Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Fəal Məhəmməd Kekalov “Abzas Media”nın işi üzrə məsuliyyətə cəlb edilib

by Gozetci 08:35, 23 Noyabr 2023
written by Gozetci

Məhəmməd Kekalov

 

İctimai fəal Məhəmməd Kekalov qaçaqmalçılıqda ittiham olunur, o, “Abzas Media” onlayn nəşrinin rəhbərlərinin cinayət işi üzrə cəlb edib, Daxili İşlər Nazirliyinin nümayəndəsi Turan-a bildirib.

“Məhəmməd Kekalov eyni cinayət işi üzrə (“Abzas Media” nın direktoru və baş redaktoru Ülvi Həsənli və Sevinc Vaqifqızına qarşı cinayət işi nəzərdə tutulur) cəlb edilib və 206.3.2- ci maddə (qabaqcadan əlbir olaraq qaçaqmalçılıq) üzrə ittiham olunur”, –  o deyib.

Xatırladaq ki, Kekalov noyabrın 20-də səhər  saxlanılıb. Onun vəkili Rövşanə Rəhimova bildirib ki, Kekalovun saxlandığı yer barədə məlumat ala və onunla görüşə bilmir.

Ülvi Həsənli və Sevinc Vaqifqızı müvafiq olaraq noyabrın 20-də və 21-də saxlanılıb və xarici valyuta  qaçaqmalçılığında ittiham olunublar. Məhkəmə onları 4 ay müddətinə həbs edib.

Vəkil ittihamların əsassız olduğunu bildirib. Jurnalistlər özləri həbsləri “Abzas Media”nın hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya faktlarını araşdırması ilə əlaqələndiriblər.

Turan 

08:35, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

CPJ: “AbzasMedia”ya hücum hakimiyyətin azad mediaya basqısının nümunəsidir

by Gozetci 16:43, 22 Noyabr 2023
written by Gozetci

“Məqsəd anti-korrupsiya xəbərlərini susdurmaqdır”

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini “AbzasMedia”nın direktoru Ülvi Həsənli və saytın baş redaktoru Sevinc Vaqifqızını azad etməyə çağırıb.

Qurumun yaydığı müraciətdə həmçinin, bildirilir ki, noyabrın 20-dən bəri barəsində məlumat olmayan ictimai fəal Məhəmməd Kekalovun harada olduğu açıqlanmalıdır.

Ülvi Həsənli və Sevinc Vaqifqızı noyabrın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər. Onlar ölkəyə qanunsuz yolla pul gətirməkdə təqsirli bilinirlər.

Təqsirləri sübuta yetirilərsə, onları Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs cəzası gözləyir.

Hər ikisi bu ittihamı rədd edir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

“Ülvi Həsənli və Sevinc Vaqifqızına verilən həbs-qətimkan tədbiri hakimiyyətin azad mediaya basqısının nümunəsidir. Məqsəd “AbzasMedia”-nın cəsarətli anti-korrupsiya xəbərlərini susdurmaqdır”, – CPJ təmsilçisi Cipsi Güllen Kayzer bildirib.

Əlavə edib ki, Azərbaycan hakimiyyəti Vaqifqızını və Həsənlini dərhal azad etməli, Məhəmməd Kekalovun harada olduğu barədə məlumat verməlidir. Həmçinin “AbzasMedia”ya öz fəaliyyətini davam etdirməyə imkan yaratmalıdır.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bir gün sonra, noyabrın 21-də isə “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittiham irəli sürülüb.
Hər ikisinin evində, həmçinin “AbzasMedia”nın ofisində axtarış aparılıb. Media qurumun ofisindən 40 min avro tapıldığı iddia edilib.

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov. Foto: Meydan TV

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

İctimai fəal Məhəmməd Kekalov da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb. İki gündür ki, ondan xəbər yox idi. Noyabrın 22-də Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Meydan TV-yə bildirdi ki, o, polis bölməsindədir, məsuliyyətə cəlb edilib.

Lakin hansı polis bölməsində olması və hansı işlə bağlı məsuliyyətə cəlb edilməsi barədə ətraflı məlumat verməyib.

Başqa beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

16:43, 22 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç Helsinki Komitəsi Abzas Media jurnalistlərini dərhal azad etməyə çağırıb

by Gozetci 15:35, 22 Noyabr 2023
written by Gozetci

Norveç Helsinki Komitəsi Azərbaycanda Abzas Media-nın direktoru Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının “uydurma qaçaqmalçılıq ittihamı” ilə həbsini, habelə bu komandanın daha bir üzvünün – Məhəmməd Kekalovun saxlanılmasını pisləyib.

Komitə Azərbaycan hakimiyyətini müstəqil KİV-lərə qarşı təzyiqə son qoymağa və saxlanılmış jurnalistləri dərhal azad etməyə çağırıb, bu barədə bu təşkilatın X sosial şəbəkəsindəki məlumatında deyilir.

Turan

15:35, 22 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılmayıb

by Gozetci 14:51, 22 Noyabr 2023
written by Gozetci

Orxan Hacılı

Bakı şəhəri Yasamal rayon məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Bu barədə Orxan Hacılının vəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyərək, Orxan Hacılı ev dustaqlığına buraxılmayıb.

“Bu işin öz spesifik xüsusiyyətləri var. Hüquqlarını müdafiə elədiyim şəxsin ittiham olunduğu maddələrin sanksiyasında iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Prosessual qanunvericiliyə əsasən, iki ilədək azadlıqdan məhrumetmə cəzası yalnız o halda seçilə bilər ki, şəxs cinayət təqibini həyata keçirən orqanlardan gizlənsin”.

Vəkil hesab edir ki, bu qərar prosessual qanunvericiliyin pozuntusudur.

Nemət Kərimli bundan sonra apellyasiya şikayəti verəcəyini bildirib.

Vəkil deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.

“Orxan avtomobillə hərəkət edərkən qarşısına çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kimsə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, deyə Kərimli qeyd edib.

Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Noyabrın 2-də onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı hələlik Yasamal rayon məhkəməsindən və digər rəsmi qurumlardan rəsmi açıqlama almaq mümkün olmayıb.

Turan

14:51, 22 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Azərbaycandakı həbslərdən narahatdır

by Gozetci 12:47, 22 Noyabr 2023
written by Gozetci

Metyu Miller

ABŞ Azərbaycan hökumətini ölkədəki hüquq və azadlıqlara hörmət etməyə çağırıb

Səbəb hakimiyyətin son günlər azad media orqanı olan “AbzasMedia”ya təzyiqi və əməkdaşlarının həbsidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller hər üç şəxsin həbsi, həmçinin Ülvi Həsənlinin saxlanıldığı zaman fiziki zorakılığa məruz qalmasından dərin narahat olduqlarını bildirib.

“Biz Azərbaycan hökumətini hamının hüquq və azadlıqlarına, o cümlədən, ifadə azadlığına hörmət etməyə çağırırıq”, – Miller əlavə edib.

Xatırlatma

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər. Onlar qaçaqmalçılıqda təqsirli bilinirlər.

Təqsirləri sübuta yetirilərsə, Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs edilə bilərlər.

Hər ikisi bu ittihamı rədd edir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

İctimai fəal Məhəmməd Kekalov da noyabrın 20-də evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb. İki gündür ki, ondan xəbər yox idi. Noyabrın 22-də Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Meydan TV-yə bildirib ki, o, polis bölməsindədir, məsuliyyətə cəlb edilib.

Lakin hansı polis bölməsində olması və hansı işlə bağlı məsuliyyətə cəlb edilməsi barədə ətraflı məlumat verməyib.

Meydan TV 

12:47, 22 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Məhəmməd Kekalov məsuliyyətə cəlb edilib

by Gozetci 11:44, 22 Noyabr 2023
written by Gozetci

Məhəmməd Kekalov

 

İctimai fəal barədə ətraflı məlumat verilmir

“AbzasMedia”nın noyabrın 20-də evindən polislər tərəfindən aparılan və iki gün ərzində barəsində məlumat verilməyən əməkdaşı Məhəmməd Kekalov məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib. Elşad Hacıyev hazırda Məhəmməd Kekalovun polis bölməsində olduğunu bildirib, müvafiq cinayət işi üzrə məsuliyyətə cəlb edildiyini söyləyib.

DİN sözçüsü Kekalovun hansı polis bölməsində olması, hansı cinayət işi üzrə məsuliyyətə cəlb edilməsi barədə ətraflı cavab verməyib.

Xatırlatma

İctimai fəal Məhəmməd Kekalov noyabrın 20-də evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb. Vəkili və ailəsi iki gün ərzində ondan məlumat ala bilməyib. Onun işgəncəyə məruz qaldığı ehtimal edilir.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bir gün sonra, noyabrın 21-də isə “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittiham irəli sürülüb. Hər ikisinin evində, həmçinin “AbzasMedia”nın ofisində axtarış aparılıb. Media qurumunun ofisindən 40 min avro tapıldığı iddia edilib.

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Ülvi Həsənli və Sevinc Vaqifqızı noyabrın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər. Onlar ölkəyə qanunsuz yolla pul gətirməkdə təqsirli bilinirlər.
Təqsirləri sübuta yetirilərsə, onları Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs cəzası gözləyir.

Hər ikisi bu ittihamı rədd edir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
Beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Meydan TV 

11:44, 22 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hüquq müdafiəçisi: “Beynəlxalq hüquq müdafiəçiləri bu ittihamların siyasi yükünə inanır, tamamilə qurama olduğunu önə çəkirlər”

by Gozetci 10:35, 22 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli və Sevinc Vaqifqızı

“Azərbaycanda qaçaqmalçılıq “növbətçi ittiham” xarakteri daşımaqdadır”. Bu barədə Abzas Media-ya “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti fəallarına, siyasi aktivistlərə qarşı heç bir qanuni əsas və səbəb olmadan bu ittiham irəli sürülür:

“Sonrakı mərhələdə saxta motivlər üzrə “hüquqi torbalar” genişləndirilir. Jurnalistlər Ülvi Həsənli və Sevinc Vaqifqızınadək ADR Partiyasının sədri Qubad İbadoğluna, Bəxtiyar Hacıyevə qarşı da eyni ittihamlar irəli sürülüb. Başqa təcrübələr də var”.

Rüfət Səfərov hesab edir ki, prosesə qiymət verən yerli və beynəlxalq hüquq müdafiəçiləri bu kimi ittihamların siyasi yükünə inanır, tamamilə qurama olduğunu önə çəkirlər.

“Heç şübhəsiz, ifadə azadlığı kontekstində saxlanılan Ülvi bəy, Sevinc xanım bəri başdan vicdan məhbuslarıdır və dərhal azad olunmalıdırlar”, – deyə o bildirib.

Eyni ittihamla həbs olunan və 3 ildən çox həbsdə qalan keçmiş siyasi məhbus Əfqan Muxtarlı da eyni fikirdədir.

“Abzas Medianın direktoru Ülvi Həsənliyə və baş redaktor Sevinc Vaqifqızına qarşı sürülən qaçaqmalçılıq ittihamı mənə və rəhmətlik Gözəl Bayramlıya qarşı da irəli sürülüb. Konkret məni sərhədi qanusuz kecərkən ölkəyə guya 10 min avro pul gətirməkdə ittiham etmişdilər. İndiki halda daha absurd vəziyyət yaranıb. Jurnalist həmkarlarımız sərhədi keçmə faktı olmadan ölkəyə qanunsuz valyuta gətirməkdə ittiham olunub. Üstəlik Azərbaycan hakimiyyəti Ülviyə və Sevinc xanıma qarşı Cinayyət Məcələsinin daha ağır bəndlərindən istifadə edir. Azərbaycan hakimiyyətinin qaçaqmalcılıq maddəsindən tənqidci jurnalistlərə və siyasi rəqiblərinə qarşı silah kimi istifadə etməsi göz önündədir”, – deyə o qeyd edib.

Digər hüquq müdafiəçisi Zəfər Əhmədovun fikrincə, bu maddənin siyasi fəallara və jurnalistlərə qarşı tətbiq olunmasının səbəbi hakimiyyətin qisasçı olmasından başqa, həm də ictimaiyyətdə “müxalifət qrantyeyəndir” fikrinin formalaşdırılması istəyidir.

“Əlavə edim ki, oxşar ittihamlar formaca bir az fərqli də olsa Saleh Rüstəmli və bir qrup siyasi fəal haqda da tətbiq olunmuşdu”, – deyə o bildirib.

Xatırladaq ki, ötən gün Abzas Media onlayn nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbs ediliblər. Onlara qarşı AR CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham irəli sürülüb.

Onların hər ikisi ittihamları rədd edir və həbslərinin peşəkar fəaliyyətləri, Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Noyabrın 20-də evindən mülki şəxslər tərəfindən zorakılıqla aparılan ictimai fəal Məhəmməd Kekalovdan isə ikinci sutkadır ki, heç bir xəbər yoxdur. Yaxınları istintaqa gərəkli ifadələrin alınması üçün ictimai fəala işgəncə verildiyi ehtimalından narahatdırlar.

AbzasMedia

10:35, 22 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist İslam Şıxəli məhkəmə önündə saxlanılıb

by Gozetci 09:00, 22 Noyabr 2023
written by Gozetci

İslam Şıxəli

O, polisə yolu bağladığına görə irad tutub

Noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qarşısında jurnalist İslam Şıxəlinin saxlanıldığı bildirilir.

İslam Şıxəli həmkarı Sevinc Vaqifqızının məhkəmə prosesindən reportaj hazırlamaq istəyərkən polislər adamları itələyərək onlara yolu bağlamaqda irad tutub.

Bu məqamda İslam Şıxəlinin polislərin özlərinin yolu bağladıqları reaksiyası onun saxlanması ilə nəticələnib.

Xatırlatma

Noyabrın 21-də “AbzasMedia”nın baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bu gün Xətai Rayon Məhkəməsində ona hökm veriləcəyi gözlənilir.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də saxlanılıb.

Ona qarşı da eyni ittiham irəli sürülüb.

Barələrində verilən ittiham təsdiq edilərsə, onları 8 ilədək həbs cəzası gözləyir.

İctimai fəal Məhəmməd Kekalov da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb.

Bir gündən artıqdır ki, ondan xəbər yoxdur.

Meydan TV 

09:00, 22 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Ülvi Həsənli və Sevinc Vaqifqızı barədə həbs qətimkan tədbiri seçib

by Gozetci 20:35, 21 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli və Sevinc Vaqifqızı

 

Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsi Abzas Media xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, nəşrin baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Vəkillər Zibeydə (Həsənlini müdafiə edir) və Elçin (Vaqifqızını müdafiə edir) Sadıqovlar bildirib ki, jurnalistlər məhkəmədə onlara qarşı irəli sürülən ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Vəkillər Elçin Sadıqov deyib ki, Sevinc Vaqifqızı xarici ölkədən bu gün Azərbaycana gəlib.

“Mən məhkəmədə Vaqifqızının könüllü olaraq Azərbaycana gəlməsi barədə videonu nümayiş etdirdim. Qeyd etdim ki, ittihamın sübutu yoxdur. Aşkar edilmiş məbləğin mənbəyi, haradan gətirilməsi, yerli banklardan alınması barədə hər hansı sübut yoxdur. Yəni absurd bir fərziyyə ilə ittiham verdilər və məhkəmə də həbs qətimkan tədbiri seçdi”, Sadıqov qeyd edib.

Vəkil Zibeydə Sadıqova Bildirib ki, Ülvi Həsənli məhkəmədə pulun ona aid olmadğını deyib və müdafiə tərəfi bunu sübut edən arqumentlərini irəli sürüb. Amma məhkəmə bunları nəzərə almayıb.

Noyabrın 20-də “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli, noyabrın 21-də isə nəşrin baş redaktoru Sevinc Vaqifqızı polis tərəfindən saxlanılıb.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqləri “Abzas Media”nın ofisində axtarış zamanı 40 min avro müəyyən edərək götürüb. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və jurnalist fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

Amerikanın Səsi 

20:35, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fəal Məhəmməd Kekalovun saxlandığı yer məlum deyil

by Gozetci 16:18, 21 Noyabr 2023
written by Gozetci

Məhəmməd Kekalov

 

İkinci gündür ki, vəkil noyabrın 20-də səhər saxlanılan ictimai fəal Məhəmməd Kekalovun saxlandığı yeri müəyyənləşdirə bilmir.

“Dünən və bu gün Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə və ombudsmana müraciət etmişəm. Hələ də Kekalovun harada və hansı səbəbdən saxlanılması ilə bağlı məlumat ala bilməmişik”, – vəkil Rövşanə Rəhimli Turan-a bildirib. Ötən gün  bir neçə mülki şəxs Kekalovun yaşadığı evə gəlib. Heç bir sənəd təqdim etmədən gənci saxlayıblar və zorla özlərilə apardılar. Eyni zamanda, gəncin şəxsi kompüterini və mobil telefonunu götürüblər.

Fəallar hesab edirlər ki, Kekalovun saxlanılması əməkdaşlıq etdiyi “Abzas Media” rəhbərlərinin işilə əlaqədar ola bilər.

Daxili İşlər Nazirliyi Kekalovun saxlanmasını şərh etmir.

Turan

16:18, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia