Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Nazim Bəydəmirli həbs olunduğu gündən ailəsi ilə nə danışa, nə də görüşə bilib”

by Gozetci 16:21, 29 İyul 2023
written by Gozetci

Nazim Bəydəmirli

Bu barədə Amerikanın Səsinə “Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Bəydəmirli üçün evdə hazırlanan sovqatları da həbsxanaya buraxmırlar:

“Baxmayaraq ki, qanunvericiliyin tələblərinə görə Nazim bəy həftədə iki dəfə 15 dəqiqədən az olmayaraq ailə üzvləri ilə danışmaq hüququna malikdir, onun ailəsi ilə telefonla danışmasına icazə verilmir. Eyni zamanda, həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququ var. Görünür siyasi hakimiyyətin, Prezident Administrasiyasının təlimatı budur ki, Nazim bəyin ailə üzvləri ilə ünsiyyəti olmasın”.

Hüquq müdafiəçisi bunu “repressiv tədbirlərin davamı” adlandırıb. “Müdafiə Xətti” insan haqları təşkilatı olaraq baş verən hadisəni pislədiklərini, qanunazidd olduğunu deyib.

“Nazim Bəydəmirlinin tamamilə saxta səbəb və motivlərlə həbs edildiyi, cəmiyyətdən təcrid olunduğu heç kimdə şübhə doğurmur. Biz hüquq müdafiəçilərinə Nazim bəyin Gədəbəyin Söyüdlü kəndində baş verən məlum hadisələrdən sonra həbs edildiyi və həbsin səbəbinin bununla əlaqədar olduğu aydındır. İrəli sürülən rəsmi ittiham uydurmadır, biz buna inanmırıq. Həbsin və təqibin sırf siyasi ağırlıqlı olduğu aşkar həqiqətdir”, deyə hüquq müdafiəçisi qeyd edib.

Qeyri-iş günü olduğu üçün Penitensiar Xidmətdən, hələlik, mövqe almaq mümkün olmayıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndinədəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədirlər.

Amerikanın Səsi

16:21, 29 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

RATİ Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırır

by Gozetci 10:19, 29 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

RATİ bugün yaydığı bəyanatında İbadoğlunun özbaşına və siyasi motivli həbsinə görə Azərbaycan hakimiyyətini qınayıb. Bəyanatda qeyd edilir ki, kleptokratiya və qohumbazlığın qızğın tənqidçisi olan Qubad İbadoğlu Azərbaycana qayıtmazdan bir müddət əvvəl mübarizə yoldaşları ilə birlikdə Londonda Azərbaycan gənclərinə dəstək fondu yaradıb, bu fond korrupsiya yolu ilə oğurlanmış aktivlərin qaytarılması və onların Azərbaycan gənclərinin sırasından gələcək peşəkar kadrların hazırlanması üzrə vətəndaş təşəbbüsünə dəstək üçün yönəldilməsi ilə məşğul olmalı idi.

“Əminəm ki, siyasi elita tərəfindən oğurlanmış və Qərbdə yerləşən aktivlərin geri qaytarılmasına dair bu yeni antikorrupsiya təşəbbüsü onun siyasi motivli təqibinin əsas səbəbi oldu”, RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib.

İbadoğlu həmçinin 2020-ci ilin may ayında BİZ TV Youtube kanalını yaradaraq orada digər ekspertlərlə birlikdə gündəlik olaraq Azərbaycanın sosial-iqtisadi problemlərini ifşa edən, səmərəsiz dövlət idarəçiliyi ilə bağlı problemləri pisləyən verilişlər yayımlayıb.

RATİ qeyd edir ki, 2015-ci ildə faktiki olaraq xaricdə, əvvəl ABŞ-da, sonra isə Böyük Britaniyada yaşayan və işləyən Qubad İbadoğlu bütün bu illər ərzində Danske Bank vasitəsilə bir neçə milyard avronun qanunsuz olaraq xarici ofşorlara çıxarılmasına, Qərbdə daşınan və daşınmaz əmlak almaq üçün yuyulan qeyri-qanuni gəlirlərdən istifadə etməsinə, habelə öz maraqlarını təmin etmək üçün siyasətçilərə rüşvət verməsinə, Azərbaycanın nəqliyyat, sənaye və enerji infrastrukturu üçün çoxmilyardlı dövlət satınalmalarında korrupsiya sxemlərinə və Azərbaycanın hasilat sənayesində şəffaflığın olmamasına görə Azərbaycan rəhbərliyini daim tənqid edib.

“İbadoğlu dövlət vəsaiti hesabına “Boeing” və “Airbus” korporasiyalarından bahalı təyyarələr alarkən 1 milyard dollardan çox vəsaitin əsassız israf edilməsinə görə şəxsən Azərbaycan prezidentini dəfələrlə tənqid edib. İlham Əliyev ad çəkmədən İbadoğlu barədə tənqidi çıxış edərək onu psevdoekspert adlandırıb və sərt ifadələr işlətməkdən çəkinmədən gec-tez belə təxribatçı-tənqidçiləri Azərbaycana gətirərək cəzalandıracağını deyib. Həbs şəraitini nəzərə alsaq, Əliyevin verdiyi vədləri yerinə yetirdiyini söyləmək olar”, Emin Hüseynov əlavə edib.

Saxlanmanın əsassız zorakılıq və qeyri-insani rəftarla müşayiət olunan kobud şəraiti, mütəşəkkil dəstənin tərkibində saxta xarici valyutanın satılması ilə bağlı absurd ittihamları, çoxsaylı prosessual pozuntularla aparılan istintaq-əməliyyat tədbirlərini, həmçinin İbadoğlunun türkiyəli din xadimi Fətullah Gülənlə “əlaqələri” ilə bağlı hökumətyönlü mediada aparılan məqsədyönlü təbliğat və məlumatlandırma kampaniyasının başladığını nəzərə alaraq, RATİ Qubadoğlunun həbsinin tamamilə uydurma və siyasi motivli olması ilə bağlı qəti qənaətə gəldiyini bildirib.

RATİ hesab edir ki, Azərbaycan hakimiyyəti Qubad İbadoğluna qarşı qanunsuz hərəkətləri ilə Avropa İnsan Haqları Konvensiyasını kobud şəkildə pozub.

Təşkilat bununla əlaqədar olaraq, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçi, Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koksu, Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristofferseni, AŞPA Hüquq Məsələləri Komitəsinin məruzəçisi Hanna Bardeli hakimiyyətin özbaşına repressiv hərəkətlərini pisləməyə və onlardan onun dərhal azadlığa buraxılmasını tələb etməyə çağırıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qərimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Amerikanın Səsi

10:19, 29 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin olunmadı

by Gozetci 10:02, 29 İyul 2023
written by Gozetci

Bəxtiyar Hacıyev

İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılmasından müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə verdiyi məlumata görə, fəal özü də məhkəmədə iştirak edib:

“O bir daha həbsinin siyasi olduğunu vurğuladı, həbsinə dair hər hansı hüquqi əsasların olmadığını dedi. Həmçinin, bildirdi ki, hüquq müdafiəçisi fəaliyyətinə görə həbsə və təqibə məruz qalıb.”

Bəxtiyat Hacıyevin saxlanılma şəraiti ilə bağlı, hələlik, narazılığının olmadığını deyən Sadıqov, fəalın şikayətinin yalnız qanunsuz həbs olunması ilə bağlı olduğunu bildirib.

“Aclıq aksiyasından sonra səhhəti qismən bərpa olunub,” vəkil qeyd edib.

İyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini daha 2 ay 10 gün, oktyabrın 8-dək uzadıb.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir,” vəkil bildirib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi

10:02, 29 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlunun apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 16:03, 28 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Məhkəmə iqtisadçını həbsdə saxladı

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu haqqında həbs qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb. O, istintaq müddətində həbsdə qaldı.

İyulun 28-də hakim Mirzəli Abbasovun sədrliyilə onun şikayətinə baxılıb.

Qubad İbadoğlu iyulun 23-də həyat yoldaşıyla birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ertəsi gün – iyulun 24-də Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Apelyasiya şikayəti də həmin qərardan verilib.

Vəkil Zibeydə Sadıqova apelyasiya şikayətində Qubad İbadoğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün heç bir əsas olmadığını vurğulayıb.

Xatırlatma

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandıqdan sonra onun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki. həmin pulun ona heç bir aidiyyəti yoxdur. Həmin məkan rəsmən onun adına olsa da, uzun illərdir ki, oradan istifadə eləmir.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən şəxsən Prezident İlham Əliyevin sifarişi ilə həbs olunduğunu bildirib.

Meydan TV

16:03, 28 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

by Gozetci 11:32, 28 İyul 2023
written by Gozetci

Elxan Əliyev

Bu barədə onun vəkili Nemət Kərimli bildirib.

Nemət Kərimlinin sözlərinə görə, iyulun 27-də Sabunçu Rayon Məhkəməsində istintaq orqanın vəsatətinə baxılıb və AXCP Təşkilat şöbəsinin əməkdaşı Elxan Əliyev  barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkil qeyd edib ki, partiya üzvü özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Xatırladaq ki, AXCP üzvü Elxan Əliyev iyulun 26-da polis tərəfindən saxlanılıb. Ona və digər iki nəfərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Turan 

 

 

11:32, 28 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunun dərs dediyi universitetin kollektivi onun müdafiəsinə qalxıb

by Gozetci 11:05, 28 İyul 2023
written by Gozetci

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE)

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) həbsdə olan Qubad İbadoğlu ilə bağlı açıqlama yayıb.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Beynəlxalq Münasibətlər Departamenti, bütün Beynəlxalq London İqtisadiyyat Məktəbi ilə yanaşı, doktor Qubad İbadoğlunun həbsindən dərin narahatlığını ifadə edib:

“Doktor İbadoğlu yaxşı idarəçilik, şəffaflıq və akademik ciddiliyə sadiqliyi ilə beynəlxalq aləmdə tanınır. O, Departamentdə baş qonaq kimi LSE-nin akademik cəmiyyətinin çox hörmətli üzvüdür.
Biz onun həbsi zamanı və ondan sonra zorakılıq halları ilə bağlı xəbərlərdən xüsusilə narahatıq və həmçinin onun təcili olaraq dərmanlara çıxışa ehtiyacı olduğunu bilirik”.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Azərbaycan hakimiyyətinə Qubad İbadoğlunu azad etməyə çağırıb:

“Biz Azərbaycan hakimiyyətini konstitusiyaya və beynəlxalq öhdəliklərə sadiq olduqlarını nümayiş etdirərək, doktor İbadoğlunu dərhal azad etməyə çağırırıq. Daha sonra İbadoğlunun səhhətinin monitorinq edildiyini və onun dərmanlara tam çıxışı olduğunu tez bir zamanda təsdiqlənməsini istəyirik”.

“Akademik azadlığı və söz azadlığını dəstəkləyən hər kəsi doktor İbadoğlunun sağ-salamat azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətindən bu təcili tələbə qoşulmağa çağırırıq”,-deyə açıqlamada qeyd olunub.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.

Meydan TV 

11:05, 28 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Vəkil Qubad İbadoğlu ilə görüşüb: “Ona evlə əlaqə saxlamağa icazə verilmir”

by Gozetci 10:17, 28 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu

İyulun 27-də vəkil Zibeydə Sadıqova hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu ilə görüşüb. Vəkil Amerikanın Səsinə bildirib ki, iqtisadçıya evə zəng etməyə icazə verilmir:

“Hazırda ən böyük narahatlığı evlə əlaqə saxlaya bilməməsinə görədir. Halbuki, bir kamerada saxlanıldığı digər şəxslərə zəng etməyə icazə verilir. Yaşlı və xəstə anası var, onun səhhətindən çox narahatdır. Elə ölkəyə də anasına baş çəkmək üçün gəlmişdi”.

Vəkilin sözlərinə görə, İbadoğlu 6 nəfərlik kamerada qalır, onu həbsxanada müayinə ediblər.

“Qan analizləri götürüblər, təzyiqi 90/145-dir, bu, onun üçün yüksək sayılır, çünki özü təzyiq və şəkər xəstəsidir. Dərmanlarını götürüblər, amma kamerada saxlamağa icazə verilmir, ancaq istəyəndə verilir”, deyə vəkil qeyd edib.

Vəkil qeyd edib ki, ADR sədrinin həbsindən Apellyasiya Məhkəməsinə şikayət verilib.

Apellyasiya şikayətinə iyulun 28-də baxılacaq. Qubad İbadoğlunun həbsilə bağlı məsələ Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrliyilə araşdırılacaq.

Xatırladaq ki, iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qərimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Amerikanın Səsi

10:17, 28 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıQazax–TovuzSliderXƏBƏRLƏRYerli İcmalar

Şəmkir: “Kəndə verilən suvarma suyu ilə balıq saxlayırlar, biz də susuzluqdan əziyyət çəkirik”

by Gozetci 14:01, 27 İyul 2023
written by Gozetci

Şəmkirlilər nazirlik işçisini və keçmiş əsiri çaylarını mənimsəməkdə ittiham edirlər. 

Şəmkirin əksər kəndlərində sakinlər susuzluqdan əziyyət çəkirlər. Onlar nə içməyə, nə də əkinlərini suvarmağa su tapırlar.

Bura da Şəmkirin Təzəkənd kəndidir. Adı da təzədir, dərdi də. Ona görə ki, son illərə qədər bu kəndin su problemi olmayıb.

“Əvvəllər problem yox idi, son 8-9 ayda burda içməli suda problem yaranıb. Bu kəndə məxsus olan kəhrizdən Çinarlı qəsəbəsi qidalanır. Bir dənə su artezianımız var idi, 8-9 aydır, yanıb. Heç kim baxmır, adını da qoyublar ki, dövlət tərəfindən pul ayrılmır. Biz bu dəqiqə dizimizi yerə qoyub, əlimizi göyə açırıq ki, hər gün yağış yağsın, həm başımızı yuyaq, islanaq, həm çənimizdə su qalsın”, – kənd sakini Əbülfəz Məmmədov belə deyir.

Sakinlərin sözlərinə görə, artezian quyusu bir ildir işləmir. Elə çəkiliş vaxtı Şəmkir Su Kanal sahəsinin işçiləri yeni artezian quyusunu qazmağa gəlirlər.

Sahə rəisi Vüqar Əliyev söyləyir ki, kənd susuz qalmayıb, sakinlər bir il kəhriz suyu ilə təmin olunublar və ən geci bir ay ərzində onlara artezian suyu da veriləcək.

Lakin kənd sakinlərinin tək problemi içməli su deyil. Onlar əkinlərini suvarmağa da su tapmırlar.

Kəndlilər iddia edirlər ki, Şəmkir çayı ətrafında salınan göllər və çayda olan sızmalar onlara verilən suyun miqdarının azalmasına səbəb olur.

“Tovuz çayı Şəmkir çayından iki dəfə böyükdür. İndi gəlin gedək Şəmkir çayının içinə baxın, balıq gölləri, “malina” bağı, xurma bağı, “drabilka”… amma heç bir çayda yoxdur bunlar. Bu göllərin heç biri dövlətinki deyil, şəxsidir. Satırlar, pul edirlər, qazanırlar. Mən də burada oturub gözləyirəm ki, mənim məhləmə ayda bir dəfə su gələcəkmi? Gecə saat 1-də, 2-də bu yolu piyada gedib-gəlib, bağımı sulayıram”,- Ə. Məmmədov deyir. 

Çinarlı kəndi ərazisində Şəmkir çayı boyunca yuxarı qaldıqda çoxlu göllər və əkin sahələri gözə dəyir. Sakinlərin iddiasına görə, çayın ətrafındakı bu balıq gölləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Abdulla Köçəri oğluna məxsusdur.

Nazirlik isə iddiaları rədd edir, bu adda işçilərinin olmadığını bildirir.

“Biz bir üz olduq, Abdulla müəllim bir üz oldu. Biz bu gölü dayandıra bilmədik. Bizə verilən su limitindən o istifadə edir, bizə də su gedib çıxmır. Kəndə verilən suvarma suyu ilə balıq saxlayırlar. Özləri üçün biznes qurublar, biz də orda əziyyət çəkirik”. 

Bir az yuxarı qalxdıqda isə Şəmkir çayının ətrafında əkin sahələri və üç kiçik göl gözə dəyir. Sakinlər iddia edir ki, bu ərazini də keçmişdə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov mənimsəyib. O, özü də əslən elə bu kənddəndir.

“Əsirlikdə olan Dilqəm Əsgərovundur. Orda üç süni göl yaradıb, əkin yerləri, “malina”lıq, körpünün altında da balıq gölləridir. Deyir, hamsını mənə dövlətimiz verib”. 

Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşad Allahyarov da təsdiqləyib ki, məsələ ilə bağlı sakinlər tez-tez idarəyə müraciət edirlər.

“Bir neçə gün əvvəl həmin göllərlə bağlı vətəndaşların şikayətləri bizə daxil oldu. Aidiyyatı şəxslərə göstəriş verdik, yerində araşdırıldı. Bəli, orda suyun bir az artıq götürülməsi müşahidə olundu. Texnika və canlı qüvvə dəstəyi verərək həmin məsələni aradan qaldırdıq. Sızmaları da aradan qaldırmaq üçün qıraq yerlərdən gil gətirərək çaya töküb, qismən bərpa etmişik. Sadəcə bunun qarşısını tam almaq mümkün olmadı. Bu istiqamətdə tərəfimizdən işlər görülür”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki,  də qanunsuz göllərlə bağlı araşdırma aparılacaq.

Sakinlər də ümidlidirlər ki, rəsmilərin araşdırması ədalətli olacaq.  

Meydan TV 

14:01, 27 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qərb səfirlikləri Qubad İbadoğlu ilə bağlı birgə bəyanat yayıb

by Gozetci 13:32, 27 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıblar.

Sənəddə vurğulanır ki, “beynəlxalq səviyyəli alim Qubad İbadoğlunun iyulun 23-dəki həbsini yaxından izləyirlər:

“Azərbaycanın öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir”.

Bəyanat müəllifləri Azərbaycan hökumətini Qubad İbadoğlunun dərman vasitələrin təminatı və ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşılmasına çağırıblar.

Hələlik, bəyanata Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl də bir sıra beynəlxalq təşkilatlar Quabad İbadoğlunun hüquqlarının müdafiəsi ilə bağlı açıqlamalar yayıblar.

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

Yaxınları bəzi xəstəlikləri olduğu bildirilən Qubad İbadoğluna dərman və sovqat çatdırılmasına şərit yaradılmamsından şikayətləniblər.Amma onların şikayətlərinə rəsmi münasibət bildirilməyib.

Azərbaycan Demokratiya və Rifah Partiyası dövlət qeydiyyatına alınmayıb.

AzadlıqRadiosu

13:32, 27 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğluya vəkili ilə görüşməyə icazə verilmir

by Gozetci 10:37, 27 İyul 2023
written by Gozetci

Vəkil Zibeydə Sadıqova

Zibeydə Sadıqova ondan MCMİ-dən məktub gətirməsini istəyiblər

İyulun 26-da vəkil Zibeydə Sadıqovaya Qubad İbadoğuyla görüşə icazə verilməyib. Bakı İstintaq Təcridxanasında vəkildən görüş üçün DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (MCMİ) məktub istəyiblər.

Bu barədə Meydan TV-yə danışan Zibeydə Sadıqova hüquqi baxımdan məktuba ehtiyacın olmadığını vurğulayıb:

“Çünki məni vəkil kimi DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi çağırmışdı, ən əsası məhkəmə qərarında mənim adım keçirsə, məktuba ehtiyac yoxdur”.

Vəkil iyulun 27-də Qubad İbadoğluyla görüş üçün bir daha cəhd edəcəyini söyləyib.

Penitensiar Xidmətdən məsələyə münasibət bildirməyiblər.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.

Meydan TV 

10:37, 27 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia