Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən fəalın növbəti məhkəmə iclası keçirilib

by Gozetci 19:48, 02 Noyabr 2023
written by Gozetci

Samir Aşurov

 

Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda həbs edilən Samir Aşurovun növbəti məhkəmə iclası keçirilib.

Vəkil Elçin Sadıqovun məlumatına görə, bugünkü iclasda növbəti şahid dindirilib. Vəkil Yusif Şirinlinin də məcburi şəkildə məhkəmə gətirilməsi ilə bağlı vəsatət qaldırıb. Prokuror isə həmin şəxsin şahidliyinin ləğv edilməsini istəyib.

Samir Aşurov özü də məhkəmədə iştirak edib. Həyat yoldaşı Nuranə Aşurova Amerikanın Səsinə açıqlamasında bildirib ki, o, çıxışı zamanı saxlanılarkən fiziki şiddətə məruz qaldığını bildirib:

“Samir ilk dəfə saxlanılarkən onun pulqabısından 150 manatı polis əməkdaşları götürmüşdülər. Samir çıxışı zamanı bunun səbəbini soruşdu. O, şiddətə məruz qaldığını dedi. Lakin şahid kimi dindirilən şəxs belə bir şey olmadığını dedi”.

Növbəti məhkəmə prosesi noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Xatırlatma 

Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər. İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar. 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.

Amerikanın Səsi 

19:48, 02 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 3 işlə bağlı yekun qərarlarını elan edəcək

by Gozetci 12:44, 02 Noyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 9-da Azərbaycandan göndərilmiş 3 işlə bağlı yekun qərarlarını elan edəcək.

Kamran Mahmudov Azərbaycana qarşı

İşdə ərizəçi tanınmış jurnalistdir. O, axşam saatlarında Azərbaycandan Gürcüstana səfər edərkən sərhəddə saxlanılıb. Daha sonra yaxınlıqdakı polis idarəsinə aparılıb və səhərə qədər orda saxlanılıb. Ərizəçiyə ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Ərizəçi AİHM qarşısında saxlanılmasının və ölkədən çıxışına qadağa qoyulmasının onun azadlıq və toxunulmazlıq, eləcə də hərəkət azadlığı hüquqlarını pozduğunu iddia edir. Məhkəmə qarşısında həmçinin, effketiv müdafiə vasitələrinə malik olmaq (Konvensiyanın 13-cü maddəsi) və ifadə azadlığı hüququnun (Konvensiyanın 10-cu maddəsi) pozuntuları da mabahisələndirilib.

Əbdül Əbilov Azərbaycana qarşı

Bu işdə ərizəçi bloggerdir, sosial şəbəkələrdə hökuməti tənqid edən müxtəlif yazıları və tənqidi məzmunlu səhifəsi ilə tanınıb. Ərizəçi 2013-cü ildə Bakı şəhərindəki evlərinin yaxınlığında mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb. Polislər onu sürüyərək “Hundai Sonata” markalı avtomobilə mindiriblər və onun evində axtarış üçün aparıblar. Axtarış ərizəçinin anasının və həyat yoldaşının iştirakı ilə aparılıb. Ərizəçi iddia edir ki, polis əməkdaşları onun qonaq otağında olan pencəyinin cibinə narkotik maddə qoymaq istəyiblər, ancaq bunu görən anası onlara mane olub. Bununla belə ərizəçinin gödəkçəsindən narkotik maddə tapılıb. Polis əməkdaşları axtarış zamanı ərizəçinin şəxsi kompüterini də götürüblər.

Axtarışdan sonra ərizəçi baldızı ilə birlikdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Orda ərizəçinin üzərinə yenə baxış keçirilib, şalvarının cibindən narkotik maddə aşkar edilib. Həmin gün ərizəçinin şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunub, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin gün Nərimanov Rayon Məhkəməsi ərizəçinin məhkəməyə qədər üç ay müddətinə həbs olunması haqda qərar çıxarıb. Məhkəmə həbs qətimkan tədbirinin tətbiqini ittihamın ağırlığı və azadlıqda olacağı təqdirdə ərizəçinin istintaqdan yayına və istintaqa mane ola biləcəyi ehtimalı ilə əsaslandırıb. Həmin qərardan verilən şikayətlər rədd edilib, ərizəçinin həbs müddəti sonrakı mərhələlərdə yenidən artırılıb. Ərizəçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciətləri də rədd edilib.

Ərizəçi AİHM-ə şikayətində azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycana qarşı

Ərizəçi 2006-cı ildə dövlət qeydiyyatından keçmiş və Bakıda iqamət edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyidir. Təşkilat sosial və iqtisadi məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirir. Ərizəçi 2010-cu ildə Nazirlər Kabinetinə informasiya sorğusu göndərərək, Nazirlər Kabinetinin tarixi dəqiq göstərilmiş Sərəncamının surətinin təqdim edilməsini xahiş edib. Həmin sərəncam 2010-cu il dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşları üçün ayrılmış vəsaitin təşkilatlara bölünməsini nəzərdə tuturdu. Ərizəçinin sözlərinə görə, həmin sənədin əhatə etdiyi vəsaitlər dövlət büdcəsinin xərclərinin 35%-ə qədərini təşkil edib.

Ərizəçi sorğuya cavab almayıb, Səbail Rayon Məhkəməsində bununla bağlı iddia qaldıraraq, ondan xahiş edib ki, Nazirlər Kabinetinin üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmə ərizəçi birliyin iddiasını təmin etməyib. Qərarda yalnız bir sıra daxili hüquqi müddəalara istinadlar olub, heç bir hüquqi əsaslandırma göstərilməyib.

Ərizəçi birliyin apellyasiya və kassasiya şikayətləri təmin edilməyib. Apelyasiya instansiyası əlavə edib ki, ərizəçi informasiyanı hansı məqsədlə istədiyini izah etməli idi.

Ərizəçi birlik AİHM qarşısında ona münasibətdə Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması) və 10-cu (ifadə azadlığı) maddələrinin pozulduğunu iddia edir.

Aihmaz.org

12:44, 02 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Müsəlman Birliyi”in fəalı 10 ilə yaxın həbs cəzasına məhkum edilib

by Gozetci 11:15, 02 Noyabr 2023
written by Gozetci

Etibar İsmayılov

Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvü Etibar İsmayılova hökm oxunub. Məhkəmə onu külli miqdarda narkotik maddə alverində təqsirli bilib və 9 il 9 ay həbs cəzasına məhkum edib.

İsmayılov Azərbaycanın İranla münasibətlərinin pisləşməsi fonunda dini fəalların növbəti həbs dalğası zamanı 1 fevral 2023-cü ildə həbs edilib.

Hərəkatdan bildiriblər ki, İsmayılova qarşı ittihamlar saxtalaşdırılıb, hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Etibar İsmayılov artıq bir dəfə siyasi məhbus taleyini yaşayıb. 2015-ci ilin noyabrında “Nardaran işi” üzrə həbs olunub.

Turan 

11:15, 02 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Arif Hacılının oğluna cinayət işi açılıb

by Gozetci 10:06, 02 Noyabr 2023
written by Gozetci

Arif Hacılı və Orxan Hacılı. Foto: “Facebook”

Yasamal Məhkəməsi Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılını 2 ay müddətinə həbs edib.  Ona qarşı  Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb.

Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, ittiham “tamamilə uydurmadır”.

“Hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb. Orxan avtomobillə hərəkət edərkən qarşısna çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kim isə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, Kərimli qeyd edib.

Müsavat Partiyası bildirir ki, Orxan Hacılının saxlanılması tamamilə “siyasi bir məsələdir”.

“Qəzanı törədən adam tamamilə başqasıdır. Əslində qəzada Orxan zərərçəkəndir, çünki özü də zədələnib. Sadəcə Arif Hacılıya və Müsavat Partiyasına təzyiq etmək üçün Azərbaycan tarixində görünməyən bir hadisə baş verdi. O qədər yüngül avtomobil qəzasına görə iki maddə ilə cunayət işi qaldırılıb”, Müsavat Partiyası bildirir.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilarının icraçı direktoru Rüfət Səfərov hesab edir ki, həbslər davam edəcək.

“Tənqidçilər bir-bir sıradan çıxarılacaq, daha da acınacaqlı şərait yaranacaq, repressiv tədbirlər son dərəcə güclənəcək, idarəetmənin özbaşınalığı sərhəd tanımayacaq. Çünki rəsmilər, kabinet rəhbərləri xeyli həddə “müqəddəsləşiblər”, “toxunlmaz” hala gəliblər. Xankəndinə bayraq sancıblar, bunların adını, işini, fəaliyyətini tənqid etmək “yasaqdır”, o, Facebook səhifəsində qeyd edib.

Öz növbəsində, rəsmi qurumlar Orxan Hacılının saxlanılması və avtomobil qəzası ilə bağlı hələ rəsmi məlumat yaymayıb.

Amerikanın Səsi 

10:06, 02 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Elvin Mustafayevin məhkəmə prosesi başlayıb

by Gozetci 09:05, 02 Noyabr 2023
written by Gozetci

Elvin Mustafayev

Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin ilkin baxış iclası keçirilib.

Məhkəmə iclasında Elvin Mustafayevin vəkili Zibeydə Sadıqova həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.

Növbəti məhkəmə iclası noyabrın 13-ə təyin edilib.

Xatırlatma

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Elvin Mustafayev avqustun 7-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Fəalın ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Elvin Mustafayev 2023-cü ilin yanvarında da Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı. Fəal bu ittihamları qəbul etmirdi və həbsinin Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırıldığını bildirmişdi.

09:05, 02 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

by Gozetci 17:46, 01 Noyabr 2023
written by Gozetci

Nazim Bəydəmirli. Foto: Meydan TV

İqtisadçı özünü “girov” adlandırıb

Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb. Noyabrın 1-də Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoy istintaqın təqdimatını təmin edərək, bu barədə qərar çıxarıb.

Məhkəmədə müstəntiq Nazim Bəydəmirli haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılmasıyla bağlı vəsatəti əsaslandırarkən bildirib ki, onun işi üzrə istintaq davam edir. Hələ bir sıra istintaq hərəkətləri aparılmalıdır. Bunun üçün zamana ehtiyac var. O dövrdə də Nazim Bəydəmirlinin həbsdə saxlanması məqsədəuyğundur.

Lakin məhkəmədə iştirak edən sabiq deputatın özü də, vəkili də təqdimata etiraz edib, bunun əsassız olduğunu bildiriblər. Nazim Bəydəmirli deyib ki, ümumiyyətlə, onun həbsi qanunsuzdur, ittiham isə saxtadır. Heç bir cinayət törətmədiyini vurğulayan iş adamı girovluqda saxlandığını bildirib, özünü də “girov” adlandırıb.

Nazim Bəydəmirli və vəkilinin etirazlarına baxmayaraq, Xalidə Əlisoy prokurorun təqdimatını təmin edib və onun haqqında həbs qətimkan tədbirinin müddətini daha 3 ay artırıb.

Xatırlatma

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Digərinə görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.

Lakin o, ittihamların heç birini qəbul etmir, özünü “ekologiya məhbusu” sayır. Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Nazim Bəydəmirli özü də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel” kimi tanınır) çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.

Meydan TV 

17:46, 01 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Konqresinin komissiyası Qubad İbadoğlunu azad etməyə çağırıb

by Gozetci 15:27, 01 Noyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

 

Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanda həbs olunmuş müxalifətçi Qubad İbadoğlunu azad etməyə çağırıb.

Komissiyanın bəyanatı onun X sosial şəbəkəsindəki səhifəsində dərc edilib və İbadoğlunun həbsinin 100-cü gününə və oktyabrın 30-da qeyd olunan Beynəlxalq Siyasi Məhbusların Müdafiəsi Gününə həsr edilib.

“Qubad İbadoğlunun həbsindən 100 gün keçir. O, ağır vəziyyətdədir, lakin ona lazımi tibbi yardım göstərilmir. Hökumət onu dərhal və şərtsiz azad etməlidir”, – məlumatda deyilir.

Öz növbəsində siyasətçinin qardaşı Qalib Bayramov Azərbaycan ombudsmanı Səbinə Əliyevaya müraciət edərək İbadoğlunun Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Baş Tibb İdarəsi tərəfindən pozulan hüquqlarının təmin edilməsii və tədbir görülməsini tələb edib.

Belə ki,  İbadoğlunun vəkillərilə telefon danışıqları qadağan edilib, ona ailə üzvləri ilə üz-üzə (şüşə arakəsmə olmadan) görüş verilmir, 2 saat ərzində gündəlik gəzinti hüququ təmin edilmir, öz hesabına alternativ tibbi müayinə imkanı verilmir.

Bundan əlavə, İbadoğlunun xaricdə yaşayan uşaqları ilə videobağlantı vasitəsilə ünsiyyət qurmasına icazə verilmir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimini də onun yanına buraxmırlar. İstintaq Təcridxanasında kitabları qəbul etmirlər, qeydlər aparmaq üçün yazı ləvazimatları vermirlər, ailə üzvlərindən başqa onu maraqlandıran digər şəxslərlə görüş imkanı vermirlər.

Hələlik Ombudsman Aparatından şərh almaq mümkün olmayıb.

Turan

15:27, 01 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Qubad İbadoğlunun səhhətinin pisləşməsindən narahatdır

by Gozetci 11:40, 01 Noyabr 2023
written by Gozetci

Metyu Miller

ABŞ çərşənbə axşamı bir daha Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb. Bu barədə TURANın Vaşinqton müxbiri xəbər verir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqində TURANın suallarını cavablandırarkən deyib:

“Biz Qubad İbadoğlunun həbsindan narahatıq və onun səhhətinin pisləşməkdə davam etdiyi barədə xəbərlər bizi çox məyus edir. Biz bir neçə dəfə Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırmışıq. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq hamının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq. Bunu həm açıq, həm də özəl şəkildə deyirik”.

Azərbaycanda demokratik prinsiplərin və sosial-iqtisadi tərəqqinin müdafiəsi ilə məşğul olan hörmətli iqtisadçı İbadoğlu iyulun 23-də Bakıda saxta pul  hazırlamaqda  (40 min dollar) iddia etdikdən sonra saxlanılıb.

Ailəsinin bildirdiyinə görə, İbadoğlunun səhhəti saxlanıldığı müddətdə kəskin şəkildə pisləşir.

Həm ABŞ, həm Böyük Britaniya, həm də Aİ Azərbaycanı onun hüquqlarını və əsas azadlıqlarını qorumağa və humanitar əsaslarla azad etməyə çağırıb.

Bir neçə amerikalı qanunverici bu yaxınlarda katib Entoni Blinkenə məktub göndərərək Dövlət Departamentini doktor İbadoğlunun azad edilməsini müdafiə etməyə çağırıb.

Turan 

11:40, 01 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Arif Hacılının oğlu saxlanılıb

by Gozetci 10:29, 01 Noyabr 2023
written by Gozetci

Arif Hacılı və Orxan Hacılı. Foto: “Facebook”

“Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın”

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı oktyabrın 31-də tutulub. O, paytaxtın Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Arif Hacılı özü məlumat yayıb.

“Qəza zamanı toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmayandan və hadisənin üstündən 20 gün keçəndən sonra yeni “zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçəndə bu qəza nəticəsində xəsarət alıb. Halbuki, özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür”, – Arif Hacılı bildirib.

Müsavat başqanı oğlunun tutulmasını qisasçılıq kimi dəyərləndirir.

“Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladılarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır”, – Arif Hacılının sözləridir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, “Honda” markalı avtomobil hərəkət edərkən onun qarşısına manevr edən başqa bir maşın çıxır və onunla toqquşaraq, nəticədə gedib başqa maşına dəyir.

Daxili İşlər Nazirliyi faktla bağlı açıqlama verməyib.

Meydan TV 

10:29, 01 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurası Parlament Assambleyası üzv ölkələri, o cümlədən Azərbaycanı siyasi məhbusları azad etməyə çağırıb

by Gozetci 16:25, 31 Oktyabr 2023
written by Gozetci

Avropa Şurası Parlament Assambleyasının binası

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksun siyasi məhbusların olduğu ölkələr kimi sadaladığı ölkələrin sırasındadır. AŞPA Prezidenti üzv ölkələri siyasi məhbusları həbsdən azad etməyə çağırıb.

Oktyabrın 30-da Siyasi Məhbus Günü ilə əlaqədar Koks deyib: “1974-cü ilin bu günü SSRİ-də siyasi məhbuslar saxlanılmalarına etiraz əlaməti olaraq ümumi aclıq aksiyası elan etmişdilər. 2023-cü ildə bu gün yenə kifayət qədər əlamətdar olaraq qalır. Avropada hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi rəqiblər, jurnalistlər, dindarlar və insan hüquqları, demokratiya və qanunun aliliyinə sadiq olan bir çox digər insanlar həbsdədir. Bu, sadəcə olaraq yolverilməzdir”.

O, AŞPA-nın siyasi motivlərlə həbsləri pislədiyini bildirib.

“Təkcə bu il mən dəfələrlə insan hüquqları sahəsində Vatslav Havel mükafatının laureatlarının – Osman Kavala (Türkiyə), Vladimir Kara-Murza (Rusiya), Mariya Kolesnikova və Alesya Belyatskinin (Belarus) həbsini pisləmişəm. Bizim siyasi məhbusların və hüquq müdafiəçilərinin işləri üzrə baş məruzəçiləri Aleksey Navalnı və digərlərini azad etməyə çağırıblar”, AŞPA Prezidenti qeyd edib.

Onun sözlərinə görə, assambleya üzv dövlətlərə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirmək öhdəliklərini xatırladıb, belə ki, çox sayda qərar yerinə yetirilmir. Bu qərarlar məhz siyasi motivlərlə saxlanılmış şəxslərin azad edilməsini tələb edir.

“Üzv dövlətlərin məhkəmənin qərarlarına və prosedurlara və bizim Osman Kavalanı dərhal azad etməyə çağıran 2518 saylı qətnaməmizə (2023) riayət etməməsi yolverilməzdir. Mən həmçinin assambleyamızın müvafiq olaraq 2022 və 2020-ci illərdə Rusiya Federasiyasında və Azərbaycanda siyasi məhbusların vəziyyətini qəti şəkildə pislədiyini xatırlayıram”, Koks qeyd edib.

Bu il oktyabrın 4-də “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 235 nəfər daxildir.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib edib.

Siyahıda siyasi məhbuslar 8 qrupa bölünüb: Jurnalistlər və bloqerlər – 6 nəfər, hüquq müdafiəçiləri – 2 nəfər, müxalifət partiyaları və hərəkatların üzvləri – 11 nəfər, Almaniyadan deportasiya olunan siyasi mühacirlər – 5 nəfər, dindarlar – 171 nəfər, Tərtər işi üzrə mühakimə olunanlar – 7 nəfər, Gəncə işi üzrə mühakimə olunanlar – 22 nəfər, ömürlük məhkumlar – 11 nəfər.

“Jurnalistlər və bloqerlər” qrupunda jurnalistlər Polad Aslanov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev yer alıb. Bu siyahıda ölkənin şimal regionundan olan bloger Cəmil Məmmədli yenidir.

“Hüquq müdafiəçiləri”ndən ibarət ikinci qrup yenidir və iyulun 31-də açıqlanmış əvvəlki siyahıda (ümumilikdə, bu siyahıda 204 nəfər olub) olmayıb.

Hüquq müdafiəçisi Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, bu qrupda Göyçay rayonundan olan hüquq müdafiəçisi Taleh Xasməmmədov və fəal Bəxtiyar Hacıyevin ictimai müdafiəçisi Rail Abbasov var.

“Müxalifət partiyaları və hərəkatların üzvləri” qrupunda 11 nəfər var. Siyahıya Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Zamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, Elxan Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu, keçmiş deputat Nazim Bəydəmirli daxildir. Həmkarlar İttifaqları fəalları Afiəddin Məmmədov, Elvin Mustafayev və Ayxan İsrafilov, eləcə də Azərbaycan Talışları İctimai Şurasının üzvü Ruslan Vahabov bu qrupda yenidir.

“Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər” qrupunda əvvəlkitək beş nəfər var: Siyasi fəallar Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurov.

“Dindarlar” qrupuna 171 soyad, o cümlədən “Nardaran işi” üzrə fiqurantlar, bir neçə ilahiyyatçı, habelə ötən ilin yayından bu ilin sentyabrına qədər həbs olunmuş dindar qrupu daxildir. Əvvəlki siyahı ilə müqayisədə bu kateqoriyadan bir dindar çıxıb (Ceyhun Babaşov səhhətinin kəskin pisləşməsi səbəbindən həbsdən azad edilib). Lakin siyahıda “Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin üzvü Ağəli Yəhya da daxil olmaqla, 25 yeni dindar yer alıb. Həbs olunanların hamısı narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Siyasi məhbusların siyahısında hələ də “Tərtər işi” üzrə 7, “Gəncə işi” üzrə 22 nəfər var. Digər 11 siyasi məhbus ömürlük həbs cəzası çəkir.

Sonuncu qrupdan olanlar 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı və digər hərbi cinayətlərlə əlaqədar güllələnməyə məhkum ediliblər. 1998-ci ildə Milli Məclisin qərarı ilə ölüm hökmü ləğv edildikdən sonra onların barəsində ən yüksək cəza tədbiri ömürlük həbs cəzası ilə əvəz olunub. Ancaq qanunun geriyə qüvvəsi yoxdur. Odur ki, hüquq müdafiəçilərinin fikrincə, ölüm cəzası alternativ cəza, o ankı maksimum cəza – 15 il həbs müddətilə əvəz olunmalıydı.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi iradəsinə görə insanların təqib edilmədiyini bildirir və siyasi məhbusların olmasını qəbul etmir. Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda insanların fundamental azadlıqları tam təmin olunub. İnsanların internetə tam sərbəst çıxışı var və sosial şəbəkələrdən istifadə ilə bağlı hər hansı qadağa mövcud deyil. Bununla yanaşı Azərbaycan beynəlxal azadlıq indeksində 170 ölkə sırasında 151-ci yerdədir.

Avropa Şurası Parlament Assambleyası 2020-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

16:25, 31 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia