Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP fəalı Orxan Baxış 20 gün müddətinə həbs edilib

by Gozetci 16:30, 17 Oktyabr 2023
written by Gozetci

Orxan Baxışlı

Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışı 20 sutka inzibati həbsə məhkum edib. Orxan Baxışlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Bu barədə Məhkəmə Hüquq Şurasının elektron məhkəmə saytında məlumat yayılıb.

AXCP-nin məlumataına görə, AXCP Gənclər Komitəsinin məclis üzvü Orxan Baxış oktyabrın 16-da Bakının Xətai rayonu ərazisində mülki şəxslər tərəfindən saxlanılıb.

AXCP sədri Əli Kərimli facebook səhifəsində belə yazıb:

“Gənc və mübariz cəbhəçi Orxan Baxışı da şərləyib, 20 sutka müddətinə inzibati qaydada həbs etdilər. Keçmiş siyasi məhbus Orxan bəy son bir neçə gündə həbs edilmiş 5-ci AXCP fəalıdır. Rejimin xalqla mübarizəsi dayanmır. Çox təəssüf ki, hakimiyyət ölkəmizlə işğal edilmiş ərazi kimi davranır. Orxan bəyə və bütün siyasi məhbuslara azadlıq!”.

Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı xəbərlərə hələ münasibət bildirməyib.

Turan

16:30, 17 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vaqif Xaçatryan Meşəli kənd sakinlərinin kütləvi qətlində təqsirini inkar edir

by Gozetci 13:40, 17 Oktyabr 2023
written by Gozetci

Vaqif Xaçatryan

Bu gün Bakı Hərbi Məhkəməsində 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndinin sakinlərinin kütləvi qətlində ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə mahiyyəti üzrə dinləmələr başlayıb.

İclasın əvvəlində onun vəkili dəyişdirilib, belə ki, Natiq Bəybalayev müalicə üçün xaricə getməli olduğunu bildirib. Onun yerinə Radmilla Abdulova vəkil təyin edilib. Müttəhim vəkilin dəyişdirilməsinə etiraz etməyib.

Daha sonra ittiham aktı oxunub. Prokuror həmçinin Meşəli kənd sakinlərinə qarşı cinayətlərin törədilməsində ittiham olunan 30-a yaxın digər şəxsin adlarını açıqlayıb.

Xaçatryan irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. O, “azərbaycanlılara qarşı heç bir cinayətdə” iştirak etmədiyini iddia edir. Müttəhimin sözləri zalda qəzəb doğurub. İş üzrə 59 zərərçəkmiş keçir.

Xatırlatma

Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getmək istəyərkən “Laçın” sərhəd-buxarılış məntəqəsində saxlanılıb. Onun barəsində Azərbaycanda 1991-ci il 22 dekabr hadisələri ilə bağlı açılmış cinayət işi üzrə axtarış elan olunub. Həmin vaxt bir qrup silahlı erməni Xocalı rayonunun Meşəli kəndinə hücum edib.

Xaçatryan və onun silahdaşları 25 azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 azərbaycanlını qanuni yaşayış yerlərindən sürgün edib.

Xaçatryan Azərbaycan CM-in 103 (soyqırım) və 107-ci (deportasiya və ya əhalinin zorla köçürülməsi) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Turan 

13:40, 17 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Freedom Now” Azərbaycanda ictimai fəallara qarşı təqibləri pisləyir

by Gozetci 10:57, 17 Oktyabr 2023
written by Gozetci

“Freedom Now” beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda müharibə əleyhdarı olan fəallara qarşı təqibləri və həbsləri pisləyib, Azərbaycan hakimiyyətini əsas insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

Azərbaycanda hökumət tənqidçilərinin siyasi motivli ittihamlarla həbs edilməsinin “uzun tarixi” olduğunu qeyd edən “Freedom Now”, yeni həbslərin narahatedici tendensiyadan xəbər verdiyini və vətəndaş cəmiyyətinə qarşı daha geniş repressiyaların başlanğıcı ola biləcəyinə dair narahatlıq ifadə edib.

“Freedom Now” Azərbaycan hakimiyyətini müharibə əleyhdarı fəalların siyasi motivli təqibini dayandırmağa, fərqli fikir və söz azadlığını faktiki olaraq kriminallaşdıran qanunları ləğv etməyə, məhkum olunmuşların məhkumluqlarını ləğv etməyə və bütün vətəndaşların beynəlxalq hüquqda təsbit olunmuş əsas hüquqlarını təhlükəsiz şəkildə həyata keçirə bilməsini təmin etməyə çağırır”, bəyanatda qeyd edilib.

“Freedom Now” həmçinin beynəlxalq təşkilatları Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına, habelə Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktdan irəli gələn öhdəliklərinə əməl etməsini təmin etməyə çağırır.

Azərbaycanın 19 sentyabr tarixində Qarabağda hərbi əməliyyatlar başlatmasına sosial şəbəkələrdə etirazını bildirən ictimai fəallar Nemət Abbasov, Əmrah Təhməzov, Emin İbrahimov və Nurlan Qəhrəmanlı 20-21 sentyabr tarixlərində 30 sutkalıq inzibati həbs cəzasına məhkum ediliblər. Fəallara qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham irəli sürülsə də, onlar özlərini təqsirli bilməyib və həbslərini müharibə əleyhinə səsləndirdikləri fikirlərə görə olduğunu qeyd ediblər.

Digər tərəfdən, ötən ay əmək hüquqlarının müdafiəsi ilə məşğul olan fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülərək haqqında həbs qətimkan tədbiri seçilib. Afiəddin Məmmədov ittihamların saxta olduğunu və həbsinin onun ictimai fəaliyyəti ilə əlaqəli olduğunu deyib. Fəal sözügedən ittiham üzrə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Azərbaycanda işçi istismarına qarşı mübarizə və əmək hüquqlarının müdafiəsi üçün yaradılan İşçi Masası Həmkarlar Konfederasiyasının digər iki üzvü Elvin Mustafayev və Ayxan İsrafilov isə bu ilin avqust ayında narkotik ittihamı ilə saxlanılıb.

Amerikanın Səsi

10:57, 17 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunu Mərkəzi Klinik Xəstəxanada müayinə ediblər, ancaq nəticələri verməyiblər

by Gozetci 17:53, 16 Oktyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

 

Demokratiya və Rifah Partiyasının sədri,  həbsdə olan  Qubad İbadoğlu oktyabrın 13-də Mərkəzi Klinik Xəstəxanada kompüter tomoqrafiyası və maqnit- rezonans tomoqrafiyasından keçib. Bu barədə Turan-a onun qardaşı Qalib Bayramov bildirib.

Hələ oktyabrın 11-də Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəhbərliyi bu müayinələrin aparılmasına gərək olmadığını bildirmişdi.

Bayramov deyib ki, müayinədən dərhal sonra İbadoğlunu İstintaq Təcridxanasına qaytarıblar, ona və ailə üzvlərinə müayinənin nəticələrini verməyiblər.

Onun sözlərinə görə, İbadoğlunun vəziyyəti ağır olaraq qalır, qan şəkərinin səviyyəsi normadan 2-3 dəfə çoxdur. Siyasətçiyə insulin qəbulu təyin edilib. Həkimlər deyirlər ki, şəkərin yüksək səviyyəsi siyasətçinin görmə qabiliyyətinə və böyrəklərinə mənfi təsir göstərib. Ancaq bununla bağlı müayinə aparılmayıb, İbadoğlunun qardaşı qeyd edib.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycana səfərinə toxunan Bayramov ümidvar olduğunu bildirib ki, rəsmi şəxslərlə görüşlərdə İbadoğlunun və digər siyasi məhbusların məsələsi qaldırılacaq.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi var.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa parlamenti Qubad İbadoğlunun təqib edilməsinə görə Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Turan 

17:53, 16 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

ADR Partiyası fəalının apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 17:24, 16 Oktyabr 2023
written by Gozetci

Hüseyn Məlik

 

Oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Ziya Şirinovun sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının fəalı Hüseyn Məlikin inzibati qaydada həbsi barədə Səbail rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, Hüseyn Məlik məhkəmədə özünü günahkar saymadığını və həbsinin siyasi sifariş olduğnu deyib.

“Məhkəmə müdafiə tərəfinin çoxsaylı vəsatətlərinin heç birini təmin etmədi”, o qeyd edib.

ADR Partiyasının məlumatına görə, Hüseyn Məlik oktyabrın 10-da günorta saatlarında saxlanılıb.

“Hüseyn Məliki 41-ci polis bölməsinə aparıblar. Buna səbəb güya onun Tofiq Yaqublunun postuna yazdığı şərh olub. Daha sonra onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 sutka müddətinə həbs ediblər. Qərarı Səbail Rayon Məhkəməsi çıxarıb”, məlumatda bildirilir.

ADR Partiyası bildirir ki, Hüseyn Məlikin səhhətində ciddi problemlər var.

“O, ağır ürək əməliyyatı keçirib, şəkərli diabetdən əziyyət çəkir”, məlumatda deyilir.

Partiya fəalın həbsini “siyasi sifariş” kimi qiymətləndirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Son bir ayda ADR Partiyasının azı 3 fəalı inzibati qaydada həbs edilib. Fəalların həbsi tənqidi çıxışları və ya sosial şəbəkələrdə tənqidi statuslarından sonraya təsadüf edir.

ADP Partiyasının sədri Qubad İbadoğlu isə iyulun 24-də həbs edilib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Qubad İbadoğlu ittihamı qəbul etmir və həbsini siyasi sifariş hesab edir.

Amerikanın Səsi

17:24, 16 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya məhkəməsi Afiəddin Məmmədovu həbsdə saxlayıb

by Gozetci 17:00, 16 Oktyabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

Oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün verilən şikayətə baxılıb.

Sentyabrın 21-də Xətai Rayon Məhkəməsi Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçib. Gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, hakim apellyasiya şikayətini təmin etməyib:

“Məhkəmədə də sadaladım, Afiəddin özü də çıxış etdi. Amma, çox təəssüf ki, məhkəmə bizim vəsatətimizi təmin etmədi və Afiəddin hələ də həbsdə qalmağa davam edəcək. Səhhətində bir problem yoxdur, özünü yaxşı hiss edir. Sadəcə o bildirdi ki, işləri çoxdur, lakin həbsdə olduğu üçün bu işlərlə məşğul ola bilmir. Bununla bağlı narahatlığını ifadə etdi”.

Xatırlatma

Afiəddin Məmmədov bir nəfərə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir və bu ittihamın saxta olduğunu deyir. Afiəddin Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşçilərin hüquqlarının müdafiəsilə məşğul olan gənc fəal bundan əvvəl dəfələrlə inzibati qaydada həbs olunub. O, sonuncu dəfə avqustun 1-də həbs olunmuşdu. Bu dəfə ona 30 sutka həbs cəzası verilmişdi.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub. İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Amerikanın Səsi 

17:00, 16 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkumların internet saytlarına girişinə icazə verilməsi ilə bağlı hüquqi müstəvidə strateji işə başlanılıb

by Gozetci 16:38, 16 Oktyabr 2023
written by Gozetci

Məhkumların məlumat əldə etmək hüququnun genişləndirilməsi və internet saytlarına girişə icazənin verilməsi ilə bağlı hüquqi müstəvidə strateji işə başlanılıb. Bu işi bir qrup hüquqşünas həyata keçirəcək.

Hüquqşünas qrupunun yaydığı məlumatda deyilir:

Məlumat üçün bildirək ki, Azərbaycan qanunvericiliyində məhkumların cəzaçəkmə müəssisələrində internet informasiya ehtiyatlarından istifadə etmək imkanları nəzərdə tutulmur. “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 42.6-cı bəndinin 38 nömrəli əlavəsinə uyğun olaraq mobil telefon, komputer və internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir.

Avropa İnsan hüquqları Məhkəməsinin təcrübəsinə görə, bu, məhkumların Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozur.  Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

Daxili qanunvericilikdə məhkumların internetə çıxış imkanları nəzərdə tutulmasa da, internet informasiya ehtiyatlarından istifadə etməklə iddiaçı məlumatlar əldə edə bilər. Ona bu imkanın yaradılmaması məlumat almaq hüququnu pozulması sayılır. Belə ki, vebsaytlara çıxışının təmin edilməməsi onun informasiya əldə etmək azadlığına əsassız müdaxilə təşkil etməklə Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığının pozuntusudur.

Daxili İntizam qaydalarının 59.5-ci bəndinə görə, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumlar üçün müvafiq avadanlıqlarla təchiz edilmiş kompüter otaqları təşkil olunur. Məhkumlarla tərbiyə işinin aparılmasında kompüterlərdən istifadə zamanı onların internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilir. Hər həftə üçün məhkumların kompüter otağından istifadə proqramı tərbiyə işinin təşkili xidməti tərəfindən müəyyən edilir. Eyni zamanda, müəssisənin müdiriyyəti tərəfindən məhkumlar üçün kompüter kursları təşkil edilə bilər. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara kompüter otaqlarından istifadəyə icazə verilmir.

Məhkumların məlumat əldə etmək hüququnun məhdudlaşdırılması və internet saytlarına girişə icazənin verilməsi ilə bağlı hüquqi müstəvidə strateji işə başlanılıb. Belə ki, bir qrup hüquqşünas məhkumların internet saytlarına girişinin təmin edilməsi üçün hüquqi yolların tapılması üçün təşəbbüslər həyata keçirməyə başlayıblar. Bununla bağlı dövlət qurumlarına və məhkəmələrə müraciət edilməsi nəzərdə tutulur.

 

 

 

16:38, 16 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Emin Axundov həbs olunub

by Gozetci 10:22, 16 Oktyabr 2023
written by Gozetci

Emin Axundov

Emin Axundov da söyüş söyməkdə ittiham edilir

Daha bir ictimai fəal polisə müqavimət ittihamıyla həbs olunub. Emin Axundova İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 1 ay inzibati həbs cəzası verilib.

Onun haqqında bu qərarı Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev çıxarıb.

İddia olunur ki, Emin Axundov küçədə söyüş söyüb, polis onu sakitləşdirməyə çalışıb. Lakin o, əksinə, bundan əsəbiləşib, polisin özünü təhqir edib. Bu səbəbdən Binəqədi rayonu, 5-ci polis bölməsinə gətirilib. Orada haqqında inzibati xəta protokolu tərtib edilib. Ardınca Binəqədi Rayon Məhkəməsinə gətirilib.

1988-ci il təvəllüdlü Emin Axundov sosial şəbəkələrdəki paylaşımlarında hökumətin siyasətini tənqid edirdi.

Son bir ay ərzində Azərbaycanda 20-yə yaxın ictimai-siyasi fəal həbs olunub. Onların bəziləri haqqında cinayət işi başlanıb. Bir çoxuna polisə müqavimət ittihamıyla inzibati həbs cəzası verilib.

Həbs olunan fəallar özlərini təqsirli bilmir, şərləndiklərini bildirirlər.

Meydan TV 

10:22, 16 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müdafiə Komitəsi Qubad İbadoğlunun həbsdən azad edilməsini tələb edib

by Gozetci 10:00, 15 Oktyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Oktyabrın 14-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun hüquqlarını ictimai müdafiə komitəsii onun dərhal həbsdən azad edilməsini tələb edib.

Bu günki mətbuat konfransında ictimai müdafiə komitəsinin sədri Cəmil Həsənli çıxışında Qubad İbadoğlunun həbsinin siyasi sifariş olduğunu deyib.

O qeyd edib ki, partiya sədrinin həbsdən azad edilməsi üçün beynəlxalq reaksiyalar olduqca vacibdir.

“Akademik və siyasi dairələr Qubad bəyin müdafiəsi ilə bağlı çağırışlar ediblər. Amerika konqresinin üzvləri, Senatın üzvləri, Dövlət Departamenti, Britaniya Xarici İşlər Nazirliyi, Avropa Birliyi, Avropa Şurası, BMT və digər beynəlxalq qurumlar Qubad bəyin qanuna zidd olaraq, saxta itttihamlarla həbs edilməsi barədə açıqlamalar veriblər, onun dərhal həbsdən azad olunmasıyla bağlı çağırışlar ediblər”, o qeyd edib.

Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov bildirib ki, Qubad İbadoğlunun işi ilə bağlı bu günədək 20-ə yaxın məhkəmə iclası keçirilib.

“Azərbaycan FETÖ təşkilatını terrror təşkilatı kimi qəbul etmir. Qubad bəyin FETÖ təşkilatı ilə heç bir əlaqəsi olmayıb, həmin təşkilatın üzvü olmayıb. Ümumiyyətlə, FETÖ təşkilatının üzvü olmaq və yaxud da onun ədəbiyyatından istifadə etmək, oxumaq heç bir cinayət məsuliyyəti yaratmır. Əgər FETÖ təşkilatı cinayətkar, terrorist bir təşkilat idisə Milli Məclis bununla bağlı qanun qəbul edib, bu təşkilatı terror təşkilatı elan etməli idi”, vəkil bildirib.

Mətbuat konfransında müdafiə komitəsinin Qubad İbadoğlunun azad edilməsi istiqamətində atdığı addımlarla bağlı məlumat verilib. Qalib Toğrul qardaşının səhhəti ilə bağlı narahatlıqlarını ifadə edib.

“Çox təəssüf ki, bu günə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Qubad bəyi yerində ziyarət etməyib. Baxmayaraq ki, Bakı İstintaq təcridxanasında olublar, amma onunla görüşməyiblər. Bununla bağlı, təxminən, bir aydan da çox olar ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən mənə bildirdilər ki, biz gedirik, lakin Qubad İbadoğlu ilə görüşə bilmirik. Ona görə də, biz Penitensiar Xidmətə rəsmi məktubla müraciət etmişik ki, gün və saat təyin etsinlər, həmin gün və saatda biz Qubad bəylə görüşək. Bu günə qədər görüş baş tutmayıb”, o qeyd edib.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Turan 

10:00, 15 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş ərizə üzrə qərarlarını elan edəcək

by Gozetci 13:35, 13 Oktyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 19-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə üzrə 10 qərar və qərardadını elan edəcək.

Əlövsət Osmanlı Azərbaycana qarşı

Bu işdə ərizəçi təhsil məsələləri üzrə tanınmış ekspertdir. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifi olan ərizəçi 2013-cü ildə qəflətən vəfat edib. Məhkəmə işi onun məqalələri ilə bağlıdır.

İşin hallarına görə, “Azadlıq” qəzetində ərizəçinin “Mərdanovun qaraguruhları” sərlövhəli məqaləsi dərc edilib. Həmin məqalədə təhsil sahəsindəki problemlər sərt tənqid edilib. Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu həmin məqaləyə görə,ərizəçini mülki qaydada məhkəməyə verib. TPİ-nin iddiası təmin edilib, milli məhkəmələr ərizəçinin üzərinə ictimai qayda üzr istəmək və ifadələrini təkzib etmək vəzifəsi qoyub. Ərizəçi AİHM-ə şikayətində ifadə azadlığı hüququna müdaxilə baş verdiyini, milli məhkəmələrin faktlarla qiymətləndirici mülahizələr arasında fərq qoymamasından, dövlət orqanının işgüzar nüfuzunun olub-olmamasına layiqli qiymət verməməsindən şikayət edib.

Solmaz Ağayeva Azərbaycana qarşı

Bu işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib. Ərizəçiyə məxsus əmlak (qaraj) müxtəlif dövlət orqanlarının sərəncamları əsasında sökülüb. Ona kompensasiya verilməsi nəzərdə tutulsa da ərizəçiyə ödəniş edilməyib.

Ərizəçi mülkiyyət hüquqlarının pozulmasından, xüsusən də əmlakının sökülməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən şikayət edir.

Samir Əliyev Azərbaycana qarşı

Məhkəmə işi ərizəçinin məhkəməyəqədər həbsi ilə bağlıdır.

Ərizəçi onun həbs müddətinin uzadılması və həbsdə saxlanması barədə qərarlardan daxili məhkəmələrə şikayət edib. Daxili məhkəmələr məhkəməyəqədər həbsdə saxlanılması üçün əsasın olmaması ilə bağlı ərizəçinin şikayətlərini rədd edib.

Ərizəçi ona münasibətdə 5-ci maddənin pozulduğunu iddia edir.

Mehman Hüseynov Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış bloqer olan ərizəçinin ölkədən çıxışına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlıdır.

Ərizəçi AİHM qarşısında hərəkət azadlığı hüququ ilə yanaşı, Konvemsiyanın 10-cu və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edir.

Digər 6 işin halları barədə AİHM-in sənədlər bazasında məlumat verilmir. Həmin işlər son illərdə göndərilib, hökumətlə bu ilin yanvar-mart aylarında kommunikasiya edilib.

Hüseynov Azərbaycana qarşı (təmsilçi Yalçın imanov);

İbrahimov və Qurbanov Azərbaycana qarşı (təmsilçi Cavad Cavdov);

Cabbarov və Əliyev Azərbaycana qarşı (təmsilçi Azər Rəsulov);

Maniyev və başqaları Azərbaycana qarşı (təmsilçi Samirə Ağayeva);

Əhmədov və başqaları Azərbaycana qarşı (təmsilçi Tural Ağayev);

Qasımlı Azərbaycana qarşı (təmsilçi Elçin Sadıqov);

Aihmaz.org

13:35, 13 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia