Vəkil: ‘Görüş çox qısa çəkdi. Tofiq bəy uzanmaq istəyirdi’

by Gozetci

Tofiq Yaqublu

 

Bu gün, mayın 5-də vəkil Nemət Kərimli Ədliyyə Nazirliyinin müalicə müəssisəsində həbsdə artıq 35 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublu ilə görüşüb.

Vəkil bildirir ki, T.Yaqublu əvvəlkindən daha ağır hərəkət edir: “Artıq oturub-durmaqda çətinlik çəkir. Bildirdi ki, artıq yata bilmir… Bədənin ağrılarından şikayət edir. Yaddaşında itkilər, zəiflik var. Görüş çox qısa, təxminən 15 dəqiqə çəkdi, çünki Tofiq bəy otura bilmirdi və uzanmaq istəyirdi. Sabah, mayın 6-da Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılacaq. Məhkəmə prosesini müzakirə etdik”.

Hələlik, müdafiə tərəfinin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

You may also like