Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Abbzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı barəsində həbs qərarı verilib

by Gozetci 14:55, 21 Noyabr 2023
written by Gozetci

Sevinc Vaqifqızı

Sevinc Vaqifqızına qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb, onu həbs təhlükəsi gözləyir

Abzas Media” onlayn nəşrinin baş redaktoruna Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçalmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb, – vəkil Elçin Sadıqov Turan-a bildirib.

O, şübhəli kimi 48 saat saxlanılıb. Vəkilin sözlərinə görə, Vaqifqızıya qarşı heç bir dəlil yoxdur.

Bu günun ikinci yarısında müəyyən istintaq hərəkətləri aparılacaq, axşam isə Xətai Rayon Məhkəməsi istintaqın həbs barədə təqdimatına baxacaq.

Vaqifqızının həmkarlarının sözlərinə görə, o, saxlanma zamanı polis zorakılığına məruz qalıb. Bundan sonra Vaqifqızı həmkarlarına səhhətinin pis olduğunu, ürəkbulanması olduğunu bildirib.

Qeyd edək ki, dünən “Abzas Media”nın direktoru Ülvi Həsənli  də Cinayət Məcəlləsinin eyni maddəsilə saxlanılıb.

Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi 7 ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Vaqifqızı ona qarşı irəli sürülən ittihamları rədd edib.

Görünür, istintaqın əsas “sübutu” “Abzas Media”nın ofisindəki şkafda “aşkar edilmiş” 40 min avro olacaq.

Turan 

14:55, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistlər və vətəndaş cəmiyyəti fəalları “AbzasMedia”ya qarşı baş verənlərə etiraz edir

by Gozetci 14:00, 21 Noyabr 2023
written by Gozetci

Bir qrup media təmsilçisi və vətəndaş cəmiyyəti nümayəndəsi “AbzasMedia”ya qarşı son günlər həyata keçirilən təzyiqə etiraz edib.

Həmin etirazla bağlı bəyanatda bildirilir ki, Azərbaycanda uzun illlərdir söz və ifadə azadlığı siyasi hakimiyyətin amansız repressiyaları və təhdidi altındadır. Ölkədə bütün fundamental azadlıqlar, xüsusən də, söz və ifadə azadlığı məhdudlaşdırılıb, sıradan çıxarılmağa hesablanıb:

“İndiyədək ölkədə bu yöndə atılan addımlar, qəbul edilən mürtəce qərar və qanunlar bu repressiyanın tərkib hissəsi olub. Azərbaycan faktiki olaraq Konstitusiyada müəyyən edilən fundamental hüquq və azadlıqlara, qoşulduğu konvensiyalara və götürdüyü öhdəliklərə qarşı çıxan bir ölkəyə çevrilib. 2021-ci ildən isə davamlı olaraq məhv edilmiş Azərbaycan mediasının az sayda fəaliyyət göstərən nümunələrinin də tamamilə sıradan çıxarılması siyasəti yürüdülür”.

Bəyanatda qeyd edilir ki, bütün bunlara misal kimi 2021-ci ildə qəbul edilən mürtəce “Media haqqında” Qanunu və qanunvericiliyə gətirilən çoxsaylı hüquqazidd normaları, həmçinin, söz azadlığına qarşı amansız davranışları misal göstərmək olar:

“Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətin korrupsiya əməllərini araşdıran müstəqil media orqanı “AbzasMedia”ya qarşı noyabrın 20-də başlanan basqılar da siyasi sistemin azad mətbuata qəddar münasibətinin ifadəsidir. Bir gün öncə “AbzasMedia”nın direktoru Ülvi Həsənli zorakılığa məruz qalaraq həbs edilib. O saxlanılarkən işgəncə və qeyri-insani rəftara məruz qalıb. Bundan sonra media orqanının ofisində və Ülvi Həsənlinin mənzilində axtarış aparılıb”.

Jurnalistlər qeyd edirlər ki, beş saat davam edən axtarış zamanı polis əməkdaşları guya saytın ofisində 40 min avro pul “aşkarlayıblar”. Bundan sonra Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) iş açılıb. Lakin repressiya və təzyiqlər bununla da məhdudlaşmayıb.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) noyabrın 21-də ölkəyə qayıdarkən Bakı Hava Limanında saxlanılıb, mənzilində axtarış aparılıb. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) iş açılıb.

“Eyni zamanda, “AbzasMedia” ilə əməkdaşlıq edən ictimai fəal Məhəmməd Kekalov 24 saatdan artıqdır ki, saxlanılıb və harada olması barədə hər hansı bir məlumat verilmir.
Bütün bu ittiham və təzyiqlərin nə qədər gülünc və absurd, həmçinin konstitusion hüquqlara, konvensiyalarda nəzərdə tutulan azadlıqlara zidd olduğunu nəzərə alaraq Azərbaycan hakimiyyətinə çağırış edir, bu saxta ittihamı dayandırmağı tələb edirik”.

Jurnalistlər Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlara müraciət edərək onlardan bu məsələni diqqətdə saxlamağı, Azərbaycan hakimiyyətinin hamılıqla tanınan və beynəlxalq hüquqla təsbit edilən təməl hüquq və azadlıqlara dair öhdəliklərini yerinə yetirməyə, onun qanunazidd və repressiv addımlarına qarşı əməli addımlar atmağı tələb edirlər.

“Hesab edirik ki, bütün bu repressiyaların məsuliyyəti birmənalı olaraq beynəlxalq tədbirlərdə Azərbaycanda “media azaddır” deyən Prezident İlham Əliyevin üzərindədir”.

Bəyanatı aşağıdakı şəxslər imzaları ilə təsdiq edirlər:

1. Şəmşad Ağa – “Arqument.az” saytının baş redaktoru
2. Alya Yaqublu – Toplum TV-nin əməkdaşı
3. Aynur Elgünəş – Meydan TV-nin baş redaktoru
4. Rövşən Hacıbəyli – “Azadlıq” qəzetinin redaktoru
5. Şahnaz Bəylərqızı – Toplum TV-nin əməkdaşı
6. Mustafa Hacıbəyli – “Basta” saytının baş redaktoru
7. Hafiz Babalı – “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru
8. Samirə Əhmədbəyli – Müstəqil jurnalist
9. Ülviyyə Əli – Müstəqil jurnalist
10. Elməddin Şamilzadə – “Avasor TV”-nin baş redaktoru
11. Anar Abdulla – “Gözətçi portalı” – jurnalist
12. Samirə Qasımlı – RLC kanalının baş redaktoru
13. Sevda Səmədova – Meydan TV-nin redaktoru
14. Natiq Cavadlı – jurnalist
15. Fatimə Mövlamlı – Müstəqil jurnalist
16. Vüqar Qurdqanlı – “Az24saat.org” saytının baş redaktoru
17. Mehman Hüseynov – Sancaq TV
18. Şəhla Kərim – müstəqil jurnalist
19. Xədicə İsmayıl – Toplum TV-nin baş redaktoru
20. Nicat Əmiraslanov – müstəqil jurnalist
21. Pərvanə Qurbanlı – Toplum TV-nin əməkdaşı
22. Şahvələd Çobanoğlu – “Azadlıq” qəzetinin köşə yazarı
23. Əziz Elxanoğlu – “Turan” İA-nın əməkdaşı
24. Orxan Məmməd – Meydan TV-nin redaktoru
25. Aytən Fərhadova – Müstəqil jurnalist
14:00, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlu ilə bağlı ABŞ dövlət katibinə müraciət edilib

by Gozetci 13:42, 21 Noyabr 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Bayden Administrasiyasından iqtisadçı ilə bağlı mümkün diplomatik vasitələri işə salmaq xahiş olunub

Daha 19 nəfər senator və konqresmen həbsdə olan iqtisadçı Qubad İbadoğlu ilə bağlı ABŞ dövlət katibi Entoni Blinkenə (Antony Blinken) müraciət edib.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Bayramov məlumat verib.

Bildirib ki, onlar Entoni Blinkenə müraciət edərək, Qubad İbadoğlunun azadlığı üçün addımlar atmağı xahiş ediblər.

“Azərbaycanda həbsdə olan və ədalətsiz ittihamlarla qarşılaşan iqtisadçı Qubad İbadoğlunun hazırki vəziyyətindən narahatıq. Onun azadlığı üçün qəti tədbirlər görməyinizi xahiş edirik”.

Müraciətdə qeyd edilir ki, Qubad İbadoğlu saxlanılarkən Azərbaycan hakimiyyəti tərəfindən işgəncəyə məruz qalıb. Həbsxanada isə səhhəti ilə bağlı ciddi problemlər yaranıb, tibbi xidmətdən demək olar ki, məhrumdur:

“O, təcili tibbi yardımla əhatə olunmalı, müalicə edilməli və təcridxanadakı saxlanma şəraiti yaxşılaşdırılmalıdır. Yalnız bununla səhhətindəki ağırlaşmanın qarşısı alına bilər”.

Müraciətdə Qubad İbadoğlunun ailə üzvlərinə qarşı təzyiq də pislənib. Bildirilib ki, iqtisadçının ailə üzvlərinin susdurulması cəhdləri narahatedicidir:

“Avqustda Qubad İbadoğlunun “Rutgers” Universitetində təhsil alan oğlunun otağına girilərək, qarət edilib. Bu hədə faktı bizdə böyük təlaş yaradır, çünki qeyd olunan qanun pozuntusu ABŞ ərazisində baş verib. Bundan başqa, professorun ailə üzvlərinin onlayn hesablarına da müdaxilə olunub. Azərbaycanın hökumətyönlü mətbuatında iqtisadçının əleyhinə saxta ittihamlara əsaslanan yazılar dərc olunub. Qubad İbadoğlu gülünc ittihamlarla – valyuta saxlamaqda və dini ekstremist fəaliyyətdə iştirakda günahlandırılıb”.

Müraciətdə Co Bayden Administrasiyasından Qubad İbadoğlunun azad olunması və həyati əhəmiyyətli vasitələrə – tibbi xidmətə və ailəsi, yaxınları ilə azad şəkildə görüşünə imkan yaradılması üçün bütün mümkün diplomatik vasitələri işə salmaq xahiş edilir:

“Bundan başqa, biz geniş əhali təbəqələrinə neqativ təsir göstərən siyasi həbslər, vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinin və media azadlığının məhdudlaşdırılması kimi Azərbaycanda insan hüquqları sahəsində baş verən digər təlaş yaradan hadisələrdən narahatıq və Dövlət Departamenti ilə bu sahədə birlikdə işləməyə ümid edirik”.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Meydan TV 

13:42, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amnesty International Ülvi Həsənlinin saxlanılması ilə bağlı ciddi narahatlığını ifadə edib

by Gozetci 13:13, 21 Noyabr 2023
written by Gozetci

Amnesty International-ın Cənubi Qafqaz üzrə nümayəndəsi Natalya Nozadze Azərbaycanın “Abzas Media” İnternet nəşrinin direktoru Ülvi Həsənlinin saxlanılmasını, onun mənzilində və ofisində axtarış aparılmasını şərh edərkən deyib:

“Ülvi Həsənli Azərbaycan hakimiyyətinin ən yüksək eşelonlarında korrupsiyanı cəsarətlə ifşa edirdi və ictimai maraq doğuran tənqidi məsələləri işıqlandırırdı. Ülvinin döyülməsi və həbsdə amansız rəftara məruz qalması barədə xəbərlərdən çox narahatıq. Azərbaycan hakimiyyəti onun hüquqi statusunu dərhal açıqlamalı və vəkilin dərhal onun yanına buraxılmasını təmin etməlidir.

Ülvi Həsənlinin həbsi hakimiyyət tənqidçilərinin həbs sisteminə daxildir. Ona qarşı ittihamlar sübutlarla təsdiqlənməsə, dərhal sərbəst buraxılmalıdır”, – o deyib.

* 2010-cu ilin sonlarından Həsənli  NİDA Vətəndaş İttifaqının fəalı olub və dəfələrlə hakimiyyətin təqibinə məruz qalıb. 2018-ci ildə hərbi xidmətə çağırılıb və səhhətinin pis olmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasına göndərilib. 2021-ci ildə araşdırmaçı- jurnalist işinə  görə qısa müddətə saxlanılıb.

2022-ci ildə bütün KİV-i bağlanmaq təhlükəsi altına alaraq medianın dövlət reyestrində qeydiyyatdan keçməyə məcbur edən qanundan şikayət edən üç jurnalistdən olub. Həmçinin 2023-cü ilin iyununda Söyüdlü kəndində etirazlar haqda bildirib. Həmin hadisələr zamanı  Azərbaycan polisi Həsənli də daxil olmaqla, ən azı altı jurnalisti saxlayıb, döyüb, təhdid edib və ya işinə mane olub.

Ülvi Həsənlının saxlanması Azərbaycanda yüksək səviyyədə korrupsiyanı ifşa etdiyinə görə 23 iyul 2023-cü ildə uydurma ittihamlarla saxlanılan iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra baş verib.

Turan

13:13, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq təşkilatlar “AbzasMedia” ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib

by Gozetci 13:00, 21 Noyabr 2023
written by Gozetci

“Azərbaycanda onsuz da sıxışdırılmış müstəqil mediaya təzyiq dayandırılmalıdır”

Beynəlxalq təşkilatlar Azərbaycan hökumətini “AbzasMedia”nın direktoru Ülvi Həsənlini dərhal azad etməyə, mediaya qarşı təzyiqi dayandırmağa çağırıb.

“International Media Institute” (IPI) bu barədə yaydığı bəyanatda bildirir:

“Ülvi Həsənli saxlanıldıqdan az sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Bu zaman jurnalistlərin redaksiyaya daxil olmasına imkan verilməyib. Həsənli polis nəzarətində olarkən, döyülüb. Bütün bunlara cavabdeh dövlət qurumu Daxili İşlər Nazirliyi isə susur. Ülvi Həsənli dərhal azad edilməlidir. Həmçinin “AbzasMedia”nın ofisində aparılan axtarışlar barədə ictimaiyyətə şəffaf açıqlama verilməlidir”, – IPI-nin direktor müavini Skott Qriffen bildirib.

O əlavə edib ki, həbsdə olan Ülvi Həsənliyə fiziki təzyiqlə bağlı yazılanlardan narahatdır. Bu xəbərlər təsdiqini taparsa, cavabdehlər məsuliyyətə cəlb edilməlidir.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də Azərbaycan hakimiyyətini Ülvi Həsənlini dərhal azad etməyə, sıxışdırılmış müstəqil medianın sərbəst işləməsinə şərait yaratmağa çağırıb.

“Azərbaycanda rəsmi korrupsiya faktlarını araşdırmağa cəsarət edən azsaylı yerli media var. “AbzasMedia” da onlardan biridir və bu səbəbdən ofisinə basqın edilib, direktoru həbs olunub. Bu, jurnalistikadan qisas almağa bənzəyir”, – CPJ təmsilçisi Cipsi Güllen Kayzerin sözləridir.

O həmçinin, bildirib ki, Azərbaycan hakimiyyəti Həsənlini dərhal azad etməli və “AbzasMedia”-ya qarşı təzyiqlərə son qoymalıdır.

“Amnesty International” təşkilatının Cənubi Qafqaz üzrə araşdırmaçısı Nataliya Nozadze isə Ülvi Həsənlinin saxlanılması ilə bağlı bunları deyib:

 

Ülvi Həsənli

 

““AbzasMedia”-nın direktoru Ülvi Həsənli Azərbaycanda yüksək səviyyədə korrupsiya iddialarını ifşa edib və ictimai maraq doğuran vacib məsələləri işıqlandırıb”.

“Amnesty International” təşkilatı isə öz növbəsində Ülvi Həsənlinin saxlanılarkən döyülməsi, digər pis rəftara məruz qalması haqda məlumatlardan narahat olduğunu açıqlayıb.

“Ülvi Həsənlinin həbsi hakimiyyətin narazıları sıxışdırması, tənqidçiləri həbs etməsi çərçivəsində baş verib”.

Noyabrın 21-də “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı da Azərbaycana dönərkən hava limanında saxlanılıb, evində axtarış aparılıb. Hazırda dindirilməsi davam edir.

Sevinc Vaqifqızı. Foto: Meydan TV

“AbzasMedia” daha çox araşdırma materialları ilə tanınır. Media qurumu Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.

Ülvi Həsənlinin saxlanmasından sonra “AbzasMedia” “Facebook”-da yaydığı bəyanatda da bildirir ki, bu həbs Prezident İlham Əliyev və onun təyin etdiyi məmurların korrupsiya cinayətlərinə dair araşdırmaları ilə bağlıdır.

Ülvi Həsənli ittiham olunduğu 206.3.2 maddəsi ilə təqsirli bilinsə, 8 ilədək azadlıqdan məhrum oluna bilər.

Meydan TV 

13:00, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Ülvi Həsənlini azad etməyə çağırıb

by Gozetci 12:23, 21 Noyabr 2023
written by Gozetci

Azərbaycan hakimiyyəti “Abzas Media”nın direktoru Ülvi Həsənlini azad etməli və ölkənin müstəqil KİV-inin sərbəst çalışmasına imkan verməlidir, Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bildirib.

«Hələ də rəsmi korrupsiya faktlarını araşdırmaq cəsarətində olan azsaylı yerli Azərbaycan KİV-indən biri olan “Abzas Media”nın ofisinə basqın və onun direktoru Ülvi Həsənlinin həbsi, görünür, bu KİV-in novator jurnalist fəaliyyətinə görə qisas xarakteri daşıyır. Azərbaycan hakimiyyəti Həsənlini dərhal azad etməli və “Abzas Media”ya qarşı təzyiqlərə son qoymalıdır”, – Komitənin ictimaiyyətlə əlaqələr üzrə direktoru Cipsi Gilyen Kayser bildirib.

“Azərbaycan hakimiyyəti Həsənlini dərhal azad etməli və “Abzas Media”nın təqibinə son qoymalıdır”, – o əlavə edib.

“Abzas Media”  2014-cü ildən müstəqil KİV və mətbuat azadlığını müdafiə qruplarına qarşı bir sıra basqın, həbs və cinayət araşdırmalarından sonra qalan az sayda müstəqil mediadan biridir.

Jurnalistləri Müdafiə Komitəsi  vəziyyətin şərh edilməsi təklifilə Bakı Polis İdarəsinə, Daxili İşlər Nazirliyinə və Azərbaycan Prezident Administrasiyasına elektron sorğu göndərsə də, heç bir cavab almayıb.

12:23, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ jurnalist Ülvi Həsənlinin həbsindən “dərin narahatdır”

by Gozetci 11:44, 21 Noyabr 2023
written by Gozetci

Metyu Miller

ABŞ Dövlət Departamenti Bazar ertəsi günü polisin müstəqil Azərbaycan xəbər nəşri AbzasMedia-ya basqını və onun keçmiş siyasi məhbus direktoru Ülvi Həsənlinin həbs olunması ilə bağlı dərin narahatlığını bildirib.

“Biz jurnalist Ülvi Həsənlinin həbsi və həbsdə olarkən fiziki zorakılıq iddiaları barədə xəbərdən çox narahatıq”, – deyə mətbuat katibi Metyu Miller TURAN-ın Vaşinqton müxbirinə müsahibəsində bildirib.

Miller əlavə etdi:”Azərbaycan hökumətini ifadə azadlığı da daxil olmaqla hər kəsin hüquq və azadlıqlarını qorumağa çağırırıq.”

Bildirilir ki, Həsənli Bazar ertəsi səhər Bakı xaricində polisin AbzasMedia ofislərində axtarış zamanı 44.000 dollar nağd pul tapdığını söyləməsindən bir neçə saat əvvəl saxlanılıb. Daha sonra axtarış zamanı Media ofisinə aparıldı və iş yoldaşlarına İstintaq Təcridxanasında olduğu müddətdə üzünə vurulduğunu və fiziki təzyiqə məruz qaldığını söylədi.

Amnesty International Azərbaycan hökuməti tərəfindən Həsənliyə qarşı yönəlmiş zülm və təqiblərin tarixini sənədləşdirdi. 2018-ci ildə səhhətinin pis olmasına baxmayaraq hərbi xidmətə çağırılıb və münaqişə zonasına göndərilib. 2021-ci ildə araşdırmaçı jurnalist kimi işinə görə qısa müddətə həbs edildi.

2022-ci ildə Həsənli bütün kütləvi informasiya vasitələrini bağlanmaq təhlükəsi altında KİV-in dövlət reyestrində qeydiyyatdan keçməyə məcbur edən qanunvericiliyə etiraz edən jurnalistlər sırasında olub. O, həmçinin 2023-cü ilin iyun ayında Azərbaycan Polisinin Həsənli də daxil olmaqla bir neçə jurnalisti təqib etdiyi və onlarla qəddar rəftar etdiyi “Soyudlu etirazları” barədə məlumat verib.

Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze Həsənlinin həbsinə münasibət bildirərək deyib: “Abzas Media-nın direktoru olaraq Ülvi Həsənli Azərbaycanda yüksək səviyyəli korrupsiya ittihamlarını cəsarətlə ifşa edib və ictimai maraq doğuran mühüm məsələləri işıqlandırıb”.

“Biz Ülvi Həsənlinin həbsdə döyülməsi və ya digər qəddar rəftara məruz qalması barədə xəbərlərdən çox narahatıq”, – Nozadze davam edib. “Azərbaycan hakimiyyəti onun yerini və hüquqi statusunu dərhal açıqlamalı və onun seçdiyi vəkilə dərhal çıxışını təmin etməlidir. Ülvi Həsənlinin həbsi hakimiyyət tərəfindən tənqidçilərin fikir ayrılıqlarını yatırmaq üçün həbs sxeminə uyğundur. Hakimiyyət Ülvi Həsənliyə beynəlxalq səviyyədə tanınmış cinayət ittihamı irəli sürməsə və bu, etibarlı dəlillərlə dəstəklənməsə, o, dərhal azad edilməlidir”, Nozadze əlavə edib.

Həsənlinin həbsi Azərbaycanda korrupsiyanın yüksək səviyyədə ifşa olunmasına görə qisas almaqda uydurma ittihamlarla iyul ayından həbsdə olan iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra baş verib.

Turan 

11:44, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sərhədsiz Reportyorlar Ülvi Həsənlinin sərbəst buraxılmasına çağırıb

by Gozetci 11:07, 21 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli

Sərhədsiz Reportyorlar təşkilatı noyabrın 20-də saxlanılan “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənlinin dərhal sərbəst buraxılmasına, Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlərə son qoyulmasına çağırıb.

“Abzas Medianın ofisində axtarış aparılır və onun direktoru, Azərbaycan prezidentinin və yüksək vəzifəli məmurların korrupsiyasını işıqlandıran Ülvi Həsənli həbs edilib. Sərhədsiz Reportyorlar müstəqil mediaya edilən bu qəbuledilməz təzyiqə etiraz edir və onun dərhal sərbəst buraxılmasını tələb edir”, təşkilatın bəyanatında qeyd edilir.

Sərhədsiz Reportyorlarla yanaşı Avropa Jurnalistlər Federasiyası və bir sıra digər beynəlxalq jurnalist təşkilatları da Ülvi Həsənlinin saxlanılması ilə bağlı narahatlıq ifadə ediblər.

“Jurnalist Ülvi Həsənli Baş Polis İdarəsində saxlanılır. Polis Abzas Medianın ofisində axtarış aparıb. Biz Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı təqibləri dayandırmağa çağırırıq”, Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrez X səhifəsində yazıb.

“Forbidden Stories” beynəlxalq araşdırmaçı jurnalistlər təşkilatının direktoru Loran Rişar Həsənlinin saxlanılmasının, Abzas Medianın ofisində axtarış aparılmasının “utanverici və qəbuledilməz” olduğunu deyib. Fransalı jurnalist qeyd edib ki, Abzas Medianın araşdırmaları “onilliklər boyu hakimiyyətdə olan Əliyevlər klanının irimiqyaslı korrupsiyasına” yönəlib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən ilin oktyabrında Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusunu araşdırmaq üçün məruzəçi təyin edib. Ülvi Həsənli bu ilin aprel ayında AŞPA-nın bu mövzu üzrə keçirdiyi dinləmələrdə çıxış edərək Azərbaycanda media azadlığı və jurnalistlərin təhlükəsizliyinə qarşı təhdidlər, habelə “Media haqqında” yeni qanunun gətirdiyi məhdudiyyətlər barədə məlumat verib.

Hüquq-mühafizə orqanları Ülvi Həsənlinin saxlanılması ilə bağlı hələlik heç bir məlumat verməyib.

Amerikanın Səsi 

11:07, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Mənzilində axtarış aparıldıqdan sonra Sevinc Vaqifqızı yenidən şəhər polisinə aparılıb

by Gozetci 09:02, 21 Noyabr 2023
written by Gozetci

Sevinc Vaqifqızı

 

Noyabrın 21-də səhər tezdən “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızının mənzilində axtarış başa çatıb. Axtarışlardan sonra o, yenidən  Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Vəkil Elçin Sadıqov bildirib ki, axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməyib.

Onun sözlərinə görə, əməliyyat-istintaq tədbirləri saat 9.00-da aparılacaq.

Vaqifqızı özü bildirib ki, “bütün bu hadisələr” onun jurnalist fəaliyyəti və “Abzas Media”nın işi ilə bağlıdır.

Xatırlatma

Vaqifqızı noyabrın 21-də xaricdən gələrkən Bakı hava limanında saxlanılıb.

Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. O, xarici valyuta qaçaqmalçılığında ittiham olunub.

Turan

09:02, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Məhəmməd Kekalov saxlanılıb

by Gozetci 08:33, 21 Noyabr 2023
written by Gozetci

Məhəmməd Kekalov

Noyabrın 20-də səhər saatlarında ictimai fəal Məhəmməd Kekalov evindən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq aparılıb.

Bu barədə Məhəmməd Kekalovun qardaşı məlumat verib. Onun sözlərinə görə, Məhəmməd Kekalov saxlanılarkən polis heç bir məhkəmə qərarı təqdim etməyib.

“Onun kompüteri də daxil olmaqla şəxsi əşyaları müsadirə olunub. Anasını yaxınına buraxmadılar və evdən zorakılıqla çıxardılar”, o bildirib.

Vəkili saatlardır bütün axtarışlara baxmayaraq, Məhəmməd Kekalovdan hələ də heç bir xəbər ala bilməyib.

Amerikanın Səsi

08:33, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia