Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Nazim Bəydəmirlinin aclıq aksiyasına başladığı bildirilir

by Gozetci 17:05, 06 Sentyabr 2023
written by Gozetci

Nazim Bəydəmirli

“Nazim Bəydəmirli əsassız və qondarma həbsinə görə aclıq aksiyasına başlayıb”.

Bu barədə vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

“Nazim Bəydəmirli ilə sonuncu dəfə keçən həftə görüşmüşəm, məlumatı şəxsən özündən dəqiqləşdirmək imkanım olmayıb. Amma sonuncu dəfə müstəntiqin yanında demişdi ki, sentyabrın 4-də aclıq elan edəcək. Yenə qeyd edirəm özü ilə sentyabrın 7-də görüşəndə dəqiqləşdirmə apacam. Amma mənə belə bir məlumat daxil oldu. Qanunsuz və qondarma ittihamlar, aciz məhkəmələr insan talelərini belə məhv etməklə məşğuldur”, vəkil qeyd edib.

Nazim Bəydəmirlinin ailəsindən Amerikanın Səsinə deyiblər ki, vəkilin dedikləri həqiqətdir.

“Nazim Bəydəmirlinin sabah, sentybarın 7-də ailə üzvləri ilə telefon danışığı olmalıdır. Biz onun aclıq etməsindən çox narahatıq”, Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli Amerikanın Səsinə bildirib.

Penitensiar Xidmət isə Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Nazim Bəydəmirli aclıq etməsi barədə Penitensiar Xidmətə müraciət etməyib.

Xatırlatma

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Amerikanın Səsi

17:05, 06 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib

by Gozetci 14:00, 06 Sentyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu (Məhkəmə Reqlamentinin 39-cu Qaydasına görə, məhkəmə müvəqqəti tədbirlər təyin edə bilər -red.) qaydanı əsas tutaraq bu qənaətə gəlib.

“İşə dərhal baxılmasının səbəbi qardaşımın səhhətinin kəskin pisləşməsi və onun orqanizminin ağır saxlanma şəraitinə uzun müddət davam gətirə bilməməsi ilə bağlıdır. Biz Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət eləmişik. Vəsatətlərimiz təmin olunmyıb. Sonra apellyasiya məhkəməsinə müraciət eləmişik. Orada da şikayətimiz təmin olunmayıb. Daha sonra Avropa məhkəməsinə müraciət etmişik. Bizim Qubad bəyin ev dustaqlığına buraxılmasının əsaslandırmamızın kökündə o dayanır ki, Qubad bəyin səhhəti çox kritikdir”, Qubad İbadoğnunun qardaşı deyir.

O qeyd edib ki, Qubad İbadoğlunu o şəraitdə qalması həyatı təhlükədir.

“Ölümlə nəticələnə bilər. Əsas məsələ təbii ki, Qubad bəyin səhhətidir ki, bu səhhət ilə orada çox davam edə bilməz. Azərbaycanın müvafiq icra hakimiyyəti strukturlarından başqa hər kəs bu təhlükəni görür və nəsə etməyə çalışır”, o bildirib.

Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bu deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov məhkəmənin qərarını Amerikanın Səsinə şərh edərək bildirib ki, iqtisadçı alim Qubad İbadoğlu tam qurama ittiham üzrə həbsdədir.

Onun fikrincə, Qubad İbadoğlunun hazırda sağlıq durumu qənaətbəxş deyil.

“Qeyd edirəm ki, Avropa İnsan hüquqları məhkəməsinə şikayət ərizəsi daxil olarkən o şikayətə baxılan müddət ərzində dövlətin müəyyən müvəqqəti məcburiyyət tədbirləri görülməsi barədə qərar qəbul edilə bilər. Bu adətən dövləti nəyisə etməkdən çəkindirməkdən, məsələn şəxslərin ölüm və ya işgəncə ilə üzləşə biləcək ölkələrə qaytarılmaması kimi hallardan ibarətdir. Müvəqqəti məcburiyyət tədbirləri barədə qərar məhkəmə tərəfindən yalnız aydın şəkildə müəyyən edilmiş şəkildə konvensiyanın ciddi pozuntusunun baş verməsi təhlükəsi olduqda qəbul edilir”, hüquq müdafiəçisi deyib.

Onun sözlərinə görə, müvəqqəti tədbirlər Konvensiyanın yaşamaq hüququ, işgəncələrin qadağan edilməsi maddələri, eksdradisiya, həbsdə saxlanılan şəxsin sağlıq durumu ilə bağlı tətbiq edilir.

“Hər halda Qubad bəyin ibtidai istintaq dövründə ev dustaqlığına çıxarılması ilə bağlı hüquqi çalışmalar davam etdirilməkdədir” Rüfət Səfərov bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

14:00, 06 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsəlman Birliyi Hərəkatının fəalının həbsindən apellyasiya şikayəti verilib

by Gozetci 16:26, 05 Sentyabr 2023
written by Gozetci

Ağaəli Yahyayev

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayevin həbsindən apellyasiya şikayəti verilib.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə məlumat verib.

“Yəqin ki bu həftə ərzində məhkəmə baxışı təyin edilər”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Ağaəli Yahyayevlə görüş hələ baş tutmayıb.

“Biz ötən cümə bütün günü Ağaəlini axtarmışıq. Polisin 102 ximətinə, Ombudsman Aparatına dəfələrlə zəng eləmişdim. Abşeron rayon Polis İdarəsinə durmadan zəng eləmişdim. Hər dəfə polis mənə bildirib ki, bizə belə bir şəxs gətirilməyib. Biz axşam elektron məhkəmə sisteminə baxandan sonra əmin olduq ki, Ağaəli barədə həbs qətimkan tədbiri seçilib. Bizə məlumat verməyiblər”, o bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Yahyayeva qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.

Ağaəli Yahyayev bundan öncə də həbsdə olub.

O, 2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb, 15 il həbsə məhkum edilib. 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, son aylarda hökumətin tənqidçilərinin və dindarların həbsinin sayı artıb.

“Tənqidçilər sırasına Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, jurnalist və hərbçi, Söyüdlü hadisələri ilə bağlı tənqidi fikir söyləyən Nazim Bəydəmirli daxildir. Dindarların isə əksəriyyəti narkotik ittihamı ilə həbs edilib”, o qeyd edib.

Onun sözlərinə görə, ölkədə siyasi məhbus kimi tanınan 208 nəfərin 147-si dindarlardır və onların əksəriyyəti narkotik ittihamı ilə həbs edilib.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Eyni zamanda Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Amerikanın Səsi

16:26, 05 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
XƏBƏRLƏR

Qubad İbadoğlunun qohumlarının ölkədən çıxışına qadağa qoyulub

by Gozetci 12:27, 05 Sentyabr 2023
written by Gozetci

Bu barədə Turan-a siyasətçinin qardaşı Qalib Toğrul məlumat verib.

Onun sözlərinə görə, qadağa deputat Vüqar Bayramov xaric, digər qardaşlarına və ad çəkmək istəməyən daha bir neçə qohumuna şamil olunub: “Hətta Bayramov soyadından olmayan qohumların ölkədən çıxışına da qadağa var”.

Qalib Toğrul qeyd edib ki, sözügedən qadağanı Daxili İşlər Nazirliyi qoyub: “Bu, qanunsuzdur, çünki qadağa yalnız adı cinayət işində təqsirləndirilən şəxs kimi keçənlərə tətbiq edilə bilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

12:27, 05 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Ağəli Yəhyayevin həyat yoldaşı: “Dedi ki, çox ağır şeylər olub”

by Gozetci 17:42, 04 Sentyabr 2023
written by Gozetci

Şəhanə Həsənova

Sentyabrın 4-də İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Müsəlman Birliyi Hərəkatının İdarə Heyəti üzvü Ağəli Yəhyayevin müdafiəsi ilə bağlı mətbuat konfransı keçirib. Yəhyayevin həyat yoldaşı Şəhanə Həsənova bildirib ki, o, ağır işgəncələrə məruz qalıb.

“Burada tək psixoloji zorakılıqdan söhbət getmir, fiziki olaraq ağır işgəncələr gördüyünü dedi. Dönə-dönə dedi ki, “çox ağır şeylər olub”. Mən ondan soruşdum ki, sən onların dedikləri ilə razılaşdınmı, Ağəli isə ona “yuxarıdan əmr gəldiyini və həbsə getməli olduğunu” deyildiyini bildirdi. Dedi ki, məcbur olub onların dediyi sənədləri imzalayıb”, o bildirib.

Şəhanə Həsənova ehtimal edir ki, Ağəli Yəhyayev öz xoşu ilə ittihamları qəbul etməyib.

“Dedim ki, sən işgəncə ilə ittihamı qəbul etməzsən axı, cavabında dedi ki, “qarşıma çox ağır şeylər qoydular, mən də onların dediklərini etməli oldum”. Ağəli inanclı şəxsdir, ümumiyyətlə, siqaret belə çəkmir, narkotik bizə yad bir kəlmədir”, deyə Həsənova bildirib.

Ağəli Yəhyayev artıq üçüncü dəfədir cinayət ittihamı ilə həbs olunur. O, ilk dəfə 2010-cu ilin fevralında dini yürüşdə iştirak etdiyi üçün həbs edilib və 4 il 6 ay həbs cəzası alıb.

İkinci dəfə 2015-ci ilin noyabrında Nardaran işi üzrə həbs olunub və 15 il həbs cəzasına məhkum edilib. 2021-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçiləri hər iki həbslə bağlı onu siyasi məhbus kimi tanıyıblar.

Ağəli Yəhyayev avqustun 31-də saxlanılıb. Sentyabrın 1-də isə vəkil Zibeydə Sadıqova bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Amerikanın Səsi 

17:42, 04 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarını Qubad İbadoğlunun yanına buraxmırlar

by Gozetci 15:04, 04 Sentyabr 2023
written by Gozetci
Qubad İbadoğlu

Qubad İbadoğlu

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarını Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri  və iqtisadçı alim Qubad İbadoğlunun yanına buraxmırlar. Bu barədə Turan-a siyasətçinin qardaşı Qalib Bayramov bildirib.

“Biz Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etdik ki, Qubada baş çəksinlər, onlar üç dəfə istintaq təcridxanasına gəliblər, lakin müxtəlif bəhanələrlə buraxmayıblar, gah deyiblər, burda yoxdur, məhkəmədədir, gah da istintaq hərəkəti keçirildiyini bildiriblər”, – Bayramov deyib.

Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi Penitensiar Xidmətə Qubad İbadoğlu ilə görüşə icazə verilməsi üçün rəsmi məktubla müraciət edib.

Nümayəndəliyin əməkdaşları Qalib Bayramovla görüşüblər. Onlar bildiriblər ki, sağlamlıq vəziyyətini qiymətləndirmək üçün qardaşı ilə görüşməlidirlər. Həmçinin ultrasəs müayinəsi və ekokardioqrammanın nəticələrini almalıdırlar.

Ancaq Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi müayinələrin və analizlərin nəticələrini təqdim etməkdən imtina edir.

“Qardaşım istintaq təcridxanasında öz sağlamlığını sürətlə itirir, Ədliyyə Nazirliyi isə səhhətinə dair sənədlərin verilməsi məsələsini həll etmir”, – Bayramov deyib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Turan 

15:04, 04 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlu ev dustaqlığına buraxılmayıb

by Gozetci 17:45, 02 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Sentyabrın 2-də Bakının Nərimanov rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə baxılıb.

Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat verib.

Onun sözlərinə görə, məhkəmə vəsətəti təmin etməyib və Qubad İbadoğlu ev dustaqlığına buraxılmayıb.

Qalib Toğrul bundan sonra vəkillərin apellyasiya şikayəti verəcəyini bildirib.

O, qardaşının səhhətində problemlərin getdikcə dərinləşdiyini qeyd edərək, sentyabtın 1-də İbadoğlunun vəziyyətinin pisləşdiyini deyib.

“Dünən məhkəmənin təxirə salındığını bilə-bilə Qubad İbadoğlunu təcridxanadan məhkəməyə gətiriblər. Geri qaytararkən vəziyyəti pisləşdiyindən məcbur olub qardaşımı təcridxananın tibb məntəqəsində USM və Elektrokardioqramma müayinəsindən keçiriblər. Qubad müəllimin ürəyindəki neqativ dəyişiklikləri izləmək üçün Elektrokardioqramma bir tərəfə, heç Exokardioqramma da yetərli deyil” o bildirib.

Qalib Toğrul hesab edir ki, Qubad İbadoğlu mütləq kontrastlı maddə ilə döş qəfəsinin kompüter tomoqrafiyasından keçirilməlidir.

“Ürəkdə neqativ proseslər o qədır sürətlə gedir ki, indi bəzi şeyləri hətta Elektrokardioqramma ilə də müşahidə etmək mümkün olur. Qardaşımda aorta damarının kökünün genişlənməsi 41 mm-i keçib, əlavə olaraq ürəyin sol mədəciyinin hipertrofiyası və diastolik disfunksiyası qeydə alınıb.

Bütün bunlara baxmayaraq qardaşımın müayinələrinin nəticələri bu gün məhkəməyə təqdim olunmayıb. Yenə də ümumi sözlərlə yola veriblər , Qalib Toğrul deyib.

Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən, Ombudsman Aparatından bu deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

17:45, 02 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb

by Gozetci 10:01, 02 Sentyabr 2023
written by Gozetci

Nazim Bəydəmirli

Həbsdə olan Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb.

Bu barədə vəkil Aqil Layıc məlumat verib.

O, qeyd edib ki, ittihama görə, 1996-cı ildə Nazim Bəydəmirli Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb edib:

“Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu ilə təkrar tələb etmə maddəsilə, yəni AR CM-nin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürüldü”.

Vəkil qeyd edib ki, Nazim Bəydəmirli özü bu ittihamların hamısını qondarma hesab edir:

“Nazim bəy deyib ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür”.

Vəkilin dediyi ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Xatırladaq ki, Bakının Nərimanov rayon Məhkəməsi avqustun 15-də hakim Vüsal Qurbanovun sədrliyi ilə Nazim Bəydəmirlinin ailə üzvləri ilə telefon danışığı və görüşünə icazə verilməsi ilə bağlı vəsatəti təmin edib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Amerikanın Səsi

10:01, 02 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanla bağlı yeni qərarını elan edəcək

by Gozetci 14:01, 01 Sentyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 7-də Azərbaycanla bağlı 2 qərarını elan edəcək.

Şahvələd NAMAZOV Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlıdır. Ərizəçi həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozntusundan da şikayət edib.

Ərizəçi AİHM-ə şikayətində iddia edib ki, hərəkət etmək azadlığına qoyulan məhdudiyyət qanuna uyğun və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi baxımından zəruri olmayıb. Ərizəçiyə görə, məruz qaldığı pozuntudan müdafiə üçün əlində istifadə edə biləcəyi effektiv müdafiə vasitələri də mövcud olmayıb.

Eyni zamanda ifadə azadlığı hüququna da müdaxilə edildiyini bildirən ərizəçi, bu müdaxilənin 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri olmadığını iddia edib.

Ərizəçi həmçinin, şikayətində Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən dövlət tərəfindən qoyulmuş məhdudiyyətlərin Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edildiyini ifadə edib.

İlqar QURBANOV Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin dövlət qulluğundan xaric edilməsinə dair icraatlarla əlaqəlidir. Ərizəçi iddia edib ki, onun işinə Ali Məhkəmədə baxılarkən iddiaçıya, onun vəkilinə iclasın keçirilmə tarixi və vaxtı barədə lazımi qaydada məlumat verilməyib, işə onların qatılımı olmadan baxılıb.

Aihmaz.org

14:01, 01 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Müsəlman Birliyi Hərəkatının üzvü Ağaəli Yəhyayev həbs olunub (YENİLƏNİB)

by Gozetci 13:46, 01 Sentyabr 2023
written by Gozetci

Ağaəli Yəhyayev

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayev həbs olunub

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Yahyayeva qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.

Vəkil qeyd edib ki, inanclı fəal avqustun 31-dən Abşeron Rayon Polis İdarəsində saxlanılıb.

“Dünəndən Ağaəli Yahyayevi axtarmışam, ən azı 5 dəfə Abşeron Rayon Polis İdarəsinə zəng vurmuşam. Hər dəfə də mənə cavab veriblər ki, orada belə şəxs saxlanılmır. Bu gün isə məlum olub ki, Abşeron Rayon Polis İdarəsində ona qarşı ittiham irəli sürülüb”, o qeyd edib.

Sadıqova bildirib ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Yahyayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

*  *   *

Müsəlman Birliyi Hərəkatının üzvü Ağaəli Yəhyayevdən xəbər yoxdur

“Bəlkə də haradasa indi ona işgəncə olunur, əgər sağdırsa…”

Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağaəli Yəhyayevin yaxınları bir sutkaya yaxındır ki, ondan heç bir xəbər ala bilmədiklərini deyirlər. Son bir neçə ayda yüzlərlə dini inanclının, o cümlədən Müsəlman Birliyi Hərəkatının onlarla üzvünün həbs olunduğunu nəzərə alaraq, ailə üzvləri onun da polislər tərəfindən saxlandığlnı ehtimal edir.

“Əgər haradasa öldürülməyibsə, başına faciə gətirilməyibsə, böyük ehtimal ki, həbs olunub. Hökümətlə hökümətlik etmirik. Sadəcə, ailəsi olaraq, saxlandığı yeri bilmək haqqımızdır”, – bacısı Elnarə Eldar bildirib.

Onun sözlərinə görə, Ağaəli Yəhyayev indiyədək iki dəfə uzunmüddətli, iki dəfə də inzibati həbsdə olub. O, ümumilikdə 10 il 2 ay həbs həyatı yaşayıb. Onun uzunmüddətli həbslərindən biri 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı olub:

“Qardaşım keçmiş  siyasi məhbus və icimai fəaldır. Ağaəli heç kimdən artıq deyil. Həbs olunacağını da çoxdan gözləyirdik. Hətta özü zarafata deyirdi ki, “məni bu dəfə həbs etməyəcəklər, birdəfəlik öldürəcəklər”. Amma yerini desinlər…”.

Ailə üzvlərinin bildirdiyinə görə, Ağaəli Yəhyayevin vəkili onun yeri haqda məlumat almaq üçün Daxili İşlər Nazirliyinin “102” xidməti, Ombudsman Aparatı da daxil olmaqla, müxtəlif dövlət orqanlarıyla əlaqə saxlayıb. Amma hələlik heç bir nəticə yoxdur.

“Bəlkə də haradasa indi ona işgəncə olunur, əgər sağdırsa…” , – bacısının sözləridir.

Avqustun 25-də Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü, 2015-ci ilin noyabrında Nardaranda polis əməliyyatı zamanı onurğasından güllələnərək hərəkət qabiliyyətini itirmiş Əbülfəz Bünyadovun evində axtarış aparılıb. Əbülfəz Bünyadovun evindən müxtəlif kitablar, planşet və telefon götürülüb.

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir, həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.

Meydan TV 

13:46, 01 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia