Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Əli Kərimlinin mühafizəçisinin qardaşı da həbs edilib

by Gozetci 22:28, 07 May 2025
written by Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rahil Quliyevin inzibati qaydada 30 sutka həbs edildiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat yayılıb.

Partiyadan bildirildiyinə görə, dünən, mayın 6-dan onunla əlaqə saxlamaq mümkün olmayıb: “Bu gün, mayın 7-də öyrəndik ki, Rahil Quliyev də 30 sutka müddətinə inzibati qaydada həbs olunub”.

Amma AXCP-dən məsələnin detalları açıqlanmayıb.

Rahil Quliyev AXCP sədrinin hazırda 30 sutkalıq inzibati həbsdə olan mühafizəçisi Elnur Quliyevin qardaşıdır.

Hələlik, bu məlumatlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

22:28, 07 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Ülviyyə Əli barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib

by Gozetci 19:41, 07 May 2025
written by Gozetci

Ülviyyə Əli

 

Bu barədə qərarı mayın 7-də Xətai rayon Məhkəməsi çıxarıb.

Ülviyyə Əli “Meydan TV” işi ilə əlaqədar saxlanılıb və o, Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Mayın 7-ə keçən gecə saxlanılan jurnalistin evində axtarış aparılıb, siyirmələr və şkaf rəflərinin qapaqları sındırılıb.

Vəkili Elvin Ələmovun sözlərinə görə, Ülviyyə Əlinin evindən 6 min avro “aşkarlanıb”. Jurnalist bu pulun ona aid olmadığını və evə axtarışa gələn polislər tərəfindən qoyulduğunu bildirib.

Xatırladaq ki, Ülviyyə Əli əvvəllər “Meydan TV işi”ndə şahid kimi ifadə verib və ölkədən çıxışına qadağa qoyulub.

19:41, 07 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: ‘Tofiq Yaqublu artıq su da qəbul edə bilmir’

by Gozetci 15:42, 07 May 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Mayın 7-də vəkil Fəxrəddin Mehdiyev Ədliyyə Nazirliyinin müalicə müəssisəsində həbsdə artıq 37 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublu ilə görüşüb: ”

Tofiq Yaqublu artıq su da qəbul edə bilmir. Deməsinə görə, içdiyi suyu qaytarır. Özü, demək olar, hərəkət edə bilmir. Danışığı ləngiyib. Gözlərində zəiflik var. Mədə ağrılarından çox şikayət edir. Baş gicəllənmələrindən şikayət edir. Çəkisində sürətli itki var, 76 kiloqram 200 qrama düşüb”. (aclığa başlayanda 95.6 kq açıqlanmışdı).

Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə baxılmasının uzadılması, mayın 20-nə saxlanması ona çox pis təsir edib.

F.Mehdiyev düşünür ki, həkim hökmən müdaxilə etməlidir: “Yaxşı olardı ki, həkim Adil Qeybulla yenə ona baş çəksin. Mən vəziyyətin ağırlığına görə ondan xahiş etdim ki, aclıq aksiyasını dayandırsın, amma qəti şəkildə bildirdi ki, aclığı davam etdirəcək… Ağır təəssüratlardır, mənimlə vidalaşanda dedi ki, “ölümün səslərini eşidirəm”…”.

Vəkilin açıqlamasına, hələlik, rəsmi qurumların münasibəti bəlli deyil.

AzadlıqRadiosu

15:42, 07 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Əhməd Məmmədli saxlanılıb

by Gozetci 11:47, 07 May 2025
written by Gozetci

Əhməd Məmmədli

 

Mayın 6-da siyasi fəal Əhməd Məmmədli saxlanılıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, Əhməd Məmmədli Biləcəridə bıçaqlanma ilə nəticələnən mübahisəyə görə saxlanılıb.

DİN-in məlumatında qeyd edilib ki, mayın 6-sı axşam saatlarında Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində Vüqar Dünyamalıyevə qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

“Hadisəni törədən şəxsin Cəlilabad rayonunda anadan olmuş Əhməd Məmmədli olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başladılaraq istintaq aparılır”, – DİN-in məlumatında deyilib.

İctimai fəalın yaxınları isə bildirib ki, Əhməd Məmmədli evinə gedən zaman hücuma məruz qalıb.

“İndi onun kiməsə ağır xəsarət yetirdiyi iddia olunur. Əhməd Məmmədli deyir ki, bu qurama işdir və onun özünü döyüblər. Vəziyyəti ağırdır”, – fəalın yaxınları qeyd edib.

AbzasMedia

11:47, 07 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Uncategorized

“MeydanTV işi” üzrə daha bir jurnalistin saxlanıldığı bildirilir

by Gozetci 10:48, 07 May 2025
written by Gozetci

Ülviyyə Əli

 

Jurnalist Ülviyyə Əlinin (Quliyeva) saxlandığı deyilir

Bu barədə onun yaxınları məlumat yayıb.

Ülviyyə Əlinin “MeydanTV işi” ilə əlaqədar saxlanıldığı qeyd olunur.

Yaxınlarının əlavə etməsinə görə, artıq Ülviyyə Əlinin yaşadığı evdə də axtarış aparılıb. Amma evdən nə götürüldüyü, hələlik, açıqlanmır.

Bütün bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AzadlıqRadiosu

10:48, 07 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxladı

by Gozetci 15:29, 06 May 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Mayın 6-da 9 il azadlıqdan məhrum edilmiş siyasətçi Tofiq Yaqublu barəsində hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya məhkəməsində hakim Zamin İbrahimovun sədrliyilə keçirilən prosesdə vəkillər 36 gündür ölüm aclığı edən Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.

Vəsatət təmin edilməyib və məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib.

🔹 Xatırladaq ki, Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. 2024-cü il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.

Yaqublu həbsinin qanunsuz olduğunu bildirir və azadlığa buraxılmaq tələbilə ölüm aclığı edir.

15:29, 06 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: ‘Görüş çox qısa çəkdi. Tofiq bəy uzanmaq istəyirdi’

by Gozetci 16:43, 05 May 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Bu gün, mayın 5-də vəkil Nemət Kərimli Ədliyyə Nazirliyinin müalicə müəssisəsində həbsdə artıq 35 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublu ilə görüşüb.

Vəkil bildirir ki, T.Yaqublu əvvəlkindən daha ağır hərəkət edir: “Artıq oturub-durmaqda çətinlik çəkir. Bildirdi ki, artıq yata bilmir… Bədənin ağrılarından şikayət edir. Yaddaşında itkilər, zəiflik var. Görüş çox qısa, təxminən 15 dəqiqə çəkdi, çünki Tofiq bəy otura bilmirdi və uzanmaq istəyirdi. Sabah, mayın 6-da Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılacaq. Məhkəmə prosesini müzakirə etdik”.

Hələlik, müdafiə tərəfinin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

16:43, 05 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi”: Hakim heç bir vəsatəti təmin etməyib

by Gozetci 16:00, 05 May 2025
written by Gozetci

Mayın 5-də “Toplum TV işi” üzrə hazırlıq məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin həbs qətimkan müddətlərinin uzadılmaması, habelə polisin axtarışı zamanı götürülmüş əşyaların qaytarılması haqda vəsatətlər veriblər.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin vəkili onun səhhətilə əlaqədar həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda da vəsatət verib.

Hakim həbslə bağlı vəsatətləri təmin etməyib.

Axtarış zamanı götürülən şəxsi əşyaların isə sahiblərinə qaytarılacağı bildirilib.

Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.

Xatırlatma

2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.

Ümumilikdə “Toplum TV işi” üzrə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbs ediliblər.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

AbzasMedia

16:00, 05 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi “Azadlıq radiosu” və “Amerikanın Səsi”nin əleyhinə qərarlar verib

by Gozetci 15:29, 05 May 2025
written by Gozetci

ABŞ Apellyasiya Məhkəməsi aşağı instansiyanın “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi”nə vəsait köçürülməsi barədə qərarının icrasını dayandırıb.

Bu qərarlar mayın 1-də və 3-də Vaşinqtonda yerləşən üç hakimdən ibarət heyət tərəfindən verilib.

Bu, “Azadlıq Radiosu”nun büdcəsinin qeyri-müəyyən vəziyyətdə qalması, eləcə də onun yayımlama və nəşr fəaliyyətini davam etdirmək imkanlarının sual altına düşməsi deməkdir.

“Azadlıq Radiosu” martın 14-dən bəri ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə hüquqi müstəvidə çəkişmə halındadır.

Həmin gün Prezident Tramp USAGM-nin “müvafiq qanunvericiliyə uyğun mümkün olan maksimum həddə” ixtisar olunmasını nəzərdə tutan sərəncam imzalamışdı.

Sözügedən sərəncam təkcə USAGM-yə deyil, həm də “Amerikanın Səsi”, “Azadlıq Radiosu” və Konqres maliyyəsi ilə fəaliyyət göstərən digər media qurumlarının – məsələn, Azad Asiya Radiosu (Radio Free Asia), Yaxın Şərq Yayım Şəbəkələri (Middle East Broadcasting Networks) və digər oxşar təşkilatların fəaliyyətinə təsir göstərib.

“Amerikanın Səsi” federal qurum olduğu halda, “Azad Avropa/Azadlıq Radiosu”, “Azad Asiya Radiosu” və Yaxın Şərq Yayım Şəbəkələri özəl, qeyri-kommersiya təşkilatlarıdır.

“Azadlıq Radiosu” dondurulmuş büdcə vəsaitlərinin azad edilməsi üçün ABŞ Qlobal Media Agentliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Aprelin 29-da ABŞ-ın Federal Dairə Məhkəməsinin hakimi Roys Lambert “Azadlıq Radiosu”nun xeyrinə müvəqqəti qadağanedici qərar çıxarıb. O, qərarında qeyd edib ki, vəsaitlərin “Azadlıq Radiosu”na ayrılması barədə göstərişi Konqres verib və Prezident Tramp həmin vəsaitlərin ayrılmasını nəzərdə tutan büdcə qətnaməsini qanun olaraq imzalayıb. Hakimin qərarı ilə “Azadlıq Radiosu” üçün nəzərdə tutulan vəsaitlərin ödənilməsinə göstəriş verilib.

Lakin mayın 1-də Kolumbiya Dairəsi üzrə ABŞ Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət heyəti 2-1 səs nisbətilə Lambertin qərarının icrasını dayandırıb.

Hakimlər heyəti bildirib ki, məhkəmədə USAGM-i təmsil edən ABŞ Ədliyyə Nazirliyinin vəkillərinin təcili müraciətlərini dinləmək üçün “kifayət qədər imkan” yaratmaq istəyirlər.

Dayandırma qərarı “heç bir halda həmin müraciətlərin mahiyyəti üzrə qərar kimi yozulmamalıdır”, — deyə hakimlər heyəti bildirib.

Heyətdə iki hakim keçmiş prezident Tramp, biri isə Barak Obama tərəfindən təyin edilib.

Əgər bu qərardan apellyasiya şikayəti verilərsə, “idarəetmə dayandırılması” qərarının qüvvədə qalıb-qalmamasına Kolumbiya Dairəsi Apellyasiya Məhkəməsinin daha geniş heyəti baxacaq.

“Amerikanın Səsi” ilə bağlı vəziyyət isə daha da qarışıqdır. “Azadlıq Radiosu”nun işinə də baxan hakim Lambert aprelin 22-də Tramp administrasiyasına “Amerikanın Səsi”  əməkdaşlarının vəzifələrinə bərpa olunması üçün “bütün zəruri addımların atılması” göstərişini verib.

Mayın 2-də isə ABŞ Qlobal Media Agentliyi (USAGM) yüzlərlə əməkdaşa elektron məktub göndərərək onları yaxın günlərdə işə qayıtmağa hazırlaşmağa çağırıb.

Lakin bir gün sonra, mayın 3-də apellyasiya heyəti hakim Lambertin “Amerikanın Səsi” əməkdaşlarının işə qaytarılması barədə qərarının icrasını dayandırıb.

Mayın 3-də verilmiş bu qərar “Azadlıq Radiosu”na birbaşa təsir göstərməsə də, məhkəmə prosesi davam etdikcə hüquqi nəticələri ola bilər.

“Amerikanın Səsi” və digər federal maliyyə ilə çalışan yayımçılar Tramp administrasiyasının sərəncamından ciddi şəkildə təsirləniblər və həmin sərəncama qarşı paralel məhkəmə iddiaları qaldırıblar.

“Amerikanın Səsi” 1942-ci ildə yaradıldığından bəri ilk dəfə olaraq nəşr və yayımını dayandırıb və demək olar ki, bütün əməkdaşlarını ödənişli məzuniyyətə göndərməyə məcbur olub.

“Azad Asiya Radiosu” bildirib ki, ixtisara göndərilmiş əməkdaşlar da daxil olmaqla, demək olar ki, bütün heyəti mayın 9-dan etibarən işdən çıxarılacaq.

“Azad Avropa/Azadlıq Radiosu” isə yayım və nəşrləri davam etdirir.

Lakin qurum onlarla əməkdaşını məzuniyyətə göndərib, bir çox frilanser müqavilələrini ləğv edib və azalan büdcə vəsaitlərini daha uzun müddətə yetirmək üçün digər qənaət tədbirləri görüb.

AbzasMedia

15:29, 05 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İmran Əliyev və Elgiz Qəhrəmanın məhkəməsi başlayır

by Gozetci 10:44, 03 May 2025
written by Gozetci

İmran Əliyev və Elgiz Qəhrəman

 

məclis.info saytının rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmanın işi üzrə istintaq yekunlaşıb, baxılması üçün məhkəməyə göndərilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin icraatına verilib.

Bu barədə onların yaxınları məlumat verib. Məhkəmənin ilk iclasının mayın 20-nə təyin edildiyi bildirilir.

İmran Əliyev ötən il aprelin 18-də həbs edilib. Elgiz Qəhrəman isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma-qətimkan tədbiri seçilib.

İmran Əliyev ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Sonradan ona qarşı əlavə maddələrlə də ittiham irəli sürülüb. Hazırda hər iki şəxs də maliyyə və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərini ehtiva edən səkkiz ağır maddə ilə ittiham olunur. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Onlar ittihamları qəbul etmir.

AzadlıqRadiosu

10:44, 03 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia