
Murad Sultanlı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultanlının “yoxa çıxdığı” bildirilir.
Bu barədə partiya üzvləri məlumat yayıblar.
Məlumatda deyilir ki, Murad Sultanlı ilə dekabrın 16-ı günorta saatlarından əlaqə yaratmaq mümkün deyil.
Partiya üzvləri sosial şəbəkələrdə AXCP funksionerinin polis tərəfindən oğurlandığı versiyasını irəli sürüblər.
Xatırladaq ki, AXCP-nin hazırda sədri Əli Kərimli də daxil olmaqla 20-ə yaxın üzvü həbsdədir.
Əli Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim barəsində dekabrın 1-də 2 ay yarım həbs qətimkan tədbiri seçilib.
Onlar keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıblar.
Əli Kərimli və Murad İbrahimə qarşı hakimiyyəti ələ keçirməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Onlar ittihamı rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər
Toplum TV