
«Hələ də rəsmi korrupsiya faktlarını araşdırmaq cəsarətində olan azsaylı yerli Azərbaycan KİV-indən biri olan “Abzas Media”nın ofisinə basqın və onun direktoru Ülvi Həsənlinin həbsi, görünür, bu KİV-in novator jurnalist fəaliyyətinə görə qisas xarakteri daşıyır. Azərbaycan hakimiyyəti Həsənlini dərhal azad etməli və “Abzas Media”ya qarşı təzyiqlərə son qoymalıdır”, – Komitənin ictimaiyyətlə əlaqələr üzrə direktoru Cipsi Gilyen Kayser bildirib.
“Azərbaycan hakimiyyəti Həsənlini dərhal azad etməli və “Abzas Media”nın təqibinə son qoymalıdır”, – o əlavə edib.
“Abzas Media” 2014-cü ildən müstəqil KİV və mətbuat azadlığını müdafiə qruplarına qarşı bir sıra basqın, həbs və cinayət araşdırmalarından sonra qalan az sayda müstəqil mediadan biridir.
Jurnalistləri Müdafiə Komitəsi vəziyyətin şərh edilməsi təklifilə Bakı Polis İdarəsinə, Daxili İşlər Nazirliyinə və Azərbaycan Prezident Administrasiyasına elektron sorğu göndərsə də, heç bir cavab almayıb.