Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

İctimai fəal Səməd Şıxının saxlanıldığı bildirilir (YENİLƏNİB)

by Gozetci 14:38, 11 Avqust 2023
written by Gozetci

Səməd Şıxı

İctimai fəal Səməd Şıxı sərbəst buraxıldığını bildirib.

Bu barədə Səməd Şıxı özü “Facebook” səhifəsində məlumat paylaşıb:

“Artıq evdəyəm. Telefonuma ailəmin vasitəsi ilə girib, bəzi postları sildikdən sonra sərbəst buraxdılar. Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm”.

*   *   *

“Səməd Şıxıdan telefonu tələb olunur”

İctimai fəal, yazar Səməd Şıxının Abşeron Rayon Polis İdarəsinin Qobu qəsəbəsində yerləşən bölməsində saxlanıldığı bildirilir.

Bu barədə Meydan TV-yə onun dostları məlumat verib.

Avqustun 10-da Səməd Şıxı “Facebook” hesabında məlumat yaymışdı ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları yaşadığı evə gəlib, onu aparmaq istəyiblər:

“Evdə olmadığım üçün sabah səhər tezdən saat 9-da bölməyə çağrılmışam. Qəsəbəsindəki polis bölməsinə gedəcəyəm…”.

Dostlarının bildirdiyinə görə, Səməd Şıxı polis bölməsinə gedərkən telefonunu özüylə aparmayıb.

Orada ondan israrla telefonunu tələb edirlər:

“Səməd Şıxı hazırda Qobu polis idarəsində girov saxlanılır. Ona telefonunu polisə təhvil vermədiyi halda, sərbəst buraxılmayacağı deyilib”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinindən Meydan TV-yə fəalın saxlanılması ilə bağlı məsələnin araşdırıldığı bildirilib.

Azərbaycanda son on gündə xeyli ictimai fəal həbs olunub.

Onların arasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov, Kuryerlər Birliyinin üzvü Elvin Mustafayev də var.

Həbs olunanların bəzilərinə xuliqanlıq, digərinə narkotik ittihamı irəli sürülüb. Lakin heç biri özünü təqsirli bilmir, ittihamın saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Meydan TV

14:38, 11 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Qubad İbadoğlunun həbsini izlədiyini deyir

by Gozetci 11:12, 11 Avqust 2023
written by Gozetci

Miller danışıqların detallarını açıqlamayıb

ABŞ həbsdə olan iqtisadçı Qubad İbadoğlunun işini diqqətlə izlədiyini açıqlayıb.

Bu barədə avqustun 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Washington Post”un son redaktor məqaləsini “Turan”a şərh edərkən deyib.

Bununla belə Metyu Miller xüsusi  diplomatik danışıqların məzmununu açıqlamayacağanı əlavə edib:

“Lakin biz bu həbsi diqqətlə izləyirik”.

“Biz insan hüquqlarının və əsas azadlıqların təşviqinə qəti sadiq qalırıq. Azərbaycanı ölkə konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, – deyə Miller davam edib.

Metyu Miller

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxta pul ittihamını rədd edir, siyasi sifarişlə həbs olunduğunu bildirir.

Beynəlxalq təşkilatlar və ABŞ-ın bir neçə konqresmeni onun dərhal azadlığa buraxılmasını tələb edib.

Meydan TV 

11:12, 11 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
XƏBƏRLƏR

Azərbaycan Dunya Miyatoviçin Söyüdlü olayları ilə bağlı məktubuna cavab verib

by Gozetci 19:12, 10 Avqust 2023
written by Gozetci

Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Fəxrəddin İsmayılov qurumun İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçin Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazlarla bağlı DİN rəhbəri Vilayət Eyvazova və hökumət rəsmilərinə ünvanladığı məktuba cavab yazıb.

Komissarın ofisindən Gununsesi.info-ya təqdim olunan cavab məktubunda səfir Fəxrəddin İsmayılovun Söyüdlü hadisələrinin  Rusiya Federasiyasında planlaşdırıldığını yazıb.

Məktubda yazılır:

“Qərəzli və təxribat xarakterli niyyətləri  həyata keçirmək məqsədilə   2023-cü ilin fevral ayında Rusiyada 4  WhatsApp qrupu yaradılıb və 409 kənd sakini bu qrupa cəlb edilib. İllər əvvəl onları kütləvi etirazlarda iştirak etməyə, dövlətə qarşı fəal müqavimət göstərməyə təşviq ediblər. Bu  mövzularda qrup üzvləri ilə davamlı müzakirələr aparıb, insanları qızışdırmağa nail olublar.

Prosesin uzunmüddətli və kəskin olması üçün həmin şəxslər müxtəlif etiraz aksiyaları hazırlayıblar.

Gəncə şəhərində plakatlar çap  etdirərək kənd sakinlərinə paylayıblar.

İğtişaşlar zamanı videoçəkiliş məqsədi ilə kənd sakinlərinə 7 ədəd mobil telefon alınıb. Həmin telefonlarla etirazların və kommunikasiyaların qeydə alınması və radikal fikirləri ilə tanınan jurnalistlərin istiqamətləndirilməsi məqsədi güdülüb. Kəndə xaricdən gələn etirazların təşkilatçılarından biri orada 14 gün qalıb və qızıl mədəninin qazanc gətirmədiyini fəal şəkildə təbliğ edib. O, yerli sakinlərə daha yaxşı bir həyata layiq olduqlarını, buna layiq olduqlarını göstərməyi sübut etməyə dəvət edib.

Bu şəxs mayın 23-də ölkəni tərk edəndən sonra etirazlar güclənib və yerli sakinlər müdaxilə ediblər.Yeni gölün yaradılması ilə 4 dəfə – iyunun 3, 16, 20 və 21-də maneələr törədərək,avadanlıqları zədələmək və işi dayandırmağa çalışıblar.

Hər müdaxilə zamanı rayon polis şöbəsinin rəhbərliyi və şəxsi heyəti gəlib. Ərazidə qanunsuz hərəkətlərin qarşısını almış, o cümlədən qabaqlayıcı söhbətlər aparmış və müvafiq aktların yolverilməzliyi barədə sakinlərlə izahat işlərinin aparılıb.

İyunun 20-də “WhatsApp” qrupunda edilən müraciətə əsasən, 150-yə qədər sakinini oradakı dəmir torları yıxıb, işi dayandırıb. Maşınlara, inşaat işçilərinə daş və taxta parçaları ilə hücum edərək onlara xəsarət yetirib.

6 kənd sakini Seymur İsmayılov, Samir Ələkbərov, Zahid Zeynalov, Şahbaz, Abdullayev, Nuru Mehdiyev və Leysan Məmmədov qəsdən tabe olmadıqları üçün saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar.

İctimai asayişi pozan hərəkətlərin qarşısını almaq üçün hərəkətə keçən polisin qanuni tələbləri olub.

“WhatsApp”ın təkrar zəngi əsasında yenidən əraziyə gələn yerli sakinlər 21 İyunda etiraz aksiyası təşkil edən qrup təşkilatçıları polisə fəal müqavimət göstərib.

Göründüyü kimi, qanun pozuntularının təşkili əvvəlcədən dəfələrlə müzakirə olunub.

400-dən çox insanın iştirakı ilə təbliğat və təşviqat işləri aparılmışdır.

Nəticədə kənddə ictimai asayiş pozulub, bir neçə polis əməkdaşı və orada işləyənlər arasında yaralananlar olub, şirkətin əmlakına ziyan dəyib.

Qanunazidd əməllərin miqyasını genişləndirmək məqsədilə sosial şəbəkələrdə  bu xəbərlər dərc olunub.

Lakin polis əməkdaşları ictimaiyyəti kobud şəkildə pozanlara qarşı təmkinli davranıblar.

İlk növbədə qanunsuz hərəkətlərə son qoyulması barədə dəfələrlə xəbərdarlıq ediblər. Onlara “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 14-cü maddəsinə əsasən ərazini tərk etmək tələb edilib.

Mitinq zamanı məmurların üzərinə müxtəlif küt alətlər, o cümlədən daşlar atması halları baş verib.

Qadınlara qarşı gözyaşardıcı qazdan istifadəyə gəlincə, səfir məktubunda qeyd edir:

“Prinsipləri rəhbər tutaraq, çox məhdud şəkildə xüsusi bir vasitə (bibər qazı) tətbiq edilmişdir. Sakinlərdən heç biri müxtəlif əməllərə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməyib. Heç kəs hər hansı tənqidi şərhə görə həbs olunmayıb”.

Söyüdlüyə girişin qadağan olunmasına gəlincə, Fəxrəddin İsmayılov yazıb:

“Jurnalistlərin və digər şəxslərin şəxsi təhlükəsizliklərini düşünərək qısa müddətə kəndə getmələri dayandırılıb.

Onu da bildirək ki, hazırda kənddə vəziyyət stabildir. Ağsaqqallar,

kəndin ziyalıları və gəncləri sosial şəbəkələrdə çağırışla müraciət ediblər ki, kənar şəxslər öz təhriklərini və vəziyyəti gərginləşdirmək cəhdlərini dayandırmalıdırlar. Tədbirin təşkilatçıları

qanunsuz hərəkətləri ilə səhv yolda olduqlarını və peşman olduqlarını etiraf ediblər.

Ümumiyyətlə, ictimai asayişin, insan və vətəndaş hüquqlarının qorunması qanunla müəyyən edilmiş vəzifələrdir. Bunlar nəzərə alınmaqla konkret standartlar və prosedurlar əsasında həyata keçirilir.

Gədəbəy rayonunun Söyüdlü kəndində görülən işlər nümunəvidir və bu, polis əməkdaşlarının peşəkarlıq səviyyəsi və müvafiq təlimlərinin nəticəsidir”.

Məktubun sonunda o da bildirilir ki, polisin ictimai tədbirləri idarəetməsi ilə bağlı bir sıra proqramlar həyata keçirilir.

19:12, 10 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi həmkarlar ittifaqı fəalını həbsdə saxlayıb

by Gozetci 17:51, 10 Avqust 2023
written by Gozetci

Afiəddin Məmmədov

Bu gün Bakı Apellyasiya Məhkəməsində (BAM) “Demokratiya 1918” Hərəkatının Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun 30 sutkalıq inzibati həbslə bağlı şikayətinə baxılıb.

Prosesin açıq olmasına baxmayaraq, jurnalistlər prosesə buraxılmayıb. Məhkəmə rəsmiləri “tapşırıq belədir” deyiblər.

Vəkilin sözlərinə görə, Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmama) maddələri üzrə özünü təqsirli bilməyib.

Məmmədov bildirib ki, onu 20 saatdan çox 26-cı polis bölməsində vəkil dəvət etməyə imkan verilmədən saxlayıblar. Üstəlik, onun adından protokolda yazıblar ki, guya vəkildən imtina edib və bu protokolu onun əvəzinə başqası  imzalayıb. Lakin məhkəmə həmkarlar ittifaqı fəalının şikayətini təmin etməyib.

Xatırlatma

Afiəddin Məmmədov avqustun 1-də saxlanılıb və ertəsi gün Bakı Şəhəri Xətai Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 528.1 (Məhkəmə icraçısının tələblərinə əməl etməmə) maddəsi ilə təqsirli bilərək, 500 manat cərimələyib. Həmin gün Yasamal Rayon Məhkəməsi onun barəsində 30 sutka həbs qərarı çıxarıb.

Turan 

17:51, 10 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır

by Gozetci 16:38, 10 Avqust 2023
written by Gozetci

Nazim Bəydəmirli. Foto: Meydan TV

Vəkili: “Hazırda ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır”

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır.

O düşünür ki, rəsmi ittiham fərqli olsa da, həbsinin əsas səbəbi Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərin keçirdiyi etiraz aksiyasıdır.

Bəydəmirli vəkilə deyib ki, onu Söyüdlüdə baş verən etirazlarla əlaqələndirirlər, əslində isə həmin hadisələrə heç bir aidiyyəti yoxdur.

Bu barədə Meydan TV-yə vəkili Aqil Layıc danışıb.

Vəkil bildirib ki, avqustun 10-da Bakı İstintaq Təcridxanasında Nazim Bəydəmirli ilə görüşüb:

“Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır. Həbsinin yeganə səbəbi Söyüdlüdə baş verən hadisələrdir. Hazırda ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır”.

Aqil Layıcın sözlərinə görə, müvəkkili Prezident İlham Əliyevə müraciət edərək onu inandırmaq istəyir ki, Söyüdlü hadisələrilə heç bir əlaqəsi olmayıb.

“Ölkə başçısına müraciət ünvanlayaraq, bəyan edir ki, onun Söyüdlü hadisələrilə heç bir əlaqəsi olmayıb, ona verilən informasiya düzgün deyil”, – vəkil bildirib.

Nazim Bəydəmirli müdafiəçisinə deyib ki, deputat olanda prezidentin tapşırığıyla Gədəbəydə qızıl zavodunun açılışında iştirak edib.

“Onun ekoloji təmizliyin qorunmasına dair mediadakı çıxışları, ölkə başçısının açılış zamanı və Söyüdlü hadisələrindən sonrakı çıxışı zamanı qeyd etdiyi nüanslarla üst-üstə düşür. Əgər onun təqsiri bundan ibarətdirsə, təqsirini boynuna alır”, – vəkil Aqil Layıc əlavə edib.

Xatırlatma

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) çağırılaraq saxlanılıb. O, ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.

Nazim Bəydəmirlinin həbsindən bir neçə gün öncə hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində bir neçə nəfərin sırasında Nazim Bəydəmirlinin də adı hallandırılırdı.

Nazim Bəydəmirli özü də “bandotdel”ə çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.

Meydan TV 

16:38, 10 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İranda saxlanılan tələbədən xəbər var: anası vəkil tutub

by Gozetci 15:17, 10 Avqust 2023
written by Gozetci

“Vəkil deyir ki, Fəridi casusluqda ittiham edəcək heç bir dəlil-sübut yoxdur”

Anası İranda həbs edilən azərbaycanlı tələbəyə vəkil tutub.

Vəkil işlə tanış olandan sonra bildirib ki, Fərid Səfərlini casusluqda ittiham edəcək heç bir dəlil-sübut yoxdur.

Fərid Səfərlinin anası Dilarə Əsgərova Meydan TV-yə deyib ki, oğlu ilə dünən danışıb.

Onun sözlərinə görə, oğlu bəraət alacağına ümid edir:

“Oğlumun qız dostu da barəsində ifadə verib. Onun casus olduğuna inanmadığını bildirib. Fərid onun ifadəsi ilə də tanış olub. Lakin hakim bunlarla razı deyil, deyir ki, casusluq üçün gəlmisən, ola bilər qorxmusan, yaxud şərait olmayıb deyə heç nə edə bilməmisən. Amma məqsədin bu olub”.

Ana bildirir ki, oğlu həbsdə olduğu müddətdə kor bağırsağından əməliyyat da olunub.

O bildirir ki, həbsxana mühiti onun sağlamlığına zərər vurur:

“Özü də çox gərgindir. Deyirəm ki, sənə kitab göndərim. Ona belə etiraz edir ki, kitabın mövzusundan, nə bilim hər şeydən bir problem çıxarırlar, o dərəcədə gərginlik içindədir. Mən ona öz imkanlarımla vəkil tutdum, vəkil işlə tanış olub, Fəridlə və hakimlə görüşüb. Telefon, internet yox, bütün gününü fars dilini öyrənməklə keçirir. Bir də çox düşünür, fikir çəkir”.

Fərid Səfərlinin ən son, iyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Anası deyib ki o, İrana bir zamanlar Yena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Xatırlatma

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Meydan TV 

15:17, 10 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Şüvəlan İstintaq Təcridxanasında Samir Aşurovun vəziyyəti pisləşib

by Gozetci 14:16, 10 Avqust 2023
written by Gozetci

Samir Aşurov

Şüvəlandakı istintaq təcridxanasında Almaniyadan çıxarıldıqdan sonra həbs edilən fəal Samir Aşurovun vəziyyəti kəskin pisləşib. Bu barədə “Turan”a onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib.

Onun sözlərinə görə, şəkərli diabetin kəskinləşməsi ilə əlaqədar onun ayaqlarında yaralar yaranıb, lazımi müalicə aparılmasa, bu, qanqrenaya səbəb ola bilər.

Bundan başqa, Samir Aşurov ürək xəstəliyindən əziyyət çəkir və son vaxtlar onda ürək döyüntüsü (aritmiya) müşahidə olunur.

Aşurova qeyd edib ki, Samir Aşurovun müalicə üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinin zəruridir.

“Almaniyada Samir şəkərli diabet xəstəsi kimi tibb müəssisəsində qeydiyyatda idi və müntəzəm müalicə alırdı. İstintaq təcridxanasında o, ancaq dərman qəbul edir, lakin qanında şəkərin səviyyəsini belə ölçmürlər”.

“Samir 11 nəfərlik kiçik kamerada saxlanılır. Oraya Günəş işığı düşmür və havalandırılmır. Su normal verilmir, tualetdə antisanitariyadır”, – deyə Aşurova bildirib.

O, Samir Aşurovun məhkəməsinin əsassız olaraq (bir ilə yaxındır) yubanmasını da qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Samir Aşurov bu il martın 29-da Almaniyadan çıxarılıb. 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə (CM-nin 126.2.4-cü – xuliqanlıq məqsədilə qəsdən sağlamlığa ağır zərər vurma) ittiham olunub. Onu 6 ildən 11 ilə qədər həbs gözləyir.

İyulun 21-də Aşurov Cinayət Məcəlləsinin digər maddəsi – 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) ittiham olunub.

Hüquq müdafiəçiləri Aşurovu “siyasi məhbus” kimi tanıyıblar və hesab ediblər ki, təqibin əsl səbəbi onun insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirakı olub.

Turan 

14:16, 10 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

İstintaq Qubad İbadoğlunun yaxınları ilə görüşünü məhdudlaşdırıb

by Gozetci 10:06, 10 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Vəkil bu qərardan şikayət edəcəklərini deyir

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu iyulun 23-də həbs olunandan bu günə qədər ailə üzvlərilə görüşə bilməyib.

Vəkili Fəxrəddin Mehdiyevin Meydan TV-yə bildirdiyinə görə, istintaq orqanının qərarıyla onun yaxınlarıyla görüşmək hüququ məhdudlaşdırılıb.

Vəkil deyir ki, istintaqın bu qərarından şikayət vermək niyyətindədirlər:

“Çünki bu qərarı əsassız hesab edirik, onu hüquqi müstəvidə mübahisələndirmək fikrindəyik. Həbsdə saxlanılan şəxsin ailə üzvlərilə görüşmək hüququ var və bu hüquq təmin olunmalıdır. Yaxınlarıyla telefonla danışa bilir. Amma övladlarıyla danışa bilmir…”.

Qubad İbadoğlunun övladları Azərbaycanda yaşamır.

Avqustun 9-da Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşdüyünü deyən vəkil müvəkkilinin sağlıq durumundan da danışıb.

Onun ürək xəstəliyilə yanaşı, həm də təzyiq və şəkər problemlərindən əziyyət çəkdiyini yada salan müdafiəçinin sözlərinə görə, qan təzyiqi sabit deyil, qanda şəkərin miqdarı da yüksəkdir. Hətta təcridxanada onun durumunu nəzərə alaraq, təzyiqini nəzarətdə saxlamaq məqsədilə mütəmadi ölçə bilməsi üçün aparat da veriblər.

“Havaların çox isti keçməsi, kamerada havalandırmanın olmaması səhhətinə mənfi təsir göstərir”, – Fəxrəddin Mehdiyev vurğulayıb.

Vəkil əlavə edib ki, Ombudsman Aparatının əməkdaşları da Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşüblər.

Fəxrəddin Mehdiyev

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bundan öncə iki dəfə açıqlama yayaraq, onun səhhətinin kəskin pisləşdiyini bildirib. Lakin deyilənlərə rəsmi qurumlar, o cümlədən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmət münasibət bildirməyib.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxta pul ittihamını rədd edir, siyasi sifarişlə həbs olunduğunu bildirir.

Beynəlxalq təşkilatlar və ABŞ-ın bir neçə konqresmeni onun dərhal azadlığa buraxılmasını tələb edib.

Meydan TV 

10:06, 10 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Tərtər işi”: Elçin Quliyevi aparmağa gələn komandir deyib ki, qurbanlıq qoyun lazım idi

by Gozetci 09:47, 10 Avqust 2023
written by Gozetci

“Tərtər işi”. Foto: Meydan TV

Babək Baxşəliyevin qardaşı Hikmət Həsənov və Teymur Məmmədovun həbsini istəyib

2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və zabitlərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir.

Hazırda işgəncələrlə əlaqədar hər biri 4 nəfərdən ibarət iki qrupun məhkəməsi gedir.

5 nəfərlik daha bir qrupun məhkəməsi isə yaxın günlərdə başlayacaq.

Məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilir. Lakin onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır.

Tərtərdəki N saylı hərbi hissələrdən birinin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun daxil olduğu qrupun məhkəməsində hazırda şahidlərin dindirilməsi mərhələsidir.

Budəfəki məhkəmə iclasında hakim Zeynal Ağayev məlumat verib ki, mərhum zərərçəkmiş Babək Baxşəliyevin hüquqi varisi qismində tanınan qardaşı Bəhruz Baxşəliyev Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəmənin sədrinə məktub göndərib.

O yazıb ki, məhkəmənin obyektivliyinə, ədalətliliyinə inanmadığına görə iştirak etmək istəmir. Çünki mərhum qardaşına işgəncə verilməsində günahkar saydığı vəzifəli şəxslər hələ də azadlıqdadır.

O, həmin hadisələr zamanı korpus komandiri olmuş general Hikmət Həsənovun, briqada komandiri olmuş polkovnik Teymur Məmmədovun və başqalarının adlarını çəkib.

Məktub elan olunandan sonra məhkəmədə Hərbi Polis İdarəsinin Biləcəri şöbəsinin rəisi olmuş Bəhruz Musayev şahid qismində dindirilib.

O, Tərtərdə işgəncələrə məruz qalan hərbçilərin sonradan Biləcəri hauptvaxtına gətirilməsi, uzun müddət orada saxlanmasıyla əlaqədar sorğulanıb.

Məhkəmədə ifadə verən zərərçəkmişlər bildirmişdilər ki, onlar orada da işgəncələrə məruz qalıblar: döyülüblər, ac-susuz saxlanılıblar, hətta tualetə getməyə belə, imkan verilməyib və s.

Bəhruz Musayev isə işgəncə iddialarını təkzib edərək bildirib ki, ona Tərtərdən göndərilən hərbçilərin gətirilməsi haqda məlumatı Hərbi Polis İdarəsinin rəisi 2017-ci ilin aprelində verib.

O da deyib ki, prokurorluq və Müdafiə Nazirliyinin rəhbər heyətinin göstərişidir, hauptvaxta hərbçilər gətiriləcək, yerlər hazırlanmalıdır:

“Şəxsi heyəti yığıb dedim ki, gətirilənlərdən heç kimi söyüb-döyməyin. Gündə 3 dəfə yemək verilirdi. Orada bir neçə hərbçinin əlində, üzündə xəsarətlər vardı. Tibb işçilərinə tapşırmışdım ki, onların sarğısını vaxtında dəyişsinlər…”.

Hakim də, prokuror da onun nəzərinə çatdırıb ki, zərərçəkmişlər məhkəmədə dindirilərkən hauptvaxtdakı durumla bağlı fərqli ifadələr veriblər.

Onlar bildiriblər ki, nəinki yemək, hətta su belə verilmirdi. Onların bəziləri “pampers”lə gəzməyə məcbur edilirdi, əlləri, gözləri bağlı vəziyyətdə saxlanılırdılar, beton döşəmədə yatırdılar və s.

Hərbçilər ora hər biri haqqında 10 günlük həbs qərarı çıxarılaraq gətirilib.

Sonradan onların cəzaları artırılıb. Bəhruz Musayev iddia edir ki, onlar daxili qaydaları pozduğuna görə özü qərar verərək həbs müddətlərini artırıb.

“Əlləri, gözləri bağlı adamlar hansı qayda pozuntusuna yol verə bilərdilər?” – ondan soruşulanda Bəhruz Musayevin cavabı belə olub:

“Hətta döşəməni cızmaq, axşam saat 10-dan sonra işığı yandırmaq kimi hərəkətlər də bir neçə sutka həbs müddətini artırmaq üçün əsas ola bilər. Mən oranın rəisi deyiləm, konkret deyə bilmərəm ki, kim neyləmişdi. Amma mənə sənədlər gətirilib, mən də qərar vermişəm”.

“Tərtər işi”. Foto: Meydan TV

O əlavə edib ki, hauptvaxtda işgəncə alətləri olmayıb, kimsənin döyülməsinə göstəriş də verməyib.

Onun sözlərinə görə, hərbçilərin əlləri və gözləri də açıq olub.

Məhkəmədə iştirak edən zərərçəkmişlər Bəhruz Musayevin yalan danışdığını, orada işgəncələrə məruz qaldıqlarını bildiriblər.

“Mən 10 gün yaralı vəziyyətdə orada olmuşam. Çarpayılar divara bağlı olurdu. Axşam yatmaq vaxtında açılmalıydı. Amma açmırdılar. Biz betonun üstündə yatırdıq. Əllərim, gözlərim bağlı olurdu. Qanım aşağı düşmüşdü deyə soyuqdan dayana bilmirdim. Tualetdən istifadə etməyə qoymurdular. İstifadə edənə söyüş qoyurdular. İndi gəlib burada yalan danışır ki, guya yaxşı şəraitdə saxlayıblar bizi. Sanki kurortda olmuşuq”, – zərərçəkmiş polkovnik Boris Cəfərov bildirib.

Digər zərərçəkmiş Fərzəli Cahangirov da 20 gün orada ağır vəziyyətdə saxlandığını deyir:

“Bu adam yalan danışır. Həmin 20 gündə cəmi 1 dəfə yuyunmağa aparıblar. Onda da əynimizdə paltar ola-ola, başımıza soyuq suyu töküb, geri qaytarıblar…”

Zərərçəkmişlər əlavə edib ki, orada işgəncə halları da olub.

Onlar baş verənlərə görə Bəhruz Musayevin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

“Orada nə asma yeri, nə də tok olub. Bir nəfər işgəncə aləti göstərsə, özümü burada asaram. Atamın ruhu üçün mən kiminsə döyülməsinə göstəriş verməmişəm. Hər gün prokurorluğun nümayəndələri səhərdən gəlirdi, gecəyə qədər dindirmə aparırdı. Dindirmə bəzən gecə 3-ə qədər davam edirdi”, – Bəhruz Musayev bildirib.

Onun istintaqa ifadəsi elan olunub.

O ifadəsində bildirib ki, həmin vaxt müdafiə nazirinin müavini, hazırda isə Baş Qərargah rəisi olan Kərim Vəliyevin göstərişi əsasında hauptvaxtda saxlanılan hərbçilər haqqında həbs qərarı verib.

Məhkəmədə çıxış edən təqsirləndirilən polkovnik Vüsal Ələsgərov bildirib ki, işgəncəyə məruz qalmış hərbçilərin qanunsuz azadlıqdan məhrum edilməsilə bağlı ona ittiham verilib.

Onun sözlərinə görə, bu ittihamı daşımalı olan şəxslər azadlıqdadır:

“Əslində, o maddə ilə Hərbi Prokurorluğun, Baş Prokurorluğun rəsmilərini cəlb etmək lazım idi. Mən kim idim ki, bu adamları qanunsuz saxlayım? Siyahılar gəlirdi ki, filan hərbçiləri göndərin, mən də göndərirdim. Mən verilən əmrləri icra etmişəm…”.

Tərtərdə Mənzil İstismar Xidmətinin rəisi olmuş İldırım Ramazanov məhkəmədə danışıb ki, 2017-ci il aprelin sonunda ona göstəriş gəlib, köhnə qərargah binasının açılmasını, oradakı su, elektrik xətlərinin təcili təmir olunmasını istəyiblər.

Onun sözlərinə görə, sonradan həmin binaya çoxsaylı hərbçilər gətirilib və oradan qışqırıq səsləri eşidilib:

“Orada olduğum müddətdə adamlara cəza verirdilər, içəridən səslər gəlirdi. Adamları görəndə üzləri şişmişdi…”.

İldırım Ramazanov əlavə edib ki, saxlanılan şəxslərdən biri pəncərədən düşəndən sonra bütün pəncərələrə dəmir barmaqlıq salınması haqda göstəriş verilib.

Məhkəmədə şahid qismində dindirilən Anar Ramazanovun adı bundan əvvəlki iclaslarda da çəkilib. Məsələn, zərərçəkmiş Nemət Məhərrəmov bildirmişdi ki, gözünü açanda ona işgəncə verənlər arasında mayor Anar Ramazanovu da görüb. Ona həmin vaxt suda boğmaqla işgəncə verirmiş.

Hakim zərərçəkmişin dediklərini Anar Ramazanov bu dəfə məhkəmədə dindiriləndə onun nəzərinə çatdırıb.

“Tərtər işi”. Foto: Meydan TV

O isə inkar edib və deyib ki, işgəncələrin törədildiyi binanın mühafizəsilə məşğul olub.

O iddia edib ki, özü işgəncələrdə iştirak etməyib.

Anar Ramazanov inkar etsə də, digər zərərçəkmiş onun da işgəncələrdə iştirak etdiyini məhkəmədə bir daha deyib.

“Sən bizi ora gətirəndə şəxsi əşyalarımızın götürülməsində iştirak etmisən. Şəxsən mənim şəxsi əşyalarımı sən aldın. İndi deyirsən ki, kənardan mühafizədə olmuşam mən…”, – Boris Cəfərov ona deyib.

Məhkəmədə dindirilən daha bir şahid Daşqın Süleymanov isə Tərtərdəki hərbi hissənin tabor komandiri olub.

Həmin tabordan dindirməyə aparılan hərbçilərdən 5 nəfər işgəncə nəticəsində həyatını itirib.

Ölənlərdən biri olan Elçin Quliyevin evdən aparılması üçün onların qapısına gələn də Daşqın Süleymanov olub. Həmin vaxt Elçin Quliyev evdə olmayıb.

Onun atası tabor komandirindən gəlişinin səbəbini soruşanda isə:  “Qurbanlıq qoyun lazım idi”, – deyə o, cavab verib.

Məhkəmədə mərhum Elçin Quliyevin anası Validə Əhmədova ondan soruşub ki, həmin vaxt niyə elə demişdi?

O, belə cavab verib:

“Hərbi hissə komandiri Teymur Məmmədov məni göndərmişdi ki, get, Elçin Quliyevi gətir. Mən də gəldim, atası dedi ki, evdə yoxdur. Niyə gəldiyimi soruşanda bəhanə kimi, özümdən dedim ki, qurbanlıq qoyun lazım idi. Ağlıma o gəldi. Sonra Teymur Məmmədov dedi ki, qayıt gəl, gətirdilər…”.

Həmin vaxt Elçin Quliyev əmisigildə olub, ona zəng edərək çağırıblar.

Məhkəmədə təqsirləndirilən Vüsal Ələsgərov bildirib ki, təcili əməliyyata ehtiyacı var:

“Əgər təcili əməliyyat olunmasam, zəhərlənmə qanıma keçəcək…”.

Hakim bildirib ki, bu məsələ ilə əlaqədar sorğu göndərilib və yaxın vaxtlarda cavab gələcək.

Tərtərdəki işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir.

2021-ci ildə Tərtər hadisələrilə bağlı cinayət işi üzrə icraat yenilənəndən sonra 450-yə yaxın adam zərərçəkmiş qismində tanınıb.

Ardınca həmin dövrdə dövlətə xəyanət ittihamıyla həbs olunub, 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfər 5 il 6 ay sonra bəraət alaraq, azadlığa buraxılıb.

Meydan TV 

09:47, 10 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
XƏBƏRLƏR

Üç insan haqları təşkilatı Qubad İbadoğlunu dərhal azad etməyə çağırır

by Gozetci 17:00, 09 Avqust 2023
written by Gozetci

İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) və digər insan haqları təşkilatları Azərbaycanda akademik Qubad İbadoğlunun həbsi, saxlanması və ağır həbs şəraitindən dərin narahatlığını ifadə edib.

Bu barədə təşkilatın yaydığı bəyanatda qeyd olunub.

Təşkilat Azərbaycan hakimiyyətini Qubad İbadoğlu və İradə Bayramovanın həbsi ilə bağlı vəziyyətlə əlaqədar müstəqil və qərəzsiz araşdırma aparmağa çağırıb, iqtisadçıya qarşı irəli sürülən ittihamların saxta və siyasi motivli olduğuna əmin olduqları üçün onun dərhal azadlığa buraxılmasını tələb edib.

Bəyanatda Qubad İbadoğlunun ağır şəraitdə saxlanıldığı vurğulanıb.

“Ailəsi onun 2-ci tip şəkərli diabetdən, ürək xəstəliyindən və göz zəifliyindən əziyyət çəkdiyini, həbs olunduqdan sonra müalicə üçün lazımi dərmanları, qidanı, təmiz içməli suyu almaqda çətinlik yaşadığını bildirib. Onun kamerasında hava sirkulyasiyası, təbii işıq və lazımi sanitar şərait yoxdur”, – bəyanatda bildirilib.

Qeyd edilib ki, siyasətçiyə qarşı güc tətbiqi, pis rəftar, tibbi yardımdan imtina, saxlanma şəraitinin pis olması qeyri-insani və ləyaqəti alçaldan rəftardır.

“Bu, həm Azərbaycan qanunvericiliyi, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları konvensiyaları ilə qəti şəkildə qadağandır. Bunlara, xüsusən də, Birləşmiş Millətlər Təşkilatının İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası (UNCAT), İnsan Hüquqları üzrə Avropa Konvensiyası (AİHM) və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt (MHMM) daxildir. Bu müqavilələrin iştirakçısı olan dövlət kimi Azərbaycan bütün insanların, o cümlədən məhbusların ləyaqətini və hüquqlarını qorumağa və onlara hörmətlə rəftar edilməsini, adekvat tibbi yardımın göstərilməsini, saxlanmanın humanist şəraitini və hər hansı formada cinayətlərdən qorunmasını təmin etməyə borcludur. İnsan hüquqları və qanunun aliliyi prinsiplərini qorumaq üçün bu öhdəliklərin hər hansının pozulması hərtərəfli araşdırılmalı və aradan qaldırılmalıdır”.

Təşkilatın bəyanatında Qubad İbadoğlunun vəkili ilə görüşündə üzləşdiyi maneələrə də diqqət çəkilib.

“Ailə üzvlərinin verdiyi məlumata görə, iyulun 27-dək Qubad İbadoğlunun vəkili ilə təkbətək görüşmək imkanı olmayıb. İyulun 26-da vəkil iki saatdan artıq istintaq təcridxanasının gözləmə zalında saxlanılıb. Səhəri gün vəkil Qubad İbadoğlu ilə yalnız görüş zamanı onları müşayiət edən müstəntiqdən icazə aldıqdan sonra görüşə bilib. Bundan başqa, İbadoğlu görüşə əl-qolu  qandallamış halda gətirilib və ona eynəyini taxmağa icazə verilməyib. İbadoğlunun vəkili ilə görüşlərini izləmək, müşahidə etmək və dinləməklə hakimiyyət açıq ünsiyyətə mane olub və onun həbsdə olarkən məruz qaldığı mümkün fiziki və psixoloji zorakılığı sənədləşdirməsinə maneə törədib”.

Təşkilat qeyd edib ki, London İqtisadiyyat Məktəbində  dərs deyən iqtisadçı və siyasətçi kimi İbadoğlu müdafiə edilməli, ona qarşı hər hansı siyasi motivli ittiham irəli sürülməməlidir.

“Azərbaycan hakimiyyəti onun ifadə azadlığı hüququna hörmət etməli və onu qorumalı, təqib və ya təzyiqlərdən qorxmadan öz fikirlərini, tənqidini sərbəst ifadə etməsinə imkan verməlidir”.

“Biz bu çətin zamanda Qubad İbadoğlu, İradə Bayramova və onların ailəsi ilə həmrəyik və ədalətin bərqərar olması, insan hüquqlarının qorunması üçün bundan sonra da hər cür səy göstərəcəyik” – bəyanatın sonunda qeyd olunub.

Yayılan bəyanatı “Human Rights Watch”, “Human Rights House Foundation” və “İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı” (OMCT) birgə imzalayıblar.

Hökumət rəsmiləri Qubad İbadoğlunun həbsini siyasi motivli hesab etmirlər.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan beş nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.

Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

Q. İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.

Bir sıra Qərb ölkələrinin səfirlikləri Azərbaycan hökumətindən Q. İbadoğlunun hüquqlarını təmin etməyə, onu azad etməyə çağırıb.

abzas.org

17:00, 09 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia