Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Vaqif Xaçatryanın işi üzrə hazırlıq iclası keçirilib

by Gozetci 13:09, 13 Oktyabr 2023
written by Gozetci

Vaqif Xaçaturyan

Oktyabrın 13-də Bakıda 22 dekabr 1991-ci il tarixində Xocalı rayonunun Meşəli kənd sakinlərinin kütləvi qətlində iştirak etməkdə ittiham olunan Qarabağ ermənisi Vaqif Xaçatryanın işi üzrə hazırlıq iclası keçirilib.

İşə Bakı Hərbi Məhkəməsi Yasamal Rayon Məhkəməsinin binasında Zeynal Ağayevin sədrliyi ilə baxır.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, o, vəkil və tərcüməçi ilə təmin edilib. Xaçatryanın hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edəcək.

Dövlət ittihamını baş prokurorun köməkçisi, ədliyyə generalı Müqəddəs Sultanov və Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru Cövdət Mehrəliyev dəstəkləyir.

Zərərçəkmiş şəxs qismində Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Murad Hüseynov iştirak edir. Bundan başqa, Meşəli kəndindəki hadisələr zamanı öldürülmüş Kərim Hümmətovun oğlu Hüseyn Hümmətov da zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirak edir.

Dövlət ittihamçısı məhkəmədən işin baxılması üçün göndərilməsini və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməməsini xahiş edib. Mahiyyəti üzrə dinləmələr oktyabrın 17-nə təyin edilib.

* Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getməyə çalışarkən “Laçın” nəzarət-buraxılış məntəqəsində saxlanılıb.

Onun barəsində Azərbaycanda 22 dekabr 1991-ci il hadisələri ilə əlaqədar açılmış cinayət işi üzrə axtarış elan olunub. Həmin vaxt bir qrup silahlı erməni Xocalı rayonunun Meşəli kəndinə hücum edib.

Xaçatryan və əlbirləri 25 azərbaycanlını öldürüb, 14 nəfəri yaralayıb, 358 azərbaycanlını qanuni yaşayış yerlərindən qovub.

Xaçatryan Azərbaycan CM-in 103 (soyqırım) və 107-ci (əhalinin deportasiyası və ya zorla köçürülməsi) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Turan 

13:09, 13 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP-nin daha bir üzvü polisə müqavimət ittihamıyla həbs olunub

by Gozetci 10:54, 13 Oktyabr 2023
written by Gozetci

Ramin Əhmədov

 

Əli Kərimli: “Bütün dünya siyasi məhbusları azadlığa buraxmağı tələb edir, İlham Əliyev isə heç nəyə baxmadan repressiya siyasətini davam etdirir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ramin Əhmədov oktyabrın 12-də həbs olunub. Ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib.

Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib.

Partiyadan bildirilib ki, Ramin Əhmədov son dövrlərdə inzibati qaydada həbs olunan dördüncü AXCP fəalıdır.

Partiya sədri Əli Kərimli baş verənləri Azərbaycanda müxalif fəallara qarşı repressiyaların davam etməsi kimi qiymətləndirib.

“Bütün dünya İlham Əliyevdən siyasi məhbusları azad etməyi tələb edir. İlham Əliyev isə heç nəyə baxmadan repressiya siyasətini davam etdirir”, – AXCP sədri son vaxtlar rəhbərlik etdiyi partiyanın dörd fəalının həbs olunmasına belə münasibət bildirib.

Oktyabrın 6-da Suraxanı Rayon Məhkəməsinin qərarıyla AXCP üzvü, eyni zamanda, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olan Kənan Zeynalova 25 sutka həbs cəzası verilmişdi. 1966-cı il təvəllüdlü Kənan Zeynalov da polisə müqavimətdə ittiham olunurdu. İddia edilirdi ki, o, küçədə ünvansız söyüş söyüb, polislər intizama dəvət etsələr də, tabe olmayıb. Lakin AXCP üzvü ittihamı rədd edir, evindən çıxıb çörək almağa getdiyi yerdə mülki geyimli polislər tərəfindən saxlanılıb, polis bölməsinə, oradan da məhkəməyə gətirildiyini bildirirdi.

Meydan TV

10:54, 13 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ADR Partiyası sədrinin və funksionerlərinin dərhal azad edilməsini tələb edir

by Gozetci 18:20, 12 Oktyabr 2023
written by Gozetci

“Son qısa zaman kəsiyində ADR Partiyasının rəhbərliyinə münasibətdə repressiyalar görünməmiş həddə qədər şiddətlənib”.

Bu barədə “Ölkədə repressiyaların şiddətlənməsi ilə bağlı” Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının İdarə Heyətinin bəyanatında deyilir.

“ADR Partiyasının sədri professor Qubad İbadoğluya qarşı qondarma ağır cinayət maddələri ilə şərlənərək və prosessual pozuntular şəraitində haqqında 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib. ADR sədrinin müşaviri və İdarə Heyətinin üzvü Hüseyn Məlik, ADR Xəzər rayon təşkilatının sədri Allahverdi Babayev və Qazax rayon təşkilatının üzvü Vüsal Zeynalov mövqe, fikir və sosial şəbəkələrdəki yazılarına görə qondarma ittihamlarla şərlənərək uzunmüddətli inzibati həhslərə məhkum ediliblər. Hüseyn Məlik son 3 ayda dalbadal ikinci dəfədir ki, şərlənərək və həm də ikinci dəfə yataq şəraitində müalicə aldığı vaxt təkrarən 30 sutka inzibati həbsə məhkum edilib.

Həmçinin digər gerçək müxalif partiyaların üzvlərinin və inanclı insanların da repressiyaya məruz qoyulması halları kütləvi xarakter alıb”, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, ADR Partiyası qəbul etdiyi demokratik prinsiplərə sadiqdir və “hakimiyyətin antikonstitusion fəaliyyətinə loyal münasibətdə olmaq mövqeyində deyil”.

“Hakimiyyətin kütləvi repressiya siyasətini hakimiyyətini itirəcəyi qorxusundan qaynaqlanan cəmiyyətə yönəlik psixoloji dövlət terroru və milli təhlükəsizlik əleyhinə yönəlmiş düşmənçilik siyasəti kimi dəyərləndiririk. Həmçinin bildiririk ki, bu siyasət məqsədyönlü şəkildə xalqa, azadlıqlara və demokratik inkişafa qarşı yönəldilməklə bərabər, siyasi rəqiblərin sıradan çıxarılmasına hesablanmış antikonstitusion fəaliyyətdir”, sənəddə qeyd edilir.

ADR Partiyası hesab edir ki, onun sədrinə, funksionerlərinə və digər azad fikirli insanlara qarşı aparılan “kütləvi repressiya siyasəti cəmiyyətin müqavimətini qırmaq, kütləvi xof yaratmaq məqsədi daşıyır, psixoloji terror əməlidir və milli təhlükəsizliyə, demokratik dövlətçilik prinsiplərinə ölümcül zərbə vuran, Konstitusiyanın tələbləri əleyhinə yönəlmiş bu siyasət dərhal dayandırılmalıdır”.

Sənəddə partiyanın sədri Qubad İbadoğlu və həbsdə olan digər funksionerlərin dərhal azad edilməsi tələb edilir.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə fundamental azadlıqalrın tam bərpa edildiyini, insanların iradələrinə görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı işgəncələrlə bağlı deyiilənləri də qəbul etmir və bu bəyanatların özünümüdafiə məqsədi daşıdığını bildirir.

Bununla yanaşı, 2021-ci ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Amerikanın Səsi 

18:20, 12 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanla bağlı 2 qərarını elan edib

by Gozetci 17:11, 12 Oktyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabr ayının 12-də Azərbaycanla bağlı 2 qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Məmməd QURBANOV və Nadir MƏMMƏDOV Azərbaycana qarşı

Ərizəçilər cənab Məmməd Qurbanov (birinci ərizəçi) və Nadir Məmmədov (ikinci ərizəçi) müvafiq olaraq 1953 və 1980-cı il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır, hadisələrin baş verdiyi vaxt Naxçıvanda yaşayırdılar. Onların Naxçıvanda kiçik biznesləri vardı, 7 dekabr 2012-ci il tarixdə mallarla yüklənmiş avtomobilləri ilə Azərbaycan və Türkiyə arasındakı Sədərək gömrük məntəqəsində saxlanılmışdılar. Ərizəçilərin iddiasına görə, 8 dekabr 2012-ci ildə gömrük əməkdaşları malların idxalı ilə bağlı gömrük rəsmiləşdirilməsini həyata keçirdikləri üçün onlardan rüşvət istəmişdilər. Rüşvət verməkdən imtina edən ərizəçilər, bu barədə mətbuata açıqlama vermişdilər.

Həmin gün bir hüquq müdafiəçisi və bir jurnalistlə birgə gömrük məntəqəsinə gedən ərizəçilər təxminən iyirmi gömrük işçisinin fiziki təzyiqlərinə məruz qalmışdı. Ardınca, ərizəçilər polis tərəfindən tutularaq Sədərək Rayon Polis İdarəsinə aparılmış, orda dekabrın 11-dək işgəncələrə məruz qalmışdılar. İddialarına görə, polis əməkdaşları onları soyundurmuş, soyuq havada çöldə çılpaq saxlanılmışdılar.

Ardınca, ərizəçilərə Sədərək Rayon Prokurorluğunda dövlət məmurlarına qarşı zorakılıq etmə əsası ilə cinayət işi açılmışdı. Barələrində həbs qətimkan tədbiri seçilən ərizəçilərin vəkili onlarla 24 dekabr 2012-ci il tarixdə görüşə bilmişdi. Vəkilin bildirdiyinə görə, ikinci ərizəçinin bədənində pis rəftar əlamətləri qalırdı, vəkil bundan prokurorluğa şikayət etmiş, bu kontekstdəki şikayətləri rədd edilmişdi. Məhkəmələr ərizəçilərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda müraciətlərini də təmin etməmişdi. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü (İşgəncə) və 5-ci (azadlıq və toxunulmazlıq) maddələrinin pozuntusunu iddia edirdilər.

Avropa Məhkəməsi bu işdə hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) (prosedural baxımdan) və 5-ci maddələrinin pozuntusuna qərar verib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi ödəməlidir. Həmçinin, ərizəçilərin hüquqi təmsilçisi Xalid Bağırova 2 min avro hüquqi xidmət əvəzi ödənilməlidir.

Elşad ABDULLAYEV Azərbaycana qarşı

Bu işdə ərizəçi Elşad Abdullayev Azərbaycan vətəndaşıdır, 1954-cü ildə anadan olub və Parisdə yaşayır. Olaylar baş verən zaman ərizəçi Bakıda yerləşən özəl universitetin rəhbəri idi. Onun Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşı Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə evdən çıxmış və bir daha geri qayıtmamışdı. Ərizəçi qardaşından xəbər ala bilmədiyindən 14 oktyabr 2003-cü ildə Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, polis araşdırma başlamaqdan imtina etmişdi. Ərizəçinin polisin müvafiq qərarından verdiyi şikayətdən sonra, Bakı Şəhər Prokurorluğu tərəfindən 14 noyabr 2003-cü il tarixdə M.Abdullayevin itkin düşməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılmışdı. İş materiallarına görə, cinayət işi başlanandan 3 gün sonra ərizəçinin qardaşının avtomobili Bakıda tapılmışdı.

6 yanvar 2005-ci ildə cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilmiş və istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunmuşdu. Ərizəçi davam edən cinayət işinin istintaqı ilə bağlı ona məlumat verilməsi üçün dəfələrlə prokurorluq orqanlarına müraciət etmiş, ancaq hər dəfəsində ona sadəcə, istintaqın nəticələri barədə məlumat veriləcəyi bildirilmişdi.

Ərizəçi iddia edirdi ki, qardaşı yoxa çıxandan sonra o, mütəmadi olaraq hədələnib. Ərizəçi hədələnməsini qardaşının yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə olunan mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanması ilə bağlı müxtəlif milli qurumlara şikayətlər yazması ilə əsaslandırmışdı. Azərbaycandan Fransaya mühacirətə getdikdən sonra, 2012-ci ildə ərizəçinin vəkili prokurorluq orqanlarından istintaqın gedişi barədə məlumat verilməsini, habelə, müvafiq istintaq sənədlərinin surətlərinin təqdim edilməsini xahiş etmiş, prokurorluq Cinayət Prosessual Məcəlləsinə əsaslanaraq, bundan imtina etmişdi. Ərizəçi müstəntiqin həmin qərarından məhkəmələrə şikayətlər etsə də onun şikayətləri rədd olunmuşdu. Ərizəçi AİHM qarşısında Konvensiyanın 2, 3, 6 və 13-cü maddələrinin pozuntusunu mübahisələndirmişdi.

AİHM bu işdə Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin prosedural baxımdan pozulmasına qərar verib. Məhkəmə digər pozuntu iddialarını araşdırmağa lüzum görməyib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, poçt xərcləri əvəzi 70 avro ödəməlidir.

Aihmaz.org 

17:11, 12 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA-nın sessiyası çərçivəsində Azərbaycanda siyasi məhbuslar mövzusunda dinləmələr keçirilib

by Gozetci 10:04, 12 Oktyabr 2023
written by Gozetci

“Qubad İbadoğlunun həbsi və Azərbaycanda siyasi məhbusların vəziyyəti” oktyabrın 11-də Strasburqda Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən “paralel tədbir”in mövzusu olub.

Dinləmələr Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bir sıra assambleya üzvləri ilə birgə təşkilatçılığı ilə keçirilib.

Qubad İbadoğlunun işi barədə məlumat verən İbad Bayramov, atasına qarşı ittihamların uydurma olduğunu, istintaq prosesinə cəlb edilən şahidlərin saxta məlumatlar verdiyini deyib. İbad Bayramov həmçinin atasının səhhətinin sürətlə pisləşdiyini, onun həbsxanada zəruri tibbi yardımı ala bilmədiyini, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı nümayəndələrinin İbadoğlu ilə görüşünə imkan verilmədiyini qeyd edib.

“Saxta ittihamlarla həbs edilən təkcə Qubad İbadoğlu deyil. Azərbaycanda hazırda 200-dən çox siyasi məhbus var. Bu rəqəmlər davamlı olaraq artır və ölkədə bununla bağlı monitorinq aparacaq müstəqil təşkilat yoxdur. Çünki bu təşkilatlar ya ölkəni tərk edib, ya da onların fəaliyyəti qadağan edilib. Hazırda geniş spektri əhatə edən insanlar siyasi baxışlarına görə həbsdədir”, İbad Bayramov vurğulayıb.

Tədbirdə çıxış edənlər vurğulayıb ki, Qubad İbadoğlunun həbsi onun siyasi fəaliyyəti, korrupsiyaya dair araşdırmaları və siyasi hakimiyyətə tənqidi mövqe tutmasından irəli gəlir.

Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin direktoru Gerald Knaus çıxışı zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı Kristof Ştrasserin hazırladığı hesabatdan 10 il keçməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbus problemi, siyasi motivli həbslərin davam etdiyini deyib.

“Avropa Şurasının nizamnaməsi ölkələrin səmimi və effektiv şəkildə əməkdaşlıq etməli olduğunu deyir. Ancaq hələ də siyasi məhbusların uydurma ittihamlarla həbs edildiyini, tənqidi səslərin boğulduğunu görürük. “Media haqqında” yeni qanunla bu məsələlərin Azərbaycanda müzakirəsi daha da çətinləşib. “Siyasi partiyalar” haqqında yeni qanun isə siyasi partiyaların fəaliyyətini mümkünsüz edib. Buna baxmayaraq, çalmalı olan həyacan siqnalı hələ də çalmır”, Gerald Knaus deyib.

AŞPA deputatları Piter Omçiqt, Ceremi Korbin və digər çıxışçılar Avropa Şurası orqanlarını Azərbaycanda siyasi məhbus problemi və ümumilikdə insan hüquqlarının vəziyyəti ilə bağlı daha effektiv addımlar atmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə Qubad İbadoğluna lazımi tibbi yardımı təmin etməyə, onun dərhal azad edilməsi üçün zəruri addımları atmağa çağırılıb.

Bundan əlavə, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı AŞPA-nın yenidən məruzəçi təyin etməsi ilə bağlı zərurətin olduğu vurğulanıb.

Turan

10:04, 12 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP Ədliyyə Nazirliyini reyestrlə bağlı məhkəməyə verib

by Gozetci 18:47, 11 Oktyabr 2023
written by Gozetci

Səbəb kimi qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməməsi göstərilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (“AXCP”) Ədliyyə Nazirliyini məhkəməyə verib.

Səbəb partiyanın sonuncu qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməməsidir.

Məlumatı “Müdafiəçi” Hüquq Mərkəzi yayıb.

Bildirilir ki, oktyarbın 6-da nazirliyə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilib.

Partiya 2023-cü il 24 iyun tarixli AXCP VII qurultayının nəticələrinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasını tələb edir.

Oktyabrın 9-da iddia ərizəsi baxılması üçün Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahovanın icraatına verilib.

İddia ərizəsinə əsasən, nazirlik qurultayın nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan heç birini göstərməyib və qurultay Nizamnamənin tələblərinə uyğun olaraq həyata keçirilib.

Qaldırılan mülki iddianın hüquqi nəticələrin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas təşkil etmir.

İddia ərizəsində Nazirliyin imtinaedici aktının Konstitusiyanın (58-ci maddə – birləşmək hüququ), Avropa İnsan Hüquqları Konvensiyasının (“AİHK”) (11-ci maddə – toplaşmaq və birləşmək azadlığı hüququ və 18-ci maddə – hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət reyestri haqqında” qanunların tələblərinə zidd olduğu qeyd edilir.

AXCP-nin VII (X) qurultayı

AXCP-nin qeyd edilən iddia ərizəsi “Müdafiəçi” Hüquq Mərkəzi və vəkil Fəxrəddin Mehdiyevin birgə əməkdaşlığı ilə hazırlanıb.

2023-cü il iyunun 24-də AXCP VII qurultayını keçirib. Qurultay nəticəsində Partiyanın sədri və Nəzarət Təftiş Komissiyasına üzvlər seçilib, Ali Məclisin yeni tərkibi təsdiq olunub, eləcə də digər qərarlar qəbul edilib.

İyunun 28-də bu faktın dövlət reyestrinə daxil edilməsi üçün qurultayın sənədləri partiyanın səlahiyyətli şəxsi tərəfindən Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə təqdim edilib.

Sentyabrın 1-də Nazirlik AXCP-nin VII qurultayının nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina edib.

Nazirliyin imtina qərarı AXCP üzvlərindən birinin qurultay nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilməsi və həmin qərardadın Ədliyyə Nazirliyinə daxil olması ilə əsaslandırılıb.

AXCP 2023-cü il sentyabrın 9-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Azərbaycanda siyasi partiyalar bu il yanvarın 11-də qüvvəyə minən yeni “Siyasi partiyalar haqqında” Qanuna uyğun təkrar qeydiyyat üçün üzvlərinin siyahılarını Ədliyyə Nazirliyinə göndəriblər.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoymuşdu.

Yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb.

Dövlət qeydiyyatında olan 60-a yaxın partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib.

Həmin müddət iyulun 10-da bitib.

Qanunun qəbulundan sonra hansı partiyalar buraxılıb?

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Ədliyyə Nazirliyi Yeni Azərbaycan, Ağ, Vətəndaş Həmrəyliyi, Milli Dirçəliş Hərəkatı, Milli Cəbhə, Ana Vətən, Haqq Ədalət, Milli İstiqlal, Ümid, Böyük Azərbaycan, Demokrat, Xalq, Vəhdət, Azad Vətən, Klassik Xalq Cəbhəsi, Müasir Müsavat partiyalarını təkrar qeydə alıb.

Meydan TV

18:47, 11 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

ADR Partiyasının üzvü Hüseyn Məlik həbs edilib

by Gozetci 10:15, 11 Oktyabr 2023
written by Gozetci

Hüseyn Məlik

Partiyadan vurğulanıb ki, onun həbsinin əsl səbəbi “Facebook” platformasında yazdıqlarıdır

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Hüseyn Məlik həbs olunub. Oktyabrın 10-da Səbail Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib. Qərara əsasən, ADR üzvü  İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilnib. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

İddia olunur ki, 61 yaşlı Hüseyn Məlik küçədə söyüş söyüb, onu polislər intizama dəvət etsələr də, tabe olmayıb.

Lakin partiyanın sədr müavini Ədalət Yusub deyir ki, bu barədə polis bölməsində hazırlanan protokolda yazılanlar da, sonradan məhkəmə qərarına köçürülənlər də yalandır. Onun sözlərinə görə, Hüseyn Məlik xəstə olub. Buna baxmayaraq, oktyabrın 10-da səhər saat 9 radələrində evindən Səbail rayonu, 41-ci polis bölməsinə aparılıb:

“Adamı xəstə yatağından aparıb, deyirlər ki, “küçədə polisə müqavimət göstərib”. Bir  həftədir  evinin  kandarından çölə  bir addım atmaq  imkanı  olmayan, müalicə alan adam haqqında deyirlər. Biz hansı idarəçilik altında olduğumuzun fərqindəyik”.

Partiyadan vurğulanıb ki, Hüseyn Məlikin həbsinin əsl səbəbi onun “Facebook” platformasında yazdıqlarıdır.

Məlumata görə, Hüseyn Məlik bir müddət öncə ürək əməliyyatı keçirib. O, həmçinin şəkərli diabetdən əziyyət çəkir.

Hüseyn Məlik bundan əvvəl də polisə müqavimət ittihamıyla inzibati qaydada həbs edilib. O zaman da ADR üzvü ittihamın saxta olduğunu bildirmişdi.

ADR-in Qazax rayon təşkilatının üzvü Vüsal Zeynalov da sentyabrın 30-da həbs olunub.

Partiyadan verilən məlumata görə, Vüsal Zeynalov sosial media hesabında Qazaxda həkim çatışmazlığından bəhs edən status paylaşıb, Prezident İlham Əliyevi tənqid edib. Bundan sonra o, Qazax rayon Polis Şöbəsinə çağırılıb, orada onun barəsində protokol tərtib olunub, ardınca məhkəməyə aparılıb. Qazax rayon Məhkəməsində isə onun haqqında 20 günlük inzibati həbs qərarı çıxarılıb.

Sentyabrın 16-da ADR-in Xəzər Rayon Təşkilatını sədri Allahverdi Babayev də həbs olunub. Xəzər rayon Məhkəməsində ona polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib.

ADR sədri, professor Qubad İbadoğlu da 3 aya yaxındır ki, həbsdədir.

Meydan TV

10:15, 11 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanla bağlı 2 qərarını elan edəcək

by Gozetci 10:50, 10 Oktyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 12-də Azərbaycanla bağlı 2 qərarını elan edəcək.

Məmməd QURBANOV və Nadir MƏMMƏDOV Azərbaycana qarşı

Ərizəçilər cənab Məmməd Qurbanov (birinci ərizəçi) və Nadir Məmmədov (ikinci ərizəçi) müvafiq olaraq 1953 və 1980-cı il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır və mmaddi zamanda Naxçıvanda yaşayırlar.

Ərizəçilərin Naxçıvanda kiçik biznesi olub. Onlar 7 dekabr 2012-ci il tarixdə mallarla yüklənmiş avtomobilləri ilə Azərbaycan və Türkiyə arasındakı Sədərək gömrük məntəqəsinə gəliblər. Ərizəçilərin iddiasına görə, 8 dekabr 2012-ci ildə gömrük əməkdaşları malların idxalı ilə bağlı gömrük rəsmiləşdirilməsini həyata keçirdikləri üçün onlardan rüşvət istəyiblər. Onlar rüşvət verməkdən imtina edərək, bu barədə mətbuata açıqlama veriblər.

Ərizəçilər həmin gün bir hüquq müdafiəçisi və bir jurnalistlə birgə gömrük məntəqəsinə gediblər. Gömrük məntəqəsinə gəldikdən sonra təxminən iyirmi gömrük işçisi ərizəçilərə fiziki təzyiq göstərərək onları döyməyə başlayıb. Ardınca, ərizəçilər polis tərəfindən tutularaq Sədərək Rayon Polis İdarəsinə aparılıblar. Onlar orda dekabrın 11-dək işgəncələrə məruz qalıblar. İddialarına görə, polis əməkdaşları onları soyundurublar, soyuq havada çöldə çılpaq saxlanılıblar. İkinci ərizəçi işgəncələrə görə üç dəfə huşunu itirib, polislər bir neçə dəfə təcili yardım çağırmalı olublar. Ərizəçidən həmçinin, zorla başqalarının əleyhinə ifadələr alınıb.

Paralel olaraq, ərizəçilərə Sədərək Rayon Prokurorluğunda dövlət məmurlarına qarşı zorakılıq etmə əsası ilə cinayət işi açılıb. Hər iki ərizəçi haqqında həbs qətimkan tədbiri seçilib. Ərizəçilərin vəkili onlarla 24 dekabr 2012-ci il tarixdə görüşə bilib. Vəkilin bildirdiyinə görə, ikinci ərizəçinin bədənində pis rəftar əlamətləri qalırdı, gvəkil bundan prokurorluğa şikayət edib. Məhkəmə həmin şikayəti rədd edib. Məhkəmələr ərizəçilərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda müraciətlərini də təmin etməyib.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü (İşgəncə) və 5-ci (azadlıq və toxunulmazlıq) maddələrinin pozuntusunu iddia edirlər.

Elşad ABDULLAYEV Azərbaycana qarşı

Ərizəçi Elşad Abdullayev Azərbaycan vətəndaşıdır, 1954-cü ildə anadan olub və Parisdə yaşayır.

Olaylar baş verən zaman ərizəçi Bakıda yerləşən özəl universitetin rəhbəri idi. Onun Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşı Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə evdən çıxıb və bir daha geri qayıtmayıb. Ərizəçi qardaşından xəbər ala bilmədiyindən 14 oktyabr 2003-cü ildə Yasamal rayon Polis İdarəsinə müraciət edib. Polis araşdırma başlamaqdan imtina edib. Ərizəçinin polisin müvafiq qərarından verdiyi şikayətdən sonra, 14 noyabr 2003-cü il tarixdə M.Abdullayevin itkin düşməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. İş materiallarına görə, cinayət işi başlanandan 3 gün sonra ərizəçinin qardaşının avtomobili Bakıda tapılıb.

6 yanvar 2005-ci ildə cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib və istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunub. Ərizəçi davam edən cinayət işinin istintaqı ilə bağlı ona məlumat verilməsi üçün dəfələrlə prokurorluq orqanlarına müraciət edib, ancaq hər dəfəsində istintaqın nəticələri barədə ona məlumat veriləcəyi bildirilib.

Ərizəçi iddia edib ki, qardaşı yoxa çıxandan sonra o, mütəmadi olaraq hədələnib. Ərizəçi hədələnməsini qardaşının yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə olunan mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanması ilə bağlı müxtəlif milli qurumlara şikayətlər yazması ilə əsaslandırıb.

Ərizəçi daha sonra Azərbaycandan Fransaya mühacirətə gedib. 2012-ci ildə ərizəçinin vəkili prokurorluq orqanlarından istintaqın gedişi barədə məlumat verilməsini, habelə, müvafiq istintaq sənədlərinin surətlərinin təqdim edilməsini xahiş edib. Prokurorluq Cinayət Prosessual Məcəlləsinə əsaslanaraq, bundan imtina edib.

Ərizəçi müstəntiqin qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət verib, xahiş edib ki, müstəntiqin üzərinə müvafiq sənədlərin ona təqdim edilməsi vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmə rədd qərarı qəbul edib, yuxarı məhkəmələr də həmin qərarı dəyişməyib.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 2, 3, 6 və 13-cü maddələrinin pozuntusunu qaldırıb.

Aihmaz.org

10:50, 10 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun şikayətini təmin etməyib

by Gozetci 16:41, 09 Oktyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi həbsdə olan müxalifətçi Qubad İbadoğlunun İstintaq Təcridxanasında səmərəli tibbi yardım göstərilməməsi haqqında şikayətini təmin etməyib.

Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, İbadoğluna heç bir tibbi yardım göstərilmir, hətta arterial təzyiqi də ölçülmür. O, iki dəfə natamam müayinə edilib, nəticələr isə gecikmə ilə verilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin təlimatına baxmayaraq, İbadoğlunun ürəyinin kompüter tomoqrafiyası çəkilmir.

Son iki həftədə İbadoğlu kürəyində ağrılardan şikayət edib və yalnız şənbə günü onun yanına həkim göndərilib. Maqnit-rezonans tomoqrafiyasına (MRT) ehtiyac olmasına baxmayaraq, İbadoğlunu müayinə edən həkim belə bir tibbi göstəriş verməyib, deyə vəkil bildirib.

Müxalifətçinin qardaşı Qalib Bayramov deyib ki, İbadoğlunun səhhəti pisləşməyə başladığı zaman ailəsi Gürcüstandan həkim dəvət etməyi təklif edib, bu müraciətə cavab verilməyib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib.

Avqustun 25-də ona qarşı daha bir ittiham – “dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması” ittihamı irəli sürülüb.

Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti İbadoğlunun təqibi ilə əlaqədar Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Turan

16:41, 09 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb

by Gozetci 20:00, 06 Oktyabr 2023
written by Gozetci

Bəxtiyar Hacıyev

Həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyev oktyabrın 2-dən həbs-qətimkan tədbirinin qanunsuz uzadılmasına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Sadıqovun sözlərinə görə, Hacıyev özünü yaxşı hiss etmir.

“Artıq 5 gündür aclıq edən Bəxtiyar dedi ki, bu günlər ərzində həkim ona cəmi iki dəfə baş çəkib. Hacıyev məhkəmədə bildirdi ki, həbsinin uzadılması ilə bağlı baş prokurorun qərarı ləğv edilənədək aclığı davam etdirəcək”, o qedy edib.

Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə vəkillərin birinci instansiya məhkəməsinin Bəxtiyar Hacıyevin həbsinin uzadılması barədə qərarının qanunvericiliyə zidd olması ilə bağlı şikayətini təmin etməyib.

Vəkil bildirib ki, fəal onu 1 saylı Bakı İstintaq Təcridxanasından zorla məhkəməyə gətirdiklərini deyib.

“Çeçələ barmağında və qollarında qançırlar var. Bəxtiyarın sözlərinə görə, bu izlər onu zorla məhkəməməyə gətirilərkən əmələ gəlib. O, qabaqcadan məhkəmədə iştirak etməyəcəyi ilə bağlı ərizə yazıb. Buna baxmayaraq, zorla məhkəməyə gətiriblər”, vəkil Hacıyevə istinadən deyib.

Oktyabrın 2-də Bakının Xətai rayon Məhkəməsi növbəti dəfə istintaq orqanının təqdimatı əsasında Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, müdafiəçilərin apellyasiya şikayəti əsaslıdır.

“Siyasi məhbus Bəxtiyar Hacıyevin sonuncu məhkəməsinə qədər də mövqeyim belə idi ki, bu, ibtidai istintaqın son müddətdir, çünki “Cinayət Prosessual Məcəllə”nin tələbləri imkan vermir. Daha konkret şəkildə izah edim. Bilirik ki, Bəxtiyar Hacıyev əvvəl az ağır, sonra isə ağır cinayətdə ittiham edilib. “Cinayət Prosessual Məcəllə”nin 218.10.3-cü maddəsinə əsasən ağır cinayətin törədilməsində ittiham üzrə ibtidai istintaq hər bir halda 13 aydan çox olmayan müddətdə qurtarmalıdır. Bu müddət 28 oktyabr 2023-cü ildə bitir. Bəxtiyar Hacıyevin işi üzrə Baş prokuror istintaq müddətinin 16 ayadək uzadılması, yəni 28 yanvar 2024-cü ilədək uzadılması barədə təqdimat təqdim edib, Xətai Rayon Məhkəməsi də bunu təmin edib. Heç şübhəsiz ki, bu, absurddur. Bundan başqa, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti 13 aydır. Bilirik ki, Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixdə həbs edilib. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyi tam istisna etdiyi halda Hacıyev ən azı növbəti ilin yanvarınadək həbsdə qalacaq. Beləliklə, həm ibtidai istintaqın, həm də həbsin son müddətini müqayisə edib, bu nəticəyə gəlirik ki, Bəxtiyar Hacıyev təqsirləndirilən şəxsdən daha çox siyasi girovdur. Apellyasiya instansiyasının şikayəti təmin etməməsi siyasi iradəyə bağlıdır”, hüquq müdafiəçisi qeyd edib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir”, vəkil bildirib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi 

20:00, 06 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia