Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Prokuror İqbal Əbilova 19 il həbs cəzası istədi

by Gozetci 10:01, 03 May 2025
written by Gozetci

İqbal Əbilov

 

“Talış Milli Akademiyası xəbərləri” jurnalının baş redaktoru İqbal Əbilova 19 il həbs cəzası verilməsini istənilib. Mayın 2-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, dini düşmənçiliyin salınması) maddələriylə ona verilmiş ittihamlar məhkəmədə sübut olunub.

10 aydır həbsdə olan və Bakı İstintaq Təcridxanasında saxlanılan İqbal Əbilov məhkəməyə də Kürdəxanı qəsəbəsindəki təcridxanadan onlayn şəkildə qoşulub. Onun məhkəməsi qapalı keçirilir. Məhkəmənin qapalı keçirilməsinə əsas kimi işin içində dövlət sirri sayılan məlumatların olması göstərilib.

Tarixçi alim Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların tapşırığıyla Azərbaycanda etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönəlik hərəkətlərdə, şəbəkə hesabında məqsədli materiallar paylaşmaqda ittiham olunur.

İqbal Əbilov özünü təqsirli bilmir. O, verilən ittihamların heç birini qəbul etmədiyini söyləyib.

Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, təqsirləndirilən alim dövlətə xəyanət – Ermənistanın xeyrinə casusluq ittihamının yalan olduğunu vurğulayıb. Etnik zəmində nifrət yaratmağa gəlincə, o vurğulayıb ki, talış dili və mədəniyyəti üzrə tədqiqatçıdır, onu milli zəmində düşmənçilik salmaqda suçlamaq absurddur.

İqbal Əbilov uşaq yaşlarından həbs olunanadək ailə üzvləriylə birlikdə daimi Belarusda yaşayıb. O, arabir Azərbaycana gəlib-gedib. Qohumlarının sözlərinə görə, sonuncu dəfə 2024-cü ilin iyulunda əmisi oğlunun toy məclisinə gəlmişdi. O, geri qayıdanda hava limanında saxlanılıb, ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Bir neçə gün sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən tutulub.

Məhkəmə prosesi mayın 12-də İqbal Əbilovun vəkillərinin müdafiə çıxışlarıyla davam edəcək. Ardından özü son sözünü deyəcək və hökm oxunacaq.

Xatırlatma

İqbal Əbilov 2024-cü il iyulun 22-dən həbsdədir.

36 yaşlı İ.Əbilov virtual “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.

İ.Əbilov 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

AzadlıqRadiosu

10:01, 03 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: ‘Tofiq Yaqublunun vəziyyəti günü-gündən pisləşir’

by Gozetci 20:58, 02 May 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Həbsdə artıq 32 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublunun 17 kiloqrama yaxın çəki itirdiyi bildirilir.

Bu barədə bu gün, mayın 2-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində Tofiq Yaqublu ilə görüşən vəkil Nemət Kərimli məlumat verib. Vəkil bildirir ki, onun çəkisi artıq 78.9 kq-a düşüb (aclığa başlayanda 95.6 kq açıqlanmışdı):

“Bildirdi ki, yata bilmir. Vəziyyəti pisləşib. Bir qədər söhbət etdik. Söhbət əsnasında iki dəfə nədən danışdığı yadından çıxdı. Vəziyyəti günü-gündən pisləşir”.

Vəkil deyib ki, mayın 6-da Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq:

“Ümid edək ki, məhkəmə humanizm prinsipini rəhbər tutaraq həbs-qətimkan tədbirini dəyişər…”.

Hələlik, müdafiə tərəfinin açıqlamasına Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

20:58, 02 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Yeddi müxalif fəal Tofiq Yaqublu ilə həmrəyliyini bildirdi

by Gozetci 09:36, 30 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublunun həbsxanada başlatdığı aclıq aksiyasına dəstək

 

Aprelin 29-da 7 müxalif fəal həbsdə aclıq aksiyası keçirən Milli Şura üzvü Tofiq Yaqublu ilə həmrəylik aksiyasına başladıqlarını açıqlayıblar.

Müsavat Partiyasının Bakıdakı qərargahında aclığa başladıqlarını vurğulayan həmin müxaliflər T.Yaqublu və digər siyasi məhbus sayılan şəxslərə azadlıq tələb edirlər. Onlar Müsavat Partiyasından Natiq İsrafil, Azərbaycan Demokratik Rifah Partiyasından Hüseyn Məlik, Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) isə Ceyhun Novruzov, Zəkərulla Nağıyev, Təvəkkül Həsənov, İsmayəddin Qasımov və Rövşən Səfərovdur.

Hələlik, məsələyə rəsmi qurumların münasibəti bəlli deyil. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.

AzadlıqRadiosu

09:36, 30 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘İşçi Masası’ fəalı Sara Rəhimovanın saxlanıldığı bildirilir (YENİLƏNİB)

by Gozetci 22:15, 29 Aprel 2025
written by Gozetci

Sara Rəhimova

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Sara Rəhimova sərbəst buraxılıb. Bu barədə onun yaxınları aprelin 30-da məlumat yayıblar.

Sara Rəhimova özü də ona dəstək olan şəxslərə sonradan təşəkkürünü bildirib. Habelə vurğulayıb ki, saxlanılarkən polisin zorakılığına və qanun pozuntularına məruz qalıb.

Onun bu açıqlamasına, hələlik, Daxili işlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

*    *    *

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası idarə heyətinin üzvü Sara Rəhimovanın saxlanıldığı güman edilir.

Yaxınları və təşkilatın üzvlərinin bildirməsinə görə, aprelin 29-dan onunla əlaqə saxlamaq mümkün deyil.

Sara Rəhimova yaxınlarına zorakılıqla saxlanıldığını və polis bölməsinə aparıldığını bildirib.

“Onun Bakı metrosunun “Gənclik” stansiyası ərazisində saxlanıldığı ehtimal edilir. Hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmir. Hazırda onunla əlaqə qurmaq mümkün deyil”, – yaxınları qeyd ediblər.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü hazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

22:15, 29 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: ‘Tofiq Yaqublu deyir ki, yaddaşını tez-tez itirir’

by Gozetci 14:42, 29 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Bu gün, aprelin 29-da vəkil Nemət Kərimli həbsdə aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublu ilə görüşüb.

Vəkilin sözlərinə görə, Tofiq Yaqublu halsız olub. Onun vurğulamasına görə, müxalifətçi müayinə nəticələrini də ona tam çatdıra bilməyib:

“Çəkisi 80.3 kiloqramdır (aclıq aksiyasına başlayanda 94.8 kq açıqlanmışdı), digər həyat üçün lazım olan hallar yadından çıxmışdı. Son gün özünü çox pis hiss edir, deyir ki, başım gicəllənir, yaddaşın tez-tez itirir”.

Hələlik, bu açıqlamaya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

14:42, 29 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘Amnesty International’ Azərbaycanda insan haqlarının kəskin gerilədiyini bildirir

by Gozetci 14:25, 29 Aprel 2025
written by Gozetci

Ötən il Azərbaycanda insan haqları sahəsində kəskin geriləmə baş verib, hakimiyyət müstəqil nəzarətə qadağanı davam etdirib. Müstəqil QHT-lər və media qanunsuz məhdudiyyətlərlə üzləşib, insan haqları müdafiəçiləri, fəallar legitim fəaliyyətlərinə görə həbs olunublar. Bunu “Amnesty International” beynəlxalq insan haqları qurumu aprelin 29-da açıqladığı illik insan haqları hesabatında bildirir.

Qurum 2024-cü ildə Azərbaycanda dinc etirazların qarşısının alındığını, işgəncə və pis rəftarın geniş yayıldığını bildirir.

Ötən ilin noyabrında Azərbaycanda COP29 beynəlxalq iqlim dəyişikliyi konfransının keçirildiyini xatırladan “Amnesty International” Ev Sahibi ilə Razılaşmanın ictimaiyyətə açıqlanmadığını qeyd edir.

“Hakimiyyət nəzarətin təmin olunması səylərini önləyib, beynəlxalq hökumətlərarası qurumlarla, vətəndaş cəmiyyəti, o cümlədən insan haqları mexanizmlərinə fokuslanan təşkilatlarla əməkdaşlıqdan imtina edib. Yanvarda isə hökumət Avropa Şurasından və Avropa İnsan Hüquqları Konvensiyasından çıxmaqla hədələyib”, – hesabatda deyilir.

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Azərbaycan isə Assambleyada səsvermədən əvvəl qurumda iştirakını “qeyri-müəyyən müddətə” dayandırıb, baş verənləri ölkənin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi adlandırıb.

“Amnesty International” hakimiyyətin ötən il 9 fevral növbədənkənar prezident seçkisinin müşahidəçilərinə də məhdudiyyətlər qoyduğunu, müşahidəçilərin bu seçkini real rəqabət olmadığına görə tənqid etdiyini bildirir.

Hakimiyyət təmsilçiləri ölkədə ötən il keçirilən prezident və parlament seçkilərinin demokratik standartlara uyğun təşkil olunduğunu, xalqın iradəsini əks etdirdiyini deyirlər.

Hesabatda daha sonra ötən il həbsdə olan AbzasMedia jurnalistlərinə qarşı əlavə ittihamlar verildiyi, tədqiqatçılar İqbal Məmmədov və Bəhruz Səmədovun vətənə xəyanət ittihamları ilə saxlandığı bildirilir. Həbs cəzalarına məhkum edilən fəallar Ayxan İsrafilov, Coşqun Musayev, digərlərinin adları sadalanır. Sərbəst toplaşma azadlığının sərtliklə və aşırı şəkildə məhdudlaşdırıldığı, dinc etirazlarda iştirak edənlərin həbs olunduğu vurğulanır.

Hökumətin həbsdə olan tənqidçilərinə adekvat tibbi xidmət göstərilmədiyi, onların səhhətinin pisləşməkdə olduğu qeyd edilir. Anar Məmmədli, Ələsgər Məmmədli, Fazil Qasımov, digərlərinin adları sadalanır.

İşgəncə, pis rəftar, cəzasızlıq geniş yayılmaqdadır, – “Amnesty” bildirir. İyulun 3-də Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi Azərbaycanın onlarla əməkdaşlıq etməməsini açıq şəkildə pisləyib.

Azərbaycan hakimiyyətinin bu hesabata münasibəti bəlli deyil. Ancaq indiyədək hakimiyyət təmsilçiləri oxşar tənqidləri rədd edib, ölkədə təməl hüquq və azadlıqların tam qorunduğunu bildiriblər. Prezident İlham Əliyev bu ayın əvvəlində bir tədbirdə “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” kimi qurumların tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməli olduğunu deyib, Azərbaycanın bu qurumların qarayaxma kampaniyaları ilə üzləşdiyini iddia edib. Prezident hakimiyyəti illərində bənzər ittihamları dəfələrlə səsləndirib.

Ancaq illərdir Azərbaycanın beynəlxalq insan haqları reytinqlərində yeri dəyişməz qalır, fundamental insan hüquq və azadlıqların pozulduğu əksər hesabatlarda yer alır.

AzadlıqRadiosu

14:25, 29 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əvəz Zeynallı azadlığa buraxılıb

by Gozetci 17:30, 25 Aprel 2025
written by Gozetci

Əvəz Zeynallı

Xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Əvəz Zeynallı azadlığa buraxılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Əvəz Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.
Xatırladaq ki, Əvəz Zeynallı ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.
Meydan TV
17:30, 25 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç Helsinki Komitəsi Tofiq Yaqublunu azad etməyə çağırır

by Gozetci 17:00, 25 Aprel 2025
written by Gozetci

Tofiq Yaqublu

Norveç Helsinki Komitəsi Azərbaycan hökumətini həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublunu dərhal buraxmağa və tez bir zamanda ona adekvat, müstəqil tibbi yardımı təmin etməyə çağırır.

Bu barədə beynəlxalq insan haqları təşkilatının “Facebook” hesabında bildirilib.
Bəyanatda vurğulanır ki, Yaqublunun səhhəti, yaşı və onilliklər boyu fəaliyyətinin qeyri-zorakı xarakterini nəzərə alaraq, onun azad olunması həm əhəmiyyətli humanitar jest olar, həm də mümkün faciəni önləyə bilər:
“Aclıq aksiyasındakı hər gün onu geri dönüşü olmayan sağlamlıq problemlərinə bir addım da yaxınlaşdırır – onun sağlamlığı təhlükə altındadır”.
AzadlıqRadiosu
17:00, 25 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Məhkəmə qərarı ilə Əvəz Zeynallı tibbi komissiyadan keçiriləcək

by Gozetci 20:16, 24 Aprel 2025
written by Gozetci

Əvəz Zeynallı

Bu gün, aprelin 24-də “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının səhhətinə görə cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.
Əvəz Zeynallı müraciətin baxıldığı Nizami rayon Məhkəməsinə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub.
Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhədətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Əvəz Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Məhkəmə prosesindən sonra xanımı Məlahət Zeynallı deyib ki, Əvəz Zeynallını hələ martda, Novruz bayramından öncə Onkologiya Mərkəzinə aparıb “biopsi” götürüblər, nəticəni bayramdan sonra bildiriblər:
“Bu gün artıq gecdir. Biz zamanla döyüşürük”.
AzadlıqRadiosu
20:16, 24 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ələsgər Məmmədli: ‘Bir avtomobilim var, onun da üzərinə həbs qoyulub’

by Gozetci 20:14, 24 Aprel 2025
written by Gozetci

ToplumTV-nin təsisçisi, media hüququ eksperti Ələsgər Məmmədli deyir ki, onun evindən tapıldığı iddia edilən pulu axtarışı aparanlar özləri gətirmişdilər. Onun sözlərinə görə, evə liftlə qalxanda biri digərinə “əmanət”i avtomobildə unutduğunu söyləyib. Düşüb götürəndən sonra yenidən gəliblər. Ə.Məmmədli aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə danışıb.

Məhkəmədə ToplumTV ilə bağlı cinayət işi üzrə hazırlıq iclası davam edib. Bu işlə bağlı Ə.Məmmədli ilə yanaşı, daha 7 nəfər – III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, ToplumTV-nin jurnalisti Fərid İsmayılov və videoredaktoru Müşfiq Cabbar həbsdədir. Bir nəfər – Elmir Abbasov haqqında da alternativ qətimkan tədbiri seçilib.

Məhkəmənin hazırlıq iclasında vəkillər həbsdə olan jurnalist və fəalların ev dustaqlığına buraxılması, onların haqqındakı cinayət işinə xitam verilməsi barədə vəsatətlər qaldırıblar. Təqsirləndirilən jurnalistlərin özləri isə prokuror Rauf Malışova etiraz verərək onun əvəzlənməsini, psixiatrik ekspertizadan keçirilməsini tələb ediblər.

“AbzasMedia” işi üzrə həbsdəki jurnalistlərin məhkəməsində də prokuror qismində R.Malışovun iştirak etdiyini yada salan jurnalistlər siyasi sifarişli işlərin ona həvalə edildiyini vurğulayıblar.

“Bizim haqqımızda ittihama imza atan Baş prokuror Kamran Əliyevdir. Onu burada kimin təmsil etməyinin mənim üçün heç bir fərqi yoxdur”, – Akif Qurbanov isə belə deyib və vurğulayıb ki, 2020-ci ildə başlamış layihə ilə bağlı ittihama görə 2019-cu ildə əldə etdiyi bağ evinə həbs qoyulub. Cinayət işində belə absurdların çox olduğunu söyləyən A.Qurbanov yada salıb ki, ötən il Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ dondurularkən, onlar da Strasburqda idilər: “Bizi oradan qayıdandan az sonra həbs etdilər. Görünür, bizim də bu prosesdə iştirakımızdan şübhələnirlər. Fikirləşmirlər ki, ölkəni özümüz belə vəziyyətə qoymaqla bu qərara əsas vermişik”.

Təqsirləndirilən fəallardan İlkin Əmrahov deyir ki, cinayət işinin materiallarında onun 2014-cü ildən dəfələrlə xaricə gedib-gəldiyi, qaçaqmalçılıq yolu ilə pul gətirdiyi iddia edilir. Halbuki, onun heç xarici pasportu yoxdur.

“Mənə verdikləri suallar bu olub ki…”

Jurnalist Fərid İsmayılov qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətinə görə həbs edildiklərini vurğulayıb. Məqsəd də təcrid etmək, susdurmaqdır: “Mənə qaçaqmalçılıq barədə heç bir sual verməyiblər. Mənə verdikləri suallar bu olub ki, Akif Qurbanovun kompüterinin parolu nə idi? Əli Kərimli nə ilə dolanır?”.

Alitəhsilli hüquqşünas olduğunu, həbsinədək ADA-nın müəllimi kimi çalışdığını deyən Ələsgər Məmmədli heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanması bir yana, üstəlik, müxtəlif telekanallarda sifarişlə cinayətkar kimi təqdim olunmasına diqqət çəkib.

Ə.Məmmədli ToplumTV-nin internet televiziyası kimi fəaliyyət göstərdiyini, YouTube-da domeni olan hər hansı kanalın gəlir götürə biləcəyini xatırladıb:”Bir avtomobilim var, onun da üstünə həbs qoyulub”.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası cinayət işinə xitam verilməsi, təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması, prokurorun dəyişməsi və s.-lə bağlı vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Təqsirləndirilən jurnalist və fəallara vergidən yayınma ittihamı da verildiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məhkəmə prosesində zərərçəkmiş qismində tanınıb.

ToplumTV işi üzrə məhkəmə prosesi mayın 5-nə təyin olunub.

Xatırlatma

ToplumTV işi üzrə həbslər ötən ilin martından başlanıb. Həmin vaxt bu işlə əlaqədar 7 nəfər qaçaqmalçılıq ittihamıyla həbs olunsa da, Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilmişdi. Ancaq F.İsmayılov bu ilin yanvarında həbs olunub.

Fevralda həmin işlə bağlı jurnalist Şahnaz Bəylərqızı da həbs edilib, amma elə həmin ayın sonunda ev dustaqlığına buraxılıb.

ToplumTV işi üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilənlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

AzadlıqRadiosu

20:14, 24 Aprel 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia