Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Fazil Qasımovun həbs müddəti uzadılıb

by Gozetci 12:00, 17 Noyabr 2023
written by Gozetci

Fazil Qasımov

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.

İş üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar Fazil Qasımovun həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

12:00, 17 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Müsəlman Birliyi” Hərəkatının fəalı saxlanılıb (YENİLƏNİB)

by Gozetci 10:03, 17 Noyabr 2023
written by Gozetci

Kamran Fərat (Kərimov)

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, axşam saatlarında Kamran Fərat sərbəst buraxılıb.

*   *   *

Noyabrın 16-da mülki geyimli şəxslər “Müsəlman Birliyi” Hərəkatının fəalı, bu təşkilatın himninin müəllifi Kamran Fəratı (Kərimov) evindən aparıb.

Fəalın həyat yoldaşı onun saxlanılmasını videoya çəkib. Video sosial şəbəkədə yer alıb. Kadrlarda fəalın Bayıl qəsəbəsindəki evindən çıxarılması, avtomobilə mindirilib aparılması əksini tapıb.

Fəalın həyat yoldaşı onun üzərinə narkotik maddə qoyulmasından və həbs oluna biləcəyindən ehtiyatlanır.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Kamran Fərat Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparılıb.

Onun sözlərinə görə, Fərat bundan əvvəl qısamüddətli həbslərə məruz qalıb, onun ölkədən çıxışına qadağa qoyulub.

“Mən artıq iki saatdır ki, polis bölməsinin qarşısında gözləyirəm. Məni hüquqlarını müdafiə etdiyim şəxslə görüşə buraxmırlar. Artıq bu barədə daxili işlər nazirinə və Ombudsmana şikayət etmişəm”, vəkil Amerikanın Səsinə deyib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu məlumata hələ münasibət bildirməyib.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq oktyabrın 4-də siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya daxil edilən 235 nəfərdən 171 nəfəri dindardır.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, siyasi məghbusların “Dindarlar” qrupuna 171 soyad, o cümlədən “Nardaran işi” üzrə fiqurantlar, bir neçə ilahiyyatçı, habelə ötən ilin yayından bu ilin sentyabrına qədər həbs olunmuş dindar qrupu daxildir.

“Həbs olunan dindarların hamısı narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur”, hüquq müdafəçisi qeyd edib.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə iradəsinə görə insanların təqib edilmədiyini bildirir və siyasi məhbusların olmasını qəbul etmir. Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda insanların fundamental azadlıqları tam təmin olunub.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası 2020-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

Amerikanın Səsi 

10:03, 17 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş ərizə ilə bağlı yekun qərarlarını elan edib

by Gozetci 16:15, 16 Noyabr 2023
written by Gozetci

Hökumət nümayişdə tutulan müxalifətçilərə təzminat ödəyəcək

Yaşar Kərimov və başqaları Azərbaycana qarşı

Bu iş ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlər tətbiqi və inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmələrin ədalətsizliyi ilə bağlı idi. 5 ərizəçi onlara münasibətdə Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunun baş verdiyini iddia edirdilər.

Ərizəçilərin kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. Dostca anlaşmalara əsaslanan qərardada görə, hökumət ərizəçilərə ədalətli əvəz ödəməlidir.

Ərizəçilərdən Yaşar Kərimova, Elnur Quliyevə, Emin Fərhadova və Babək Muradova mənəvi zərər əvəzi 3700 avro, xərc və məsrəflərə görəsə 450 avro (hər birinə) ödənilməlidir. Sarvan Cumayevə isə mənəvi zərər əvəzi 2500, xərc və məsrəflərə görə 350 avro ödənilməlidir.

Zülfiyyə Nəcəfova və başqaları (3) Azərbaycana qarşı

Bi məhkəmə işi mülkiyyət hüququnun pozuntusu və səmərəli müdafiə vasitələrinin mövcud olmaması iddiaları ilə bağlı idi.

Məhkəmə ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərardadda qeyd edilir ki, Hökumət ərizələrlə bağlı qeydlərini təqdim etsə də ərizəçilər (Zülfiyyə Nəcəfova, Çingiz MÜRSƏLOV, Nazim MUSAYEV və Ruslan RÜSTƏMOV) məhkəmənin məktublarına cavab vermədiyindən belə qərar qəbul edilib.

Aihmaz.org

16:15, 16 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri üç ay uzadılıb

by Gozetci 14:55, 16 Noyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Bu gün Bakının Nərimanov Rayon Məhkəməsində istintaq orqanının Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri professor Qubad İbadoğlunun həbs müddətinin uzadılması haqqında təqdimata baxılıb.

Vəkil Zibeydə Sadıqovanın Turan-a verdiyi məlumata görə, məhkəmə siyasətçinin həbs müddətini daha 3 ay uzadıb.

Onun sözlərinə görə, müstəntiq və prokuror həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin davam etdirilməsi zərurəti ilə əsaslandırıb. Onlar iddia ediblər ki, siyasətçi azadlıqda olsa, istintaqa təsir göstərə bilər.

“Qubad İbadoğluna qarşı yeni ittihamlar da irəli sürülə bilər”, deyə Sadıqova məhkəmə iclasının yekunlarını şərh edərkən bildirib. İbadoğlu özü ittihamların və həbsdə saxlanılmasının əsassız olduğunu bildirib.

Vəkil həmçinin siyasətçiyə qarşı irəli sürülən ittihamların hüquqi əsası olmadığını qeyd edib. Məhkəmə müdafiə tərəfin dəlillərinə məhəl qoymayıb, məhkəmənin qərarından şikayət veriləcək.

Siyasətçinin qardaşı Qalib Bayramov İbadoğlunun səhhətindəki problemlərin dərinləşdiyini qeyd edib. Onurğa disklərinin çıxıntısı, yerdəyişməsi və sinirlərin əzilməsi səbəbindən o, yata bilmir və yorğundur. Hərəkət etmək qabiliyyəti gündən-günə azalır.

İnsulin qəbulu yan təsirlərə səbəb olub və nəbzi dəqiqədə 115-120 dəfə vurur. Artıq iki həftədir hakimiyyət nevroloq və endokriloqun İbadoğuna baş çəkməsinə icazə vermir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Turan 

14:55, 16 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qardaşı Qubad İbadoğlunun belində ağrıların şiddətləndiyini bildirir

by Gozetci 16:04, 15 Noyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Noyabrın 14-də Nərimanov rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun həbsindən sonra möhürlənmiş ofisin açılması ilə bağlı vəkillərin şikayətinə baxılıb.

Bu barədə Amerikanın Səsinə iqtisadçı alim Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, məhkəmə şikayəti təmin etməyib.

“Məhkəmə belə əsaslandırdı ki, istintaq gedir və istintaq dövründə götürülmüş materiallardan istifadə oluna bilər. Amma orada hər hansı istifadə olunası material da yoxdur. O, ADR-ə məxsus olan sənədlər birbaşa olaraq üzvlərin fərdi məlumatlarıdır. Orada istintaq üçün xüsusi əhəmiyyət kəsb edən sənəd yoxdur”, o deyib.

Onun sözlərinə görə, yaxın günlərdə İqtisadi Tədqiqatlar Mərkəzin adından analoji olaraq şikayət veriləcək.

Qalib Toğrul bildirib ki, məhkəməyə Qubad İbadoğlunun özü də gətirilib.

“Qubad bəyin səhhətində əvvəlki problemlər hələ də qalır. Xüsusilə belində ağrılar şiddətlənib. Gecələr ağrılar şiddətlənir və ağrıdan yata bilmir. Dəfələrlə son iki həftədə müraciət edib ki, endokrinoloq, nevropatoloq gəlsin və müalicə etsin. Amma heç kim gəlməyib. Şəkərlə bağlı problemlər də hələ də qalır”, Qabil Toğrul deyib.

Öz növbəsində Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

16:04, 15 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Afiəddin Məmmədovun həbs müddətini daha iki ay uzadıb

by Gozetci 15:30, 15 Noyabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

Bu gün Xətai Rayon Məhkəməsi müstəqil “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədovun həbs müddətini daha iki ay uzadıb.

Bu barədə “Turan”a vəkil Zibeydə Sadıqova məlumat verib.

Xatırladaq ki, Məmmədov sentyabrın 20-də evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalandan sonra saxlanılıb.

Ancaq Məmmədovun özünü həmin şəxsi bıçaqlamaqda ittiham ediblər.

Sentyabrın 21-də axşam saatlarında Xətai Rayon Məhkəməsi Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Afiəddin Məmmədova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyanı tətbiq etməklə xuliqanlıq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb, bu maddələrlə onu 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Vəkil qeyd edib ki, son iki ayda ilkin prosessual hərəkətlər istisna olmaqla, Məmmədovun özünün iştirakı ilə heç bir istintaq hərəkəti aparılmayıb.

Müstəntiq həbs müddətinin uzadılmasını zərərçəkmişlə “üzləşdirmə” aparmaq və ekspertizanın nəticələrini almaq zərurəti ilə əsaslandırıb.

Müdafiə tərəfi Məmmədovun cinayət təqibini və müvafiq olaraq istintaqın uzadılmasını əsassız hesab edir.

Vəkil Sadıqova qeyd edib ki, əslində Afiyəddin xəsarət alıb.

“İstintaq təcridxanasının həkimi ona burun çəpərinin sınığı diaqnozu qoyub və əməliyyata ehtiyac olduğunu qeyd edib. Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin tibb idarəsinə, istintaq təcridxanasının rəhbərliyinə, ombudsmana müraciət etsəm də, heç bir tədbir görülməyib”, vəkil qeyd edib.

Vəkil bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

O, Məmmədovun telefon zəngi hüququnun məhdudlaşdırıldığını da qeyd edib.

Ona yalnız öz ailəsinə zəng etməyə icazə verirlər, o isə vəkilinə və onun üçün qanuni maraqlarını müdafiə edən digər şəxslərə də zəng etmək hüququna malikdir.

Müdafiə tərəfi Məmmədovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Turan 

15:30, 15 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunun Füzulidəki qohumları araşdırılır

by Gozetci 12:17, 15 Noyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

“Bununla onları qorxu və vahimə içərisində saxlamağa çalışırlar”

Hazırda həbsdə olan iqtisadçı Qubad İbadoğlunun Füzulidə yaşayan qohumlarının araşdırıldığı bildirilir.

Bu barədə danışan iqtisadçının qardaşı Qalib Bayramov deyir ki, onların Füzulidə yaşayan qohumlarını son dörd ayda ikinci dəfədir araşdırırlar. O düşünür ki, bununla onları qorxu və vahimə içərisində saxlamağa çalışırlar.

Qalib Bayramov bildirir ki, ilk belə araşdırma qardaşı həbs olunandan sonrakı bir ay içərisində olub. İndi növbəti dəfə qohumlarına zəng edib, onları sorğu-suala tuturlar:

“Prosesdə Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları xüsusi fəallıqları ilə seçilirlər. Həyasızcasına hətta 60-70 il öncə rəhmətə getmiş uzaq qohumlarımızın kimliyinin araşdırılmasına belə cəhd olunur”.

Qalib Bayramov. Foto: “abzas.net”

Məsələ ilə bağlı Füzuli rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Füzuli rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı şöbəsindən bu barədə məlumatsız olduqları bildirilib.

Xatırlatma

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Meydan TV 

12:17, 15 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin işi üzrə istintaq yekunlaşıb

by Gozetci 15:16, 13 Noyabr 2023
written by Gozetci

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

13 cilddən ibarət istintaq materialı məhkəməyə göndəriləcək

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə istintaq yekunlaşıb.

Hazırda Bəxtiyar Hacıyevin özü və vəkillərinin cinayət işinin materiallarıyla tanış olması mərhələsidir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, ictimai fəal haqqında cinayət işinin materialları 13 cilddən ibarətdir.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında bloger Ülviyyə Muradova (Alovlu) ilə aralarındakı insidentə görə həbs olunmuşdu.

Həmin vaxt ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

Ancaq 2023-cü il iyunun 16-da ona yeni maddələrlə əlavə ittihamlar verildi. Bunlar əsasən maliyyə məsələlərilə bağlı ittiham idi.

İctimai fəala qarşı Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham irəli sürülüb.

Noyabrın 7-də isə Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham verildi.

Bundan sonra istintaq yekunlaşıb.

Cinayət işinin materiallarıyla tanışlıq mərhələsi başa çatandan sonra prokuror ittiham aktını təsdiqləyəcək və iş məhkəməyə göndəriləcək.

Bəxtiyar Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Bəxtiyar Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Meydan TV 

15:16, 13 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ailəsi Qubad İbadoğlunun səhhətindən narahatdır

by Gozetci 09:08, 12 Noyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Noyabrın 11-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti ilə bağlı məlumat yayıb. Qardaşı bildirir ki, onlar Qubad İbadoğlunun səhhətindən narahatdırlar.

“Londonda olarkən şəkərli diabetə qarşı gündə 1 dəfə olmaqla 1 tabletka” Metformin” və “Glimepride” qəbul edib. Aclıq və toxluq şəkəri daim normal olub. Hazırda bu iki dərmanın gündəlik qəbul edilən dozası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin endokrinoloqu tərəfindən 3 dəfə artırılıb. Əlavə olaraq yüksək dozada – gündə 24 vahid (unit) Tresiba insulini vurur”.

Qalib Toğrulun sözlərinə görə, dərmanların dozası artsa qardaşının şəkəri normadan 3-3,5 dəfə çox olur.

“Stress, mənəvi işgəncə və hərəkətsizliyin fəsadlarıdır ki, 112 gündür qanunsuz həbsdə saxlanılan qardaşımın şəkəri normallaşmır”, deyə o bildirib.

Qeyri-iş günü olduğu üçün Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Xatırltma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

09:08, 12 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həbsdə olan AXCP fəalının səhhətində problemlər yarandığı bildirilir

by Gozetci 15:25, 10 Noyabr 2023
written by Gozetci

Elxan Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin səhhətində ciddi problemlər yarandığı bildirilir.

Dünən onun ailə üzvləri Elxan Əliyevlə görüşdən sonra bildiriblər ki, bir neçə gün öncə infarkt keçirdikdən sonra Elxan Əliyevin səhhəti daha da ağırlaşıb.

“Elxanın gözlərində qan damarları partlayıb, gözləri qan içindədir. Həkimlər müayinə edərkən kürəyində göyümtül ləkələr aşkar ediblər. Elxan Əliyev deyib ki, döş qəfəsində yanma və göynəmə hissi var”, deyə AXCP Elxan Əliyevin ailə üzvlərinə istinadən məlumat yayıb.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov hesab edir ki, Əliyevin həyatı tam təhlükə altındadır.

“Elxan bəyi qanunsuz həbsinədək insult vurmuşdu. Sağlamlığı belə ağır vəziyyətdə olan günahsız insanı həbs edib, kamera şəraitində saxlayırlar. Penitensiar Xidmətin rəhbərliyindən Elxan Əliyevin müalicə müəssisəinə köçürülməsini, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicəinin təşkil edilməsini xahiş edirəm”, deyə o qeyd edib.

Hüquq müdafiəçisi Elxan Əliyevin ailəsinin sosial durumunun da ağır olduğunu bildirib.

“Onun ailəsi üç uşaqla ağır maddi sıxıntılar içərisində kirayədə yaşayır”, deyə Səfərov qeyd edib.

Penitensiar Xidmətdən Elxan Əliyevin sağlamlıq durumu ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.

Xatırlatma

İyulun 27-də AXCP fəalı Elxan Əliyev barəsində Sabunçu rayon Məhkəməsi istintaq orqanın vəsatəti əsasında üç aylıq həbs-qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Elxan Əliyev, Yusif Əliyev və Vəfadar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Elxan Əliyev Facebook səhifəsində həbsindən əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.

“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu, hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə”, deyə o, saxlanılmasından öncə paylaşdığı videoda bildirib.

Daxili İşlər Nazirliynin Mətbuat xidməti bildirib ki, Elxan Əliyevin sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.

Hüquq müdafiəçiləri Əliyevi siyasi məhbus kimi tanımağa çağırıblar.

Turan 

 

15:25, 10 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia