Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Vaqif Xaçaturyanın məhkəməsi şahid ifadələri ilə davam edir

by Gozetci 17:00, 25 Oktyabr 2023
written by Gozetci

Vaqif Xaçaturyan

 

“O hadisələrdə dayım oğlunun bütün ailəsini güllələdilər”

1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın Bakıda keçirilən məhkəməsində indiyədək təxminən 50 nəfər zərərçəkmiş qismində dindirilib. Zərərçəkmiş qismində tanınanlardan məhkəmədə dindirilməyən 8 nəfər qalıb. Onlardan da üçünün istintaqda verdiyi ifadələr oktyabrın 25-də keçirilən məhkəmədə elan edilib. Çünki məhkəməyə teleqram göndəriblər ki, müəyyən səbəblərdən gələ bilmirlər.

Vaqif Xaçaturyan haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimlər – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Oktyabrın 25-də keçirilən məhkəmə iclasında hakim Zeynal Ağayev teleqramları elan edib. Zərərçəkmişlərdən Firuzə Mehralıyeva göstərib ki, 90 yaşı var, yataq xəstəsidir, bu səbəbdən məhkəməyə gələ bilmir. Elnarə Babayeva bildirib ki, Qəbələdə yaşayır, iki azyaşlı uşağı var, ona görə gələ bilmir və s. Bundan sonra 3 zərərçəkmişin istintaqdakı ifadəsi elan edilib.

Məlum olub ki, Firuzə Mehralıyevanın ifadəsi 2005-ci ildə Ağsu rayon Prokurorluğunda alınıb. O deyib ki, uşaqlıqda Meşəli kəndinə köçüblər və həmin kənddə də ailə qurub yaşayıb. 1991-ci ilin dekabrında səhər saatlarında silahlı hücum baş verdiyini deyən Firuzə Mehralıyevanın sözlərinə görə, həyat yoldaşı da həmin hadisədə yaralanmışdı:

“Evimizi güllə yağışına tutdular. Biz döşəmənin altında gizlənmişdik. Yoldaşım Mürsəl ayağından yaralanmışdı. Evimizdə iki polis də yaralandı. Birinin adı Elçin idi, o birininki yadımdan çıxıb. O hadisələrdə dayım oğlunun bütün ailəsini güllələdilər”.

O əlavə edib ki, Milli Qəhrəman Tofiq Hüseynovun dəstəsi onları xilas edib.

Zərərçəkmiş Elnarə Babayeva 2007-ci ildə verdiyi ifadəsində göstərib ki, Meşəli hadisələri baş verəndə onun 10 yaşı vardı. Onun sözlərinə görə, bu qətliamdan öncə də kəndə ara-sıra silahlı hücumlar olurdu deyə, sakinlər Meşəlini qorumağa çalışırdı. Amma bu hücum səhər tezdən qəfil olduğuna görə insanlar evdən çıxmağa imkan tapmayıb.

Elnarə Babayeva bildirib ki, hadisə günü nənəsigildə idi:

Vaqif Xaçaturyanın məhkəməsi. Foto: Meydan TV

“Ev yanırdı, çıxmaq istəyirdik, amma çöldən də güllə yağırdı. Üstümüzə yorğan-döşək örtmüşdük ki, güllə dəyməsin. Sonra bir yolla çıxıb qaçdıq. Mən qaçanda yolda üzü xallı kişi vardı. O, Mətləb dayını yanına çağırdı. Amma Mətləb getmədi. Ona görə onu vurdu. Ruba xala da bizimlə qaçmışdı. O dedi ki, onun da ərini öldürüblər. Əhməd kişinin oğlu İsmayılı başından vurdular. Meyiti mağazanın qarşısında qaldı. Sonradan eşitdim ki, hücum edənlər Badara kəndinin erməniləri idi, rus əsgərləri də onlara kömək edirdi”.

Elnarə Babayevanın sözlərinə görə, həm özü, həm də bibisi yaralanıb. Onu Ağdamda xəstəxanaya çatdırıblar.

Zərərçəkmiş Elmira Mehralıyevanın da istintaqdakı ifadəsi elan olunub. Onun sözlərinə görə, hadisə vaxtı yaralanıb və Ağdam rayonundakı xəstəxanaya çatdırılıb. O, 25 ildən çoxdur ki, əlil kimi təqaüd aldığını da ifadəsində göstərib.

Təqsirləndirilən Vaqif Xaçaturyan budəfəki məhkəmə iclasında da deyib ki, onun Meşəlidə insanların kütləvi şəkildə öldürülməsinə heç bir aidiyyəti yoxdur. Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də bildirib ki, Meşəlidə baş verənlərdən sonradan xəbər tutub.

Məhkəmə prosesi noyabrın 1-də davam edəcək.

Xatırlatma

1955-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi

Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Meydan TV 

17:00, 25 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Avqust ayında yoxa çıxan AXCP fəalının həbs olunduğu bildirilir

by Gozetci 15:05, 25 Oktyabr 2023
written by Gozetci

Elbəyi Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin həbs olunduğu bildirilir.

Bu barədə Turan-a partiyadan məlumat veriblər.

AXCP bildirir ki, fəal avqust ayının sonunda həbs olunub, amma bu barədə xəbəri yalnız dünən partiya yoldaşlarına çatdıra bilib.

“İki aya yaxındır ki, ondan xəbər yox idi. Partiya yoldaşları əlaqə nömrələrinə zəng etsələr də, heç bir məlumat ala bilmirdilər.

Dünən bir nəfər zəng vurub deyib ki, Elbəyi Kərimli 1 saylı Bakı İstintaq Təcridxanada saxlanılır”.

AXCP-nin məlumatında deyilir ki, Elbəyi Kərimli paytaxt Bakıda Heydər Əliyevin heykəlini yazıb video çəkən zaman saxlanılıb və narkotik ittihamı ilə həbs olunub.

“Hazırda vəkillə müqavilə bağlayırıq. Vəkilin Elbəyi bəylə görüşəndən sonra ətraflı məlumatı biləcəyik”, deyə AXCP-dən qeyd edirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Turan 

15:05, 25 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

İctimai fəal Möhyəddin Orucovun polis bölməsində işgəncəyə məruz qaldığı bildirilir

by Gozetci 11:00, 25 Oktyabr 2023
written by Gozetci

Möhyəddin Orucov

Oktyabrın 18-də inzibati həbs cəzası alan ictimai fəal Möhyəddin Orucovun Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığı bildirilir.
Bu barədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat yayıb.
“Az əvvəl Möhyəddin Orucovun anası Təranə xanım mənimlə əlaqə saxladı. Anası bilidirir ki, Möhyəddin saxlanılan gün 32-ci polis bölməsində işgəncəyə məruz qalıb, daha sonra əlllərini və ayaqlarını stula bağlayıb səhərədək polis bölməsinin həyətində saxlayıblar”, o bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda həbsdə olan Möhyəddin Orucovun böyrəklərində ciddi narahatlıq var, sidik ifrazı problemi yaşayır.
“Təranə xanım bildirir ki, həyat yoldaşı ilə birlikdə 32-ci polis bölməsinə yaxınlaşıblar, rəisə sual ediblər ki, “oğlumuza kim işgəncə verib, hansı polis bu hala salıb?”. Rəis cavabında deyib ki, hesab edin ki, mən döymüşəm, nə olub ki?” – deyə, Səfərov qeyd edib.
Xatırlatma

Möhyəddin Orucova İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə 30 sutka inzibati həbs cəzası verilib.

Ailəsinin məlumatına görə fəal sosial media hesabından prezident İlham Əliyevi tənqid edən şərh yazdığına görə saxlanılıb.

“Polislər zəng edib bölməyə çağırdılar, qardaşım da getdi. Vəkili yoxdur, hələlik ittiham irəli sürülməyib. Polis dedi ki, prezident İlham Əliyevi tənqid etdiyi üçün bölməyə çağırılır. Dedilər məhkəməyə çıxarılacaq, amma hələlik məlumat yoxdur”, fəalın ailəsi bildirib.

İddialarla bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Amerikanın Səsi 

11:00, 25 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Müsəlman Birliyi Hərəkatının üzvü Cavid Allahverdiyevə hökm oxunub

by Gozetci 10:15, 25 Oktyabr 2023
written by Gozetci

“Rəis müavini silah məsələsinə razılaşmadı”

Toyundan 2 gün sonra – martın 17-də həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvü Cavid Allahverdiyevə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 4 il azadlıqdan məhrum edilib.

Məhkəmə Cavid Allahverdiyevə qarşı ittihamı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik daşıma, saxlama) maddəsindən 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə dəyişib. Əvvəlki maddənin sanksiyası daha ağır idi – 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulurdu.

İttihama əsasən, Cavid Allahverdiyevin cibindən 33 qramdan bir qədər artıq narkotik tapılıb. O, Biləcəri dairəsi yaxınlığında saxlanılaraq, 26-cə polis bölməsinə gətirilib.

1996-cı il təvəllüdlü Cavid Allahverdiyev özünü təqsirli bilmir, bu ittihamın saxta olduğunu deyir. O, məhkəmədə ifadəsində də bildirib ki, əksinə, gəncləri narkotik bəlasından uzaq olmağa çağırır, narkotiklərin yayılmasına qarşı mübarizə aparırdı.

Onun sözlərinə görə, toyundan iki gün sonra Biləcəri dairəsi yaxınlığında avtomobil təmiri sexindən bibisi nəvəsi ilə birlikdə çıxanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 4 əməkdaşı onları saxlayıb, hansının Cavid olduğunu soruşublar. Daha sonra onu Yasamal rayonu, 26-cı polis bölməsinə aparıblar:

“Mənə polislər dedilər ki, “sən getməlisən, rəis müavinindən xahiş elə, səni silahla “oformit” eləsin, cəza çox yuxarı olmasın”. Mən, hətta telefonumu da verdim ki, baxsınlar, görsünlər ki, heç bir pis işlə məşğul deyiləm. “Bolt”da kuryer işləyirəm. 19 yaşımdan ibadətlə məşğulam. Namaz qılıram, orucumu tuturam. Başqa heç bir pis işin sahibi deyiləm. Rəis müavini silah məsələsinə razılaşmadı. Dedi ki, elə 234.4.3-lə getməlisən”.

Cavid Allahverdiyev əlavə edib ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb, orada işgəncə və “tok”a verməklə hədələyiblər. Bu cür psixoloji təzyiqlər altında cibindən tapıldığı iddia olunan 33.181 qram narkotikin ona məxsus olması, onu Kubinkadan 500 manata alması barədə etiraf ifadəsinə imza atıb: “Mən tutulanda bir gün yarım olardı ki, ailə qurmuşdum. İstəmirdim ki, polislər məni döyüb şikəst eləsinlər”.

Dini inanclı fəal əlavə edib ki, saxlanılanda cibində 400 manat da pul vardı. Həmin pulu da polis bölməsində götürüblər və nə özünə, nə də ailəsinə qaytarıblar.

Məhkəmədə şahid qismində dindirilən 26-cı polis bölməsinin əməkdaşları isə pulun qaytarıldığını iddia edib. Onlar həmçinin Cavid Allahverdiyevin narkotiklərin dövriyyəsilə məşğul olması haqda məlumat aldıqlarını, onun əsasında əməliyyat keçirib, onu saxladıqlarını bildiriblər.

Müsəlman Birliyi Hərəkatından verilən məlumata görə, hazırda təşkilatın 50-dən artıq üzvü həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb.

İnsan haqlarının müdafiəsiylə məşğul olan təşkilatlar təkcə 2023-cü il ərzində ölkədə 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunduğunu bildirir. Həbs olunanlar bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiklərini və işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunanların konkret cinayət əməllərinə görə tutulduqlarını  bəyan edib.

Meydan TV 

10:15, 25 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal yenidən həbs təhlükəsilə üzləşdiyini deyir

by Gozetci 20:39, 24 Oktyabr 2023
written by Gozetci

Əmrah Təhməzov: “Bunlar məni təqib edir, ya narkotik, ya adam bıçaqlama, ya da başqa nəsə ilə şərləmək istəyirlər”

İctimai fəal Əmrah Təhməzov şərlənib həbs olunmaq təhlükəsilə üzləşdiyini deyir. Bu barədə məlumat verən ictimai fəalın sözlərinə görə, oktyabrın 24-də səhər saatlarında Bərdə rayonunda yaşadıqları evə polislər gəlib.

“Səhər tezdən Bərdədə həyətimizin darvazası möhkəm döyüldü. Qapının səsinə yuxudan ayıldım. Tez həyətə qaçanda səslərindən bildim ki, polisdən gəliblər, qapını dayanmadan döyürlər. Tez həyətin arxasından divardan aşıb qaçanda gördüm ki, onlar da divardan aşıb qapını açıb həyətə soxuldular. Güc-bəla ilə qaçıb canımı qurtardım.

Bütün dostlardan xahiş edirəm, mənə dəstək olun. Bunlar məni təqib edir, ya narkotik, ya adam bıçaqlama, ya da başqa nəsə ilə şərləmək istəyirlər. Dəstəyinizə çox ehtiyacım var…”, – Əmrah Təhməzovun sözləridir.

İctimai fəalın həbs təhlükəsi haqda dediklərinə Daxili İşlər Nazirliyi reaksiya verməyib.

Polislərin Təhməzovun evinə getməsi məsələsinə gəlincə, qurumun mətbuat xidmətinin regional qrupundan iddialar təkzib edilib.

Əmrah Təhməzov oktyabrın 20-də 1 aylıq inzibati həbsdən sonra azadlığa buraxılıb. O, iki gün öncə “2×2” sosial platformasına müsahibəsində həbsdə olduğu müddətdə Bərdə Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindəki şərait haqda danışmışdı. Şəraitin dözülməz olduğunu vurğulayan ictimai fəal, eyni zamanda, valideynlərindən alınan bir sıra əşyaların ona çatdırılmamasından, ailə üzvlərilə telefon danışığına imkan verilməməsindən və s. problemlərdən bəhs etmişdi.

Əmrah Təhməzova sentyabrın 20-də Bərdə rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbs cəzası verilmişdi. Qərara əsasən, ictimai fəal sosial media hesabında müharibə əleyhinə paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılmışdı.

Əmrah Təhməzov bir gün əvvəl – sentyabrın 19-da da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmışdı. Bu barədə o, “Facebook” səhifəsində məlumat yaymışdı.

İctimai fəal Əmrah Təhməzova 2023-cü ilin mayında da polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilmişdi. Lakin o, bu ittihamın saxta olduğunu, “Facebook” hesabındakı paylaşımlarına görə cəzalandırıldığını bildirmişdi.

Amerikanın Səsi

20:39, 24 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

AXCP fəalı Mehman Həbibov mülki geyimli şəxslərin onu döydüyünü bildirib

by Gozetci 18:32, 24 Oktyabr 2023
written by Gozetci

Mehman Həbibov

Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehman Həbibovu mülki geyimli şəxslər döyüblər. O, Turan-a bildirib ki, oktyabrın 11-də axşam saatlarında üç nəfər mülki geyimli  onu Qızıldaş qəsəbəsində (Bakının 25 kilometr cənubunda) saxlayıb qara rəngli avtomobilə oturdub.

Fəalın sözlərinə görə, onu qəsəbənin kənarına aparıblar, dəyənəklə döyüblər, ağır sözlərlə təhqir ediblər.

“Onlar mənə deyirdilər ki, “çəkilin qırağa.  Hakimiyyətə gəlmək istəyirsiniz? Biz buna imkan vermərik. Döyəndən sonra məni buraxdılar”, – Həbibov deyib.

Onun bədənində zorakılıq izləri qalıb. 1 nömrəli şəhər kliniki mərkəzində fəalı müayinə etməyiblər, travmatologiya  xəstəxanasına göndəriblər.

Sabunçu qəsəbəsindəki 3 saylı xəstəxanada rentgen və ultrasəs müayinəsi aparılıb, qançır və döş qəfəsinin travması qeydə alınıb.

Ertəsi gün 38-ci polis bölməsinin əməkdaşı onunla əlaqə saxlayaraq hadisə ilə maraqlanıb “O dedi ki, məni ekspertizaya göndərəcəklər. Bir həftə gözlədim, amma bir xəbər çıxmadı. Bundan sonra müalicə üçün Gürcüstana getdim”, – Həbibov deyib.

Turan-ın Daxili İşlər Nazirliyinə sorğusu ilə əlaqədar bildiriblər ki, bu işi araşdırırlar.

Turan 

18:32, 24 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Nurlan Qəhrəmanlı Baş Prokurorluğun önündə etiraz edərkən saxlanılıb

by Gozetci 16:30, 24 Oktyabr 2023
written by Gozetci

Nurlan Libre (Qəhrəmanlı)

 

Oktyabrın 24-də Baş Prokurorluğun önündə etiraz edən jurnalist Nurlan Qəhrəmanlı (Libre) saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Jurnalist oktyabrın 21-də inzibati həbs müddəti bitdiyinə görə azadlığa buraxılıb. Nurlan Qəhrəmanlı bildirib ki, 1 aydır telefonu Baş Prokurorluq tərəfindən geri qaytarılmır və həbs olunarkən Baş Prokurorluqda döyülüb.

Baş Prokurorluğun önündə məruz qaldığı işgəncəyə etiraz edən jurnalist Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə görüş tələb edib.

“Mən Kamran Əliyevin özündən hesab soruşmağa gəlmişəm. Mən gəlməmişəm ki, ondan məni döyənlərin cəzalandırmasını xahiş edim, yoxdur elə dünya. İşgəncə verənlərin üzünə tüpürmək lazımdır. İşgəncə insanlıq cinayətidir”.

Aidiyyəti qurumlar jurnalistin saxlanılması ilə bağlı açıqlama verməyib.

Xatırlatma

Sentyabrın 21-də Nurlan Qəhrəmanlıya 30 sutka inzibati həbs cəzası verilib. Jurnalistə qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham irəli sürülüb.

Sentyabrın 13-də isə jurnalist Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. O bildirib ki, DTX-da paylaşımlarına görə zorlama ilə təhdid olunub.

DTX-dan iddia ilə bağlı cavab verilməyib.

Sentyabrın 20-də ictimai fəallar Nemət Abbasov, Əmrah Təhməzov və keçmiş diplomat Emin İbrahimovun da müharibə əleyhinə paylaşımlar etdiyinə görə həbs olunduğu bildirilib. Onların hər birinə 30 sutka inzibati həbs cəzası verilib.

Bundan əlavə, müharibəyə qarşı olan ictimai fəal Cavid Əhmədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb, orada 4 saata yaxın dindirilib.

Amerikanın Səsi 

16:30, 24 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Xaçaturyan Meşəli qətliamına görə üzr istəyir, amma həmin hadisələrdə iştirakı olmadığını deyir

by Gozetci 16:03, 24 Oktyabr 2023
written by Gozetci

Vaqif Xaçaturyan

“Novruzun bütün ailəsini qırdılar. Qarabağ hadisələrində ən birinci ağır itkilər Meşəlidə oldu…”

1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın Bakıda məhkəməsi davam edir. Onun haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Xaçaturyana qarşı cinayət işi üzrə 59 zərərçəkmiş var. Onlardan 58-i fiziki şəxslər, biri isə Xocalı Rayon İcra Hakimiyyətidir. Son 3 məhkəmə iclasıdır ki, zərərçəkmişlər dindirilir. Oktyabrın 24-də keçirilən məhkəmə iclasında da zərərçəkənlər ifadə verib.

Meşəli kəndində məktəb direktoru olmuş Alış Alışov deyir ki, kənddə səhər saatlarında güllə səsləri eşidib. Elə atışma olanda da kənddə Xaçaturyanı görüb: “Sadayın evinin yanında toplaşmışdılar. Hətta özündən başqa, qardaşı da orada idi”.

Vaqif Xaçaturyan isə zərərçəkmişin dediklərini təkzib edib, orada olmadığını deyib:
“Ay qaydaş, mən orada olmamışam axı…”.

Zərərçəkmiş isə onun yalan danışdığını, hətta bir evdən 5 nəfəri qətlə yetirdiklərini bildirib.

Onun sözlərinə görə, həmin gün Meşəliyə silahlı hücum edənlər “Alazan”la məktəbi vurublar, Şuşadan gələn ərzaq maşınını güllələyiblər, hər tərəfdən yolları bağlayıblar. Kənd sakinlərindən 25 nəfər qətlə yetirilib:

“Novruzun bütün ailəsini qırdılar. Qarabağ hadisələrində ən birinci ağır itkilər Meşəlidə oldu. Kəndin 380 nəfər sakini vardı. Amma üstümüzə 1000-dən çox erməni gəlmişdi”.

Zərərçəkmiş Teymur Salmanov ifadəsində bildirib ki, Meşəlidə qətliam baş verəndə 14 yaşı vardı. O da həmin vaxt yaralanıb. Ayağından güllələndiyini deyən zərərçəkmiş hələ də hərəkət etməkdə çətinlik çəkdiyini vurğulayıb. O, ayağındakı problemi də məhkəmədə göstərib.

“Mən baş verənlərə görə bütün Azərbaycan xalqından üzr istəyirəm. Amma mən Meşəlidə o hadisələr baş verəndə orada olmamışam”, – deyə Xaçaturyan bildirib.

Daha bir zərərçəkmiş Çərkəz Mehrəliyev deyir ki, təqsirləndirilən Vaqif Xaçaturyanla yanaşı, qardaşını yaxından tanıyırdı. Onun sözlərinə görə, kəndə hücum edənlər qarşılarına çıxanı öldürürdülər. Bu zərərçəkmiş bildirib ki, həmin hadisədən əvvəl Meşəli sakinləri ilə Badara kəndində yaşayan ermənilər arasında dəfələrlə mübahisələr olmuşdu:

“Ermənilər Meşəli sakinlərindən – bizdən kəndi tərk etməyi tələb edirdi. Deyirdilər ki, bu kənd onlarındı. Yolumuzu kəsirdilər. İndi bu (Xaçaturyanı nəzərdə tutur-red.) deyir ki, həmin hadisədə orada olmayıb. Mümkün deyil. Bütün Badara kəndi orada idi. Mümkün deyil ki, bu, orada olmasın”.

O əlavə edib ki, qətliam vaxtı anası, bacısı və qızı yaralanıb.

Meşəli qətliamında 10 yaşı olmuş Qərib Cəbiyev ifadəsində bildirib ki, çaydan keçəndə ayaqları donmuşdu, 3 ay Laçında müalicə olunub:

“O hadisələrdə anam da yaralanmışdı. Atam baş verənləri yada salanda Vaqifin, qardaşı Qurgenin də adını çəkirdi”.

Zərərçəkmiş Camal Allahverdiyev deyir ki, ailəsindən bir neçə nəfəri itirib – qardaşı Allahverdi Allahverdiyevi öldürüb, meyitini yandırıblar, qardaşı qızı qaçanda çaya düşüb, donub ölüb. Özü və Əntiqə adlı bacısı isə yaralanıb.

Onun sözlərinə görə, bu hadisələrin əsas iştirakçıları kimi, Vaqif Xaçaturyanla yanaşı, Ernest və Armayisin də adı çəkilirdi.

Vaqif Xaçaturyan isə məhkəmə iclası boyunca bir neçə dəfə zərərçəkmişlərə bildirib ki, Meşəli hadisələrində heç bir rolu olmayıb. Onun sözlərinə görə, Meşəlidəki qətliamdan da sonradan xəbər tutub:

“Qurban olum, mən Meşəliyə hücum etməmişəm. Mən həmin vaxtı xəstə olmuşam. Evdə 6 və 8 yaşlı qızlarımın, ailəmin yanında olmuşam. Mənim qardaşım Meşəlini tanıyırdı. Qardaşım Meşəlidə İbrahim kişi ilə dostluq edirdi. Mən yazıq adam olmuşam. Mənim əlimdə silah olmayıb. Heç vaxt heç bir silahlı hücumda iştirak eləməmişəm. Ümumiyyətlə, Meşəli hadisələri barədə Badara kəndindəkilər bilməyib. Bizə sonradan dedilər ki, Meşəlidə ermənilər adamları öldürüb. Ay qardaşlar, xahiş edirəm, inanın, mən orda olmamışam. Mənim xəbərim yoxdur”.

Təqsirləndirilən şəxs əlavə edib ki, 1991-ci ildə 30 gün Şuşa həbsxanasında saxlanılıb.
Vaqif Xaçaturyanın məhkəməsi oktyabrın 25-də davam edəcək.

1953-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi.

Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Meydan TV 

16:03, 24 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Zamin Salayev cəzaçəkmə müəssisəsinin tibb xidmətindən narazıdır

by Gozetci 15:40, 24 Oktyabr 2023
written by Gozetci

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin tibb-sanitar səhiyyə xidmətinin yararsız olmasından şikayətlənir.

Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə açıqlama verib. Vəkilin sözlərinə görə, Zamin Salayev 2 gün əvvəl onunla əlaqə saxlayıb və cəzaçəkmə müəssisəsindəki xidmətlə bağlı narazılığını bildirib.

“Zamin Salayev dedi ki, səhhətində problemlər var. O, ürək xəstəliyindən və hipertoniyadan əziyyət çəkir. Ona görə də, tez-tez cəzaçəkmə müəssisəsindəki tibb mərkəzinə baş çəkməli olur. Zamin Salayev bildirdi ki, müəssisədə dərman preparatları yoxdur, baş həkim Elşən İsayev çox vaxt vəzifə başında olmur. Qəbulunda olarkən isə onun kobud rəftarı ilə qarşıladıqlarını deyən siyasi fəal qeyd edib ki, həkim digər dustaqlara da qarşı da pis davranır”, vəkil qeyd edib.

Zamin Salayev onu da bildirib ki, müəssisə rəhbərliyinə şikayət etsə də, heç bir dəyişiklik olmur. Ona cavab olaraq bildirilir ki, tibb bölməsi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə tabe olduğuna görə Penitensiar Xidmət onların işinə müdaxilə edə bilmir.

Xatırlatma

Zamin Salayev bu il fevralın 7-də saxlanılıb.

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.

Amerikanın Səsi 

15:40, 24 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bakı konfransı Şərq Tərəfdaşlığının inkişaf edən siyasəti fonunda Aİ ilə Azərbaycan arasında gərgin münasibətləri əks etdirir

by Gozetci 14:15, 24 Oktyabr 2023
written by Gozetci

Bu gün Azərbaycan paytaxtının mərkəzində “Aİ-Azərbaycan münasibətləri Yeni Şərq Tərəfdaşlığı siyasətində” adlı mühüm konfrans keçirilib və bu konfrans Şərq Tərəfdaşlığı siyasətini dəyişən geosiyasi dinamika şəraitində yenidən nəzərdən keçirdiyindən Avropa İttifaqı üçün əsas məqamı qeyd edib.

Daim dəyişən qlobal mənzərənin işığında Avropa İttifaqı özünü Şərq tərəfdaşlığı ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə məcbur edir. Yeni geosiyasi reallıqlar formalaşdıqca, Aİ—yə üzv olan altı dövlətin — Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın fərqli statusları və xüsusi şərtləri hər bir ölkə üçün daha fərdi və detallı AB strategiyasını tələb edir. Bu fonda Azərbaycan yeni azad edilmiş ərazilərin reinteqrasiyası üzrə hərtərəfli planlar hazırlayarkən Milli gündəmi səylə hazırlayır.

Əvvəlcə aktual problemləri nəzərdən keçirmək üçün nəzərdə tutulan konfrans belə suallara cavab axtarırdı: Azərbaycan Şərq Tərəfdaşlığının yenilənmiş siyasəti çərçivəsində hansı rolu öz üzərinə götürəcək? Azərbaycanı Avropaya inteqrasiya prosesində hansı çətinliklər və imkanlar gözləyir? Aİ ilə Azərbaycan arasında münasibətləri regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində necə yönləndirmək olar? Son dərəcə vacibdir ki, vətəndaş cəmiyyəti Avropaya inteqrasiya və Qarabağ regionunun və Şərqi Zəngəzurun reinteqrasiyasının ikili məqsədlərinin reallaşmasına necə fəal kömək edə bilər?

Təəssüf ki, bu mürəkkəb suallar Azərbaycan hökuməti, Azərbaycan vətəndaş cəmiyyəti və Aİ nümayəndələrinin iştirak edəcəyi planlaşdırılan üçtərəfli müzakirə zamanı cavabsız qalıb.

Hakimiyyət Prezident Administrasiyası və parlamentin iştirakı ilə bağlı ilkin açıqlamalara baxmayaraq, iştirakından imtina etməyi seçdi.

Aİ-nin nümayəndəliyinin rəhbəri Piter Mixalko və Aİ-yə gələcək sədrliyi təmsil edən Belçikanın səfiri Mişel Petersman Aİ-Azərbaycan münasibətlərində mövcud çətinlikləri diplomatik şəkildə tanıyıblar. Səfirlər auditoriyadan suallar alsalar da, Azərbaycanın “Şərq tərəfdaşlığı”Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakı ilə bağlı öhdəliklərini niyə yerinə yetirmədiyini izah edə bilməyiblər.

Bu hadisələr həm Şərq Tərəfdaşlığı çərçivəsində, həm də onun hüdudlarından kənarda vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı davam edən narahatlığı vurğulayır. Avropa inteqrasiyasına görə Milli Mülki platformanın iki üzvü Bəxtiyar Hacıyev və Qubad İbadolqunun həbsinə cavab olaraq Aİ-nin gələcək fəaliyyəti ilə bağlı sual cavabsız qalıb.

Bu şəraitdə vətəndaş cəmiyyətinin Ermənistanla münasibətlərin normallaşdırılmasına və ermənilərin Azərbaycana reinteqrasiyasına yönəlmiş töhfələri və təşəbbüsləri istifadə olunmamış qalır.

Hüquq müdafiəçisi Anar Məmmədli qeyd edib: “Mən əvvəllər Qarabağ ermənisini Azərbaycan platformasına daxil etməyi təklif etmişdim, lakin bu, nə Bakıda, nə də Yerevanda cavab tapmadı”.

Konfrans Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə problemlərin işıqlandırılmasına xidmət edib: Brüssel Bakını demokratikləşmə prosesinə cəlb etməyə çalışır, Bakı isə Qərbi erməni separatizminin yatırılması və ölkənin suverenliyinin bərpası səylərində qərəzli ermənipərəst mövqedə ittiham edir.

Qarşılıqlı anlaşılmazlığın bu pis dairəsindən çıxmağın aydın yolu çətin olaraq qalır.

Konfransın təşkilatçısı olan vətəndaş cəmiyyəti Forumunun Azərbaycan Milli platforması 2009-cu ilin noyabrında yaradılıb və bu mühüm dialoqun təşviqində əsas rol oynayır. 70 üzv təşkilatdan ibarət olan bu platforma, hər biri fərqli mövzu sahələri ilə məşğul olan beş işçi qrupu vasitəsilə fəaliyyət göstərir. Bu qruplar Azərbaycanın dövlət siyasətinin demokratiya, insan hüquqları, yaxşı idarəetmə və sabitlik prinsiplərinə uyğunlaşdırılmasına öz töhfələrini verirlər (Iq1); iqtisadi inteqrasiya və Aİ siyasətinə yaxınlaşma (Iq2); ətraf mühit, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi (Iq3); insanlar arasında əlaqə (Iq4); həm sosial, həm əmək siyasəti, həm də sosial dialoq (Iq5).

Turan 

14:15, 24 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia