Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

‘AbzasMedia’ işi üzrə həbsdə olan jurnalistlər: ‘Onun məhkəməyə gəlməsini tələb edirik…’

by Gozetci 19:53, 22 Aprel 2025
written by Gozetci

AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə da daxil, “AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 7 jurnalistin mühakiməsi sürür. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.

Ötən məhkəmə iclasında təqsirləndirilən jurnalistlər narazı qalmışdılar ki, onların şahid Ənvər Cəfərova suallarını verib, cavab almalarına imkan verilmədi. Jurnalistlərin etirazlarını gözardı edən hakim şahidin çıxıb getməsinə göstəriş verdi. Bu üzdən, aprelin 22-də məhkəmə iclası başlayınca, təqsirləndirilən şəxslərdən “AbzasMedia”nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) etirazını dilə gətirdi:

“Bizim Ənvər Cəfərova suallarımız vardı. Siz imkan vermədiniz ki, suallarımızı verək. Tələb edirik ki, o, yenidən məhkəməyə gəlsin”.

Vəsatət təmin olunub. Hakim Rasim Sadıxov adıçəkilən şahidin növbəti məhkəmə iclasına çağrılacağını söyləyib.

Ardından bir sıra şəxslər – iqtisadçı ekspert Toğrul Vəliyev, vaxtilə “AbzasMedia”nın gənc jurnalistlərə təşkil etdiyi təlimlərə qatılmış şəxslərdən Selcan Zaurqızı, İnarə Hümbətova, Firuzə Məmmədova və başqa şahidlər dindirilib. İqtisadçı Toğrul Vəliyev ekspert qismində “AbzasMedia”ya sosial-iqtisadi mövzulara şərh verdiyini deyib. O, təqsirləndirilən şəxsləri tanıdığını, ancaq hamısını “AbzasMedia”nın əməkdaşı olaraq deyil, məsələn, Hafiz Babalını “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, Fərid Mehralızadəni iqtisadçı kimi tanıdığını vurğulayıb.

Hafiz Babalının vəkili məhkəməyə onun jurnalist vəsiqəsini təqdim edərək bildirib ki, ittiham tərəfinin əsas arqumentlərindən biri təqsirləndirilən jurnalistlərin reyestrdən keçməməsidir:

“Hafiz Babalı rəsmi qaydada “Turan” informasiya agentliyinin əməkdaşı olub. Bu agentlik də reyestrdən keçib. Belə olan halda, necə demək olar ki, Hafiz Babalı reyestrdən keçməyib?”.

Təqsirləndirilən şəxslərdən “AbzasMedia”nın koordinatoru olmuş Məhəmməd Kekalovun istintaqdakı ifadəsində Hafiz Babalı barədə fikirlər də yer alıb. Orada göstərilib ki, Hafiz Babalı “AbzasMedia”nın fəaliyyətinə fəal qatılıb.

Hafiz Babalı Məhəmməd Kekalova bu haqda suallar ünvanlayıb, nəyə əsasən belə bir ifadə verdiyini soruşub. O, cavabında ifadəsində yer alan fikirlərin gerçəyə uyğun olmadığını bildirib.

“Mən istintaqdakı ifadələrimdən imtina etmişəm”, – Məhəmməd Kekalov cavabı belə olub.

“AbzasMedia” işi üzrə məhkəmə prosesi aprelin 29-da davam edəcək.

Xatırlatma

“AbzasMedia”yla bağlı həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ülvi Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Noyabrın 22-də ölkəyə qayıdarkən, elə təyyarədən enəndə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb, həmin gecə onun da yaşadığı evdə axtarış aparılıb.

Noyabrın sonunda jurnalistlərdən Nərgiz Absalamova, ardınca Hafiz Babalı, Elnarə Qasımova və ötən ilin mayında Fərid Mehralızadə həbs ediliblər.

Bu iş üzrə həbsdə olan toplam 7 jurnalistə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib. Həmin ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son ilyarım boyunca Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

AzadlıqRadiosu

19:53, 22 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəhruz Səmədov: ‘Məndə olmayan dövlət sirrini necə kiməsə ötürə bilərəm?’

by Gozetci 22:42, 21 Aprel 2025
written by Gozetci

Bəhruz Səmədov

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində politoloq Bəhruz Səmədovun işi üzrə məhkəmə istintaqı başlanıb. Prokuror ittiham aktını açıqlayıb. Gənc fəala Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Bəhruz Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Aprelin 21-də onun işi üzrə məhkəmə istintaqı başlanıb, prokuror ittiham aktını açıqlayıb. Gənc fəala Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Bəhruz Səmədov məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyib, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb. O, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlansa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.

Təhsili və işiylə bağlı həbsindən öncə altı il Azərbaycanda yaşamadığını və burada heç bir dövlət orqanında çalışmadığını söyləyən gənc politoloqun sözlərinə görə, onu sahib olmadığı dövlət sirrini başqasına ötürməkdə ittiham edirlər: “Altı il idi ölkədə yaşamırdım. Heç bir dövlət orqanında işləməmişəm. Heç bir məxfi sənədə çıxışım olmayıb. Məndə olmayan dövlət sirrini necə kiməsə ötürə bilərəm?”.

Bəhruz Səmədov müharibə əleyhdarı olduğuna və Azərbaycanla Ermənistan arasında sülh çağırışlarına görə cəzalandırıldığını düşünür.

Onun işi üzrə məhkəmə prosesi mayın 16-da şahid ifadələriylə davam edəcək.

Xatırlatma

Bəhruz Səmədov ötən il avqustun 21-də saxlanılıb, iki gün sonra Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə barəsində həbs-qətimkan tədbiri seçilib.

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov həbs olunduğu dövrdə məzuniyyətə gəlibmiş.

O, müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycan və Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

AzadlıqRadiosu

22:42, 21 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Adil Qeybulla Tofiq Yaqublunu müayinə edib

by Gozetci 20:31, 20 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

Aprelin 19-da Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunu ailəsinin tələbi ilə öz seçdikləri həkim tərəfindən müayinəsi təmin olunub. Bunu AzadlıqRadiosunun sorğusuna cavab olaraq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından bildiriblər.

Aprelin 7-də onun vəkili T.Yaqublunu Tibb Universitetinin professoru Adil Qeybullanın müayinə etməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdi.

Ombudsman Aparatı da bildirir ki, məsələ ilə bağlı onlar da bu qurum və Tibb baş idarəsinə müvafiq sorğular ünvanlayıb: “Müraciətin icrası – Yaqublunun öz seçdiyi həkim tərəfindən də müayinəsi təmin olunub”.

Həkim Aqil Qeybullanın deməsinə görə, həmin gün Tofiq Yaqublunun huşu aydın, təmas və kommunikasiya adekvat olub:

“Beynəlxalq təcrübədə aclıq aksiyalarının mövcud protokollar üzrə tibbi nəzarət altında aparıldığı Tofiq bəyə izah edildi. Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziya aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi. İnfuziya normal keçdi”.

AzadlıqRadiosu

20:31, 20 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hacı Vəliyevin həbs müddəti uzadılıb

by Gozetci 11:56, 19 Aprel 2025
written by Gozetci

Hacı Vəliyev

Aprelin 18-də Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin həbs müddəti uzadılıb.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı Xətai rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.

Müdafiə tərəfinin bildirməsinə görə, Hacı Vəliyev həbsdə müalicəsini davam etdirə və ağrıkəsicilərlə təmin edilə bilməməsindən şikayətlənir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən onun Mərkəzi Müalicə Müəssisəsinə köçürülməsi istənilir.

Bu xahişə, hələlik, Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hacı Vəliyev barəsində aprelin 1-də Xətai rayon Məhkəməsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Onun Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Amma onun ittihamları qəbul etmədiyi vurğulanır. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.

Hacı Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb sərbəst buraxıldığı bildirilmişdi. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.

Gənc Qazilər Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb.

AzadlıqRadiosu

11:56, 19 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil Fəxrəddin Mehdiyev: ‘Tofiq Yaqublunu vəkil otağına elektromobildə gətirdilər’

by Gozetci 12:40, 17 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

Aprelin 16-da vəkil Fəxrəddin Mehdiyev Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublu ilə görüşüb.

Fəxrəddin Mehdiyev deyir ki, Tofiq Yaqublu vəkil otağına elektromobildə gətirilib:

“Bugünkü yoxlamada müayinənin nəticəsi belədir. Çəkisi 84kq 900q, saturasiya 94, təzyiq 120/80, ürək döyüntüsü 98, temperatur 36.1-dir. Bildirməsinə görə, onda ümumi halsızlıq, taqətsizlik, başgicəllənmə əlamətləri var. Küt mədə ağrılarından şikayət edir. Aprelin 15-də ondan qan analizi götürülüb, hələlik, nəticə bəlli deyil”.

Vəkilin açıqlamasına Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu 

12:40, 17 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘Tofiq Yaqublu iki həftəyə 10 kq-dan çox çəki itirib’

by Gozetci 19:48, 14 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

Milli Şura və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunun artıq 10 kiloqramdan çox çəki itirdiyi deyilir.

Bu barədə onun qızı Nigar Həzi məlumat verib. Onun deməsinə görə, aprelin 14-də vəkil Nazim Musayev təcridxanada atası ilə görüşüb:

“Vəkil bildirdi ki, Tofiq Yaqublu çox taqətsiz, yorğun, halsız idi. 14 gündür aclıq edir, artıq çəkisi 85 kiloqram 400 qrama düşüb. Saturasiya və ürək döyüntüsü 96, təzyiq isə 111/75-dir. Artıq iki həftə ərzində 10 kiloqramdan çox çəki itirib”.

Nigar Həzinin sözlərinə görə, Penitensiar Xidmət hələ də Tofiq Yaqublunu həkim Adil Qeybullanın müayinə etməsi ilə bağlı müdafiə tərəfinin müraciətinə cavab verməyib.

Tofiq Yaqublunun qızının açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

19:48, 14 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘QHT işi’: Aytac Ağazadə barədə qiyabi həbs qərarı verilib

by Gozetci 21:28, 11 Aprel 2025
written by Gozetci

Aytac Ağazadə 

 

Bu gün, aprelin 11-də “QHT işi” üzrə daha bir nəfər barədə həbs qərarı çıxarılıb.

İctimai fəal Aytac Ağazadə ilə bağlı istintaq orqanından məhkəməyə təqdimat daxil olub. Təqdimata Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarına əsasən, onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Amma o, ölkədə olmadığından haqqında axtarış elan edildiyi vurğulanır.

Xatırlatma

“QHT işi” üzrə ictimai fəal Asəf Əhmədov və sosial işçi Zamin Zəki ilə yanaşı, Əhməd Məmmədzadə barəsində də Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onunla da bağlı qərarın, digər iki şəxs kimi, aprelin 9-da verildiyi bildirilir.

Bu iş üzrə daha bir neçə şəxs, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrulun isə polis nəzarətinə verildiyi deyilir.

Bu məlumata, hələlik, Baş Prokurorluğun İstintaq idarəsindən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

21:28, 11 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Keçmiş diplomat Emin İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib

by Gozetci 20:00, 11 Aprel 2025
written by Gozetci

Emin İbrahimov

Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Emin İbrahimova Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə elan edilmiş ittiham ləğv edilib. O, qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Emin İbrahimov ittihama münasibətdə özünü təqsirli bilməyib. Son sözündə bəraət istəyib.
Xatırladaq ki, sabiq diplomat iyulun 22-də saxlanılıb. Onun vəkili Aqil Layıc “Azadlıq Radiosu”na bildirib ki, axşam saatlarında Xalqlar Dostluğu metrosunun yaxınlığında naməlum şəxs İbrahimova hücum edib. Bundan sonra onu əraziyə yaxınlaşan mülki geyimli şəxslər saxlayıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, 1981-ci il təvəllüdlü Emin İbrahimovla 1987-ci il təvəllüdlü bir vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb:
“Nəticədə Emin İbrahimov bıçaqla vətəndaşa xəsarət yetirib, xəsarət almış şəxs xəstəxanaya çatdırılıb”, – deyə DİN-in məlumatında bildirilib.
Vəkilin sözlərinə görə, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılan İbrahimov işgəncəyə məruz qalıb. Telefonunun parolunu əldə etmək üçün Emin İbrahimova polis bölməsində elektroşok verilib.
Emin İbrahimov əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyində, Azərbaycanın ABŞ-dəki səfirliyində və Uruqvaydakı diplomatik missiyasında çalışıb. O, hakimiyyəti tənqid edən statusları ilə tanınırdı.
AbzasMedia
20:00, 11 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Rəbiyyə Məmmədova saxlanılıb (YENİLƏNİB)

by Gozetci 18:07, 11 Aprel 2025
written by Gozetci

Rəbiyyə Məmmədova

İctimai fəal Rəbiyyə Məmmədova artıq sərbəst buraxılıb. Sosial mediada onun oturaq etiraz aksiyasını davam etdirdiyini göstərən foto yayılıb.

+++

İctimai fəal, “Sapla” tikiş sexinin qurucusu Rəbiyyə Məmmədova bu gün, aprelin 11-də saxlanıb.

Bir qədər əvvəl o, Facebook səhifəsində İqtisadiyyat Nazirliyi qarşısında oturaq etiraz aksiyası keçirməsi ilə bağlı paylaşım etmişdi.

Hələlik, məsələyə İqtisadiyyat Nazirliyi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Rəbiyyə Məmmədova iki gün əvvəl, aprelin 9-da da Sahibkarlığın İnkişafı Fondunun (SİF) qarşısında təkadamlıq oturaq etiraz aksiyası keçirdiyini açıqlamışdı. O bildirirdi ki, fevralın 6-dan müraciət etsə də, kredit ala bilmir. Fonddan ona müraciətinin araşdırıldığını bildiriblər.

Məmmədova vurğulayırdı ki, söhbət 15 min manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir. O, 2022-ci ildə yaratdığı “Sapla” adlı sosial təşəbbüsün fəaliyyətinə əngəllər yaradıldığını iddia edirdi.

Xanım sahibkar bir neçə gün əvvəl bununla bağlı prezident İlham Əliyevə də müraciət ünvanladığını bildirmişdi.

Rəbiyyə Məmmədova 2020-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini vermişdi. O, seçkidən sonra bir çox etiraz aksiyalarına qatılaraq səsvermədə hüquqlarının pozulduğunu, ciddi saxtakarlıq hallarına yol verildiyini açıqlamışdı. Lakin seçki komissiyası onun şikayətini əsaslı saymamışdı.

AzadlıqRadiosu

18:07, 11 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Amnesty International” Tofiq Yaqublunun azad edilməsi üçün çağırış edib

by Gozetci 12:31, 11 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

 

“Amnesty International” insan hüquqları təşkilatı həbsdə olan Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublunun azad edilməsi üçün çağırış edib.

“Tofiq Yaqublu illərdir Azərbaycan hakimiyyəti tərəfindən siyasi motivli təqiblərə və pis rəftara məruz qalıb. Bu dəfə təkcə onun azadlığı deyil, sağlamlığı və həyatı təhlükə altındadır. Onun vəziyyəti xeyli pisləşir və hər keçən günün önəmi var”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters bildirib.

“Azərbaycan hakimiyyəti sırf hökuməti açıq şəkildə tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməli və təcili olaraq onun bütün lazımi səhiyyə xidmətlərindən istifadəsini təmin etməlidir”, o əlavə edib.

Tofiq Yaqublu artıq 11-cü gündür ki, həbsinə etiraz olaraq təcridxanada aclıq aksiyası keçirir.

Vəkili Aqil Layıc bu gün Yaqublu ilə görüşəndən sonra bildirib ki, onun bənizi və gözləri saralıb, nitqində axsamalar əmələ gəlib, fikrini cəmləməkdə çətinlik çəkir, çətinliklə yeriyir.

“Artıq bədənində ağrılar şiddətlənməkdədir, yuxu dərmanları verilməsinə baxmayaraq yata bilmir. Təzyiqi, ürək döyüntüləri, saturasiya anormal vəziyyətdə dəyişməkdə davam edir. Artıq ölüm-qalım arasında mübarizə aparır”, vəkil deyib.

12:31, 11 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia