Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Qubad İbadoğlu ilə bağlı 52 şəhərdə aksiya keçiriləcək

by Gozetci 13:00, 11 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

İqtisadçının azadlığını tələb edən kampaniyanın adı “52 şəhərdə 52 aksiya”dır

Hazırda həbsdə olan iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri (ADR) Qubad İbadoğlunun sentyabrın 12-də 52 yaşı tamam olur.

Onun doğum günü münasibətilə beynəlxalq aksiya keçirilməsi planlaşdırılır.

Aksiyanın adı “52 şəhərdə 52 aksiya”dır. Beləliklə, dünyanın müxtəlif ölkələrinin şəhərlərində insanlar Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirəcəklər.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov deyir ki, ilk aksiya Cənub-Şərqi Asiyada yerləşən Şərqi Timor Demokratik Respublikasının (Timor-Leste) paytaxtı Dili şəhərində olub.

Orada artıq sentyabrın 12-dir.

Dilidəki müstəqil vətəndaş cəmiyyəti fəalları Azərbaycan hökumətini Qubad İbadoğlunu azad etməyə çağırıb.

Növbəti gün, yəni sentyabrın 12-də ABŞ, Almaniya, Belçika, Fransa, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan, Danimarka, Norveç, Niderland, Gürcüstan və İsveçin müxtəlif şəhərlərində Qubad İbadoğluna azadlıq aksiyaları keçiriləcəyi planlaşdırılır.

Qalib Bayramov deyir ki, hazırda bu ölkələrdə keçiriləcək aksiyalara hazırlıq gedir.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Meydan TV 

13:00, 11 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

D 18 Hərəkatı fəaliyyətini dayandırdı

by Gozetci 15:02, 10 Sentyabr 2023
written by Gozetci

Ölkədəki siyasətsizlik mühiti siyasi fəaliyyəti mümkünsüz edir

Demokratiya 1918 Hərəkatı (D18) fəaliyyətini dayandırıb. Bu barədə qərar Demokratiya 1918 Hərəkatının sentyabrın 10-da keçirilən növbədənkənar qurultayında qəbul edilib.

Qurultayın qərarında qeyd olunub ki, ölkədəki anti-demokratik sistem və onun yaratdığı siyasətsizlik mühiti hər hansı bir formada siyasi fəaliyyəti mümkünsüz edir:

“Bunun qarşısında isə resurs məhdudluğu müsbət dəyişikliklər edilməsi üçün adekvat cavab imkanını məhdudlaşdırır. Bütün bu səbəblərdən ötrü artıq siyasi səhnədə hər hansı bir qurumun siyasi iddia irəli sürməsi və təşkilatlanması öz əhəmiyyətini itirir”.

“İnanırıq ki, obyektiv və subyektiv səbəblər yetişdikdən sonra siyasi dəyişikliklərin rəhni olacaq təşkilatlar yenidən ortaya çıxacaqdır”,-deyə qərarda bildirilib.

Demokratiya 1918 Hərəkatı 2013-cü ilin martında yaradılıb. 2021-ci ilin sentyabrın 18-də Demokratiya 1918 Hərəkatının II qurultayında İdarə Heyəti və strukturu dəyişilib.

Meydan TV 

15:02, 10 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amnesty İnternational Qubad İbadoğlunu dərhal azad etməyə çağırır

by Gozetci 10:06, 10 Sentyabr 2023
written by Gozetci

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Azərbaycan hakimiyyətini müxalif siyasətçi və iqtisadçı Qubad İbadoğlunu dərhal həbsdən azad etməyə çağırıb.

Qeyri-qanuni həbsdə olan azərbaycanlı alim və siyasi fəal Qubad İbadoğlunun səhhətinin vəziyyəti ciddi şəkildə pisləşir, Amnesty İnternational təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə tədqiqatçısı Natalya Nozadze deyib.

“Qubad İbadoğlunun qondarma ittihamlarla həbsi Azərbaycan hakimiyyətinin müxalif fikirlərə və dinc tənqidçilərə qarşı mübarizədə cinayət ədliyyə sistemindən necə sui-istifadə etməsinə daha bir nümunədir. Onunla pis rəftar olunması İbadoğlunun vəziyyətini daha da ağırlaşdırır. Qubad İbadoğlu dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalı və onunla pis rəftara görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir”, – deyə Nozadze Amnesty İnternational-ın saytında dərc olunan müraciətdə bildirib.

Diabet və ürək xəstəliyindən əziyyət çəkən alim və fəalın yaxınları Amnesty İnternational-a bildiriblər ki, iyulda həbs olunduqdan sonra səhhəti xeyli pisləşib. Onlar lazımi tibbi yardıma və dərmanlara müntəzəm çıxışın olmamasının onun sağlamlığına düzəlməz zərər vura biləcəyindən son dərəcə narahat olduqlarını bildiriblər.

Nozadze yekunda deyib: “Qubad azadlığa buraxılmazdan əvvəl hakimiyyət onun ən keyfiyyətli tibbi xidmətə çıxışını təmin etməyə borcludur; bu tələbin yerinə yetirilməməsi işgəncə və ya pis rəftarın digər növləri kimi qiymətləndirilə bilər”.

yulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib. Avqustun 25-də ona qarşı “dini-ekstremist materiallar hazırlama, saxlama və ya yayma” ittihamı irəli sürülüb.

Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şxəslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Turan 

10:06, 10 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunun işi Avropa Parlamentində müzakirəyə çıxarılacaq

by Gozetci 11:08, 09 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Avropa Parlamenti önümüzdəki həftə baş tutacaq plenar iclasında Azərbaycanda həbs edilən Qubad İbadoğlunun işini müzakirə edəcək.

Parlamentin insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması hallarına dair təcili debatlar proseduru üzrə keçiriləcək müzakirələr həftənin çərşənbə günü baş tutacaq. Cümə axşamı Qubad İbadoğlunun işi ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Mariya Kalyurand və Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko avqustun 21-i birgə bəyanat yayaraq Qubad İbadoğlunun həbsi və Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti barədə narahatlıq ifadə ediblər.

“Qubad İbadoğlu 23 iyul 2023-cü ildə saxtakarlıq ittihamı ilə həbs edilib və hələ də həbsdə saxlanılır. Onun həbsdə fundamental hüquqları pozularaq alçaldıcı rəftara məruz qaldığı, ailəsi və vəkili ilə təmasına, qida və həyati əhəmiyyət kəsb edən dərman preparatlarına çıxışına ciddi məhdudiyyətlər qoyulduğu bildirilir. Biz Azərbaycan hakimiyyətini təcili şəkildə İbadoğlunu zəruri tibbi yardımla təmin etməyə və onun dərhal azad edilməsinə çağırırıq”, bəyanatda vurğulanıb.

Avropa Parlament həmçinin bu ilin mart ayında Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri qiymətləndirən hesabat qəbul edib. Parlament həmin hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyətini tənqid edib, Azərbaycan hakimiyyəti insan hüquqlarına hörmət etməyə çağırıb.

Xatırlatma 

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

11:08, 09 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Abşeron–XızıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Müsəlman Birliyi” Hərəkatının fəalının apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 10:29, 08 Sentyabr 2023
written by Gozetci

Ağaəli Yəhyayev

Sentyabrın 7-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Rəşadət Ağayevin sədrliyi ilə “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Ağaəli Yəhyayevin apellyasiya şikayətini təmin etməyib. Apellyasiya Məhkəməsi Abşeron rayon Məhkəməsinin həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, məhkəmə Ağaəli Yəhyayevin polis şöbəsində işgəncəyə məruz qalması ilə bağlı vəsatətinin araşdırılması üçün Abşeron rayon Prokuroluğuna müraciət edib.

Xatırlatma

Yəhyayev avqustun 31-də saxlanılıb. Ertəsi gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Ağaəli Yəhyayevi 5 ildən 12 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Ağaəli Yəhyayev bundan öncə də həbsdə olub.

O, 2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb, 15 il həbsə məhkum edilib. 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə deyib ki, artıq bir neçə aydır inanclı şəxslərə qarşı repressiya siyasəti həyata keçirilir.

“Onlar həbs olunur. Hələ də bu həbs prosesi davam edir. Bütün tənqidlərə və iradlara baxmayaraq hakimiyyət bu siyasəti hələ də davam etdirir. Məntiqi izah da verilmir. Ortaya ciddi sübutlar da qoyulmur. Cəmiyyətdə belə bir fikir formalaşır ki, bu insanlar cinayət törətmir və bu insanları hansısa siyasətin qurbanı olur. Əsasən də İranla münasibtlər pisləşəndən sonra inanclı şəxslərə qarşı belə bir repressiya siyəsəti həyata keçirilmişdir”.

Hüquq müdafiəçisnin dediyinə görə, saxlanılan şəxslərə qarşı işgəncə və pis rəftar iddiaları irəli sürülür.

“Əvvəllər də hakimiyyət bu praktikadan istifadə edib. İnsanları həbs edib, onlara müxtəlif yollarla təzyiq edir ki, onlar o ittihamları qəbul etsin. İnsanlar da məcbur qalıb ittihamları qəbul edir. Sonradan dəfələrlə olub ki, məhkəmə prosesində işgəncə və pis rəftar nəticəsində ittihamları qəbul etdiyini və həmin ifadələrdən imtina etdiyini bildiriblər”.

Kazımlı son illər vətəndaş cəmiyyəti nümayəndələrinə saxlanma yerlərində monitiorinq aparmağa imkan vermilmədiyindən təəssüflənir.

“Normal olaraq belə bir iddialar olanda vətəndaş cəmiyyəti nümayəndələri həmin şəxslərə baş çəkib, həmin şəxslərlə gizli görüşlər keçirib pis rəftara, işgəncəyə məruz qalmasını araşdırmalıdır. Amma bizim hakimiyyət buna imkan vermir. Vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırıb”.

Onun sözlərinə görə, ölkədə insan hüquqları sahəsində ciddi problemlər qalmaqdadır.

“Təəssüf ki, Azərbaycan hakimiyyəti bu pozuntuları, səslənən problemləri aradan qaldırmaq əvəzinə, əksinə bunu davam etdirir. Bu da yaxşı hal deyil. Ölkənin imicinə zərbədir. Məncə hakimiyyət bu kimi hallardan əl çəkməlidir və insanlara işgəncə verənləri cəzalandırmalıdır”, o belə düşünür.

Amerikanın Səsi

10:29, 08 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğluna övladları ilə təzyiq göstərilir

by Gozetci 19:32, 07 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında psixoloji təzyiq göstərildiyi bildirilir.

Bu barədə Turan-a siyasətçinin qardaşı Qalib Toğrul bildirib.
“Təcridxananın rəisinin Əhəd adlı müavini qardaşımdan xaricdə yaşayan övladlarının telefon nömrələrini tələb edib, əks halda danışığa icazə verməyəcəyini deyib. Rəis müavini daha da irəli gedərək, qardaşımdan övladlarının hansı ölkədə, hansı şəhərdə yaşadıqlarını soruşub. Görünür ki, Əhəd adlı şəxs səlahiyyət həddini aşaraq başqa qurumlar üçün məlumat toplayır”, deyə o qeyd edib.
Penitensiar Xidmətdən Turan-a bildirilib ki, məsələyə münasibət bildiriləcək.
Turan 
19:32, 07 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nazim Bəydəmirlinin həyat yoldaşı: Ailə üzvlərimiz aclığı dayandırmasını xahiş etdi

by Gozetci 19:09, 07 Sentyabr 2023
written by Gozetci

Nazim Bəydəmirli və həyat yoldaşı Fəridə Bəydəmirli (Fotonu Fəridə Bəydəmirli təqdim edib)

Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli sentyabrın 4-dən həbsinə etiraz olaraq saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir.

Bu barədə Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bu gün, sentyabrın 7-də onunla telefon danışığından sonra Amerikanın Səsinə bildirib.

“Mən və övladlarımız Nazim müəllimdən aclığı dayandırmasını xahiş etdik. Xatırlatdım ki, onun 60 yaşı var. Yeməksiz qala bilər, amma susuz yaşaya bilməz. Dedim ki, bu sənin səhhətində geridönməz problemlər yaradacaq. Mən də, uşaqlar da bunu istəmirik. Oğlum xaricdən zəng edib xahiş etdi ki, atası aclığı dayandırsın. Mən ona dedim ki, həbsinə etiraz olaraq mübarizə etmək istəyir, amma səhhəti ilə zarafat etmək olmaz. Ona sistem köçürəcəklərini dedim. Bildirdim ki, köçürülən sistemin necə olacağından narahatam. Onun tərkibi necə olacaq?” o qeyd edib.

Bununıla yanaşı, Fəridə xanım həyat yoldaşının aclığı dayandırıb-dayandırmayacağı barədə dəqiq bir söz deyə bilmir.

“Mən aclığı dayandırması ilə bağlı ailəmizin xahişini ona çatdırdım. O mənimlə razılaşdı. Amma aclığı dayandırıb-dayandırmayacağı barədə bir söz demədi”, o qeyd edib.

Penitensiar Xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Nazim Bəydəmirli aclıq etməsi barədə Penitensiar Xidmətə müraciət etməyib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Amerikanın Səsi

19:09, 07 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlunun apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 16:59, 07 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Bu gün Bakı Apellyasiya Məhkəməsi həbsdə olan müxalifətçi Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaqdan imtina ilə bağlı verdiyi şikayəti təmin etməyib.

Vəkil Zibeydə Sadıqovanın jurnalistlərə verdiyi məlumata görə, bir müddət əvvəl müdafiə tərəfi Nərimanov Rayon Məhkəməsində İbadoğlunun səhhətinin pisləşməsi ilə əlaqədar ev dustaqlığına keçirilməsi haqqında vəsatət qaldırıb. Xəstəliklərinin ağırlaşmasına baxmayaraq, İbadoğlu nəinki müalicə olunmur, ona tibbi nəzarət də yoxdur.

“Ona hətta müayinə nəticələrini də vermirlər. Buna görə biz onun öz hesabına müalicə ala bilməsi üçün ev dustaqlığına keçirilməsini xahiş etdik. Sentyabrın 2-də Nərimanov Rayon Məhkəməsi vəsatəti təmin etməyib. Biz bu qərardan şikayət verdik, lakin bu gün Apellyasiya Məhkəməsi də Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, İbadoğlunu ev dustaqlığına keçirməkdən imtina edib”, deyə vəkil bildirib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fetullah Gülenin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib. Avqustun 25-də ona qarşı “dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması” ittihamı irəli sürülüb.

Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Turan 

16:59, 07 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib

by Gozetci 14:19, 07 Sentyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 7-də Azərbaycanla bağlı 2 qərarını elan edib. Məhkəmə bir işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna qərar verib, digər işdə hökumət iddia olunan pozuntuları etiraf edib.

Şahvələd NAMAZOV Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlı id. Ərizəçi, həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozntusundan da şikayət etmişdi. O, AİHM-ə şikayətində iddia edirdi ki, hərəkət etmək azadlığına qoyulan məhdudiyyət qanuna uyğun və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi baxımından zəruri olmayıb. Ərizəçiyə görə, məruz qaldığı pozuntudan müdafiə üçün əlində istifadə edə biləcəyi effektiv müdafiə vasitələri də mövcud olmayıb. Eyni zamanda ifadə azadlığı hüququna da müdaxilə edildiyini bildirən ərizəçi, bu müdaxilənin 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri olmadığını iddia edirdi. Ərizəçi həmçinin, şikayətində Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən dövlət tərəfindən qoyulmuş məhdudiyyətlərin Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edildiyini ifadə etmişdi.

Bu işdə qərardan öncə anlaşma ilə bağlı müzakirələr uğursuz olub – ərizəçi işin qərardan əvvəl həll edilməsi təklfilərini rədd edib, ərizəyə baxılmasını, məhkəmənin qərar verməsini istəyib. Bunun ardınca isə hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib – hökumət ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə ümumilikdə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib. AİHM bəyannaməni nəzərə alaraq, qərar qəbul edib, həmin qərara əsasən, hökumət jurnalistə təzminat ödəməlidir.

İlqar QURBANOV Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin dövlət qulluğundan xaric edilməsinə dair icraatlarla əlaqəli idi. Ərizəçi iddia etmişdi ki, onun işinə Ali Məhkəmədə baxılarkən iddiaçıya, onun vəkilinə iclasın keçirilmə tarixi və vaxtı barədə lazımi qaydada məlumat verilməyib, işə onların qatılımı olmadan baxılıb və ədalətli məhkəmə araşdırması hüququ pozulub.

Məhkəmə bu işdə hökumətin əks arqumentlərini rədd edib, 6.1-ci maddənin pozuntusuna qərar verib. Qərara görə, hökumət ərizəçiyə 1000 avro təzminat ödəyəcək.

Aihmaz.org

14:19, 07 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Ağaəli Yəhyayev Apellyasiya Məhkəməsinə polisdə məruz qaldığı işgəncələrdən danışıb

by Gozetci 10:51, 07 Sentyabr 2023
written by Gozetci

Ağaəli Yəhyayev

“Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin üzvü, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Ağaəli Yəhyayev saxlanıldıqdan sonra polisdə işgəncəyə məruz qalıb.

Müdafiə tərəfi diqqəti  fəalın işgəncə ilə bağlı Apellyasiya Məhkəməsinə müraciətinə yönəldib.

Bununla əlaqədar apellyasiya şikayətinə baxılması sentyabrın 7-nə təxirə salınıb.

Sentyabrın 6-da Yahyayevin bacısı Elnarə Eldar Kürdəxanı qəsəbəsindəki 1 saylı Bakı İstintaq Təcridxanasında qardaşı ilə görüşüb.

Elnarə Eldar Turan-a bildirib ki,  Yəhyayev həbsdən sonra polisdə məruz qaldığı işgəncələrdən danışıb.

Bacısının sözlərinə görə, Yəhyayevi avqustun 31-də   Mehdiabad qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar və yerli polis bölməsinə aparıblar.

“Polkovnik rütbəli şəxs və digərləri 2 saata yaxın onu narkotik maddə saxlaması və satmasına dair maddəni boynuna götürməyi razı salmağa çalışıblar. Qardaşımın razı olmayacağını görüb ona işgəncə verməyə başlayıblar. Əllərini  bağlayaraq bədəninə yumruqla zərbələr endiriblər,  dəyənəklə ayağının altına vurublar. Bu zərbələrdən Ağaəlinin ayaqları şişib. İşgəncələrə baxmayaraq, Agaəli törətmədiyi cinayəti etiraf etməkdən imtina edib”, – o deyib.

Beysbol bitası ilə onu zorlayacaqları ilə hədələyiblər. Bundan sonra  törətmədiyi cinayəti etiraf etməyə məcbur olub.

Elnarə Eldar deyib ki,  təcridxanada qardaşı kürəyindəki hematomanı ona göstərib.

Sentyabrın 6-da Sumqayıt Apellyasiya Məhkəməsində Yəhyayevin həbsilə bağlı şikayətə baxılıb. O özü  1 saylı Bakı İstintaq Təcridxanasından prosesdə on-line iştirak edib

Vəkil  Zibeydə Sadıqova iclasdan əvvəl on-line formada onunla söhbət edib. Yahyayev kürəyindəki hematomaları, dabanlarındakı zərbə yerlərini vəkilə göstərib.

Vəkil Turan-a bildirib ki, Yəhyayevin bədən xəsarətləri istintaq təcridxanasına daxil olduğu zaman da qeydə alınıb.

Yahyayev vəkilə deyib ki, Abşeron Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçəndə hakimə işgəncə barədə məlumat verib və bədənindəki xəsarətləri göstərib, həmçinin vəkil kimi Sadıqovanın dəvət olunmasını xahiş edib.

Ancaq Abşeron Məhkəməsi onun ifadəsini və xahişini nəzərə almayıb.

Prosesin video və audio-yazısının aparılmasına baxmayaraq, fəalın işgəncə barədə sözləri və seçim üzrə  vəkilin dəvət edilməsi xahişi protokolda əksini tapmayıb.

Bununla əlaqədar vəkil Sadıqova Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron məhkəməsinin iclasının qeydlərinə baxılması və dinlənilməsi üçün vəsatət qaldırıb.

Lakin hakim Rəşadət Ağayev qeydləri vəkilin iştirakı olmadan araşdırmaq qərarına gəlib və dinləmələri sentyabrın 7-nə təxirə salıb.

Müdafiə tərəfi apellyasiya şikayətində Yəhyayevin həbsdən azad edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş edir.

Bu mövqe ona əsaslanır ki, Yəhyayev saxlanıldıqdan sonra ona ailəsilə əlaqə saxlamağa və seçdiyi vəkili dəvət etməyə icazə verilməyib. Bununla da onun müdafiə hüququ kobud şəkildə pozulub, vəkil Sadıqova qeyd edib.

Bundan əlavə, etirafedici ifadə verməsi üçün ona işgəncə tətbiq edilib, yəni sübutlar qanunsuz yolla əldə edilib.

Müdafiə tərəfi həmçinin Apellyasiya Məhkəməsindən Yəhyayevin işgəncədən  şikayətini araşdırmaq üçün prokurorluğa müraciət etməsini xahiş edib.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Yəhyayev avqustun 31-də saxlanılıb. Ertəsi gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ağaəli Yəhyayevi 5 ildən 12 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Turan 

10:51, 07 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia