[:az]
AXCP hesab edir ki, ölkə hakimiyyəti artıq siyasi həssaslığını itirib, bütün dünyanın ağır günlər keçirdiyi Covid-19 dönəmində düşmən axtarır.
“Əli Kərimlinin internetinin kəsilməsi təkcə aparıcı müxalifət partiyasının liderinə qarşı siyasi senzura deyil, həm də ölkədə yüz minlərlə insanın alternativ fikir eşitmək azadlığına və sivil siyasətə vurulan ağır zərbədir”.
AXCP bu məhdudlaşdırmanın ardınca hakimiyyətin daha çirkin planlarının ola biləcəyinə şübhə etmir. Əli Kərimlinin təcrid edilə biləcəyini bəyan etməklə dünya ictimaiyyətini buna yol verməməyə çağırır.
Xatırladaq ki, Əli Kərimli aprelin 13-də jurnalist Sevinc Osmanqızına canlı yayımda müsahibə verməyə hazırlaşarkən onun telefon əlaqələri, internetə çıxışı məhdudlaşdırılıb.
Aprelin 14-də axşam saatlarında yenidən belə bir müsahibə planlaşdırılarkən eyni vəziyyət təkrarlanıb.
Rəsmi şəxslər baş verənlərlə bağlı hələ şərh verməyib.
Turan[:]