Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub

by Gozetci 10:26, 25 İyul 2023
written by Gozetci

Vüqar Məmmədov

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov həbs olunub. İyulun 24-də Binəqədi rayon Məhkəməsində onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarılıb.

O, rəhbərlik etdiyi “Hurriyyet TV” adlı internet televiziyasında qadağan edilmiş məlumatın yayılmasında ittiham olunur.

Vüqar Məmmədovla yanaşı, iyulun 19-da kanalın efirində çıxış etmiş, ehtiyatda olan polkovnik Elnur Məmmədov da cəzalandırılıb. Ona da eyni ittihamla – İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi və ya qarşısının alınmaması) maddəsilə 1 aylıq həbs cəzası verilib.

“Hürriyyet TV”nin redaksiyasından AzadlıqRadiosuna bildirilib ki, Vüqar Məmmədov iyulun 24-də günorta saatlarında Baş Prokurorluğa çağırılıb:

“Axşam saat 8-ə qədər redaksiyaya da, onun yaxınlarına da heç bir məlumat verilməyib. Yalnız onu deyiblər ki, məhkəməyə aparılacaq”.

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, həm Vüqar Məmmədov, həm də Elnur Məmmədov haqqında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Ardınca onlar məhkəmə önünə çıxarılıb. Prokurorluq iddia edir ki, adları çəkilən şəxslər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu pozublar.

Polkovnik Elnur Məmmədov iyulun 19-da “Hurriyyet TV”nin efirindəki çıxışında Azərbaycan Ordusunda korrupsiyadan danışıb və Müdafiə naziri Zakir Həsənovun ünvanına ittiham xarakterli fikirlər səsləndirib. Həmin proqramın aparıcı Vüqar Məmmədov olub.

Vüqar və Elnur Məmmədovlar özlərini təqsirli bilmirlər. Onlar söz və ifadə azadlığının konstitusion hüquq olduğunu vurğulayırlar.

Ehtiyatda olan polkovnik Elnur Məmmədov daha öncə də Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyevin şikayəti əsasında həbs olunmuş və Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə 6 ay azadlıqdan məhrum edilmişdi.

AzadlıqRadiosu

10:26, 25 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlu təqsirləndirilən şəxs kimi dindirilib, ona verilən ittiham ağırlaşdırılıb (YENİLƏNİB)

by Gozetci 17:07, 24 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu: Foto: Meydan TV

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu haqqında həbs qərarı verildi. Onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Bu barədə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanov qərar çıxarıb.

Məhkəmədə Qubad İbadoğlu da, onun vəkili Zibeydə Sadıqova da həbs qətimkan tədbiri seçilməsi üçün prokurorun təqdimatına etiraz edib.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamın saxta olduğunu deyib.

Vəkil də ittihamın əsassız olduğunu vurğulamaqla yanaşı, onun istintaq dövründə həbsdə saxlanmasına zərurət olmadığını söyləyib. Zibeydə Sadıqova bildirib ki, Qubad İbadoğlunu həbsdə saxlamadan da istintaq aparıla bilər.

Lakin hakim qısa müşavirədən sonra təqdimatın təmin olunduğunu açıqlayıb.

Vəkil Nərimanov rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

*  *  *

ADR sədri hazırda məhkəməyə aparılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu iyulun 24-də günorta saatlarında təqsirləndirilən şəxs qismində dindirilib. Bu zaman şübhəli şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə verilən ittiham da ağırlaşdırılıb. Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İstintaq dövründə onun həbsdə saxlanması üçün məhkəməyə təqdimat verilib.

Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Təqdimatda Qubad İbadoğlu barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi istənilib.

ADR sədri hazırda məhkəməyə aparılıb.

Cinayət Məcəlləsinin 204.3.1 maddəsilə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qubad İbadoğlu özünü təqsirli bilmir, ittihamı rədd edir. O, birbaşa Prezident İlham Əliyevin sifarişiylə həbs olunduğunu bildirib.

Meydan TV 

17:07, 24 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏRYerli İcmalar

Təklə sakinlərinin həllini tapmayan yol, işıq, qaz problemi

by Gozetci 14:29, 24 İyul 2023
written by Gozetci

Foto: Meydan TV

“Kənddaxili yollara heç vaxt asfalt örtüyü çəkilməyib”

Masallı rayonunun Təklə kənd sakinləri uzun illərdən bəri yığılıb qalmış probemlərin həyatlarını getdikcə çətinləşdirdiyini deyirlər.

“Dəfələrlə müraciət etməyimizə baxmayaraq, problemlərimiz həll olunmur. Kəndə giriş üçün əsas yol Viləş çayından gələn qolun üzərindən keçir. Uzun illərdir kənd camaatı bu yoldan ancaq piyada keçidi üçün istifadə edir, çünki avtomobillərin keçidi mümkünsüzdür”, – onların müraciətində deyilir.

Sakinlərdən Həsən Həsənov deyib ki, yolu bərpa etmək üçün edilən müraciətlər nəticəsiz qalıb. Çayın üzərindən keçən körpü kənd sakinlərinin köməyi ilə salınıb və taxta parçalarından ibarətdir. Yol olmadığı üçün təcili yardım, yanğın söndürənlər kəndə daxil ola bilmir. Kənddaxili yollar da bərbad vəziyyətdədir:

“Kənddaxili yollara heç vaxt asfalt örtüyü çəkilməyib. Bir damcı yağış yağan kimi palçıqdan keçilməz olur. 2015-ci və 2022-ci ildə kəndə gələn sel təsərrüfatlara, evlərə, yollara ziyan vurdu. Əhali Fövqəladə Hallar Nazirliyi tərəfindən qayıqlar vasitəsilə kənddən çıxarıldı. Hələ də dəymiş zərər bərpa olunmayıb”.

Kəndlilər deyirlər ki, işıqla bağlı da ciddi problemlər var. 2016-cı ildə kabelləşmə işləri aparılıb. Kəndin cənub hissəsində yerin müəyyən olunmasına baxmayaraq, transformator quraşdırılmayıb. Buna görə də, tez-tez qısaqapanmalar olur, günlərlə işıq verilmir.
Sakinlərin sözlərinə görə, mavi yanacaqla bağlı da problemlə üzləşirlər. Kəndin müəyyən hissəsinə qaz çəkilsə də, bir çoxunun evinə qaz sayğacı quraşdırılmayıb. Qışda istiliklə bağlı problemlər olur. Ağac kəsilməsinə icazə verilmədiyindən kəndlilər çıxılmaz vəziyyətlə üzləşirlər.

Kənd sakinləri arasında Birinci Qarabağ Müharibəsində döyüşən və həlak olanlar çoxdur.
Masallı Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, bu il 2 kilometr yola asfalt döşənib. İcra Hakimiyyətinin xanım əməkdaşı işıq, qaz və sakinlərin başqa şikayətləri ilə bağlı ətraflı öyrənəndən sonra sualı cavablandıracağını desə də, daha sonra telefonlara cavab verməyib.

Meydan TV

14:29, 24 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

İradə Bayramova: “Həm mənə, həm də Qubad İbadoğluya zorakılıq tətbiq olunub”

by Gozetci 14:02, 24 İyul 2023
written by Gozetci

 

Qubad İbadoğlu

İqtisadçının həyat yoldaşı müraciət yaydı

İyulun 23-də saxlanılan Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramova Azərbaycan xalqına müraciət edib.

İradə Bayramova bildirib ki, həyat yoldaşı İlham Əliyevin sifarişi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb:

“Hökumət yenidən nağıl uydurub, onu saxta pul satışı ilə ittiham edir. Eyni zamanda, həm Tükiyə, həm Azərbaycan mediası ona “FETO”çü deyə böhtan atır”.

İradə Bayramova saxlanılarkən zorakılığa məruz qaldıqlarını qeyd edib:

“Həm mənə, həm də Qubad İbadoğluya zorakılıq tətbiq olunub! Hər ikimizin bədənində xəsarət izləri var”.

Onun sözlərinə görə, həyat yoldaşına dərmanlarını çatdıra bilmir:

“Qubad bəy xəstədi və gün ərzində dəfələrlə bir çox dərman qəbul etməlidir. Buna icazə verməyərək, onu sadəcə öldürmək istəyirlər! Hər kəsdən xahiş edirəm, etiraz edin! Qubad bəy üçün yığışın küçələrə! Səsinizi qaldırın! Qoymayın Qubad İbadoğlunu öldürsünlər, qoymayın bu hakimiyyət onun axrına çıxsın!”.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu iyulun 23-də Sumqayıtdan qayıdarkən Novxanıda saxlanılıb. Onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıblar, ardınca ofisində və mənzilində axtarış aparılıb.

Meydan TV 

14:02, 24 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dunya Miyatoviç Söyüdlü kəndində baş verən hadisələrdən narahatlığını ifadə edib

by Gozetci 13:20, 24 İyul 2023
written by Gozetci

Dunya Miyatoviç

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazova ünvanladığı məktubunda Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində son vaxtlar ekoloji etirazların dağıdılması və iştirakçıların həbsindən narahatlığını ifadə edib.

Komissar bildirir ki, polisin nümayişçilərə qarşı qeyri-mütənasib güc və xüsusi çevik qüvvədən istifadə etməsi insan hüquqlarının pozulmasında ciddi problemlər yaradıb. Komissar hüquq-mühafizə orqanlarının hesabatlılığının təmin edilməsinin və nümayişlərdə iştirak edən bütün polis əməkdaşlarına insan hüquqları standartları üzrə adekvat təlimlərin verilməsinin vacibliyini vurğulayır. Bu etirazların dinc xarakterini nəzərə alaraq, o, dinc etirazların dağıdılmasının hüquqi əsaslandırılması, habelə ictimai hadisələrin polis tərəfindən izlənilməsi ilə bağlı milli protokolun zərurət və mütənasiblik kimi insan hüquqları tələblərinə uyğunluğuna aydınlıq gətirir.

Komissar vurğulayır ki, etirazlardan sonra Söyüdlü kəndinə girişin məhdudlaşdırılması “yerli sakinlərin insan hüquqları, o cümlədən hərəkət azadlığı və şəxsi həyata hörmətlə bağlı” ciddi narahatlığa səbəb olub. O, qeyd edir ki, bu tədbirlər həm də müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vəkillərin qanuni fəaliyyətini xeyli məhdudlaşdırır. Miyatoviç tədbirlərin hüquqi əsasları və onların ifadə və dinc toplaşmaq azadlıqları, habelə ictimai işlərdə iştirak hüququ və ədalətli məhkəmə araşdırmasının təminatları ilə bağlı insan hüquqları standartlarına uyğunluğu barədə məlumat tələb edir.

 

13:20, 24 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: “Qubad İbadoğluya “FETÖ” ilə bağlı suallar verilməyib”

by Gozetci 11:08, 24 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu

İqtisadçı axtarış aparılan mənzilə uzun müddətdir gəlmədiyini deyir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham irəli sürülüb. Bu barədə Meydan TV-yə məlumat verən vəkili Zibeydə Sadıqova bildirib ki, iyulun 23-dən 24-də keçən gecə ADR sədri şübhəli şəxs qismində cəlb olunaraq, onun haqqında tutma qərarı verilib.

Bu maddənin sanksiyasında 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan öncə mənzil kimi Qubad İbadoğlunun adına olsa da, ofis kimi istifadə olunan ünvanda axtarış aparılıb və oradan 40 min dollar pul tapıldığı iddia olunub. Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, ADR sədri həmin pulların ona aidiyyəti olmadığını deyib. Ümumiyyətlə, Qubad İbadoğlu sözügedən mənzilin yalnız sənəd üzərində onun əmlakı olduğunu, uzun müddətdir ora gəlib-getmədiyini bildirib:

“O pulların da saxta, yaxud gerçək olduğu məlum deyil. Bunu ekspertiza müəyyənləşdirəcək. Hamı bilir ki, Qubad İbadoğlu uzun müddətdir Azərbaycanda yaşamırdı, Londonda universitetdə dərs deyirdi. Həmin mənzil də sənəd üzərində ona məxsusdur. O mənzillə heç bir əlaqəsi yoxdur. Özü də dedi ki, o mənzildə nə baş verirsə, ondan xəbəri yoxdur, ola da bilməz. Bunu araşdırmaq çox asandır. Hər yer kameradır. Qubad bəy Azərbaycana iyulun 1-də gəlib”.

Qubad İbadoğlunun tutulmasının “FETÖ” ilə əlaqələndirilməsinə gəlincə, vəkil deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, eləcə də axtarışlar zamanı ADR sədrinə bu mövzuda suallar verilməyib.

Zibeydə Sadıqova əlavə edib ki, Qubad İbadoğlu ilə bağlı istintaq hərəkətləri iyulun 24-də davam etdiriləcək.

Onun təqsirləndirilən şəxs qismində cəlb olunacağı və həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılacağı istisna olunmur.

Meydan TV

11:08, 24 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Daha bir qazi intihara cəhd edib

by Gozetci 11:02, 24 İyul 2023
written by Gozetci

Əsgər. Foto: Meydan TV

Amin Babayevin bir gündə iki dəfə intihara cəhd etdiyi deyilir

Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı, hərbi xidmət əlili Amin Akif oğlu Babayevin intihara cəhd etdiyi bildirilir.  Tovuzun Azaflı kənd sakini olan Amin Babayev iyulun 22-də dərman ataraq intihara cəhd edib. Lakin həkimlər onun mədəsini yuyaraq, xilas edə biliblər.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, iyulun 23-də o, qollarını doğrayaraq yenidən intihara cəhd edib.

Amin Babayev hazırda Tovuz Rayon Mərkəzi Xəstəxanasındadır. Həkimlər vəziyyətinin orta stabil olduğunu deyirlər, hazırda sistem köçürülür.

“Psixoloji vəziyyəti yaxşı deyil, özünü öldürmək istədiyini deyir”, – deyə yaxınları Meydan TV-yə deyib.

Yaxınlarının sözlərinə görə, Amin Babayevin intihar etməsinə səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ona əlillik dərəcəsi verməməsidir. Belə ki, dizində dəmir protez olan qazi buna rəğmən əlillik dərəcəsi ala bilmir.

Həftəsonu olduğundan ƏƏSMN-dən münasibət öyrənmək mümkün olmayıb. Bu, son 2 gündə baş verən ikinci qazi intiharıdır.

İkinci Qarabağ müharibəsinin iştirakçısı Nizaməddin İbadovun da iyulun 22-də Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşadığı evin həyətində özünü yandıraraq intihar etdiyi bildirilir.

Meydan TV 

11:02, 24 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİfadə azadlığıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

ADRP-nın sədri, iqtisadçı Qubad İbadoğlu saxlanılıb (YENİLƏNİB)

by Gozetci 19:01, 23 İyul 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Qubad İbadoğlunun qızı Jalə Bayramova Meydan TV-yə deyib ki, atasını ofisdən çıxaranda üzünə qara pərdə salmışdılar ki, heç kəs üzünü çəkə bilməsin.

“Atam jurnalistlərə bildirdi ki, “Bu, İlham Əliyevin sifarişidir!””.

O, atasının yenidən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığını bildirib.

*  *  *

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun saxlanılması ilə bağlı məlumat yayıb. Bildirilir ki, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkədə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.

Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir.

DİN

*  *  *

Qubad İbadoğlunun qızı Jalə Bayramovanın yazdığına görə, ofisdən güya 40 min dollar pul çıxarıblar:
“Onun saxta və ya gerçək olduğu bilinmir. Təbii ki, polislər pulu özləri yerləşdiriblər”.

“Atam xəstədi, dərmanlarını soruşur və dərmanlarına ehtiyacı var. Saat 1-2dən bəri saxlanılıb, dərmanlarını ata bilməyib. Biz ondan çox narahatıq”,-deyə Bayramova əlavə edib.

*  *  *

ADR İdarə Heyəti Qubad İbadoğlunun saxlanılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, konkret səbəb göstərilməsə də, Qubad İbadoğunun saxlanılması ictimai-siyasi fəaliyyəti ilə baglıdır:

“Hakimiyyətin “Siyasi partiyalar haqqında” qəbul etdiyi yeni mürtəce qanunu, eyni zamanda, Qubad İbadoğlunun siyasi və iqtisadi siyasəti əsaslı şəkildə tənqid etməsi həmişəonu hədəfə gətirib. İyunun 27-də Londonda İngiltərə və Uelsin Xeyriyyə Komissiyasında qeydiyyatdan keçən “Azərbaycan Gənclərinin Təhsil Fondu” (AGTF) -nin fəaliyyətə başlaması ilə də hakimiyyət təmsilçilərinin hədəfinə çevrilib. Elə bu səbəblə də son günlər Qubad İbadoğlu haqqında hakimiyyət təmsilçiləri tərəfindən qarayaxma kampaniyasına start verilib”.

Bəyanatda baş verənlər rejimin qanunsuz əməllərinin mərkəzləşdirilmiş qaydada və planlı şəkildə icra olunduğuna ciddi əsas yatmaqla yanaşı ölkənin imicinin beynəlxalq səviyyədə tənqid olunmasına rəvac verəcək bir addım kimi qiymətləndirilir.

ADR İdarə Heyəti hakimiyyətin bu davranışını siyasi opponentləribə qarşi repressiya kimi dəyərləndirir və Qubad İbadoğlunun dərhal azad edilməsini tələb edir.

*  *  *

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Meydan TV-yə deyib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.

*  *  *

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Meydan TV-yə bildirib ki, qardaşına qarşı Anar Əliyev adlı şəxs ifadə yazıb, guya ona saxta dollar verib, sonra ifadəsini dəyişib:

“Mənə də bu haqda vəkil Zibeydə Sadıqova söylədi, hələ araşdırma gedir, daha dəqiqi bundan sonra bilinəcək”.

*  *  *

Ellada Məmmədovanın sözlərinə görə, Qubad İbadoğluna qarşı cinayət işi açıblar:

“Bu barədə mənə qardaşı Qalib Toğrul dedi. Hazırda Qubad bəyi ofisə aparırlar, orda axtarış aparılacaq. Xanımın iştirakıyla da mənzilində axtarış aparılacaq”.

Qubad İbadoğlunun ofisi. Foto: Meydan TV

*  *  *

Qubad İbadoğlunun ofisində axtarış aparılır. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Ellada Məmmədova təsdiqləyib.

Ellada Məmmədova Qubad İbadoğlunun qardaşının hadisə yerində olduğunu da söylədi.

*  *  *

İqtisadçı Sumqayıta gedərkən saxlanılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığı bildirilir.

Bu barədə Qubad İbadoğlunun qızı Jalə Bayramova məlumat yayıb. Jalə Bayramova atasının Sumqayıta gənclərlə görüşə gedərkən saxlanıldığını deyib.

Jalə Bayramovanın sözlərinə görə, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində atasından ofisin açarını istəyirlər:

“Güman ki, Xoyski 111a, mənzil 23-də yerləşən ofisə nəsə atmaq məqsədi güdülür”.

Partiyanın İdarə Heyətinin üzvü Ellada Məmmədova xəbəri təsdiqləyib.

E.Məmmədova Q.İbadoğlunun saat 1-2 radələrində Novxanı-Sumqayıt yolunda həyat yoldaşı ilə birgə saxlanıldığını bildirib.

Onun sözlərinə görə, vəkil Zibeydə Sadıqovaya bu barədə məlumat verilib:

“Ancaq Qubad bəyin qardaşları Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsələr də, onlara deyiblər ki, orada yoxdur”.

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Meydan TV-yə bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib:

“Araşdırma aparılır, əlavə məlumat veriləcəkdir”.

*  *  *

Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə şübhəli şəxs qismində saxlanılıb. Bu maddə ilə 7 ilədək cəza tələb olunur.

Meydan TV 

19:01, 23 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Qarabağ qazisi intihardan öncə jurnalistə işgəncə gördüyünü deyib

by Gozetci 15:07, 23 İyul 2023
written by Gozetci

Nizaməddin İbadov

“Orada Nazim var idi, qaziləri söydü, bütün qazilərə qarşı ağır təhqir sözləri deyirdi”

İkinci Qarabağ müharibəsinin iştirakçısı Nizaməddin İbadovun iyulun 22-də Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşadığı evin həyətində özünü yandıraraq intihar etdiyi bildirilir.

Yaxınlarının sözlərinə görə, 33 yaşlı Nizaməddin İbadov bir müddətdir ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alırdı və 2 gün əvvəl evə buraxılmışdı.

Onun dəqiq hansı səbəbə görə intihar etdiyi hələ məlum olmasa da, bir gün əvvəl jurnalist Nurlan Libre ilə söhbətində müalicə aldığı xəstəxanada işgəncəyə məruz qaldığını söyləyib.

“Mənə işgəncə veriblər. Atamı ümumiyyətlə içəri buraxmırdılar. Atamla görüşdürəndə əlimi açırdılar, 2-3 dəqiqəlik, danışırdım, görüşürdüm, sonra təzədən yuxarı qalxan kimi əlimi bağlayırdılar. Yəni atam da görməyib”, – qazi jurnalistlə söhbətində deyib.

Onun jurnalistlə danışığının səs yazısı da var:

“Tək mənimlə birlikdə 4-5 nəfərin əli-ayağını bağlamışdılar… Ondan əlavə, 15 il, 8 il yatanlar var orada. Yalan yerdən yatızdırırlar.

Orada Nazim var idi, qaziləri söydü, bütün qazilərə qarşı ağır təhqir sözləri deyirdi. Ona görə onu söydüm, sonra da vurdum. Bundan sonra təzədən məni bağladılar. Nazim qaziləri təhqir edirdi. Qaziləri təhqir edəndə də elə bil ki, şahidləri təhqir edirsən də”.

Nurlan Librenin ehtimalına görə, İbadovun intihar etməsinə səbəb 1 saylı Respublika Psixiatriya Xəstəxanasıda onu müalicə etmək əvəzinə pis rəftara məruz qoyan tibb işçiləridir.

“İntihar etməzdən bir gün əvvəl mənə zəng elədi. Özünü pis hiss edirdi. Mənə dedi ki, başıma gələnlərlə bağlı müsahibə vermək istəyirəm. Orada onunla çox davranmışdılar. Hönkür-hönkür ağlayırdı. Məndən kömək istədi. Təəsüf ki, ona yardım edə bilmədim”.

Nizaməddin İbadovun atası Hidayət İbadov isə onun sözlərini təkzib edib. Ata deyib ki, oğlu xəstə idi və 15 gün əvvəl 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi:

“Özüm apardım onu xəstəxanaya, vəziyyəti çox çətin idi. İki gün əvvəl isə məndən xahiş etdi ki, onu oradan çıxarım. Heç bir incitmə olmayıb. Oğlum müharibə vaxtı kəllə-beyin travmasını almışdı”.

Nizaməddin İbadov bundan əvvəl dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında keçirilən etiraz aksiyalarında iştirak etmişdi və dövlət tərəfindən işlə təmin olunmasını tələb etmişdi.

2021-ci ilin dekabrında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Nizaməddin İbadovun məşğulluq üçün müraciətini qeydə alsa da, sonradan onunla əlaqə saxlamağın mümkün olmadığını bildirmişdi.

Məsələ ilə bağlı saylı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Müharibə iştirakçısı İkinci Qarabağ müharibəsində könüllü iştirak edib. O, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə olub. Hücum zamanı yaxınlığında mərmi partlaması nəticəsində başından zədə alıb.

Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Nizaməddin İbadov ailəli və 2 övlad atası idi.

İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə Azərbaycanda onlarla müharibə iştirakçısı intihar edib.

Mütəxəssislər bunu onların keçirdikləri sarsıntıları, yetərli psixoloji dəstək ala bilməməsi, sosial çətinliklərlə üzləşməsi ilə izah edir.

Meydan TV 

15:07, 23 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

by Gozetci 11:13, 23 İyul 2023
written by Gozetci

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəalın vəkilləri apellyasiya şikayəti verəcək

İctimai fəal Bəxtiyar Hacıyev barədə istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə iyulun 22-də Xətai Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanının həbs müddətinin uzadılması haqda vəsatəti təqdimat olunub. Müddət daha 2 ay 10 gün – oktyabrın 8-nə qədər uzadılıb.

Məhkəmədə Bəxtiyar Hacıyevin vəkilləri buna etiraz edib. Onlar bildirib ki, Bəxtiyar Hacıyevə qarşı irəli sürülmüş yeni ittihamlar da, həbs qətimkan tədbirinin uzadılması barədə təqdimat da əsassızdır.

Bəxtiyar Hacıyev özü də ona qarşı irəli sürülnüş bütün ittihamların qondarma olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayıb.

Hakim qısa müşavirədən sonra təqdimatın təmin olunduğunu açıqlayıb.

Vəkil Rövşanə Rəhimli bildirib ki, həbs qətimkan tədbirinin uzadılması barədə Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. İyunun 16-da ona qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə bağlıdır. O, həmçinin Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320 (saxta sənədlərdən istifadə) və başqa maddələrilə də ittiham olunur.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.

İyunun 6-da Bəxtiyar Hacıyevin Bakıda özünün yaşadığı mənzildə, Gəncədə atasının, qardaşının, dostlarının evlərində axtarış aparılmışdı. Mənzillərdə axtarış barədə öncədən Xətai rayon Məhkəməsindən qərar alınmışdı. Axtarış prosesindən sonra onun dostu Rail Abbasov həmin gün gecə saatlarına qədər istintaqda dindirilmişdi.

O zaman vəkil Elçin Sadıqov bildirmişdi ki, axtarışların səbəbi haqda heç bir məlumat verilməyib, məhkəmə qərarında da əsaslandırılmayıb. Lakin vəkil ehtimal edirdi ki, Hacıyevə qarşı yeni ittihamlar irəli sürülə bilər.

Bəxtiyar Hacıyevə qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamlarında isə söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev həbsindən öncə uzun müddət polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Onun həbsindən əvvəl sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edirdi. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV 

11:13, 23 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia