Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nurlan Libre ilə bağlı məhkəmə qərarı dəyişməyib

by Gozetci 15:28, 26 Sentyabr 2023
written by Gozetci

Nurlan Qəhrəmanlı (Libre)

Jurnalist həm saxlanılarkən, həm də prokurorluqda döyüldüyünü deyir

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Nurlan Qəhrəmanlının (Libre) haqqında 30 günlük həbs qərarından verilmiş şikayətə baxılıb. Hakim İlqar Murquzovun sədrliyilə keçirilən məhkəmə prosesində jurnalistin özü də iştirak edib.

Onun vəkili Elçin Sadıqov çıxışında deyib ki, Nurlan Qəhrəmanlıya İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə 30 günlük həbs cəzası verilib. O, sosial mediadakı paylaşımlarına görə cəzalandırılıb. Lakin onun paylaşımlarında yayılması qadağan olunan heç bir informasiya yoxdur. Vəkilin sözlərinə görə, Nurlan Qəhrəmanlı müharibə əleyhinə olub və bu istiqamətdə paylaşımlar edib. Bunları da qadağan olunmuş informasiya kimi dəyərləndirmək olmaz.

Jurnalistin həbsini söz və ifadə azadlığının pozulması kimi dəyərləndirən vəkil Nurlan Qəhrəmanlının necə saxlandığını da hakimlərin nəzərinə çatdırıb.

Xatırlatma

Jurnalisti sentyabrın 21-də yaşadığı Sumqayıt şəhərində evdən 4-5 nəfər zorakılıqla aparıb. Onu öncə Sumqayıt Şəhər Polis İdarəsinə, oradan isə Baş Prokurorluğa gətiriblər. Sosial media hesabındakı paylaşımlarına görə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində Nurlan Qəhrəmanlı haqqında protokol tərtib olunandan sonra isə o, Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Hüseyn Səfərov da onun haqqında 30 günlük həbs qərarı verib.

Nurlan Qəhrəmanlı bildirib ki, təkcə evdən aparılanda yox, prokurorluqda da döyülüb. Zorakılıq həbsinin ilk günlərində təcridxanada da davam edib.

Jurnalist və vəkilinin dediklərinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimləri qərarı dəyişməyib. 30 günlük həbs qərarı qüvvədə saxlanıb.

Vəkil Elçin Sadıqov bildirib ki, Apelyasiya məhkəməsinin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Sentyabrın 20-dən bu yana son bir həftə ərzində Azərbaycanda müharibəyə qarşı olan bir çox ictimai fəal həbs olunub.

Meydan TV

15:28, 26 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfərə çatıb

by Gozetci 11:55, 26 Sentyabr 2023
written by Gozetci

Sentyabrın 19-da Qarabağda keçirilən lokal hərbi əməliyyatda Azərbaycan Ordusu xeyli itki verib. Hələlik Müdafiə Nazirliyi həlak olan hərbçilərin sayını açıqlamayıb. Sosial şəbəkələrdə paylaşılan və yaxınları, kənd icra nümayəndəlikləri tərəfindən Meydan TV-yə təsdiqlənmiş həlak olan hərbçilərin sayı 199-dır.

Bu siyahıya bu neçə gündə Qarabağda minaya düşmüş polislərin və avtomobil qəzasında həlak olanların adı daxil edilməyib.

  1. Əliyev Ramil Şakir oğlu, Beyləqan rayonu Dünyamalılar kənd sakini
  2. İsayev İsmayıl Çərkəz oğlu, Masallı rayonu Sığdaş kənd sakini
  3. Mustafayev Hüseyn Əli oğlu, Ucar rayon sakini
  4. Hüseyn Mais oğlu Xanməmmədov, Zaqatala rayonu Qımır kənd sakini, 20 sentyabr 1985 təvəllüdlü
  5. Rüstəmov Vüsal Rüstəm oğlu, Xaçmaz rayon sakini, 11.05.1984 təvəllüdlü, mayor
  6. Canbaxışov Xəyal Xeyri oğlu, Mingəçevir şəhər sakini, hərbçi
  7. Qəhrəmanov Sadiq Sakit oğlu, Salyan rayonu Kərimbəyli kənd sakini, 27 yaşlı MAXE
  8. Əhməd Zamanov Azad oğlu, Şəmkir rayonu Könüllü kənd sakini
  9. Süleymanov Elşad Məhəmməd oğlu, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini
  10. Ağayev Ceyhun Etibar oğlu, Salyan rayonu Şorsulu kənd sakini, 36 yaşlı MAXE
  11. Həmidov Həmid Əlsalman oğlu, Beyləqan rayonu Milabad kənd sakini, kapitan
  12. Abbasov Ruslan Əbülfət oğlu, Mingəçevir şəhər sakini, hərbçi
  13. Mirzəyev Sənan Vüqar oğlu, Masallı şəhər sakini, 2004-cü il təvəllüdlü
  14. Səmədov Elçin Akif oğlu, Şabran rayonu Ağbaş kənd sakini, gizir
  15. Şəmşiyev İlham Şakir oğlu, Qazax rayonu Yuxarı Salahlı kənd sakini, gizir
  16. İbrahimli Elçin Sadiq oğlu, Naxçıvanın Şərur rayon Yengicə kəndi sakini
  17. Tapdıq Bayramov, Quba rayon Qonaqkənd qəsəbəsə sakini, kiçik leytenant
  18. İxtiyar Bayramov, Quba rayonu Dağlıq kənd sakini gizir
  19. Əliyev Səbuhi Tahir oğlu, Quba rayonu Zərdabi qəsəbə sakini
  20. Qiyasov Davud Telman oğlu, Cəlilabad şəhər sakini
  21. Nəcəfli Elxan Şükür oğlu, Ağdam Yusifcanlı sakini, Hövsanda yaşayan mayor
  22. Sumbatzadə Vüsal Barat oğlu, Beyləqan rayonu Milabad kənd sakini, 1994 təvəllüdlü
  23. Abdullayev Asim Cavanşir oğlu, Tovuz rayon Vahidli kənd sakini, MAXE hərbçi
  24. Nəsibov Hüseyn Əfqan oğlu, Goranboy rayon Qızılhacılı (Balakürd kənd) qəsəbə sakini
  25. Əliyev Fərid Tofiq oğlu, Şamaxı şəhər sakini
  26. Həmidli Mikayıl Vüqar oğlu, Masallı şəhərində dəfn edilən, əslən Lənkəranın Girdəni şəhər sakini, leytenant
  27. Qafarov Savalan İsfəndiyar oğlu, Lerik rayon Cəngəmiran kənd sakini, Binədə yaşayan
  28. Bilalov Sərxan İsmət oğlu, Qax şəhər sakini, 21 aprel 1990 təvəllüdlü
  29. Ədilzadə Ədil Rövşən oğlu, Yevlax rayon Varvara kənd sakini
  30. Nəsibov Aqşin Vasif oğlu, Qazax rayon Canallı kənd sakini
  31. Aslanov Sahil Əhliman oğlu, Şabran rayon Dağbilici kənd sakini
  32. Daşdəmirov Sahib Natiq oğlu, əslən gürcüstanlı, Borçalı rayonu Saraçlı kəndi
  33. Quluzadə Nihad Qasım oğlu, Naxçıvan-Ordubadın Unus kəndi
  34. Babazadə Əli Rüstəm oğlu, Astara rayonu Kələdəhnə kənd sakini
  35. Cahangirov Tural Qələmhüseyn oğlu, Yardımlı rayonu Şıxlar kənd sakini, Pirallahı rayonunda yaşayan kiçik leytenant
  36. Kərimov Elnur Adil oğlu, Qaxın Almalı kənd sakini
  37. Məhərrəmov Cavad Sadiq oğlu, Lerik rayonu, Almu kənd sakini
  38. Hüseynzadə Mirmusa Vüqar oğlu, Lənkəran rayonunun İstisu (Kirov) sakini, MAXE
  39. Xəlilov Məhəmməd İlqar oğlu, İsmayıllı rayonu Basqal qəsəbəsindən olan, Bakı-Biləcəri yaşayan
  40. Qasımov Qərib Şahbaz oğlu, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini
  41. Yusifli Şəmistan Şükrü oğlu, Masallının Xırmandalı kənd sakini
  42. İsmayılov Vüqar Qasım oğlu, Şabran rayonu Dəvəçikənd sakini
  43. İsgəndərov Murad Əliağa oğlu, Qusar rayonu Çiləgir kənd sakini, 19 yaşlı əsgər
  44. Əliyev Sərxan Rabil oğlu, Neftçala rayon sakini
  45. Xankişiyev Elşən Elşad oğlu, Neftçala rayon Birinci Mayak kəndi sakini
  46. Röyal Məmmədov Məqsəd oğlu, Ağcabədi rayonu Hindarx qəsəbə sakini
  47. Soltanov Xəlfəli Böyükağa oğlu, Hacıqabul rayonu Qubalıbaloğlan kənd sakini kapitan
  48. Abbasov Zamin Xəqani oğlu, əslən Qubadlı şəhər sakini, Sumqayıtda yaşayan
  49. Əhmədov Rizvan Niyazi, Şəki rayonu Cumakənd sakini 27 yaşlı MAXE
  50. Balabəyli Elcan Vasif oğlu, Naxçıvan, Ordubad rayon Bist kəndi, kapitan
  51. Məmmədov Füzuli Bəhruz oğlu, Samux rayon Qovlar sarı kəndi sakini, baş leytenant
  52. Şəhriyarov Vüsal Təbiyət oğlu, Qobustan rayon Çalov kənd sakini
  53. Yusifov Tamerlan İmran oğlu, Qəbələ rayon Tüntül kənd sakini
  54. Əliyev Cavid Ceyhun oğlu, Mingəçevir şəhər sakini
  55. Məmmədov Tural Süleyman oğlu, Naxçıvanın Şahbuz rayon Mahmudoba kənd sakini
  56. Yusifov Nofəl Yusif oğlu, Ağcabədi rayon Kəbirli kənd sakini
  57. Sadıqov Neman Bəhmən oğlu, Salyan rayon Xalac kənd sakini, 27 yaşlı
  58. Rzayev İqbal İlham oğlu, Ağdaş rayon sakini, 2004 təvəllüd
  59. Ağayev Kənan Vahid oğlu, əslən Tərtərin Çardaqlı kəndindən olan, Oğuzun Xalxalqışlaq kəndində məskunlaşıb
  60. Məmmədəliyev Niyazi Samir oğlu, Qusar rayon Gedəzeyxur kənd sakini, hərbçi
  61. Əliyev Şəhriyar Bəxtiyar oğlu,  Astara rayon Şiyəкaran kənd sakini, 1997 təvəllüdlü
  62. Ramazan Nurməhəmmədov, Qusar rayon sakini, hərbçi
  63. Teymurov Rəsul Yusif oğlu, Biləsuvarın Xırmandalı kənd sakini, 21 yaşlı “Komando” giziri
  64. Qəhrəmanov Sənan Nəsimi oğlu, Quba rayon Xucbala sakini
  65. Əhmədov Vüsal İlqar oğlu, Kürdəmir rayonu Şilyan кənd sakini
  66. Sadıqov Ceyhun Niyaməddin oğlu, İmişli rayonu Şahverdili кənd sakini
  67. Əzizalıyev Seymur Teyyub oğlu, İmişli şəhərinin Səttar Şirəliyev кüç. sakini
  68. Süleymanov Elməddin Rafiq oğlu, Gədəbəy rayon Fərzalı kənd sakini
  69. Beydiyev Röyal Nəsib oğlu, Oğuz rayon Qarabulaq kənd sakini 18.02.2005-ci il təvəllüdlü
  70. Səmədov Xəyyam Murazim oğlu, Qəbələ rayonu Mirzəbəyli kənd sakini, mayor
  71. Səfərov Gökhan İlqar oğlu, Ağdam rayonu Papravənd kənd sakini
  72. Əli Tağıyev Azad oğlu, Şirvan şəhər Məlikqasım kənd sakini
  73. Cəfərov Oleq Qlıc oğlu, Qusar rayonu İmamqulukənd sakini
  74. Şabıyev Seymur Sabir oğlu, Cəlilabad rayon Mirzəli kənd sakini
  75. Aqil Fayəddin oğlu Əkbərov, Lənkəran rayonu Xolmili kənd sakini
  76. Əlibəy Əlibəyov Mirkərim oğlu, Xaçmaz rayon Bostancı кənd sakini
  77. Xanəliyev İsmayıl Zahir oğlu, Salyan rayon Şəкərli кənd sakini, 24 yaşlı gizir
  78. Qardaşov Elsevər, Lənkəran rayonu Sağlaküçə kənd sakini
  79. Qasımov Sənan, Samux rayon Lək kənd sakini mayor
  80. 80.Rəsulov Nurəddin Aкif oğlu, Beyləqan rayonu Mil qəsəbə sakini
  81. Mehdizadə Mirpaşa Yaqub oğlu, Bərdə rayon Həsənqaya kənd sakini
  82. Sahil Babayev Sarbala oğlu, Masallı rayonu Ərəb kənd sakini, 32 yaşlı DQ hərbçisi
  83. Əliyev Zahir Sədi oğlu, Lerik rayon Sori кənd sakini, DQ xüsusi təyinatlı hərbçisi
  84. Qarayev Elmin Rafət oğlu, Ağdam rayon İsmayılbəyli sakini, 15.12.1999 təvəllüdlü
  85. Vəliyev Rəşad Rasim oğlu, Lerik rayon Tiкəbənd kənd sakini, DQ hərbçisi
  86. Qədirov Amid Qurban oğlu, Xaçmaz rayon Çiləgir kənd sakini
  87. Fətizadə Fəti Ağamoğlan oğlu, Beyləqan rayonu Birinci Şahsevən qəsəbə sakini
  88. Sadıqov Samir Cəbrayıl oğlu, Ağstafa rayon Qırılı kənd sakini DQ hərbçisi
  89. Arzullayev Murad Təvəккül oğlu, Abşeron rayonu Xırdalan şəhər sakini, Komando hərbçisi
  90. Əkbərov Şahid Natiq oğlu, Kürdəmir rayon Məhərrəmli kənd sakini
  91. Əhədov Eltac Əjdər oğlu, Masallının Təzə Alvadı- Çaxırlı kənd sakini
  92. Abbasov Mehdi Əmrah oğlu, Masallının Sığıncaq kənd sakini
  93. Əhmədov Elvin Əhməd oğlu, Qazax rayon Qarapapaq kəndi, DQ hərbçisi, 1990 təvəllüdlü
  94. Ağcabəyov Tural Təbriz oğlu, Xaçmaz rayon Manafoba kənd sakini
  95. Məhəmməd Hüseynov Şahəddin oğlu, Lənkəranın Viyən kənd sakini
  96. Xəlilov Yusif Məmmədrza oğlu, Lənkəranın Viravul kənd sakini
  97. Heybətov Sergey Ramin oğlu, Qusar rayon Ukur kənd sakini
  98. Nəbiyev Fərid Kamran oğlu, Qazax rayon sakini, DQ hərbçisi
  99. Hüseynov Ramin Rövşən oğlu, Qazax rayon sakini, DQ hərbçisi
  100. Mehdiyev Süleyman Mənsur oğlu, Ağdaşın Qarağan Şıxlar sakini, DQ hərbçisi
  101. Mirzəyev Cavidan Azər oğlu, Sumqayıt şəhər sakini, Baş-Leytenat
  102. Orucov Dağbəyi Saday oğlu, Kəlbəcər rayon Ağdaban kənd sakini, Gəncədə yaşayan
  103. Məmmədov Samir Aqil oğlu, Ağdam rayonu Mərzili kənd sakini
  104. Əliyev Əliyulla Elman oğlu, Dərbənd azərbaycanlısı, baş leytenant
  105. Məmmədli Elxan Ələkbər oğlu, İsmayıllı rayon Zoğallıq kəndi, leytenant
  106. Xələfov Tapdıq Vidadi oğlu, Xaçmaz rayon Qıraqlı kənd sakini
  107. Mikayılov Ülvi Bəhruz oğlu, Bakının Qobu qəsəbə sakini
  108. Mustafayev Nihad Asəf oğlu, Siyəzən rayon sakini, Sədan kənd sakini
  109. Rəvan Cəfərov Məhəmmədəli oğlu, Tovuz rayon Əlimərdanlı kənd sakini
  110. Mirzəyev Fərid Namiq oğlu, Qax şəhər sakini
  111. Orucov Niftəli Qafar oğlu, Tovuz rayon Əlimərdanlı kənd sakini
  112. Salmanov Elçin Habil oğlu, Kəlbəcər rayonu Çaykənd kənd sakini, Yevlaxda məskunlaşan
  113. Həsənov Kərəm Akif oğlu, Gəncə şəhər sakini 01.01.1996 təvəllüd, Baş leytenant
  114. İsmiyev Zeynal Mustafa oğlu, Bakının Xətai rayon sakini
  115. Rəcəbov Vaqif Yaqub oğlu, Naxçıvan şəhər sakini, DQ hərbçisi
  116. Tanrıverdiyev Amil Elşən oğlu, Ağstafanın Poylu kənd sakini
  117. Həsənov Emral Vüqar oğlu, Quba rayon Səbətlər kənd sakini
  118. Abbaszadə Emin Faiq oğlu, Tərtər rayon Kəngərli Kənd sakini
  119. Məhəmmədhəsənov Qasim Bilal oğlu, Sabirabad rayonu Qaraqaşlı kənd sakini
  120. Səfiyev Allahverdi Səfi oğlu, Ucar rayon sakini, MAXE
  121. İbrahimov Elnur Səxavət oğlu, Tərtər rayon Qaradağlı kəndi sakini
  122. Qasımlı Nicat Elşən oğlu, Tovuz rayonu Dondar Quşçu kənd sakini
  123. Əliyev Orxan, Gəncə şəhəri MAXE
  124. Əliyev Elməddin Dövlət oğlu, Cəlilabad rayon Göytəpə kənd sakini
  125. Ramal Ələkbərov, Gəncə şəhər sakini
  126. Təhməzov Mirəli Mirfəttah oğlu, Cəlilabad rayon sakini, 19 yaşlı
  127. Quliyev Nəcməddin Sadıq oğlu, Cəlilabad rayon sakini
  128. Azər Sulduz oğlu Məmmədov, Biləsuvar rayon sakini, DQ hərbçisi
  129. Hüseynov Rəşad Rəhim oğlu, Şirvan şəhər sakini, Daxili Qoşunların polkovnik-leytenantı
  130. Eyvazov Vüqar Eyvaz oğlu, Naxçıvan, Kəngərli rayon Şahtaxlı kənd sakini, kapitan
  131. Səmədov Camal Vüqar oğlu, Neftçala rayon Xolqarabucaq kənd sakini, 01 iyul 1991 təvəllüd DQ hərbiçisi
  132. Süleymanlı Nail Səfər oğlu, Qax rayonu Qaşqaçay kənd sakini
  133. İdrisov Bəxtiyar İxtiyar oğlu, Şəkinin Aşağı Layıskı kənd sakini, 2004 təvəllüdlü
  134. Zeynallı Rəşid Mədəd oğlu, Biləsuvar rayonu Təzəkənd kənd sakini
  135. Mirzəyev Əlmirzə Ağamirzə oğlu, Şirvan sakini
  136. Elvin Qələndər oğlu Əhmədov, Gəncə şəhər sakini
  137. Cəlilov Devid Rauf oğlu, Xaçmazın Xudat şəhər sakini
  138. Şıxəliyev Ceyhun Oktay oğlu, Xaçmaz şəhər sakini
  139. Əliyev Altun Tağı oğlu, Quba rayon Təngaltı kənd sakini
  140. Cəfərov Xəzər Qalib oğlu, Neftçala rayon sakini
  141. Allahyarlı kənd sakini Məmmədov Ramil Habil oğlu, Masallı rayonu Ərkivan qəsəbə sakini
  142. Qasımov İbrahim Malikəjdər oğlu, Naxçıvan – Culfa rayonu Ərəfsə kəndi şəhid
  143. Eynəliyev Samrad İkram oğlu, Astara rayon Şəmətük kənd sakini, 2004-cü il təvəllüdlü
  144. Mirzəzadə Mirzəli Kamran oğlu, Qax rayonu Cəlayer kənd sakini
  145. Qeybəliyev Elvin Ağalar oğlu, əslən Qərbi Azərbaycandan olan, Mehdiabad qeydiyyatlı, kapitan
  146. Əmirov Tural Mətləb oğlu, Laçın rayon Hacılar kənd sakini
  147. Mustafazadə Vəli Ceyhun oğlu, Ağstafanın Qara Həsənlli кənd sakini, “Komando”nun hərbçisi
  148. Hüseynov Şikar Hüseyn oğlu, Tovuz rayonu Çesməli kənd sakini
  149. Həmidov Şamxal Musa oğlu, Bərdə rayon Ərəblər kənd sakini
  150. Həsənov Amin İlqar oğlu, Göygöl şəhər sakini əsgər
  151. Ağaxanov Osman Qədimağa oğlu, Xaçmaz Rayon Ukur-oba kənd sakini
  152. Qəhrəmanov Əlimərdan Səməd oğlu, Ağcabədi rayonu Şənlik kənd sakini
  153. Elməddin Lətifov Qabil oğlu, Bərdə rayon Xanağalı kənd sakini
  154. Manafov Qiyas Ramil oğlu, əslən Siyəzən rayonundan olan, Bakı sakini
  155. Bayramov Davud Şahin (Şamil) oğlu, Salyan rayon Xalac kənd sakini, Komando briqadasının leytenantı
  156. Bədəlov Oruc Arif oğlu, Gəncə şəhər Böyük bağbanlar sakini, 19 yaşlı
  157. Rəhimov Ramal Sücəddin oğlu, Abşeron rayon Ceyranbatan qəsəbə sakini
  158. Lalayev Ruslan Akif oğlu, Tərtər rayon Səhləbad kənd sakini
  159. Tağıyev Cahangir Qurban oğlu, əslən Kəlbəcərin Babaşlar kəndindən olan, Mingəçevir şəhər sakini
  160. Dünyamalıyev Rüstəm Nəriman oğlu, Şamaxı rayonu Qonagkənd kənd sakini
  161. Mehdiyev Şəhriyar Mübariz oğlu, Kəlbəcər rayon Bəzirxana kənd sakini
  162. İmaməliyev Etibar Hicran oğlu, Hacıqabul rayonu Qarasu kənd sakini
  163. Şamil Həsənzadə Şiraslan oğlu, Beyləqan sakini Kəbirli kənd sakini gizir
  164. Rüstəmli Bəhruz Malik oğlu, Zərdab rayon Gəndəbil kəndindən olan, Beyləqanın Qəhrəmanlı qəsəbə sakini
  165. Əliyev Elvin Gülməmməd oğlu, Tovuz rayon Azablı kənd sakini, kapitan
  166. Sadiqov Samir Sadiqoviç, Suraxanı rayonu Əmircan qəsəbə sakini
  167. Nadirli Elvin Yurik oğlu, Füzuli rayonu Əhmədbəyli kənd sakini
  168. Novruzzadə Huseyn Faiq oğlu, Bakı şəhər Səbail rayon sakini
  169. Axundov Murad Xıdır oğlu, Gəncə şəhər sakini
  170. Fərhad Hüseynov Hüseynağa oğlu, Cəlilabad şəhər sakini
  171. Babaşov Ucal Nərbala oğlu, İmişli rayon Xəlfəli kənd sakini
  172. Qasımzadə İnqilab Fizuli oğlu, Bakının Suraxanı rayon Zığ qəsəbə sakini
  173. Nəzərov Nicat Mübariz oğlu, Lənkəran rayon Narbağı kənd sakini
  174. Hüseynov Məhərrəm Ələşrəf oğlu, Cəlilabad rayonu Fərəcullalı kənd sakini
  175. Cəfərov Elşad Malik oğlu, Füzuli rayon Dövlətyarlı kənd sakini
  176. Dünmalıyev İslam Teymur oğlu, Kürdəmir rayon Muradxan kənd sakini
  177. Yunusov Elton Cavanşir oğlu, Kürdəmir rayon Sovla kənd sakini, Komando əsgəri
  178. Kəlbiyev Əkrəm Faiq oğlu, Biləsuvar rayon Aşağı Cürəli kənd sakini
  179. Əliyev Tuncay Nicat oğlu, Ağcabədi rayon Salmanbeyli kənd sakini
  180. Ərzulla Həsənli, Qaradağ rayonu Qobustan qəsəbə sakini
  181. Alişanov Ağami Mehman oğlu, Xaçmaz rayon Qaradağlı kənd sakini
  182. Ələmmədov Xanbaba Ceyhun oğlu, Xaçmaz rayon Xudat şəhər sakini
  183. Eyyubov Murad Bəxtiyar oğlu, Kürdəmir rayon sakini
  184. Səfərov Cavid Rövşən oğlu, Tərtər rayon Seydimli kənd sakini
  185. Vəlizadə Rəşad Elşən oğlu, Tərtər rayon Evoğlu kənd sakini
  186. Qayıbov Elvin İkram oğlu, Xaçmazın Xuray kənd sakini, 1994 təvəllüdlü
  187. Hüseynzadə Ramazan Həmdulla oğlu, Cəlilabad rayon sakini
  188. Cəfərov Mahir Asif oğlu, Ağcabədi rayonu, Sarvanlar kənd sakini
  189. Əhmədov Vilayət Dilafət oğlu, Ağcabədi rayonu Minəxorlu kənd sakini
  190. Müseyibli İsgəndər Qəmbər oğlu, Ağcabədi rayonu Şənlik kənd sakini
  191. Həsən Həsənov Qulu oğlu, Samuxun Bağbanlar kənd sakini
  192. Əliyev Talıb Elman oğlu, Goranboy rayonu Şadılı sakini
  193. Zülfüqarov Cavid Cavanşir oğlu, Şamaxının Quşçu kənd sakini
  194. Hüseynov Səbuhi Məhbub oğlu, Şamaxı rayon Adnalı kənd sakini
  195. Köklərov Sərxan Eyvaz oğlu, Balakən rayon Tülü kənd sakini
  196. Əhmədov Yusif Ələsgər oğlu, Xocavənd rayon sakini
  197. Məmmədov Samir Məmməd oğlu, Füzuli rayon sakini, 15.06.1988 təvəllüdlü
  198. Əliyev Toğrul İlyas oğlu, Kürdəmir rayon Muğanlı kənd sakini
  199. Abışov Habil Qulam oğlu, Neftçala rayonu Qaçaqkənd (Qazaxbərəsi) kənd sakini

Meydan TV 

11:55, 26 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Emin İbrahimovla bağlı həbs qərarı dəyişmədi

by Gozetci 10:43, 26 Sentyabr 2023
written by Gozetci

Emin İbrahimov

Apellyasiya məhkəməsi şikayəti təmin etməyib

Sentyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış Emin İbrahimov haqqında 30 günlük həbs qərarından verilmiş şikayətə baxılıb. Hakim Anar Tanrıverdiyevin sədrliyilə keçirilən məhkəmə prosesində Emin Tanrıverdiyev özü və vəkili Aqil Layıc iştirak edib.

Onların hər ikisi ittihamla razılaşmadıqlarını apelyasiya məhkəməsinin hakimlərinin nəzərinə çatdırıblar. Bildiriblər ki, Yasamal Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır, Emin İbrahimov qadağan olunmuş heç bir informasiyanı yaymayıb. O, “Facebook” hesabında paylaşdığı statuslarına görə həbs olunub.

Emin İbrahimov bildirib ki, Baş Prokurorluqda onu paylaşımlarına görə “terroru dəstəkləməkdə” ittiham ediblər. Amma o statuslarda terror dəstəkləməkdən söhbət gedə bilməz.

Vəkil məhkəmədə hüquqlarını müdafiə etdiyi şəxsin paylaşımlarını da nümayiş etdirib: “Hanı burada terroru dəstəkləmə?”.

Aqil Layıc vurğulayıb ki, müvəkkilinin paylaşımlarında terrorun dəstəklənməsindən söhbət gedə bilməz. Emin İbrahimov kifayət qədər savadlı, peşəkar, intellektual şəxsdir. O, sosial media hesabında ölkədə və dünyada baş verən hadisələrlə bağlı öz fikirlərini bölüşüb.

Emin İbrahimov deyir ki, sentyabrın 20-də evdə olarkən mənzilin qapısını “Azərsu” əməkdaşları adıyla döyüb, mənzilə hücum ediblər. Məhkəmə qərarı olmadan evdə axtarış aparıblar. Evdən telefonları, kompüteri, video-reqistratoru və s. əşyaları götürüblər. Onun geyinməsinə belə imkan yaratmadan götürüb, Baş Prokurorluğa aparıblar. Bu qurumun Cinayət Təqibindən Kənar İşlər İdarəsində onun haqqında materiallar hazırlanıb, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirmə) maddəsilə o, sentyabrın 20-də Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Rəşad Cavadzadə onun haqqında 30 günlük həbs qərarı çıxarıb.

“Samsung” və “iPhone” markalı telefonların, HP markalı kompüterin, video reqistratorun qaytarılması məsələsi də məhkəmə qərarında öz əksini tapıb. Qaytarılma məsələsi prokurorluğa həvalə olunub. Bu isə həmin əşyaların evdən götürüldüyünü sübut edir. Hansı qanuni əsasla götürüldüyü isə qərardan aydın deyil.

Emin İbrahimov və vəkilinin çıxışlarına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişməyib. Keçmiş diplomat haqqında 30 günlük həbs qərarı qüvvədə qalıb.

Aqil Layıc Meydan TV-yə bildirib ki, apelyasiya məhkəməsinin qərarını əldə edəndən sonra Avropa Məhkəməsinə şikayət veriləcək. Vəkil onu da əlavə edib ki, Emin İbrahimov evdən aparılanda götürülmüş əşyalar hələ də qaytarılmayıb.

Emin İbrahimov Qarabağda baş verən əməliyyatlarda Rusiyanın maraqları çərçivəsində həyata keçirildiyini düşünürdü və “Facebook” hesabındakı son paylaşımlarında bu barədə yazmışdı.

Xatırlatma

Qarabağda əməliyyatlar başlayandan sonra Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı ictimai fəallar həbs olunub. Onlardan bir neçəsinə 30 sutka inzibati həbs cəzası verilib. Bir neçə nəfər haqqında isə cinayət işi başlanıb.

Meydan TV 

10:43, 26 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Daha bir inanclı şəxsə narkotik ittihamı verildi

by Gozetci 09:17, 26 Sentyabr 2023
written by Gozetci

İsfəndiyar Məmmədov

İsfəndiyar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü – İsfəndiyar Məmmədov həbs olunub. Son dövrlərdə həbs olunan yüzlərlə dini inanclı fəal kimi, ona qarşı da narkotik ittihamı irəli sürülüb. Bu barədə Meydan TV-yə hərəkatdan məlumat verilib.

Məlumatda bildirilir ki, İsfəndiyar Məmmədov sentyabrın 23-də günorta saatlarında saxlanılıb. Ardınca onu Sabunçu Rayon Polis İdarəsinə aparıblar.

“Ailəsinə iki günə yaxın onun yeri, niyə saxlanması barədə heç bir məlumat verilməyib. İki gündən sonra ailəyə 14-cü bölmədən deyilib ki, İsfəndiyar Məmmədov Sabunçu Rayon Polis İdarəsindədir. İdarənin İstintaq Şöbəsində onunla bağlı cinayət işi başlanıb”, – Müsəlman Birliyi Hərəkatından bildirilir.

Sabunçu Rayon Məhkəməsinin qərarıyla İsfəndiyar Məmmədov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. İddia olunur ki, o, saxlanılarkən cibindən külli miqdarda narkotik tapılıb.

Lakin yaxınları bu ittihamın yalan olduğunu bildirilir. Onlar hesab edir ki, İsfəndiyar Məmmədov dini inanclı şəxslərə qarşı davam edən repressiyalar çərçivəsində həbs olunub:

“Aylardır ki, bu repressiyalar davam edir. Növbəti hədəf də İsfəndiyar Məmmədov oldu. Onu tanıyanlar yaxşı bilir ki, narkotikdən, pis vərdişlərdən uzaq adamdır”.

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, hazırda təşkilatın 50-dən artıq üzvü həbsdədir.

İnsan haqlarının müdafiəsiylə məşğul olan təşkilatlar təkcə 2023-cü il ərzində ölkədə 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunduğunu bildirir. Həbs olunanlar bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiklərini və işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunanların konkret cinayət əməllərinə görə tutulduqlarını bəyan edib.

Meydan TV 

09:17, 26 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə daha bir medianın reyestrlə bağlı şikayətini rədd etdi

by Gozetci 18:19, 25 Sentyabr 2023
written by Gozetci

Bakı İnzibati Məhkəməsi

Məhkəmə qanunun Konstitusiya və Konvensiyalara uyğun olub-olmadığına baxmayıb

Məhkəmə Media Reyestrinə qeydiyyata alınmayan medialardan  daha birinin – “Gündəm Xəbər” qəzetinin şikayətini rədd edib.

Media hüququ üzrə ekspert Xalid Ağəliyev bildirib ki, qəzet və onun onlayn media resursu reyestrə düşmək üçün müraciət etsə də, tənzimləyici orqan həmin medianın fəaliyyətinin davamlı olmamasını (gündəlik azı 20 kütləvi informasiya yaymaq) əsas göstərərək imtina qərarı qəbul edib.

Həmin qərarın qanuniliyi Bakı İnzibati Məhkəməsində mübahisələndirilib.

Məhkəmə yeni media qanununa istinad edərək şikayəti təmin etməyib.

Deyib ki, qanun 20 xəbər şərti nəzərdə tutubsa, əməl edilməyibsə, deməli, reyestrə qeydiyyatdan imtina qərarı da qanuni olub.

Hüquqçu bildirir ki, əslində çox ağır və anlaşılmaz tələb olsa da, mediaların 20 xəbər problemi yoxdur, əksər medialar qanunda nəzərdə tutulan bu şərtə əməl edir, göstərilən sayda xəbər yayımlayır.

Problem ondadır ki, qanunun həmin xəbərlərin məzmunu ilə bağlı başqa şərtləri də var:

“Göstərilən sayda xəbər medianın özünün olmalı, yaxud özünün deyilsə, başqa medianın informasiyasını abunəlik və ya müqavilə əsasında yaymalıdır. Abunəlik və ya müqavilə olmadıqda başqasının informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini yaya bilər”.

Xalid Ağəliyev deyir ki, “Gündəm Xəbər”in işində də vəziyyət oxşar olub.

20 xəbər tələbi ödənilib, lakin məhkəmə bununla bağlı arqumentləri nəzərə almayıb:

“Məsələn, “Gündəm Xəbər”də jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı çoxsaylı yazıları müəllif yazısı kimi yayılıb. Məhkəmə hesab edib ki, belə yazıların ya 3-də biri yayılmalıdır, ya da müəlliflə müqavilə bağlanmalıdır ki, qanunun tələbləri tam ödənilmiş sayılsın. Bundan başqa, məhkəmə sözügedən qanuni şərtlərin Konstitusiyaya, Azərbaycanın tərəfdar çıxdığı Konvensiyalara uyğun olub-olmaması ilə bağlı şikayətdə qaldırılan mübahisələrin heç birinə münasibət bildirməyib”.

Xalid Ağaliyev. Foto: Meydan TV

Hüquqşünas bildirib ki, burada tək ümid yuxarı instansiyaların belə işlərə daha ədalətli və əhatəli baxmasıdır.

Daha öncə “dogruxeber.az” saytının da oxşar məzmunlu şikayəti eyni məhkəmə tərəfindən rədd edilib.

Ondan öncə, ilin əvvəlində isə Medianın İnkişafı Agentliyi “24saat.org” MMC-ni media reyestrinə daxil etməkdən imtina edib.

İmtina məktubunda buna əsas olaraq, göstərib ki, saytın fəaliyyəti davamlı deyil.

Agentlik hər saytdan onlayn media resursuna hər gün azı 20 özəl xəbər yerləşdirməyi tələb edir.

İddia olunur ki, “24saat.org” saytı bu tələbə cavab vermir.

2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qanun qüvvəyə minib.

Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.

Beynəlxalq təşkilatlar və o cümlədən, Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bunu ifadə azadlığına müdaxilə sayıb.

Meydan TV 

18:19, 25 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞ NK: Media qanunu Avropa Şurası standartları ilə tam uyumlu hala gətirilməlidir

by Gozetci 15:03, 25 Sentyabr 2023
written by Gozetci

Keçən həftə Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1475-ci toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə edilib. 3 gün davam edən toplantının gündəliyinə Azərbaycanla bağlı 10-dan artıq qərarın icra durumu da daxil edilmişdi.

AŞ NK Azərbaycanla bağlı 3 qrupa daxil olan qərarların icrasını incələyib.

Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı jurnalistlərlə əlaqəli qərarlarının icrasına nəzarət edilir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır, defamasiyaya görə azadlqıdan məhrum etmə cəzalarının ləğvini nəzərdə tutur.

Xədicə İsmayılova Qrupu çərçivəsində AİHM-in X.İsmayılovanın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır. Bu qrup işinin icrası çərçivəsində Azərbaycan hökuməti jurnalistlərin effektiv qorunması mexanizmi yaratmalı, jurnalistlərə qarşı yol verilən cinayətlərin araşdırılmasını, ifadə və şəxsi həyata hörmət hüququ ilə bağlı məhkəmə təcrübəsinin inkişaf etdirilməsini təmin etməlidir.

Müzakirə olunan 3-cü qrup işi – Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

AŞ NK müzakirələrin sonunda hər 3 qrupla bağlı qətnamə qəbul edib.

Mahmudov və Ağazadə qrup işi ilə bağlı qətnamədə AŞ NK “səlahiyyətləri nifrət nitqi və ya zorakılığa təşviq halları kimi istisna durumlarda defamasiyaya görə cinayət təqibindən istifadə edilməsi ilə bağlı prokurorluq orqanlarının təcrübəsini təkmilləşdirməyə çağırır, qanunvericiliyin dəyişdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsində yaşanan ciddi gecikmələri böyük əndişə ilə qeyd edir, hakimiyyət orqanlarını çoxdan gözlənilən qanunvericiliyin dəyişdirilməsi prosesini daha da gecikmədən sürətləndirməyə çağırır”.

Sənədin tam mətni

Xədicə İsmayılova Qrupu ilə bağlı qətnamədə “Media haqqında” qanunun dəyişdirilməli olduğu vurğulanır. “Səlahiyyətliləri, “Media haqqında” Qanunu Avropa Şurasının standartları ilə tam uyumlu hala gətirmək üçün nəzərdə tutula biləcək bütün konkret tədbirləri işləyib hazırlamağa çağırır və qüvvədə olan qanunvericiliyin çərçivəsinin jurnalistlərə öz ifadə azadlığı hüquqlarından istifadə etməyə imkanı verən əlverişli mühit yaratmasını təmin etmək məqsədilə həll edilməmiş məsələləri çözməyə qətiyyətlə təşviq edir”, sənəddə vurğulanır.

Sənədin tam mətni

AŞ NK Anar Məmmədli Qrupu ilə bağlı qətnaməsində 7 ərizəçinin məhkumluqlarının ləğvini tələb edib.

Sənədin tam mətni

AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Aihmaz.org

15:03, 25 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda karantin rejimi 2024-cü ilə qədər uzadıldı

by Gozetci 13:10, 25 Sentyabr 2023
written by Gozetci

Foto: Meydan TV

Yanvarın 2-dək ölkədə xüsusi karantın rejimi tətbiq olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-dək uzadılıb.

Baş nazir Əli Əsədovun imzaladığı yeni qərarda belə deyilir.

Həmin qərarda xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadılıb.

Ən son iyunun 23-də Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılmışdı.

Üç ildən artıqdır ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir (2020-ci ilin mart ayında).

Dünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID 19 pandemiyasının bitdiyini elan etsə də, bütün dünya ölkələri karantin rejimindən çıxsa da, Azərbaycanda belə pandemiya ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılsa da, təkcə sərhədlər açılmır.

Ekspertlər bunun altında siyasi məqsədlərin olduğunu dəfələrlə bildiriblər.

Meydan TV 

13:10, 25 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Daha bir ictimai fəal sosial şəbəkədə yazdığına görə cəzalandırılıb

by Gozetci 09:50, 25 Sentyabr 2023
written by Gozetci

Ruslan Vahabov

Ruslan Vahabovun narkotik ittihamı ilə saxlanıldığı deyilir

İctimai fəal Ruslan Vahabovun sentyabrın 22-də saxlanıldığı bildirilir.

Bu barədə Meydan TV-yə yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, Ruslan Vahabov evdən işə getmək məqsədilə çıxdıqdan sonra onunla əlaqə kəsilib.

Bir gün sonra məlum olub ki,  polislər onu saxlayaraq Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparıblar.

Sentyabrın 23-də isə Ruslan Vahabov öncə Nizami Rayon Polis İdarəsinə, oradan da 24-cü Polis Bölməsinə göndərilib.

Daxili İşlər Nazirliyinin “102” qaynar xəttindən ailəsinə bildirilib ki, ictimai fəal narkotik ittihamı ilə saxlanılıb, amma bununla bağlı hələ ki heç bir rəsmi məlumat yayılmayıb.

Ruslan Vahabovun həbsinin onun sosial şəbəkədəki statusları ilə əlaqəli olduğu deyilir.

“O, 4 gün öncə yazmışdı: “İnşallah, səhər “Xankəndi Azərbaycandır” sədaları ilə açılsın”. İki gün öncə isə belə bir status paylaşmışdı: “Sual: nə qazandıq 24 saat 43 dəqiqəyə?  Xankəndində “Bravo” tezliklə tikiləcək, yoxsa yox?”, – yaxınları bildiriblər.

Onlar ictimai fəalın məhz sonuncu paylaşımla bağlı həbs edildiyini düşünürlər.

Yaxınları Meydan TV-yə deyiblər ki, Ruslan Vahabov Bakıda kirayədə yaşayır, fəhlədir.

Onun 2 azyaşlı körpəsi var.

Daxili İşlər Nazirliyindən Ruslan Vahabovun saxlanılmasının səbəbini öyrənmək mümkün olmayıb.

Azərbaycanda nə baş verir?

Son bir həftədə Azərbaycanda 9 siyasi və ictimai fəal həbs olunub.

Onların əksəriyyəti hökumətin Qarabağda apardığı hərbi əməliyyatları sosial şəbəkələrdə tənqid edən paylaşımlarına görə cəzalandırılıblar.

Onların bəziləri isə ümumiyyətlə, müharibəyə etiraz ediblər.

Həbs olunanların bəziləri İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka azadlıqdan məhrum ediliblər.

30 sutka alanlardan biri keçmiş diplomat Emin İbrahimovdur.

O, əvvəlcə Baş Prokurluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsinə gətirilib və sosial media hesabındakı paylaşımlarına görə “terroru dəstəkləməkdə” ittiham edilib.

Daha sonra İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə protokol tərtib ediblər.

30 sutka cəza alan Nemət Abbasov və Əmrah Təhməzov isə həbslərindən bir gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinə çağrılaraq müharibə əleyhinə paylaşımlarına görə xəbərdarlıq almışdılar.

Saxlanılanlar arasında jurnalist Nurlan Libre (Qəhrəmanlı)  də var. O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.

Onun müvəqqəti saxlanma təcridxanasında fiziki zorakılığa məruz qaldığı bildirilir.

Həbs olunan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova qarşı isə cinayət işi açılıb.

Gənc fəal Cinayət Məcəlləsinin 126.1 və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham olunur və barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV 

09:50, 25 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘Nərmin işi’ndə yeni məhkəmə qalmaqalı: ‘Atası bir tərəfdən deyir, savadsızam, o biri tərəfdən də…’

by Gozetci 18:36, 22 Sentyabr 2023
written by Gozetci

İlkin Süleymanov məhkəmədə (Arxiv fotosu)

Tovuz rayonunun Dondar Quşçu kəndində 4 il öncə 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılması məsələsi yeni məhkəmə çəkişməsinin predmetidir. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov 18 il həbs cəzası alsa da, Nərminin atası ona ömürlük cəza verilməsini tələb edir.

Qarşı tərəfsə deyir ki, Şərif Quliyev bu tələblə şikayət vermək üçün qanunda nəzərdə tutulmuş müddəti heç bir üzrlü səbəb olmadan ötürüb. Bu üzdən, onun İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasından ötrü verdiyi apellyasiya şikayətini heç məhkəmə icraata götürüb baxa bilməzdi.

Şikayət gec verildiyindən, onu qəbul edib-etməmək məsələsilə əlaqədar hökm çıxarılan Gəncə Ağır Cinayətlər Məhkəməsində ayrıca məhkəmə iclası keçirilib. Məhkəməyə Nərminin atası da, təqsirləndirilən Süleymanovun vəkili də qatılıblar.

“Ən əsası, bir tərəfdən deyir ki, savadsızam, bilməmişəm. O biri tərəfdən də…”

Şərif Quliyev deyib ki, hüquqi savadı yoxdur, hökmü alandan sonra 20 gün ərzində apellyasiya şikayəti vermək lazım olduğunu bilməyib. Bu səbəbdən gecikmə olub. Amma digər tərəfdən də vaxtında elektron qaydada apellyasiya şikayəti göndərdiyini etiraf edib.

Süleymanovun vəkili Zabil Qəhrəmanov isə bildirib ki, məhkəmədə hökm oxunanda hakim 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyini tərəflərə elan edib və bunu Quliyev də eşidib. Sonradan hökm yazılı şəkildə Quliyevlərə göndərilib və orada da mətnin sonunda bu qeyd var.

“Ən əsası, bir tərəfdən deyir ki, savadsızam, bilməmişəm. O biri tərəfdən də deyir ki, vaxtında onlayn şəkildə apellyasiya şikayəti göndərmişəm…”, – vəkilin sözləridir. Onun fikrincə, Şərif Quliyev yalan danışır. Müdafiəçi vurğulayıb ki, məhkəmə belə qanun pozuntusuyla verilmiş şikayəti qəbul edə bilməz.

Ancaq “Nərmin işi” üzrə hökm çıxarmış hakim Dadaş İmanov Şərif Quliyevin şikayətinin qəbul edilməsinə qərar verib.

Vəkil Zabil Qəhrəmanov bu qərarın özündən də apellyasiya şikayəti verib. Müdafiəçinin sözlərinə görə, Quliyevin dediklərində çoxsaylı ziddiyyətlər var və məhkəmə bunların heç birini nəzərə almadan, araşdırma aparmadan şikayəti qəbul edib.

“Bizə xəbərdarlıq olunmuşdu ki…”

Təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov düşünür ki, baş verənlərin arxasında konkret plan dayanır:

“Bizə xəbərdarlıq olunmuşdu ki, geri çəkilməsəniz, şikayətləri davam etdirsəniz, daha da pis olacaq. Bir müddət əvvəl Şərif Quliyev kənddə yayıb ki, İlkinə ömürlük verdirəcəyik. Gəncə Apellyasiya Məhkəməsində ilk iclas keçirilən gün dedi ki, “şikayət verirəm”. Ondan xeyli əvvəl internet kanallarının birində demişdi bunu. O zaman niyə verməmişdi, müddəti ötürmüşdü? Deməli, arxasında dayananlar nə vaxt göstəriş verib, onda da şikayət eləyib…”.

Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən təqsirləndirilən şəxsin vəkilləri apellyasiya şikayəti verib. Lakin ilkin iclasda zərərçəkmiş tərəf də şikayətçi olduğunu bildirib. Onun şikayəti isə gec verildiyindən, qəbul edilib-edilməməsi məsələsi həllini tapanadək bu işə baxılması təxirə salınıb.

Xatırlatma

2009-cu il doğumlu Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində, əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Ancaq o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini söyləyir.

Baş Prokurorluq İ. Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

AzadlıqRadiosu

18:36, 22 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nərimanov məhkəməsi Qubad İbadoğlunun şikayətini təmin etməyib

by Gozetci 16:48, 22 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Sentyabrın 22-də Nərmanov rayon Məhkəməsində ADR sədri, professor Qubad İbadoğlunun müalicə və müayinəsinin gecikdirilməsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən tibbi sənədlərin gec və yarımçıq təqdim olunması ilə bağlı vəkillərin şikayətinə baxılıb.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın səsinə verdiyi açıqlamasında bildirib ki, hakim şikayəti təmin etməyib:

“Məhkəmə iclası Qubad İbadoğlunun yeni həbs olunduğu günlərdə həm müalicəsi, həm də müayinəsində hüquq pozuntularına yol verilməsi ilə bağlı idi. Qubad bəyin müayinə və analiz sənədləri təqdim edilməyib, bir hissəsi isə gec təqdim edilib. Bununla bağlı biz məhkəməyə müraciət etmişdik ki, bu məsələlərdə səlahiyyətli olan şəxslər cəzalandırılsın”.

Qalib Toğrul müalicə və müayinəsinin gecikdirilməsi, həmçinin tibbi sənədlərin gec və yarımçıq təqdim olunmasını Qubad İbadoğluna qarşı işgəncə faktı kimi qiymətləndirir:

“Əslində biz hesab edirik ki, bunlar Qubad İbadoğluna qarşı verilən işgəncənin bir hissəsi olub”.

Vəkillər Nərimanov rayon məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəklər.

Amerikanın Səsi 

16:48, 22 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia