Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanı 65 min avrodan artıq cərimələyib

by Gozetci 15:34, 31 Avqust 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) avqust ayının 31-də Azərbaycandan göndərilmiş 8 ərizə üzrə 3 qərar və qərardadını elan edib.

Nabat Bağırova və başqa 5 ərizəçi Azərbaycana qarşı

Bu işdə ərizəçilər mülkiyyət hüququnun pozuntusunu mübahisələndirmişdilər. Ərizəçilərə məxsus əmlaklar – fərdi evlər, evlərə aid sahələr və ya mənzillər 2015-16-cı illərdə Bakıda yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülmüşdü. Onlar qeyd edilən mülkiyyətlərinin özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət hüququnu pozduğunu iddia edirdilər.

Avropa Məhkəməsi qərarında ərizəçilərin mülkiyyət hüququnun pozuntusu ilə bağlı iddialarını əsaslı sayıb, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğuna qərar verib.

Təzminat məsələləri ilə bağlı qərar verməyə hazır omadığını vurğulayan AİHM hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə edib. Tərəflər qərarın qəti olmasından sonrakı 3 ay ərzində hər hansı razılaşmaya gəlsələr, bununla bağlı AİHM-i məlumatlandırmalıdılar. AİHM bu hissə ilə bağlı yekun qərarını ondan sonra açıqlayacaq.

Sugra Quliyeva Azərbaycana qarşı

Quliyeva Azərbaycana qarşı işi ərizəçinin Saray Bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlı idi. Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa etmiş, həmin sahə ərazinin Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra ərizəçidən alınmışdı. Müvafiq qərarda ona təzminat ödənilməsi nəzərdə tutulsa da buna əməl edilməmişdi. O, 178 min AZN məbləğində təzminat tələbi ilə Saray Bələdiyyəsi və MTN-ni məhkəməyə vermiş, amma iddiası təmin olunmamışdı. Avropa Məhkəməsi bu işlə bağlı 2021-ci ildə qərarını açılayıb, hesab etmişdi ki, ərizəçiyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsi pozulub.

Bu işdə ərizəçi maddi ziyana görə 232.750 Azərbaycan manatı, “itirilmiş fayda”ya görə təzminat, mənəvi zərərə görə 20.000 avro və xərc məsrəflər üçün qeyri-müəyyən məbləğ tələb etmişdi. 2021-ci ildə təzminat məsələləri ilə bağlı qərar verməyə hazır omadığını vurğulayan AİHM, hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə etmişdi.

AİHM bu gün ərizəçinin təzminat tələbləri ilə bağlı yekun qərarını açıqlayıb. Qərara görə, hökumət ərizəçiyə maddi zərər əvəzi 62,200 avro (altmış iki min iki yüz avro), mənəvi zərər əvəzi 3,000 avro (üç min avro) ödəməlidir.

Nəsimi Musayev Azərbaycana qarşı

Bu işdə 1993-cü ildə anadan olmuş, Lerik rayonunda yaşayan ərizəçi Nəsimi Musayev, 2011-ci ildə hərbi xidmətə çağırılmışdı. Lerik Hərbi Komissiyası ərizəçinin şəkərli diabet xəstəsi olması səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı isə qismən yararlı olmasına qərar vermişdi. Ərizəçi dəfələrlə komissiyaya müraciət edərək hərbi statusunu təsdiq edən hərbi biletin ona verilməsini xahiş etmiş, ancaq bileti ala bilməmişdi. Ərizəçi 2011-ci ildə ali məktəblərə qəbul imtahanında iştirak etmək istəmiş, ancaq abituriyent olaraq, hərbi biletini təqdim edə bilmədiyindən imtahana buraxılmamışdı. Bilet imtahan mövsümü başa çatandan sonra verilmişdi. Ərizəçi 2011-ci ilin dekabrında Lerik Hərbi Komissarlığına və Müdafiə Nazirliyinə qarşı hüquqlarının, xüsusən də təhsil hüququnu pozmaları əsası ilə iddia qaldırmış, 100.000 Azərbaycan manatı məbləğində mənəvi ziyan əvəzi tələb etmiş, yerli məhkəmələrsə onu rədd etmişdi. Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması (6-cı maddə) və təhsil hüququnun (Protokol 1, maddə 2) pozulduğunu iddia edirdi.

Kommunikasiya zamanı hökumət 6-cı maddənin pozuntusunu etiraf edib, ərizəçiyə 1000 avro ödəmək öhdəliyi götürüb. Bunu yetərli sayan AİHM ərizədə qaldırılan digər iddiaları qəbuledilməz sayıb.

Aihmaz.org

15:34, 31 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Kollegiya Zibeydə Sadıqova barədə rəy verib, vəkil səbəbini bilmir

by Gozetci 16:54, 30 Avqust 2023
written by Gozetci

Zibeydə Sadıqova

“Sən demə, barəmdə intizam tədbiri görmək istəyirlərmiş”

Vəkil Zibeydə Sadıqova Azərbaycan Vəkillər Kollegiyasının sentyabrın 1-də keçiriləcək Rəyasət Heyəti iclasına dəvət edilib.

Səbəbini soruşanda ona barəsində rəy verildiyi bildirilib.

Zibeydə Sadıqova bu barədə Meydan TV-yə danışıb.

O deyib ki, Kollegiyadan rəyin nə barədə olduğunu soruşub, mahiyyəti ilə tanış olmaq istədiyi deyib, ancaq ona məlumat verilməyib.

Kollegiyadan bildiriblər ki, rəyi yalnız imzalayıb götürə bilər:

“İclasa iki gün qalıb, indi xəbər tuturam ki, barəmdə rəy varmış. Sən demə, barəmdə intizam tədbiri görmək istəyirlərmiş”.

Zibeydə Sadıqova əlavə edib ki, dünən deputatlardan biri insan haqları ilə məşğul olan vəkillər barədə məqalə yazıb.

O, həmin məqalənin mahiyyətini indi anlayır.

“Nə baş verir, bu nə deməkdir? Növbə məndədir? İnsan haqlarını müdafiə etmək cinayət deyil”, – Zibeydə Sadıqova bildirir.

Meydan TV bir neçə dəfə Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə saxlamağa cəhd etsə də, zəngləri cavabsız qalıb.

Vəkillər Kollegiyası Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədov isə deyib ki, hələ ki Rəyasət Heyətinin iclası keçirilməyib.

O, məsələ konfidensial olduğu üçün hər hansı detallı məlumat verilə bilməyəcəyini deyib.

“Bu barədə Zibeydə Sadıqovaya məlumat verilib. İclasda hələ ki olmayıb. Ona görə də konfidensial məsələ olduğu üçün cavab verə bilməyəcəyik. Yaxşı olar ki, siz Zibeydə Sadıqova ilə əlaqə saxlayasınız”, – deyə o qeyd edib.

Zibeydə Sadıqova daha çox ictimai-siyasi fəalların, tənqidçi jurnalistlərin hüquqlarını müdafiə edən vəkildir.

Onunla eyni işi görən bir neçə vəkilin, o cümlədən həyat yoldaşı Elçin Sadıqovun da vəkillik fəaliyyəti dayandırılıb.

Buna iyulun 6-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar verilib.

Elçin Sadıqov vəkillik fəaliyyətinin dayandırılmasının səbəbinin siyasi olduğunu düşünür.

Meydan TV 

16:54, 30 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunun müayinə sənədlərinin təqdim edilmədiyi bildirilir

by Gozetci 15:21, 30 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

“Ombudsman Səbinə Əliyevaya, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Nazirinə bir daha sosial media vasitəsilə müraciət edirəm: Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq ya qardaşım Qubad İbadoğlunun müayinə və analiz nəticələrinin bizə təqdim olunmasını təmin edin, ya da imkan yaradın öz hesabımıza qardaşımı həkim müayinəsindən keçirək”.

Bu barədə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə London həkimlərinin Qubad İbadoğluna yazdığı müalicə kursu başa çatır.

“Bundan sonra o, yenidən müayinədən keçməlidir. Qardaşım hazırda bir gündə 8 adda dərman qəbul edir. Mümkündür ki, müayinədən sonra həmin dərmanların bəzilərinin qəbulu saxlanılsın, yeniləri əlavə olunsun, dozaları azaldılsın və ya çoxaldılsın. Bunu nəzərə alaraq avqustun əvvəlində Bakı İstintaq Təcridxanasının (Kürdəxanı) rəhbərliyinə, Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə və İnsan Hüquqları üzrə Ombudsmana Qubad İbadoğlunun təcridxanada aparılmış USM, EKQ, Rentgen müayinələrinin və qanın, sidiyin və qalxanabənzər vəzin hormonal analizlərinin nəticələrini əldə etmək üçün rəsmi müraciət etmişdik ki, nəticələri Londonadakı həkimə təqdim edək. Təxminən 1 aydan sonra sorğumuza Bakı İstintaq Təcridxanasının Tibb-Sanitar Hissəsinin rəisi Rəşad Hüseynov ümumi sözlərlə (qanda şəkərin miqdarı, arterial təzyiq bir qədər yüksəkdir və sair) cavab verib, müayinə və analiz nəticələrinin təqdim etmək məsələsinin üstünə də gəlməyib. Təsəvvür edin ki, “Məhkumun tibbi kitabçasından çıxarış” adlanan cavabda konkret bir tibbi göstərici belə yoxdur. Digər bir məsələ. Məktubun sonunda, imzadan aşağıda “09.08.2023” tarixi qoyulub. Bunlar bilmirlər ki, onların bu yalanını məktubun poçta qəbulu zamanı konvertin üzərinə möhürlə vurulmuş həqiqi tarix (24.08.2023) faş edir. Poçt məktubu 24 avqustda qəbul edib, 28 avqustda isə bizə çatdırıb”, o, Facebook səhifəsində qeyd edib.

Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən, Ombudsman Aparatından Qalib Toğrulun yazdıqları ilə bağlı şərh alması hələ mümkün olmayıb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

15:21, 30 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bakı Apellyasiya Məhkəməsi Pünhan Kərimlinin 5 illik həbs cəzasını qüvvədə saxlayıb

by Gozetci 10:19, 30 Avqust 2023
written by Gozetci

Pünhan Kərimli

Avqustun 29-da Bakı Apellyasiya Məhkəməsi hakim Cavid Hüseynin sədrliyi ilə Almaniyadan Azərbaycana readmissiya olunandan bir qədər sonra narkotik ittihamı ilə həbs olunan müxalifətçi Pünhan Kərimlinin şikayəti üzrə qərar qəbul edib. Apellyasiya baxışı məhkəmə istintaqı ilə aparılıb.

Belə ki, Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişərək həbs müddətini 6 ildən 5 ilə endirib. Amma Kərimlinin üzərində bundan öncə də 5 illik həbs cəzası var idi.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib ki, Apellyasiya Məhkəməsi Pünhan Kərimliyə Cinayət Məcəlləsinin 234.4.1 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi üzrə verilmiş ittihamı tövsifedici əlamət kimi ittihamdan xaric edib.

“Amma yenə də ümumi olaraq ittiham dəyişdirilməyib və 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda törədildikdə) maddəsi ilə Kərimlinin üzərində 5 illik həbs cəzası saxlanılıb.

“Hesab edirik ki, bu Ali Məhkəmənin göstərişlərinə əməl edilməyib. Apellyasiya Məhkəməsinin qərarından narazıyıq və Ali Məhkəməyə yenidən kassasiya şikayəti verəcəyik. Ali Məhkəmə bundan öncə Bakı Apellyasiya Məhkəməsinin qəraraını ləğv edib şikayəti yenidən apellyasiya baxışına qaytarıb. Ali Məhkəmə bir neçə göstəriş vermişdi. Göstərişlərdən ikisi bəraətverici əsaslarla, biri isə tövsiflə bağlı idi. Yəni Cinayət Məcəlləsinin 234.4.1 maddəsi bir qrup şəxs tərəfindən əlbir olub narkotiki satış məqsədi ilə əldə etməyi əhatə edir. Cinayət işinin məhkəmə istintaqında satış və bir qrup şəxsin olması sübut olunmayıb. Məhkəmə bunları da mübahisələndirmişdi. Lakin Apellyasiya Məhkəməsi nəticədə maddəni dəyişmədi və 5 il azadlıqdan məhrum etmə cəzası təyin etdi”, vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib.

Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. Mühacirətdən öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qalıb və bu səbəbdən ölkəni tərk edib.

Lakin Almaniya məhkəməsi onun Azərbaycanda siyasi təzyiqlərə məruz qalmadığı qənaətinə gəlib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana deportasiya olunub. İki ay sonra o, narkotik ittihamı ilə həbs olunub.

Pünhan Kərimli ittihamı rədd edir. O, məhkəmədə həbsinin real səbəbini hakimiyyəti sərt tənqid etməsi ilə izah edib.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Samir Əliyevin sədrliyi ilə Pünhan Kərimlini 6 il həbsə məhkum edib, daha sonra Apellyasiya Məhkəməsi bu müddəti 1 il azaldıb.

Bu il mayın 16-da Ali Məhkəmə Pünhan Kərimlinin kassasiya şikayətinə baxıb və şikayəti yenidən apellyasiya instansiyasına qaytarıb.

Amerikanın Səsi

10:19, 30 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Senator Durbin Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını istəyir

by Gozetci 12:53, 29 Avqust 2023
written by Gozetci

Dick Durbin

Daha bir amerikalı senator – Dick Durbin (Dik Durbin) Qubad İbadoğlu və Bəxtiyar Hacıyevlə bağlı çağırış edib.

Bu barədə senator “X” (keçmiş tvitter) səhifəsində məlumat paylaşıb.

“Prezident Əliyev hökuməti tərəfindən haqsız yerə həbs edilən siyasi məhbuslar Qubad İbadoğlu və Bəxtiyar Hacıyevi də unutmaq olmaz. Onlar dərhal azad edilməlidir“, – deyə senator qeyd edib.

Dick Durbin sayca 4-cü ABŞ senatorudur ki, Qubad İbadoğlunun həbsinə etiraz edir.

Bundan əvvəl isə amerikalı senatorlar – Bob Menendez, Ben Karden və Marco Rubio hakimiyyəti həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxmağa çağırmışdı.

Xatırlatma

Hacıyev ötən ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” şübhəsilə həbs edilib, İbadoğlu isə ötən ay “saxta pul” ittihamı ilə saxlanılıb. Onların özləri və tərəfdarları bu ittihamları qəbul etmirlər. Bu yaxınlarda həbsxanada hər ikisinə qarşı yeni ittihamlar irəli sürülüb.

Qeyd edək ki, bundan öncə ABŞ senatorları və konqresmenlər Menendes, Smit, Kardin və Rubio, eləcə də ABŞ Dövlət Departamenti Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azad edilməsinə çağırıblar.

Meydan TV 

12:53, 29 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib

by Gozetci 14:50, 28 Avqust 2023
written by Gozetci

Bəxtiyar Hacıyev

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsi İctimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsindən imtina ilə əlaqədar verdiyi şikayəti təmin etməyib. Bu barədə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, Hacıyev 2020-ci ildə 44 günlük müharibə zamanı Soros Fondu tərəfindən ayrılan vəsaiti guya mənimsəməsi haqqında iddialara münasibət bildirib. Hacıyevin pulun bir hissəsini mənimsədiyi iddia edilirdi.

“Orduya yardım kampaniyası bizim əsgərlərə dəstək üçün vəsait toplayan vətəndaşlarımız hesabına keçirilirdi. Çətin anda ordunun yanında olan vətəndaşların həmrəyliyinə kölgə salmaq ləyaqətsizlikdir”, deyə Hacıyev bildirib.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb və ictimaiyyət nümayəndələrinin təkidli müraciətlərindən sonra dekabrın 28-də aclığı dayandırıb. Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun azadlığa buraxılmaq xahişini təmin etmədikdən sonra o, aclığı bərpa edib və aksiyanın 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (qaçaqmalçılıq) mmaddələri ilə ittiham irəli sürüb.

Yeni ittihamlar Bəxtiyar Hacıyevin qrant alması və onu təyinatı üzrə xərcləməməsi ilə bağlıdır.

ABŞ Dövlət Departamentinin, ABŞ Helsinki Komissiyasının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.

Turan 

14:50, 28 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qalib Toğrul: Qardaşım Qubad İbadoğlunda sinir sisteminin pozulması əlamətləri müşahidə olunur

by Gozetci 17:36, 27 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

Avqustun 26-da Qalib Toğrul 1 saylı Bakı Istintaq Təcridxanasında qardaşı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşüb. 30 dəqiqə çəkən görüş şüşə baryerin arxasından telefon vasitəsi ilə olub və nəzarətçi bir neçə dəfə görüşün başa çatdırılmasını istəyib.

Bu barədə Qalib Toğrul bildirib.

“Qubad müəllimin gözlərinin altı tuluqlanıb, şişkinlik hələ də çəkilməyib. Çox güman ki, bu, böyrəklərindəki problemlərdən, havasızlıq və hərəkətsizlikdən qaynaqlanır. Qalxanabənzər vəzdəki (zob) dəyişikliklər artıq gözlə müşahidə edilə bilən səviyyəyə çatıb. Düyünlər öz işini görür, qardaşımda sinir sisteminin pozulması əlamətləri müşahidə olunur. Qan təzyiqi, şəkər və ürək döyüntüsü hələ də normallaşmayıb.

Üstəlik gecələr kamerada işıqlar söndürülmür. Bu vəziyyət onsuz da əsəbləri pozulan qardaşımın normal yatmasına imkan vermir. Bu da gün ərzində xroniki yorğunluğa və başağrılarına səbəb olur. Bir daha əmin oldum ki, gecələr işıqların yanılı saxlanılması qardaşıma qarşı fiziki işgəncə vasitəsidir”, o qeyd edib.

Penitensiar Xidmət Qalib Toğrulun yazdıqlarına hələ münasibət bildirməyib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

17:36, 27 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əbülfəz Bünyadovun evində axtarış aparıldığı bildirilir

by Gozetci 10:57, 27 Avqust 2023
written by Gozetci

Əbülfəz Bünyadov

MBH-nin məlumatına görə axtarışda 15-dən çox mülki geyimli hüquq-hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib

2015-ci ilin noyabrında Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfərin öldüyü əməliyyat zamanı onurğasından aldığı güllə yaralarıyla hərəkət qabiliyyətini itirmiş Əbülfəz Bünyadovun evində axtarış aparılıb. Bu barədə Əbülfəz Bünyadovun üzvü olduğu Müsəlman Birliyi Hərəkatı (MBH) məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 25-də Nardaran qəsəbəsindəki evdə keçirilən axtarışda 15-dən çox mülki geyimli hüquq-hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Onların əlində axtarış barədə məhkəmə qərarının oıduğu deyilir.

“Ümumiyyətlə, Əbülfəz Bunyadov Nardaran hadisəsində ciddi xəsarət almasına baxmayaraq, hələ də təqib və təzyiqlərə məruz qalır. Mütəmadi – hər ay müxtəlif bəhanələrlə narahat edilir. O, inanclı insanların saxta ittihamlarla həbsinə  “Facebook”dakı yazılarıyla etiraz edirdi”, – Müsəlman Birliyi Hərəkatından bildirilib.

Təşkilatdan əlavə ediblər ki, axtarış nəticəsində Əbülfəz Bünyadovun evindən müxtəlif kitablar, planşet və telefon götürülüb:

“15-dən çox mülkü geyimli evi alt-üst eləyib, amma heç bir qanunsuz əşya tapmayıblar”.

Axtarışı konkret hansı qurumun əməkdaşlarının həyata keçirdiyi məlum deyil.

Hüquq-mühafizə orqanları bununla bağlı məlumat verməyib.

Nardaran hadisələri Əbülfəz Bünyadovun həyətində baş verib. Həmin əməliyyatda onurğasından aldığı iki güllə yarasıyla hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadov bu durumuna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilmişdi. 2019-cu ilin iyununda onun vəkili Fəxrəddin Mehdiyev Cinayət Məcəlləsinin 76.2 (cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, azadlığa buraxılması üçün məhkəməyə müraciət etmiş, vəsatət təmin olunmuşdu.

Lakin ondan sonra da qohumları gileylənirdi ki, daim darvazanın qarşısında polislər keşik çəkir, evə daxil olan şəxslərin sənədləri tələb olunur. Hətta bildirirdilər ki, bəzən Əbüıfəz Bünyadovun bacıları, onların övladları belə, gəlib-getməkdə çətinlik çəkir.

“Halbuki, Əbülfəz Bünyadov yataq xəstəsidir. Onun yatağını dəyişmək, yuyundurmaq və s. işləri görmək üçün tək adamın işi deyil, mütləq kömək lazımdır. Köməyi də qohumlar edirdilər. Qohumlar buraxılmayanda bütün yük tək həyat yoldaşının üstünə düşür. Bu da insafsızlıqdır. O evdə həm də bir xəstə uşaq var. Bunu necə eləmək olar”, – Əbülfəz Bünyadovun yaxınları belə deyirdi.

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir, həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.

Meydan TV 

10:57, 27 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Senator Marko Rubio Qubad İbadoğlunun azad edilməsinə çağırıb

by Gozetci 12:13, 26 Avqust 2023
written by Gozetci

Marko Rubio

Amerikalı senator Marko Rubio Qubad İbadoğlunun azad edilməsi ilə bağlı Azərbaycan hakimiyyətinə çoxsaylı çağırışlara qoşulub.

“Azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğluna qarşı əsassız cinayət ittihamı irəli sürülüb və tibbi yardımdan məhrum edilib. Cənab İbadoğlunun yeganə “günahı” həqiqəti söyləmək olub. O, dərhal azad edilməlidir”, – o, X(keçmiş Twitter)-də yazıb.

*İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.

Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunu Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəlidir.

Avqustun 25-də ona qarşı “dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması” maddəsi ilə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və onları absurd hesab edir.

Bir çox beynəlxalq təşkilatlar və rəsmilər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıb.

Turan 

12:13, 26 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğluya qarşı yeni ittiham irəli sürülüb

by Gozetci 09:04, 26 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Jalə Bayramova: “Bu addımla atama beynəlxalq dəstəyi azaltmaq məqsədi güdürlər”

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, iqtisadçı Qubad İbadoğluya qarşı yeni ittiham irəli sürülüb. İndi o, həm də Cinayət Məcəlləsinin 167-3.1-ci ( Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsilə ittiham olunur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi avqustun 25-də yeni ittihamı Qubad İbadoğluya elan edib.

Cinayət Məcəlləsinin 167-3.1 maddəsində 8 min manatdan 10 min manata qədər cərimə və ya 2 ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan öncə Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ittiham verilmişdi.

Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkili ittihamların heç birini qəbul etmir və onların saxta, əsassız olduğunu bildirir.

Qubad İbadoğlunun qızı Jalə Bayramova hesab edir ki, atasına qarşı yeni ittihamın dinlə əlaqəli olması təsadüf deyil. Onun fikrincə, bu addımla ADR sədrinə beynəlxalq dəstəyi azaltmaq məqsədi güdürlər:

“Xarici təşkilatların Qubad İbadoğlu ilə bağlı artan dəstəyini gördükcə, onu dinə bağlamaq istəyirlər. Bunun məqsədi sadəcə beynəlxalq dəstəyi azaltmaqdır. Lakin Qubad İbadoğlunun evində “tank” da peyda olsa, bu, heç bir beynəlxalq təşkilatın dəstəyini azaltmayacaq…”.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

09:04, 26 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia