Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Fərid İsmayılov təcridxanada ölümlə hədələndiyini deyir

by Gozetci 10:02, 30 Sentyabr 2025
written by Gozetci

Fərid İsmayılov

 

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov saxlanıldığı Bakı İstintaq Təcridxanasında həyatının təhlükədə olduğunu deyir.

Jurnalist bununla bağlı sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdəki çıxışında bildirib.

Fərid İsmayılov yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini qeyd edib.

Onun sözlərinə görə, hadisə sentyabrın 23-ü  Penitensiar Xidmət işçilərinin gözü önündə baş verib:

“Tibb məntəqəsinə aparılarkən məhkumlardan biri mənə stəkan atdı. Penitensiar işçiləri önümə keçdi və stəkanın mənə dəyməsinin qarşısını aldı. Amma təkidlərimə baxmayaraq hadisə aktlaşdırılmayıb”.

Jurnalistin bildirməsinə görə, hadisədən dərhal sonra vəkili ilə görüşüb və məhkumun otağının dəyişdirilməsi, onunla rastlaşmamasının təmin olunması tələb edib , amma müraciət həllini tapmayıb.

“Sentyabrın 24-ü oxşar hadisə təkrarlanıb. Bu dəfə isə digər həmin məhkum mənə isti su atmağa cəhd etdi. Penitensiar işçilərinin müdaxiləsi ilə hadisənin qarşısı alındə. Məsələ kökündən həll olunmamış qalmaqdadır”, – F.İsmayılov vurğulayıb.

Jurnalist əlavə edib ki, sentyarın 25-i sözügedən məhkum ona zərər verə bilmədiyi üçün aqresivləşib və öz bədəninə kəsici alətlə zərər vurub: “Bunların edərkən mənə zərər verəcəyini dedi və məni təhqir etdi”.

Fərid İsmayılov məsələ həll olunmadıqca bunun qəsdən baş verdiyini və təxribat üçün baş verənlərə şərait yaradıldığını düşündüyünü söyləyib.
Məsələ ilə bağlı İsmayılovun anası Məlahət İsmayılova Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayaraq oğlu üçün narahatlığını çatdırıb. Ona müraciətə yalnız 30 iş gününə baxılacağı bildirilib. Anası isə təcili tədbir görülməsini tələb edir:

“Məsələ həll olunmadıqca qorxuram ki, oğlumun başına dəhşətli bir hadisə gəlsin”.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

10:02, 30 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi”: İstintaq sübutları saxtalaşdırıb

by Gozetci 09:36, 30 Sentyabr 2025
written by Gozetci

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclasdakı çıxışına davam edib.

Ələsgər Məmmədli bu dəfəki çıxışında şəxsinə və “Toplum TV”-yə qarşı irəli sürülən ittihamlara cavab verib.

O, ilk olaraq qeyd edib ki, “Toplum TV”-nin dövlət qeydiyyatından keçməməsi iddiası ittiham tərəfinin media sahəsindəki hüquqi tənzimləmədən “xəbərsizliyini göstərir”.

““Toplum TV” bir domen adıdır. Beynəlxalq Kommunikasiya Assosiasiyasının qaydalarına görə, domen adları beynəlxalq və ya ölkə kodları ilə ola bilər. Məsələn: “com”, “org”, “net”, “info”, “tv” və s. kimi domenlər beynəlxalq domen adlarıdır. Onlar internet üzərindən onlayn qaydada fərdi “e-mail” göstərərək, 8-10 dollar ödəyərək “whois.com” domenindən alına bilir. Bunun hər hansı digər prosessual qaydası və ya dövlət qeydiyyatı nəzərdə tutulmur”, – ekspert bildirib.

Ələsgər Məmmədli “Toplum TV” yarandığı vaxt mövcud olan və sonradan qüvvəyə minən qanunların da bu media orqanının dövlət qeydiyyatından keçməsini tələb etmədiyini deyib.

““Toplum” TV domeni 2016-cı ilin aprelində alınıb və internet səhifəsi 2017-ci ildə yaradılıb. O dövrdə Azərbaycanda media fəaliyyətini hüquqi tənzimləyən qanunvericilik aktları “Kütləvi İnformasiya Vasitələri” haqqında Qanun və “Televiziya və Radio yayımı” haqqında Qanun olub. 1999-cu ildə qəbul edilən “KİV” haqqında Qanun yalnız çap mediasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyətə başlamadan 1 həftə öncə xəbərdarlıq etməklə qeydiyyatını nəzərdə tutur. İnternet üzərində və domen adları ilə daxil olunan resursların qeydiyyatı nəzərdə tutulmayıb”, – o izah edib.

“2022-ci ildə “Media haqqında” Qanun qəbul edilib. Həmin qanunda da sadəcə domen adı “tv” olan və ya onlayn televiziya kimi özünü adlandıran qurumların “dövlət qeydiyyatı” nəzərdə tutulmur. Yeni qanun “platforma yayımçısı” anlayışı gətirib. Lakin bu adda fəaliyyət göstərən yayımçılar yalnız ən az gündə 8 saat canlı kəsintisiz yayımla məşğul olarsa, müraciət edib rəsmi qeydiyyatdan keçə bilərlər. “Toplum.TV” heç vaxt 8 saat gündəlik yayımla məşğul olmadığına görə bu kriteriyaya uyğun gəlmir”, – hüquqşünas əlavə edib.

Ələsgər Məmmədli daha sonra ittiham tərəfinin onun “Toplum TV” adından layihələr yazıb xarici təşkilatlardan qrantlar alması iddiasına aydınlıq gətirib. O, ittihamı əsassız adlandırıb.

Onun sözlərinə görə, istintaq onun müxtəlif qurumlarla ekspert kimi bağladığı xidmət müqavilələrini qrant adı ilə təqdim etməklə sübutları saxtalaşdırıb.

Ələsgər Məmmədli həm də vurğulayıb ki, “Toplum TV”-nin bir kommersiya fəaliyyəti olmayıb, hər hansı gəlir gətirməyib.

“Sadəcə jurnalist olmaq və təlimlərdə jurnalist peşəsinə yiyələnmək istəyən gənclərin praktiki vərdişlərini həyata keçirmə platforması olub. İctimai qaydada heç bir maddi gəlir gətirməyən və ayrı-ayrı şəxslərin könüllü fəaliyyəti olub. Mənim buradakı fəaliyyətim sadəcə Toplum.tv domeni almaq olub”, – o bildirib.

Daha sonra çıxış edən “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükələr olduğunu deyib.

Fərid İsmayılov yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini qeyd edib.

Onun sözlərinə görə, hadisə sentyabrın 23-ü  Penitensiar Xidmət işçilərinin gözü önündə baş verib:

“Tibb məntəqəsinə aparılarkən məhkumlardan biri mənə stəkan atdı. Penitensiar işçiləri önümə keçdi və stəkanın mənə dəyməsinin qarşısını aldı. Amma təkidlərimə baxmayaraq hadisə aktlaşdırılmayıb”.

Jurnalistin bildirməsinə görə, hadisədən dərhal sonra vəkili ilə görüşüb və məhkumun otağının dəyişdirilməsi, onunla rastlaşmamasının təmin olunmasını tələb edib, amma müraciət həllini tapmayıb.

“Sentyabrın 24-ü oxşar hadisə təkrarlanıb. Bu dəfə isə digər həmin məhkum mənə isti su atmağa cəhd etdi. Penitensiar işçilərinin müdaxiləsi ilə hadisənin qarşısı alındə. Məsələ kökündən həll olunmamış qalmaqdadır”, – F.İsmayılov vurğulayıb.

Jurnalist əlavə edib ki, sentyabrın 25-i sözügedən məhkum ona zərər verə bilmədiyi üçün aqressivləşib və öz bədəninə kəsici alətlə zərər vurub: “Bunları edərkən mənə zərər verəcəyini dedi və məni təhqir etdi”.

Fərid İsmayılov məsələ həll olunmadıqca bunun qəsdən baş verdiyini və təxribat üçün baş verənlərə şərait yaradıldığını düşündüyünü söyləyib.

Məsələ ilə bağlı İsmayılovun anası Məlahət İsmayılova Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayaraq oğlu üçün narahatlığını çatdırıb. Ona müraciətə yalnız 30 iş günündə baxılacağı bildirilib. Anası isə təcili tədbir görülməsini tələb edir:

“Məsələ həll olunmadıqca qorxuram ki, oğlumun başına dəhşətli bir hadisə gəlsin”.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

09:36, 30 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ülvi Həsənlinin həyat yoldaşının ölkədən çıxışına qadağa qoyulub

by Gozetci 12:14, 29 Sentyabr 2025
written by Gozetci

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyevanın ölkədən çıxışına qadağa qoyulub.

“Abzas Media”nın məlumatına görə, R.Quliyeva sentyabrın 28-də həyat yoldaşının  namizəd olduğu Vatslav Havel İnsan Haqları Mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa uçmalı idi. Lakin Bakıda hava limanında pasport yoxlanışı zamanı ona Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyduğu bildirilib.

Qadağanın nə ilə bağlı olduğu barədə isə heç bir izahat verilməyib.

“Abzas Media işi” üzrə istintaq və məhkəmə başa çatıb və Ülvi Həsənli də daxil olmaqla təqsirləndirilən şəxslərə hökm oxunub.

Rübabə Quliyeva məsələ ilə bağlı “Abzas Media işi”nin istintaqını aparan Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılovla əlaqə saxlasa da, müstəntiq qadağadan xəbərsiz olduğunu və araşdıracağını bildirib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.

Toplum TV 

12:14, 29 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Anar Məmmədlinin səhhəti pisləşib

by Gozetci 15:28, 27 Sentyabr 2025
written by Gozetci

Anar Məmmədli

 

Məmmədli 17 aydır ki, keyfiyyətli həkim müayinəsi ilə təmin edilmir

Bu barədə Anar Məmmədlinin valideynləri onunla 26 sentyabrda görüşdükdən sonra bildiriblər.

Ailəsinin Məmmədliyə istinadən verdiyi məlumata əsasən, Məmmədli diz oynağının artrozu-qonartroz xəstəliyindən əziyyət çəkir və xəstəlik hazırda kəskinləşib. O, addım atmaqda çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Məmmədlinin ailə üzvlərinin revmatoloq və travmatoloqlarla apardıqları məsləhətləşmələrindən sonra xəstəliyin bursit (oynaqdaxili bursa kisəsinin iltihabı) və sinovit (oynaqdaxili sinovial qişanın iltihabı) ilə əlaqəli ola biləcəyi bildirilib. Həkimlər ayaqda şiş, qızartı və temperatur artımını da bununla izah ediblər.

Həkimlərin tövsiyəsinə əsasən, belə xəstələr mütəmadi olaraq nəzarətdə saxlanılmalı, MRT, rentgen və laborator müayinələrdən keçməlidir. Lakin Məmmədli artıq 17 aydır ki, heç bir keyfiyyətli və lazımi tibbi müayinələrdən keçirilmir. Onun vəkillərinin mülki xəstəxanada hərtərəfli müayinələr aparılması üçün dəfələrlə etdiyi müraciətlərə rədd cavabı verilib.

Ailəsinin sözlərinə görə, hüquq müdafiəçisinin saxlanıldığı rütubətli və nəm şərait də onun ağrıları və iltihabi prosesinı daha da ağırlaşdırır.
Məmmədli normal saxlanma şəraiti, təcili tibbi müayinə və müalicə ilə təmin edilməsə, onun davam edən məhkəmə proseslərində iştirakı səhhəti ilə əlaqəli olaraq mümkünsüz ola bilər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, hüquq müdafiəçisi Anar Məmmədli 29 aprel 2024-ci ildə Azərbaycanda media və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı aparılan repressiyalar çərçivəsində həbs edilib. Məmmədli öz həbsini Azərbaycanda müstəqil yerli seçki müşahidəçiliyi, icma quruculuğu və hüquq müdafiəsi sahəsindəki müstəqil fəaliyyətləri ilə əlaqələndirir.

Beynəlxalq insan haqları təşkilatları Məmmədlini siyasi məhbus hesab edir, onun dərhal azad olunmasını və hüquqlarına hörmət olunmasına dair çoxsaylı çağırışlar ediblər.

Full link to the text in English

15:28, 27 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media”nın qadın jurnalistləri Lənkərandakı həbsxanaya köçürülüb

by Gozetci 12:20, 26 Sentyabr 2025
written by Gozetci

Nərgiz Absalamova, Seven Vaqifqızı və Elnarə Qasımova

 

Sentyabrın 25-də “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüblər.

Bu barədə “Abzas Media”ya jurnalistlərin yaxınları məlumat verib.

Onların sözlərinə görə, jurnalistlər Bakı İstintaq Təcridxanasından köçürülən zaman rəis müavini Cavid Gülalıyev tərəfindən Nərgiz Absalamovaya qarşı kobudluq edilib.

Yaxınlarının bildirdiyinə görə, köçürülmə prosesi qəfil olub:

“Səhər saat 9-da onlara deyiblər ki, 1 saata hazır olun. Lənkərana çatana qədər hara aparıldıqlarını bilməyiblər.”

Jurnalistlər Bakıdan Lənkərana iki-üç saatlıq məsafənin yaxınları ilə görüşlər üçün ciddi çətinlik yaratdığını bildirirlər.

Onlar başqa rayonda yerləşən müəssisəyə köçürülməyi məhz yazılarına görə olduğunu deyirlər.

Xatırladaq ki, iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

12:20, 26 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

BMT təmsilçisi Anar Məmmədli ilə bağlı çağırış etdi

by Gozetci 20:49, 23 Sentyabr 2025
written by Gozetci

Michel Forst

 

Aşağıda 19 sentyabr 2025‑ci il tarixli “Aarhus Konvensiyası üzrə Ekoloji Müdafiəçilərin Xüsusi Məruzəçisi” Michel Forst tərəfindən Azərbaycan Baş Prokuroru Kamran Əliyevə ünvanlanan məktubunu təqdim edirik.

Məktubun əsas məzmunu:

Məktub Aarhus Konvensiyasının (“İnformasiya əldə etmək, qərar qəbuletməsində ictimai iştirak və ekoloji məsələlərdə ədalətə çıxış”) 3‑cü maddəsinin 8‑inci bəndinə istinad edir. Bu bəndə görə, konvensiyaya üzv ölkə şəxslərin bu konvensiyanın tələblərinə uyğun hüquqlarını həyata keçirdikləri üçün heç bir təzyiqə, cəzaya, təqibə və ya narahatlığa məruz qoyulmamalıdır.

Məktub ekoloji müdafiəçi statusunda olan Anar Məmmədlinin işi ilə bağlıdır. Anar Məmmədli “Climate for Justice” təşəbbüsünün həmtəsisçisidir və Azərbaycan hökumətinin COP29‑a hazırlıq proseslərində, ekoloji ədalət tədbirlərində fəal iştirak edib.

Məktubda qeyd olunur ki, A. Məmmədli barəsində 2024‑cü ilin aprelində Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə ittiham irəli sürülüb və 2025‑ci ildə əlavə altı ittiham əlavə edilib.

Məktub müəllifi onun barəsindəki məhkəmə prosesinin, xüsusilə mühakiməyə hazırlıq dövrünün (pre‑trial detention) uzadılması, apellyasiya məhkəmələrinin bu uzadılmaları təsdiqləməsi və onun azadlıqdan məhrum edilmə halları ilə bağlı narahatlıqlarını ifadə edir.

Məruzəçi onu da vurğulayır ki, bu cəza tədbirləri və proseslər həm konvensiyanın, həm beynəlxalq insan hüquqları normalarının tələblərinə uyğun olmalıdır — xüsusən məzmun üzrə ittihamların məqsədi, adekvatlığı, cəzanın ölçüsü və motivasiyası diqqətlə qiymətləndirilməlidir.

Məktub Azərbaycan tərəfinə çağırış edir ki, Anar Məmmədlinin hüquqları pozulmamalıdır, ona qarşı ittihamlar geri götürülsün, məhkəmə proseduru ədalətli və beynəlxalq tələblərə uyğun aparılsın, onun istintaq dövründə azadlıqda olması təmin edilsin.

Azadlıq qəzeti

20:49, 23 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Aytac Tapdığınn həbs müddəti artırılıb

by Gozetci 13:19, 23 Sentyabr 2025
written by Gozetci

Aytac Tapdıq

 

“Meydan TV işi” üzrə ittiham olunan jurnalist Aytac Əhmədovanın (Tapdıq) da həbs müddəti daha 3 ay artırılıb.

Sentyabrın 22-də Xətai Rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar verilib və jurnalist barəsində çıxarılan həbs qətimkan tədbirinin müddəti 2026-cı il yanvarın 6-dək uzadılıb.

Xatırladaq ki, ötən ilin dekabrında “Meydan TV”yə qarşı başlanmış polis əməliyyatı nəticəsində bir neçə jurnalist saxlanılıb. İlk mərhələdə Aytac Tapdıq, Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs olunublar.

Daha sonra bu ilin fevral və may aylarında “Arqument az” saytının baş redaktoru Şəmşad Ağayev, həmçinin jurnalistlər Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı və Ülviyyə Quliyeva (Əli) eyni iş üzrə saxlanılıb. Avqustun 28-də isə jurnalist Əhməd Muxtarın da bu iş çərçivəsində həbs olunduğu bildirilib.

Jurnalistlər əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan qrup şəklində törədildikdə) ilə ittiham olunublar. Avqust ayında isə ittihamlar daha da ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, qaçaqmalçılıq, vergidən yayınma və sənəd saxtalaşdırma maddələri əlavə edilib.

Saxlanılan jurnalistlər bütün ittihamları rədd edir, onların siyasi sifarişlə hədəfə alındığını və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

AbzasMedia

13:19, 23 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edib

by Gozetci 20:12, 22 Sentyabr 2025
written by Gozetci

Anar Məmmədli

 

22 sentyabr 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin (SMDT) həmtəsisçi sədri Anar Məmmədli müdafiə çıxışı edib. O, irəli sürülmüş ittihamları əsassız və siyasi motivli adlandıraraq, prosesi “hüquqi” yox, “rejimin qurduğu siyasi tamaşa” kimi qiymətləndirib.

Məmmədli xatırladıb ki, 2013-cü ildə ona qarşı eyni maddələr və eyni faktlar toplusu ilə aparılan cinayət təqibi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 19 aprel 2018-ci il tarixli “Məmmədli Azərbaycana qarşı” qərarı ilə siyasi sifarişli və hüquqdan sui istifadə kimi qiymətləndirilib.

Anar Məmmədli çıxışında məhkəmə prosesinin ədalətli məhkəmə araşdırması standartlarına cavab vermədiyini vurğulayıb. O, bildirib ki, AİHM “Məmmədli Azərbaycana qarşı” qərarı artıq hüquqi presedent yaradıb və həmin qərarda onun əvvəlki məhkumluğunun siyasi sifariş olduğu sübut edilib.

Məmmədli sual edib ki, əgər eyni faktlar toplusu üzrə AİHM “əsaslı şübhə yoxdur” qərarına gəlibsə, hazırkı proses əvvəlkindən nə ilə fərqlənir?

Məmmədli öz çıxışında həm birinci, həm ikinci həbsinin ölkədə keçirilən qeyri demokratik seçki monitorinqi barədə tənqidi hesabatlarından sonra həyata keçirildiyini təsadüfü ardıcıllıq yox, hökümətin siyasi qisas motivləri ilə izah edib və məhkəməni AİHM presedentini tətbiq edərək hüququn aliliyini qorumağa və eyni səhvləri təkrarlamamağa çağırıb. Məmmədli AİHM-in 2018-ci il Məmmədli Azərbaycana qarşı qərarının azərbaycanca tərcüməsini məhkəməyə təqdim edib. O, məhkəmədən ittihamların siyasi motivli olduğunu etiraf edib ədalətli mövqe ortaya qoymağı tələb edib.

Məmmədli məhkəmə çıxışında xüsusi olaraq qeyd edib ki, ittiham aktında onun “əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş” şəxs kimi təqdim olunması hüquqi baxımdan əsassızdır və siyasi motiv daşıyır. O xatırladıb ki, 2013-cü ildə barəsində açılmış cinayət işi artıq Avropa İnsan Hüquqları Məhkəməsinin 2018-ci il qərarı ilə qanunsuz və siyasi motivli elan olunub. AİHM müəyyən edib ki, Məmmədlinin həbsi “əsaslı şübhə” standartına cavab verməyib, başqa sözlə əsassız şübhəyə söykənib, məhkəmələr effektiv nəzarət həyata keçirməyib və həbsin əsl məqsədi onun fəaliyyətinə görə susdurulması olub. Bu qərar əsasında Azərbaycan dövləti ona təzminat ödəyib, lakin əsas məsələ – bəraətin verilməsi – bu günə qədər təmin edilməyib. Məmmədli vurğulayıb ki, Azərbaycan hökuməti artıq 7 ildir Avropa Şurasının Nazirlər Komitəsini aldadaraq, guya bəraətin veriləcəyi barədə vədlər versə də, qərarın icrasını təmin etməyib. Halbuki, AİHM-in qərarına görə, onun əvvəlki “məhkumluğu” öz hüquqi nəticələrini itirməli, Ali Məhkəmə tərəfindən bəraət qərarı çıxarılmalı idi.

Onun sözlərinə görə, ittiham aktında hələ də əvvəlki məhkumluğun göstərilməsi təkcə daxili qanunvericiliyə deyil, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə və AİHM qərarlarının icrasına açıq-aşkar ziddir. Bu, dövlətin qeyri-ciddi və qanunsuz fəaliyyətinn növbəti özü-özünü ifşasıdır.

Çıxışında ittiham aktının absurdluğunu vurğulayan Məmmədli qeyd edib ki, sənəd elementar hüquq və dil qaydalarına zidd, dolaşıq, hüquqi məzmundan məhrum uzun-uzadı cümlələrlə qurulub. Məmmədli qeyd edib ki, 8 aprel 2025-ci ildə elan olunmuş ittihamın əsası cəmi üç cümlədə ifadə olunur: birincisi 224 sözdən, ikincisi 554 sözdən ibarətdir; üçüncü cümlə isə 12 səhifəlik – təqribən 6.370 sözdür. Məmmədli bu qədər dolaşıq və hədsiz uzun cümlələrin hüquqi sənəd yox, “səlnaməçi-mətn” təsiri bağışladığını vurğulayıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinin 2018-ci ildə çıxardığı “Məmmədli Azərbaycana qarşı” qərarını xatırladaraq bildirib ki, həmin qərarda da ittiham aktlarının aydınlıq və nizam-intizamdan məhrum olması xüsusi vurğulanmışdı. Məmmədli qeyd edib ki, əgər 2013-cü ildə bir səhifəlik uzun cümlə “ittiham” hesab olunurdusa, bu gün artıq “12 səhifəlik cümlə” yazmaq təcrübəsi “inkişaf etdirilib”. Onun sözlərinə görə, bu, yalnız repressiv praktikanın davamlılığını deyil, həm də bu repressiyanı həyata keçirənlərin məntiqsizliyinin getdikcə böyüdüyünü göstərir.

Məmmədlinin sözlərinə görə, bu, Azərbaycan hüquq-mühafizə sistemində Sovet dövründən miras qalmış repressiv düşüncə tərzinin davamıdır. Məmmədli hazırkı ittihamları sovet dövrünün repressiv məhkəmələri ilə müqayisə edib. O qeyd edib ki, necə ki, 1974-cü ildə sovet müstəntiqləri Aleksandr Soljenitsının “Qulaq Arxipelaqı” əsərinə görə onun ədəbi çevrəsi ilə məktublaşmasını və material toplamasını “koordinasiya olunmuş antisovet fəaliyyət” kimi qələmə verirdilərsə, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülən “mütəşəkkil dəstə” ittihamı da həmin məntiqin davamıdır.

Məmmədli çıxışında SMDT-nin qeydiyyatsız fəaliyyətinin də ittihamın əsas motivinə çevrilməsini hüquqi absurd adlandırıb. O, xatırladıb ki, həm Azərbaycan qanunvericiliyi, həm də AİHM qərarları QHT-lərin dövlət qeydiyyatı olmadan da fəaliyyətinin hüquqiliyini tanıyır. Dövlətin beynəlxalq hesabatlarında bu mövqeni açıq şəkildə qəbul etdiyi halda, məhkəmədə bunun cinayət kimi təqdim olunmasını “ikili standart” və “hüquqi böhran” adlandırıb. Məmmədli xatırladıb ki, Azərbaycan hökuməti artıq 2008-ci ildə Seçkilərin Monitorinqi Mərkəzinin qeydiyyatını ləğv edib, 2009-cu ildə isə yeni təsis edilmiş SMDT-nin qeydiyyata almaqdan imtina edib. Avropa İnsan Hüquqları Məhkəməsi bu addımları qanunsuz sayaraq, “Seçkilərin Monitorinqi Mərkəzi və Başqaları Azərbaycana qarşı” (02.12.2021, Ərizə № 64733/09) və “SMDT Azərbaycana qarşı” (12.01.2023, Ərizə № 70981/11) qərarları ilə Azərbaycan dövlətinin hər iki təşkilatı qeydiyyata almaq öhdəliyini təsbit edib.

Məmmədli vurğulayıb ki, “QHT-lər haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, ictimai birliklər dövlət qeydiyyatı olmadan da təsis edilə və fəaliyyət göstərə bilər. Hətta Azərbaycan hökuməti 2022-ci ildə Avropa Şurası Nazirlər Komitəsi qarşısında rəsmi şəkildə bəyan edib ki, QHT-lərin qeydiyyatı könüllü xarakter daşıyır və ölkədə qeydiyyatsız fəaliyyət göstərən təşkilatlar da mövcuddur. Məmmədli bildirib ki, dövlətin beynəlxalq platformalarda “qeydiyyat könüllüdür” mövqeyini müdafiə etməsinə baxmayaraq, daxildə bu mövqe tam əksinə tətbiq olunur və qeydiyyatsız fəaliyyət cinayət kimi qələmə verilir.

Daha sonra Məmmədli əlavə edib ki, SMDT qeydiyyata alınmaq üçün bütün hüquqi yolları sınayıb və AİHM-də qalib gəlib, lakin dövlət qəsdən qeydiyyatı təmin etməyib. Belə olduğu halda, qeydiyyatsızlığın məsuliyyətini SMDT-yə yox, Azərbaycan hakimiyyətinə aid etmək olar.

Çıxışında bu ittihamların absurdluğunu Sovet repressiyalarına bənzədən Məmmədli qeyd edib ki, necə ki, 1964-cü ildə Leninqradda Dzerjinski Rayon Məhkəməsi gənc şair İosif Brodskini “müftəxorluq” ittihamı ilə məhkəməyə çıxarmışdı, indi də SMDT-nin qeydiyyatsız fəaliyyətini cinayət kimi təqdim etməklə, Azərbaycan istintaq orqanları sovet müstəntiqlərinin repressiv təfəkkürünü təkrarlayır.

Anar Məmmədli əvvəlki qanunsuz məhkumluğunun götürülməsini və Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin (SMDT) qeydiyyatını tələb edən AİHM qərarlarının icra edilməməsi ilə bağlı tələb edib ki, bu qərarların icrasına məsul tərəflər – Azərbaycan Ali Məhkəməsinin sədri və Azərbaycanın AİHM yanında nümayəndəsi prosesə çağırılsın və onların mövqeyi birbaşa məhkəmədə öyrənilsin və ya onlardan rəsmi sorğu ilə məlumat istənilsin. Məmmədli bununla bağlı növbəti məhkəmədə vəsatətlə çıxış edəcəyini bildirib.

Onun sözlərinə görə, bu vəziyyət sadəcə hüquqi uyğunsuzluq deyil, məqsədli şəkildə yaradılmış qeyri-müəyyənlikdir. Bu isə hüququn əsas prinsiplərindən olan hüququnun aliliyi və hüquqi müəyyənlik kimi prinsiplərin kobud şəkildə pozulmasıdır.

Ümumilikdə, Anar Məmmədli məhkəmənin diqqətinə çatdırıb ki, ona qarşı ittihamların əsası yoxdur və məqsəd yalnız onun ictimai-siyasi fəaliyyətinə görə susdurulmasıdır. O, bu prosesi Azərbaycanın vətəndaş cəmiyyətinə qarşı son illərdə aparılan repressiyaların davamı kimi dəyərləndirib və bütün siyasi məhbusların azadlığa buraxılması çağırış edib.

Məmmədli çıxışını 29 sentyabr 2025-ci il saat 15:45-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək növbəti iclasda davam etdirəcək.

Full link to the text in English

 

 

20:12, 22 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib

by Gozetci 10:07, 18 Sentyabr 2025
written by Gozetci

Şəmşad Ağa

 

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətində problem yaranıb.

Ailəsinin Meydan TV-yə bildirməsinə görə, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.

Toplum TV

10:07, 18 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb

by Gozetci 17:19, 17 Sentyabr 2025
written by Gozetci

Fatimə Mövlamlı, Ülviyyə Əli və Şəmşad Ağa

 

Sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib.

“Meydan TV”-nin xəbərinə görə, ayrı-ayrılıqda icra olunan proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.

Toplum TV 

17:19, 17 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia