[:az]
“Koronavirus pandemiyası ilə bağlı etaplar dayandırıdığından Tofiq Yaqublu məhkəmə iclasında onlayn (videogörüntü ilə) iştirak edəcək. Məhkəmə iclası qapalı keçiriləcək.”
Qeyd edək ki, T.Yaqublu Müsavat Partiyası və Demokratik Qüvvələrin Milli Şurasının – aparıcı müxalifət partiyaları və fəalların koalisiyası – üzvüdür.
Martın 23-də Bakı məhkəməsi T.Yaqublunun “silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilmiş xuliqanlıq” ittihamı üzrə istintaqı gözləyərək üç ay müddətində həbsdə olması barədə qərar çıxarıb.
Martın 25-də Human Rights Watch Nyu York insan-müdafiə qrupu bildirib ki, T.Yaqublu prezident İlham Əliyevin ölkənin siyasi müxalifətinə qarşı antikoronavirus tədbirlərinin tətbiq ediləcəyi barədə fikirlərindən bir neçə gün sonra saxta ittihamla həbs olunub.
[:]