Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi AXCP fəalını həbsdə saxlayıb

by Gozetci 10:13, 22 Sentyabr 2023
written by Gozetci

Elxan Əliyev

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməməsi barədə qərarından verilən şikayəti təmin etməyib.

Vəkil Nemət Kərimli bildirib ki, artıq isdtintaq yekunlaşıb.

“Yəni həbs seçilməsi üçün bütün hallar aradan qalxıb. Ümumi zərər tamamilə ödənilib. Lakin həbs aradan qaldırılmır”, deyə o qeyd edib.

Vəkil Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.

Xatırladaq ki, sentyabrın 9-da Bakının Sabunçu rayon Məhkəməsi hakim Nilufər Cəfərlinin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib.

Vəkil Nemət Kərimli bildirib ki, Elxan Əliyev məhkəmədə həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“O dedi ki, hərəkətində hər hansı təqsir yoxdur. Sadəcə torpaq alqı-satqısı etmək istəyiblər və bu zaman həbs ediblər. Əliyev dedi ki, çinayət işi qabaqcadan hazır idi. Saat 9-da həbs edilib, artıq saat 10-da hazır cinayət işini ona göstəriblər”, deyə vəkil qeyd edib.

Bundan öncə, avqustun 4-də Bakı Apellyasiya Məhkəməsi Elxan Əliyev barəsində Sabunçu rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri ilə bağlı şikayəti təmin etməyib.

İyulun 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev barəsində Sabunçu Rayon Məhkəməsi istintaq orqanın vəsatəti əsasında üç aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Elxan Əliyev, Yusif Əliyev və Vəfadar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.

“Onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57.000 manata satmaqla dələduzluq ediblər. Bununla bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elxan Əliyev, Yusif Əliyev, Vəfədar Axundov saxlanılıb”, deyə o qeyd edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Mətbuat xidməti bildirib ki, Elxan Əliyevin sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.

Öz növbəsində, Elxan Əliyev Facebook səhifəsində həbsindən əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.

“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən, demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə”, deyə o, saxlanılmasından öncə bu videonu yayıb.

Turan 

10:13, 22 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiəddin Məmmədov barəsində 2 ay həbs qətimkan tədbiri seçildi

by Gozetci 20:00, 21 Sentyabr 2023
written by Gozetci

Afiəddin Məmmədov. Foto: Facebook

Fəal məhkəmədə sifarişlə həbs olunduğunu deyib

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərar sentyabrın 21-də axşam saat 18.00 radələrində Xətai Rayon Məhkəməsində çıxarılıb.

Məhkəmədə məlum olub ki, gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Afiəddin Məmmədov bir nəfərə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir və bu ittihamın saxta olduğunu deyir.

Məhkəmədə də bildirib ki, şərlənərək həbs olunub.

Gənc fəalın sözlərinə görə, sentyabrın 20-də yaşadığı evdən çıxanda hazırda zərərçəkmiş qismində tanınan şəxs onun gəldiyini görərək qəfildən özünə xəsarət yetirib və bıçağı ona tərəf atıb.

Dərhal da ətrafdan polislər gəlib onu aparıblar.

Afiəddin Məmmədov sifarişlə həbs olunduğunu vurğulayıb. Lakin məhkəmə istintaq dövründə Afiəddin Məmmədovun həbsdə saxlanması üçün prokurorun verdiyi təqdimatı təmin edib.

Qərara əsasən, onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Gənc fəalın vəkili Zibeydə Sadıqova bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

İşçilərin hüquqlarının müdafiəsilə məşğul olan gənc fəal bundan əvvəl dəfələrlə inzibati qaydada həbs olunub.

O, sonuncu dəfə avqustun 1-də həbs olunmuşdu.

Bu dəfə ona 30 sutka həbs cəzası verilmişdi.

Afiəddin Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sentyabrın 20-21-də Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı ictimai fəallar həbs olunub.

Meydan TV

20:00, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Jurnalist Nurlan Qəhrəmanlıya 30 sutka inzibati həbs cəzası verilib

by Gozetci 19:37, 21 Sentyabr 2023
written by Gozetci

Nurlan Qəhrəmanlıya (Libre)

Nurlan Qəhrəmanlı qadağan olunmuş informasiyanı yaymaqda ittiham edilib

Sentyabrın 21-də günorta saatlarında Sumqayıtda yaşadığı evdən aparılan jurnalist Nurlan Qəhrəmanlıya (Libre) 30 sutka inzibati həbs cəzası verilib.

Bu barədə saat 18.00 radələrində Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.

Hakim Hüseyn Səfərovun çıxardığı qərara əsasən, Nurlan Qəhrəmanlı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.

Jurnalistin həyat yoldaşı Əsli Qəhrəmanlı bildirib ki, Nurlan Qəhrəmanlını evlərinə gələn mülki geyimli şəxslər zorla götürüb aparıblar.

Onlar jurnalisti hara apardıqları haqda da heç bir məlumat verməyiblər.

Sonradan məlum olub ki, jurnalist öncə Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb.

Oradan isə Bakıya – Baş Proкurorluğa gətirilib.

Sosial media hesabındakı paylaşımlarına görə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində Nurlan Qəhrəmanlı haqqında protokol tərtib olunub.

Ardınca isə o, Yasamal Rayon Məhkəməsinə gətirilib.

Məhkəmədə hakim qarşısına çıxarılarkən jurnalistin üzərində çoxsaylı xəsarətlər olub.

Nurlan Qəhrəmanlı saxlanılarkən və ondan sonra işgəncəyə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, prokurorun gözü qarşısında döyülüb və buna heç bir reaksiya verilməyib.

Meydan TV 

 

 

 

 

 

 

 

 

 

 

19:37, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: “Emin İbrahimov onu terroru dəstəkləməkdə ittiham etdiklərini deyir”

by Gozetci 17:44, 21 Sentyabr 2023
written by Gozetci

Emin İbrahimov

İctimai fəal evindən ayaqqabısız aparıldığını söyləyib

İctimai fəal, Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada və s. yerlərdə çalışmış diplomat Emin İbrahimov haqqında 30 günlük inzibati həbs qərarından apelyasiya şikayəti veriləcək.

Onun vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, sentyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən İnzibati qaydada həbs olunanların saxlandığı təcridxanada müvəkkiliylə görüşüb. O, vəkilinə deyib ki, həbsinin əsl səbəbi fikrini və tənqidlərini sosial şəbəkələrdə yaymasıdır.

Vəkilin sözlərinə görə, Emin İbrahimov bildirib ki, onu sentyabrın 20-də yaşadığı evdən götürüb aparıblar. Evin qapısını isə “Azərsu” işçiləri adıyla döyüblər.

Emin İbrahimovun dediyinə görə, qapını açan kimi bir neçə nəfər mülki geyimli şəxs mənzilə daxil olub və onu zorla götürüb aparıblar. Bundan başqa, əllərində məhkəmə qərarı olmadan evdə axtarış aparıblar, xeyli əşya götürüblər. Onların arasında telefonlar, kompüter, video-reqistrator olub.

Emin İbrahimovu Baş Prokurluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsinə gətiriblər. O, vəkilinə deyib ki, bu idarəyə ayaqqabısız, corabla gətirilib. Prokurorluqda onu sosial media hesabındakı paylaşımlarına görə “terroru dəstəkləməkdə” ittiham ediblər. Daha sonra İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə protokol tərtib edib, Yasamal Rayon Məhkəməsinə aparıblar. Bu məhkəmədə də hakim Rəşad Cavadzadə onun haqqında 30 sutka inzibati həbs qərarı verib.

“Samsung” və “iPhone” markalı telefonların, HP markalı kompüterin, video reqistratorun qaytarılması məsələsi də məhkəmə qərarında öz əksini tapıb. Qaytarılma məsələsi prokurorluğa həvalə olunub. Bu isə həmin əşyaların evdən götürüldüyünü sübut edir. Hansı qanuni əsasla götürüldüyü isə qərardan aydın deyil.

Aqil Layıc

“Onun sosial media hesablarında yazdığı fikirlərdə terrorun dəstəklənməsindən söhbət gedə bilməz. Emin İbrahimovun fikrə görə həbs olunmasının möhürü elə məhkəmə qərarından da görünür”, – Aqil Layıc bildirib.

Müdafiəçi əlavə edib ki, müvəkkilinin saxlanma şəraitindən, prokurorluğun inzibati binasında ona olan rəftardan narazılığı olmayıb.

Emin İbrahimov Qarabağda baş verən əməliyyatların Rusiyanın maraqları çərçivəsində həyata keçirildiyini düşünürdü və “Facebook” hesabındakı son paylaşımlarında bu barədə yazmışdı.

Son iki gün ərzində Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı gənclər həbs olunub. Onlardan bir neçəsinə 30 sutka inzibati həbs cəzası verilib. Bir nəfər haqqında isə xuliqanlıq ittihamıyla cinayət işi başlanıb.

Meydan TV 

17:44, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM: Meydan TV-nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulması qanunsuz olub

by Gozetci 14:46, 21 Sentyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabr ayının 21-də Azərbaycandan göndərilmiş 44 ərizə üzrə 7 qərar və qərardadını elan edib. Qərardadların əksəriyyəti hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsasən, çıxarılıb.

Aynur Qənbərova, Natiq Cavadlı və Aytac Əhmədova Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış jurnalist olan ərizəçilərin ölkədən çıxışlarına qadağa qoyulması və onların hava limanında sərhədçilər tərəfindən saxlanılması ilə bağlıdır.

Mərkəzi ofisi Azərbaycandan kənarda olan Meydan TV-nin əməkdaşı olan ərizəçilər xaricə səyahət edərkən hava limanında saxlanılıblar. Ölkədən çıxışlarına qadağa qoyulması əsası ilə saxlanılan ərizəçilərə izah edilib ki, bu qadağa onların əməkdaşlıq etdiyi Meydan TV-yə prokurorluqda cinayət işinin açılması ilə bağlıdır. Ərizəçilər ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanunsuzluğunu məhkəmələr qarşısında mübahisələndirsə də, məhkəmələr onların şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina edib.

Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib. Ərizəçilər həmçinin, onlara tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edirdilər. Bu işdə ərizəçilərdən A. Qənbərova həm də axtrışa məruz qalmışdı, o, həm də axtarışa məruz qalmasının qanunsuz olduğunu (8-ci maddə) iddia edirdi.

Avropa Məhkəməsi bu işdə ərizəçilərin hamısına münasibətdə hərəkət azadlığı və effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib, digər iddiaları incələməyə ehtiyac görməyib. Qərara görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görəsə 500 avro ödəməlidir.

Murad Muradov Azərbaycana qarşı

Bu iş ərizəçinin etiraz nümayişi zamanı həbs edilməsi və sonradan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən (polis əməkdaşının qanuni əmrini yerinə yetirməmək) inzibati qaydada məhkum edilməsi ilə bağlıdır. Daxili məhkəmələr ona on sutka inzibati həbs cəzası vermişdi. Ərizəçi Konvensiyanın 6 və 11-ci maddələrinə əsaslanaraq, daxili məhkəmələrin öz qərarları üçün əsaslar təqdim etməməsindən, inzibati məhkumluğunun onun sərbəst toplaşmaq hüququna qanunsuz və əsassız müdaxiləni təşkil etməsindən şikayət edib. Ərizəçi bundan başqa ona münasibətdə 7 Saylı Protokolun 2-ci maddəsinin pozulduğunu iddia edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi onun şikayətinə gec, on sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra baxıb.

Bu işdə tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardad ərizəçiyə və onun vəkilinə 3500 avro təzminatın ödənilməsini nəzərdə tutur.

İlham Əliyev və Sərdar Babayev Azərbaycana qarşı

Bu iş ərizəçilərin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırlmaması iddiaları ilə bağlı idi.

Avropa Məhkəməsinin qərarına görə, hər iki ərizəçiyə münasibətdə məhkəməyə qədər həbs qərarları əsassız olduğundan, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub. Hökumət İ.Əliyevə 3500, S.Babayevə isə 5000 avro təzminat ödəməlidir.

Laçın Vəliyev Azərbaycana qarşı

Bu iş də ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırlmaması iddiaları ilə bağlı idi. Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuların etiraf olunduğu təktərəfli bəyannamə təqdim edib. Avropa Məhkəməsinin qərardadı həmin bəyannaməyə əsasın çıxarılıb. Qərara görə, ərizəçiyə və təmsilçisinə 3500 avro təzminat ödəniləcək.

Zaur Məmmədov və başqaları (daha 7 ərizəçi) Azərbaycana qarşı

Bu işdə ərizəçilər inzibati qaydada cəzalandırılıblar. Siyasi baxımdan müxalif mövqeli olan ərizəçiləri polis əməkdaşları evlərdinən polis bölməsinə aparıb. Onlar sonradan polisin qanuni tələbinə əməl etməmək əsası ilə inzibati məsuliyyətə cəlb olunublar. Ərizəçilər məhkəmə qarşısında iddia edirdilər ki, onlar hər hansı pozuntuya yol vermədikləri halda cəzalandırlıblar. Məhkəmələrinin ədalətsiz olduğunu, istədikləri vəkilə çatımlarının təmin edilmədiyini, barələrindəki məhkəmə qərarlarının heç bir hüquqi əsasının olmadığını bildirən ərizəçilər AİHM qarşısında Konvensiyanın 5-ci və 6-cı maddələrinin pozuntusunu qaldırmışdılar.

Bu işdə AİHM ərizəçilərin hamısına münasibətdə 6-cı maddənin pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçilərin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir.

(Ərizəçilər: Zaur MƏMMƏDOV; Xalid QARAYEV; Razim RZAYEV; İsmayıl RƏSULOV; Ruslan QARAYEV; Amid SÜLEYMANOV; Samir HƏSƏNOV; Qədir AĞAKİŞİYEV)

Samir Babayev və 20 başqa ərizəçi Azərbaycana qarşı;

Bu işin halları Məmmədov və başqaları Azərbaycana qarşı işinin halları ilə oxşardır. Əsasən, müxalif fəallar olan ərizəçilərin hamısı inzibati qaydada cəzalandırılıblar.

Kommunikasiya zamanı Hökumət təktərəfli bəyannamə təqdim edərək, ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib, onlara təzminat ödəməyi təklif edib. AİHM-in qərardadı həmin bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir.

(Ərizəçilər: Samir BABAYEV; Emin Əliyev; Yaşar FƏRAZİ; Keşiş SƏLİMOV; Rabil QURBANOV; Hüseyn MƏLİKOV; Elnur YUSUBOV; Sübhi HƏSƏNOV; Sərdar CƏFƏROV; Alxan RƏCABOV; Nicat ABDULLAYEV; Ramid NAQİYEV; Ramid NAQİYEV; Saqif QURBANOV; Paşa UMUDOV; Amil MƏMMƏDZADƏ; Emil SƏLİMOV; Şakir MƏMMƏDOV; Orxan SƏLİMZADƏ; Hüseyn MƏLİKOV; Niyazi QURBAN)

Samir Aşurov və 7 başqa ərizəçi Azərbaycana qarşı;

Bu iş də müxalif fəallar olan ərizəçilərin inzibati qaydada cəzalandırılmalarının qanusnzluğu iddiaları ilə bağlı idi.

Kommunikasiya zamanı Hökumət təktərəfli bəyannamə təqdim edərək, ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib. AİHM-in həmin bəyannaməyə əsaslanan qərardadına görə, hökumət 7 ərizəçinin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir. Ərizəçilərdən Ceyhun Məmmədliyə mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro ödənilməlidir.

(Ərizəçilər: Samir AŞUROV; Ceyhun MƏMMƏDLİ; Ramin ƏHMƏDLİ; İlqar MAHMUDOV; Nazim HƏSƏNLİ; Tural ATAKİŞİYEV; Rövşən HÜSEYNOV; Rəşad AXUNDOV)

Aihmaz.org

14:46, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Nurlan Qəhrəmanlının saxlanıldığı bildirilir

by Gozetci 13:49, 21 Sentyabr 2023
written by Gozetci

Nurlan Qəhrəmanlı (Libre)

Yaxınları onun hara aparıldığını bilmir

Jurnalist Nurlan Qəhrəmanlının (Libre) saxlanıldığı bildirilir. Yaxınlarının verdiyi məlumata görə, sentyabrın 21-də saat 12.00 radələrində onun yaşadığı evə bir neçə nəfər mülki geyimli şəxs gəlib. Onların Nurlan Qəhrəmanlını hara apardığı barədə heç bir məlumat verilməyib.

Sosial media hesabında müharibə əleyhinə paylaşımlar yayan Nurlan Qəhrəmanlı sentyabrın 13-də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığını, orada hədələndiyini bildirmişdi.

Onun sözlərinə görə, müharibə əleyhinə paylaşımları dayandırmaq tələb olunmuşdu:

“Tələb edirdilər ki, müharibə əleyhinə heç nə yazmayım”.

Jurnalist təhdidlərlə əlaqədar məhkəməyə müraciət edəcəyini də bildirmişdi.

Sentyabrın 20-də Azərbaycanda müharibə əleyhdarı olan bir neçə ictimai fəal həbs olunub. Onların arasında Əmrah Təhməzov, Emin İbrahimov, Afiəddin Məmmədov, Nemət Abbasov da var.

Meydan TV

13:49, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bir günlük hərbi əməliyyatda həyatını itirən azərbaycanlı hərbçilərin siyahısı

by Gozetci 13:18, 21 Sentyabr 2023
written by Gozetci

Sentyabrın 19-da Qarabağda başladılan və bir gün davam edən hərbi əməliyyatda Azərbaycan Ordusu onlarla əsgərini itirib.
Hələ də Azərbaycan Müdafiə Nazirliyi həyatını itirən hərbçilərlə bağlı məlumat verməyib.

Meydan TV bir gün öncə 15 əsgər və zabitin ölümünü dəqiqləşdirə bilmişdi. Hazırda isə əməliyyatda həlak olan daha 65 hərbçinin kimliyini müəyyənləşdirib.
Siyahını təqdim edirik:

1. İbrahimli Elçin Sadiq, Naxçıvanın Şərur rayon Yengicə kəndi sakini
2. Tapdıq Bayramov, kiçik leytenant, Qubanın Qonaqkənd qəsəbəsə sakini
3. İxtiyar Bayramov, gizir, Quba rayonu Dağlı kənd sakini
4. Əliyev Səbuhi, Quba rayonu Zərdabi qəsəbə sakini
5. Cəlilabad şəhər sakini Qiyasov Davud
6. Qarayev Elmir Rafael oğlu, MAXE, Ağdamın İsmayılbəyli kənd sakini, 15.12.1999 təvəllüdlü
7. Abbaslı Vüsal Barat oğlu, Beyləqan rayonu Milabad kənd sakini
8. Abdullayev Asim Cavanşir oğlu, MAXE, Tovuz rayon Vahidli kənd sakini
9. Nəsibov Hüseyn Əfqan oğlu, Goranboy rayon Qızılhacılı (Balakürd kənd) qəsəbə sakini
10. Əliyev Fərid Tofiq oğlu, Şamaxı şəhər sakini
11. Həmidli Mikayıl Vüqar oğlu, leytenant, Masallı şəhəri sakini
12. Qafarov Savalan İsfəndiyar oğlu, Lerik rayon Cəngəmiran kənd sakini, Binədə yaşayıb
13. Bilalov Sərxan İsmət oğlu, Qax şəhər sakini, 21 aprel 1990 təvəllüdlü
14. Ədilzadə Ədil, Yevlax rayon Varvara kənd sakini
15. Nəsibov Aqşin Vasif oğlu, Qazax rayon Canalı kənd sakini
16. Aslanov Sahil Əhliman oğlu, Şabran rayon Dağbilici kənd sakini
17. Babayev Sahil, Masallı rayonu Ərəb kənd sakini, Daxili Qoşunların 32 yaşlı hərbçisi
18. Naxçıvan-Ordubadın Unus kəndi Quluzadə Nihad Qasım oğlu
19. Babazadə Əli Rüstəm oğlu, Astara rayonu Kələdəhnə kənd sakini
20. Cahangirov Tural Qələmhüseyn oğlu, Yardımlı rayonu Şıxlar kənd sakini, Pirallahı rayonunda yaşayan kiçik leytenant
21. Mehdizadə Mirpaşa Yaqub oğlu, Bərdə rayon Qayalı kənd sakini
22. Qasımov Sənan, mayor, Samux rayon Lək kənd sakini
23. Məhərrəmov Cavad Sadiq oğlu, Lerik rayonu, Almu kənd sakini
24. Hüseynzadə Mirmusa Vüqar oğlu, MAXE, Lənkəran rayonunun İstisu (Kirov) sakini
25. Məhəmməd İlqar oğlu Xəlilov, İsmayıllı rayonu Basqal qəsəbəsindən olan, Bakı-Biləcəri yaşayan
26. Qasımov Qərib Şahbaz oğlu, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini
27. Yusifli Şəmistan Şükrü oğlu, Masallının Xırmandalı kənd sakini
28. İsmayılov Vüqar, Şabran rayonu Dəvəçikənd sakini
29. İsgəndərov Murad Əliağa oğlu, 19 yaşlı, Qusar rayonu Çiləgir kənd sakini
30. Əliyev Sərxan Rabil oğlu, Neftçala rayon sakini
31. Xankişiyev Elşən Elşad oğlu, Neftçala rayon sakini
32. Röyal Məmmədov, Ağcabədi rayonu Hindarx qəsəbə sakini
33. Soltanov Xəlfəli Böyükağa oğlu, kapitan, Hacıqabul rayonu Qubalıbaloğlan kənd sakini
34. Abbasov Zamin Xəqani oğlu, əslən Qubadlı şəhər sakini, Sumqayıtda yaşayıb
35. Əhmədov Rizvan Niyazi, MAXE, Şəki rayonu Cumakənd sakini, 27 yaş
36. Balabəyli Elcan Vasif oğlu, kapitan, Naxçıvan, Ordubad rayon Bist kəndi
37. Fizuli Məmmədov, baş leytenant, Samux rayon sakini
38. Şəhriyarov Vüsal Təbiyət oğlu, Qobustan rayon Çalov kənd sakini
39. Yusifov Tamerlan, Qəbələ rayon Tüntül kənd sakini
40. Əliyev Cavid Ceyhun oğlu, Mingəçevir şəhər sakini
41. Məmmədov Tural Süleyman oğlu, Naxçıvanın Şahbuz rayon sakini
42. Yusifov Nofəl Yusif oğlu, Ağcabədi rayon Kəbirli kənd sakini
43. Sadıqov Neman Bəhmən oğlu, Salyan rayon Xalac kənd sakini, 27 yaş
44. Rzayev İqbal İlham oğlu, Ağdaş rayon sakini, 2004-cü il təvəllüdlü
45. Ağayev Kənan Vahid oğlu, əslən Ağdərə rayonundan, Oğuz rayon Xalxalqışlaq kəndində məskunlaşıb
46. Niyazi Samir oğlu Məmmədəliyev, Qusar rayon Gedəzeyxur kənd sakini, hərbçi
47. Əliyev Şəhriyar Bəxtiyar oğlu, Astara rayon Şiyəкaran kənd sakini, 1997 təvəllüdlü
48. Ramazan Nurməhəmmədov, Qusar rayon sakini, hərbçi
49. Teymurov Rəsul Yusif oğlu, komando gizir, Biləsuvarın Xırmandalı kənd sakini, 21 yaş
50. Qəhrəmanov Sənan Nəsimi oğlu, Quba rayon Xucbala sakini
51. Əhmədov Vüsal İlqar oğlu, Kürdəmir rayonu Şilyan кənd sakini
52. Sadıqov Ceyhun Niyaməddin oğlu, İmişli rayonu Şahverdili кənd sakini
53. Əzizalıyev Seymur Teyyub oğlu, İmişli şəhərinin Səttar Şirəliyev кüç. sakini
54. Vəliyev Rəşad Rasim oğlu, Leriк rayon Tiкəbənd kənd sakini, DQ hərbçisi
55. Beydiyev Röyal Nəsib oğlu, Oğuz rayon Qarabulaq kənd sakini 18.02.2005-ci il təvəllüdlü
56. Səmədov Xəyyam Murazim oğlu, mayor, Qəbələ rayonu Mirzəbəyli kənd sakini
57. Səfərov Gökhan İlqar oğlu, Ağdam rayonu Papravənd kənd sakini
58. Əli Tağıyev, Şirvan şəhər sakini

59. Cəfərov Oleq Qlıc oğlu, Qusar rayonu İmamqulukənd sakini
60. Şabıyev Seymur Sabir oğlu, Cəlilabad rayon Mirzəli kənd sakini
61. Aqil Əkbərov, Lənkəran rayonu Xolmili kənd sakini
62. Xaçmaz rayon sakini Əlibəyov Əlibəy Mirkərim oğlu
63. Xanəliyev İsmayıl Ziyad oğlu,gizir, Salyan rayon Şəкərli кənd sakini, 24 yaş
64. Lerik rayon Sori кənd sakini, DQ xüsusi təyinatlı hərbçisi Əliyev Zahir Sədyar oğlu
65. Qədirov Amid Qurban oğlu, Xaçmaz rayon Çiləgir kənd sakini

Meydan TV 

13:18, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AİHM Qubad İbadoğlunun şikayətini təmin etdi

by Gozetci 13:13, 21 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Qərara görə, hökumət onun müalicəsini təmin etməli və məhkəməni məlumatlandırmalıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 20-də həbsdə olan azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun iddiasını təmin edən qərar qəbul edib.

Məhkəmə Qubad İbadoğlunun 41-ci qayda üzrə prioritet (öncəlik) hüququnu tanıyıb.

AİHM Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətinin bütün bəndlərini təmin edən qərar verib.

Qərara əsasən, Azərbaycan hökuməti Qubad İbadoğlunun konkret istiqamətlər üzrə xüsusi klinikada müayinə və müalicələrinin aparılmasını həyata keçirməli və bu barədə məhkəməni mütəmadi məlumatlandırmalıdır.

Bu barədə məlumat verən Qubad İbadoğlunun qardaşı Qalib Bayramov deyir ki, həmçinin Avropa Məhkəməsi qərarda Qubad İbadoğlunun işi ilə bağlı 41-ci qaydanın prioritetliyini təsbit edib:

“Bu da o deməkdir ki, qardaşımdan olan şikayətə Avropa Məhkəməsi növbədənkənar qaydada baxacaq. Həmçinin qərarda deyilir ki, Qubad İbadoğlunun işi üzrə 39-cu qaydaya uyğun olaraq baxılıb. Onun xəstəxanaya köçürülməsi ilə bağlı tələbi təmin edilib. Azərbaycan hökuməti qardaşımın müvafiq tibbi müayinələrinin aparılması və adekvat müalicəsinin təşkilini həyata keçirməlidir. Həmçinin Azərbaycan hökuməti tərəfindən Qubad İbadoğlunun müalicəsi və sağlamlıq durumu barədə mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılmalıdır”.

Avropa Məhkəməsi

Beləliklə, məhkəmənin qərarında bildirilir:

“39-cu qaydaya uyğun olaraq Azərbaycan hökuməti hansı tezlikdə müayinələrin keçirilməsini və erkən mərhələdə cərrahi müdaxiləni tələb edən aşağıdakı məsələləri araşdırsın:
I. Aortanın anevrizmanın tipinin müəyyənləşdirilməsi;
II. Müayinələrin hansı tezlikdə aparılması (məsələn, kompüter tomoqrafiyası, ültrasəs müayinəsi və digər müayinələr);
III. Aortanın genişlənməsi faktının müəyyənləşdirilməsi;
IV. Aortanın kökünün hansı sürətlə böyüməsi;
V. Hər hansı digər faktorların mövcudluğu (aortanın mövcud vəziyyəti, yaş, irsi anamnez, xəstəlik tarixçəsi, iltihab və ya genetik əsaslı infeksiyalar və sair).
Bütün bunların təmin olunması üçün Qubad İbadoğlunun xüsusi klinikaya köçürülməsi tələb oluna bilər”.

AİHM tərəflərin diqqətinə çatdırır ki, 39-cu qaydada göstərilən tədbirlərə əməl olunmaması Konvensiyanın 34-cü maddəsinin pozulmasına səbəb olacaq.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə iqtisadçının işində 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürüb.

13:13, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanla bağlı 2 qərarını elan edəcək

by Gozetci 11:32, 21 Sentyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabr ayının 28-də Azərbaycanla bağlı 2 qərarını elan edəcək.

S. Kərimli Azərbaycana qarşı

Bu iş narkotik vasitələrin qeyri-qanuni ticarəti ittihamı ilə mühakimə olunan ərizəçinin milli məhkəmələrdəki icraatlar zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlıdır.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusuna – qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını iddia edir.

A.Quliyev Azərbaycana qarşı

Bu işdə jurnalist olan ərizəçi qanunsuz silah saxlama, dini nifrətin qızışdırılması, ictimai iğtişaşların təşkili, dövlət bayrağına qarşı təhqiramiz hərəkətlər və dövlət rəsmilərinə qarşı zorakılıqda ittiham, ardınca 8 illiyə məhkum edilib. İddiaya görə, hadisələr digərləri ilə yanaşı ərizəçinin Masallı rayonunda keçirilən folklor festivalına etiraz etməsi, bu kontekstdəki digər hərəkətlərindən sonra baş verib.

Ərizəçi iddia edir ki, onun məhkəməsi ədalətli olmayıb – onun məhkum edilməsində əsas rolu oynayan şəxslərlə – zərərçəkmiş şəxslə, habelə, evində silah tapılması ilə yekunlaşmış axtarış zamanı ruhi xəstə olduğu iddia edilən şahidlə üzləşdirilməsinə imkan yaradılmayıb, məhkəmə onun ifadələrini mötəbər qəbul edib.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 6.1 və 6.3-cü maddələrinin pozuntusunu qaldırıb.

Ahimaz.org

11:32, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Rail Abbasov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

by Gozetci 10:49, 21 Sentyabr 2023
written by Gozetci

Rail Abbasov

Sentyabrın 20-də Nəsimi Rayon Məhkəməsi ictimai fəal Rail Abbasovu 4 ay müddətinə həbs edib, hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.

Fəala qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) ittiham irəli sürülüb. Lakin Abbasov özünü təqsirli bilməyib. Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

Hüquq müdafiəçisi Rüfət Səfərov Abbasovun həbsini siyasi sifariş hesab edir. Abbasov İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinə dəstək qrupu yaradıb. O həmçinin həbsdə olan fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsi məsələlərilə məşğul olub. Səfərovun fikrincə, məhz buna görə həbs edilib.

Abbasov həbsindən bir neçə gün öncə Bəxtiyar Hacıyevin azad edilməsi çağırışı ilə dövlət başçısına müraciət hazırlayıb. Sənədi bir sıra tanınmış ictimai xadim imzayıb.

Xatırladaq ki, Rail Abbasov sentyabrın 19-da Rail Abbasov onu dələduzluqda ittiham edən hansısa vətəndaşın şikayəti əsasında Nəsimi rayon polisi tərəfindən saxlanılıb.

Turan 

10:49, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia