Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq: “Azərbaycanda siyasi məhbusların sayı 254-ə çatıb”

by Gozetci 13:24, 01 Dekabr 2023
written by Gozetci

Dekabrın 1-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Yeni siyahıya 254 nəfərin adı daxildir.

Son iki ayda siyasi məhbusların sayı 19 nəfər artıb.

Siyahıya 5 nəfər KİV nümayəndəsi, əsasən “Abzas Media” İnternet- nəşrinin direktoru və onun müavini Ülvi Həsənli və Məhəmməd Kekalov, həmin resursun baş redaktoru və əməkdaşı Sevinc Vaqifqızı və Nərgiz Absalamova, həmçinin Kanal-13 İnternet televiziyasının rəhbəri Əziz Orucov daxil olub.

Siyahıda yeni olanlardan biri Azərbaycanın Ləyaqətli  Oğullarının Birliyi Partiyasının sədri Rza Səfərsoy da daxil edilib. O, qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib. Lakin hüquq müdafiəçilərinin fikrincə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, siyasi məhbus  Elnur Həsənov yol polisini tənqid etdikdən sonra narkotik maddə alveri ittihamı ilə həbs olunub.

Şiə dindarlar arasından 12 dini fəal narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

254 siyasi məhbus 8 qrupa bölünüb:

Dəyişikliklər 11 nəfərin daxil olduğu “Jurnalistlər və bloqerlər” qrupunda baş verib;

“Müxalifət partiyalarının və hərəkatlarının üzvləri” – 13 nəfər, “dindarlar” – 183 nəfər.

Qalan qruplarda heç bir dəyişiklik olmayıb. Belə ki, “hüquq müdafiəçiləri” qrupunda  2 nəfər; Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər”- 5 nəfər; “Tərtər işi üzrə məhkumlar” – 7 nəfər; “Gəncə işi üzrə məhkumlar” – 22 nəfər;” ömürlük məhkumlar ” – 11 nəfər.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.

Turan

13:24, 01 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Nərgiz Absalamova saxlanılıb

by Gozetci 19:18, 30 Noyabr 2023
written by Gozetci

Nərgiz Absalamova

DİN onunla bağlı araşdırma aparıldığını deyir

Jurnalist Nərgiz Absalamova saxlanılıb. Ona qarşı da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı ilə eyni, qaçaqmalçılıq ittihamı ilə cinayət işi açıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Meydan TV-yə faktı təsdiqləyib. Bildirib ki, jurnalist Nərgiz Absalamova saxlanılıb, onunla bağlı araşdırma aparılır.

Nərgiz Absalamovanın Xətai rayon Polis İdarəsinə aparıldığı, vəkilinin olmadığı bildirilir.

Nərgiz Absalamova daha öncə “AbzasMedia” rəhbərlərinə açılan cinayət işində şahid qismində dindirilib.

Xatırlatma

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb. Ondan əvvəl isə “AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Noyabrın 20-də “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub. Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Saytın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb. İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib. İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub. Noyabrın 23-də Xətai Rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.

Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.

Meydan TV 

19:18, 30 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi müxalif fəalların şikayəti ilə bağlı qərarlarını açıqladı

by Gozetci 16:09, 30 Noyabr 2023
written by Gozetci

Şikayətlərin əksəriyyəti toplaşma hüququnun pozulması ilə bağlıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 30-da Azərbaycandan göndərilmiş 21 ərizə ilə bağlı 10 yekun qərardadını elan edib. Ərizəçilərin əksəriyyəti müxalif fəallar, şikayətlərin çoxu isə toplaşma azadlığı hüququnun pozulması ilə bağlıdır.

Qərardadlar tərəflərin dostca anlaşmalarına, hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.

“Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycana qarşı” məhkəmə işi müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qeydə alınmış təsis sənədlərində edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından imtina olunması ilə bağlıdır.

İşin hallarına görə, 2015-ci ilin fevralında partiyanın sədri Əli Kərimli partiyanın sədr müavini Nurullayevi tutduğu vəzifədən azad edib. Həmin ay Nurullayev partiya üzvlüyündən istefa verdiyini elan edib. 2015-ci ilin sentyabrında partiyanın qurultayı partiyanı təmsil etmək səlahiyyətinə malik olan Kərimlini yenidən sədr seçib və onun əsas rəhbər orqanlarının üzvlərini təsdiqləyib.

Ərizəçi tərəf həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib, nazirlik qeydiyyat sənədlərini geri qaytarıb. Qeyd edib ki, ona eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında partiyanın başqa bir qurultayı keçirilib, (“etimad qurultayı” adlandırılan) cənab Nurullayev partiya sədri seçilib, rəhbər orqanlar formalaşdırılıb.

Ərizəçi tərəf Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıraraq, tələb edib ki, məhkəmələr, nazirliyinin üzərinə 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişiklikləri qeydə almaq vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmələr həmin şikayəti təmin etməyib. Ərizəçi, AİHM qarşısında ona münasibətdə 13-cü və 18-ci maddələrlə birlikdə götürülməklə, Konvensiyanın 11-ci maddəsinin pozuntusunu mübahisələndirib.
AİHM ərizəni baxılacaq işlərin siyahısından çıxarıb.

Müvafiq qərardadda vurğulanır ki, məhkəmə ərizəçinin Konvensiyanın 11, 13 və 18-ci maddələrinə əsaslanan şikayətlərini hökumətlə kommunikasiya edib, ərizəçidən təqdimatını göndərməsini istəyib. Ərizəçi təqdimat üçün verilmiş müddətin artırılmasını xahiş edib, məhkəmə müddəti artırıb. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfdən təqdimat daxil olmadığı üçün bunu ərizəçinin ərizəni davam etdirmək niyyətində olmaması kimi qəbul edir və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

“Şəmistan Həziyev Azərbaycana qarşı” məhkəmə işi toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu ilə bağlı olub. İctimai toplantının iştirakçısı olan ərizəçi qanunsuz, qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldığını iddia edib.

AİHM-in qərardadı hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Hökumət həmin bəyannamədə iddia olunan pozuntuları etiraf edib. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödəyəcək.

“Əli İnsanov Azərbaycana qarşı” məhkəmə işi ərizəçiyə qarşı cinayət işinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir. Ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. Hadisələrin baş verdiyi vaxt o, bir neçə cinayətə görə məhkum edilmiş, həbsxanada cəza çəkirdi (bu işlə bağlı cinayət prosesi Məhkəmənin “İnsanov Azərbaycana qarşı” (no. 16133/08, 14 mart 2013-cü il) qərarının predmeti olub).

Ərizəçinin cəza müddəti 2016-cı il oktyabrın 20-də başa çatacaqdı. 2016-dı il avqustun 24-də ərizəçi qanunsuz olaraq narkotik vasitələrin, o cümlədən psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanmasında, həmçinin cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub. Qaradağ Rayon Məhkəməsi 2016-cı il avqustun 24-də verdiyi qərarla ərizəçini 2016-cı il oktyabrın 20-dək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürüb.

2016- cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi ərizəçinin məhkəmə baxışına qədər, yəni 2017-ci il yanvarın 11-dək həbsdə saxlanılmasına qərar verib. Sonradan ərizəçinin həbs müddəti daha iki ay uzadılıb. Apelyasiya instansiyası həmin qərarlardan verilmiş şikayətləri rədd edib. Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi AİHM qarşısında iddia edib ki, onun cinayət törətdiyinə dair əsaslı şübhələr olmayıb, ittihamlar uydurma olub, barəsindəki həbs qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun səbəblər mövcud olmayıb.
İki ərizənin araşdırıldığı bu işdə tərəflər dostca anlaşıblar, anlaşmaya əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 6600, hüquqi xərclər üçün 1500 avro ödəniləcək.

“Abgül Süleymanov Azərbaycana qarşı” işində ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə ittiham olunaraq, on bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 2014-cü il noyabrın 20-də Ali Məhkəmə onun barəsindəki müvafiq hökmü qüvvədə saxlayıb.

Məhkəmə işi müsəlman dini lideri olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır. Ərizəçi həmçinin, dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq azadlığı hüququnun Konvensiyanın 18-ci maddəsinə zidd olaraq pozulduğunu iddia edib.

Bu iş üzrə qərardad da tərəflərin dostca anlaşmalarına əsaslanır. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 7000, onun vəkilinə 2000 avro təzminat ödəyəcək.

“Mehmet ÇELİK və Faiq Semih Başoğlu Azərbaycana qarşı” məhkəmə işi Türkiyə vətəndaşları olan ərizəçilərin saxlanılması və məcburi qaydada Türkiyəyə aparılmaları ilə bağlıdır. Ərizəçilər iddia edib ki, onların saxlanılmaları və Türkiyəyə aparılmaları Konvensiyanın 3-cü və 5-ci maddələrinə zidd olub, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan qaydada effektiv müdafiə imkanlarına malik olmayıblar.

AİHM bu ərizələri qəbul edilməz elan edib.

“Ərizəçilərin ölkədən deportasiya edilmələri və ya təhvil verilmələri ilə qarşı-qarşıya qaldığı işlərdə, onlar, tətbiq edilməsi mümkün olmayan bir tədbirin “qurban”ı olmalarını iddia edə bilməzlər. Bu iş ərizəçilərin cavabdeh dövlət tərəfindən təhvil verilməsi risqi xüsusatı üzərində inşa edilib. Ancaq ərizəçilərin Gürcüstanda və Kanadada yaşamaqda olması səbəbindən, bu, artıq qanuni səbəb ola bilməz”, məhkəmə qərardadında qeyd edib.

“Nizami Abbasov və başqa 4 ərizəçi Azərbaycana qarşı məhkəmə işində toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu mübahisə edilib. İctimai toplantıların təşkilatçıları və iştirakçıları olan ərizəçilər qanunsuz, qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldıqlarını iddia ediblər.

Tərəflər dostca anlaşıblar, həmin anlaşmaya əsaslanan qərardada görə, ərizəçilərdən N.Abbasov, Elməddin Əhmədov və Asim Ağayevin hər birinə mənəvi zərər əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro (təmsilçi Tural Hacıbəyli), ərizəçilərdən Şaiq Ələkbərov, Əliqulu Qəhrəmanlının hər birinə mənəvi zərər əvəzi 2400, hüquqi xərc əvəzi 450 avro (təmsilçi Əsabəli Mustafayev) ödəniləcək.

“Həsən Həsənli və başqa 6 ərizəçi Azərbaycana qarşı” məhkəmə işi də toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu ilə bağlı olub. İctimai toplantıların təşkilatçıları və iştirakçıları olan ərizəçilər qanunsuz, qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldıqlarını iddia ediblər.

Tərəflərin dostca anlaşmasına söykənən qərardada görə, ərizəçilərdən Kamran Əmirov, İntiqam Fətullayev, Sahib Rüstəmli, Tofiq Zeynallı, Balamirzə Fətiyev, Adil Babayevin hər birinə mənəvi zərər əvəzi 2500, hüquqi xərclər əvəzi 350 avro ödəniləcək. Ərizəçilərdən Həsən Həsənliyə ümumilikdə 4150 avro ödənilməlidir.

“İlham Hüseynov Azərbaycana qarşı” məhkəmə işi də Konvensiyanın 11-ci maddəsinin pozulması, eləcə də 13-cü maddənin pozuntusu iddiaları ilə bağlı olub.

Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar, ərizəçiyə ümumilikdə, 1750 avro mənəvi zərər, hüquqi xərc əvəzi ödəniləcək.

“Zamin Salayev və başqa 3 ərizəçi Azərbaycana qarşı” işində toplaşmaq azadlığı hüququnun pozuntusu iddia olunub. Tərəflər dostca anlaşıblar. Qərardada görə, ərizəçilər Z.Salayev, Səhladar İsgəndərli, Mehdi Nağıyev, Ceyhun İslamovun hər birinə mənəvi zərər əvəzi 2500, hüquqi xərc əvəzi 350 avro ödəniləcək.

“Nazim Məmmədov Azərbaycana qarşı” işdə ərizəçi Nazim Məmmədov Göygöl rayonunda yaşayır. Məhkəmədə onu Bakıda fəaliyyət göstərən vəkil H.Həsənov təmsil edib. Məhkəmə işi ərizəçinin alqı-satqı yolu ilə əldə etdiyi, müvafiq mülkiyyət şəhadətnaməsi olan torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi mülkiyyət hüququna müdaxilənin dayandırlması, dəymiş zərərin kompensasiya edilməsi tələbi ilə daxili məhkəmələrə şikayət etsə də, şikayətləri uğursuz olub. Ərizəçi AİHM-də mülkiyyət hüququnun pozulduğunu iddia edib.

Məhkəmə bu ərizəni qəbuledilməz elan edib.

Meydan TV 

16:09, 30 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amnesty International Qubad İbadoğlunu azad etməyə çağırır

by Gozetci 14:29, 30 Noyabr 2023
written by Gozetci

Azərbaycanlı iqtisadçı və London School of Economics-in (LSE) dəvətli professoru Qubad İbadoğlu Azərbaycanda 2023-cü ilin iyulundan etibarən qanunsuz olaraq həbsdə saxlanılır.

Noyabrın 16-da Bakı məhkəməsi onun həbs müddətini üç ay uzadıb. Onun səhhətində ciddi problemlər var və həyatı təhlükə altındadır.

Azərbaycan hakimiyyəti Qubadı dərhal və qeyd-şərtsiz azad etməli, eyni zamanda ona lazımi tibbi xidmətin göstərilməsini təmin etməlidir. Bu barədə Amnesty International-ın Tvitterdəki hesabında paylaşdığı məlumatda deyilir.

Turan 

14:29, 30 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç Helsinki Komitəsi Əziz Orucovu azad etməyə çağırıb

by Gozetci 13:17, 30 Noyabr 2023
written by Gozetci

 

Norveç Helsinki Komitəsi (NHK) Azərbaycan hakimiyyətini “Kanal 13” İnternet TV-nin direktoru Əziz Orucovu azad etməyə və ona qarşı ittihamları ləğv etməyə çağırıb. Bu barədə NHK-nin bəyanatında deyilir.

Orucov Azərbaycanda son günlərdə həbs olunan dördüncü jurnalist oldu. Hakimiyyət əvvəlcə hökumətdə korrupsiya faktlarını araşdırdıqlarına görə Abzas Media onlayn resursunun üç jurnalistini həbs edib.

NHK-də qeyd edirlər ki, Orucov ilk dəfə təqibə məruz qalmır. 2017-ci ildə məhkəmə onu qanunsuz sahibkarlıqdatəqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib. Bir il sonra onu şərti azadlığa buraxıblar.

Turan 

13:17, 30 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Afiəddin Məmmədov səhhətindən şikayət edir

by Gozetci 12:00, 30 Noyabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun sağlamlığında problem yarandığı bildirilir.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Afiəddin Məmmədov sümüklərin və bədənin sağ tərəfinin kəskin ağrılarından şikayət edir:

“Afiəddin deyir ki, bununla bağlı artıq iki həftədir həkim müayinəsi və müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etsə də, müraciətə baxılmır”.

Afiəddin Məmmədov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Afiəddin Məmmədov bu il sentyabrın 20-də həbs olunub. Ona qarşı CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Afiəddin Məmmədov özünü təqsirli bilmir və həbsini fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, hüquq-müdafiə fəaliyyətinə görə ölkədə hər hansı təzyiqlər yoxdur.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü – Elvin Mustafayev və Ayxan İsrafilov da həbsdədir. Onlara qarşı CM-nin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama – küllü miqdarda) maddəsi ilə cinayət işi açıldığı deyilir. Onların da ittihamları qəbul etmədikləri bildirilir.

AzadlıqRadiosu

12:00, 30 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini “Kanal 13” televiziyasının rəhbərini azad etməyə çağırıb

by Gozetci 10:01, 30 Noyabr 2023
written by Gozetci

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini “Kanal 13” İnternet televiziyasının direktoru Əziz Orucovu həbsdən azad etməyə və qanunsuz tikinti ittihamını ləğv etməyə, habelə müstəqil KİV-lərin hüquqi təqibinə son qoymağa çağırıb.

“Ötən həftə “Abzas Media” antikorrupsiya nəşrinin üç jurnalist və əməkdaşının həbsindən sonra Azərbaycan hakimiyyəti, görünür, Əziz Orucovu həbs etməklə daha bir tənqidi onlayn xəbər platformasını hədəfə alıb”,- Komitənin Avropadakı nümayəndəsi və Mərkəzi Asiya üzrə proqramların koordinatoru Gülnoza Səid bildirib. “Azərbaycan hakimiyyəti Orucovu azad etməli, ittihamları ləğv etməli və müstəqil mətbuata qarşı repressiyalara son qoymalıdır”, – deyib.

Bu, Orucovun həbsxanaya düşməsilə bağlı ilk hadisə deyil. 2017-ci ildə hakimiyyət onu qanunsuz sahibkarlıq və səlahiyyətlərindən sui-istifadə ittihamı ilə altı il həbs cəzasına məhkum etdi ki, bu da bir çoxları tərəfindən jurnalist fəaliyyətinə görə qisas kimi qiymətləndirildi. 2018-ci ildə şərti olaraq vaxtından əvvəl sərbəst buraxıldı.

Komitə vəziyyətin şərh edilməsi xahişilə Bakı Şəhər Baş Polis İdarəsinə və Azərbaycan Daxili İşlər Nazirliyinə elektron məktub göndərsə də, heç bir cavab almayıb.

Xatırlatma

Əziz Orucov noyabrın 27-də axşam saxlanılıb. O, torpaq sahəsinə mülkiyyət və istifadə hüququ olmadan icazəsiz ev tikməkdə ittiham olunur. Noyabrın 28-də məhkəmə onu 2 ay müddətinə həbs edib. Günahı sübuta yetirilərsə, onu 3 ilədək həbs təhlükəsi gözləyir.

Turan 

10:01, 30 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amnesty International təşkilatı “Abzas Media” rəhbərliyinin dərhal azad edilməsinə çağırıb

by Gozetci 15:13, 29 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kelakov

 

Amnesty International: “Abzas Media” jurnalistlərinin həbsi Azərbaycanda hökumət tənqidçilərinə qarşı saxta ittihamlardan istifadə nümunəsinə uyğundur”

“Ülvi Həsənli “Abzas Media”nın direktoru kimi Azərbaycanda ən yüksək səviyyədə korrupsiya sxemlərini cəsarətlə ifşa edib, eyni zamanda ictimai maraq doğuran ən mühüm mövzuları işıqlandırıb”.

Azərbaycanın “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalovun həbsini şərh edən Amnesty İnternational təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze belə deyib.

“Həsənli və onun həmkarlarının mühakimə olunması Azərbaycanda korrupsiya məsələlərini işıqlandırmağa cəsarət edən azsaylı müstəqil jurnalist qruplarından birinin fəaliyyətini pozur. Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovla bağlı baş verənlər mətbuat azadlığına ciddi hücumdur. Jurnalistlərin həbsi Azərbaycanda hökuməti tənqid edənləri susdurmaq üçün saxta ittihamlardan istifadə etmək kimi formalaşmış nümunəyə uyğundur”, – deyə o əlavə edib.

Nozadze həmçinin deyib ki, ittihamlar güclü və mötəbər dəlillərlə təsdiq olunmadığı təqdirdə Amnesty International Həsənli, Vaqifqızı və Kekalovun dərhal azadlığa buraxılmasına çağırır.

Xatırlatma

“Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də Bakı aeroportundan xaricə uçmalı idi, lakin heç təyyarəyə minə bilməyib. Saatlar sonra vəkili polis tərəfindən saxlanıldığını bildirənə qədər onun harada olduğu məlum olmayıb. Həmin gün “Abzas Media”nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalovun saxlanıldığı da məlum olub. Noyabrın 21-nə keçən gecə nəşrin baş redaktoru Sevinc Vaqifqızı ölkəyə qayıdarkən saxlanılıb. Hər üç şəxs “əvvəlcədən əlbir olaraq xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunub.

Noyabrın 21-də axşam Bakı məhkəməsinin qərarı ilə Həsənli və Vaqifqızı 4 ay müddətinə həbs edilib. Noyabrın 23-də Məhəmməd Kekalov barəsində eyni ittihamla 3 ay 27 gün həbs qətimkan tədbiri seçilib.

Ülvi Həsənli 2010-cu illərin sonunda NİDA vətəndaş birliyinin fəal üzvü kimi dəfələrlə hökumətin təqibləri ilə üzləşib. 2018-ci ildə səhhətinin pis olmasına baxmayaraq, orduya çağırılaraq Qarabağdakı münaqişə zonasına göndərilib. 2021-ci ildə Həsənli araşdırmaçı jurnalist kimi fəaliyyəti ilə əlaqədar qısa müddətə həbs edilib.

2022-ci ildə o, həmçinin bağlanma təhlükəsi ilə bütün media orqanlarını vahid dövlət reyestrində qeydiyyatdan keçməyi məcbur edən qanunun əleyhinə çıxış edən jurnalistlərdən biri olub.

Bundan əlavə, o, 2023-cü ilin iyununda baş vermiş Söyüdlü etirazlarını işıqlandırıb. Daha sonra Azərbaycan polisi Həsənli də daxil olmaqla aksiyaları işıqlandıran azı altı jurnalisti saxlayıb, döyüb, hədələyib və ya işinə mane olub.

Həsənlinin saxlanması2023-cü il iyulun 23-də qondarma ittihamlarla həbs edilən iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Azərbaycanda yüksək səviyyəli korrupsiya hallarının ifşasına görə qisas məqsədilə baş verib.

AbzasMedia

15:13, 29 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İstintaq “Abzas Media” işi üzrə jurnalistləri və fəalları aktiv şəkildə dindirir

by Gozetci 14:25, 29 Noyabr 2023
written by Gozetci

İstintaq “Abzas Media” İnternet- nəşrilə əməkdaşlıqda şübhəli bilinən jurnalistləri və fəalları şahid qismində dindirməyə çağırmaqda davam edir.

Bu iş üzrə Bakı Şəhər Baş Polis İdarəsinə artıq 10-a yaxın adam çağırılıb. Şahidlər istintaq sirrini açıqlamamaq öhdəliyi səbəbindən dindirmələrin təfərrüatlarını açıqlamırlar.

Ümumilikdə, məlumdur ki, istintaq nəşrin xarici maliyyələşdirmə mənbələri və “Abzas Media”nın jurnalist araşdırmaları ilə maraqlanır.

Xatırladaq ki, noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və onun müavini Məhəmməd Kekalov saxlanılıblar. Ertəsi gün “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb. Onların hər üçü “xarici valyuta qaçaqmalçılığında” ittifam olunub və istintaq müddətində 4 ay ilkin həbs edilib.

Həbs olunanlar ittihamları rədd ediblər, Həsənli və Vaqifqızı öz həbsini peşəkar jurnalist fəaliyyəti və “Abzas Media”nın hakimiyyətin yüksək eşelonlarında korrupsiya araşdırmaları ilə əlaqələndiriblər. Beynəlxalq təşkilatlar “Abzas Media” rəhbərlərinin təqib edilməsini pisləyiblər.

Hüquq-mühafizə orqanları hələlik  “Abzas Media”nın işi üzrə rəsmi açıqlama verməsələr də, hakimiyyətyönlü KİV durmadan müstəqil KİV-i xarici təşkilatlardan “qanunsuz qrant almaqda” günahlandırır. Azərbaycan Xarici İşlər Nazirliyi isə  noyabrın 28-də ABŞ, Almaniya və Fransa səfirliklərinin rəhbərlərini çağıraraq həmin səfirlikləri və onların ölkələrini “Abzas Media”nı qanunsuz “maliyyələşdirməkdə” ittiham edib.

Turan 

14:25, 29 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ bir həftə ərzində dörd jurnalistin həbsindən sonra Bakını insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb

by Gozetci 13:28, 29 Noyabr 2023
written by Gozetci

Çərşənbə axşamı ABŞ Azərbaycanda müstəqil jurnalistlərin, bir həftə ərzində dörd nəfərin həbsindən narahatlığını bildirib.

“Biz jurnalistlərin həbsindən çox narahatıq: Ülvi Həsənli, həmçinin həbsdə ona qarşı fiziki zorakılıq barədə iddialar, Sevinc Vaqifqızı, Əziz Orucov, eyni zamanda mülki fəal Məhəmməd Kekalov”, – Dövlət Departamentinin nümayəndəsi Turan-ın sorğusuna cavab olaraq bildirib.

“Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığını həyata keçirənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq”, – Dövlət Departamentinin nümayəndəsi əlavə edib. “Kanal 13” İnternet-telekanalının rəhbəri Orucov hüquq-müdafiə qruplarının “KİV ovu” adlandırdıqlarının son hədəfi olub. Dünən həbs edilib və “icazəsiz tikinti”də ittiham olunub. Onu  üç ilə qədər həbs təhlükəsi gözləyir.

Bu, Bakı rayon məhkəməsinin müstəqil “Abzas Media” onlayn nəşrinin əməkdaşları Həsənli, Vaqifqızı və Kekalovu həbs etməsindən bir neçə gün sonra baş verib. Onlar pul qaçaqmalçılığında ittiham olunublar. Onları səkkiz ilədək həbs cəzası təhlükəsi gözləyir.

Çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyi “Abzas Media”nın dəstəklənməsi üzrə “qanunsuz maliyyə əməliyyatlarına” etiraz etmək üçün qəfildən ABŞ, Almaniya və Fransa səfirlərini çağırıb. Nazirliyin bəyanatında deyilir ki, diplomatlara bildirilib ki, onların səfirlikləri və “həmin ölkələrdə qeydiyyatdan keçmiş təşkilatlar” KİV-ə maliyyə dəstəyi göstərərək qanunsuz hərəkətlər törədiblər. Bəyanatda bu iddiaları təsdiqləyən heç bir sübut göstərilmir. Lakin son vaxtlar Azərbaycanın hökumətyönlü KİV-i antiqərb ritorikasını gücləndirir və ABŞ-ın dəstəklədiyi fondların fəaliyyətinə qarşı “tədbirlər görməyə” çağırır. Əsasən, ötən həftə “AbzasMedia” reportyorlarının həbsindən sonra hökumətyönlü Report.az saytı  redaksiya məqalələri dərc edərək “Abzas” kimi KİV-in “Qərb donorları”, o cümlədən USAİD tərəfindən “qanunsuz” maliyyələşdirildiyini bildirib.

Report.az “ABŞ QHT-ləri “təxribatçı maşın” rolunda: postsovet məkanında münaqişə güclənir” məqaləsində Gürcüstandakı tanış əhval-ruhiyyəni təkrarlayır ki, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti USAID-i “gürcü gənclərə iğtişaşlar təşkil etməyi öyrədən QHT-ləri maliyyələşdirməkdə” ittiham edib.  Sonra Report Sergey Lavrovdan sitat gətirib. O, son açıqlamalarında bildirib ki, ABŞ QHT-lərdən  təsir vasitəsi kimi istifadə edərək onları postsovet məkanında fəal şəkildə tətbiq edir.

Turan-ın “Niyə USAID bu regionda hücumların hədəfinə çevrilib?”  sualının cavabında Dövlət Departamentinin nümayəndəsi deyib: “USAID-in yardım layihələrilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün dünya  USAID proqramları azad və dinc  cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir”.

Lavrovun şərhlərinə gəlincə, Dövlət Departamentinin nümayəndəsi əlavə edib: “QHT-lərlə bağlı Lavrovun şərhlərini gördük. Parlaq, müstəqil vətəndaş cəmiyyətləri olan ölkələr bugünkü mürəkkəb məsələlərin həllində tərəfdaş kimi daha möhkəmdirlər”.

Turan 

13:28, 29 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia