Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Jurnalistin işi ona 8 il cəza kəsən məhkəməyə qaytarıldı

by Gozetci 09:21, 11 Aprel 2025
written by Gozetci

Teymur Kərimov

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimov haqqında cinayət işi ona 8 il cəza kəsən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Aprelin 10-da apellyasiya məhkəməsi buna qərar verib.

Bakı Apellyasiya Məhkəməsində jurnalistin özü və vəkili aşağı instansiya məhkəməsində iclas protokollarının saxtalaşdırılmasından şikayətlənib. Vəkil Nemət Kərimli deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesin audioyazısıyla protokollarda yazılanları müqayisə edəndə çoxsaylı təhrif və ziddiyyətlər olduğu görünür. Müdafiəçi bununla bağlı qeydlərini diqqətə yetirib:

“Xahiş edirəm, bu iş apellyasiya məhkəməsinin baxışından çıxarılsın və məsələnin araşdırılıb qərar verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin”.

Jurnalist Teymur Kərimovun fikrincə, onunla bağlı məhkəmə prosesində yaşananlar protokollarda qəsdən saxtalaşdırılmış şəkildə əks olunub: “Bilə-bilə saxtalaşdırıblar…”.

Anar İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib. Protokollara qeydlərlə əlaqədar cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

Xatırlatma

Teymur Kərimov 2023-cü ilin dekabrından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 8 il həbs cəzası kəsilib. Üstəlik, əlavə cəza kimi ona 2 il də jurnalist fəaliyyəti ilə məşğul olmaq yasaqlanıb.

Teymur Kərimovla birlikdə mühakimə edilən reportyor İstək Totiyevaya isə şərti cəza verilib.

Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsiylə – saytdan materialın silinməsi üçün Fərrux Ələkbərov adlı şəxsdən 10 min manat tələb edib sonda min manat almaqda təqsirli biliniblər.

Teymur Kərimov bunu yalan sayır, F.Ələkbərovdan pul tələb edib almadığını deyir. O, etiraz aksiyalarını, vətəndaş hüquqlarının pozulması hallarını, özəlliklə polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayır. Jurnalist işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini də məhkəmədə dilə gətirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Teymur Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.

Son ilyarımda Azərbaycanda 30-dan çox jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.

Jurnalistlər ittihamları qurama sayır və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Rəsmilərsə ölkədə siyasi motivli həbslərin olmadığını, onların konkret cinayətlərə görə cəzalandırıldıqlarını iddia edirlər.

AzadlıqRadiosu

09:21, 11 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“QHT işi” çərçivəsində daha 2 nəfər həbs edilib

by Gozetci 22:34, 09 Aprel 2025
written by Gozetci

Asəf Əhmədov və Zamin Zəki

“Abzas Media”nın məlumatına görə, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində 3 ay 4 gün həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar bu gün, aprelin 9-da Binəqədi Rayon Məhkəməsində verilib.
Xatırladaq ki, martın 14-də eyni cinayət işi üzrə “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Məmmədzadə, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev saxlanılıb. Onların mənzillərində axtarış aparılıb. Sonradan Xalid Ağəliyev və Hafiz Həsənov sərbəst buraxılıb.
Elə həmin gün Məmməd Məmmədzadə və Bəşir Süleymanlı barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Martın 17-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu iş üzrə Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
İş üzrə cəlb olunan bir neçə QHT rəhbəri və üzvü istintaq müddəti ərzində polis nəzarətinə verilib.
Onlar hamısı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
22:34, 09 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalı Elnur Quliyevə 30 sutka verilib

by Gozetci 17:23, 09 Aprel 2025
written by Gozetci

Elnur Quliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Elnur Quliyev həbs edilib.
“Abzas Media”ya bu barədə partiyadan məlumat verilib. Bildirilib ki, Quliyev aprelin 8-i səhər saatlarında 28 May metrosunun yaxınlığında saxlanılıb. Ondan bir gün ərzində məlumat almaq mümkün olmayıb.
Aprelin 9-da məlum olub ki, Quliyev xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmamaqda ittiham olunaraq məhkəmənin qərarı ilə 30 gün müddətinə azadlıqdan məhrum edilib. Bu həftə Kərimlinin sürücüsü də eyni ittihamla həbs olunmuşdu. Son 1 ayda Əli Kərimlinin 2 mühafizəçisi və 1 sürücüsü həbs olunub. Mühafizəçi Kənan Zeynalov adam bıçaqlamaqda ittiham olunur.
Müxalif partiya sədrinin hazırda başqa bir mühafizəçisi Niyaməddin Əhmədov terroru maliyyələşdirmək ittihamı ilə 13 illik həbs cəzasını çəkir. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.
Son hesabatlara görə, hazırda ölkədə 357 siyasi məhbus var. Bunlardan 14-ü Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir.
17:23, 09 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Anar Abdulla Anar Məmmədlinin işi üzrə təqsirləndirilən şəxs oldu

by Gozetci 21:13, 08 Aprel 2025
written by Gozetci

Anar Abdulla

 

Aprelin 8-də ictimai fəal Anar Abdulla Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Anar Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT-nin) həbsdə olan rəhbəri Anar Məmmədli ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilib və təqsirləndirilən şəxs qismində tanınıb.

İctimai fəal haqqında məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

AzadlıqRadiosunun bilgisinə görə, Anar Abdullaya Cinayət Məcəlləsinin 7 maddəsiylə (qanunsuz sahibkarlıq, vergidən yayınma, qaçaqmalçılıq, cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılması və s.) ittiham verilib.

Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

İctimai fəal Anar Abdulla 2016-cı ildə də həbs edilmişdi. O zaman ona polisin qanuni tələbinə tabe olmama ittihamıyla 10 sutka cəza verilsə də, gənc fəal bu ittihamın saxta olduğunu demişdi.

21:13, 08 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ailəsi Tofiq Yaqublunu yenə Adil Qeybullanın müayinə etməsini istəyir

by Gozetci 20:56, 07 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

Aprelin 7-də Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunu həkim Adil Qeybullanın da müayinə etməsi üçün Penitensiar Xidmətə müraciət olunub.

Bu barədə vəkil Nemət Kərimli bildirib.

Ailəsinin vurğulamasına görə, Tofiq Yaqublu sürətlə çəki itirir. Onların deməsinə görə, müxalifətçi aclıq etdiyi son bir həftədə təqribən 6 kiloqram çəki itirib. “Hər gün tibbi müayinə olunur. Lakin ailəsi özlərinin daha çox etibar etdikləri həkimin-Adil Qeybullanın da tibbi müayinədə iştirak etməsini arzulayır”, – vəkil vurğulayıb.

Bu müraciətə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Bundan əvvəlki həbslərində aclıq aksiyası keçirirkən Yaqublunun ailəsinin eyni xahişini Penitensiar Xidmət təmin edib.

AzadlıqRadiosu

20:56, 07 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı

by Gozetci 17:27, 07 Aprel 2025
written by Gozetci

Bəxtiyar Hacıyev

 

10 il həbs cəzası alan ictimai fəal Bəxtiyar Hacıyev barəsində bu hökmdən verilən apellyasiya şikayəti üzrə yekun məhkəmə prosesi keçirilib.

Bu gün, aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanıb.

İctimai fəal Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verilməsi, əmlakının müsadirəsi haqda hökmdən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Məhkəmədə Bəxtiyar Hacıyevin vəkilləri 40-dan artıq vəsatət qaldırıblar. Bunların arasında apellyasiya məhkəməsinin yekun qərarınadək onun ev dustaqlığına buraxılmasından tutmuş, ekspertiza keçirilməsi, əmlakı üzərindən həbsin götürülməsinə qədər müxtəlif məsələlər vardı.

Vəkillər bildiriblər ki, Bəxtiyar Hacıyev haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qanunsuz və ədalətsizdir. Müdafiə tərəfi vurğulayıb ki, heç bir sübut-dəlil ortaya qoyulmadan onun mənzilinin müsadirə olunmasına qərar verilib. Azərbaycanın dövlət büdcəsindən Bəxtiyar Hacıyevin hesabına köçürülmüş vəsait “cinayət yolu ilə əldə edilmiş əmlak” kimi dəyərləndirilib və müsadirə olunub: 

“Avropa Məhkəməsinin qərarı əsasında Bəxtiyar Hacıyevə Azərbaycanın dövlət büdcəsindən kompensasiya ödənilib. Bakı Ağır Cinayətlər Məhkəməsi Bəxtiyar Hacıyevin bank hesabında olan həmin vəsaitin də müsadirəsinə qərar verib. Belə çıxır ki, məhkəmə Hacıyevin işində Azərbaycanın dövlət büdcəsinin pulunu cinayət yolu ilə əldə edilmiş vəsait sayıb”.

Mənzilə gəlincə, hökmdə göstərilib ki, hərracda evin satışından əldə edilən vəsait ittihamda göstərilən vergi borcu və digər ödənişlərə yönəldilsin, qalan məbləğ isə dövlət nəfinə keçirilsin. Müdafiə tərəfi bunu da qanunsuz hesab edir: 

“Adamın əmlakı əlindən alınıb, dövlət nəfinə niyə verilməlidir?”.

Heç bir cinayət törətmədiyi halda, 2 il 3 aydır həbsdə saxlandığını vurğulayan B.Hacıyev haqqındakı hökmün siyasi sifarişlə çıxarıldığını vurğulayıb.

Zamin İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası qaldırılmış vəsatətlərin heç birini təmin etməyib. Ümumiyyətlə, Bəxtiyar Hacıyevlə bağlı apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, əlavə sübutlar araşdırılmadan) baxılmasına qərar verilib. B.Hacıyev və vəkilləri buna etiraz edib. Onlar vurğulayıb ki, vacib məsələləri araşdırmadan obyektiv qərar çıxarmaq mümkün deyil.

Bəxtiyar Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələriylə ittiham verilmişdi. Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloqer Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur.

İstintaqın gedişində Bəxtiyar Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevə 10 il həbs cəzası kəsilib, onun mənzili və bank hesabında olan vəsaitin müsadirəsinə qərar verilib.

Bəxtiyar Hacıyev özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. İctimai fəal daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.

AzadlıqRadiosu

17:27, 07 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hacı Vəliyev haqqında həbs qərarı qüvvədə saxlanılıb

by Gozetci 15:59, 07 Aprel 2025
written by Gozetci

Hacı Vəliyev

Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev haqqında verilən həbs qərarı qüvvədə saxlanıb.
Bu barədə həmin birlikdən məlumat verilib.
“Hacı Vəliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Günahsız olduğunu, yaralı gözü ilə bağlı problem yaşadığını bildirib”, – qurumun açıqlamasında vurğulanır.
“Gənc Qazilər” Birliyinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hacı Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Amma onun ittihamları qəbul etmədiyi deyilir. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
AzadlıqRadiosu
15:59, 07 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Polad Aslanovun aclığa başladığı bildirilir

by Gozetci 18:16, 05 Aprel 2025
written by Gozetci

Polad Aslanov

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun saxlandığı 15 saylı cəzaçəkmə müəssisəsində bu gündən – aprelin 5-dən aclığa başladığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Həyat yoldaşı bildirib ki, Polad Aslanov saxlandığı cəzaçəkmə müəssisəsində ayrı-seçkiliyə məruz-qalmasına etiraz olaraq, aclıq edir:
“Digər məhlumlara fərqli şərait yaradır, istər telefon zənglərinin sayı, istərsə də ailə üzvləriylə görüş məsələsində. Polad Aslanov da deyir ki, qanun hər kəs üçün eyni olmalıdır”.
Hazırda həyat yoldaşının çəkisinin cəmi 44 kiloqram çəkisi oldiğunu deyən Gülmirə Aslanova vurğulayıb ki, onun sağlamlığında ciddi problemlər var. Bununla belə, aclığı davam etdirməkdə israrlıdır:
“Hüququn, qanunun işləmədiyi yerdə məhbusun başqa yolu qalmır. Aclıq barədə ərizəsini cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədova da təqdim edib”.
Polad Aslanovun ayrı-seçkiliyə məruz qalması və buna etiraz olaraq, aclıq etməsi haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
 Xatırladaq ki, Polad Aslanov 2019-cu ilin iyununda İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham edilərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib, 16 il həbs cəzası kəsiıib.
Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.
Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.
18:16, 05 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nigar Həzi: “Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük”

by Gozetci 12:19, 04 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

Aprelin 3-də vəkili Nazim Musayev Ədliyyə Nazirliyinin təcridxanasında həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb.
O, görüşdən qayıtdıqdan sonra bildirib ki, üç gündür aclıq aksiyası keçirən Tofiq Yaqublu artıq halsızlaşıb:
“Mənim tövsiyəm də oldu ki, nə qədər də hansısa məsələləri haqsız, ədalətsiz hesab etsən də, əsas sənin özünün sağlamlığındır, ona görə də bu məsələyə bir az başqa prizmadan yanaşmaq lazımdır. Ancaq qərarında israrlı olduğunu bildirdi”.
Vəkilin sözlərinə görə, Tofiq Yaqublunun danışığında, davranışında dəyişiklik olsa da, saxlanma şəraitindən narazı deyil:
“Hər gün müayinə edilir. Özünün deməsinə görə, son bir gündə 1 kiloqram 800 qram çəki itirib, çəkisi 93 kiloqrama düşüb”.
Tofiq Yaqublunun yaxınları isə bildirirlər ki, o, bundan əvvəl də aclıq aksiyaları keçirib, heç vaxt belə sürətlə çəki itirməyib:
“Əvvəlki aclıq aksiyaları ilə müqayisədə bu dəfə Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük. Qeyd edim ki, Tofiq Yaqublunun öd kisəsi yoxdur və səhhətində ciddi problemlər var”, – qızı Nigar Həzi vurğulayıb.
Vəkilin və yaxınlarının açıqlamalarına, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu
12:19, 04 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Azər Qasımlının həbs müddəti 2 ay uzadıldı

by Gozetci 14:00, 03 Aprel 2025
written by Gozetci

Azər Qasımlı

 

Aprelin 3-də Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Yasamal rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmə Azər Qasımlının həbs-qətimkan tədbirinin 2 ay müddətinə uzadılması barədə qərar verib.

Xatırladaq ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O özünü təqsirli bilmir və həbsini tənqidli fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
AzadlıqRadiosu

 

14:00, 03 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia