Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb

by Gozetci 18:18, 30 Dekabr 2025
written by Gozetci

Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov

 

Azərbaycandan xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı (Mirzəyeva), Azərbaycan Xalq Parlamentinin həmsədri Abid Qafarov və bloger Beydulla Manafovun məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 13-nə təyin edilib.

S.Osmanqızı və A.Qafarov Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), B.Manafov isə 281.2-ci və 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilir.

Cinayət işində iddia olunur ki, onlar “YouTube” kanallarında hakimiyyəti ələ keçirmək üçün çağırışlar ediblər.

Azərbaycan hakimiyyəti 2025-ci ildə xaricdə yaşayan 24 tənqidçisinə qarşı cinayət işləri açıb. Onların bəziləri barədə yerli məhkəmələr artıq qiyabi hökmlər çıxarıb.

Avropa Parlamenti dekabrın 18-də Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsində hakimiyyətin siyasi motivlərlə tənqidçilərinə qarşı cinayət işləri açdığını qeyd edib.

Toplum TV 

18:18, 30 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sosial şəbəkələrdə tənqidi çıxışları ilə tanınan müəllim həbs olunub

by Gozetci 10:05, 30 Dekabr 2025
written by Gozetci

Dəyanət Çələbi

 

Sosial şəbəkələrdə tənqidi çıxışları ilə tanınan ictimai fəal Dəyanət Çələbi (Çələbiyev) həbs olunub

“Azadlıq Radiosu”nun xəbərinə görə, Dəyanət Çələbi dekabrın 22-də saxlanılıb və iki gün sonra Xətai Rayon Məhkəməsində onun haqqında həbs qətimkan tədbiri seçilib.

İngilis dili müəllimi olan Dəynət Çələbi bir nəfərə xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə 6 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulub.

Dəyanət Çələbi məhkəmədə özünü təqsirli bilmədiyini və şərlənərək həbs olunduğunu deyib.

Fəal həbsindən bir gün öncə “Facebook” səhifəsində prezident İlham Əliyevin rəhbərlik etdiyi hökumətin ölkəni fəlakətə apardığını yazmışdı: “Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu”.

Dəyanət Çələbi bu ilin mayında da həbs olunmuşdu. Həmin vaxt İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələriylə ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Özü isə iddiaları rədd etmiş və hökumətin ünvanına tənqidlərinə görə cəzalandırıldığını söyləmişdi.

Son illər bir sıra ictimai-siyasi fəallar kənar şəxslərə bıçaqla xəsarət yetirmək ittihamıyla həbs olunub. Onların arasında işçi hüquqları fəalı Afiəddin Məmmədov, AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal), digər AXCP üzvü  Zamin Salayev, ictimai fəallar Əhməd Məmmədli, Samir Aşurov, Nicat İbrahim, Emin İbrahimov və başqaları var.

 

10:05, 30 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Samir Aşurovun aclıq aksiyasına başladığı bildirilir

by Gozetci 15:52, 29 Dekabr 2025
written by Gozetci

Samir Aşurov

 

Həbsdə olan siyasi fəal Samir Aşurovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı bildirilir

Bu barədə məlumatı onun həyat yoldaşı Nura Aşurova “Facebook” səhifəsində paylaşıb.

Nura Aşurovanın sözlərinə görə, həyat yoldaşına zorakılıq edən şəxs cəzaçəkmə müəssisəsinin rəisi Vüsal Aslanovdur. O iddia edir ki, rəis Samir Aşurova bir neçə şillə vurub, əməkdaşlarla mübahisə edəcəyi halda onu cərimə kamerasına salmaqla hədələyib.

Aşurovun həmin davranışlara etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir. Həyat yoldaşı deyir ki, dekabrın 27-də telefon danışığı zamanı Samir Aşurov baş verənləri danışmağa çalışarkən əlaqə qəfil kəsilib.

Nura Aşurova həmçinin Samir Aşurovun səhhətində problemlərin olduğunu, şəkər xəstəliyindən əziyyət çəkdiyini xatırladaraq, ona qarşı zorakılığın dayandırılmasını tələb edib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Qurum isə, adətən, bu tipli şikayət və iddiaları təkzib edir və müəssisələrdə işgəncə və zorakılıq hallarına yol verilmədiyini bildirir.

Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edildikdən təxminən 20 gün sonra Bakıda saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-nin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma). Sonradan ona qarşı CM-nin 221.3-cü maddəsi (silah və ya silah qismində əşya ilə xuliqanlıq) üzrə də ittiham irəli sürülüb.

2023-cü ilin dekabrında məhkəmənin hökmü ilə Aşurov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır və hesab edirlər ki, həbsin əsl səbəbi onun Almaniyada Azərbaycan hakimiyyətinə qarşı keçirilən aksiyalarda fəal iştirakı olub.

AbzasMedia

15:52, 29 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Xaricdə yaşayan bir sıra bloger barəsində qiyabi hökm çıxarılıb

by Gozetci 11:12, 27 Dekabr 2025
written by Gozetci

Dekabrın 26-da Azərbaycandan xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxanın ittiham olunduqları cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçən prosesdə onlara qiyabi hökm oxunub.

Hökmə əsasən, Qurban Məmmədovun 14 il, digərlərinin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsi qərarı verilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunublar.

Azərbaycan hüquq-mühafizə orqanları bu il ölkədən xaricdə yaşayan 24 tənqidçiyə qarşı müxtəlif ittihamlarla cinayət işi açıb və qiyabi məhkəmə prosesi başladıb.

Onların bəzilərinin məhkəmə prosesləri artıq başa çatıb və qiyabi hökmlər oxunub.

Tənqidçilər ittihamları rədd edir və çıxışlarına görə bu cür cinayət işlərinin açıldığını deyirlər.

Toplum TV 

11:12, 27 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Əli Kərimlinin şikayətinə görə Azərbaycan hökumətinə sorğu göndərib

by Gozetci 22:29, 24 Dekabr 2025
written by Gozetci

Əli Kərimli

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətinə görə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib. Sorğu AXCP sədrinin 2019-cu ilin iyununda Müsavat Partiyasının qərargahında xeyriyyə marafonu keçirilərkən, tutulub polis idarəsinə aparılmasıyla bağlıdır. Əli Kərimlinin olayla bağlı Avropa Məhkəməsinə şikayəti üzrə kommunikasiya başlanıb.

Partiya sədri ərizəsində xeyriyyə marafonuna qatılmaq məqsədilə Müsavat Partiyasının qərargahına gəldiyini göstərib. Həmin vaxt polislər qərargaha hücum edərək heç bir əsas olmadan onu saxlayıb, Binəqədi Rayon Polis İdarəsinə aparıblar. Təxminən 2 saat prokuror və polisin yüksəkvəzifəli şəxsləri ilə danışıqdan sonra buraxılıb.

Qanunsuz saxlandığını vurğulayan Əli Kərimli bununla əlaqədar yerli məhkəmələrə şikayət etsə də, onun iddiası təmin olunmayıb. Binəqədi rayon Məhkəməsi qərarında göstərib ki, Əli Kərimlinin polis idarəsinə aparılmasında heç bir qanunsuzluq yoxdur. O, nə həbs olunub, nə də saxlanılıb, sadəcə, “qanunsuz parklanma” ilə bağlı xəbərdarlıqdan sonra polis idarəsindən buraxılıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Ardından Avropa Məhkəməsinə şikayət edən AXCP sədri ərizəsində göstərib ki, ona münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddələri pozulub.

Xatırlatma

2019-cu il iyunun 28-də Repressiya və İşgəncələr Əleyhinə Komitə xeyriyyə marafonu keçirib. Bu tədbirdən məqsəd etiraz aksiyalarına qatıldığı üçün cəzalandırılan ictimai-siyasi fəalların cərimələrinin ödənilməsinə kömək olub. Əli Kərimlini elə bu zaman saxlayaraq polis idarəsinə aparıblar.

Həmin gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilirdi ki, AXCP sədri Müsavat Partiyasının qərargahı önündə qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla bağlı polis idarəsinə çağrılıb.

Əli Kərimli isə hüquq-mühafizə orqanlarının açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını bəyan etmişdi:

“Bizim hüquq-mühafizə orqanları səhv başa düşüblər, xeyriyyə marafonu ilə yürüşü qarışdırıblar”.

AXCP sədri bu il noyabrın 29-dan həbsdədir. Onun haqqında ilkin istintaq dövrü üçün fevralın 13-dək həbs-qətimkan tədbiri seçilib.

Əli Kərimli və onunla eyni gündə saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar özlərini təqsirli bilmirlər.

Hazırda AXCP-nin 20-yə yaxın üzvü həbsdədir.

22:29, 24 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Murad Sultanın həbs müddətini 30 sutkadan 25 sutkaya endirib

by Gozetci 21:56, 24 Dekabr 2025
written by Gozetci

Murad Sultan

 

Dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət-Təftiş Komissiyasının (AXCP NTK) sədri Murad Sultanın inzibati həbs müddətini 30 sutkadan 25 sutkaya endirib.

Bu barədə AXCP sədrinin müavini Seymur Həzi sosial şəbəkədə məlumat verib.

Murad Sultan dekabrın 18-də 30 sutka inzibati qaydada həbs edilmişdi. AXCP onun həbsini partiyaya qarşı “repressiya siyasətinin davamı” kimi qiymətləndirib.

Partiya, həmçinin Murad Sultanın səhhətində problemlər olduğunu bildirib.

AbzasMedia

21:56, 24 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meclis.info işi”: Məhkəmə 5 şahidin məcburi gətirilməsi barədə qərar çıxarıb

by Gozetci 20:06, 24 Dekabr 2025
written by Gozetci

İmran Əliyev

 

Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilən İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.

İclasda şahidlər dindirilib. Şahid qismində ifadə verən “German Marşal Fondu”nun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli bildirib ki, təqsirləndirilənlərdən yalnız İmran Əliyev və Elgiz Qəhrəmanı tanıyır.

Rəhimlinin sözlərinə görə, İmran Əliyevin rəhbərlik etdiyi “Meclis.info” platforması bir layihəyə dəstək üçün GMF-ə müraciət edib və bundan sonra tərəflər arasında xidmət müqaviləsi əsasında əməkdaşlıq başlayıb. O qeyd edib ki, müqavilə bağlandıqdan sonra GMF-in Vaşinqtondakı bank hesabından “Meclis.info”nun Azərbaycandakı bank hesabına vəsait köçürülüb.

“İmran müvafiq vergiləri ödədikdən sonra yerdə qalan vəsaiti layihəyə sərf edib. Heç vaxt İmran Əliyevlə qrant müqaviləsi imzalamamışıq”, – deyə Mehriban Rəhimli bildirib.

Şahidin sözlərinə görə, qurum layihənin icrasını davamlı nəzarətdə saxlayıb və hər hansı problem müşahidə olunmayıb. Rəhimli əlavə edib ki, layihə çərçivəsində millət vəkilləri və dövlət xadimləri ilə ictimai müzakirələr təşkil edilirdi.

Mehriban Rəhimli Elgiz Qəhrəmanı sosial şəbəkələrdən ictimai fəal və keçmiş siyasi məhbus kimi tanıdığını da deyib. Daha sonra digər şahidlər də ifadə veriblər.

Məhkəmə iclasa gəlməyən 5 şahidin məcburi qaydada gətirilməsi barədə qərar çıxarıb. Növbəti proses 2026-cı il yanvarın 27-nə təyin edilib.

İmran Əliyev 2024-cü il aprelin 18-də Bakı Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham verildiyi, daha sonra ittihamların genişləndirildiyi bildirilir. Elgiz Qəhrəman və Tamella Musayeva isə həmin iş üzrə 2025-ci ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunub və onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs barəsində 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham irəli sürülüb. Yerli və beynəlxalq hüquq müdafiəçiləri “Meclis.info işi”ni siyasi motivli sayır və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

AbzasMedia

20:06, 24 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ali Məhkəmə “Kanal 11”in rəhbəri Teymur Kərimovun cəzasını 2 il azaldıb

by Gozetci 18:15, 24 Dekabr 2025
written by Gozetci

Teymur Kərimov

 

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.

“APA”nın məlumatına görə, dekabrın 24-də Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Məhkəmə kassasiya şikayətini qismən təmin edib və Teymur Kərimovun cəzasını 2 il azaldıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulmaqla 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi daha əvvəl onun cəzasını 1 il azaltmışdı.

Teymur Kərimov və onunla birgə ittiham olunan İstək Totiyeva Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə təqsirləndiriliblər.

İstək Totiyevaya isə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verildiyi bildirilir.

Teymur Kərimov ittihamları qəbul etməyib, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

AbzasMedia

18:15, 24 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsəlman Birliyi Hərəkatının 3 üzvü amnistiya ilə azadlığa çıxıb

by Gozetci 09:31, 24 Dekabr 2025
written by Gozetci

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üç üzvü amnistiya ilə azadlığa buraxılıb.

MBH-dən verilən məlumata görə, onlar Bəhruz Quliyev, İsmayıl İsmayılov və Amal Əhmədlidir. Fəalların dekabrın 23-də səhər saatlarında saxlanıldıqları 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxıldığı bildirilir.

Azadlığa buraxılan inanclı fəallar 2023-cü ilin martında Azərbaycanla İran arasında gərginlik fonunda həbs olunublar. Həmin ilin yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum nəticəsində səfirlik əməkdaşı ölmüşdü. Buna baxmayaraq, inanclı fəallar narkotik ittihamları ilə təqsirli bilinmişdilər.

B.Quliyev 3 il yarım, İ.İsmayılov və A.Əhmədli isə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

MBH onlara və digər həbs olunanlara qarşı ittihamları saxta adlandırıb.

Dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev amnistiya aktı təşəbbüsü irəli sürülüb.

Dekabrın 22-dən icrasına başlanan aktın 17 min şəxsi əhatə edəcəyi bildirilir.

Toplum TV

09:31, 24 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qənimət Zahid barəsində 7 il qiyabi həbs qərarı verilib

by Gozetci 19:55, 23 Dekabr 2025
written by Gozetci

Qənimət Zahid

 

“Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru, jurnalist Qənimət Zahid barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Qiyabi hökm dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qənimət Zahid noyabrın 24-də Baş Prokurorluğa çağırılmışdı. Qurumun açıqlamasında bildirilirdi ki, jurnalist Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar – təkrar və ya qrup halında törədildikdə) ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İttihama görə, Qənimət Zahid 2018-ci ilin 4 və 18 iyul tarixlərində “YouTube” platformasında “mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən” açıq çağırışlar yaymaqda günahlandırılır.

Jurnalist bundan əvvəl də sentyabrın 19-da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılmışdı.

AbzasMedia

19:55, 23 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

  • Azər Qasımlıya 12 il həbs cəzası verilib

  • Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb

  • Bəşir Süleymanlıya ağır itki

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
19:49, 12 Mart 2026
Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib
22:00, 11 Mart 2026
Azər Qasımlıya 12 il həbs cəzası verilib
17:32, 11 Mart 2026
Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb
19:46, 09 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia