Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

AXCP fəalı Elxan Əliyev saxlanılıb

by Gozetci 10:01, 27 İyul 2023
written by Gozetci

Elxan Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin müdir müavini Elxan Əliyev və digər iki şəxs Sabunçu Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, bir qədər əvvəl müstəniq ona zəng edərək Elxan Əliyevin Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə saxlanıldığını bildirib.

“Mən hələ ittihamın mahiyyətini bilmirəm. Bir azdan onunla görüşəcəm”, Kərimli Amerikanın Səsinə deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Amerikanın Səsinin sorğusuna cavabında deyib ki, Elxan Əliyev, Yusif Əliyev və Vəfədar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.

“Onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57.000 manata satmaqla dələduzluq ediblər. Bununla bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elxan Əliyev, Yusif Əliyev, Vəfədar Axundov saxlanılıb”, o qeyd edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Mətbuat xidmətinin əməkdaşı bildirib ki, cinayət işi üzrə həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə araşdırılan cinayət əməllərinin Elxan Əliyev, Yusif Əliyev və Vəfədar Axundov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Hazırda cinayət işi üzrə istintaq davam edir.

“Elxan Əliyev sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir”, mətbuat xidmətinin əməkdaşı Anar Qafarov qeyd edib.

Öz növbəsində Elxan Əliyev Facebook səhifəsində həbsində əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.

“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə”, o saxlanılmasından öncə bu videonu yayıb.

AXCP Ali Məclisnin Rəyasət Heyətinin üzvü Asif Yisifli Amerikanın Səsinə deyib ki, bu, “hakimiyyətin quraşdırdığı saxta ittihamdır”.

“Elxan Əliyevin həbsi onun siyasi fəaliyyəti, sosial şəbəkələrdə hakimiyyətin siyasətini tənqidi və AXCP-nin təşkilatlanma işində, o cümlədən son zamanlar partiyanın Ədliyyə Nazirliyində qeyidiyyata alınması üçün apardırğı aktiv fəaliyyəti ilə bağlıdır”, o qeyd edib.

Elxan Əliyev bundan öncə də bir neçə dəfə inzibati həbsə məruz qalıb.

Amerikanın Səsi

10:01, 27 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunun evində axtarış aparılıb

by Gozetci 16:34, 26 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu

İyulun 26-da istintaq orqanı Azərbaycan Demokratiya və Rifah Pariyasının həbsdə olan sədri Qubad İbadoğlunun Bakı şəhəri, Mətbuat prospektindəki yaşayış evində və Novxanı qəsəbəsindəki bağ evində axtarış aparıb. Yaşayış evində axtarış 1 saat 5 dəqiqə, bağ evində 30 dəqiqə davam edib.

“Qubad bəyin Mətbuat prospektindəki yaşayış evindən uşaqlarına məxsus iki kompüterinin prosessor bloku və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nəşri olan Mohammed Həmidullahın müəllifi olduğu “İslam peyğəmbəri” kitabı götürülüb. Bağ evindən isə istintaq üçün əhəmiyyət kəsb edən material və əşya tapılmadığı bildirilib”, Qubad İbadoğlunun qardaşı Qalib Bayaramov Amerikanın Səsinə deyib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qərimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrııb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını bəyan edib.

Amerikanın Səsi

16:34, 26 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan jurnalistin aclığa başladığı bildirilir

by Gozetci 16:00, 26 İyul 2023
written by Gozetci

Osman Nərimanoğlu

Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan “Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlunun (Rzayev) iyulun 23-dən aclığa başladığı bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Arzu Rzayeva bu gün, iyulun 26-da təcridxanada həyat yoldaşı ilə görüşdən sonra Amerikanın Səsinə deyib.

“Osman artıq 3 gündür aclığa başaldığını dedi. O bu barədə təcridxana rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Osman özünü çox narahat hiss edirdi. Dodaqları quruyub, arıqlayıb, udquna bilmirdi”, Arzu Rzayeva qeyd edib.

Penitensiar Xidmət Osman Nərimanoğlunun aclıq etməsi barədə xəbəri təsdiq etməyib.

“Penitensiar Xidmətə Nərimanoğlunun aclıq etyməsi ilə bağlı hər hansı rəsmi müraciət daxil olmayıb”, Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər.

Osman Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy rayon Meliorasiya İdarəsinin məmurundan və Göygöl rayon xəstəxanasının həkimlərindən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. O, həbs olunduqdan sonra bildirib ki, ittihamlar yalandır, korrupsiyalarını ifşa etdiyi şəxslər ona böhtan atıblar.

Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədriliyi ilə jurnalistin məhkəməsi davam etdirilir. Növbəti məhkəmə iclası avqustun 3-nə təyin edilib.

Amerikanın Səsi

16:00, 26 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Civic IDEA Qubad İbadoğlunun həbsi ilə bağlı bəyanat yayıb

by Gozetci 13:16, 26 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu

Civic IDEA Qubad İbadoğlunun iyulun 23-də Bakıda həbs olunması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Qubad İbadoğlunun səhhəti hazırda yaxşı deyil və onu tibbi yardımdan məhrum etmək insan hüquqları standartlarını ciddi şəkildə pozur. Əlavə olaraq, “O, siyasi məhbuslara qarşı pis rəftar və işgəncələrə görə məşhur olan Bakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır və təəssüf ki, cənab İbadoğlu Bakıda həbsi və ittihamları ciddi suallar doğuran ilk məhbus deyil” sözləri bəyanatda yer alır.

“Biz həmkarımız cənab İbadoğlunun əsassız ittihamlarla həbs edilməsini qətiyyətlə pisləyir və Azərbaycan hakimiyyətini mərhəmət göstərməyə və lazım gəldikdə ona təcili tibbi yardım göstərməyə çağırırıq. Biz də beynəlxalq hüquq müdafiə təşkilatlarının və fəalların onun dərhal azad edilməsini və ölkədəki vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqlarına hörmət edilməsini tələb edən çağırışlarına qoşuluruq”.

13:16, 26 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hökumət Xədicə İsmayıla qarşı törədilən cinayətlə bağlı AŞ NK-ya məlumat təqdim edib

by Gozetci 11:42, 26 İyul 2023
written by Gozetci

Xədicə İsmayıl

Jurnalistin şəxsi bilgilərini kimin yaydığını müəyyən etməyin mümkün olmadığı bildirilib

Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinə araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı şəxsi görüntülərinin yayılması kontekstində törədilmiş cinayətlərlə bağlı məlumat təqdim edib.

Avropa Məhkəməsinin qərarlarından və Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qətnaməsindən sonra jurnalistin işinin araşdırılması məqsədilə 2015-ci ildə dayandırlmış cinayət işi 2022-ci ildə yenilənib.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, bu çərçivədə hansı işlərin görülməsi haqda indiyədək ictimaiyyətə hər hansı məlumat verilməyib. İndi isə hökumət Avropa Şurası Nazirlər Komitəsinə xeyli ətraflı məlumat təqdim edib.

“Təqdimatda vurğulanır ki, Xədicə İsmayılla bağlı demək olar ki, bütün şəxsi görüntü, məlumatlar publik sahələrdən silinib. Təhqiqatla bağlı qeyd edilir ki, 17 avqust 2015-ci il tarixli qərarla dayandırılmış cinayət işinin istintaqı, 15 oktyabr 2022-ci il tarixdə Baş Prokurorluğun müstəntiqinin Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qətnaməsinə istinad olunan qərarı ilə yenidən başlanılıb. Yenilənmiş cinayət işi çərçivəsində aşağıdakı istintaq-əməliyyat tədbirlərinin keçirildiyi bildirilir”.

Məlumatda həmçinin, qeyd edilib:

  • X.İsmayılın videogörüntülərin çəkildiyi mənzildə əvvəllər süpürgəçi işləyən şəxs və əri şahid qismində dindirilib. Onlar ifadələrində mənzildə gizli çəkiliş aparılması və bunun kim tərəfindən edilməsi haqda məlumatlı olmadıqlarını bildiriblər;
  • “Yasamal Telefon Qovşağı”nın X.İsmayılın mənzilində telefon xətti çəkilişində iştirak etmiş 3 əməkdaşı, habelə, 3 poçt əməkdaşı dindirilib;
  • “Yasamal Telefon Qovşağı”nın əməkdaşlarının istifadə etdikləri mobil telefonlar üzrə danışıqlar götürülüb, təhlil edilib;
  • İsmayılın qonşuları ilə münasibətlərinin, onların şəxsi münasibətlərinin, mənzildə olmuş şəxslərin əhatə dairəsinin, videogörüntülərin yayıldığı internet saytlarının istifadə etdikləri IP ünvanların və faktla bağlı digər halların müəyyən edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinə və Daxili İşlər Nazirliyinə operativ tapşırıqlar verilib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sorğular göndərilib.

Xalid Ağaliyev

 

“Təqdimatda qeyd edilir ki, təəssüflər olsun ki, Xədicə İsmayılın şəxsi həyatı ilə bağlı məlumatların kim tərəfindən ələ keçirildiyini, çəkilişlərin kim tərəfindən və hansı üsulla aparıldığını, şəxsi bilgiləri kimin yaydığını müəyyən etmək mümkün olmayıb”, – Xalid Ağəliyev bildirir.

Görüntülərin 2011-ci ilin may-sentyabr aylarında çəkildiyi ehtimalı üzrə, həmin tarixlərdə mənzilin yerləşdiyi sahənin mobil operatorların məlumatları təqdim etməsi üçün məhkəmə qərarı da çıxarılıb. Həmin qərar üzrə məlumatlar əldə edildikdən sonra təhlil ediləcək.

Görüntülərin yayıldığı “http://musavat.tv”, “milli-shura(.)org” və “ictimaipalatka(.)com” serverlərində yayımlanan şəxsi məlumatların əldə edilməsi məqsədilə ABŞ-a hələ ki, cavablandırılmamış beynəlxalq hüquqi yardım sorğusu göndərilib.

Meydan TV 

11:42, 26 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Human Right Watch”: “Qubad İbadoğlu dərhal azad edilməlidir”

by Gozetci 11:02, 26 İyul 2023
written by Gozetci

İnsan haqları iqtisadçının həbsi ilə bağlı bəyanat yaydı

Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və alim Qubad İbadoğlunu saxta cinayət ittihamı ilə həbs edib.

“Human Right Watch” insan haqları təşkilatının yaydığı bəyanatda belə bildirir.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində  mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlamaq, əldə etmək və ya satmaq ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir.

Təşkilat bildirir ki, həbs zamanı polislər Qubad İbadoğlu və həmin vaxt yanında olan həyat yoldaşına qarşı güc tətbiq ediblər.

“Hakimiyyət ona qarşı ittihamları götürüb azad etməlidir”, – sənəddə bildirilir.

“Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib ki, İbadoğlunun həbsi Azərbaycanda hökuməti tənqid edənlərə qarşı şübhəli ittihamların irəli sürülməsinin uzun müddətdir davam edən nümunəsindən biridir:
“Bu cür saxta ittihamlar yalnız bir məqsədə xidmət edir – ölkədə müxalifəti və tənqidi səsləri susdurmaq. O, dərhal azad edilməlidir”.

Azərbaycanın tanınmış siyasətçisi Qubad İbadoğlu 2014-cü ildə platforma kimi yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir. İbadoğlu 2021-ci ilin fevralından hərəkatı siyasi partiya kimi qeydiyyatdan keçirməyə çalışır.

2023-cü ilin iyununda Qubad İbadoğlu azərbaycanlı gənclərin ali təhsil almasına dəstək olmaq, onları xaricdə universitetlərə yerləşdirmək və “Azərbaycanın gələcəyi naminə” yeni peşəkar nəsil yetişdirmək məqsədi ilə daha iki azərbaycanlı müxalif siyasətçi Cəmil Həsənli və Arif Məmmədovla birlikdə Böyük Britaniyada Azərbaycan Gənclərinin Təhsili Fondunu yaradıb. O, “Facebook”da bildirib ki, fond ianələr və həmçinin, xaricdəki korrupsioner Azərbaycan elitalarından müsadirə edilmiş xarici aktivlər hesabına maliyyələşəcək.
“Human Rights Watch” bildirir ki, Qubad İbadoğlunun Azərbaycan Gənclərinin Təhsil Fondu ətrafında apardığı səylər hökumətyönlü media orqanlarının qarayaxma kampaniyasının hədəfinə çevrilib.

“İbadoğlu illər ərzində dövlət maliyyəsinin idarə edilməsi, səmərəli idarəetmə və büdcə şəffaflığı ilə bağlı araşdırmalar aparan qeyri-hökumət qrupuna İqtisadi Araşdırmalar Mərkəzinə rəhbərlik edib. Hakimiyyət Azərbaycanın vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı repressiyaların bir hissəsi olaraq 2014-cü ildə qrupun bank hesablarını dondurdu və onu bağladı. Siyasi motivli ittihamlarla üzləşən İbadoğlu 2015-ci ilin əvvəlində siyasi sürgünə getməyə məcbur olub, 2021-ci ilin yayında qısa müddətə Azərbaycana qayıdıb və bir də 2023-cü ilin iyun ayının sonunda geri qayıdıb. İbadoğlu həm də ABŞ və Avropanın müxtəlif institutlarında dərs deyən tanınmış siyasi iqtisadçıdır. Bu yaxınlara qədər o, London İqtisadiyyat Məktəbində baş qonaq alim idi”.

Qubad İbadoğlu

Təşkilat qeyd edir ki, Qubad İbadoğlu iyulun 23-də avtomobili ilə həyat yoldaşı İradə Bayramovanın müşayiətilə Bakıdan təxminən 40 kilometr aralıda yerləşən Sumqayıt şəhərinə, rəhbərlik etdiyi siyasi partiyanın gənc fəallarıyla görüşə gedib. Saat 13 radələrində dörd mülki avtomobil onları mühasirəyə alaraq onun avtomobilini arxadan və qabaqdan maşınları ilə sıxaraq yol-nəqliyyat hadisəsi törətməyə məcbur edib.

“Qızı Jalə Bayramova bildirib ki, 20-yə yaxın mülki geyimli şəxs avtomobildən düşərək cütlüyü maşından zorla düşürüb və fiziki təzyiq göstərib. Daha sonra onları ayrı-ayrı avtomobillərə zorla mindirərək Daxili İşlər Nazirliyinin Bakı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Bayramovanın qolları, ayaqları və kürəyində çoxsaylı qançırlar olub. Hadisə yerində olan mülki geyimli zabitlər həbs zamanı saxlanmalarının səbəblərini açıqlamayıblar. Q.İbadoğlu pis rəftarla bağlı şikayət ərizəsi yazıb və iddialara görə, aidiyyatı orqanlar araşdırma aparır”.

“Human Rights Watch” həmçinin bildirir ki, saxlanılandan sonra məmurlar İbadoğlu və Bayramovanı ayrı-ayrı kameralara yerləşdiriblər. Onlar Bayramovanı vəkilsiz dindirib və axşam saat 19 radələrində sərbəst buraxıblar.

“Polis gecə yarısına kimi İqtisadi Tədqiqatlar Mərkəzinin Bakının Nərimanov rayonundakı ofisində axtarış aparıb və oradan 40 min ABŞ dolları nağd pul, onlarla sənəd və kompüter avadanlığı ələ keçirib. İbadoğlunun ailəsi ofisdən istifadə edirdilər, lakin açarlar qeyri-müəyyən şəkildə işləmədiyi üçün səhər saatlarında gələ bilməyiblər.

Daxili İşlər Nazirliyi iyulun 23-də yaydığı rəsmi açıqlamada Türkiyə hökumətinin terror təşkilatı hesab etdiyi və 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdinə görə məsuliyyət daşıyan ABŞ-da yaşayan sünni din xadimi Fətullah Gülənin tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində İbadoğlu da daxil olmaqla bir neçə nəfəri həbs etdiklərini iddia edib.

İbadoğlu saxta pul hazırlamaqda, əldə etməkdə və ya satmaqda şübhəli bilinir. İctimaiyyətə açıq olan məlumata görə, hakimiyyət iyulun 20-də İbadoğlunun ona pulu milli valyutaya dəyişmək və onun üçün bəzi işlər görmək üçün verdiyini iddia edən Anar Əliyev adlı daha bir şəxsi saxlayıb”.

Qubad İbadoğlu ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

İbadoğlunun ailə üzvləri “Human Rights Watch”-a bildiriblər ki, o, ən azı dörd dərman qəbul etdiyi 2-ci tip şəkərli diabet və yüksək təzyiq də daxil olmaqla, səhhətinin pisləşməsindən əziyyət çəkir:

“Azərbaycan rəsmiləri İradə Bayramovanın həyat yoldaşına lazım olan dərmanları köçürməsinə icazə verməyiblər. Azərbaycan hakimiyyəti müxalifət lideri və alim Qubad İbadoğlunu saxta cinayət ittihamı ilə həbs edib”.

Meydan TV 

11:02, 26 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftar

Meyxanaçı Mahir Qonşuyevin anası oğluna işgəncə verildiyini deyir

by Gozetci 10:26, 26 İyul 2023
written by Gozetci

Meyxanaçı Mahir Qonşuyev

“Ay brat” meyxanası ilə tanınan Mahir Qonşuyevin anası Mehriban Qonşuyeva oğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel) işgəncəyə məruz qaldığını deyir. Bu barədə Amerikanın Səsinə danışan Mehriban Qonşuyeva bildirib ki, oğlunu toyda mahnı oxumaq adı ilə aldadaraq həbs ediblər.

“Kartına pul atdılar ki, gəl toyda mahnı oxu, amma həmin yerə gedəndə görüb toy deyilən şey yoxdur. Elə ordaca oğlumu həbs ediblər. Mahirə “tok” veriblər, dişini sındırıblar. Başına-başına vurublar ki, səni mahnı oxumağın üçün çağırmışıq, amma “mal”a görə saxlamışıq, boynuna alıb sənədə imza atmalısan”, o bildirib.

Mahir Qonşuyevin buna etiraz etdiyini deyən anası oğluna işgəncə verildiyini və buna görə övladının intihara cəhd etmək istədiyini deyib. Mehriban Qonşuyeva oğlunun şəhidlərə ithaf etdiyi mahnıya görə həbs olunduğunu iddia edir.

“Yalandan sənədə imza atdırıblar ki, guya Mahirin üstündə narkotik olub. Hamısı yalandır, balamı şərləyiblər”, o bildirib.

Daxili İşlər Nazirliyi isə bu iddiaları əsassız sayır.

Daxili İşlər Nazirliyinin iyunun 12-də yaydığı məlumatda deyir ki, polisin keçirdiyi əməliyyat zamanı keçmiş məhkumdan psixotrop maddə olan “metamfetamin” aşkar edilib.

“Araşdırmalarla Mahir Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib”, məlumatda bildirilir.

Məlumatda deyilir ki, qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Məhkəmə Mahir Qonşuyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi isə həmin qərardan verilmiş şikayəti təmin etməyib.

Amerikanın Səsi

10:26, 26 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Milli Şura və Müsavat Partiyası Qubad İbadoğlunun həbsini pislədi

by Gozetci 14:08, 25 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

“Qubad İbadoğlu Əliyev rejiminin korrupsiya əməllərini fakt və dəlillərlə ifşa edən görkəmli alimdir, dünya tərəfindən etibar qazanmış təhlilçidir”

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) ADR Partiyasının sədri Qubad İbadoğlunun həbsinə etiraz bəyanatı yayıb.

Bəyanat Qubad İbadoğluna qarşı dövlət səviyyəsində zorakılıq aktı baş verdiyi bildirilir:

“Qubad Ibadoğlu xanımı ilə birlikdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən  zorakılıqla saxlanılıb. Saxlanılan zaman ona və xanımına qarşı fiziki güc və mənəvi işgəncə tətbiq edilib, hər ikisinə bədən xəsarətləri yetirilib. Hipertoniya və şəkərli diabet xəstəsi olan Qubad İbadoğluna saxlanılandan sonra dərmanları verilməyib. Qubad İbadoğlunun “Bandotdel” işçiləri tərəfindən zorakı yolla saxlanılması hüquq adına rəzalətdir”.

Milli Şura Qubad İbadoğlunun saxlanılan zaman onun barəsində “FETÖ” ilə bağlı yayılan informasiyaların məqsədli olduğunu hesab edir:

“Bununla da Türkiyə hüquq-mühafizə orqanlarından qaynaqlanması təəssüratı yaratmaqla Azərbaycan ictimai fikrində həbsin səbəblərinə  mənəvi etibarlılıq qazandırmaqdır. Dünyanın birinci iqtisadiyyat məktəbində gənclərə halal pul qazanmağın yollarını öyrədən iqtisadçı professor saxta pul və ya qiymətli kağızlar hazırlamaqda, satmaqda şübhəli bilinir. Görünür, hüquq-mühafizə orqanları Qubad bəyi saxlamaq üçün dəlilsizlik sindromu ilə qarşılaşıblar və nəticədə ölkənin iqtisadiyyat üzrə ən nüfuzlu aliminə qarşı bu qədər ucuz, gülünc, hüquqi anlayışa sığmayan ittiham irəli sürüblər. Müstəqilliyi olmayan məhkəmə isə belə cəfəng iddia üzrə 3 ay 26 günlük həbs qəti imkanı seçib”.

Foto: arxiv

Milli Şura Qubad bəyin həbsini onun Azərbaycan hökumətinin yeritdiyi siyasi, iqtisadi və sosial siyasətinə tənqidi münasibəti ilə əlaqələndirir:

“Qubad İbadoğlu Əliyev rejiminin korrupsiya əməllərini fakt və dəlillərlə ifşa edən görkəmli alimdir, dünya tərəfindən etibar qazanmış təhlilçidir. Qubad bəy ilk gündən “sülhməramlı” adı ilə rus qoşunlarının Azərbaycana qaytarılmasına qarşı mövqe ortaya qoyub. Qarabağın azad olunmuş ərazilərində həyata keçirilən sosial və infrastruktur layihələrində korrupsiya faktlarının olduğunu üzə çıxarıb. Onun müəllifi olduğu “Biz.tv” ardıcıl olaraq tənqidi mövqeyi ilə seçilib. Şübhəsiz ki, baş verənlər Qubad bəyin müxalif siyasi mövqeyi və “Biz.tv“-dəki tənqidi çıxışları ilə bağlıdır”.

Bəyanatda yeni yaradılmış və Londonda qeydiyyatdan keçirilmiş “Azərbaycan Gənclərinin Təhsil Fondu”nun da hakimiyyəti qəzəbləndirdiyi bildirilir:

“Son həftələrdə Milli Məclisin 5 deputatı (Tahir Kərimli, Aydın Mirzəzadə, Elşən Musayev, Ceyhun Məmmədov, Fəazil Ağamalı) hakimiyyət və YAP mətbuatında bu fonda və onun təsisçilərinə qarşı böhtan kampaniyası aparılıb. Fonda qarşı tədbirlər görülməsi ilə bağlı hakimiyyət orqanlarına çağırış edilib”.

Milli Şura Qubad bəyə qarşı baş verən zorakılıq və qanunsuzluğa, onun siyasi sifariş əsasında həyata keçirilən həbsinə etirazını bildirir, ona qarşı saxta və qurama ittihamları qınayır, onun dərhal azad olunmasını tələb edir.

Müsavat Partiyası Divanının 24 iyul toplantısında da Qubad İbadoğlunun həbsinə etiraz ifadə olunub və hakimiyyətdən istintaq işinin şəffaf araşdırılması tələb edilib.

Bu barədə Meydan TV-yə danışan Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı bildirib ki, partiya Qubad İbadoğlunun həbsini diqqətdə saxlayacaq.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Vəkil Zibeydə Sadıqova ittihamın əsassız olduğunu vurğulamaqla yanaşı, onun istintaq dövründə həbsdə saxlanmasına zərurət olmadığını söyləyib. Vəkil Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Meydan TV 

14:08, 25 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
ToplantılarVətəndaş Cəmiyyəti

Yerli seçki müşahidəçiliyinin əhəmiyyətinə dair seminar keçirilib

by Gozetci 12:35, 25 İyul 2023
written by Gozetci

SMDT növbəti iki il üçün seçkilərə hazırlıqla bağlı hədəflərini açıqlayıb

İyulun 24-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) “Yerli seçki müşahidəçiliyin hədəfləri və metodoloji təkmilləşməsi” mövzusunda seminar təşkil edib. Seminarın məqsədi növbəti seçkilər ərəfəsində SMDT-nin hədəfləri barədə əməkdaşlıq etdiyi ictimai quurmları və vətəndaş cəmiyyəti fəallarını məlumatlandırmaq, habelə yerli seçki müşahidəçiliyin təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparmaq olub.

SMDT sədri Anar Məmmədli bildirib ki, hazırda təşkilatın hədəfləri arasında yalnız seçki müşahidəçiliyinə hazırlıq deyil, həmçinin seçkilər arası dövrdə siyasi azadlıqların müdafiəsi durur: “Ölkədə ifadə azadlığı, siyasi plüralizm və sərbəst toplaşmaq azadlığı üzrə vəziyyətin monitorinqi, siyasi mühitin demokratikləşməsinə çalışmadan seçki müşahidəçiliyinə hazırlaşmaq yetərli deyil”. Bu baxımdan o SMDT-nin 2023-2025-ci illər üçün seçki prosesinin demokratikləşməsi və şəffalığın təmin olunması sahəsində aşağıdakı hədəflərinin olduğunu bildirib:

  • Azərbaycanda keçrilmiş seçkilər üzrə beynəlxalq müşahidə missiyalarının tövsiyyələrinin icrası, o cümlədən yerli seçki müşahdiəçiliyi üzrə hüquqi-siyasi məhdudiyyətlərin aradan qaldırılması üçün ictimai vəkillik işinin təşkili;
  • Yerli seçki müşahidəçiliyinin qadınlar və gənclər arasında təbliği;
  • SMDT-nin seçki müşahidəçiliyi üzrə könüllülərin məlumat bazası, Fəaliyyət Planı, Davranış Kodeksi və tədris materiallarının yenilənməsi;
  • SMDT-nin seçki müşahidəçiliyi üzrə ekspert qrupuna yeni şəxslərin cəlb olunması, onların bacarıqlarının artırılması;

Seminar iştirakçıları ölkənin müxtəlif bölgələri və vətəndaş qrupları arasında yerli seçki müşahidəçiliyi üzrə şəbəkə quruculuğu və vətəndaşların könüllü seçki müşahidəçiliyinə cəlb edilməsi yönündə təkliflərini bölüşüblər.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı hesab edir ki, seçki sahəsinə qısa müddətdə töhfə vermək mümkün deyil və yerli seçki müşahidəçiliyi uzunmüddətli hazırlıq tələb edir: “Hazırda siyasi mühit vətəndaş cəmiyyəti qurumlarının azad fəaliyyətinə imkan yaratmadığı üçün əhalinin seçki prossesinə və siyasi iştirakçılığa həvəsi ciddi şəkildə azalıb”

Hüquq Platforması Təşəbbüs Qrupunun rəhbəri Samir Kazımlı beynəlxalq təşkilatların gündəliyində seçki mövzusunun geri planda olmasına görə narahatlığını ifadə edib. Onun fikrincə Azərbaycanın azad və ədalətli seçkilərlə bağlı beynəlxalq öhdəliklərinin icrasına diqqəti artırmaq zəruridir.

NİDA Vətəndaş Hərəkatının təmsilçisi Araz Əliyev qeyd edib ki, siyasi partiyalar və vətəndaş cəmiyyəti qrupları seçkiyə xeyli öncədən hazırlaşmalı və ictimai maarifləndirilmə işi daimi səciyyə daşımalıdır.

İşçi Masası Təşəbbüs qrupunun təmsilçisi Afiəddin Məmmədov seçkidə qadınların və gənclərin iştirakını vacib sayaraq, siyasi partiyaların bu sahədə əməkdaşlıq etməsini, seçici fəallığı və seçkilərin monitorinqinə ayrıca hazırlaşmasını vacib sayıb.

Asəf Əhmədov (Gəncə Regional İcma İnkişaf Mərkəzi), Fərid İmanov (Tələbə Güc Mərkəzi) və digər çıxışçılar seçki müşahidəçiliyinin əhəmiyyəti barədə Bakıda və bölgələrdə ictimai fəallar və tələbə-gənclərin iştirakı ilə vaxtaşırı görüşlərin keçirlməsini tövsiyyə ediblər.

12:35, 25 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Metyu Miller: “ABŞ Qubad İbadoğlunun həbsini yaxından izləyir”

by Gozetci 11:50, 25 İyul 2023
written by Gozetci

ABŞ Dövlət Departamenti

Dövlət Departamentinin sözçüsü Birləşmiş Ştatların insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qaldığını vurğulayıb

ABŞ Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib.

Bu barədə iyulun 25-də Dövlət Departamentinin sözçüsü Metyu Miller “Turan”ın müxbirinin suallarını cavablandırarkən danışıb.

Metyu Miller Birləşmiş Ştatların insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qaldığını vurğulayıb.

O, Azərbaycan hakimiyyətinə çağırış edib:

“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən, Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”.

Metyu Miller. Foto: Twitter

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Vəkil Zibeydə Sadıqova ittihamın əsassız olduğunu vurğulamaqla yanaşı, onun istintaq dövründə həbsdə saxlanmasına zərurət olmadığını söyləyib. Vəkil Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Meydan TV 

11:50, 25 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia