Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

ABŞ Konqresindən Qubad İbadoğlu ilə bağlı çağırış

by Gozetci 14:06, 09 Avqust 2023
written by Gozetci

Kristofer Smit. Foto: “chrissmith.house.gov”

“Bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”

ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit Azərbaycan Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırıb.

Bu barədə “Turan” konqresmenin rəsmi saytına istinadən məlumat yayıb.

Konqresmen yaydığı bəyanatda xatırladır ki, professor Qubad İbadoğlu hazırkı hökuməti kəskin tənqid edib və Azərbaycanda şəffaflığın artırılması və ölkə liderlərinin hesabatlı olması üçün çalışıb.

Kristofer Smit qeyd edir ki, İbadoğlu həyati təhlükəsi olan şəraitdə kəskin şəkərli diabet, boğaz infeksiyası və yüksək qan təzyiqi ilə mübarizə üçün lazım olan dərmanlar olmadan həbsdədir:

“Ona təmiz su, yemək verilmir və o, təhlükəli cinayətkarlarla bir kameranı paylaşır. İbadoğlu sürətlə arıqlayır və səhhətinin kəskin şəkildə pisləşməsinin digər əlamətləri müşahidə edilir”.

“Əgər o, haqsız yerə həbsxanada olarkən vəfat edərsə və ya sağlamlığına daimi ziyan dəyərsə, bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”, – deyə Kristofer Smit bildirib.

“2015-ci ilin dekabrında K.Smit “Azadlıq Radiosu”nun köşə yazarı Xədicə İsmayılovanın mühakimə olunması ilə bağlı Konqresin dinləmələrinə sədrlik etdi. Həmin ildə K.Smit ölkədə qanunun aliliyini və insan hüquqlarına hörməti təşviq etmək üçün Azərbaycan Demokratiya Aktını təqdim etdi. O, insan haqları missiyası ilə bir neçə dəfə Azərbaycanda olub”, – deyə press-relizdə deyilir.

Avqustun 7-də Demokratiya Uğrunda Dünya Hərəkatı (World Movement for Democracy Team)  da Qubad İbadoğlunun müdafiəsinə qoşulub.

Hərəkatın yaydığı müraciətdə bildirilir ki, korrupsiya ilə mübarizə üzrə araşdırmaçı Azərbaycandan olan doktor Qubad İbadoğlu hücuma məruz qalıb və hakimiyyət tərəfindən həbs edilib.

Qubad İbadoğlunun həbsi

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.

Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Meydan TV 

14:06, 09 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Nərminin atasıgil kənddə yayıblar ki, İlkinə ömürlük cəza veriləcək”

by Gozetci 11:41, 09 Avqust 2023
written by Gozetci

İlkin Süleymanov

İlkin Süleymanovun vəkillərinin vəsatəti təmin olunmadı

Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda, 47 gün sonra onu öldürüb, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun vəkilləri onun 18 il azadlıqdan məhrum edilməsi barədə hökmdən apelyasiya şikayəti vermişdi.

Avqustun 8-də həmin şikayət üzrə məhkəmə prosesi başlayıb.

İlkin Süleymanovun işinə bu dəfə Gəncə Apelyasiya Məhkəməsində Teyyub Muxtarovun sədrliyilə, Rafiq Cəfərov və Salman Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.

Avqustun 8-də ilkin baxış iclasında İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov bir sıra vəsatətlər qaldırıb.

Vəsatətlərdən biri apelyasiya şikayətinə məhkəmə istintaqı keçirilməklə baxılması olub.

Vəkil bildirib ki, bu işdə araşdırılası xeyli ciddi məsələlər var.

Zabil Qəhrəmanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün əsassız, ədalətsiz olduğunu bildirib.

Vəkilin sözlərinə görə, işdəki qanunsuzluqlar, saxtakarlıqlar o həddədir ki, məhkəmə onların bir qismini hökmdə etiraf etmək məcburiyyətində qalıb. Məsələn, İlkin Süleymanov etiraf ifadəsi alınmamışdan öncə 4 gün Tovuz Rayon Polis Şöbəsində qanunsuz saxlanılıb.

Bundan əvvəl prokurorluğa İlkin Süleymanovun 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində qanunsuz saxlanmasıyla bağlı bir neçə dəfə vəkilləri şikayət etsə də, hər dəfə prokurorluq bunu inkar edirdi.

İlkin Süleymanovun işgəncəyə məruz qalması haqda danışan vəkil bildirib ki, o, Bakı İstintaq Təcridxanasına gətiriləndə üzərində xəsarətlər olub.

Müdafiəçilər təcridxanadan dustağın müayinəsinə dair rəyi almaq istəsələr də, təcridxana rəhbərliyi verməkdən imtina edib.

“Psixoloji ekspertizanın rəyi var, orada göstərilib ki, İlkin Süleymanov yalan danışmağa meylli deyil. Bu adam birinci dəfə – yanvarın 8-də şahid kimi dindiriləndə deyib ki, mən sadəcə, yanğın görüb yaxınlaşmışam. Nə baş verib ki, bir gün keçəndən sonra boynuna alıb? Elə əvvəldən deyərdi ki, “mən öldürmüşəm”. İlkin Süleymanov ifadəsində yazır ki, mən Nərmini yanvarın 6-da başından 1 daş zərbəsilə öldürmüşəm. Amma ekspertiza rəyində göstərilib ki, meyit müayinədən 3 gün əvvəl öldürülüb. Bu da yanvarın 4-nə təsadüf edir. Başına da azı, 5 zərbə vurulub. Bu adam işin faktiki hallarına uyğun gəlməyən şeyləri ifadəsində niyə desin? Bu məsələlər araşdırılmalıdır”, – vəkil bildirib.

Müdafiəçinin daha bir vəsatəti işin istintaqını aparmış müstəntiqin dindirilməsi barədə olub.

Zabil Qəhrəmanov bildirib ki, İlkin Süleymanov yanvarın 6-da polis şöbəsinə gətiriləndən sonra onun telefonu əlindən alınıb.

Zabil Qəhrəmanov. Foto: Meydan TV

Ondan sonra telefonuna müdaxilə edildiyi məhkəmənin hökmündə də etiraf olunub:

“Aydın oldu ki, müstəntiq telefonu Daxili İşlər Nazirliyinə göndərib. Niyə? Hansı qərar əsasında? Telefona kimlər müdaxilə edib? Hansı məqsədlə?”

Vəkil vurğulayıb ki, ekspertiza və başqa məsələlərlə bağlı da müstəntiqin aydınlıq gətirməli olduğu xeyli məqamlar var. Məsələn, hadisə yerində meyit götürüləndən sonra qazıntı işləri aparılıb:

“Məhkəmədə də təsdiqləndi ki, polis rəisi Şirzad Əsgərovun göstərişiylə bu baş verib. Orada ayaq izləri vardı, niyə qazılırdı ora?”.

Zabil Qəhrəmanov apelyasiya məhkəməsinin qərarına qədər İlkin Süleymanov haqqında həbs qətimkan tədbirinin dəyişməsi barədə də vəsatət qaldırıb.

Lakin müdafiəçinin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib.

Məhkəmədə o da məlum olub ki, Nərmin Quliyevanın atası, zərərçəkmişin hüquqi varisi qismində prosesdə iştirak edən Şərif Quliyev də apelyasiya şikayəti verib.

O, İlkin Süleymanova verilən cəzanın ağırlaşdırılmasını, onun ömürlük azadlıqdan məhrum edilməsini istəyir. Lakin o, şikayət vermək üçün qanunda nəzərdə tutulan 20 günlük müddəti ötürüb.

Hakim bildirib ki, müddət keçdiyinə görə hökmü çıxarmış Gəncə Ağır Cinayətlər Məhkəməsi bu məsələyə baxmalıdır.

Əgər ötürülmə üzrlü səbəbdəndirsə, bu halda, qəbul edilə bilər. Yalnız birinci instansiya məhkəməsi apelyasiya şikayətini qəbul edib göndərəndən sonra ona baxılması mümkündür.

Şərif Quliyev həmçinin məhkəmədən ona dövlət hesabına vəkil təyin olunmasını istəyib.

Müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç birinin təmin olunmaması, məhkəmə istintaqının keçirilməməsi İlkin Süleymanovun yaxınlarının etirazına səbəb olub.

“Sanki oyun davam edir, belə təəssürat yaranır. Şərif Quliyevgil kənddə yayıblar ki, İlkinə ömürlük cəza veriləcək. Əminik ki, apelyasiya şikayətini də Şərif Quliyev özü verməyib, verdiriblər. Bizə hədə-qorxu gəlmək məqsədi daşıyır. Yəni siz susmursunuzsa, biz daha ağır addımlar atacağıq. Biz bu məhkəmənin ədalətli olacağına inanmırıq. Açıq-aşkar saxta olan halları araşdırmaq istəməyən hakimlərdən nə gözləyək? Vəkilimiz nə qədər pozuntular sadaladı. Heç birini nəzərə almaq istəmədi”, – İlkin Süleymanovun qardaşı Adil Süleymanov Meydan TV-yə bildirib.

Adil Süleymanov. Foto: Meydan TV

Onun sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində dindirilən şahidlərin ifadələri protokollarda saxtalaşdırılıb:

“Nərminin anası məhkəmədə bildirdi ki, meyit tapılan gün polis şöbəsində rəisin yanında olub. Elə həmin gün günorta rəis onlara gəlib. Deyib ki, uşağınız tanınmaz halda olsa, onu nəyindən hardan tanıya bilərsiz? Bu dediklərini hamı eşitdi. Amma hakim bunları protokola salmayıb. Sual olunur: niyə? Məqsəd nədir? Çünki özləri də bilir ki, bunun arxasında nə yatır…”.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuzun Dondar Quşçu kəndində itkin düşüb.

2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb.

Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir.

Onun sözlərinə görə, cinayət işinin materiallarında tutulduğu gün yanvarın 10-u göstərilsə də, əslində onu yanvarın 6-da saxlayıblar.

4 gün ərzində – yanvarın 10-na qədər işgəncələrə məruz qalıb. Bu üzdən dözə bilməyib və dörd gün sonra cinayəti üzərinə götürüb.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində iki il davam edən məhkəmə prosesinin nəticəsi olaraq, iyunun 5-də çıxarılan hökmün nəticəsindən tərəflər narazı qalıb.

İlkin Süleymanov və yaxınları hökmün sifarişli olduğunu hesab edir.

Onlar iddia edir ki, azyaşlının başına gələnlərin arxasında dayanan və cinayətin açılması haqda prezidentə yalan məlumat verən qüvvələr var.

Onlar məhkəməyə təsir göstərərək bu iş üzrə obyektiv və ədalətli qərar qəbul olunmasına imkan vermədilər.

Meydan TV

11:41, 09 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Fazil Qasımov barədə həbs qətimkan tədbiri seçildi

by Gozetci 09:58, 09 Avqust 2023
written by Gozetci

Fazil Qasımov

Məhkəmə Fazil Qasımovla bağlı 3 ay 12 günlük həbs qərarı verib

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, həbsdə olan professor Qubad İbadoğlunun işiylə əlaqədar Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilən alim Fazil Qasımov barəsində ilkin istintaq dövrü üçün 3 ay 12 günlük həbs qətimkan tədbiri seçilib.

Bu barədə avqustun 8-də Nərimanov Rayon Məhkəməsində qərar çıxarılıb.

Fazil Qasımova qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Xatırladaq ki, iyulun 24-də Qubad İbadoğluya qarşı da eyni maddə ilə ittiham elan edilmiş və barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.

Fazil Qasımov kimdir?

İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb.

O, təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib.

Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Meydan TV 

09:58, 09 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

World Movement for Democracy Team Qubad İbadoğlunun müdafiəsinə qoşulub

by Gozetci 13:48, 08 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

“Qubad İbadoğlu və həyat yoldaşı qəddar hücuma məruz qalıb”

World Movement for Democracy Team (Demokratiya Uğrunda Dünya Hərəkatı) 15 gün əvvəl həbs olunan iqtisadçı Qubad İbadoğlunun müdafiəsinə qoşulub.

Hərəkatın avqustun 7-də yaydığı müraciətdə bildirilir ki, korrupsiya ilə mübarizə üzrə araşdırmaçı Azərbaycandan olan doktor Qubad İbadoğlu hücuma məruz qalıb və hakimiyyət tərəfindən həbs edilib:

“Doktor Qubad İbadoğlu və onun həyat yoldaşı İradə Bayramova qəddar hücuma məruz qalıb. Mülki paltar geyinmiş 20 nəfər şəxs onların avtomobilini saxlayıb və hər ikisini açıq şəkildə döyməyə başlayıblar. Sonra hər ikisi polis nəzarəti altına alınıb, İradə Bayramova həmin gün gecə saatlarında azad edilib”.

Demokratiya Uğrunda Dünya Hərəkatı

“Həmin vaxtdan Azərbaycan hakimiyyəti Qubad İbadoğlunu saxta pul kəsmək və Türkiyə hökumətinin terrorrist hesab etdiyi Fətulla Gülən təşkilatı ilə əlaqələr də daxil olmaqla müxtəlif cinayətlərdə günahlandırır. Bu ittiham üzrə onu 12 il həbs təhlükəsi gözləyir. Qubad İbadoğluya qarşı ittiham uydurmadır və onun saxlanması rejimin mülklərindən danışanları susdurmağa yönəlib. Bu,  Azərbaycanda onsuz da zəif olan vətəndaş cəmiyyətini və müstəqil mətbuatı qorxutmağa bir siqnaldır”, – deyə təşkilat bildirib.

Foto: Hərəkatın Twitter səhifəsi

“Təqdirəlayiq haldır ki, doktor Qubad İbadoğlu 2023-cü ilin iyun ayında Böyük Britaniyada Azərbaycan Gənclərinin Təhsil Fondunun-azərbaycanlı peşəkarların yeni nəslinin formalaşmasına dəstək vermək məqsədi daşıyan təşkilatın yaradıldığını elan edib”, – deyə hərəkatın müraciətində qeyd olunur.

Qubad İbadoğlunun həbsi

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.

Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Meydan TV 

13:48, 08 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanlı alim Türkiyədə saxlanılaraq Bakıya gətirilib (YENİLƏNİB)

by Gozetci 12:08, 08 Avqust 2023
written by Gozetci

Fazil Qasımov

Fazil Qasımovun qardaşı Nazim Qasımov “Turan”a danışıb.

O deyib ki, qardaşını yaşadığı evdən aparıblar:

“Qardaşımın hansı səbəbdən saxlanılması barədə heç bir məlumat verilməyib. Sosial şəbəkələrdən öyrəndik ki, Fazil Bakıya gətirilib. Lakin saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik”.

Onun sözlərinə görə, Fazil Qasımov Qafqaz Universitetini bitirib (universitetin fəaliyyəti 2017-ci il yanvarın 16-da dayandırılıb), daha sonra Türkiyədə təhsilini davam etdirərək İstanbul Universitetində doktoranturı bitirib:

“Bildiyimə görə, o, Mübariz Mənsimovun şirkətində işləyib”.

“Fazil prezident təqaüdçüsü idi, vətənini, dövlətini çox sevir”, – deyə qardaşı bildirib.

Öz növbəsində Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov qeyd edib ki, indiyədək Azərbaycanda FETÖ (Prezident Ərdoğanın şəxsi düşməni olan vaiz Fətullah Gülənə məxsus təhsil müəssisələri şəbəkəsi – red.) ilə əlaqəyə görə heç kim məsuliyyətə cəlb edilməyib.

“Azərbaycanın Cinayət Məcəlləsində FETÖ-yə üzv olmağa görə cəza nəzərdə tutan maddə yoxdur. Ölkə parlamenti də FETÖ-nü terror təşkilatı kimi tanımayıb. Ona görə də FETÖ ilə əlaqəsi olsa belə, heç kimməsuliyyət daşıya bilməz”, – deyə vəkil bildirib.

O, İbadoğlu işində Fazil Qasımov adlı şəxsin təqsirləndirilməsi ilə bağlı heç nə bilmədiyini deyib.

*   *   *

Fazil Qasımovun Qubad İbadoğlu işi ilə bağlı saxlanıldığı bildirilir

Azərbaycanlı alim Fazil Qasımovun Qubad İbadoğlu işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi təsdiqlənib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Meydan TV-yə məlumat verilib.

Nazirlik bildirib ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov Azərbaycana gətirilib:

“Fazil Qasımov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib”.

Fazil Qasımovun Türkiyədə saxlanılması ilə bağlı ilk məlumat TİME TV-də yayılıb.

Fazil Qasımov kimdir?

İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb.

O, təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib.

Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Qubad İbadoğlunun həbsi

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.

Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Meydan TV 

12:08, 08 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunun qardaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi ilə görüşüb

by Gozetci 11:45, 08 Avqust 2023
written by Gozetci

Qalib Toğrul

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul avqustun 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin saxlanma yerləri məsələləri üzrə nümayəndəsi ilə görüşüb.

Qalib Toğrul Amerikanın Səsinə deyib ki, görüş zamanı həbsdə olan qardaşı Qubad İbadoğlunun sağlamlıq durumu, saxlanma şəraiti ilə bağlı məlumat verib.

“Mən bildirdim ki, biz çox narahatıq. Biz istəyirik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi öz səlahiyyətləri çərçivəsində bu məsələyə müdaxilə etsin. Onlar müəyyən qeydlər götürdülər. Bizim müraciətimizi qeydə aldılar. Çox güman ki, sabahdan artıq hərəkətə keçəcəklər . Dedilər ki, həkimlərini məlumatlandıracaqlar. Həmin həkim də Penitensiar Xidmətin həkimi ilə əlaqə yaradacaq. Bundan sonra tələb olunan addımlar atılacaq,“ o deyib.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədrinin səhhətinə gəldikdə isə qardaşı bildirib ki, Qubad İbadoğlunun səhhəti kritikdir.

“Həm şəkərlə bağlı problemləri var. Şəkəri stabilləşmir. Həm də qan təzyiqi ilə bağlı problemi var. Bundan əlavə ürəyində problemi var. Aortanın genişlənməsindən əziyyət çəkir. Problemləri çoxdur. Artıq şəkər bədənin digər orqanlarında fəsadlar törətməyə başlayıb. Şəkəri davamlı şəkildə yüksək olduğuna görə artıq sol gözündə zəifləmə qeydə alınıb. Eyni zamanda böyrəyində müəyyən fəsadlar qeydə alınıb. Bütün bunlar Penitensiar Xidmətin həkim müayinələrinin nəticəsidir. Bəlkə də çox şeyləri bizdən gizlədirlər, demirlər. Amma bizə deyiblər ki, bu cür problemlər var. Bizi çox narahat edir”.

O, Qubad İbadoğlunun saxlanma şəraitinə toxunaraq, havasız şəraitdə saxlaılmasının səhhətinə mənfi təsir etdiyini deyib.

“Eyni zamanda ailəsi ilə görüşə verilmir. Psixoloji təzyiqdir. Əsəb içərisindədir. Onda yeni bir xəstəlik də qeydə alınıb. Qalxanabənzər vəzdə düyünlər əmələ gəlib. Bu da əsəbi şəraitdə olması ilə bağlıdır. Bütün bunlar bizi çox narahat edir. Çox qayğılandırır. Ona görə də çalışırıq ki, Qubad bəy ən tez zamanda həbsxanadan azad olunsun,” o qeyd edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi Amerikanın Səsinin Qalib Toğrulun görüşü ilə bağlı sorğusuna hələ cavab verməyib. Öz növbəsində, Penitensiar Xidmət də Qubad İbadoğlunun sağlamlıq durumu ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bu arada amerikalı senator Bob Menendez Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsinə reaksiya verib.

“Mən azərbaycanlı müxalifət liderinin və Rutgers Universiteninin keçmiş qonaq professorunun həbsindən narahatam və yaxından izləyirəm,” Menendez bildirib.

“Mən Qubad İbadoğlunun Rutgersdəki həmkarlarının, eləcə də ailəsinin yanındayam və Dövlət Departamentini Azərbaycan hökuməti ilə bütün təmaslarda onun azadlığa buraxılmasını prioritet tutmağa çağırıram.”

Oxşar bəyanatla ABŞ Nümayəndələr Palatasının üzvü Kris Smit çıxış edib.

“İndiyədək Prezident Əliyev bir çox ağır insan haqları pozuntusuna görə məsuliyyət daşıyıb – lakin fərdin qəsdən yaxud ehtiyatsız şəkildə öldürülməsi üçün hədəf alınması hələ ki, bu sıraya daxil deyil,” Smit bəyan edib. “Beynəlxalq sivil cəmiyyətin üzvləri ilə bərabər mən Əliyevə müraciət edərək onu Dr. İbadoğlunu azad etməyə çağırıram ki, o, təcili ehtiyac duyduğu həyat əhəmiyyətli tibbi qayğını ala bilsin.”

The Washington Post qəzeti bazar günü dərc etdiyi baş məqalədə Qubad İbadoğlunuhn həbsini onun Azərbaycandakı kelptokraiya və korrupsiyanı tənqid etməsi ilə əsaslandırıb.

Redaksiya heyəti hazırda iqtisadçı alimə qarşı irəli sürülən saxta pul, Fətullah Gülən hərəkatı ilə əlaqədar ittihamları “absurd” adlandırıb.

“Onun saxlanmasının həqiqi səbəbi daha çox iyun ayındakı hadisələrlə əlaqədardır. Həmin vaxt o, yeni nəsil azərbaycanlı peşəkarlar yetişdirmək üçün Britaniyada Azərbaycan Gənc Təhsil Fondu təsis etmişdi. Cənab İbadoğlu demişdi ki, bu fond donorlar, ələlxüsus korrupsioner Azərbaycan siyasətçilərinin dövlətdən oğurlayıb Britaniyada yığdıqları maliyyə vəsaitləri hesabına maliyyələşdiriləcək,” baş məqalədə qeyd olunur.

Avqustun 4-də Qubad İbadoğlunun qardaşı Qalib Toğrul ictimaiyyətə çağırış edərək bildirib ki, Qubad İbadoğlunun həyatına yaranmış təhdid təhlükəli həddə çatıb.

Avqustun 5-də Qubad İbadoğlunun hüquqlarını Müdafiə Komitəsi onun sərbəst buraxılması tələbi ilə bəyanat, ölkənin onlarla tanınmış ziyalısı eyni xahişlə Prezident İlham Əliyevə müraciət qəbul edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller ibadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Amerikanın Səsi

11:45, 08 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Tərtər işi”: Validə Əhmədova vəkilinin oğurlandığını deyir

by Gozetci 10:23, 08 Avqust 2023
written by Gozetci

“Bilmirik, gələnlər, axtarış aparanlar kimlər olub”

2017-ci ildə Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən Elçin Quliyevin anası Validə Əhmədovanın hüquqlarını müdafiə edən vəkilin bu işlə bağlı təzyiqlərə məruz qaldığı bildirilir.

Bu barədə Meydan TV-yə Validə Əhmədova məlumat verib.

O bildirib ki, avqustun 7-də səhər saat 11 radələrində qəfildən vəkil Solmaz Kazımovanın evinə bir qrup şəxs axtarışa gəlib.

“Həmin vaxt evdə Solmaz Kazımovadan başqa bir də 11 yaşlı bacısı qızı olub. Bunlar uşağın gözünün qarşısında baş verib. Evdən kompüterini, telefonunu, sənədlərini götürüblər. Həmçinin Solmaz xanımı da aparıblar. O vaxtdan Solmaz xanımdan xəbər tuta bilməmişik. Bilmirik ki, gələnlər, axtarış aparanlar kimlər olub, vəkilimi hara aparıblar”, – Validə Əhmədova bildirib.

O, əmindir ki, Solmaz Kazımovanın evindəki axtarış da, aparılması da “Tərtər işi” ilə bağlıdır.

Validə Əhmədovanın sözlərinə görə, bir müddət əvvəl vəkili şifahi şəkildə bu məsələyə görə təzyiqə məruz qalmışdı.

“Təxminən 15-20 gün olar, “Tərtər işi” üzrə istintaq qrupunun rəhbəri Qasım Məmmədov Solmaz Kazımovanı çağırıb demişdi ki, cinayət işində generalların ifadələrini efirlərə ötürürsən. Halbuki yalandır. Solmaz xanım da deyib ki, belə bir şey yoxdur. Mən elə Qasım Məmmədovun yanında oğlumun qatili hesab etdiyim, lakin bu gün azadlıqda gəzən, şahid kimi dindirilən şəxslərin adları yer alan siyahı tərtib edib, vəkilə vermişdim. Demişdim ki, mən cinayət işinin materiallarını tam oxuya bilmirəm. Siz bu adamların ifadələrini mənə verin, oxuyum, tanış olum. O da həmin siyahıda olan adamların ifadələrini mənə verib. Vəssalam. O adamlar gəlib məhkəmədə ifadə verirlər. Məhkəmə də açıq keçirilir. Buna görə vəkilə təzyiq göstərmək nə deməkdir?”, – Validə Əhmədova belə deyib.

O hesab edir ki, Qasım Məmmədov da vəkilin həmin materialları mediaya ötürmədiyini bilir.

Onun fikrincə, baş verənlər zərərçəkmişlərə və müdafiəçiyə təzyiq məqsədi daşıyır:

“Azyaşlı uşağı qorxutmaq, ona o vəhşəti yaşatmaq nə deməkdir? Başqalarının hüquqlarını vəkil müdafiə edir, vəkilin özünə qarşı bu nə davranışdır? Mən oğlumun qatillərinin cəzalandırılmasını tələb edirəm, bunların mənim vəkilimin başına gətirdiyi oyuna baxın… Vəkili oğurlamaq nə deməkdir?”

Baş Prokurorluq Validə Əhmədovanın iddialarına cavab verməyib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Solmaz Kazımova axşam saat 18.00 radələrində sərbəst buraxılıb.

Meydan TV 

10:23, 08 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Qubad İbadoğlununun şikayətini təmin etməyib

by Gozetci 13:54, 07 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

Avqustun 7-də Apellyasiya Məhkəməsi tanınmış iqtisadçı Qubad İbadoğlunun həbsinin ev dustaqlığına dəyişdirilməsilə bağlı şikayətini təmin etməyib.

“Məhkəmə şikayəti “əsassız” hesab edib”, deyə vəkil Bəhruz Bayramov bildirib.

İbadoğlu məhkəmədə iştirak edib və yenə də özünü günahkar hesab etməyib və siyasi fəaliyyətinə görə təqib olunduğunu bildirib.

İbadoğlunun səhhətinin pis olmasına gəlincə, vəkil ağır olaraq qaldığını təsdiqləyib, bu, Penitensiar Xidmətin həkim briqadası tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, İbadoğlu 204.3.1-ci maddə (saxta pul hazırlamaq) üzrə həbs edilib. Daha öncə Nərimanov məhkəməsinin qərarı ilə 3 ay 26 gün həbs edilib.

Turan 

13:54, 07 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Etiraz aksiyası: “Maddələr dəyişir, mahiyyət yox!”

by Gozetci 17:20, 06 Avqust 2023
written by Gozetci

Avqustun 5-də ictimai fəallar Bakı Şəhər Baş Polis İdarəsinin binasına “Afiəddin Məmmədova azadlıq! Maddələr dəyişir, mahiyyət yox!” plakatları yapışdırıblar. Onlar İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun üçüncü dəfə qanunsuz olaraq həbs edilməsinə etiraz ediblər. Aksiya iştirakçılarından Səhər Cahan bildirib ki, Afiəddin Məmmədovun həyatından son 1 ildə 90 gün oğurlanıb.

“Baxmayaraq ki, o, aksiyaya getməmişdi, sadəcə aksiyadan sonra kuryerlərlə görüşə getmişdi və evinə qayıdarkən yolda oğurlanıb. Kuryerlər kifayət qədər istismar olunur və bu, istismara artıq bir son vermək lazımdır. Afiəddin bunun üçün mübarizə aparırdı, kuryerləri məlumatlandırmağa çalışırdı, onlara hüquqi yardım edirdi. Kuryerləri öz haqları ilə tanış edirdi ki, onlar istismara dözməsinlər”, o bildirib.

Səhər Cahan hesab edir ki, Afiəddin Məmmədov siyasi fəaliyyətinə görə həbs olunub. Aksiyada saxlanılan olmayıb.

Xatırladaq ki, avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb.

“Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib”, o deyib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Amerikanın Səsi
17:20, 06 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İşçi Masasının daha bir üzvü saxlanılıb (YENİLƏNİB)

by Gozetci 13:59, 06 Avqust 2023
written by Gozetci

Elvin Mustafayev

“Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham olunaraq 4 ay müddətinə həbs edilib. Bu barədə Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

Onun sözlərinə görə,  Mustafayev, əməlini etiraf edib.

Öz növbəsində, “Demokratiya 1918” Hərəkatında hesab edirlər ki, Mustafayev təzyiq altında özünü ələ verib, onun həbsi isə Kuryer Birliyi Həmkarlar İttifaqındakı fəallığı ilə bağlıdır.

*   *   *

Elvin Mustafayevə qarşı narkotik ittihamı irəli sürülüb

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovdan sonra bu qurumun üzvü Elvin Mustafayev də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir.

“Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədlinin bildirdiyinə görə, Elvin Mustafayev avqustun 4-dən yoxa çıxıb:

“Avqustun 4-də axşamdan onun telefonuna zəng çatmır. Biz əvvəldən danışmışdıq, avqustun 5-də onunla görüşməliydik. Lakin heç bir vasitə ilə onunla əlaqə yaratmaq mümkün olmadı”.

Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrinə cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

“Elvin Mustafayev özü bildirmişdi ki, polis aksiyadan sonra yaşadığı evin yaxınlığında onun barəsində məlumat toplamağa çalışıb”, – Əhməd Məmmədli əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Elvin Mustafayevin saxlandığını təsdiqləyib. Bu qurumdan bildirilib ki, onunla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə “Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev 2023-cü ilin martın 17-də Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.

Amma yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağrılıb və könüllü şəkildə özü gedib. Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır. Onların sözlərinə görə, ictimai fəal həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin buna sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.

Avqustun 1-də kuryerlərin aksiyasında iştirak edən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da həmin gün axşam saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib.

İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də bir neçə dəfə inzibati qaydada həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.

Meydan TV 

13:59, 06 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia