Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Qubad İbadoğunun oğlunun evində naməlum adamların gizli axtarış apardığı bildirilir

by Gozetci 16:17, 20 Avqust 2023
written by Gozetci

Emin Bayramov. Foto: VOA

Ailə üzvləri həbsindən bəri ilk dəfə iqtisadçı ilə görüşüblər

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, iqtisadçı Qubad İbadoğlunun Amerikada təhsil alan oğlunun evinə naməlum şəxslərin gizli şəkildə daxil olduğu, orada axtarış apardıqları bildirilir. Bu barədə ABŞ-da yaşayan fəal Murad Quliyev məlumat verib.

Onun sözlərinə görə, hadisə Emin Bayramov səfərdə olarkən baş verib:

“Emin Bayramov bir neçə günlük səfərdə olarkən kimlərsə onun yaşadığı evə daxil olub. Evi axtarıblar, töküb pis vəziyyətə salıblar. Yetərincə zərər dəyib”.

Murad Quliyev əlavə edib ki, hadisə barədə polisə məlumat verilib:

“Polis hadisə yerinə gəlib, əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda iş araşdırılır”.

Bir aya yaxındır həbsdə olan Qubad İbadoğlu avqustun 19-da ilk dəfə ailə üzvlərilə görüşüb. Bu barədə məlumat verən qardaşı Qalib Bayramovun sözlərinə görə, onlar ADR sədri ilə Bakı İstintaq Təcridxanasında şüşə arxasından telefonla bir-birilə danışmaqla görüşə biliblər.

Qalib Bayramov. Foto: “abzas.net”

Qalib Bayramov deyir ki, qardaşının həbsindən sonra onunla ilk görüşdən qorxulu təəssüratla qayıdıb:

“Kəskin şəkildə arıqlayıb. Sifətinin rəngi təbii deyil. Həbsxanada yeni xəstəliklər “qazanan” qardaşım qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir. Danışanda onda nevrozun əlamətləri hiss olunur…”.

O əlavə edib ki, Qubad İbadoğlu həbsdə olduğu 28 gündə qan təzyiqi, ürək döyüntüsü və şəkəri bir gün belə normallaşmayıb. Bu səbəblərdən aortanın anevrizmasında geridönüşü mümkün olmayan proqres davam edir:

“Qorxduğumuz başımıza gəlir, şərlənərək həbs olunmuş qardaşım sağlamlığını sürətlə itirir. Baş verəcəklərə görə bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərindədir”.

Xatırıatma

London İqtisadi və Siyasi Elmlər Məktəbinin müəllimi olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

 

16:17, 20 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Bəxtiyar Hacıyevi şüşə qəfəsdə saxlayıb və vəsatətini təmin etməyib

by Gozetci 09:12, 20 Avqust 2023
written by Gozetci

Bəxtiyar Hacıyev

Avqustun 19-da Bakının Xətai rayon Məhkəməsi hakim Pərviz Zamanlının sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

“Vəsatəti Bəxtiyar Hacıyevin özü vermişdi. Məhkəmədə də Hacıyev iştirak edirdi. Məhkəmə prosesində o şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturması ilə bağlı vəsatət verdi. Lakin bu vəsatəti hakim təmin etmədi. Bundan sonra Bəxtiyar Hacıyev və biz vəkilləri müdafiə çıxışından imtima etdik. Çünki bundan öncəki məhkəmə iclaslarında Bəxtiyar Hacıyev müdafiəçilərinin yanında oturmuşdu, bu prosesdə hakim onu da təmin etmədi. Beləliklə dövlət ittihamçısı və müstəntiq ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilməməsini hakimdən xahiş etdi və hakim vəsatəti təmin etmədi”, Mehdiyev Amerikanın Səsinə deyib.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir,” vəkil bildirib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Sonuncu dəfə isə iyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini oktyabrın 8-dək uzadıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi

09:12, 20 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İranda həbs olunan azərbaycanlı tələbəyə hökm oxunub

by Gozetci 17:55, 18 Avqust 2023
written by Gozetci

Fərid Səfərli

Anası: “Fəridə son söz imkanı verilməyib, hakim qərarı kabinetində çıxarıb”

İranda casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin məhkəmə araşdırması başa çatıb.

Anası Dilarə Əsgərova mətbuata deyib ki, Fərid Səfərliyə 2 il həbs cəzası verilib.

“Fəridlə dünən danışdıq. Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb. Fərid qərarı məktub şəklində alib. Oğlum qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”, – Dilarə Əsgərova deyib.

Almaniyanın Yena Universitetində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehrana gedib.

O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb.

Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub.

Fərid Səfərli istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

17:55, 18 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıSliderXƏBƏRLƏRYerli İcmalar

Yeni və Köhnə Günəşli, Zığ sakinləri üfunət iyindən şikayətçidirlər

by Gozetci 14:45, 18 Avqust 2023
written by Gozetci

Fotolar: Meydan TV

İcra hakimiyyətləri yandırılan zibillik ərazinin onlara məxsus olmadığını deyir

Yeni Günəşli qəsəbəsinin sakinləri məişət tullantılarının və plastik qabların yandırılması nəticəsində ətrafa yayılan qoxudan və ağır hava kütləsindən şikayətçidirlər.

“Günlərdir bu vəziyyətdəyik. Bu isti havada qapı-pəncərəni bağlasaq da, üfunət, yandırılmış zibilin iyi xüsusilə gecələr evin içinə dolur”, – sakinlər deyir.

Şikayətçilərin sözlərinə görə, artıq 1 aya yaxındır Köhnə və Yeni Günəşli, o cümlədən, Zığ qəsəbəsinin sakinləri üfunətdən zəhərlənirlər. Bununla bağlı Xətai və Suraxanı icra hakimiyyətlərinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

“Günəşli ərazisində açıq sahəyə tullantılar atılır və xüsusilə gecələr yandırılır. Dəfələrlə ərazidə yanğın baş verib, söndürülsə də, tüstü bir neçə gün davam edib”,- sakinlərdən Həsən Hüseynov bildirib.

Şikayətçilər deyirlər ki, ərazi Xətai və Suraxanı rayonları arasında yerləşir.

“Yol Abbas Fətullayev küçəsindən keçir. Əraziyə məişət və tikinti tullantıları yığılır. Bir neçə dəfə şikayətlərdən sonra təmizlik işləri aparılsa da, yenidən zibilliyin yandırılması baş verir”,– sakinlər deyiblər.

Həsən Hüseynov qeyd edib ki, hətta Günəşli sakinləri toplaşaraq məsələyə etirazlarını bildiriblər. Toplanmış zibil yandırılanda tüstülənmə günlərlə davam edir. Külək üfunəti Zığ qəsəbəsindən keçməklə Zığ kəndinə qədər yayır.

“Təsəvvür edin ki, torpağın altında basdırılmış köhnə avtomobil təkərləri, plastik tullantılar yandırılarkən ətrafa necə zəhər yayılır və on minlərlə sakin günlərdir həmin havanı udurlar. Bu məsələyə bir aydan çoxdur əncam çəkən yoxdur. Yolboyu avtotəmir sexləri yerləşir. Həmin sexlər də güman ki, zibillərini bu əraziyə atır”,- şikayətçilərdən biri deyib.

Başqa bir sakin isə deyib ki, qapı-pəncərəni bağlayıb kondisionerləri işə salmaq da mümkün olmur, çünki bu dəfə də üfunət kondisioner vasitəsilə içəri daxil olur:

“Fövqəladə Hallar Nazirliyinə tüstülənmə və yanğınla bağlı məlumat verməkdən bezmişik. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Gəlib yanğını söndürməklə iş bitmir, ərazidə kompleks tədbirlər görülməli, tullantılardan təmizlənməli, cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır”.

Zığ Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, həmin üfunətdən xəbərdardılar, lakin ərazi onların sahəsinə aid deyil.

Xətai Rayon İcra Hakimiyyətindən də sözügedən ərazinin onlara aid olmadığını bildirilblər.
Eyni zamanda, Suraxanı Rayon İcra Hakimiyyətindən də bildiriblər ki, yanğın olan ərazi Suraxanı rayonunun inzibati ərazisinə aid deyil:

“Bununla belə, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Meydan TV-yə deyiblər ki, sakinlərin şikayəti ilə əraziyə baxış keçirilib və ərazi tullantılardan təmizlənib.
Sakinlər isə üfunətin hələ də davam etdiyini bildirirlər.

Meydan TV 

14:45, 18 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan hərbçisinin intihar etdiyi bildirilir

by Gozetci 14:00, 18 Avqust 2023
written by Gozetci

Asim Abbasovun özünü güllə ilə vurduğu deyilir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət keçmiş kiçik çavuşu Asim Abbasovun intihar etdiyi bildirilir.

Bu barədə avqustun 18-də Hərbi Prokurorluq məlumat yayıb.

Asim Abbasovun özünü odlu silahla öldürdüyü açıqlanıb.

Qeyd olunur ki, Ağdam Hərbi Prokurorluğu və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:

“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Hərbi Prokurorluq fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin başlanıldığını və şahidlərin dindirildiyini əlavə edib:

“Müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

Meydan TV Asim Abbasovun intiharının səbəblərini öyrənmək üçün yaxınları ilə əlaqə yarada bilməyib.

Meydan TV 

14:00, 18 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı deyilir

by Gozetci 16:55, 17 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı deyilir.

Bu barədə onun qardaşı Qalib Toğrul Facebook səhifəsində yazıb.

“Dünən öyrəndim ki, Qubad müəllimə göndərdiyimiz sovqatların bir hissəsi bizdən qəbul edilsə də, qardaşıma çatdırılmır. Kitab qorxunuzu başa düşürəm, elmdən, kitabdan, alimdən qaranlıq işıqdan qorxan kimi qorxursunuz. Bəs, qarabaşağı (qreçkanı) niyə vermirsiniz? Bilirsiniz ki, Qubad müəllim şəkər, təzyiq xəstəsidir, dietik yeməklərlə qidalanmalıdır.Atisanitariya qovşağına çevirdiyiniz sanitar qovşağını təmizləmək məqsədilə göndərdiyimiz “Domestos”u niyə müsadirə edirsiniz? “

Qalib Toğrul qardaşına göndərilən dərmaların əvvəlcədən həkim tərəfindən baxılamsına da etiraz edib.

“Dərmanını niyə “öncə həkim baxmalıdır’ bəhanəsi ilə götürürsünüz? Əminəm ki, bu suallara cavab vermək üçün min diliniz, minbir bəhanəniz var”, o deyib.

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, həbs edilmiş şəxs Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı barədə qardaşı tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

“Belə ki, Qubad İbadoğlunun ailə üzvləri tərəfindən təcridxanaya gətirilən bütün sovqatlar siyahı üzrə qəbul olunur. Həbs edilmiş şəxs sovqatdakı bütün məhsulları aldığını öz imzası ilə təsdiqləyir”, cavabda qeyd edilir.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Amerikanın Səsi

16:55, 17 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat və REAL üzv siyahılarını yenidən reyestrə təqdim ediblər

by Gozetci 13:45, 17 Avqust 2023
written by Gozetci

Müsavat və REAL partiyaları. Foto: Meydan TV

Partiya sədrləri sosial şəbəkədə məlumat yayıblar

Müsavat və REAL partiyaları yenilənmiş reyestr siyahılarını Ədliyyə Nazirliyinə təqdim ediblər.

Bu barədə avqustun 17-də hər iki partiyanın sədri “Facebok” səhifələrində məlumat yayıblar.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Facebook” səhifəsində yazıb ki, onlar üzvlərinin bir qisminin siyahılarını nazirliyin yazılı və şifahi qeydlərini nəzərə alaraq hazırlayıblar:

“Bu dəfə hər ehtimala qarşı daha minə qədər üzvümüzün adları siyahıya əlavə olundu”.

REAL sədri İlqar Məmmədov 5401 nəfər üzvünün yenilənmiş reyestr siyahısını Ədliyyə Nazirliyinə təqdim etdiyini bildirib.

Partiya sədrinin sözlərinə görə, nazirliyin geri qaytardığı siyahıya düzəlişlər edilib.

“Siyahıya  yeni qeydiyyatdan keçmiş üzvlər də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik. Yox, cavab mənfi olsa, hökumət Respublikaçı Alternativ Partiyasını rəsmən qapatmağa çalışacaq”, – deyə Məmmədov əlavə edib.

Ədliyyə Nazirliyi iyulun 17-də REAL Partiyasının üzvlərinin reyestrə daxil edilməsi ilə bağlı müraciətinə mənfi cavab vermişdi.

Nazirliyin cavabında partiyanın 463 nəfərinin keçərli olduğu bildirilmişdi.

Nazirlik 2 gün sonra Müsavat Partiyasına eyni cavabı vermişdi.

Partiyanın başqanı Arif Hacılı yazmışdı ki, onlara göndərilən məktubda təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilməyib:

“250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb”.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Qanunun qəbulundan sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu sədrlərindən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

Meydan TV 

13:45, 17 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ədliyyə Nazirliyi 13 partiyanın ləğvini təsdiqlədi

by Gozetci 13:00, 17 Avqust 2023
written by Gozetci

Həmin partiyalar qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib

Ədliyyə Nazirliyi özünü buraxan 13 partiyanın ləğvi barədə müraciəti təsdiqlədiyini açıqlayıb.

Nazirlik həmin təşkilatların qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi haqda qərar qəbul edib.

Avqustun 16-da nazirliyin rəsmi saytında yerləşdirilən qərarda Qorqud, Vahid Azərbaycan Milli Birlik, Milli Demokrat, Müstəqil Xalq, Yeni Yol, Milli Vəhdət, Milli Dövlətçilik, Sosial Demokrat, Liberal Demokrat, Sosial Rifah, Təkamül, Birlik, Azərbaycan Naminə Alyans partiyalarının adları yer alıb.

Qərarda deyilir ki, ləğv olunması ilə bağlı qərar qəbul edən və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edən partiyaların ləğvi barədə qeyd qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.

Adıçəkilən partiyalardan Sosial Demokrat və Milli Dövlətçilik partiyalarının sədrləri – Araz Əlizadə və Sabir Tarverdiyev vəfat etdiyinə görə bu təşkilatlar fəaliyyət göstərmirdilər.

Qorqud və Sosial Rifah partiyalarına gəlincə, onlarla bağlı sonuncu məlumat sədrlərinin 2021-ci ilin dekabrında Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etmələri olub.

Yaxud Müstəqil Xalq Partiyasının fəaliyyətində diqqətçəkən məqam sədr Əflan Həsənovun nizamnamə və məramnamə sənədlərini MSK-ya təqdim etməsi idi.

Partiyaların buraxılması prosesi ilə bağlı isə müxtəlif fikirlər var. Bu prosesin hakimiyyətin siyasi qərarı olduğu bildirilir.

Bu səbəbdən Azərbaycanda bir sıra partiya sədrləri buraxılmaları barədə bəyanatları mediadan oxuyublar. Məsələn, Liberal və Cümhuriyyət Xalq partiyalarının adlarını xatırlamaq olar.

İyunun 24-də Liberal Partiyanın VIII qurultayı keçirilib və elə həmin gün də partiyanın fəaliyyətinin dayandırıldığı haqda xəbər yayılıb.

Əvəz Temirxanın sözlərinə görə, onlayn formada keçirilən qurultay yenidən onu sədr seçib:

“Həmçinin qurultay yeni parlament seçkilərinə qədər partiyanın faəliyyətinin müvəqqəti dayandırılması haqda qərar qəbul edib, yəni bu, müvəqqəti dayanmadır, dekabrın 31-ə qədər. Ancaq məlumatı haradan alıbsa, musavat.com  saytı Liberal Partiyasının fəaliyyətini dayandırması haqda xəbər yayıb. Biz bilmirik ki, onlar bu məlumatı haradan alıblar”.

Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev isə açıqlama yayılandan bir gün əvvəl partiyanı buraxmaq barədə düşünmədiyini demişdi.

Ancaq səhəri gün partiyasının buraxılması haqda bəyanat hökumətə yaxın saytlarda yayıldı.

Adının açıqlanmasını istəməyən başqa bir partiya rəhbəri də Meydan TV-yə demişdi ki, partiyasının buraxılması barədə xəbəri saytlardan oxuyub, araşdırdıqda, məlumatın Prezident Administrasiyasından ötürüldüyünü öyrənib.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Azərbaycanda hansı partiyalar buraxılıb?

Qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV

13:00, 17 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

BMT-nin insan haqları ofisi Qubad İbadoğlunu həbsdən azad etməyə çağırır

by Gozetci 09:43, 17 Avqust 2023
written by Gozetci

BMT

BMT-nin insan haqları ofisi həbsdə olan ADR rəhbəri Qubad İbadoğlunu həbsdən azad etməyə çağırır.

Bu barədə adı çəkilən qurumun X ( keçmiş Twitter) səhifəsində qeyd edilib.

“Həbsdə olan müxalifətçi və alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlərdən çox narahatıq. Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə və qayğı ilə təmin olunmasına çağırırıq” – deyə, bəyanatda bildirilir.

Öz növbəsində avqustun 16-da Milli Preventiv Qrupun üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatından verilən məlumata görə, başçəkmələr zamanı bir sıra şəxslərlə, o cümlədən Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə konfidensial qaydada görüş keçirilib, onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti öyrənilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradıldığını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik,” Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Amerikanın Səsi

09:43, 17 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏRYerli İcmalar

Astarada zibilliklərdən şikayətlər var

by Gozetci 17:41, 16 Avqust 2023
written by Gozetci

Mərkəzi zibilxana

Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhərinin əhalisi 20 min nəfərə çatır. Yayda bu şəhərdə əlavə turistlər də olur.

“Mərkəzdə bir ayaqyolu var”

Astara şəhər sakini, ictimai fəal Asən Həşimli deyir ki, əhalinin artmasına baxmayaraq, illərlə həllini gözləyən problemləri çoxdur. Onun deməsinə görə, şəhərdə sovetdənqalma kanalizasiya sistemi dağılıb: “Yenisini tikmək barədə söhbətlər getsə də, hələlik, ortada ciddi iş görülmür. Şəhərin heç yerində içməli su yerləri yoxdur. Mərkəzdə bir ayaqyolu var, o da pis vəziyyətdədir. Çox vaxtı şəhərdə yığılıb qalan zibilləri vaxtında daşımırlar”.

Şəhərdə zibillərin atıldığı ərazinin hasarı yoxdur. İnəklər zibillikdə eşələnirdilər. Adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, külək onların yaşadığı evlərə tərəf əsəndə üfunət iyindən və tüstüdən həyətdə qalmaq olmur: “Tüstü bizi boğur, üfunət iyindən bezmişik. Zibilxananı yaşayış yerindən uzaqda yerləşdirmək lazımdır. Heç olmasa, buranı hasara alsınlar. Elə vaxtlar olur, qarğalar orada dolaşır. Gecələr çaqqallar zibilxanaya daraşırlar. Xəstəlikdir”.

Kanal zibillə doludur

“İnəklər kanala yaxın durmurlar”

Söhbətə başqa bir yerli sakin də qoşulur: “Külək zibili göyə qaldırır, ətrafa səpir. Orada nə istəsən var. Siçan basıb oranı. Əhaliyə ziyandır”.

Astaranın Əhəd Muxtar küçəsində sakinlər zibili ərazidən keçən kanala atırlar. Sakinlərdən biri Mikayıl Əhmədovzibillərə görə kanal suyunun çirkləndiyini söyləyir:

“Yaxınlıqda otlayan inəklər adətən kanal suyu içirdilər. İndi kanala yaxın durmurlar, su həddindən artıq çirklənib. Burada yaşayanlara dəfələrlə demişəm ki, zibili kanala atmayın. Deyirlər ki, kanala atmayaq bəs nə edək? Bura şəhərin küçələrindən biridir. Kənd yolu burdan yaxşıdır”.

Astara Gömrük Məntəqəsinin qarşısında vəziyyət bir qədər fərqlidir. Amma orada da şikayət eşidilir: “Balaca maşınlar var, evləri gəzib zibil yığırlar, buna görə pul alırlar. Gətirib həmin zibilləri bura tökürlər. Bunun hesabına xəstəxanaya gedən yolun üstündə həmişə qalaqlanmış zibil olur”.

“Hasar nəzərdə tutulub”

Rayon Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyindən isə deyirlər ki, şəhərdə zibillər vaxtında daşınır:

“Qaldı mərkəzi zibilxanaya, ora üçün hasar nəzərdə tutulub. Utilizasiya ilə bağlı heç nə deyə bilmərik. İcra hakimiyyəti aparatına müraciət edin”.

Astara şəhər icra nümayəndəliyindən isə bildirirlər ki, onlara əhalidən bu məsələlərlə bağlı şikayət daxil olmayıb.

AzadlıqRadiosu

17:41, 16 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia