1

Fatimə Mövlamlı
“MeydanTV işi” çərçivəsində həbs edilən jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb.
Bu barədə jurnalistin anası sosial media hesabında məlumat yayıb. Onun vurğulamasına görə, Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə açıq görüşlərin qadağan olunmasına etiraz olaraq aclıq etmək qərarı verib.
Anasının bildirdiyinə görə, jurnalist martın 8-dən qida qəbulunu dayandırıb və kameradan bütün qida məhsulları çıxarılıb: “Açıq görüş bərpa olunsun və hüquqları təmin edilsin- tələbi budur”.
Bu açıqlamaya cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu