
Namizəd Səfərov
Həbsdə olan hüquq müdafiəçisi, Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovun barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA-nın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi keçirilən prosesdə Namizəd Səfərovun həbs müddətinin daha 3 ay uzadılmasına qərar verilib.
Namizəd Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir.
İddiaya görə, Namizəd Səfərov bir şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib.
Azərbaycan Xalq Parlamenti Namizəd Səfərova qarşı cinayət işini “əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt” kimi qiymətləndirib.
N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə izah edirdi.
O, hakimiyyəti tənqid edən çıxışları ilə tanınırdı.