Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı təyyarədən enərkən saxlanılıb

by Gozetci 08:00, 21 Noyabr 2023
written by Gozetci

Sevinc Vaqifqızı

Abzas Media online medianın baş redaktoru Sevinc Vaqifqızı(Abbasova)xarici səfərdən Bakıya dönərkən hava limanında saxlanılıb. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

“Jurnalist Abbasova Sevinc Vaqif qızı tutulacağını bildiyi halda bu dəqiqələrdə Bakıya qayıtdı. Ona passport kontroldan qeydiyyatdan keçməyə imkan verməyiblər və bildiriblər ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə aparırlar,” o deyib.

Vəkilin sözlərinə görə, ordeni olmasına baxmayaraq jurnalistlə görüşə bilməyib.

“Hava limanından həmin idarəyə gəlsə də, orderim əlimdə olsa da görüşə icazə vermirlər. 102 xidmətinə zəng vurdum, hələ ki, bir nəticə yoxdur,” o bildirb.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, hazırda polis jurnalist Sevinc Vaqifqızının yaşadığı binaya giriş-çıxışı bağlayıb.

Hüquq müdafiəçisi hesab edir ki, bu, azad mediaya qarşı mövcud hökumətin repressiv tədbirləridir.

“AbzasMedia yüksək vəzifəli şəxslərin korrupsiyaçı fəaliyyətini araşdırma materialları ilə ifşa etməkdədir. Hakimiyyət dairələri AbzasMedianın timsalında tənqidi informasiyalara, araşdırmalara – gözlənildiyi kimi – dözmədi. Digər tərəfdən, son dövrlər Qərb Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərini artırıb. Rəsmi Bakı isə siyasi ağırlıqlı təqiblərlə cavab verməyi üstün tutur. Məncə, hazırkı repressiya dalğasında yeni-yeni siyasi həbslərə şahidlik edəcəyik,” Səfərov deyib.

Azərbaycanın rəsmi hüquq mühafizə orqanları hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Amerikanın Səsi

08:00, 21 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Ülvi Həsənliyə ittiham elan edilib

by Gozetci 23:11, 20 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli

“Abzas Meda” onlayn medianın direktoru Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham elan edilib. Onun barəsində şübhəli şəxs kimi tutulma elan edilib. Indi onu müvəqqətii saxlama təcridxanasına aparırlar. Bu barədə.vəkil Zibeydə Sadıqova bidlirib.

Vəkil deyib ki, ittihamın mahiyyəti qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə qanunsuz yolla valyuta keçirməkdir.

O Ülvi Həsənlinin ofisində və evində axtarış aparıldığını bildirb.

“Həsənlinin ofisindən 40 min avro aşkar edildi. Evindən heç nə aşkar edilmədi”.

Vəkilin sözlərinə görə, Ülvi Həsənli özünü təqsirli bilmir.

“Ülvi söylədi ki, ittiham əsassızdır. Pul ona aid deyil. Ofisdən pul götürüləndə də dedi ki, o pul ona məxsus deyil. Həmin pulu görməyib və ona aidiyyatı yoxdur”, Sadıqova qeyd edib.

Vəkil Ülvi Həsnlinin xəsarəti olduğunu deyib.

”Ülvinin gözünün altında xəsarət var idi. O bildirdi  ki, vurubalr. Çəkilişdə də döyüblər. Mən bu faktlın araşdılamsını xahiş etdim”, o qeyd edib.

Turan

23:11, 20 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəFərdi ŞikayətlərHüquq PozuntularıMərkəzi AranSliderSosial təminat hüququXƏBƏRLƏR

Müharibə iştirakçısı iş tapa bilmir: “Adamı həyatından bezdiriblər”

by Gozetci 18:51, 20 Noyabr 2023
written by Gozetci

Elməddin İsayev. Fotolar: Meydan TV

Elməddin İsayev: “Nə iş verirlər, nə  məşğulluqla təmin edirlər”

İkinci Qarabağ müharibəsinin iştirakçısı, Göyçayın Mırtı kəndi sakini Elməddin İsayev özünüməşğulluqdan yararlana bilmədiyini deyir.

Müharibə iştirakçısı bu barədə Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, kənddən müraciət edənlər bu proqramdan yararlana bilsələr də, ona imkan tanınmır:

“Üç ildir ki, Dövlət Məşğulluq İdarəsinin filialında qeydiyyatdayam, heyvan alıb-saxlamaq istəyirəm. Məndən sonra qeydiyyata düşənlər də aldı, amma nədənsə mən yada düşmürəm. Amma müharibə, Vətəni qorumaq olsa, hamıdan tez yada düşürük”.

“Digərləri kimi intihar edək?”

Kamran İsayev deyir ki, ilk gündən son günədək müharibədə iştirak edib.

O buna görə peşman olmadığını deyir, amma dövlətin diqqətini də görmək istəyir. Üstəlik, ev tikmək üçün kənd bələdiyyəsinə ünvanladığı torpaq istəyinə də mənfi cavab alıb:

“2020-ci ilin sentyabrın 27-dən 2021-ci ilin 9 yanvarına qədər Suqovuşan, Talış istiqamətində müharibədə iştirak edən heyətin tərkibində olmuşam. Sonra qayıtmışam və 2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin filialına dəzgah üçün müraciət etmişəm. İki aydan sonra imtina edib qoyun almaq istəmişəm. Veteranlıq üçün sənəd gətirtdilər ki, 30 balın artsın. Hələ o vaxt balım 100-ü keçmişdi”.

“2022-ci ilin fevralında gəlib həyətə, tövləyə baxış keçirib getdilər, nəticəsi olmadı. Dəfələrlə getmişəm, araşdırmadan deyirlər ki, get, xəbər edəcəyik. Üç il də bitir artıq, ancaq məndən sonra qeydiyyata düşənlər və heç müharibə iştirakçısı olmayanlar alıb. Bəs ailəmi necə dolandırım? Digərləri kimi intihar edək? Nə iş verirlər, nə məşğulluqla təmin edirlər”.

“Bələdiyyədən dedilər ki, torpaq yoxdur, get atandan al…”

Müharibə iştirakçısının sözlərinə görə, 5 nəfərlik ailə onun 80 manatlıq təqaüdü ilə dolanır.

Deyir ki, sahədəki əkini də heç ona sərf edilən xərci ödəmir. İndiki durumda iş axtarışları da nəticəsiz qalıb:

“Tək torpaq, əkin dolanışığı təmin etmir axı. Bu il hava şəraiti əkini də məhv etdi. Borc da, bahalıq da bir tərəfdən. Böyük ailəyik, subay adamam, evim yox. Köhnə təmirli ata evimiz var, yaşayış da, əkin də oradadır. Ev tikmək və əkin üçün bələdiyyədən torpaq istədim, dedilər yoxdur, get atandan al. Adıma heç pay torpağı da yoxdur. Nə torpaq verən var, nə də heyvan. Heyvanı alsaydım, artırıb məşğulluq yaradardım. Harada gedirsən, deyirlər ki, birtəhər dolan. Bundan birtəhər necə olur? Bütün qapıları bağlayıb, adamı həyatdan bezdirirlər. Yaşamaq  məmurlar, imkanlılar üçündür. Sürünməklə yaşamaq olur?”.

Dövlət Məşğulluq Agentliyi müraciətə gələn il baxılacağını deyir…

Dövlət Məşğulluq Agentliyinin sözçüsü Əsmər Nəcməddinqızı Meydan TV-yə deyib ki, artıq ilin sonudur, növbəti ildən onun müraciətinə baxılacaq.

“Göyçay  sakini İsayev Elməddin Kamran oğlunun müraciəti tərəfimizdən araşdırılıb. Vətəndaş Vətən müharibəsi veteranıdır. Qoyunçuluq təsərrüfatı zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib və hazırda növbədədir. Artıq il tamamlanmaq üzrə olduğu üçün proqram iştirakçılarının ilkin monitorinqləri başa çatıb. Növbəti ildə proqramın icrası başlayan ilk dövrlərdə Elməddin İsayevin proqram çərçivəsində müvafiq prosedurlara cəlbi təmin ediləcək”, – deyə o sorğuya belə cavab verib.

Bələdiyyə sədri də işi gələn ilə saxladı…

Bələdiyyə sədri Nazim Davudov isə Meydan TV-yə bildirib ki, kənddə 35 müharibə iştirakçısı var. Onların da yalnız 3 nəfərinə torpaq ayrılıb.

Onun sözlərinə görə, Elməddin İsayevin müraciətinə gələn ildən, torpaq olduğu təqdirdə baxıla bilər.

“Müraciət edən üç veterana sahibkar obyekti kimi yol kənarından  bir az yer ayırmışam. Ancaq sənədlərini hələ təsdiqlədə bilmirlər. Üç ildə bir sot torpaq verə bilmişəm, çünki indi sənədləşdirməni çətinləşdiriblər. Ancaq ev tikmək üçün bələdiyyənin torpağında elə də yer yoxdur. 1300 hektarının 650 hektarı  pay və həyətyanı sahələrdir. Gərək  vətəndaşların vaxtilə zəbt etdiyi torpaqlardan alıb verək. Digər elə yerlər var ki, uzaqdır, onlar gedə bilməyəcəklər. Oradan istəyir və adında pay torpağı yoxdursa, mənə müraciət etsin, növbəti ildə baxarıq”.

Meydan TV 

18:51, 20 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ülvi Həsənlinin evində axtarış aparılır, ofisdən 40 min avro “tapılıb”

by Gozetci 16:26, 20 Noyabr 2023
written by Gozetci

“Həsənlinin həbsi, “AbzasMedia”nın ofisində axtarış ifadə azadlığı hüququna, müstəqil mediaya qarşı təqibdir”

Ülvi Həsənlinin saxlanılması, “AbzasMedia”nın ofisində axtarış aparılması Azərbaycanda ifadə azadlığı hüququna, o cümlədən müstəqil mediaya qarşı təqibdir.

Müdafiəçi Hüquq Mərkəzinin Ülvi Həsənlinin saxlanılması ilə bağlı yaydığı bəyanatda belə deyilir.

“AbzasMedia”nın direktoru Ülvi Həsənlidən noyabrın 20-i səhər saatlarından xəbər  kəsilib. Daha sonra məlum olub ki, o, Bakı şəhər Baş Polis İdarəsindədir.

Noyabrın 20-də gün ərzində “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində axtarış aparılıb. Hələlik onun hansı səbəblə həbs edilməsi barədə məlumat verilməyib. Vəkili Zibeydə Sadıqova Bakı Şəhər Baş Polis İdarəsinə gedib və müvəkkilinin həbsinin səbəbini araşdıracağını bildirib.

Müdafiəçi Hüquq Mərkəzi hesab edir ki, Azərbaycan hökumətinin təqib siyasəti mövcud konstitusion hüquqi çərçivəyə və Azərbaycan Respublikasının insan hüquqlarına dair götürdüyü beynəlxalq hüquqi öhdəliklərə ziddir. Bu səbəbdən də hökumət bu təqibləri dayandırmalıdır:

“Ölkədə siyasi müxalifətə, tənqidçi vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı aparılan siyasi motivli təqib kampaniyasına, o cümlədən bu çərçivədə həyata keçirilən cinayət işlərinə və digər hüquqi məhdudiyyət tədbirlərinə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqlarının Konvensiyasının qeyri-legitim, siyasi motivli hüquq məhdudiyyətlərini qadağan edən 18-ci maddəsi üzrə Azərbaycana qarşı 11 hüquq pozuntusu qərarı qəbul edilib. Hazırda həmin qərarların icrası Avropa Şurası Nazirlər Komitəsinin nəzarətindədir. Azərbaycan Hökumətinin həmin hüquq pozuntusu qərarlarının icrası üzrə həyata keçirməli olduğu ümumi tədbirlərdən biri də siyasi motivli təqib kampaniyalarını təkrarlayır”.

Təşkilat Azərbaycan hökumətinə çağırış edir ki, Ülvi Həsənli və “AbzasMedia”nın timsalında siyasi motivli təqibləri dayandırsın:

“Ülvi Həsənli ilə “AbzasMedia” barəsində aktual və potensial cinayət prosessual addımlardan çəkinilməlidir. Həmçinin, beynəlxalq publik təşkilatları və beynəlxalq qeyri-hökumət təşkilatlarını Azərbaycanda yenidən canlanmağa başlayan siyasi motivli təqib kampaniyasını ciddi nəzarətə götürməyə dəvət edirik”, qurum bəyanatında bildirir.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul “aşkarlayıblar”.

“AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofidə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.

Ülvi Həsənlinin nə səbəblə saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.

“Abzas Media” son zamanlar daha çox araşdırma materialları ilə tanınır. Media qurum Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.

Meydan TV 

16:26, 20 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İranda həbs edilən Fərid Səfərlidən xəbər var: “Səhhəti pisləşib”

by Gozetci 15:01, 20 Noyabr 2023
written by Gozetci

Fərid Səfərli

Anası Azərbaycan hökumətindən məsələni diqqətdə saxlamağı xahiş edir

İranda saxlanılaraq 2 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin səhhətində problemlərin yarandığı bildirilir.

Bu barədə Meydan TV-yə anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, Fəridlə telefonla danışıb və onun sağlıq durumunun yaxşı olmadığını öyrənib.

Əsgərova özü də həkimdir və hesab edir ki, oğlu həbs edilən zaman psixoloji basqı altında olub:

“O, sevdiyi qızla birlikdə hava limanına gedərkən qəfil maşını saxlayıb üstünə cumublar və az qala bir terrorçu kimi həbs ediblər. Daha sonra SEPAH-ın təcridxanasında saxlanılanda ona yalandan məlumat veriblər ki, guya sənin günahın sübuta yetirilib. Onu hətta asılmaqla da təhdid ediblər. Deyiblər ki, əgər etiraf etsən, işin bir az yüngülləşə bilər. Amma Fərid yenə də günahsız olduğunu deyib və bu saxta ittihamları qəbul etməyib”.

“Dediyim odur ki, bu qədər psixoloji basqı istənilən sağlam şəxsin depressiyaya düşməsinə səbəb ola və səhhətinə təsir edə bilər. İki aydır ki, normal yata da bilmir. Çox aqressivdir. Əgər ciddi tədbir görülməsə, fəsadları ağırlaşa bilər”, – deyə o bildirib.

Fərid Səfərli anasına deyib ki, onu həbsxananın xəstəxanasında müayinə ediblər, lakin o, qanunsuz həbsinə etiraz olaraq təyin olunan dərmanlardan da imtina edib.

Ana narahatdır ki, belə davam edərsə, Fəridin səhhətində daha kəskin problemlər yarana bilər.

O ümid edir ki, artıq İranla münasibətləri normallaşan Azərbaycan hökuməti qapalı və köməksiz şəraitdə saxlanılan oğlu ilə bağlı ciddi tədbirlər görəcək.

Əsgərova Fərid Səfərlinin səhhəti ilə bağlı Azərbaycandakı aidiyyəti qurumlara da müraciət edir, bu məsələnin diqqətdə saxlanılmasını xahiş edir.

Fərid Səfərli niyə həbs olunub?

Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib.

Onun Almaniyada olarkən tanış olduğu iranlı sevgilisi ilə görüşə getdiyi bildirilir.

Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb.

Sonradan məlum olub ki, Fərid Səfərli İranda “casusluq” ittihamı ilə həbs olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı isə “casusluq etmək niyyəti” ittihamı ilə əvəzlənib.

Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, iranlı həmkarı ilə görüşü zamanı ondan Fərid Səfərlinin məsələsinə humanizm prinsiplərinə uyğun baxılmasını xahiş edib.

Anasının dediyinə görə, avqust ayında Fərid Səfərliyə hökm oxunub. Hakim son məhkəmə olmadan, Fərid Səfərliyə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli qərarı məktub şəklində alıb.

Meydan TV 

15:01, 20 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“AbzasMedia”nın ofisində axtarış aparılır

by Gozetci 13:43, 20 Noyabr 2023
written by Gozetci

Jurnalistlər ərazidən uzaqlaşdırılır

Polis əməkdaşları “AbzasMedia”nın ofisi qarşısında toplaşıb. Həmçinin, media qurumunun redaksiyasında axtarış aparılır.

Bu barədə media qurumunun əməkdaşları sosial mediada paylaşım edib.

Bildirilir ki, hazırda jurnalistlər ərazidən uşaqlaşdırılır.

“AbzasMedia”nın yaydığı video görüntülərdən isə aydın olur ki, polislər ərazidə çəkiliş aparan jurnalistlərə mane olur. Onları redaksiyanın olduğu binanın önündən uzaqlaşdırır. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olurlar.

“AbzasMedia”nın direktoru Ülvi Həsənlidən noyabrın 20-dən səhər saatlarından xəbər yoxdur.
Daha sonra məlum olub ki, o, Bakı şəhər Baş Polis İdarəsindədir.

Vəkili Zibeydə Sadıqova bildirib ki, onun hansı səbəblə saxlanılması barədə ona məlumat verməyiblər, araşdırıb, ətraflı danışacaq.

Ülvi Həsənlinin nə səbəblə saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) də məlumat almaq mümkün olmayıb.

“Abzas Media” son zamanlar daha çox araşdırma materialları ilə tanınır. Media qurum Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.

Meydan TV 

13:43, 20 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Abzas Media-nın direktoru Ülvi Həsənli saxlanılıb

by Gozetci 11:23, 20 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli

Bazar ertəsi səhər saatlarında Abzas onlayn nəşrinin direktoru Ülvi Həsənli yoxa çıxıb. Həmkarları onun saxlanıldığını ehtimal edirlər.

Nəşrin baş redaktoru Sevinc Vaqifqızının Turan-a verdiyi məlumata görə, Həsənlinin bu gecə xaricə uçuşu olmalı idi, amma o, təyyarəyə minməyib: “Səhər saat 4:30-da evdən çıxıb, hava limanına yollanıb, amma təyyarəyə minməyib. Onun hava limanında saxlandığını ehtimal edirəm”.

S.Vaqifqızı qeyd edib ki, ehtimal edilən həbsin səbəbi Ülvi Həsənlinin peşə fəaliyyəti, xüsusən Abzas Media-nın yüksək vəzifəli məmurların ailə üzvlərinin biznesi haqqında araşdırmalarıdır.

DİN-dən şərh almaq mümkün olmayıb. Lakin vəkil Zibeydə Sadıqova Turan-a bildirib ki, Ülvi Həsənli saxlanılıb və Bakı Şəhər Baş Polis İdarəsindədir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil.

Turan 

11:23, 20 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa İttifaqı Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin azad edilməsinə çağırır

by Gozetci 09:41, 18 Noyabr 2023
written by Gozetci

Avropa İttifaqı Qubad İbadoğlunun məhkəməyəqədər həbs müddətinin uzaldılması ilə bağlı təəssüfünü ifadə edib, İbadoğlunun və Bəxtiyar Hacıyevin azad edilməsinə çağırıb.

“Aİ tanınmış alim və fəal Qubad İbadoğlunun məhkəməyəqədər həbs müddətinin uzaldılmasına təəssüflənir. Biz Azərbaycan hakimiyyətini onu lazımi tibbi yardımla təmin etməyə, İbadoğlunun və həmçinin fəal Bəxtiyar Hacıyevin dərhal azad edilməsinə çağırıq”, İttifaqın Xarici Siyasət İdarəsinin mətbuat katibi Peter Stano X (keçmiş Twitter) yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Aİ sözçüsünün bəyanatının istintaqın işinə müdaxilə olduğunu deyərək bunun qanunsuz və siyasi cəhətdən doğru olmadığını vurğulayıb.

“Həm Qubad İbadoğlu, həm də Bəxtiyar Hacıyev barəsində qanunla müəyyən edilmiş müvafiq cinayət işi aparılır və buna hörmət edilməlidir”, Hacızadə X səhifəsində yazıb.

Xatırlatma

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi noyabrın 16-sı Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbs müddətinin daha üç ay uzadılması ilə bağlı qərar qəbul edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu bu ilin iyul ayında həbs edilib. Onu ittihamlar üzrə 17 ilədək həbs cəzası gözləyir.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilən Bəxtiyar Hacıyevin işi üzrə ibtidai istintaq noyabrın 13-də yekunlaşıb. Hacıyev Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunur və ittihamlara əsasən 12 ilədək həbs cəzasına məhkum edilə bilər.

İnsan hüquqları təşkilatları Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin həbsinin siyasi motivli olduğunu qeyd edir, həbsləri Azərbaycan hakimiyyətinin öz tənqidçilərini susdurma cəhdi kimi qiymətləndirir.

Avropa Parlamenti sentyabr ayında qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun dərhal azad edilməsinə, Azərbaycanda insan hüquqlarını pozan məmurlara qarşı sanksiya tətbiq edilməsinə çağırıb.

Amerikanın Səsi 

09:41, 18 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai xadimlər koalisiyası Qubad İbadoğlunun azad edilməsinin tələb edirlər

by Gozetci 19:56, 17 Noyabr 2023
written by Gozetci

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunarkən bir qrup ictimai xadimlərin kollektivi tanınmış iqtisadçı- professor Qubad İbadoğlunun azad edilməsi tələbilə fleşmob təşkil edib.

İctimai xadimlər əllərində iqtisadçı- professor Qubad İbadoğlunun fotolarını tutublar.

Onlar iqtisadçı professorun azadlığını tələb edirlər.

İctimai xadimlərin Amerikanın Səsinə verdiyi məlumata görə, iqtisadçı alimin həbsdə qalmasının heç bir əsası yoxdur və onun həbsi siyasi sifarişdir.

Bundan əlavə noyabrın 17-də Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova onunla Bakı İstintaq Təcridxanasında görüşüb.

“Oturacaqdan çox asta durdu və bir müddət belini tutub, əyri vəziyyətdə qaldı. Sonra yavaş-yavaş qamətini düzəltdi,”vəkil bildirib.

Onun sözlərinə görə, noyabrın 17-də növbəti dəfə Tibb Baş İdarəsindən cavab gəldi ki, Qubad İbadoğlunun fizioterapiyaya ehtiyacı yoxdur.

“Nə həkim baxır, nə müalicə yazılır, nə də xahişlərimiz nəzərə alınır”deyə o əlavə edib.

Bununla bağlı Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi noyabrın 16-sı Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbs müddətinin daha üç ay uzadılması ilə bağlı qərar qəbul edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu bu ilin iyul ayında həbs edilib. Onu ittihamlar üzrə 17 ilədək həbs cəzası gözləyir.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Avropa Parlamenti sentyabr ayında qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun dərhal azad edilməsinə, Azərbaycanda insan hüquqlarını pozan məmurlara qarşı sanksiya tətbiq edilməsinə çağırıb.

Amerikanın Səsi 

19:56, 17 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Cəlil Zabidov saxlanılıb

by Gozetci 13:25, 17 Noyabr 2023
written by Gozetci

Cəlil Zabidov

Noyabrın 17-də səhər saatlarında Yardımlı rayonunda ictimai fəal Cəlil Zabidov saxlanılıb. Bu barədə onun yaxınları bildiriblər.

“Bu gün Yardımlının mərkəzində Cəlili saxlayıblar və polisə aparıblar. Onun qardaşını və dərsə gedən qardaşı oğlunu da aparıblar. Aydındır ki, bu, Cəlilin sosial şəbəkələrdə məmurlara qarşı tənqidilə əlaqədardır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Turan-a bildiriblər ki, qanunsuz küçə ticarətilə əlaqədar Zabidov qardaşı ilə birlikdə polisə dəvət edilib. İnzibati protokol tərtib edildikdən sonra onları buraxacaqlar.

Zabidov əvvəllər də saxlanmalara, inzibati və cinayət təqiblərinə məruz qalıb. 2020-ci ildə sosial şəbəkələrdə seçki pozuntularını və saxtakarlıqları tənqid edib və 5 ay müddətinə həbs edilib.

2021-ci ildə korrupsiyaya və yerli məmurlar tərəfindən sosial ədalətsizliyə etiraz etdiyinə görə 25 sutka həbs edilib.

2023-cü ilin mayında polisə çağırılıb və orada təzyiqə məruz qalıb.

Turan 

13:25, 17 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia