələbləri yerinə yetirilməsə, etiraz tətillərini davam etdirəcəklər.

Tələblərə gəlincə, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər:

“Sürücülər minimum 2 manat 50 qəpiyə 3 kilometr yol qət edirlər, lakin onlar minimal qiymətə maksimum neçə kilometr yola qət edə bilərlər – bununla bağlı hədd müəyyənləşməyib. Buna görə də bəzən sərnişinlər 10 kilometr yolu da 3 manata gedə bilirlər.

Digər tələbimiz şəhərin mərkəzində taksi dayanacaqlarının sayının artırılmasıdır. Məsələn, Neftçilər, Azərbaycan prospektlərində, Yusif Səfərov, Rəşid Behbudov və s. kimi küçələrdə taksi dayanacağı yoxdur. Biz bu məsələyə sərnişin tərəfdən də baxırıq. Yaşlı, xəstə bir adam taksiyə minmək istəsə və mobil tətbiq vasitəsilə olduğu yerə taksi sifariş etsə, sürücü məkana çatıb onu götürə bilmir, cərimə yazılır. Məsələn, sərnişin Dövlət Kukla Teatrının qarşısında dayanıbsa, taksi sürücüsü onu necə götürsün? Orada heç qırıq xətt də yoxdur ki, daxil olub sərnişini götürə bilək. Buna görə tələb edirik ki, fərqlənmə nişanı olan taksi sürücülərinə avtobus zolağına daxil olub 2-3 dəqiqə ərzində sərnişin götürməyə və düşürməyə icazə verilsin” – Elşad Eldarov bildirib.

“İnsanlar taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün əziyyət çəkib, yeddiillik sertifikat alıblar, amma onlara fəaliyyət imkanı yaradılmır. Taksi sürücüləri avtobus zolağında sərnişin mindirib-düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib-düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar. Bu isə onlar üçün maddi zərərə gətirib çıxarır”, – deyə o qeyd edib.

Sözügedən tələblərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi indi müzakirə olunmur:

“Hazırda paytaxtın 32 küçə və prospektində uzunluğu 100 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır” –  qurumun rəsmisi bildirib.

O qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi dayanacağı mövcuddur:

“Hazırda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin, əsasən, universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur”.

Taksi xidmətində qiymətlərin tənzimlənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, taksi sahəsində aparılan islahatlar bazarda rəqabət mühiti yaradıb və keyfiyyət dəyişikliyinə təkan verib:

“Qanunvericilik bazasının təkmilləşdirilməsi və aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər müşahidə edilir. Taksi xidməti sahəsi tənzimlənir, peşəkar əmək bazarı formalaşır və xidmət keyfiyyəti artır”.

“Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”, – deyə Tural Orucov qeyd edib.

AbzasMedia

19:58, 31 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Din azadlığı hesabatında Azərbaycandan nə deyirlər

by Gozetci 09:48, 27 Mart 2025
written by Gozetci

“Nardaran məhbusları”nın məhkəməsi zamanı namaz (Foto arxiv)

2024-cü ildə Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyət pis olaraq qalıb. Bunu ABŞ-nin Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası (USCIRF) illik hesabatında bildirib.

Hesabatda deyilir ki, ötən ildə də ölkədə “şiə müsəlmanlar İranla əlaqələrdə ittiham olunaraq həbs ediliblər”.

Azərbaycanda vəziyyət dəyişməyib

Sənəddə digər insan haqları təşkilatlarının hesabatlarına istinadən bildirilib ki, Azərbaycanda həbs olunanların əksəriyyəti saxta narkotik ittihamları ilə üzləşib:

“Saxlanılanların bir çoxu narkotik ittihamı ilə üzləşib. Hökumətin illərdir bu vasitədən müxalifləri, xüsusən də din xadimlərini hədəf almaq üçün istifadə etdiyi bildirilir. Dindarlar hüquq-mühafizə orqanlarını işgəncə, fiziki zorakılıq və cinsi təhdidlərlə etiraflar almaqda ittiham ediblər”.

Hesabatda yerli qeyri-hökumət təşkilatına (Azərbaycan Siyasi Məhbusların Azadlıq Birliyi) istinadən 2024-cü ilin sonuna Azərbaycanda 233 dini inanclının həbsdə olduğu bildirilir. Vurğulanır ki, həbsdə olan bu şəxslər qeyri-insani həyat şəraiti və digər pis rəftarlarla üzləşdiklərini iddia etsələr də, hökumət orqanları bu iddiaları etibarlı şəkildə araşdırmaq üçün addım atmayıb.

Bundan əlavə, sözügedən sənəddə Qarabağdakı erməni dini və mədəni irsinə aid nümunələrin hədəf alınması ilə bağlı “Caucasus Heritage Watch” və “Freedom House” təşkilatlarının hesabatlarına istinad olunur.

Tövsiyələr

Hesabatda Azərbaycanda dini azadlığın vəziyyəti ilə bağlı ABŞ hökumətinə tövsiyələr də yer alıb.

USCIRF Beynəlxalq Dini Azadlıq Aktına uyğun olaraq, dini azadlıqların ciddi şəkildə pozulması və ya buna göz yummaya görə Azərbaycanın Xüsusi Müşahidə Siyahısında saxlanılmasını tövsiyə edib.

Həmçinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (Bandotdel) də daxil olmaqla bəzi qurumlara və dini azadlığa qarşı ciddi pozuntulara görə məsuliyyət daşıyan rəsmi şəxslərə qarşı hədəfli sanksiyaların tətbiqi tövsiyə edilib.

BMT kimi beynəlxalq müstəqil müşahidəçilərin Qarabağa səfərinin təşkili də USCIRF-in tövsiyələri sırasında yer alıb.

Hakimiyyət təmsilçiləri adətən ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri rədd edir, din azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirirlər.

AzalıqRadiosu

09:48, 27 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun cəzası ağırlaşdırılıb

by Gozetci 19:05, 24 Mart 2025
written by Gozetci

Niyaməddin Əhmədov

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin ) həbsdəki üzvlərindən biri, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun cəzası ağırlaşdırılıb. 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan N.Əhmədovun bir illik qapalı tipli həbsxana rejiminə köçürülməsi haqda qərar çıxarılıb.

AzadlıqRadiosuna bu bilgi AXCP-dən verilib: “Uzun müddət Niyaməddin Əhmədovdan xəbər yox idi. Bugünlərdə atası cəzaçəkmə müəssisəsinə yanına gedəndə məlum olub ki, onun haqqında belə bir qərar çıxarılıb. Niyaməddin Əhmədov ona qarşı uzun müddətdir davam edən təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir”.

Atası Arif Əhmədov AzadlıqRadiosuna Niyaməddin Əhmədovun cəzasının ağırlaşdırılması və onun aclıq etməsi barədə deyilənləri təsdiqləyib. O, martın 4-də cəzaçəkmə müəssisəsinə getsə də, övladı ilə görüşünə imkan verilmədiyini bildirib. Ona oğlunun cərimə kamerasında (kars) olduğu deyilib: 

“Bir də martın 19-da getdim. Tələb etdim ki, övladımı görməliyəm, bir aya yaxındır ondan xəbər yoxdur. Rəislə görüşdüm, Niyaməddini də gətirdilər. Dedi ki, heç bir günahım olmadığı halda, məni karsa saldılar, ona görə ayın 26-dan aclıq edirəm. Sonra da məhkəmə keçirib bir illik həbsxana rejiminə köçürülməsinə qərar veriblər. Apardığım yeməkləri də istəmədi”.

Oğlunun aclığı sürdürdüyünü vurğulayan Arif Əhmədov deyir ki, indi onun durumundan rahatsızdır. Ata yada salır ki, 2020-ci ildə həbs olunarkən məruz qaldığı işgəncələr nəticəsində Niyaməddin Əhmədovun sağlamlığında problemlər yaranmışdı. Onun sözlərinə görə, uzunmüddətli aclıq bu problemləri daha da kəskinləşdirəcək:

“Günahsız, cavan bir adama nə qədər zülm etmək olar?! Evinin kirayəsini verə bilməyən adama terroru maliyyələşdirmək adı ilə 13 il verdilər, onu da rahat çəkməyə qoymurlar”.

Niyaməddin Əhmədovun cəzaçəkmə müəssisəsində ona qarşı davranışlara etiraz olaraq aclıq etməsi, onun həbsxana rejiminə köçürülməsi barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Daha öncəki açıqlamalarda Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumlara qarşı pis rəftar, qanunsuz cəzalandırma şikayətlərini, bir qayda olaraq, təkzib edib. Bu qurumdan bildirilib ki, məhkumların qanunvericilikdə nəzərdə tutulan bütün hüquqları təmin olunur.

Xatırlatma

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona koronavirusla əlaqədar karantin rejimi qaydalarını pozma ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilmişdi. Bu cəza başa çatan günsə cinayət işi başlanmış, ona Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələriylə ittiham verilmiş, sonda 13 il həbs cəzası kəsilmişdi.

Terroru maliyyələşdirməkdə suçlanan Niyaməddin Əhmədov Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin ifadələrlə tənqid, bəzən də təhqir edən Qabil Məmmədovdan pul almaqda təqsirləndirilib.

Niyaməddin Əhmədov bu ittihamın absurd olduğunu, Qabil Məmmədovla Tovuz rayonunun Qazqulu kəndində qonşu olmalarından istifadə edərək belə bir ssenari quraşdırıldığını bildirib.

O vurğulayıb ki, həbsinin gerçək səbəbi Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmasıdır. Niyaməddin Əhmədovun fikrincə, AXCP sədri 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi etiraz aksiyasında tutularkən onu sonadək tək buraxmadığına görə cəzalandırılıb.

19:05, 24 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub

by Gozetci 10:00, 23 Mart 2025
written by Gozetci

Mehriban Rəhimli

 

ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub.

Mehriban Rəhimli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində başladılan “QHT işi” çərçivəsində saxlanılıb.
Qeyd edilib ki, cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimli istintaq müddəti ərzində polis nəzarətinə verilib.
Xatırladaq ki, martın 14-də eyni cinayət işi üzrə “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Məmmədzadə, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev saxlanılıb. Sonradan Xalid Ağəliyev və Hafiz Həsənov sərbəst buraxılıb.
Elə həmin gün Məmməd Məmmədzadə və Bəşir Süleymanlı barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Martın 17-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu iş üzrə Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
Onlar hamısı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Azadlıq qəzeti
10:00, 23 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia