Zabil Qəhrəmanovun saxlanıldığı bildirilir (YENİLƏNİB)

by Gozetci

Zabil Qəhrəmanov

 

Vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə oktyabrın 25-də Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanı qoruyan və ya pozulmanın qarşısını alan şəxsə qarşı zor tətbiqi) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham olunur.

Qəhrəmanov oktyabrın 23-də Gəncədə avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Vəkil ittihamları qəbul etmir.

*   *   *

Dünən, oktyabrın 23-də Zabil Qəhrəmanovun Gəncədə saxlanıldığı bildirilir.

Bu barədə məlumatları onun yaxınları Azadlıq Radiosuna təsdiqləyiblər.

Zabil Qəhrəmanovu Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. Onun xüliqanlığda ittiham edildiyi bildirilir.

Zabil Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb, meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun vəkli olub.

Xatırladaq ki, oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunmuşdu.

You may also like